Azərbaycan-Macarıstan əlaqələri yeni hədəflərə doğru
Azərbaycan Türk və Ərəb ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv olan dövlətlərlə də həm siyasi, həm də iqtisadi sahədə sıx əlaqələr qurmağı bacarıb. Bu baxımdan, Azərbaycan-Macarıstan əlaqələri xüsusi diqqət çəkir.
Ukrayna
Vətən müharibəsi zamanı Macarıstanın Azərbaycana açıq dəstəyini nümayiş etdirməsi və müharibədən sonra macar şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə qoşulmağa hazırlaşması iki ölkənin dostluq münasibətlərini və iqtisadi əməkdaşlığının inkişafını göstərir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bunu Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səfərdə olan, Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşündə vurğulayıb.
“Dövlətin dizinə çəkic vururlar”: Mirşahin “qazi insidenti”ni araşdırdı – VİDEO |
Görüşdə ölkəmizin işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinə cəlb olunacaq macar şirkətləri üçün Macarıstanın “EximBank”ı tərəfindən 100 mln. dollar kredit xətti ayrıldığı qeyd edilib. Həmin ərazilərin minalardan təmizlənməsi işinə Macarıstan tərəfinin 25 min avro qrant ayırdığı bildirilib.
Birgə Komissiyanın fəaliyyətinin nəticələri təhlil edilib. İki ölkənin ticarət dövriyyəsinin 2020-ci ildə daha 9% artmasının müsbət dinamikanın təzahürü olduğu vurğulanıb. Dövlət başçıları tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin uğurlu nəticələrindən bəhs olunub. Ötən dövrdə Bakı və Budapeştdə keçirilən biznes forumların, işgüzar görüşlərin, Budapeştdə Azərbaycan Evinin açılmasının da iqtisadi əlaqələrin inkişafında önəmi diqqətə çatdırılıb.
Enerji, nəqliyyat və turizm, kənd təsərrüfatı, təhsil və s. sahələrdə əlaqələrin, qarşılıqlı investisiyaların mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.
Azərbaycan-Macarıstan əlaqələri yeni hədəflərə doğru
Azərbaycan Türk və Ərəb ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv olan dövlətlərlə də həm siyasi, həm də iqtisadi sahədə sıx əlaqələr qurmağı bacarıb. Bu baxımdan, Azərbaycan-Macarıstan əlaqələri xüsusi diqqət çəkir.
Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda Bakı ilə Budapeşt arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir.
Əvvəlcə iki ölkə arasında siyasi əlaqələrin inkişaf dinamikasına nəzər yetirək:
– Azərbaycan-Macarıstan diplomatik əlaqələri 1992-ci ildə qurulub;
– 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub;
– Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun 14 üzvü var. Macarıstan parlamentində isə səkkiz deputatın təmsil olunduğu Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir;
– İndiyədək iki ölkə arasında 50 sənəd imzalanıb;
– Ölkələr BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı əmədaşlıq edir.
Təbii ki, Azərbaycanla Macarıstan arasında siyasi əlaqələrin sistemli inkişafı iqtisadi münasibətlərin də möhkəmlənməsinə gətirib çıxarır. Bu inkişafı ölkələr arasında ilbəil artan ticarət dövrüyyəsində də hiss etmək olur. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır.
Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinin inkişafına nəzər salaq:
– Azərbaycanda 21 Macarıstan investisiyalı şirkət əsasən kənd təsərrüfat, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərirlər;
– Macarıstan Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində (əsasən neft-qaz sahəsi), Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb;
– İki ölkə arasında ticarət dövrüyyəsi da ilbəil artır. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil edib. 2022-ci ildə isə 47,4 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir;
– Rəsmi Budapeşt Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir. Macarıstanın enerji sahəsindəki əsas hədəflərindən biri CQD-yə qoşulmaqdır. Macarıstan tərəfi CQD-nin Məşvərət Şurasının illik Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur;
– 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb;
– İki ölkə arasında logistika sahəsində də inkişaf müşahidə olunur. Macarıstanın “Wizz Air” şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviauçuşlar həyata keçirir.
– Ötən il dekabrın 17-də Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş imzalanıb. Saziş bu ölkələr arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi (Qara Dəniz Sualtı Elektrik Enerjisi Xətti) layihəsinin reallaşdırılmasını nəzərdə tutur.
Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bütün dövrlərdə əməldə sübut edən rəsmi Budapeşt işğaldan azad olunmuş Qarabağ torpaqlarında aparılan bərpa-quruculuq işlərində yaxından iştirak edir. Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25.000 avro ianə edib.
Göründüyü kimi, Azərbaycan-Macarıstan ticari əlaqələrinin daha da inkişaf etdirilməsi üçün sistemli iş aparılır. Bu məqsədlə hər iki ölkə siyasi və iqtisadi münasibətlərlə yanaşı, enerji, nəqliyyat və logistika sahəsində də əməkdaşlığa böyük önəm verir.
Xüsusilə qeyd etmək lazımdır ki, Avropa dövləti Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda təmsil olunur. Bu isə iki ölkənin vahid hədəflərinin və ortaq maraqlarının olduğunun göstəricisidir.
Macarıstanın həm Avropa İttifaqının üzvlüyü, həm də Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsil olunması əlaqələrin inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malikdir. Bu ölkələrin beynəlxalq aləmdə bir-birinin maraqlarını dəstəkləməsi baxımından da önəmlidir.
Həmçinin Bakı ilə əməkdaşlıq Budapeşt üçün Avropada yaşanan qaz böhranı fonunda çox faydalıdır.
Ona görə də Prezident İlham Əliyevin Macarıstana dördüncü səfəri Bakı-Budapeşt əlaqələrində yeni mərhələnin başlanğıcı hesab olunur.
Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
Əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalayıblar.
Həmçinin Prezidentin səfəri çərçivəsində Azərbaycanla Macarıstan arasında müxtəlif sahələrdə imzalanan sənədlər də qarşılıqlı əlaqələrin inkişafının göstəricisidir.
İmzalanan sənədlər sırasına miqrasiya, dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlər, bitki karantini və bitki mühafizəsi, təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumlar var.
Bundan başqa, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol”, Şuşa və Macarıstanın Vesprem şəhəri arasında Anlaşma Memorandumu imzalanıb.
Xüsusilə vurğulanmalıdır ki, genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə edirlər.
Həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ali səviyyədə müzakirə olunan mövzular arasındadır. Çünki 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən Azərbaycan 2027-ci ilə qədər təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırır.
Göründüyü kimi, Azərbaycan-Macarıstan əlaqələri etibarlı tərəfdaşlıq əlaqələrinə, mehriban dostluq münasibətlərinə söykənir. Prezidentin bu səfərinin iki ölkə arasında əməkdaşlığa böyük töhfə verəcəyini, dostluq münasibətlərimizi daha da möhkəmləndirəcəyini əminliklə deyə bilərik.
Milli.Az
Macarıstanda Tam Təqaüdlə Necə Magistr Təhsili Almaq Olar? – 2023
Macarıstan son illər yerli tələbələrimizin xaricdə təhsil üçün ən çox müraciət etdiyi ölkələrdən biridir. Füsunkar təbiətə, qədim tarixə və zəngin memarlıq abidələrinə sahib olan Macarıstan Avropanın tən ortasında yerləşir. 2004-cü ildən Avropa birliyinə üzv olan Macarıstan digər Avropa ölkələri olan Ruminiya, Slovakiya, Ukrayna, Avstriya və s. ölkələri ilə həmsərhəddir. Paytaxt şəhəri olan Budapeşt dünyanın ən gözəl və turistik şəhərlərindən biri hesab olunur. Beynəlxalq tələbələrlə yanaşı yerli tələbələrimizdə təhsil almaq üçün Budapeşt və Debrecen şəhərini seçirlər.
Bəs Macarıstanda Təhsil Almağın Üstünlükləri Nələrdir?
- Bir çox Nobel mükafatı qazanmış alim və ixtiraçıları yetişdirən Macarıstan yüksək keyfiyyətli təhsil sisteminə malikdir.
- Digər Avropa ölkələrinə və Şengen zonasına nisbətən Macarıstan universitetlərində illik təhsil haqqı qiyməti çox münasibdir.
- Ali təhsil müəssisələrində Bolonyo sisteminin tətbiqi nəticəsində universitet diplomları dünyanın bütün ölkələri tərəfindən tanınır və qəbul olunur.
- Aylıq yaşam və nəqliyyat xərclərinin, ev və ya yataqxana qiymətlərinin münasibliyi Macarıstanı digər Avropa ölkələrindən üstün edir.
- Vizanın asanlıqla alınması və bununlada siz digər Şengen ölkələrinə vizasız səhayət imkanını əldə edirsiniz.
Təhsil sistemi ilə yanaşı Macarıstanda cinayətkarlığın aşağı səviyyədə olması tələbələrə güvən hissi verərək ölkəni daha da cazibəli edir. Lakin Macarıstanda təhsil və yaşam xərclərinin münasib olmasına baxmayaraq, tələbələr təqaüd proqramları vasitəsilə Macarıstanda təhsil almağı seçirlər.
Macarıstanda Necə Təqaüdlə Magistr Təhsili Almaq Olar?
Təqaüd proqramlarına müraciət Təhsil Nazirliyinin (TN) xətti ilə aparılır. Macarıstan üçün ən çox tanınan təqaüd proqramları Stipendium Hungaricum və Visegraddır. Bu gün isə haqqında danışacağımız təqaüd proqramı Stipendium Hungaricum-dur. Bu təqaüd proqramı bir çox ölkələrlə müqavilə imzalayaraq beynəlxalq tələbələrə Macarıstanda təqaüdlə təhsil almaq imkanı verir. Təqaüd proqramı çərçivəsində hər il 200 nəfərə yaxın tələbə Macarıstanda təqaüdlə təhsil almaq haqqı qazanır. Stipendium Hungaricum təqaüd proqramı tələbələrin illik təhsil haqqı, aylıq yaşam xərcləri, yataqxana, sığorta və tibbi müayinə xərclərini əhatə edir. Bununla yanaşı təqaüd proqram çərçivəsində tələbələrə hər ay 125 avro yəni 250 manat təqaüd verilir. Paytaxt və turistik şəhərlərdə təqaüd miqdarı tam olaraq kifayət etməsədə, Debrecen şəhərində və digər regionlarda həmin miqdar kifayət edir. Proqrama müraciət etmək üçün rəsmi əməkdaşlığı olan Təhsil Nazirliyinin saytından ətraflı məlumat əldə edə bilərsiniz.
Təqaüd Proqramına Qəbul Olmaq Üçün Hansı Göstəricilər Tələb Olunur?
Əsas tələb ondan ibarətdir ki, siz təhsil almaq istədiyiniz ixtisasla müəyyən uyğunluğa sahib olmalısınız. Yəni, siz təqaüd proqramında mövcud olan “Study” bölməsinə baxaraq tələb olunan müəyyən fənnlər ilə kreditləriniz uyğunluq təşkil etməlidir. İkinci tələb isə sizin ingilis dil bilikləriniz təhsil almaq və kommunikasiya əlaqələri qura bilməniz üçün yüksək səviyyədə olmalıdır. Əgər siz bakalavr təhsili müddətində ingilis dilində tədris almısınızsa, universitetdən buna dair arayış alıb təqaüd proqramına təqdim edə bilərsiniz. Əks halda siz İELTS və TOEFL sertifikatlarına sahib olmalısınız. Magistr təhsili almaq üçün isə İELTS balı minumum 6.0 olmalıdır.
Universitet ortalama balınız olan GPA nəticəniz minumum 71 olmalıdır. Macarıstanda tam təqaüdlə təhsil almaq üçün tələb olunan digər bir sənəd isə motivasiya məktubudur. Siz bütün bu tələb olunan göstəricilərə maliksinizsə, Stipendium Hungaricum təqaüd proqramı üçün tamamilə ödənişsiz şəkildə qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatınız uğurla nəticələndiyi halda, siz müsahibəyə (interview) dəvət olunursunuz. Buradakı əsas məqam, siz həyəcan və stressli görünməyərək ünvanlanan bütün suallara rahat və özünüzdən əmin şəkildə cavablandırasanız. Viza asan şəkildə əldə edilir və rüsum tələb olunmur. Tələb olunan sənədlər əsasən bunlardan ibarət idi, lakin siz yenədə qəbul olmaq istədiyiniz universitet və ixtisasları araşdırıb, rəsmi saytlarından ətraflı məlumat ala bilərsiniz.
Macarıstanın Ən Yaxşı Universitetləri Hansılardır?
Aşağıdakı siyahı vasitəsilə siz Macarıstanın ən yaxşı və yüksək reytingə sahib olan universitetləri ilə tanış ola bilərsiniz:
- Szeged Universiteti
- Debrecen Universiteti
- ELTE Universiteti
- Eötvös Lorand Universiteti
- CEU Universiteti
- Corvinus Universiteti
- Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti
Həmçinin Macarıstanda İqtisadiyyat və Biznes yönümlü ixtisas sahələrində təhsil almaq istəyirsinizsə Budapeşt şəhərində yerləşən ELTE və CEU kimi universitetlər ölkənin ən prestijli universitetləri hesab olunmaqla, yerli tələbələrimizində seçimləri sırasında geniş yer almaqdadır. Xüsusilədə İT yönümlü ixtisas sahələrində təhsil almaq üçün Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti ən məsləhətli və təhsil keyfiyyəti ilə fərqlənən universitetlər arasındadır.
Son olaraq isə sizlərə Macarıstanda təhsil yolunuzda uğurlar və müraciət etdiyiniz hər bir təqaüd proqramından qəbul cavabı almağınızı arzu edirəm. İndi isə Macarıstanda təhsil ilə bağlı ən çox ünvanlanan sualları cavablandırmaq istəyirəm:
1.Macarıstanda aylıq yaşam xərcləri nə qədərdir?
Əsasən sizin xərcləməyinizdən asılı olaraq qiymətlər 500-600 avro arasındadır.
2.Bakalavr təhsili almaq üçündə bu proqramdan yararlana bilərəm?
Bəli, Stipendium Hungaricum təqaüd proqramı bakalavr, magistr və doktorantura dərəcəsi üzrə nəzərdə tutulmuşdur.
3.Macarıstan universitetlərində illik təhsil haqqı nə qədərdir?
Qəbul olmaq istədiyiniz universitet və ixtisasdan asılı olaraq illik təhsil haqqı qiyməti 4000 avrodan başlayır.
4.Sadəcə attestat qiymətləri ilə Macarıstanda təhsil ala bilərəm?
Bəli , attestat sənədiniz ilə təqaüd proqramlarından istifadə edə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.