Mahmud mahmudov ədəbi redaktə nəzəriyyə və təcrübəsi
Kitablar (dərs vəsaitləri)
Махмудов, Махмуд Гаджулаевич
Махму́д Гаджула́евич Махму́дов (26 августа 1953, Ашага-Яраг, Магарамкентский район, Дагестанская АССР, СССР) — российский политический деятель. Депутат Государственной Думы четвёртого созыва (2003—2007), член фракции КПРФ. Первый секретарь Дагестанского республиканского комитета КПРФ. По национальности лезгин.
Биография
Родился 26 августа 1953 года в селе Ашага-Яраг Магарамкентского района Дагестанской АССР. В 1975 году окончил Дагестанский политехнический институт по специальности «инженер-технолог». С отличием окончил Северо-Кавказский социально-политический институт (г. Ростов-на-Дону) по специальности «политолог».
Карьера
Работал на Михайловском консервном заводе Волгоградской области. Был вторым секретарём Советского райкома ВЛКСМ, инструктором Махачкалинского горкома КПСС, вторым секретарём Кировского райкома КПСС Махачкалы.
В начале 90-х годов — заместитель главы администрации Кировского района Махачкалы.
26 апреля 1996 года на очередном съезде республиканского отделения КПРФ в Махачкале, в котором участвовало 700 делегатов, Махмудов был избран вторым секретарём [1] .
С 1997 года — член центральной контрольно-ревизионной комиссии КПРФ. С 2000 года — первый секретарь Дагестанского республиканского комитета КПРФ. В 2001 году избран членом ЦК КПРФ.
В 2003 году избран депутатом Государственной думы четвёртого созыва, вошёл во фракцию КПРФ. Был членом Комитета по бюджету и налогам, членом Комиссии по проблемам Северного Кавказа.
В 2006 году Махмудов заявил, что корни конфликта в Кондопоге лежат в социально-экономической ситуации, сложившейся в северокавказских республиках. По его словам, высокий уровень безработицы на Северном Кавказе вынуждает граждан выезжать в другие регионы [2] .
В 2007 году на выборах в Государственную думу КПРФ по официальным данным Центризбиркома получила около 8,56 % голосов. «Единая Россия» получила около 90 % при явке избирателей более 92 %. При этом в ряде районов Дагестана её поддержка достигала 99 %. После выборов Махмудов заявил о массовых фальсификациях в пользу «Единой России», назвав действия властей «административным террором». По его утверждению, из республиканских органов власти в каждый район были делегированы по два человека, которые совместно с главами районов и городов фальсифицировали результаты. На некоторых участках, по его словам, чиновники уносили бюллетени в здание местных администраций, после чего объявляли нужный результат. Президент Дагестана Муху Алиев, комментируя итоги выборов заявил, что они прошли организованно, выразив удовлетворение тем, что «подавляющее большинство дагестанцев сделало свой выбор в пользу „Единой России“, в пользу той внешней и внутренней политики, которую проводит президент страны» [3] [4] .
Семья
Женат, отец четверых детей.
Источники
- ↑Республика Дагестан в апреле 1996 года // Институт гуманитарно-политических исследований. Выпуск политического мониторинга, апрель 1996 года
- ↑Депутат Махмудов предлагает создавать рабочие места в северокавказских республиках // KMnews, 6 сентября 2006
- ↑КПРФ в столице Дагестана проведет митинг против результатов выборов // Кавказский узел, 4 декабря 2007
- ↑Представители КПРФ в Дагестане уверены в фальсификации результатов выборов // Кавказский узел, 4 декабря 2007
Ссылки
- Махмуд Махмудов: «Другие партии перехватывают и заимствуют наши лозунги» (интервью «Кавказскому узлу», ноябрь 2007 года)
- Персоналии по алфавиту
- Родившиеся 26 августа
- Родившиеся в 1953 году
- Родившиеся в Дагестане
- Политики по алфавиту
- Члены КПРФ
- Персоналии:Дагестан
- Депутаты Государственной думы Российской Федерации IV созыва
Mahmud mahmudov ədəbi redaktə nəzəriyyə və təcrübəsi
Müəllim ömrü yanar şama bənzəyir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev bu barədə söhbət düşəndə həmişə deyirdi: “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”. Bu şərəfli adın sahibləri gözlərinin nuru, qəlblərinin hərarəti ilə yetirmələrinin elm və təhsilə uzanan yoluna işıq salır, onların bilikli, savadlı, yaradıcı, vətənə və cəmiyyətə layiq insan olmalarına zəmin yaradırlar. Gənclər etimadı doğruldanda, həyatda uğurlar qazananda əməyinin bəhrəsini görən müəllimləri bundan zövq alır, mənən gəncləşirlər. Belə pedaqoqlardan söz düşəndə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri və məzunları böyük məmnuniyyətlə Azərbaycan mətbuatı tarixinin araşdırılmasında, elmi-nəzəri konsepsiyasının yaradılmasında və inkişafında xidmətləri olan Nəsir İmanquliyevi, Mir Cəlal Paşayevi, Nəriman Zeynalovu, Seyfulla Əliyevi, Nurəddin Babayevi, Famil Mehdini, Qulu Xəlilovu, Əliş Nəbilini, o cümlədən hazırda mətbuat tarixi kafedrasının müdiri, professor Şirməmməd Hüseynovu və başqalarını ehtiramla xatırlayırlar. Sevindirici haldır ki, bu dəyərli və unudulmaz müəllimlərin xoş ənənələri indi də yaşayır. Fakültədə bu ənənəni layiqincə davam etdirənlərdən və vaxtilə həmin müəllimlərlə çiyin-çiyinə çalışanlardan biri də jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti, filologiya elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mahmud Mahmudovdur.
Gəncliyində şeir və bədii-publisistik məqalələr yazan Mahmud müəllimi bu peşəyə gətirən jurnalistikaya olan böyük sevgisidir. 1936-cı ildə Salyanda dünyaya göz açmış, uşaqlığı, ilk gənclik illəri qanlı-qadalı Böyük Vətən müharibəsi illərinə təsadüf etdiyi üçün əmək fəaliyyətinə çox erkən başlamışdır. Yeniyetmə çağlarında təsərrüfat işlərinə əl yetirməklə yanaşı, boş vaxtlarında bədii yaradıcılıqla məşğul olur, dövri mətbuata məqalələr yazırdı. Bu həvəslə də M.Mahmudov 1964-cü ildə Bakı Dövlət Universitetini jurnalistika ixtisası üzrə bitirir. Bir müddət Azərbaycan Sovet Ensiklopediyasında işləyir. “Mətbuatda ədəbiyyat məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 50 il əvvəl isə iş yerini vaxtilə ali təhsil aldığı BDU-ya dəyişir. Elmi biliyini və bacarığını yüksək səviyyəli jurnalist kadrların hazırlanmasına sərf edir. O vaxtdan indiyədək “Ədəbi redaktə”, “KİV-in dili və üslubu”, “Nəşriyyatda praktik iş” fənlərini tədris edir.
Mahmud Mahmudov yaradıcı qələm sahibi, bacarıqlı müəllimdir. Onun ömür salnaməsinin ən dəyərli və mənalı səhifələri tələbə auditoriyası ilə bağlıdır. Özünün dediyi kimi, alim yalnız elm yükünün daşıyıcısıdırsa, müəllim daha şərəfli bir yükü – elmin və təlim-tərbiyənin daşıyıcısıdır. O, gözəl pedaqoq, qayğıkeş və layiqli müəllimdir. Yeganə idealı tələbələrini elmli, savadlı qələm sahibi kimi görməkdir.
Mahmud müəllim həm də gözəl tədqiqatçıdır. O, bəzi dərs vəsaitlərinin, o cümlədən mətbuatın “İlin kitabı” kimi qiymətləndirdiyi “Ədəbi redaktənin elmi əsasları” və “Ədəbi redaktə: nəzəriyyə və təcrübə” adlı dərs vəsaitlərinin müəllifidir. Kitab həm də ana dilimizin saflığına, təmizliyinə xidmət edir. Yaxın dostu şair Əlağa Kürçaylının poeziyası, zəngin mənəvi aləmi barədə dolğun təsəvvür yaradan bədii-publisistik üslubda yazılmış “Çıxıram qəlbimin səyahətinə. ” əsəri oxucular və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanıb.
Tanınmış alim və pedaqoqun “Mətbuat və ədəbi tənqid”, “Nəşriyyat işinin əsasları” (B.Axundovla birlikdə), “Nəşriyyat, poliqrafiya və jurnalistika terminləri izahlı lüğəti”
(B. Axundov və R. İmaməliyevlə müştərək) kitabları bu gün qəzet və jurnal redaksiyalarında çalışan hər bir yazarın mütəmadi istinad etdiyi mənbədir. Bu sanballı dərs vəsaiti elmi ictimaiyyət və dövri mətbuatda maraqla qarşılanaraq mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
Təcrübəli jurnalistlər, yazıçılar və elm adamları yaxşı bilirlər ki, ədəbi redaktə incə zövq, dərin müşahidə, habelə yüksək peşəkarlıq tələb edir. Təsadüfi deyil ki, məhz bu keyfiyyətləri özündə birləşdirdiyinə görə qələm sahiblərinin çoxu Mahmud Mahmudovu öz kitablarının redaktoru görmək istəyirlər. Xatırladaq ki, mərhum yazıçı Əlibala Hacızadənin 10 cildliyini və Mərkəz Qacarın kitablarını yüksək səviyyədə redaktə edən Mahmud Mahmudovdur. O, “Ədəbi redaktə: nəzəriyyə və təcrübə” dərs vəsaitində göstərdiyi kimi, Mərkəz Qacarın “Sən” rədifli qoşmasını 12 variantda redaktə edib. Xoşa gələn cəhət odur ki, Mahmud müəllim həmin nüsxələri arxivində saxlayır, “Ədəbi redaktə” fənninin tədrisi zamanı onları əyani nümunə kimi tələbələrə göstərir.
Qeyd edək ki, BDU-da olan 17 fakültənin ümumi tərəfləri ilə yanaşı, onların hər birinin özünəməxsus fərqli cəhətləri var. Bu baxımdan jurnalistika fakültəsi iki əlamətinə görə daha çox seçilir. Əvvəla, qeyd etdiyimiz kimi, nəzəriyyə ilə təcrübə vəhdətdə götürülür, eyni zamanda elmi mülahizələrlə yanaşı, tələbələrə əməli vərdişlər də ardıcıl şəkildə aşılanır.
Ümumiyyətlə, Mahmud müəllim təcrübəli pedaqoq kimi əməkdaşı olduğu kafedranın adına və istiqamətinə uyğun olaraq tələbələrə elmi-nəzəri biliklərin yüksək səviyyədə aşılanması ilə yanaşı, onların əməli vərdişlərə yiyələnməsinə də ciddi fikir verir. Bu məqsədlə gənclərə müxtəlif mövzularda və janrlarda məqalələr yazdırır, müəllifləri həmin yazıların üzərində ədəbi redaktə baxımından dönə-dönə işlədir, çapına lazımi kömək göstərir. Bu məqsədlə onun tələbələrlə birlikdə “Azərbaycan” nəşriyyatına – oradakı ayrı-ayrı qəzet və jurnal redaksiyalarına mütəmadi gəlişi çoxlarına bəllidir. “Azərbaycan” nəşriyyatına növbəti gəlişi zamanı Mahmud müəllimlə dəhlizdə üzbəüz gəldik. 5-10 dəqiqənin ərzində kim yanımızdan keçirdisə, ayaq saxlayıb, əzizini görürmüş kimi onunla görüşüb hal-əhval tuturdu. Ürəyini boşalda-boşalda hər kəs kəlməsinin əvvəlində də, sonunda da: “Mahmud müəllim, necəsiz, mənə nə tapşırığınız? Canla-başla hazıram. ”, deyirdi. Bu zaman Mahmud müəllimdən yarıciddi, yarızarafat soruşdum:
– Tələbələrinizlə bəyəm tez-tez görüşmürsünüz?
– Niyəki, onlar da sizin kimi çox istədiklərindən belə edirlər, – deyə qürurla əlavə etdi. – Bizim xoşbəxtliyimiz ondadır ki, peşə xüsusiyyəti ilə əlaqədar fakültənin müəllimləri tələbələrə mənən daha yaxındır. Məsələn, tarix, biologiya, fizika və s. fakültələrin məzunlarının sonradan müəllimlərlə görüşməsi təsadüfdən asılıdır. Ancaq bizim fakültədə müəllimlərlə keçmiş tələbələr ictimai-siyasi, mədəni-kütləvi tədbirlərdə tez-tez görüşürlər. Həmçinin müəllimlər müxtəlif redaksiyalara, nəşriyyatlara gedəndə mütəmadi olaraq onlarla qarşılaşır və bu zaman unudulmaz tələbəlik illəri göz önündə canlanır, keçmiş xatirələr sanki dilə gəlir.
Əhvali-ruhiyyəsinin xatirələrə köklənən siminə toxunaraq Mahmud müəllimdən soruşuruq ki, ömrün bu vədəsində onu ən çox sevindirən nədir?
– Həqiqəti bilmək istəyirsinizsə, tələbələrimin uğurları, eləcə də Bakıda, Azərbaycanın bölgələrindəki möhtəşəm quruculuq işləri. Ölkə rəhbərliyi tərəfindən elmə, təhsilə və dövri mətbuata göstərilən qayğı məni çox sevindirir. Azərbaycanın ali təhsil ocaqlarının flaqmanı sayılan Bakı Dövlət Universitetində dünya standartları səviyyəsində aparılan işlər, yaradılan əlverişli şərait buna bariz nümunədir.
Təcrübəli pedaqoq-nəzəriyyəçi, səriştəli müəllim kimi bir çox insani keyfiyyətlərə malik Mahmud Mahmudov həm də özünə qarşı tələbkar qələm sahibidir. İndiyədək 140-dan çox elmi məqaləsi və 16 kitabı işıq üzü görən Mahmud Mahmudovun respublikamızda böyük şöhrət qazanmış media mənsublarının yetişməsində bir müəllim kimi böyük zəhməti var. M.Mahmudov bu gün də gənclik enerjisi ilə yazıb yaradır. Hazırda “Müasir şəraitdə nəşriyyatçılıq fəaliyyəti” adlı dərs vəsaiti üzərində çalışır. Kitabda nəşriyyatçılıq tarixinin yaranma və inkişafına qısa nəzər salınır, müasir şəraitdə nəşriyyatçılıq işlərinin səciyyəvi xüsusiyyətləri araşdırılır, uğurlu və qüsurlu cəhətləri barədə elmi-nəzəri mənbələr praktik materiallar əsasında təhlil edilir. Bu dərs vəsaiti təkcə elmi-nəzəri mülahizələrin şərhi deyil, həm də əməli vərdişlərin tələbələrə aşılanması, səciyyəvi xüsusiyyətlərin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Ömrünün 50 ildən çoxunu jurnalist kadrların yetişdirilməsinə həsr edən M.Mahmudovun əməyi qədirşünaslıqla qiymətləndirilib. O, 18 fevral 2011-ci ildə “Jurnalist kadrlarının yetişdirilməsi sahəsindəki xüsusi xidmətlərinə, elmin, təhsilin inkişafındakı roluna görə” Bakı Dövlət Universitetinin Fəxri fərmanına, 24 fevral 2016-cı ildə Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə və 80 illik yubileyi münasibətilə Azərbaycan Mətbuat Şurasının diplomuna layiq görülüb.
Minlərlə insanın dərin hörmət və məhəbbətini qazanmış alim hər şeydən öncə əsl ziyalıdır. Bu, o deməkdir ki, Mahmud müəllim aydın və işıqlı adamdır. Onun tələbələrinə bəxş etdiyi nur mənəvi paklığından, intellektinin möhkəmliyindən, şəxsiyyətinin bütövlüyündən qidalanır. İndiyədək əldə etdiyi uğur və nailiyyətlərinin bünövrəsində isə gərgin zəhməti, işgüzarlığı, alim məhsuldarlığı durur.
Mahmud müəllim həm də nümunəvi ailə başçısıdır. Qızı Könül Rüstəmova həkimdir. Oğlu İsmayıl Mahmudov isə BDU-nu bitirib, uzun müddət inzibati orqanlarda çalışıb, polkovnik-leytenantdır. Nəvələri Fatimə 5-ci, Orxan 3-cü sinif şagirdidir.
Mahmud Mahmudov müdriklik yaşının ucalığındadır. Ömrünün yarım əsrdən çoxunu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə həsr edən alimin, pedaqoqun tələbələrinin və fakültə müəllimlərinin təşəbbüsü ilə 80 yaşı təntənə ilə qeyd edilmişdir. O, bu gün də elmi-pedaqoji fəaliyyətini yüksək səviyyədə davam etdirir. Nəşriyyatçılıq və redaktənin sirlərini incəliklərinə qədər yetirmələrinə aşılayır. İnanırıq ki, ömrünün 80-ci payızını arxada qoyan Mahmud müəllim həyatının qalan hissəsini də böyük amallara, mənalı işlərə sərf edəcək.
Mahmud mahmudov ədəbi redaktə nəzəriyyə və təcrübəsi
Jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasının
dosenti, filologiya elmləri namizədi
QISA BİOQRAFİK MƏLUMAT
- 1936-cı ildə anadan olub.
- 1964-cü ildə Bakı Dövlət Universitertini bitirib.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1974-cü ildə “Mətbuatda ədəbiyyat məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
ƏMƏK FƏALİYYƏTİ
- 1967-ci ildən BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında çalışır.
- 130 elmi məqalə, 14 kitabın müəllifidir
TƏDRİS ETDİYİ FƏNLƏR
- Nəşriyyat işinin əsasları
- Azərbaycanın müasir KİV sistemi
TƏDQİQAT SAHƏSİ
- Ədəbi redaktə və nəşriyyat işi
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Kitablar (dərs vəsaitləri)
- Mətbuat və ədəbi tənqid. Bakı, 1986
- Mərkəz Qacarın təmsil dünyası. Bakı, 2002
- Nəşriyyat işinin əsasları. Bakı. Axundovla birlikdə. Bakı, 2006
- Ədəbi redaktə: nəzəriyyə və təcrübə. Bakı, 2008
- Nəşriyyat, polografiya və jurnalistika terminlərin izahlı lüğəti. B. Axundov və R. İmaməliyevlə birlikdə. Bakı, 2009
- Bədii ədəbiyyatda alkogolizmlə mübarizə ənənələri. Bakı, 1988.
- Çıxıram qəlblərin səyahətinə. Z.Mahmudeovla birlikdə. Bakı, 2010
- Bənzərsizlik (ön söz) Kəsəmənli N.Getmək istəyirsən bəhanəsiz get. Bakı, 2010
- Ülkər Atəş. Neynir məni bu dünya?! (kitaba redaktor). Bakı, 2013
- Azərbaycanda nəşriyyat tarixi. Kitaba rəy. Bakı, “Gənclik” nəşriyyatı, 2015
- Kitabsünaslıq: nəşriyyat işinin əsasları və təşkili. Kitaba rəy. Bakı, “Maarif”, 2016
- C.Məmmədli. “525” – zamanın sınağında. Redaktor. “Zərdabi LTD” MMC, 476 səh., 29,75 ç.v., Bakı, 2017
- A.Musayev. Dialoq. Redaktor. “Ecoprint”, 128 s., 8 ç.v., Bakı, 2017
Bədii publisistik və bədii kitablar
- Ömrün səifələri (Q. Qulieva ilə birlikdə). Bakı, 1971
- Onları tanıyırıq. Bakı, 1974
- Ata yolu. Bakı, 1982
- Sərvət yaradanlar. Bakı, 1988
- Sözün qısası. Bakı, 1989
- Bir dəli şeytan seyir. Bakı, 1993
- Abşeron təbiəti. Bakı, 1996
- Ömrün ötən illəri. Bakı, 2000
- Baxsan-bəyənəcəksən, oxu güldürüm səni. “MBM” nəşriyyat, Bakı, 2012
- İlk addım (redaktor). “Ecoprint” mətbəəsi, Bakı, 2018
Məqalələr
- Nəşriyyatda menecment fəaliyyəti və kitab marketinqi. Azərbaycan Respublikası Dövlət müstəqilliyi bərpasının 20 illik yubileyinə həsr olunmuş “Azərbaycan mətbuat tarixinin öyrənilməsinə yeni baxış” adlı elmi praktik konfrans materialları. Bakı, 2011
- Nəşriyyat-müəllif əlaqələri. Azərbaycan Respublikası Dövlət müstəqilliyi bərpasının 20 illik yubileyinə həsr olunmuş “Azərbaycan mətbuat tarixinin öyrənilməsinə yeni baxış” adlı elmi praktik konfrans materialları. Bakı, 2011
- Düzəlişlərin növləri və metodikası . H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Yeni medianın humanitar aspektləri” elmi-praktik konfransının materialı, Bakı, 2013
- Tale yaxınlığı. Bir işığın zərrələri. Bakı, 2013
- Əlyazmaların qiymətləndirilməsi və ədəbi redaktə baxımından nəşrə hazırlanması. “Azərbaycan mətbuatı tarixində müasirlik prinsipləri”. Ə.Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. BDU, Jurnalistika fakültəsi, 2014
- Azərbaycan jurnalistikasının canlı korifeyi. İstiqlalın işığında. Bakı, “Zərdabi LTD” MMC, 2014
- Tədqiqatçı ömrü və şəxsiyyəti. Şəmistan Nəzirli: biblioqrafiya. Bakı, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2014
- Azərbaycanda nəşriyyat tarixi. Kitaba rəy. Bakı, “Gənclik” nəşriyyatı, 2015
- Müasir dövrdə mütaliə. “Naşir” jurnalı, №2, 2015
- Satirik publisistikanın tədqiqatçısı. “Yada düşdü” jurnalı, №2, 2015
- Klassik nümunə. “İşıq” jurnalı, №1, 2015
- Səmada ulduz idi. Akademik Tofiq Hacıyevin 80 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyası: inkişafın yeni meylləri” mövzusunda respublika elmi konfransının materialları. Bakı, “Baki Universiteti”, 2016
- Muğanla ekiz qardaş. “Qobustan” jurnalı, Bakı, № 2, 2016
- Yeni yaradıcılıq uğurları ilə. “Yada düşdü” jurnalı, № 1, Bakı, 2017
- Zəruri keyfiyyətlərin vəhdəti. “Yada düşdü” jurnalı, № 1, Bakı, 2017
- Книжная аннотация как форма рекламы издания Jurnalistika (elmi, siyasi humanitar elmlər seriyası). Elm və Təhsil, № 7, Bakı, 2017
- Nəşr məhsullarından biri. İlk addım (ön söz). “Ecoprint” mətbəəsi, Bakı, 2018
- Uğurlu addım. Boz oğuz nəşriyyatının yaranması və fəaliyyəti. Bakı, “Aspoliqraf” nəşriyyatı, 2018
- Nəşriyyatlara və nəşr məhsullarına ad baxımından bir nəzər. Jurnalistika (İctimai-siyasi humanitar elmlər seriyası), №9, Bakı, 2018
Comments are closed, but trackbacks and pingbacks are open.