Görkəmli folklorşünas Məmmədhüseyn Təhmasib ilk dəfə Azərbaycan dastanlarının elmi-nəzəri təsnifatını verib
Alimin 110 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu Nizami adına Ədəbiyyat İnstitutu ilə birlikdə 05.10.2017-ci ildə “Görkəmli Azərbaycan folklorşünası Məmmədhüseyn Təhmasib” mövzusunda elmi konfrans keçirməyi qərara almışdır. Konfransda başlıca məqsəd Məmmədhüseyn Təhmasib yaradıcılığına yenidən nəzər salmaq, ustad folklorşünasın bir vaxt qaldırdığı və bu gün aktual olaraq qalan məsələlərə xüsusi diqqət yetirməkdir.
Azərbaycan xalq dastanları 2-ci hissə
Также данная книга доступна ещё в библиотеке. Запишись сразу в несколько библиотек и получай книги намного быстрее.
Как слушать книгу после покупки
- Чтение только в Литрес «Читай!»
Посоветуйте книгу друзьям! Друзьям – скидка 10%, вам – рубли
По вашей ссылке друзья получат скидку 10% на эту книгу, а вы будете получать 10% от стоимости их покупок на свой счет ЛитРес. Подробнее
Стоимость книги: 188,58 ₽
Ваш доход с одной покупки друга: 18,86 ₽
Чтобы посоветовать книгу друзьям, необходимо войти или зарегистрироваться Войти
- Длительность: 5 ч. 02 мин. 18 сек.
- Жанр:м ифы / легенды / эпосРедактировать
Эта и ещё 2 книги за 399 ₽
По абонементу вы каждый месяц можете взять из каталога одну книгу до 700 ₽ и две книги из персональной подборки. Узнать больше
Оплачивая абонемент, я принимаю условия оплаты и её автоматического продления, указанные в оферте
Оплатить Отмена
Описание книги
Azərbaycan el ədəbiyyatının ən maraqlı və rəngarəng mövzularla zəngin janrlarından biri dastanlardır. Dastanlarımızda millətin mənliyi, bənzərsizliyi, fəlsəfi və əxlaqi baxışları, dünya görüşü və dünya duyumu əksini tapır, davranışın ən incə psixoloji çalarları açılır, torpağın ətri və rəngləri, dağların əzəməti, meşələrin, çayların, bulaqların sərinliyi, çöllərin, düzlərin genişliyi canlandırır. Bu dastanlarda xalqın duyğu və düşüncələri, istək və arzuları bütün əlvan yönləriylə tərənnüm olunur. Genişyayılan bu xalq dastanlarımızda elin həyat və mübarizəsi tarixindən, keçmişin şirin və acı təcrübələrindən əldə olunmuş fikir və arzuları əksini tapır. Həmin fikirlərin daşıyıcıları olan dastan qəhrəmanları bir fərd olmaqdan çıxıb yurdun qəhrəmanlığı, gücü, zəkası və insaniyyət timsalına çevrilirlər. Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi, uzlaşdırılması yolu ilə yaradılmışdır. “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Şah İsmayıl”, “Aşıq Qərib” və s. dastanlar bu qəbildəndir. Qədim ənənəyə uyğun olaraq həkimanə-ustadnamələrlə başlayıb, duvaqqapmalarla bitən bu dastanların qəhrəmanları sevməyi bacardıqları kimi qılınc, qalxanla vuruşmağı da bacarırlar. Bununla belə hər nə qədər igid, qəhrəman olsalar da onlar əsasən öz sevgiləri – butaları uğrunda çarpışırlar. Ona görə də həmin dastanlar bir növ qəhrəmanlıq dastanları ilə məhəbbət dastanlarının hüdudunda dayanır, onların birindən digərinə keçid mərhələsi təsiri bağışlayır.
Подробная информация
Возрастное ограничение: 0+ Дата выхода на ЛитРес: 07 февраля 2023 Длительность: 5 ч. 02 мин. 18 сек.
Чтец: Правообладатель: Аудиокитаб ООО
«Azərbaycan xalq dastanları 2-ci hissə» — читать онлайн бесплатно фрагмент книги. Оставляйте комментарии и отзывы, голосуйте за понравившиеся.
Отзывы
Сначала популярные
- Сначала популярные
- Сначала новые
+ Оставить отзыв
Оставьте отзыв
Напишите отзыв и получите 100 бонусных рублей на ваш счёт ЛитРес
Görkəmli folklorşünas Məmmədhüseyn Təhmasib ilk dəfə Azərbaycan dastanlarının elmi-nəzəri təsnifatını verib
Bu il folklorşünas alim Məmmədhüseyn Təhmasibin anadan olmasının 110 illiyi tamam olub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə oktyabrın 5-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Görkəmli Azərbaycan folklorşünası Məmmədhüseyn Təhmasib” mövzusunda elmi konfrans keçirilib.
Konfransda Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Məmmədhüseyn Təhmasibin Azərbaycan folklorşünaslığı sahəsində gördüyü işlərdən danışıb. Qeyd edilib ki, mərhum alimin Azərbaycan folklorunun toplanılması, sistemləşdirilməsi və araşdırılması istiqamətində mühüm xidmətləri olub. M.İmanov alimin “Azərbaycan xalq dastanları (orta əsrlər)” əsərini onun fəaliyyətinin şah əsəri adlandıraraq bildirib ki, M.Təhmasib bununla dastanların ilk dəfə elmi-nəzəri təsnifatını verib.
İnstitutun direktoru alimin ədəbi-bədii yaradıcılıqla da məşğul olduğunu, “Qaçaq Nəbi”, “Bir qalanın sirri”, “Onu bağışlamaq olarmı?” kimi filmlərə ssenarilər yazdığını, onun “Bahar”, “Aslan yatağı” və digər pyeslərinin teatrlarda tamaşaya qoyulduğunu diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli M.Təhmasibin folklorşünaslar nəslinin yetişməsində çox böyük xidmətləri olduğunu bildirib. Qeyd edib ki, məhz onun gərgin əməyi nəticəsində ilk dəfə mövsüm və mərasim nəğmələri toplanılıb, tədqiq edilib, aşıq, dastan və digər xalq ədəbiyyatı nümunələri yazıya köçürülüb.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev M.Təhmasibi uşaq yaşlarından tanıdığını, onun sayəsində “Kitabi-Dədə Qorqud” dastanını, Məhəmməd Füzuli və başqalarının əsərlərini oxuduğunu bildirib. Mərhum alimin elmi əsərləri ilə folklorumuzu zənginləşdirdiyini deyən K.Abdullayev qeyd edib ki, M.Təhmasib ssenari müəllifi olduğu “Onu bağışlamaq olarmı?” filmi ilə yaddaşlarda əbədi iz salıb.
Konfransda AMEA-nın müxbir üzvü Kamran Əliyevin “Məhəmmədhüseyn Təhmasib məktəbi”, professor Məhərrəm Qasımlının “Folklor karvanımızın ulu sarvanı”, professor Tahirə Məmmədin “M.Təhmasib tədqiqatlarında adət, ənənə və mərasim probleminə konseptual baxış”, filologiya elmləri doktoru Seyfəddin Rzasoyun “Azərbaycan folklorşünaslıq tarixində M.Təhmasibin yeri” mövzularında məruzələri dinlənilib.
Tədbir işini bölmə iclasları ilə davam etdirib.
M.h.təhmasib azərbaycan xalq dastanları
2017-ci ildə folklorşünas-alim Məmmədhüseyn Təhmasibin (12 aprel 1907 – 05 oktyabr 1982) anadan olmasının 110 illiyi tamam olur. Azərbaycan folklorunun toplanması, sistemləşdirilməsi, araşdırılması sahəsində mühüm xidmətləri olan Məmmədhüseyn Təhmasibin elmi əsərləri bu gün də öz dəyərini qoruyub saxlamaqdadır.
M.H.Təhmasibin “Xalq ədəbiyyatımızda mərasim, mövsüm nəğmələri” (1945), “Azərbaycan xalq dastanları (orta əsrlər)” (1965) adlı əsərləri folklorşünaslığımızın fundamental əsərləri sırasındadır. Azərbaycan dastanlarının elmi-nəzəri təsnifatına həsr olunan “Azərbaycan xalq dastanları (orta əsrlər)” adlı əsər dastanşünaslıq sahəsində onlarla tədqiqat işinin əsas istinad mənbəyinə çevrilmişdir. O, 1946-1977-ci illərdə “Azərbaycan xalq nağılları”, “Azərbaycan xalq dastanları”, “Koroğlu”, “Molla Nəsrəddin lətifələri”, “Aşıq Ələsgər” və digər xalq ədəbiyyatı örnəklərinin toplanması, tərtib edilməsi və nəşr olunmasında mühüm rol oynamışdır.
Professor Məmmədhüseyn Təhmasib ədəbi-bədii yaradıcılıqla da məşğul olmuşdur. O, “Qaçaq Nəbi”, “Bir qalanın sirri”, “Onu bağışlamaq olarmı?” filmlərinin ssenari müəllifidir. M.H.Təhmasibin “Bahar”, “Aslan yatağı”, “Çiçəklənən arzular”, “Hind nağılı”, “Rübailər aləmində” və başqa pyesləri respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulmuşdur.
M.H.Təhmasib 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, 1977-ci ildə “Əmək veteranı” və digər medallarla təltif olunmuşdur.
Alimin 110 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu Nizami adına Ədəbiyyat İnstitutu ilə birlikdə 05.10.2017-ci ildə “Görkəmli Azərbaycan folklorşünası Məmmədhüseyn Təhmasib” mövzusunda elmi konfrans keçirməyi qərara almışdır. Konfransda başlıca məqsəd Məmmədhüseyn Təhmasib yaradıcılığına yenidən nəzər salmaq, ustad folklorşünasın bir vaxt qaldırdığı və bu gün aktual olaraq qalan məsələlərə xüsusi diqqət yetirməkdir.
Ünvan: Bakı, İçərişəhər, 8-ci Kiçik Qala döngəsi, 31.
Comments are closed, but trackbacks and pingbacks are open.