Press "Enter" to skip to content

Müseyibov M. A. Azərbaycanın fiziki coğrafiyası: ümumi hissə. Dərslik (1998)

acilan sehifede yuxarda sag kuncde 5 saniyelik reklam var onun bitmesini gozle sonra skip advetaisment vur yuklenecek… Beğen Beğen

M.museyibov azerbaycannin fiziki cografiyasi

Azərbaycan Respublikası Qafqazın cənub-şərqində və İran yaylasının şimal-qərbində Avropa və Asiya qitələrinin təmas zonasında yerləşən qədim bir ölkədir.

Respublikanın coğrafi mövqeyi istər təbii şəraiti baxımından, istərsə də geopolitik baxımdan olduqca əlverişlidir.

Azərbaycan Respublikasının ərazisi 38 0 24 ’ və 41 0 54 ’ şimal en dairələri ilə 44 0 46 ’ və 50 0 50 ’ şərq uzunluğu dairələri arasında yerləşir. Paytaxtı Bakı şəhəridir. Tərkibində 1 Muxtar respublika (Naxçıvan MR), 66 rayon, 13 şəhər rayonu, 77 şəhər, 257 qəsəbə, 1719 kənd ərazi dairəsi, 4260 kənd yaşayış məntəqəsi var. Ölkədə 1718 bələdiyyə yaradılmışdır.

1995-ci ildə qəbul edilmiş konstitusiyaya görə Azərbaycan demokratik respublikadır. Ölkənin başçısı olan prezident ümumxalq səsverməsi yolu ilə 5 il müddətinə seçilir. Qanunverici hakimiyyəti 5 il müddətinə seçilən 125 deputatdan ibarət birpalatalı Milli Məclis həyata keçirir. İcraedici hakimiyyət prezident tərəfindən təyin edilən, Milli Məclisdə təsdiq edilən Hökümətə məxsusdur, onun başçısı baş nazirdir. Məhkəmə hakimiyyətini Ali Məhkəmə həyata keçirir.

Respublika şimalda Rusiya Federasiyası, şimal-qərbdə Gürcüstan Respublikası, qərbdə Ermənistan və Türkiyə Respublikası, cənubda İran İR ilə həmsərhəddir. Şərqdən isə Xəzər dənizinin suları ilə sahillər yuyulur. Dəniz vasitəsilə sərhəd olan ölkələr isə RF, Qazaxıstan, Türkmənistan, İİR-dır.

Həmsərhəd ölkə Sərhəddin uzunluğu (km)
Rusiya 390
Gürcüstan 480
Ermənistan 1007
Türkiyə 15
İran 765
Xəzər dənizi 780

Azərbaycan Respublikasının sahəsi 86600 km 2 –dir. Şimaldan cənuba Azərbaycan ərazisinin maksimal eni 390 km-ə, minimal eni 175 km-ə, qərbdən şərqə maksimal uzunluğu 470 km-ə, minimal uzunluğu 300 km-ə bərabərdir.

Ölkə əhalisinin ümumi sayı 9356.5 min (2013-cü il) nəfərdir. Əhalinin 53.1 %-i şəhər əhalisidir. Əhalinin milli tərkibinə görə azərbaycanlılar üstünlük təşkil edir (91,6 %). Ruslar, ləzgilər, talışlar, avarlar, tatarlar, tatlar, udinlər, kürdlər, yəhudilər və s. kimi xalqlar respublika ərazisində yaşayırlar. Ölkə ərazisində əsas yayılmış din İslam dinidir.

Azərbaycan ərazisi düzənlik və dağlıq relyefə malik olmaqla, yüksəklik amplitudu (-28) m-lə (Xəzərsahili) 4466 m (Bazardüzü zirvəsi) arasında dəyişir. Ölkə ərazisində əsas relyef strukturları Böyük və Kiçik Qafqaz dağları, Talış dağları və Kür-Araz ovalığıdır. Şimal-şərqdə yerləşən Böyük Qafqaz silsiləsində Baş Qafqaz (Bazardüzü d. 4466m; Tufan d. 4191m), Yan silsilə (Şahdağ d., 4243m), Qovdağ (Qovdağ d., 2437m) və Nialdağ (Yelligədik d., 2322m) silsilələri ayrılır. Qərbdə yerləşən Kiçik Qafqaz dağlarında Qarabağ (Böyük Kirs d., 2725m), Murovdağ (Gamış d., 3724m), Şahdağ (Şahdağ d., 2901m), Şərqi Göyçə (Keti d., 3399m) və Qarabağ yaylası (Dəlidağ d., 3616m) ayrılır. Naxçıvan MR-da Zəngəzur (Qapıcıq d., 3904m) və Dərələyəz (Kükü d., 3120m) silsilələri yerləşir. Cənubda İran ilə sərhəd boyu Talış dağları yüksəlir (Kömürgöy d., 2493m). Dağlar Talış, Peştəsər və Burovar silsilələrindən ibarətdir. Ölkənin ən böyük ovalığı olan Kür-Araz ölkənin mərkəzi və şərq hissələrini əhatə edir. Ovalıqda Şirvan, Cənub-Şərqi Şirvan, Mil, Muğan, Qarabağ düzləri ayrılır. Şimal şərqdə Xəzər dənizinin sahilləri boyu ensiz zolaq şəklində Samur-Dəvəçi ovalığı, cənub-şərqdə Lənkəran ovalığı yerləşir.

Təbii sərvətlərlə (nəm yeraltı, həm də yerüstü) olduqca zəngin bir ölkədir. Əsas faydalı qazıntıları neft, qaz, dəmir filizi, alunit, qızıl, mis, polimetal tikinti materialları və s.-dir.

Ərazisindən axan ən böyük çaylar Kür, Araz, Qanıx, Qabırrı, Samur, ən böyük gölləri isə Sarısu, Ağgöl, Ağzıbirçala, Mehman, Böyükşor və s.-dir.

Ölkə iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil edir. 2012-ci ildə 13,2 mln m 3 qaz və 43,3 min ton neft hasil edilmişdir. Ölkənin ÜDM 2012-ci ildə 68,7 mlrd ABŞ dolları həcmində olmuşdur.

İstinad:
Müseyibov M. “Azərbaycanın Fiziki coğrafiyası”, 1998
“Coğrafiya Ensiklopediyası” II kitab, 2012
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

Müseyibov M. A. Azərbaycanın fiziki coğrafiyası: ümumi hissə. Dərslik (1998)

Müseyibov M. A. Azərbaycanın fiziki coğrafiyası (Ümumi hissə): Universitetlərin coğrafiya fakültələri üçün dərslik. Redaktor: İ. A. Babayev. Bakı: “Maarif” nəşriyyatı, 1998, 400 s.

Faylın formatı : PDF
Faylın ölçüsü : 22.9 Mb

▶▶▶▶▶ Pulsuz yüklə ◀◀◀◀◀
Annotasiya: Dərslikdə Azərbaycan Respublikasının coğrafi mövqeyi, sərhədləri, sahəsi, oroqrafiyası, geoloji və geomorfoloji qruluşu, faydalı qazıntıları, nəhayət iqlimi, daxili suları, torpaq, bitki örtüyü və heyvanlar aləmindən bəhs olunur. Əvvəlki dərsliklərdən və dərs vəsaitlərindən fərqli olaraq Azərbaycan landşaftına, ekoloji problemlərinə aid əhatəli məlumat verilir.
Kitabdan həmçinin coğrafiya müəllimləri və Azərbaycanın təbiəti ilə maraqlanan geniş oxuyucu kütləsi də faydalana bilər .

Related posts:

  • Qurbanov A. M. Ümumi dilçilik. Üç dildə. III cild (2019)
  • Qurbanov A. M. Ümumi dilçilik. Üç dildə. II cild (2019)
  • Qurbanov A. M. Ümumi dilçilik. Üç dildə. I cild (2019)
  • Cəmşidi M. M. İran İslam Respublikasının Zəncan ostanında infrastruktur sahələrinin inkişafının iqtisadi-coğrafi problemləri. Dissertasiya (2016)
  • Şəms A. C. Q. Qaradağ silsiləsi və ətraf ərazilərin geomorfologiyası. Dissertasiya (2013)
  • Əskər S. M. Ərdəbil ostanının ərazi planlaşdırılmasının iqtisadi-coğrafi məsələləri. Dissertasiya (2014)
  • Ehtişam H. Ə. Təbriz aqlomerasiyasının inkişafının iqtisadi-coğrafi problemləri. Dissertasiya (2009)
  • Həssən Z. M. İran İslam Respublikasının şimal-qərb ostanlarında turizmin inkişafının əsas istiqamətləri. Dissertasiya (2014)
  • Əhmədzadə Kukiya N. M. İran İslam Respublikasının şimal-qərb bölgəsinin təbiət abidələri və onların geoturizm məqsədilə tədqiqi. Dissertasiya (2016)
  • Bərzigər Y. M. İran İslam Respublikasının Şimal-Qərb bölgəsinin iqtisadi-coğrafi xüsusiyyətləri. Dissertasiya (2005)

Azerbaycanin Fiziki Cografiyasi (M.Museybov) PDF

12 comments on “ Azerbaycanin Fiziki Cografiyasi (M.Museybov) PDF ”

yukluye bilmedim Beğen Beğen

acilan sehifede yuxarda sag kuncde 5 saniyelik reklam var onun bitmesini gozle sonra skip advetaisment vur yuklenecek… Beğen Beğen

ela Beğen Beğen
LINK YENILENDI. Beğen Beğen
coox sag ol.cox kömeyin deydi.Allah da senin kömeyin olsun. Beğen Beğen
deymez xosdu. Beğen Beğen
cox sag olun Beğen Beğen
cox sagolun isime yaradi Beğen Beğen
xosdu buyrun Beğen Beğen
salam men yukleye bilmirem bunu Beğen Liked by 1 kişi

pdf yukleni vurduqdan sonra acilan pencerede reklamin bitmesini gozleyin yuxarida sag kuncde 5 saniyelik. Sonra reklami kec e klikle ve kitab acilacaq Beğen Beğen

Bir Cevap Yazın Cevabı iptal et

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

FULL tarifleri Exchange Teklifi

Kategoriler

  • Derslikler (87)
  • Nar Dünyası (7)
  • Ordan-Burdan (9)
  • Proqramlar (3)
  • Video Derslikler (2)
  • Xeriteler (1)

Son Yazılar

  • Narda “Çevir” təklifi
  • Full 19 tarifi
  • Full 14 tarifi
  • Full 9 tarifi
  • Cografiyanin tedrisi metodikasi

Popüler Yazılar

  • Narda “Çevir” təklifi
  • Narda serfeli İnternet paketleri
  • Spartacus Karakterler
  • Full 9 tarifi
  • Azerbaycan xeriteleri

Online Söhbet Xidmeti

Blog İstatistikleri

  • 1.171.012 ziyaretçi

Comments are closed, but trackbacks and pingbacks are open.