Macarıstanda Tayland kartını ilkin olarsa necə təşkil edə bilərəm?
Beləliklə, ayrı-ayrı türk ölkələrindən çoxsaylı insanların iştirakı gerçəkləşən Turan Qurultayı, təkcə bir ictimai təşkilatın, bir ölkənin deyil, dünya türklüyünün maraq dairəsindədir, deyə bilərik.
Hökumətlərarası Təqaüd Proqramı – Macarıstan – 2023 ƏN SON
Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 7 dekabr 2017-ci il tarixində imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Proqram Azərbaycan Respublikasının vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil
almaq imkanı yaradır. Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün
aşağıdakı çərçivə əsasında təqaüd ayrılacağı nəzərdə tutulmuşdur:
tam bakalavriat və magistratura təhsil proqramları üzrə
– kənd təsərrüfatı, su idarəetməsi – 10 təqaüd;
– təbiət elmləri, davamlı inkişaf – 20 təqaüd,
– turizm – 15 təqaüd;
– mühəndislik, informasiya texnologiyaları, texnologiyalar – 75 təqaüd;
– iqtisadiyyat, biznes və idarəetmə elmləri – 55 təqaüd;
- doktorantura təhsili üzrə
– istənilən maraq dairəsi üzrə – 25 təqaüd.
Təqaüd proqramı hansı xərcləri qarşılayır?
Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir:
Macarıstan tərəfindən:
- ödənişsiz təhsil;
- universitet yataqxanasında yaşayış;
- tibbi sığorta;
- aylıq təqaüd.
Mövcud qanunvericiliyə əsasən, aylıq təqaüd ümumi olaraq aşağıdakı kimi
müəyyənləşdirilmişdir:
- Bakalavriat və magistratura proqramları üçün: aylıq 43,700 Macarıstan forinti
- Doktorantura proqramları üçün: təlim və tədqiqat dövründə aylıq 140.000, dissertasiya
dövründə isə aylıq 180.000 Macarıstan forinti.
Qəbul şərtləri:
Namizədlər yalnız aşağıdakı tələbələrə cavab verdikləri təqdirdə fərdi müsahibə mərhələsində
iştirak hüququ əldə edəcəklər:
- Bakalavriatdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında
diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 2 ixtisasa uyğun olması tövsiyə olunur; - İddiaçıların seçdiyi hər iki ixtisas eyni ixtisas istiqaməti olması tövsiyə olunur;
- Bakalavriat və ya magistratura təhsil səviyyələri üzrə təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 400, digər sahələr üzrə ən azı 550 bal toplamalıdırlar;
- 2021/22-ci tədris ili və ya əvvəlki illərdə ümumtəhsil müəssisələrindən məzun olacaq/olmuş Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarında iştirak etməyən iddiaçıların akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) əsas götürüləcəkdir (həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 75%-indən az olmamaqla). Həmçinin, həmin iddiaçıların attestat və ya orta ixtisas diplomu üzrə cari müvəffəqiyyət dərəcəsinin orta balı 5 ballıq sistem üzrə 4 baldan aşağı olmamalıdır;
- Ölkənin yerli ali təhsil müəssisələrində bakalavriat, magistratura və ya doktorantura səviyyələrində təhsil alan şəxslər təhsillərinin 50%-dən çoxunu tamamlamamış olmalıdır;
- Magistratura və ya doktorantura təhsil səviyyələrinə müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 71 baldan aşağı olmamalıdır. Hazırda təhsil aldığı eyni səviyyə üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem üzrə 71 baldan aşağı olmamalıdır;
- Namizədin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı (bakalavriat təhsil səviyyəsi üzrə IELTS sertifikat balı minimum 6.0, magistratura və doktorantura səviyyələri üzrə 6.5 və ya digər sertifikatların bu göstəriciyə ekvivalentini təşkil etməlidir;
Tələb olunan sənədlər:
- Avropa İttifaqı CV nümunəsində (Europass format) doldurulmuş CV (namizədin şəkli əlavə
olunmalı, təhsil almaq üçün müraciət etdiyi dildə və ya ingilis dilində hazırlanmalı); - Motivasiya məktubu – təhsil alacağınız ixtisas və Macarıstanda təhsillə bağlı məqsəd və gözləntiləriniz barədə minimum 1 səhifədən ibarət qısa xülasə (Times New Roman 12 şrifti ilə ingilis və ya macar dilində yazılmış);
- Xarici dil sertifikatı (IELTS; TOEFL; Duolingo);
- Təhsil sənədləri (ingilis və ya macar dilində notarial qaydada tərcümə və təsdiq olunmuş) – bakalavr üçün attestat, magistr üçün diplom və əlavəsi, doktorantura təhsili üçün isə magistr diplomu və əlavəsi;
- QİÇS, Hepatit A, B, C və ya başqa yoluxucu xəstəliklərin olmamasına dair tibbi arayış. Arayışlar 1 sentyabr 2021-ci il tarixindən sonra alınmalıdır;
- Xarici pasportun surəti;
- İki ədəd tövsiyə məktubu.
- Tədqiqat işi (bu sənədi bütün Macarıstan universitetləri tələb etmir).
Müraciət üçün son tarix
Müraciətlər noyabrın ayının 15-dən açılmışdır və yanvar ayının 15-inə qədər davam edəcək. Ərizələri həm Təhsil Nazirliyinin rəsmi saytında, həm də Macarıstanın öz təqaüd proqramının saytında yükləmək lazımdır.
Təqaüd proqramına müraciət və qəbul sonrası viza, yerləşmə prosesi ilə bağlı daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz. Komandamızın peşəkar əməkdaşları hər zaman sizin xidmətinizdədir.
Macarıstanda Tayland kartını ilkin olarsa necə təşkil edə bilərəm?
Əkbər Qoşalı: “Avropa insanı at üçün çox darıxıb”
Bu günlərdə Macarıstanda V Turan qurultayı türk dünyası əhalisi, əsasən də mediası tərəfindən çox böyük maraqla qarşılanıb. Modern. az həmin qurultaydan yeni qayıdan Milli QHT Forumu İdarə Heyətinin üzvü, şair-publisist Əkbər QOŞALI ilə müsahibəni sizlərə təqdim edir. Müsahibə Macarıstana səfər təəssüratları və türk dünyasının bu günki problemləri üzərində qurulub:
– Əkbər müəllim, Siz bugünlərdə Macarıstandan səfərdən qayıtmısız. İstərdik, səfərin məram-məqsədi barədə, öz səfər təəssüratlarınızı bizimlə bölüşəsiz.
-Macarıstanda Macar-Turan Vəqfi adında nüfuzlu bir ictimai təşkilat fəaliyyət göstərir. Bu ictimai təşkilatın həyata keçirdiyi ən böyük layihə də Turan Qurultayıdır. Ötən günlərdə bizim iştirakçısı olduğumuz, Macarıstan paytaxtı Budapeştdə, eləcə də, Buğac və Balaton şəhərlərində silsilə şölənlərlə süslənmiş Qurultay sayca 5-ci idi. Etiraf edək ki, bir tədbir 5-ci dəfə keçirilirsə, oraya bütün türk boylarından, türksoylu dövlətlərdən çoxsaylı nümayəndələr, o cümlədən Macarıstanın özündən və dünya macarlarını təmsilən (bu il etibarı ilə) 300 minə yaxın insan gəlirsə, bu özlüyündə Turan Qrultayına tələbatı, ictimai diqqəti, ayrı-ayrı türk dövlət və topluluqlarının alqışını ifadə etməkdədir.
V Qurultayda Azərbaycan Respublikasından 30 nəfərlik nümayəndə heyəti, millət vəkillərimiz iştirak edirdi. O cümlədən Avropanın müxtəlif şəhərlərindən gəlmiş diaspor liderlərimizi, gənclərimizi gördük bu qurultayda.
– Qurultay niyə başqa ölkələrdə deyil, məhz Macarıstanda keçirildi?
– Macarıstan son illər türk dünyasında inteqrasiya prosesinə ciddi maraq göstərən bir Avropa ölkəsidir. Macarıstan vətəndaşları, ictimai fikir xadimləri, bu ölkənin alimləri, etnoqrafları Asiyaya dayanan soyköklərini axtarmaqdadırlar. Bunun sonucu, nəhayət ki, dövlət səviyyəsində öz əksini tapıb. – Bizi Macarıstan parlamentində qəbul edən vitse-spiker cənab Sandor Lezsak dedi ki, biz Macarıstan olaraq, “Şərq açılımı” politikasına keçmişik və öz əcdadlarımızı axtarırıq. Mən görüşdən çıxandan bir qədər sonra macar parlamentindəki görüş, orada səsləndirilən qiymətli fikirlər barədə öz feysbuk səhifəmdə paylaşım etdim və az müddətdə yüksək maraq və diqqətlə qarşılanmasının müşahidə olunduğunu məmnunluqla qeyd etmək istərdim.
Beləliklə, dünyanın böyüklüyünə görə üçüncü parlament binası sayılan tarixi və nadir memarlıq incisi sayılan məkanda məhz tarixi və inci kimi sözlər eşitdik. Cənab vitse-spiker deyirdi: “Biz babalarımızın, atalarımızın şərqdən gətirdikləri motivləri, ornamentləri bu gün də yaşadırıq. Ötən dövrlərdə bizi ictimai-siyasi, kültürəl baxımdan müxtəlif yerlərə çəkmək istədilər. amma biz babalarımızın gətirdiklərini, onlarla bir yerdə gələnləri heç bir vaxt unutmadıq, öz içimizdə yaşatdıq.
Bax budur, biz bu gün öz qardaşlarımızla, əqrabalarımızla öz möhtəşəm tariximizi yenidən yad edirik”.
Cənab Lezsakın bizlərə bəxş etdiyi həyəcanı, bu ölkənin Rusiyadakı keçmiş böyükelçisi, hazırda Xarici İşlər Nazirliyində Doğu Avropa ölkələri ilə işi kurasiya edən cənab Keskey Erno davam etdirdi: “Dil və soykökü əqrabalığımız yeni anlam, yeni məzmun qazanır. Dörd il öncə Macarstan hökuməti “ Şərq Açılımı ” politikasına başladı. Bu çox önəmli qərardır. Şərqdə qohum olan xalqlarla, eyni soykökə malik olan insanlarla bir yerdə olmağımuzu bilirik, onlarla ilişkilərimizi genişləndirmək istəyirik. Buna görə də Macarstan hökuməti Turan Qurultayını yalnız mənəvi baxımdan deyil, həm də maddi olaraq dəstəkləyir”.
Əlbəttə, Macar Turan Vəqfinin başqanı Androş Bironun çıxışı daha açıqmətnli – “diplomatiya buxovları”ndan azad idi:
“Biz böyük bir ailəyik – Hun-Türk kökənlilərin böyük ailəsi. Birlikdə olmağımız sadəcə tariximizi yansıtmır, biz həm də öz gələcəyimizi birlikdə qururuq. Bu gün Hun-Türk kökənlilər öz torpaqlarında problemlər yaşayırlar; Azərbaycanın işğal altında olan Qarabağ bölgəsini unutmamalıyıq! Uyğurlar, Kıprıs türkləri, İraq və Suriya türkmanları böyük problemlər yaşayırlar – onları unutmamalıyıq. Biz əlbəttə, nifrət deyil, sevgi göstərmək istəyirik. Qlobalistlər istəyir ki, dünyada sadəcə təktipli bir insan topluluğu yaratsınlar, lakin dünya rəngarəngdir, ayrı-ayrı xalqların varlığı ilə gözəldir. Biz Avropanın göbəyində yaşasaq da, öz soykökümüzü, öz mədəniyyətimizi əsla unutmadıq.
Biz eyni taleyi, eyni qədəri paylaşan qardaş xalqlarıq. Bizim aramızda işbirlikləri önəmlidir, lakin bizimki sadəcə işbirliyi deyil, eyni qanı daşıyan əqrabaların işbirliyidir. İşbirliyində portnyorlar dəyişə bilər, qohumluq bağları isə dəyişməz!”.
Baxın, bu deyilənlər Turan Qurultayının niyə məhz Macarısyanda keçirildiyinin mahiyyətini açmırmı?
Beləliklə, ayrı-ayrı türk ölkələrindən çoxsaylı insanların iştirakı gerçəkləşən Turan Qurultayı, təkcə bir ictimai təşkilatın, bir ölkənin deyil, dünya türklüyünün maraq dairəsindədir, deyə bilərik.
Macarıstan Orxon-Yenisey abidələrinə, o cümlədən tarixi türk yazılağına (əlifbasına), ortaq keçmişimizi əks etdirən ornamentlərə, simvollara maraq göstərərək, bunu öz geyimlərində, süslərində, müxtəlif əsərlərində əks etdirən, Orxon-Yenisey yazılağını (əlifbasını) az qala ölkənin rəsmi əlifbasına bəslənən sayğı səviyyəsində əzizləyən bir ölkədir.
Bizim dədələrimizin, nənələrimizin istifadə etdiyi mədəni, hərbi, geyim-keçim, yemək-içmək (kulinariya) və s. üzrə üsulları, vasitələri. az qala ortaq keçmişimin hər şeyini macarlar öz həyatlarına köçürüblər. Macar-Turan Vəqfinin başqanı, fəalları səhnədə də, səhnədən qıraqda da macar-hun milli qiyafətlərindən istifadə edir. Başqan Androş Biro sanki yaşayan Atilladır – o qədər ruhuna çöxkdürüb ki, Atillanı, necə deyərlər, Atillaçılığı.
Macarların ortaq türk dəyərlərinə, hun-türk ortaq keçmişinə verdiyi dəyəri Avropada, dünyada hər kəs görür: sevinən sevinir, rahatsız olan qəhərlənir. Ta yemək bişirməkdən, pal-paltardan, ölçümdən-biçimdən dövlət siyasətinə qədər yüksələn bir söykök arayışı, dəyər yaşatma, yaddaşoyatma işi var ortada.
Macarıstanda insan özünü yad kimi hiss edə bilmir. Bunun üçün heç bir şans tanımırlar. Bəlkə də Atillanın orada dəfn olunmasına görə, həmin torpaqlar bizə bunca doğmadır; bəlkə bugünkü siyasətləri, gələcəyə baxışları, habelə torpaqlarının bərəkəti, günəşlərinin, yağışlarının bolluğundan irəli gəlir, bu doğmalıq. – Baxmayaraq ki, dinlər fərqlidir, əlifba, dil bir qədər fərqlidir, ancaq doğmalıq hissi bu fərqlilikləri aşır. Yeri gəlmişkən, macar dilində bir çox sözlər demək olar, eynən bizdəki kimidir. Mən əlbəttə, bir səfər təəssüratlarını yansıdan müsahibə içində Macarıstan, macarların tarixi, macar gələnəkləri haqqında ətraflı danışa bilmərəm ancaq hər halda, bir internet ünvanını oxucularla paylaşmaq istərdim ki, arzu edənlər Turan Qurultayı, üstəlik macarlar və Macarıstan haqqında yığcam bilgilər əldə etsinlər: //kurultaj.hu.
Bir daha o nöqtəyə qayıtmaq istərdim ki, bir macarla bir azərbaycanlı, bir qırğız, bir yakut bir-birini öz dilləri ilə çətin başa sala bilər ancaq baxışları, ruh dalğası, ortaq keçmişdən ortaq gələcəyə yönələn enerji ilə bir-birimizi anlaya bilirik. Əlbəttə, bu ruh halı, enerji axımı, dalğa-dalğa yayımlar dünyanın, informasiya-kommunikasiya texnologiyalarının çağdaş inkişaf durumuna uyğun zənginlik qazanmalıdır. Eləcə də, macarca-Azərbaycanca, Azərbaycanca-macarca sözlüklər tərtib edilməli, tələbə mübadiləsi həyata keçirilməli, qarşılıqlı olaraq, mədəniyyət günləri keçirilməlidir və s. .
– Əkbər müəllim, Qurultayla bağlı videolara, şəkillərə baxdıqca məndə belə bir təəssürat yaranır: Avropa insanı at üçün darıxıb?
– Qurultay bir macar hadisəsidir, hun-türk birliyinin simgələrini yaşadır, tarixə üz tutsa da, gələcəyə boylanır, gələcəyi qurucularını yönləndirir. Bu anlamda, Turan Qurultayındakı böyük şölənlərdə atsız keçinmək mümkün deyil. Macarıstan həm bizim dəyərləri doğma –özününkü bilən bir ölkədir, həm də bir Avropa ölkəsidir, Avropa Birliyi üzvüdür. Təbii, Avropanın halını da bir baxıma görmək olur Macarıstanda.
Bəlkə də ortaq keçmişimizi əks etdirən dəyərləri axtaran macarlar da, bütün Avropa da, at üçün darıxıb demək olar. ancaq mən elə özümüzü də darıxanlar sinfinə aid edərdim. . Macarıstanda olan silsilə at yarışlarını, ox atma yarışlarını, çadırların fonunda dalğalanan bayraqları müşahidə edərkən, fikirləşdim ki, Azərbaycan insanlarını, türk insanlarını yenidən ata mindirmək lazımdır. Onları müxtəlif markalı xarici maşınlardan endirib, heç olmazsa, ayda bir dəfə ata mindirmək lazımdır. Avtomobilin öz yeri var, əlbəttə, ancaq at bir başqadır – canlıdır, sənin kimi nəfəs alır, baxır, görür, hiss edir; avtomobili insan yaradıb, atı Tanrı.
Bir sözlə, Azərbaycan gəncliyini, türk gəncliyini at belinə qaldırmaq lazımdır. At igidin qardaşıdır, at muraddır; atı insana bizim dədələrimiz qardaş edib.
Macarıstanın Buğac bölgəsində atın belində gördüyüm macarı bir başqa gördüm, lüks avtomobildəki macarı sanki bir başqa.
Mən bu gün macar dostumla internet vasitəsilə əlaqə saxladım. Mən demirəm ki, ağır texnika, ümumən texniki inkişaf, sənaye ləğv olunsun, özü də elə bugün. Əsla! Hər şeyin öz yeri, öz zamanı, öz müddəti, öz dəyəri var. Sadəcə olaraq, Turan Qurultayının yaddaşyaşadıcı, yaddaşoyadıcı missiyasının əsintilərini, yansımalarını çatdırmaq istədim.
– Qurultay sizə daha çox nəyi hiss etdirdi? “Dədə Qorqud” boylarını, yoxsa Atillanı?
– Orada bizi Arpad Ata şərəfinə tərtib edilmiş “Panoram”a apardılar. Arpadın Atilladan bir neçə yüzil sonra Avropaya, Macarıstana yürüşü, öz dədə-babalarının izi ilə getməyini əks etdirən yüksək sənət əsəridir o “Panoram”. Əsatirləri, mifləri belə yüksək estetika ilə modelləşdirən panoramdan danışıram.
Mən Macarıstana gedəndə ilk növbədə dilimdə Dunay var idi. Getdiyimiz günün səhəri dostlarla Dunaya endik. Bir çoxu soruşdu ki, niyə məhz oraya getmək istəyirsən? Dedim, ilk növbədə, “. Bir yaz günü keçdik Tunadan qafilələrlə” deyən Yəhya Kamal Bayatlının ruhunu yad etmiş oluruq; “. Tuna çayı axmam deyir, Sahilimə baxmam deyir. ” nidasını xatırlamış oluruq.
Dunayın suyuna əl vuranda, gördüm ki, bizim bir neçə nümayəndəmiz məndən önə keçib, hətta o suyu içdilər.
Budapeştin öz spesifikliyi, özəllikləri var – həmən-həmən bir Avropa şəhəridir, bir paytaxt şəhəridir. Lakin daha çox ibtidai duyğuların cücərdiyi yerlərə – macar qəsəbələrinə, köylərinə gedəndə, o ruhu daha dərindən hiss etmək olur, təbii. Yenə Qurultay şölənlərinin yapıdlığı Buğaca diqqət yönəldək: təsəvvür edin, böyük bir sahəyə girirsən, hər tərəf çil-çil çadırlarla əhatə olunub, o çadırların içində. keçəsindən, palazından, ağacından, süsündən tutmuş, hər şey ortaq türk ruhuna səsləyir səni.
Arpad Atanın, Atillanın böyük portretləri. yüksək sürətlə çapılan atlar, havada öpüşən qılınclar, oxlar. xoşməramlı yarış ruhunun verdiyi əzəmət. bir başqa aləmdir. Belə ortamda tamaşaçı olmaq istəmirsən, tamaşaçılıq adama dar gəlir.
Siz Dədə Qorqud boylarından söz açdınız –sizə deyim, Turan Qurultayı hun-türk kültürünün bütün abidələrini, hadisələrini, böyük adlarını bir şəkildə öz içinə alan bir Qurultaydır.
– Orada baş verən başqa hansı maraqlı hadisəni qeyd edərdiz? –Yəni proqramdışında baş verənlərdən.
– Buğacda, Qurultayın gedişi vaxtı bir dəfə gur yağış yağdı. Qonaqlı-qaralı hər kəsin çadırlara qaçdığı bir məqamda, atçapan, oxatan macar qızlarının. heç nə olmamış kimi yağışın altında qaldıqlarını gördüm. Yağışın yağması, günəşin doğması, suyun axışı, nə bilim Tanrıdan gələn hər şey o qədər təbii qarşılanırdı, vurulmamaq olmurdu.
Bir də, macarların öz Asiyalı, Qafqazlı, Anadolulu. qardaşlarına təbəssüm, məhəbbət dolu baxışları elə idi, deyirdin bu baxışlar sönməzdir.
Buğacda Atillanın şərəfinə dünyanın ən böyük çadırı quruldu. Çadırın içində kəllə skletləri var idi. Öz-özümə düşündüm, at belində böyük torpağın – Avrasiyanın o üzündən bu üzünə çapıb gələsən, vuruşasan, yüzillər sonra uçaqla gəlib, sənin nişanəni bir kültür mirası kimi ziyarət edələr.
Bilirsiz, kino deyildi, virtual aləm deyildi: biz tarixin içinə düşmüşdük. –Səs-səs, söz-söz, paltar-paltar, ox-ox, qılınc-qılınc, at-at, çadır-çadır.
Düşünürəm, bəzən himnimizi oxumağa çəkinən adamlarımıza rast gəlirik, milli geyimlərimizi ancaq muzeylərdə, kinolarda, tamaşalarda görürük. macar qardaşlarımız isə öz geyimlərini fəxrlə geyinir, öz milli marşlarını, xalq mahnılarını az qala ellikcə oxuyurlar. Bizim mətbəximiz dünyanın ən zəngin mətbəxlərindən biridir. Gəlin görək, gəryincə təbliğ edirikmi?
Yadda qalan hadisə dəyərində bir olanağı da deyim. Buğacda, Qurultay gedişində bizim bayraqlarımızın nümayəndə heyəti üzvü olmayan xeyli başqa insan tərəfindən də daşındığı, dalğalandırıldığını görmək çox xoş idi.
. Qurultayın qapanış törəni meydanın ortasında böyük tonqal ətrafında başa çatır. Şamanların zikrinə qulaq asanda tüklərim biz-biz oldu: mən bu mənzərəni nə zamansa görmüşəm, nə zamansa yaşamışam elə bil. yaddaşım ürpəndi. – İlk dəfə idi ki, bir şaman ayinində iştirak edirdim. Əli qavallı şamanlar, tenqriçilər pal-paltarlarından asılmış müxtəlif metal taxılarla bir aləm idi. Sibirdən gəlmiş qocaman şamanın bir əlində ayı pəncəsi, bir əlində qurd caynağı, başında qızılquş topası var idi. Digər tərəfdən o da üzt-başındakı metal taxılar, süslərlə ritmi, ahəngi tənzimləyirdi, elə bil. Gur yanan tonqal, göydə dolunay, uzaqlarda közərən üfüq, ayaq yetərdə çadırlar və sanki ilahi bir sükut. Yüzlərlə insan şamanların ardıcıl hərəkət və hərəkətsizliyinə qapanıb qalıb. Fikirləşdim ki, dədə-babalarımız min illər öncə qadınlı kişili birlikdə zikrə qapılıblar. Tonqal ətrafında sözdən daha çox səs var idi. Çox ilgincdi.
Yadıma düşmüşkən deyim, Uzaq Saxadan gəlmiş bir gənc türküçü var idi – Yuliya Kirivoşapkina. Onun iki dəfə konserti oldu, hər ikinə qatıldım. Şamanlar kimi onun ifası da, sözdən daha çox səs üzərində qurulmuşdu – suyun, meşənin, qurdun, atın. təbiətin səsini bir gənc qız ufaq bir metal əşyanın köməyi ilə elə canlandırırdı. Şaman zikrində insanlar səsə necə hidayət edirlərsə, Yuliyanın konserti də şamansayağı idi: səsə sayğı duyacaqsan deyirdi sanki. Altayda deyil, Sibirdə deyil Macarıstanda qatıla bildiyim şaman ayinində, təmizlik, arılıq, duruluq, doğmalıq gördüm.
– Macarıstandan baxanda Türk Dünyası, örnəyi, Krım necə görsənir?
– Macarlar Krım da daxil olmaqla, türk birliyini bütöv görən ölkədir. Hər birimizin müsbəti, mənfisi ola bilər. Macar parlamentində də, Qurultayın rəsmi açılış törənində də, digər tədbirlər də də, Qarabağ deyildi, türkün qanayan yaraları qeyd edildi. Ancaq Macarıstandan Ukraynaya baxış məsələsi bizim baxışdan önəmli dərəcədə fərqlənir. Bilirsiz, macarlar bir sıra qonşularında, o cümlədən Ukraynada tarixi torpaqlarının olduğunu deyirlər. Qurultay təşkilatçıları hələlik elə tərtibatla hərəkət edirlər ki, fikir ayrılıqlarına xidmət edən, birlik, tarix yaşatma modullarına uymayan müzakirələri işin içinə gətirmirlər. – Düz də edirlər. Ümumən bu Qurultay başqa qurultaylarda köklü şəkildə fərqlənir – bu daha çox şğlənlərlə süslənmiş kültür etkinliyidir, tanışma, qaynaşma meydanıdır, artıq vurğuladığımız kimi, yaddaşyaşatma, yaddaşoyatma aktıdır.
– Sizcə, Türk Dünyasını Mcarıstanmı birləşdirəcək.
– Baxın, türk dünyasının birliyinə xidmət edən neçə təşkilat, neçə qurultay görmüşük. Əlbəttə, hərəsinin öz xeyri olub. ancaq dəfələrlər görmüşük ki, bir qurultayda müzakirə olunub, qərara bağlanan hansısa məsələ növbəti qurultayda yenidən güncəl olub. Sovetlərdən çıxan türk respublikalarının yeni tarix dövrdə yaşı 20-ni keçib, müəyyən olumlu addımlar atılıb, qərarlar qəbul edilib. TÜRKSOY var, TürkPA var, Türk Dövlət Başçıları Zirvəsinin Katibliyi –TürkGƏNƏŞİ var; habelə bir sıra ictimai platformalar fəaliyyət göstərir. Bugünsə, Macarıstan sürpriz şəkildə Turan Qurultayıma evsahibliyi edir. Macar Turan hərəkatı tərəddütdə olan bir çox türk cümhuriyyətlərini, topluluqlarını, qurum və quruluşlarını düşünməyə vadar edəcək. Görəcəklər ki, örnəyi, TürkPAya gəlməməklə qıraqda qala bilməyəcklər. Ortaq keçmişi ortaq gələcəyə daşımaq qutsal görəvi yerdə qalan türk qardaşlarımızı da saracaq, əlbət.
-Bizim orada olan nümayəndələrə necə münasibət oldu?
– Hər kəsə eyni münasibət göstərilirdi. Gələn nümayəndələrin sayı çox idi. Dediyimiz kimi 300 minə yaxın insanın toplaşdığı Qurultayda əlahiddə münasibət gözləmək də uyğun olmazdı bəlkə.
Hər kəs bizdən Qarabağ barədə soruşur, bizdən qələbə müjdəsi gözlədiklərini deyirdilər.
Bəzən özümüzü ittiham edirik ki, Avropada bizi tanımırlar, xristiyan ölkələr Ermənistanı dəstəkləyir və s. Macarıstanın timsalında görürük ki, bir yandan dövlətimizin apardığı siyasət, Macarıstandakı səfirliyimizin fəal işi nəticəsində, digər yandan mövcud macar hökumətinin yürütdüyü politikanın yaratdığı əlverişli ortam nəticəsində Azərbaycanı tanıdan önəmli işlər görülüb. Ölkələrimiz arsında qarılıqlı rəsmi səfərlər, önəmli görüşlər gerçəkləşdirilib. Əlavə edim ki, Macarıstanın əksər kitabxanalarına, universitetlərinə Azərbaycan həqiqətlərini əks etdirən kitablar verilib, bir sıra kitablar macarcaya çevrilərək nəşr edilib.
Macar mənim qardaşımdır. Macarlar din fərqinə baxmayaraq, türk birliyinə ürəklə yanaşan bir ölkədir. Mcarıstan, insanları öz babalarının yolu ilə qayıtdıqca türk birliyinə töhfələr verəcəyinə inanıram. Macarıstan Avropada yüksələn haqq səsidir! Qıraqdan Turan Qurultayına diqqət edənlər çoxdur. Birliyimiz naminə, bizə qarşı çıxanları yenmək naminə, alimlərimiz, tədqiqatçılarımız, gənclərimiz, yazıçılarımız, hətta işadamlarımız Macarıstana diqqəti artırmalıdır, deyə düşünürəm. Dövlətimizin siyasəti ictimai və yaradıcı platformada dəstək görməlidir!
Elmin NURİ
Ulduz İbrahimova
Comments are closed, but trackbacks and pingbacks are open.