Press "Enter" to skip to content

Partlayıcı maddələrin aşkarlanması üçün robot çəyirtkə yaradılıb

Müasir həyat tərzi və bəzi vərdişlər bəzən sağlamlığımıza mənfi təsir göstərir.

Mədəaltı vəzinin düzgün fəaliyyəti üçün 3 sadə təbii üsul

Müasir həyat tərzi və bəzi vərdişlər bəzən sağlamlığımıza mənfi təsir göstərir.

Qeyri-düzgün qidalanma mədə və mədəaltı vəzinin fəaliyyətində neqativ şəkildə özünü göstərir. Tez-tez baş verən stresslər və bəzən ciddi ehtiyac olmadan qəbul edilən müxtəlif dərmanlar xüsusilə təhlükəlidir. Sağlamlığa ciddii şəkildə diqqət yetirmək və həkimin nəzarətindən keçməyi gözardı etməmək lazımdır. Həmçinin bununla yanaşı aşağıda təqdim olunan 3 üsuldan istifadə edərək də mədəaltı vəzinin fəaliyyətini yaxşılaşdırmaq mümkündür.

Resept № 1

1 çay qaşığı şüyüd toxumunun (razyana) üzərinə 1 stəkan qaynar su tökün və 1 saat ərzində dəmlənməyə qoyun. Sonra süzün və gün ərzində az-az için.

Resept № 2

Bu vasitəni axşamdan hazırlayın. 0,5 l qatıq və 1 stəkan qarabaşaq (qrecka) götürün. Qarabaşaq yarmasını yaxşıca yuyun, sonra üzərinə qatıq tökün və 12 saat ərzində saxlayın. Bu qarışımdan gün ərzində 2 dəfə yarım stəkan için. Bu diyetanı 10 gün davam etdirin, sonra 1 aylıq fasilə verin.

Resept № 3

Mədəaltı vəzinin müalicəsi zamanı həkimlər suda, yağsız və duzsuz adi yulaf yarmasından istifadə edirlər. Bunu həftə ərzində səhər yeməyi olaraq yeyin. Yulaf yarmasını rasionuna daxil etməkdə çətinlik çəkənlər onu yulaf cövhəri ilə əvəz edə bilərlər. 0,5 kq yulafın üzərinə 1 l qaynar su tökün və 1 saat dəmlənməyə qoyun. Sonra süzün və həftə ərzində gündə 3 dəfə 1/2 stəkan için.

Saglamolun.Az

Partlayıcı maddələrin aşkarlanması üçün robot çəyirtkə yaradılıb

Missuri Vaşinqton Universitetinin alimləri ABŞ-ın “Schistocerca americana” çöl çəyirtkəsini mühəndis “mühəndis-istehkamçıya” çevirmək üçün onun iybilmə orqanlarından istifadə ediblər. Bunun üçün həşəratın bığlarına elektrodlar quraşdırılıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, həşəratların bığlarındakı iybilmə reseptor neyronları qoxulara daha həssas reaksiya verirlər. Hər çəyirtkə bığında həşəratın beyin nahiyəsinə elektrik siqnallar ötürən təxminən 5 min neyron mövcuddur.

Çəyirtkənin bomba aşkarlamaq qabiliyyətini yoxlamaq üçün mütəxəssislər qrupu tərəfindən müxtəlif partlayıcı maddələrin buxarları onun bığlarına üfürülüb. Eksperimentdə trinitrotoluol (ТNТ) və 2,4-dinitrotoluol (DNT), geksogen və ammonium nitrat buxarları və s. tətbiq edilib. Bundan başqa, həşəratların partlayıcı olmayan maddələrə həssaslığı yoxlanılıb.

Məlumata görə, alimlər çəyirtkəni onların bığlarının elektrik aktivliyini qeydə alaraq onu kompüterə translyasiya edən kiçik sensor rükzaklarla təchiz ediblər. Tədqiqatçılar müəyyənləşdiriblər ki, partlayıcı maddələrin buxarlarının təsiri zamanı müəyyən neyron qrupları aktivləşməyə başlayır. Həmçinin partlayıcının buxarlara reaksiyası partlayıcı olmayan maddələrin reaksiyasından fərqlənib. Bundan əlavə, çəyirtkə müxtəlif növ partlayıcı maddələrə fərqli reaksiya göstərib.

Milli.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Mədə və Mədəaltı vəzinin sağlam qalması üçün 5 MƏSLƏHƏT

Orqanizmin normal fəaliyyəti üçün ona zülallar, karbohidratlar, yağlar və bir çox digər maddələr lazımdır.

Bu maddələr insan orqanizminə mürəkkəb formalarda daxil edilir. Orqanizm isə onları daha sadə maddələrə parçalayır ki, bu maddələr bizi həyat üçün lazım olan enerji ilə təmin edir və orqanizmin hüceyrələri üçün “tikinti materiallar” funksiyasını yerinə yetirir. Bütün bu proses həzm, endokrin, sinir və qan sistemlərinin birgə fəaliyyəti nəticəsində baş verir.

Mədəaltı vəzi həzm proseslərində əsas rollardan birini oynayır. Məhz mədəaltı vəzi zülallar, yağlar və karbohidratların parçalanması üçün lazım olan maddələri – fermentləri sintez edir. Bu fermentlər 12 barmaq bağırsağa düşür. Digər tərəfdən mədəaltı vəzi qanda şəkərin səviyyəsini tənzimləyir. Bu mədəaltı vəzi ifraz edən 2 hormonun köməyi ilə (insulin və qlükaqon) baş verir. Beləliklə, mədəaltı vəzi orqanizmdə çox vacib funksiyaları yerinə yetirir və bu orqanın sağlamlığından insanın ümumi sağlamlığı asılıdır.

Mədəaltı vəzi sağlam saxlamaq üçün bu sadə qaydalara əməl etmək lazımdır:

1. Bİr çox hazır qidaların tərkibində olan rəngvericilər, konservantlar, emulqatorlar və s. kimyəvi əlavələr mədəaltı vəzi üçün zəhərlidir. Bu maddələr qidanın kimyəvi tərkibini dəyişir və fermentlərin hazırlanması prosesini pozur. Mədəaltı vəzi sağlam saxlamaq istəyən insan tərkibində bu maddələr olan qidaları qəbul etməməlidir.

2. Qidalamalar arasında böyük fasilələrin verilməsi mədəaltı vəzi üçün çox ziyanlıdır. Əgər insan, misal üçün, səhər yeməyi qəbul etmir, günorta az, axşam isə çoxlu miqdarda qida qəbul edirsə, bu mədəaltı vəzinin sağlamlığına olduqca çox mənfi təsir edir. Təəssüf ki, şəhərdə yaşayan insanların bir çox hissəsi məhz belə qidalanır.

Gün ərzində 5 dəfə kiçik miqdarlarda qida qəbul etmək lazımdır. Bu zaman mədəaltı vəzi həddən artıq yüklənməyəcək.

3. Əgər insan bir qida qəbulu zamanı çoxlu sayda müxtəlif və xüsusilə həzm üçün çətin olan qidaları qarışdırarsa, bu həzm sisteminin fəaliyyətində pozulmalara gətirib çıxardacaq. Həkimlər 1 qida qəbulu zamanı heyvani zülalları və karbohidratları qarışdırmaq tövsiyə etmir (məsələn, ət yeməkləri üçün qarnir kimi kartof və makaron deyil, kələm, kök seçmək daha yaxşıdır).

4. Həddən artıq çəki daxili orqanlarının piylənməsinə səbəb olur ki, bu orqanların fəaliyyəti pozulur və nəticədə metabolik sindromun inkişafına və mübadilə proseslərin pozulmasına səbəb olur. Əgər sizdə artıq çəki varsa, arıqlamağa çalışın. Bu sizi bir çox xəstəliklərin inkişafından qoruyacaq.

5. Mədəaltı vəzi çox duzlu, hisə verilmiş, qızardılmış, çox yağlı qidaları, spirtli içkiləri xoşlamır. Mədəaltı vəzinin sağlamlığını saxlamaq üçün daim sağlam qidalanma prinsiplərinə əməl edin. Qidaları yağda qızartmayın, suda və ya buğda bişirin, müntəzəm meyvə-tərəvəz, süd məhsulları, sıyıqlar, bitki yağları qəbul edin, kifayyət qədər təmiz su için.

Comments are closed, but trackbacks and pingbacks are open.