Səmra Rəhimli: Atam məmur deyil, anam məni tək böyüdüb
– “Euorvision” təmsilçilərimiz bir ənənə yaradıb. Əksəriyyəti Azərbaycana qayıdan kimi passivləşirlər, heç bir iş görmürlər. Siz ənənəni pozacaqsınız?
Azərbaycana necə səs verə bilərik?
Bazar günü Fransanın paytaxtı Parisdə baş tutacaq olan 19-cu Uşaq Avroviziya mahnı müsabiqəsində Azərbaycan 3 illik fasilədən sonra təkrar çıxış edəcək.
Milli.Az olay-a istinadən xəbər verir ki, Avropa səhnəsində Sona Əzizova “One of Those Days” mahnısı ilə ölkəmizi təmsil edəcək.
19 ölkənin iştirakı ilə reallaçacaq yarışmada böyüklər üçün nəzərdə tutulan Avroviziyadan fərqli olaraq hər bir ölkə özünə onlayn qaydada ödənişsiz şəkildə səs verə biləcək.
17 Dekabr Bakı vaxtı ilə 23:00-da (20:00 CET) başlayacaq və 19 dekabr müsabiqə başladıqda yəni saat 19:00-da (16:00 CET) sona çatacaq.
Səsvermə başlayacaq (http://jesc.tv/ ) və siz 3 ölkəyə (öz ölkəniz daxil) səs verəsiniz. Səsvermə zamanı öncəliklə hər bir təmsilçinin mahnısının yer aldığı bir videoçarxı izləməli olacaqsınız. Video başa çatdıqdan sonra isə siz səs verə biləcəksiniz. Bu zaman Azərbaycan ( Sona Azizova – One of Those Days) və digər 2 ölkəni seçərək səsverməni təsdiq edən düyməni klikləyəcəksiniz. Bununla da sizin səsiniz qəbul edilmiş olacaq.
Ölkəmizə ikinci dəfə səs verərək daha yaxşı nəticə əldə etməsi üçün sizin ikinci bir şansınızda var. Bu şans isə sizə 19 dekabr müsabiqə başladıqdan və son iştirakçı ölkənin çıxışını tamamladıqdan sonra 15 dəqiqə olmaqla veriləcək. İfaçı çıxışı sona yetirdikdən sonra aparıcılar səsvermənin təkrar açıq elan edildiyini bəyan edəcək və bu zaman 15 dəqiqə ərzində təkrar yuxarıda qeyd olunan eyni sayta daxil olaraq heç bir videonu izləmədən birbaşa həmin platformadan eyni qaydada ölkəmiz daxil olmaqla 3 ölkəyə səs verə biləcəksiniz.
Milli.Az
Səmra Rəhimli: “Atam məmur deyil, anam məni tək böyüdüb”
– Arıq idim, indi hələ kökəlmişəm. Şəkillər və videolarda kök düşürəm. Yəqin ki, kameralar mənə çəki verir.
– Efir sizi sevmir?
– Yox, sevir (gülür). Niyə sevmir ki?
– Sizin haqqınızda bir iddia irəli sürüldü ki, müsabiqədə səsvermə nəticələri ilə razı olmamısınız və məsələ ilə bağlı Avropa Yayım Birliyini (EBU) məhkəməyə vermisiniz.
– Birinci dəfədir ki, sizdən eşidirəm. Belə bir söhbət olmayıb. Kim nə səs vermişdisə, nəticələr də elə olmuşdu. Xalq səsverməsinə görə mən onluqda idim. Ancaq münsif səslərində hər şey dəyişdi. Əsas yarışmada iştirak etmək, ab-havanı hiss etməkdi. O tempdə işləmək tamam fərqlidir. Əvvəl bir işi görən zaman yorulurdum, indi isə tam əksinədir. Özümü gümrah və enerjili hiss edirdim, onları görmək nəyə desəniz dəyər.
– Müsabiqə zamanı yerli münsiflər Ermənistan təmsilçisini ən sonuncu sırada qərarlaşdırmışdılar. Erməni münsif Erik Karapetyan isə sizə səs vermiş, ölkəsində tənqidlərə məruz qalmışdı. Bu barədə məlumatlısınız?
– Bu barədə eşitmişdim. Amma tam olaraq maraqlanmamışdım. Musiqi və siyasət ayrı şeylərdir, onları qarışdırmasaq daha yaxşı olar. Musiqi təmiz, pozitiv bir dünyadır. Mahnıya qulaq asanda fikirlərə gedirsən, səni elə bil harasa aparır. Problem olanda bundan uzaqlaşırsan, kədərini birgə yaşayırsan. Təbii ki, onu düşmən elan edəcəkdilər. Onların xoşuna gəlməyən addım atanda həmin şəxsi düşmən elan edirlər. Bizdə isə fərqlidir. Mən qısa geyindim, tənqid etdilər. Onlarda isə belə şey yoxdur, bir-birilərinə arxa dururlar. Görmüşdüm ki, bir erməni İvetanın geyimi barədə şərh yazmışdı. Onun açıq-saçıq çıxmağını tənqid etmişdi. Amma digər ermənilər həmin insanın üstünə düşdü. Bundan sonra İvetaya pis rəy yazan görmədim.
– “O sevir” mahnısı ilə bağlı sual vermək istərdim. Mahnıya çəkilən klip öz rəsmi səhifənizdən silindi. AzTV-nin layihəsində iştirak etdiyinizə görə belə addım atdınız?
– Hamı klipi başqa səhifələrdə yükləməyə başladı. Başqa səhifələri şikayət etməkdən bezmişdim. İstəyirdim ki, ancaq klipim öz hesabımda yayımlansın. Buna etirazımı bildirib sildim. İndi isə rəsmi səhifəmdə yerləşdirmişəm. Bu, AzTV ilə bağlı deyil.
– “Euorvision” təmsilçilərimiz bir ənənə yaradıb. Əksəriyyəti Azərbaycana qayıdan kimi passivləşirlər, heç bir iş görmürlər. Siz ənənəni pozacaqsınız?
– İnşallah, dayanmaq fikrim yoxdu. Sizi sevindirəcəyəm. Ancaq Safura dayanmamışdı, klip və mahnılar üzərində çalışırdı. Sadəcə olaraq kütlə bu tipli mahnılara hazır deyil. İndi yeni nəsil gəlir, sevindirici haldır. Məni dəstəkləyənlərin əksəriyyəti gənclərdir. Plan qurmağı sevmirəm. Bu haqda da danışmağı xoşlamıram. Bu o demək deyil ki, layihələrim barədə sizə məlumat verməyəcəm. Xeyr, sadəcə olaraq pafoslu danışmaq istəmirəm. Bir layihəni reallaşdırıb sonra məlumat vermək istərdim. Yəni, boşuna səs çıxarmağı sevmirəm. Hələ ki, bir prodüser tərəfindən təklif gəlməyib. Ancaq özümə uyğun biri ilə çalışmaq istərdim. Çünki, özüm-özümə xəyanət etmək istəmirəm.
– Xanım təmcilçilərimiz də ailə həyatı qurmağa üstünlük verirlər. Sizdə toy nə vaxtdır?
– (Gülür). Belə suallara cavab verməkdən qorxuram. Jurnalistlərdən çox özüm-özümə belə suallar verirəm. İnsan deyir ki, bunu heç vaxt etmərəm. Allah elə edər ki, sən bunu etməyə məcbur olarsan. Bir onu deyərəm ki, musiqi mənim üçün dəyərlidir. Bu sahəyə əmək vermişəm, həyatımı həsr edirəm. EvlənƏrsən, ərə gedərsən, amma sevgi soyuyur. Lakin musiqiyə olan sevgi soyumur. Allah necə yazıbsa, elə olur.
– Əcnəbi bəylə ailə həyatı qurardınız?
– Əcnəbi və ya yerli, fərqi yoxdur. Beyni və düşüncəsi mənə yaxın olsun. Əsas öz insanını tapmaqdır. Qismətin harada olmasından xəbərsizik.
– Sırf ingilis dilində mahnılar ifa edəcəksiniz?
– Keyfiyyətsiz müğənni və bəstəkarlar artıb. Ona görə də keyfiyyətsiz dinləyicilər meydana gəliblər. Mən Azərbaycan dilində də mahnılar ifa edəcəyəm. Amma öz cığırım var. Mən sənətimi Avropada yox, burada davam etsəm də itib batmayacağam. Onlardan biri deyiləm. Hamı bir stildə oxuyur, pul qazanmaq istəyir. Mən isə belə ola bilmərəm, insanın qanında olmalıdır. Onlara heç vaxt qaynayıb qarışa bilmərəm. Məsələn, Elnur Hüseynovu bizim estradakılarla bir tutmaq olmaz. O, “Aşk”ı bizimkilər kimi oxudu? Xeyr, o, fərqli ifaçıdır.
– Siz Azərbaycan və bir çox ölkələrdə məşhur olan “O ses Türkiye” yarışmasına qatıldınız. Ancaq oradan çıxdıqdan sonra “Səs Azərbaycan”ın iştirakçısı oldunuz. Sizi bu addımı atmağa nə vadar etdi?
– Nə bilim, düşündüm ki, ilk layihədi, böyük uğur gətirəcək. Amma elə olmadı, heyfislənmirəm, böyük təcrübə qazandım.
– Biz “Eurovision”un mədəniyyət yarışması olduğunu bilirik. Ancaq artıq müsabiqə bitdi. Erməni təmsilçi İveta Mukuçyan hələ də yarışmada olduğu kimi siyasi çıxışlar etməyə başlayıb. Siz də statusunuzdan istifadə edib belə çıxışlar etməyə başlayacaqsınız?
– Onun “bayraq” qaldırması çox ucuz hərəkət idi. Onun ölkəsində güclü siyasətçi yoxdu? Hansısa bir müğənni gəlib siyasətdən danışır. Mən müğənniyəm, mənə musiqidən sual verə bilərlər. Ölkəmi sevirəm, bağlıyam sadəcə belə şeylər haqqında danışmağa haqqım yoxdu. Siz erməni təmsilçini söyürsünüz, amma onlar olmayan faktları irəli sürürlər. Siz heç olmaya gedin dil öyrənin, onlara cavab verin. Çox şeyi məndən gözləyirlər, amma özləri heç nə etmirlər.
– Sosial şəbəkədə ciddi tənqid olunursunuz. Alovlu şərhlərə cavab kimi “vecimə deyil” cavabını verdiniz, onları daha da qıcıqlandırdınız. Daha yumşaq tərzdə reaksiya da verə bilərdiniz.
– Məni dəstəkləyən həmişə dəstəkləyəcək, onlar məni belə sevirlər. Dəstəkləməyənlər isə bir gün dəstəkləyəcəklər. O şərhlər həqiqətən vecimə də deyil, heç nə olmaz.
– “Eurovision” iştirakçıları ilə əlaqə saxlayırsınız?
– Hamısı ilə münasibətlərim əladı. Özüm də mehriban insanam, ətrafım da belədir. Pislik etmək niyyətində olan şəxslər deyillər. Məsələn, mən qrip oldum, biri sevinmədi ki, o xəstədi, yaxşı oxumayacaq. Tamam başqa aləmə düşmüşdüm. Burda isə fərqlidir. Bu ab-hava “O ses Türkiye”də də var idi. Müsabiqə iştirakçıları hələ də mənimlə əlaqə saxlayır. “O ses Türkiye”də müxtəlif ölkələrdən seçilmişdilər. Almaniya, İngiltərədən qatılanlar var idi. Onlar mənə deyirdilər ki, sənə səs yollamışıq və s. Mehriban olmağımız çox yaxşı idi. Pislik etməklə heç nə olmur. Tutub palçığı kiməsə atısan, o çirk başqasına dəymir, sənin əlində qalır. Sənində qabağına pislik çıxar. “Səs Azərbaycan” iştirakçıları ilə əlaqəm yoxdu, demək olar ki, görüşmürük.
Müğənni Əkbər: “Istəmirəm yoldaşım corablarımı yusun və saatlarla. ” – MÜSAHİBƏ
Sənətçi şəxsi həyatından, şou biznesdə çatışmazlıqlardan, ən yaxın dostundan və bira maraqlı məqamlardan danışıb.
İstiPress Əkbər Əliyev ilə müsahibəni təqdim edir.
– Niyə sizi az-az görüb eşidirik?
Mən az mahnı yazdırıram. Çünki yaxşı mahnı azdır. Baxmayaraq ki, bəstəkar çoxdur. Yaxşı mahnıya pul verə bilərəm. Amma pul verəcəyim mahnı yoxdur. 20 mahnı göndərirlər. Bu qədər mahnının içində 1 mahnı olmur ki, menecerimlə deyək ki, bax bunu oxumağa dəyər. Buna görə də mahnısız qalmışam. Düşünürəm ki, mahnı olsun deyə oxumaq xətrinə, qoy elə mahnısız qalım.
– Necə mahnıları dinləyirsiniz?
Əvvəllər ayrı musiqini dinləyirdim. İndi ruhum ayrı musiqidən qidalanır. Caz, xüsusilə də, Əzizə Mustafazadədən zövq alıram. Əcnəbi musiqiləri sevirəm. Öz musiqilərimi də dinlədiyim vaxtlar olur. Dəbdə olan mahnıları yox, ürəyim istəyən musiqini dinləyirəm.
– Şou biznesdə nə çatışmır?
Şou biznesin biznes tərəfi var. Əgər biz kiminsə xeyir işindən, korporativ məclisindən pul əldə ediriksə, deyə bilmərik ki, biznes yoxdur. Şou biznesdə birlik çatışmır. Müğənnilərin keyfiyyəti çatışmır. İnsanlarda etibarsızlıq var. Birüzlü olmaq çatışmır. Bu səbəbdən də şou biznesdə olmaq, daima gündəmdə olmaq, ona-buna söz atmaq mənə maraqlı deyil. Mənə maraqlı odur ki, mənim musiqilərimi dinləyib zövq alsınlar.
– Mənə elə gəlir, yoxsa tamaşaçının diqqətini cəlb etmirsiniz?
Mən niyə klounluq etməliyəm ki, tamaşaçının diqqətini çəkim? Mən belə şey istəmirəm. Demirəm həmkarlarımın hamısı klounluq edir. Bizim gözəl sənətimiz var. Təəssüf ki, klounluq edən müğənnilər çoxdur. Efirə az-az çıxmağımın səbəbi də məhz bu klounlardan və klounluq edənlərdən uzaq olmaqdır. Bəzi müğənnilər efirdə görünmək xatirinə klounluq etməyə razıdırlar. Elə efirlərdə də klounluq edənlər az deyil. Seçim edirəm. Mən demirəm ki, mən dahi sənətkaram. Sadəcə mən Milli Konservatoriyanı bitirmişəm. Ayrı təhsil almışam. Elə verilişlər mənim formatım deyil. Axı mən necə efirə çıxış və veriliş boyu kolbasa-sosiskadan danışsınlar. Ora çıxmaqdansa, evdə oturaram.
– Konsert vermək barədə nə düşünürsünüz?
Mən çox istərdim konsert verim. Konsertimə sənət dostlarıma dəvət etmək istəyirəm. Bu yəqin ki, klublardan birində olacaq. Sənətə başladığım vaxtlar “Space” telekanalı mənə çox dəstək olub. “Məndən heç yoxdur” mahnımı gün ərzində 20 dəfə yayımlayırdılar.
– Niyə əvvəlki aktivliyiniz qalmayıb?
Kimdə əvvəlki aktivlik qalır ki?
– Məsələn, Röya və Aygün xanım. Onlar çıxdığı gündən aktivliyini qoruyub saxlayıb.
Röya super ulduz olmaq istəyirdi və oldu. Mən isə heç vaxt ulduz olmaq istəmişəm. Bunun heç bir açıqlaması yoxdur. Sadəcə istəmirəm. Məni olduğum yer qane edir. İnsanlar fərqlidir. Mən gül kələmini sevmirəm. Ömrümdə bir dəfə də olsun onu yeməmişəm. Əgər desələr ki, sən bunu yesən sabah super ulduz olacaqsan, mən yenə də onu yemərəm. Mənə belə rahatdır.
– Müğənni Əkbərlə həyatdakı Əkbərin fərqi var?
Heç bir fərqi yoxdur. Adi həyatda və səhnədə eyni adam oluram. Əgər dəyişə bilsəydim, çox şey edərdim. İkinci sifətim yoxdur. İkinci həyat yaşamıram. Yalandan heç kəsə can-can deyə bilmirəm. Bir üzüm olduğu üçün getdiyim məclisi belə 100 dəfə saf-çürük edirəm. Hər çağırılan məclisə belə getmirəm. Əgər mənim ifamdan zövq almağa çalışırlarsa, mən özüm də işimdən zövq almalıyam. Pula görə, “Range Rower”ə görə, pul təklif edilən hər məclisə gedəcək birisi deyiləm. Bu xarakterimi sevirəm. Çox şey tələb etmirəm. Ancaq diqqət və hörmət görmək istəyirəm.
– Şou biznesdə dostunuz kimdir?
Mənim dostum Röyadır. Baxmayaraq ki, mən onunla duet ifa etməmişəm, amma o, mənim dostumdur. Bunu heç kəs bilmir. Bu dostluğu ikimiz bilirik. Bizim keçdiyimiz günləri ikimiz bilirik. Ola bilsin biz eyni məclislərdə görüşəndə qışqır-bağır etmirik. Amma baxışlarımız hər şeyi deyir. Çünki biz bilirik ki, harada özümüzü necə aparmalıyıq. İndi Röyanın yanında olan dostları ilə olan münasibətindən də artıq münasibətimiz var. Biz əsl dostuq.
Əkbər Əliyev və Röya Ayxan
– Amma Röya yaxın dostları olan Zamiq, Xəyyam ilə duetlər ifa edib.
Anlayıram. Bu hamısı kommersiyadır. Amma heç nədən sığortalanmamışıq. Bəlkə sabah bizim də duetimiz oldu.
– Təklif etmisiniz ona duet ifa etməyi?
Yox, heç vaxt. Bunu nə mən, nə də o edib. Biz bir yerdə olanda sənətçi olduğumuzu unuduruq. Bizim münasibətimizdə pafos yoxdur. Söhbətimizdə gələcək planlarımızdan, problemlərdən falan danışırıq. Neçə illərdir ki, Röya ilə dostluq edirəm. Bu müddət ərzində bir dəfə də olsun aramızda anlaşılmazlıq yaşanmayıb. Yəni, mən bir duetə görə Röyadan inciyəcək dost deyiləm. Canı sağ olsun. Bizim münasibətlərimiz kommersiya üzərində qurulub. Ola bilsin nə vaxtsa qərara gəldik ki, artıq vaxt yetişib. Yaşayaq, görərik.
– Əkbər hələ də subaysınız.
Çoxdan ailə qurmalı idim. Artıq 38 yaşım var. Çox istərdim ki, övladım olsun.
– Övlad, yoxsa ailə istəyirsiniz.
Hər ikisini. Amma ilk növbədə övlad istəyirəm. Mənim davamçımın olması arzumdur. Uşaq yoxdursa, ailə də yoxdur.
– Sevdiyiniz xanım var?
Yox, həyatımda boşluqdur. Mənim bəxtimə ancaq vəfasız xanımlar rast gəlib. Onlar ayrı həyat istəyirlər. Onlar xoşbəxt ailə olmaq istəmmirlər. Onlar üçün önəmli maddiyyatdır. Ev, maşım, pul. Həyatımda ailə qurmaq istədiyim xanımlar olub. Təəssüf ki, pul hərisləri olublar. Mən elə insanla yaşaya bilmərəm. Bu səbəbdən subayam. Mən özümü məcbur edə bilmərəm. Buna hazır deyiləm. Mentalitet deyib evlənə bilmərəm. Qonşular nəsə deyər deyə, özümü bədbəxt edə bilmərəm. Evlənib boşanmaq istəmirəm. Mənə həyatda dost, məni anlayacaq qadın lazımdır. Məni sevən yox, hörmət edən xanım lazımdır. İstəmirəm corablarımı yusun və saatlarla mətbəxtdə qalsın. İnsan olmasını istəyirəm.
– Sonda isə planlarınızdan danışaq. 2017-ci ildə nələr etməyi planlaşdırırsınız?
38 ildə ilk dəfə mənə işlərimdə kömək edəcək birisi var. O, menecerim İsa Hüseyndir. Bu işi tam peşəkarcasına bilməsə də, əlindən gələn hər şeyi edir. Bu da mənim xoşuma gəlir. Heç vaxt prodüserim də olmayıb. İsa ilk adamdır. Onunla həmişə iş görməyə nəsə tapılır. Artıq planlarımız var. Amma sabah başımıza nə gələcəyini bilmirik. Ona görə də plan qurmağı sevmirəm. İsa isə artıq planları qurub. Fotosessiya etdirməliyik, mahnılar yazdırmalıyıq və konsertimiz olmalıdır.
İsa Şükürov
Comments are closed, but trackbacks and pingbacks are open.