Macarıstana necə viza almaq olar
Diqqət Diqqət : Hərkəsin gözlədiyi Avropa turlarının satışlarına başlayırıq. Yeni ili Praqa’da qeyd edək?. Yeni il QRUP TURU üçün TƏLƏSİN , vaxt itirmədən tura yazılın çünki, yerlər çooox məhdud saydadır.GEC
Macarıstan
1510 EURO iki nefer ucun 08.07-15.07 1-ci il: Bratislava – Budapeşt 2-ci il: Vena – Myunhen 3-cu il: Myunhen 4-cu il: Sürix 5 il: Milan 6-ci il: Venesiya 7-ciil: Budapeşt 8-ci il: Budapeşt Pakete – aviabilet
Budapeşt – Vyana – Praqa 469avro 06.02.2023-12.02.2023 – 2 gecə Budapeşt 2 gecə Vyana 2 gecə Praqa Qiymətə daxildir : -Aviabilet (Bakı-Budapeşt-Bakı) (10 kilo əl yükü ) -Otellərdə gecələmə 6 gecə 7 gün
15.12.22-18.12.22 1. ibis Budapest Centrum 3*-627 usd 2. Ibis Styles Budapest Center 3*-632 usd 3. Mercure Budapest Castle Hill 4*-651 usd 4. Impulso Fashion Hotel 4*-668 usd 5. InterContinental Budapest, an IHG
Yeni Il Budapeşt turu Tarix: 29.12-04.01(6 gecə/7gün) Qitmətə daxildir: Aviabilet Otel (Atlantic Hotel 3*) Səhər yeməyi Səyahət sığortası Qeyd: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanıb. Qiymətlər
BUDAPEŞTDƏ YENİ İLİ QARŞİLA Hotel Mediterran Green Hotel Budapest Corvin Hotel Budapest Residence ACHAT Hotel Budapest Corvin Hotel Budapest – Corvin wing Corvin Hotel Budapest
Budapeşt+Vyana turu Tarix:27.10-02.11(6 gecə/7gün) 27.10 Bakı-Budapeşt 27.10-30.10 Budapeşt (Hotel Bara Budapest 3*) 30.10 Budapeşt-Vyana qatar ilə gediş 30.10-02.11 Vyana (Hotel Mozart 3*) 02.11 Vyana Budapeşt
Budapeşt Turu – Macarıstan Tarix: 03.10 – 09.10.2022 6 gecə / 7 gün Qiymət – 610 EUR Qiymətə daxildir: Hotel Səhər yeməyi Aviabilet Sığorta Viza dəstəyi Qiymətə daxil deyil: Viza dövlərt rüsumu Sifariş
Budapeşt 1873-cü ildə Dunay çayının şərqində yerləşən Peşt, qərbində yerləşən Buda və Obuda şəhərlərin birləşməsindən yaranan möhtəşəm Avropa şəhərlərindən biridir. Macaristan Budapest turu Tarix-6-12
[12:16, 2022-6-27] Natavan 041 : Hörmətli Səyahət Sevənlər sizləri Buda və Obuda şəhərlərinin birləşməsindən yaranan, Dunay çayinin sahilində yerləşən Avropanin ən gözəl şəhərlərindən biri olan Macarıstanın paytaxtı
Bu ilin Sərfəli Səyahəti Budapeşt Turu. TƏLƏSİN , qiymətlər yüksəlmədən turunuzu əldə edin. TARİX: 16.02.2022 – 20.02.2022 4 Gecə 5 Gün OTELLƏR VƏ QİYMƏTLƏR: GRAND JULES BOAT HOTEL 3* – 330₼ ONRIVER HOTELS
Budapeşt Novruz turu -269 $ Tarixlər: 20.03-23.03(3 gecə/4gün) Qiymətə daxildir: -Aviabilet -Otel (Hotel Bara Budapest 3*) -Səhər yeməyi Qeyd: Qiymət 2 nəfərlik tur zamanı 1 nəfər üçün hesablanıb. Qiymətlər
ÇOX SƏRFƏLİ BUDAPEŞT TURU – 2022 TƏLƏSİN , qiymətlər yüksəlmədən turunuzu əldə edin. TARİX: 26.01.2022 – 30.01.2022 4 Gecə 4 Gün OTELLƏR VƏ QİYMƏTLƏR: TRIPLE M HOTEL 3* – 450₼ GRAND JULES BOAT HOTEL 3* –
Yeni il Budapeşt turu TƏLƏSİN , qiymətlər yüksəlmədən turunuzu əldən edin. TARİX: 30.12.2021 – 02.01.2022 3 Gecə 4 Gün OTELLƏR VƏ QİYMƏTLƏR: Green Hotel Budapest 4* – 1250₼ Hotel Hungaria City Center 4* –
Yeni il Budapeşt turu TƏLƏSİN , qiymətlər yüksəlmədən turunuzu əldən edin. TARİX: 30.12.2021 – 02.01.2022 3 Gecə 4 Gün OTELLƏR VƏ QİYMƏTLƏR: Green Hotel Budapest 4* – 1250₼ Hotel Hungaria City Center 4* –
Sevgililər gününə özəl Budapeşt turu. TƏLƏSİN , qiymətlər yüksəlmədən turunuzu əldə edin. ₼ Qiymət 2 NƏFƏR üçün 750 AZN-dən başlayır. TARİX: 13.02.2022 – 16.02.2022 3 Gecə 4 Gün OTELLƏR VƏ QİYMƏTLƏR: GRAND
Budapeşt Turu Sevgililər gününə özəl Tarix: 13.02 – 16.02.2022 3 gecə / 4 gün Qiymətlər: * Hotel Bara 3* – 325 eur Central Green 3* – 325 eur Marmara Hotel 4* – 330 eur Mediterrán 4* – 360 eur Queen’S
Budapeşt – Yeni il Turu TƏLƏSİN , qiymətlər yüksəlmədən turunuzu əldən edin. TARİX: 30.12.2021 – 02.01.2022 3 Gecə 4 Gün OTELLƏR VƏ QİYMƏTLƏR: Green Hotel Budapest 4* – 1275₼ Hotel Hungaria City Center 4* –
Budapeşt – Yeni il Turu TƏLƏSİN , qiymətlər yüksəlmədən turunuzu əldən edin. TARİX: 30.12.2021 – 02.01.2022 3 Gecə 4 Gün OTELLƏR VƏ QİYMƏTLƏR: BARA HOTEL 3* – 1150₼ Green Hotel Budapest 4* – 1190₼ Marmara
Diqqət Diqqət : Hərkəsin gözlədiyi Avropa turlarının satışlarına başladıq. Budapeşt – Avropa Turu. TƏLƏSİN , qiymətlər yüksəlmədən turunuzu əldən edin. TARİX: 25.11.2021 – 28.11.2021 3 Gecə 4 Gün OTELLƏR VƏ
Yeni ildə Budapeşt səni gözləyir ! Macarıstan məcaraları ! TARIX: 30.12.2021 – 02.01.2022 OTELLƏR: ibis Budapest Castle Hill Hotel 1430 USD Grand Jules – Boat Hotel 1490 USD Danubius Hotel Erzsébet City Center
Diqqət Diqqət : Hərkəsin gözlədiyi Avropa turlarının satışlarına başlayırıq. Yeni ili Praqa’da qeyd edək?. Yeni il QRUP TURU üçün TƏLƏSİN , vaxt itirmədən tura yazılın çünki, yerlər çooox məhdud saydadır.GEC
Diqqət Diqqət : Hərkəsin gözlədiyi Avropa turlarının satışlarına başlayırıq. Yeni ili Praqa’da qeyd edək?. Yeni il QRUP TURU üçün TƏLƏSİN , vaxt itirmədən tura yazılın çünki, yerlər çooox məhdud saydadır.GEC
Budapeşti gəzmək istəyirsiniz? Bizimlə mümkündür! Sizin üçün seçdiyimiz otellərdən bütün şəhərin gözəllikləri əlçatandır! TARIX: 31.10.2021 – 07.11.2021 OTELLƏR: GREEN HOTEL 4* -540 euro MEDİTERRAN HOTEL 4* – 558
Macarıstan
Macarıstan turları üçün ən doğru ünvan Turlar.az saytıdır! Çünki burada Macarıstan turları ilə bağlı ən son elanlar bir arada toplanıb və elanlar operativ olaraq yenilənir.
Macarıstan Avropanın ən çox turist qəbul edən ölkələri sırasındadır. Macarıstandan Avropanın digər ölkələrinə çox rahat getmək olur.
Siz Budapeştdən Avropanın digər ölkələrinin müxtəlif şəhərlərinə çoxşaxəli nəqliyyat şəbəkəsindən yararlanmaqla səyahət edə bilərsiniz. Avropanın mərkəzində yerləşən Macarıstan bu baxımdan da olduqca əlverişli bir ölkədir. Belə ki, ölkənin paytaxtı Budapeştdən Avstriyanın paytaxtı Vyanaya, Slovakiyanın paytaxtı Bratislavaya, həmçinin Çexiya şəhərlərinə və digər yerlərə avtobusla cəmio bir neçə saatlıq yol var.
Vyana, Bratislava, Zaqreb, Brno, Praqa və digər şəhərlər Budapeştdən cəmi bir neçə saatlıq məsafədə yerləşir. O şəhərlərə səfər etmək üçün əlavə otel xərclərinə gərək qalmayacaq. Yox, əgər həmin şəhərlərdə gecələmək istəsəniz, bunun üçün turizm şirkətləri sizi büdcəyə uyğun otel və qonaq evləri ilə təmin edə bilər. Müqayisə üçün qeyd edək ki, Macarıstanda əvvəlcədən hazır turistik paketlərin alınması fərdi qaydada səyahət etməkdən daha sərfəlidir. Axtardığını asanlıqla tap az vaxtın getsin.
Macarıstana səyahət etmək istəyənlər Turlar.az saytına daxil olsunlar. Burada sizin diqqətinizi cəlb edəcək Macarıstan turları ilə yaxından maraqlana bilərsiniz.
Macarıstana necə viza almaq olar?
Bakıdan Budapeştə birbaşa uçuşların başlaması onunla nəticələnib ki, Avropaya ucuz qiymətə uçan azərbaycanlılar səyahəti Macarıstandan başlamalı olurlar. Amma digər ölkələrə olduğu kimi Macarıstana getmək üçün də viza almaq lazımdır.
İlk növbədə qeyd edək ki, 2007-ci ildən etibarən Macarıstan Şengen ölkələri qrupuna daxildir. Yəni qrupun digər ölkələri kimi, Macarıstana getmək üçün də Şengen vizası tələb olunur. Bu viza bütün Şengen ölkələrində (26 ölkə) işləyir.
Macarıstan səfirliyi harada yerləşir?
Macarıstanın Azərbaycandakı səfirliyi Bakıda, İçərişəhərdə yerləşir.
Rəsmi ünvan: Səbail rayonu, Mirzə Mənsur küçəsi, 72-dir.
Səfirliyin telefonları (+994 12) 497 47-50, 497-45-81/81
Macarıstana viza almaq üçün lazım olan sənədlər:
– Ən azı növbəti 3 ay ərzində qüvvədə olan pasport və… (DİQQƏT!) pasportda iki boş səhifə
– Şəxsiyyət vəsiqəsi
– Tam doldurulmuş və imzalanmış anket
– Pasport ölçüsündə — 3,3×4,5 formatında 2 (iki) ədəd fotoşəkil (ağ fonda)
– Ödənilmiş viza haqqı (rüsum) – 35 avro
– Təyyarə biletlərinin (gediş- dönüş) surəti
– Mehmanxanada haqqı tam (yəni bütün səfər müddəti üçün) ödənilmiş rezervasiya təsdiqinin surəti və ya dəvət məktubu (dəvət edənin şəxsiyyət vəsiqəsinin surəti)
– Tibbi sığorta şəhadətnaməsi (Şengen ölkələri zonası üçün vacibdir). Tibbi sığortanın məbləği 30 min avrodan az olmamalıdır.
– İş yerindən, rəsmi blankda, tutduğu vəzifə, aylıq əmək haqqı (gəlir) və məzuniyyətin müddəti göstərilən arayış
– Maddi gəliri təsdiq edən bank sənədləri — bankda hesab olması haqqında arayış və hesabdan çıxarış. Hesabda Şengen ərazisində qalacağınız hər günə görə 100 avro pul olmalıdır. Məsələn, əgər Budapeştdə 7 gün qalacaqsızsa onda hesabınızda 700 avro olmalıdır və s.
Qeyd: Ehtiyac olarsa, səfirlik bu siyahıda göstərilməyən digər əlavə sənədlər də tələb edə bilər.
Müraciət edənlər bilməlidir ki, Macarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsində viza sənədlərinin təqdim edilməsi üçün “IFR System” – ərizənin bron vaxtının onlayn verilməsi sitemi tətbiq olunur. IFR System-in saytında ərizəçilərə viza “C” üçün (Şengen vizasının 90 gündən çox olmayaraq etibarlılıq müddəti) və ya viza “D” üçün (yaşayış icazəsi almağa imkan verən viza) müraciət edərək vaxt sifarişi etmək imkanı var. Qeyd edək ki, “D” vizası tələbələr üçün nəzərdə tutulub və uzun müddətli verilir. “D” vizası üçün rüsum 60 avrodur.
IFR System-i mobil telefonda istifadə etmək üçün onu pulsuz olaraq AppStore-dan (iOS) və yaxud Google Play-dan (Android) yükləmək olar.
IFR System-in tətbiqi ilə, eyni zamanda Macarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinin qəbul saatları : Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə: 09:30-13:00, cümə: 09:30-12:00; hazır vizaların verilməsi – bazar ertəsi, çərşənbə axşamı, çərşənbə: 16:00, cümə: 15:00
Vizanın verilməsi 7 və ya 15 iş günü müddətində verilir.
Hansı hallarda viza verilməsindən imtina olunur?
Macarıstana viza alarkən azərbaycanlıların üzləşdikləri əsas çətinliklər bankdan və iş yerindən arayışın alınmasıdır. Bəzi vətəndaşlar rəsmi işləmədiklərinə görə, onlar üçün iş yerindən arayış almaq çətinlik yaradır. Eləcə də bank hesabına lazım olan məbləği yatırmaq da bəzi vətəndaşlar üçün çətinlik yaradır.
Viza alınanda əsas problemlərdən biri otelin bron edilməsidir
Qeyd etdiyimiz kimi, viza alınması üçün tələb olunan sənədlərdən biri ölkədə qalma müddəti üçün oteldə yerin bronlanması barədə arayışdır. Bu arayışı vətəndaşa otel verir, vətəndaş isə onu səfirliyə təqdim edir. Əsas problemlərdən biri neçə ulduzlu otelin bron edilməsi və sonradan o bronun ləğvi ilə bağlı olur. Əvvəla, səfirlik üçün ən yaxşı variant 3 və daha çox ulduzlu otelin bron edilməsidir. Çünki belə otellərin qiyməti də nisbətən yuxarı olur və bu məbləği ödəyən vətəndaşın iqtisadi imkanlarının normal olduğunu təsdiqləyir. Viza müraciəti üçün 1-2 ulduzlu otellər və ya hostellər də bron edə bilərsiniz. Amma bu halda viza almaq şansı azalır. Səfirlikdə hesab edirlər ki, bu qiymətə otel bron edənlər ona görə az pul xərcləyirlər ki, ölkəyə miqrant kimi gəlib, sonra qayıtmasınlar.
Bəzi vətəndaşlar viza üçün müraciət edəndə Macarıstanda otel bron edir, amma viza aldıqdan sonra bronu ləğv edirlər. Amma bu bir çox hallarda vizanın ləğv edilməsinə və ya ən azından xəbərdarlığa səbəb olur.
Macarıstanda qalmaq müddətinin də təsiri var
İkinci məsələ isə turist vizası alarkən Macarıstanda neçə gün qalmağınızada diqqət yetirilir. Əgər 30 günlük viza alırsızsa və bu 30 günün hamısını Macarıstanda keçirəcəksizsə bu da viza almağınıza çətinlik yarada bilər. Yaxşı olar ki, səfəriniz uzun müddətə olduğu halda fərqli ölkələr və ya ən azından fərqli şəhərlər seçəsiz.
- Birləşmiş Krallığa viza necə almalı?
- Viza nədir ?
- Şengen vizası nədir və Şengen ölkələri hansılardır?
- Amerikaya viza dəstəyi
- Vizasız ölkələr siyahısı
- Macarıstana necə viza almaq olar?
- Fransa vizası üçün lazım olan sənədlər
- Niyə məhz İngiltərə?
- Avstriyaya viza almağın qaydaları
- Bolqarıstana necə viza almalı?
- Çin vizası haqqında
- Yunanıstan vizası dəstəyi
- Malta vizası dəstəyi
- Taylanda səfər etmək üçün viza tələbləri
- Çexiya vizasının növləri
- Vizasız gedə biləcəyimiz Avropa ölkələri
- Azərbaycana viza almaq üçün ümumi tələblər
- Çexiya vizasının növləri
Vizalar.az dünyanın istənilən ölkəsinə səyahət, təhsil və iş vizalarının alınması üçün sənədlərin hazırlanmasına kömək edən onlayn platformadır. Viza üçün müraciətin hazırlanması diqqətli yanaşma tələb edən çətin bir prosesdir. Viza dəstəyini vizalar.az-a etibar edin.
Macarıstanda təhsil
Dünyanın fərqli bölgələrindən hər il minlərlə tələbə təhsil almaq üçün Macarıstana yollanır. Bu ölkə həm keyfiyyətli təhsil ocağları həm də təmiz şəhərlər, sərfəli qiymətlər, perspektivli iş imkanları ilə fərqlənir. Əcnəbi tələbələrimizin əksəriyyəti Budapeştdə təhsil alsa da, digər şəhərlərin də tələbələr üçün təklif edəcəyi çox şey var. Macarıstanın öndə gələn universitetləri isə belədir:
1.University of Szeged
2.University of Debrecen
3.Eötvös Lorand University
4.University of Pecs
5.Corvonus University of Budapest
Macarıstan dövlət təqaüdü
Təqaüd, hər il 5000 -dən çox beynəlxalq tələbə cəlb edən, demək olar ki, 80 ölkə və ərazidə beş qitədə mövcuddur. Hal-hazırda, Stipendium Hungaricum Proqramı ilə məşğul olan, bütün dərəcə səviyyələrində bütün ali təhsil sahələrini əhatə edən, part-time və doktorantura proqramları da daxil olmaqla, əsasən ingilis dilində aparılan 600-dən çox təhsil proqramı ilə məşğul olan 29 Macarıstan ali təhsil müəssisəsi var.
Stipendium Hungaricum proqramında mövcud təhsil sahələri:
Engineering science
Social science
Teacher training
Theology
Natural sciences
Arts education
Medical and Health science
Computer science
Təqaüd xərcləri və tələblər universitet və ixtisaslardan asılı olaraq dəyişə bilir. Aşağıda əsas qoyulan tələbləri qeyd edirəm:
- Ielts və ya TOEFL (İxtisaslardan asılı olaraq dəyişə bilir)
- Motivasiya məktubu
- Sağlamlıq barədə arayış
- GPA (İxtisaslardan asılı olaraq dəyişir)
Bəzi universitetlər imtahanla qəbul edir. Bu imtahanın nəticəsindən asılı olaraq siz qəbul alırsız. Yüksək nəticələri olan müəyyən sayda tələbələr təhsil haqqından azad olunma və yaşayış xərcləri kimi üstünlüklərdə qazana bilir.
Macarıstanda doktorantura üzrə təhsilinizi davam etdirə bilərsiniz. Əsasən tədqiqat işi və motivasiya məktubu tələb olunur.
Macarıstanda olan təhsil müəssələri, ixtisaslar və qəbul şərtləri barədə daha ətraflı məlumat almaq istəyənlər üçün Macarıstan Təqaüdü rəsmi saytına aşağıdakı linkdən daxil ola bilərsiniz.
Macarıstanda iş imkanları
Macarıstan Avropada iş tapmaq üçün əlverişli ölkələrdən biridir. Macarıstan höküməti əcnəbi tələbərə həftədə 24 saat işləmək icazəsi verir. Buda təhsil müddətindəişləyərək həm təcrübə, həm də əlavə gəlir qazanmaq imkanı yaradır. Şirkətlərdə təcrübəçi olaraq çalışan tələbərində sayı kifayət qədər çoxdur. Əlavə olaraq, təhsilinizi bitirdikdən sonra ölkədə qalıb işləmək istəyirsinizsə, iş icazəsi almalısınız. Çox vaxt işə qəbul edən şirkət bu prosedurlarla məşğul olur. Bu icazəni alana kimi siz işləyə bilməzsiniz. Macarıstanda iş imkanları üçün sosial şəbəkələrdən və ya iş veb-saytlarına baxa bilərsiniz:
Macarıstana viza şərtləri
Macarıstan Şengen ölkələr qrupuna daxildir. Yəni, Macarıstana getmək üçün də Şengen vizası tələb olunur. Tələbə kimi gedirsizsə D kateqoriyalı vizaya müraciət edə bilərsiniz. Bunlar üçün Macarıstanın Bakıda yerləşşən səfirliyi ilə əlaqə saxlaya bilərsiniz. Əlavə olaraq, şərtlər və prosedurlarla yaxından tanış olmaq istəyirsinizsə aşağıdakı linkə klik edin.
Müəllif: Anar Qurbanov \ Mətləb Məmmədov
- Avstriyada Magistratura Təhsili
- Belçikada təhsil
- Türkiyədə Təhsil – Türkiyə Bursları
- Xaricdə oxumağın 7 üstünlüyü
- Yaponiyada Təqaüdlə Təhsil
- İtaliyada təhsil
- DAAD nədir?
- TÖMER nədir?
- FLEX programı nədir?
- Enactus proqramı nədir?
- Fransada təhsil
- ERASMUS nədir?
- Polsada Tehsil haqqında
- Estoniyada Təhsil
- Kanadada Təhsil
Comments are closed, but trackbacks and pingbacks are open.