Press "Enter" to skip to content

II Dünya Müharibəsi ilə bağlı maraqlı faktlar

Dünya ağalığı iddiasında olan və ildırım sürətilə hücuma keçən Hitler orduları özlərinin məğlübedilməzliyi haqqında əfsanəni bütün Avropaya yayaraq elə güman edirdilər ki, onlara qarşı müqavimət göstərə biləcək qüvvə yoxdur. Ancaq Hitler və onun generalları yanılmışdı. Faşistlər müharibənin ilk günlərindən sovet xalqlarının yetişdirdiyi əsgərlərin, ölümü gözünün altına alan və vətən torpağı uğrunda inadkar savaşa qatılan igid bahadırlarının sərt müqaviməti ilə qarşılaşdılar.
Müharibənin elə ilk dəqiqələrində faşist ordularının basqınına məruz qalmış əfsanəvi Brest qalasının müdafıəsində 40 nəfərdən çox həmyerlimiz iştirak etmişdi.

Rəsullular İkinci Dünya müharibəsində

1 sentyabr 1939-cu ildə başlayan II Dünya Müharibəsinə Sovеt İttifaqında yaşayan xalqlardan səfərbər edilən çağırışçılar içərisində azərbaycanlılar da az olmamışdır. Xüsusən, Еrmənistanda və Gürcüstanda yaşayan əhalinin azərbaycanlılardan ibarət hissəsi müharibəyə düşünülmüş şəkildə daha çox göndərilmişdir. Bu sətirlərin müəllifi Araz Yaquboğlunun 2005-ci ildən apardığı genişmiqyaslı tədqiqatlar zamanı məlum olmuşdur ki, Göyçə mahalının Daşkənd kəndindən II Dünya Müharibəsinə 250 nəfər səfərbər olunmuş və bu çağırışçılardan təxminən yarısı, yəni 126 nəfəri itkin düşmüş, həlak olmuşdur. Qalanlardan 122 nəfər müharibə veteranı kimi doğma kəndlərinə qayıtmış, biri Amerikada (Məhərrəm Musayev), biri isə Türkiyədə (Niftalı Xəlilov) qalıb yaşamışdır. Aparılan tədqiqatın nəticəsi tərəfimizdən “Respublika Xatirə Kitabı Redaksiyası”na təqdim olunmuş və “Azərbaycan Respublikası Xatirə Kitabı” adlı ensiklopediyada (8 ədəd əlavə şəkil olmaqla) çap olunmuşdur (“Azərbaycan Respublikası Xatirə Kitabı” , XI cild, “Respublika Xatirə Kitabı Redaksiyası”. Bakı, 2011. səh.641-647.).
Bu müharibə Rəsullular nəslindən də yan keçməmiş, hətta bir çoxları bu müharibəyə könüllü olaraq getmişdir. Onlarla müharibə veteranımız var idi. Ona qədər adamımız isə bu müharibədə itkin düşdü, həlak oldu.
Kərimov Хanlar Rəsul oğlu 1903-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. Geniş dünyagörüşü, dərin biliyi olan Xanlar Kərimov mühasib kimi Basarkeçərin bir çoх kolхozlarında işləmişdir. 1936-cı ildə Basarkeçər RHK-dan orduya çağırılmış, iki il hərbi хidmətdə olmuşdur. 1941-ci ilin sentyabrında Basarkeçər RHK-dan müharibəyə səfərbər olunmuşdur. Qızıl əsgər Xanlar Kərimov Primorsk ordusu 775-ci atıcı alayın 9-cu rotasının atıcısı olmuşdur. 5 mart 1942-ci ildə onun xidmət etdiyi rotanı bütünlüklə alman faşistləri əsir götürmüşdür.
Xanlar Kərimovun qardaşı uşaqları Kərimov Qəşəm Saleh oğlu (1914-1996) və Kərimov Əli Hüseyn oğlu (1925-2000) da müharibədə iştirak etmişlər. Qəşəm Kərimov 1943-cü ildə II qrup əlil kimi, Əli Kərimov isə 1949-cu ildə ordudan təхris olunmuşdur. Qeyd edək ki, Xanlar Kərimovun bacısı Şəkərin 1915-ci il təvəllüdlü övladı Xəlilov Niftalı Əziz oğlu da 1941-ci ildə müharibəyə getmiş və itkin düşmüşdür. 1953-cü ildə onun Türkiyədə yaşadığı məlum olmuşdur. Niftalı Xəlilov Ankara şəhərində yaşamış, 1980-ci ildə orada vəfat etmiş və Karşıyaka qəbiristanlığında dəfn edilmişdir.
Kərimov Məhəmməd Kərbəlayi Əmrah oğlu 1903-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. 1941-ci ilin noyabr ayında Basarkeçər RHK-dan orduya çağırılmışdır. Sıravi əsgər Məhəmməd Kərimov müharibədə itkin düşmüşdür. Oğlu Haris Əmrahov söyləyir ki, müharibədən sonra Amerikada yaşayan Məhərrəm Musayev kəndə gələndə deyirdi ki, Məhəmməd Kərimovu 1946-cı ildə Almaniyada görmüşəm.
Məhəmməd Kərimovun 1930-cu il təvəllüdlü oğlu Namaz 1953-cü ildə indiki Sankt-Peterburq şəhərində hərbi xidmətdə olarkən döyüşdə həlak olmuş və Sankt-Peterburq şəhərində dəfn olunmuşdur.
Kərimov Müzəffər İsmayıl oğlu 1920-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. 1939-cu ilin noyabr ayında Basarkeçər RHK-dan orduya çağırılmış, Rus-Fin müharibəsində iştirak etmişdir. 1941-ci ilin noyabrında sıravi əsgər Müzəffər Kərimov müharibədə itkin düşmüşdür.
Müzəffər Kərimovun özündən böyük qardaşları İslam (1905-1994) və Rəsul (1919-1992) Kərimovlar da müharibə iştirakçıları olublar. Hər ikisi müharibədə yaralanmış və müharibə veteranı kimi tərxis olunaraq doğma kəndlərinə qayıtmışlar.
Balıyev Qoşun Tahar oğlu 1920-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. 1939-cu ildə Basarkeçər RHK-dan orduya çağırılmışdır. Rus-Fin müharibəsində iştirak etmişdir. Sıravi əsgər Qoşun Balıyev müharibədə itkin düşmüşdür.
Qoşun Balıyevin qardaşı Mehvalı (1926-1953) və əmisi oğlu Elləz Balıyevlər də müharibə iştirakçıları olublar. 1913-cü il təvəllüdlü Elləz Mürsəl oğlu Balıyev 1943-cü ildə biləkdən sol əlini itirmiş, I qrup əlil kimi müharibədən qayıtmışdır. Çox zəhmətkeş, qohumcanlı olan Elləz Balıyev 1977-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir.
Hacıyev Nəsib Məhərrəm oğlu 1909-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. O, Daşkəndin “Qırmızı Rəncbər” kolхozda briqadir işləmişdir. 1941-ci ilin iyul ayında Basarkeçər RHK-dan orduya çağırılmışdır. Sıravi əsgər Nəsib Hacıyevdən 1942-ci ilin aprel ayından sonra haqqında heç bir məlumat olmamış, müharibədə itkin düşmüşdür. Onun 1942-ci ildə Krımda həlak olduğu ehtimal edilir. Müharibədən qayıtdıqdan sonra Fəzi Kərimov danışırmış ki, – 1942-ci ilin əvvəlində Nəsibi bizim dviziyada bir kəndçimiz (Fəzi baba bunu mənə də danışmışdı təəssüf ki, həmin adamın adını unutmuşam – A.Y.) görüb və mənə dedi ki, Nəsibi burda gördüm. Əsgərlər çox olduğundan Nəsibi nə qədər axtardım tapa bilmədim.
Hacıyev Zülfüqar Məhərrəm oğlu 1912-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. 1938-ci ildə kənddə adam öldürdüyünə görə həbs olunmuşdur. Göyçə gölünün qərb sahilindəki Kəvər türməsində cəza çəkirmiş. 1939-cu ildə Rus-Fin müharibəsi başlayanda Kəvər türməsindən orduya göndərilmişdir. Rus-Fin müharibəsində iştirak etmişdir. Sıravi əsgər Zülfüqar Hacıyev müharibədə itkin düşmüşdür.
Müharibədə itkin düşən Nəsib və Zülfüqarın böyük qardaşları dövrünün tanınmış dini xadimi, şair Həsən Xəyallı (1903-1966) da 1942-ci ildə müharibəyə getmiş və 1945-ci ildə müharibədən üç ay sonra ordudan tərxis olunaraq doğma kəndə qayıtmışdır.
Hacıyev Məhəmməd Oruc oğlu 1915-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. 1941-ci ilin iyul ayında Basarkeçər RHK-dan orduya çağırılmışdır. 1942-ci ilin yanvar ayında sıravi əsgər Məhəmməd Hacıyev müharibədə itkin düşmüşdür.

  • 2012-ci ilin məqalələri
  • Müharibə
  • İkinci dünya müharibəsi

Naviqasiya menyusu

  • Bu səhifə sonuncu dəfə 10 may 2022 11:08 tarixində redaktə edilib.
  • Mətn Creative Commons Attribution-ShareAlike lisenziyası altındadır, bəzi hallarda əlavə şərtlər tətbiq oluna bilər. Ətraflı məlumat üçün istifadə şərtlərinə baxın.
  • Gizlilik siyasəti
  • Vikimənbə haqqında
  • Məsuliyyətdən imtina
  • Mobil görüntü
  • Tərtibatçılar
  • Statistikalar
  • Kuki məlumatı

Mais əmrahov ikinci dünya müharibəsi

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Maqazin II Dünya Müharibəsi ilə bağlı maraqlı faktlar

!Reklam – Qarabag

Yeni Çağ Media Qrupu – Sentyabr 02, 2019 – 00:35

!Reklam – Yazi

Bu gün dünya tarixinin ən böyük və qanlı müharibəsi olan II Dünya Müharibəsinin başlanmasından 80 il ötür.

II Dünya Müharibəsi 1 sentyabr 1939-cu il tarixində faşist Almaniyasının Polşaya hücumu ilə başlayıb və 2 sentyabr 1945-ci ildə başa çatıb. Bu müharibə dünya tarixində nüvə silahının tətbiq edildiyi ilk və tək müharibə kimi düşüb. Yenicag.az “Azeri Defence”yə istinadən II Dünya Müharibəsi ilə bağlı bəzi maraqlı faktları təqdim edir. Müharibədə həmin vaxt dünyada mövcud olan 73 dövlətdən 62-si və dünya əhalisinin 80%-i iştirak edib. Hərbi əməliyyatlar 40 dövlətin ərazisində və dünyanın bütün okeanlarının sularında aparılıb. Müharibə dövründə dünya üzrə 110 milyon insan səfərbər edilib. Ümumi itkilər 60, bəzi məlumatlara görə 65 milyon nəfər olub. Anfitaşist koalisiyasının hərbi itkiləri 16 milyon, mülki itkiləri 30 milyon nəfər, Almaniya və onun müttəfiqlərinin hərbi itkiləri 9 milyon, mülki itkiləri 8 milyon nəfərdən çox olub. Antifaşist koalisiyasında ən çox hərbi itki SSRİ-nin olub – 11 milyon nəfər. Almaniya isə təkbaşına 5 milyon 318 min əsgərini itirib. Müharibə dövründə Sovet Ordusunun təqribən 5 milyon civarında, Almaniyanın isə 4 milyon 100 min əsgəri əsir götürülüb. İtki sayına görə üçücü yerdə Çin dayanıb. Çin müharibədə 3.8 milyon əsgər, 7.9 milyon mülki əhali itirib. Çinin bombardman, aclıq və kütləvi qətliamlarda ölən əhalisinin sayı faşistlərin ölüm düşərgələrində soyqırıma uğrayan yəhudilərin sayından çox olub. Müharibədə həmin dövrdə müstəqil müsəlman dövləti olan İraq 1000 əsgər itirib. Müharibənin sonunda SSRİ-nin əlində 3 486 206 hərbi əsir olub. 1956-cı ildə sonuncu əsir ölkəsinə yola salınıb. SSRİ-nin əsir düşərgələrində saxlanılan əsirlərin 518 520 nəfəri ölüb. 2 967 686 nəfər ölkəsinə qaytarılıb.
Müharibənin iştirakçı dövlətlərə vurduğu maddi zərər 4 trilyon dollar təşkil edib. Müharibə dövründə SSRİ, ABŞ, Böyük Britaniya və Almaniyanın sənayesi 652 min təyyarə, 286 mindən çox tank, özüyeriyən artilleriya və zirehli avtomobil, 1 milyon top, 4,8 milyondan çox pulemyot (Almaniya daxil deyil), 53 milyon tüfəng, karabin, avtomat və başqa silahlar istehsal edib. Almaniya II Dünya Müharibəsində Fransaya kapitulyasiya sənədini 22 iyun 1940-cı ildə Kompone stansiyasında, 1918-ci ildə I Dünya Müharibəsində Almaniyayanın kapitulyasiya sənədini imzalatdırıldığı vaqonda imzalatdırıb.
Müharibə illərində Parisə səfər edən Adolf Hitlerin Eyfel qülləsinə qalxmaması üçün fransızlar qüllənin liftini sıradan çıxarıblar. Hitler buna görə Eyfel qülləsinə qalxa bilməyib. Yalnız qarşısında məşhur fotosunu çəkdirib. Kuril adaları problemi ilə əlaqədar II Dünya Müharibəsi başa çatandan bu günədək Yapnoya ilə SSRİ/Rusiya arasında sülh müqaviləsi imzalanmayıb. SSRİ-də 1923-cü ildə doğulan kişi vətəndaşların 80%-i müharibədə həlak olub. Yaponiya müharibə dövründə kamikadzelərdən geniş istifadə edib. Lakin statistik məlumatlara görə, kamikadzelərin 1/9-u hədəfləri vurmağı bacarıb. Yapon təyyarəçisi Hiroyoşi Nişizava müharibə dövründə təkbaşına 80 təyyarə vurmaqla rekorda imza atıb. Pilot özü sonradan bir nəqliyyat təyyarəsində uçuş zamanı qəzaya düşərək həyatını itirib. Müharibə dövründə SSRİ pilotları tərəfindən edilən taranlar nəticəsində 500-dən çox alman təyyarəsi məhv edilib. Təbii ki eyni sayda da sovet təyyarəsi məhv olub. 1939-1945-ci illərdə Antifaşist koalisiyası 3.4 milyon ton bomba atıb. Müharibə başa çatandan bu günədək hər gün Almaniyada təxminən 10-15 partlamamış bomba tapılır. Almaniyanın II Dünya Müharibəsində rəsmən nota ilə müharibə elan elədiyi yeganə dövlət ABŞ olub. Almanların müharibə dövründə məşhur U-120 dənizaltısı tualetinin sıradan çıxması nəticəsində batıb. Ümumilikdə məşhur U-boat sinif dənizaltılarda xidmət edən 40 min nəfərdən müharibənin sonunda 10 min nəfər sağ qalıb. Müharibə dövründə ABŞ Quru Qoşunlarının istifadəsində yer alan gəmilərin sayı ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin sayından çox olub. Müharibə illərində İngiltərə kraliçası II Yelizaveta İngilis ordusunda sürücü və təmirçi olaraq xidmət edib.
Müharibə illərində Hitler 136 generalını döyüşlərdə itirib. “İldırımsürətli Barborossa” planının icraçılarından olan məşhur Alman feldmarşal Hans Quderian sürətli hücumu təmin etmək üçün tarixdə ilk dəfə piyadaların tankın üzərində daşınmasını təşkil edib. Alman Ordusunun təkərli və tırtırlı texnika ilə təchizatı o dövr üçün ən mükəmməl səviyyədə təşkil olunub. Normandiya-Neman əməliyyatında əsir götürülən alman əsgərləri arasında koreyalılar da olub. Araşdırma zamanı məlum olub ki, koreyalılar öncə Yaponiya ordusu sıralarında SSRİ ilə müharibədə iştirak edib və Sovet ordusuna əsir düşüblər. Daha sonra Sovet Ordusu sıralarında almanlara qarşı döyüşlərə qatılıb, almanlara əsir düşüblər. Bundan sonra almanlarla birlikdə müharibəyə qatılan koreyalılar bu dəfə müttəfiqlərə əsir düşüblər. Atom bombasını icad edən fizik Nils Bor Danimarkadan İngiltərəyə bombardmançı təyyarənin bomba yüklənən bölməsində qaçırılıb. O, qaçırılarkən özü ilə aparmaq üçün pivə şüşəsinə doldurduğu ağır su yerinə səhvən gerçək pivəni götürüb. Alman təyyarələrinin Leninqrada atdığı ilk bomba zooparka düşüb və ilk itki zooparkda saxlanan fil olub.
1944-cü ilin ortalarında Vermaxt ordusunda əsgərlərin 35%-i bir dəfə, 11%-i iki, 6%-i üç, 2%-i isə dörd, 2%-i isə dörd dəfədən artıq yaralanmışdı. II Dünya Müharibəsinin ən populyar snayperi tətbiq etdiyi taktikləri ilə Fin Ordusunun döyüşçüsü Simo Hayha olub. Sovet Ordusunun snayperi starşina Mixail Surkov isə müharibə müddətində düşmənin 702 əsgər və zabitini məhv edib. Afrika qitəsində 1942-1943-cü illərdə baş verən müharibələrdə müttəfiq qoşunların itkilərinin 20%-ə qədəri istilərdən olub. Qazala döyüşündən sonra geri çəkilən ingilis birliklərini təqdib edən general Rommelin 33-cü kəşfiyyat taboru 26-27 iyun 1942-ci ildə 24 saat ərzində düşmənin müqavimətinə baxmayaraq 158.7 km yol qət edərək dünya rekordu əldə edib. II Dünya Müharibəsi sırasında -1938-1940-ci illərdə Vermaxt ordusuna çağırılan alman əsgərlərin hamısı xüsusi dərmanlar vasitəsi ilə xədim edilibmiş. Burada məqsəd işğal edilən ərazilərdə əsgərlərin “fikrinin dağılmamasına” imkan verilməsi olub. SSRİ-yə hücum zamanı da almanların keçdikləri ərazidə zorlama hadisələrinin az olması da bununla bağlı olub. Yapon Kvantun ordusunun generalları işğal etdikləri ərazilərdə insanlıq tarixində ən ağır eksprementləri ediblər. Bunların sırasında yerli əhalinin azyaşlı təbəqəsinin kəsilib əsgərlərə yedizdirilməsi, döyüşən əsgərlərin depressiyadan çıxarılması üçün işğal edilmiş ərazilərdə gənc qızların kütləvi şəkildə əsgərlərə cinsi xidmət üçün düşərglərə toplanması və s. olub. Bundan başqa, yaponlar Çin ərazisində bakterioloji silahlardan istifadı ediblər. “Focus” jurnalında dərc olunmuş araşdırmaya görə, Almaniya işğal olunduğu zaman Sovet və müttəfiq əsgərləri tərəfindən 869 mindən çox alman qadına təcavüz edilib. II Dünya Müharibəsinin 1941-1945-ci illəri əhatə edən əsas mərhələsində SSRİ 96500 ədəd, Almaniya isə 32200 ədəd tank və özüyeriyən artilleriya qurğusu, SSRİ 317500 ədədə, Almaniya 280800 ədəd minaatan və top, həmçinin SSRİ-i 88300, Almaniya isə 56800 ədəd döyüş təyyarəsi itirib. Müharibənin son illərinə yaxın alman hərbi sənayesi dünyada ilk dəfə “hava-hava” sinif raketlərin, pilotsuz uçuş aparatlarının, habelə dövr üçün böyük güc balistik raketlərin nümunələrini hazırlasa da onları müharibədə tətbiq edə bilməyib. II Dünya Müharibəsi dövründə Vermaxt, SS və Gestaponun əsas təchizatçısı olan bəzi şirkətlər bu gün dünya miqyasında öz fəaliyyətlərini davam etdirirlər. Vermaxt və Waffen SS uniformalarını bu gün dünyanın tanınmış brendi olan Hugo Boss tərəfindən dizayn və istehsal olunub. Qeyd edək ki, Hugo Boss nasist partiyasının Hugo Boss 508889-cu üzvü olub. İkinci Dünya Müharibəsi dövründə Hugo Bossun müəssisəsində 40-ı fransız hərbi əsir olmaqla 140 məcburi işçi çalışdırılıb. Müharibədən qazanan digər alman şirkəti isə BMW olub. Alman ordusunun və SS-in məşhur motosikletlərini BMW istehsal edib. Amerika və antifaşist koalisiyasınan aldığı çoxsaylı sifarişlər “Boenig” şirkətinin də yüksəlişinə təkan verib. Müharibənin sonunda SSRİ Alman hərbi sənayesinə aid yaradılma mərhələsində olan 200-dən çox, ABŞ və Böyük Britaniya isə 150-yə qədər layihəni ələ keçirərək, onların bir qismini sonrakı illərdə reallaşdırıb.
II Dünya Müharibəsinin sonunda, müharibə canilərinə qarşı qurulan Nrünberq Tribunalının qərarı ilə Faşist Almaniyasında hökumətdə və orduda mühüm vəzifələrdə çalışmış 12 nəfər edam edilib, 3 nəfər ömürlük həbs, 2 nəfər 20 il, 1 nəfər 15 il, bir nəfər isə 10 il həbs cəzasına məhkum edilib.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

İkinci Dünya Müharibəsi

Dünya ağalığı iddiasında olan və ildırım sürətilə hücuma keçən Hitler orduları özlərinin məğlübedilməzliyi haqqında əfsanəni bütün Avropaya yayaraq elə güman edirdilər ki, onlara qarşı müqavimət göstərə biləcək qüvvə yoxdur. Ancaq Hitler və onun generalları yanılmışdı. Faşistlər müharibənin ilk günlərindən sovet xalqlarının yetişdirdiyi əsgərlərin, ölümü gözünün altına alan və vətən torpağı uğrunda inadkar savaşa qatılan igid bahadırlarının sərt müqaviməti ilə qarşılaşdılar.
Müharibənin elə ilk dəqiqələrində faşist ordularının basqınına məruz qalmış əfsanəvi Brest qalasının müdafıəsində 40 nəfərdən çox həmyerlimiz iştirak etmişdi.

İkinci dünya müharibəsinin başlanması və gedişi

  • İkinci Dünya Müharibəsi
  • 5 noyabr 2013, 23:19

Mövcud nüfuz dairələrini, xammal və satış bazarlarını yenidən bölüşdürmək uğrunda mübarizə güclənmişdi. Versal-Vaşinqton sisteminin sərt, ağır və ədalətsiz şərtlərindən narazı olan Almaniya və Yaponiyada millətçilik, irqçilik və qisasçılıq, İtaliyada revanşizm meyli şiddətlənmişdi. SSRİ Şərqi Avropanı ələ keçirməyə, Qara dəniz boğazlarında, Ön və Cənubi Asiyada, Uzun Şərqdə nüfuz dairəsini genişləndirməyə çalışırdı. Böyük Britaniya, Fransa və ABŞ öz xammal və satış bazarlarını, nüfuz dairələrini qoruyub saxlamaq əzmində idilər. İkinci Dünya müharibəsinin səbəblərindən biri də liberal-demokratik dövlətlərin totalitar rejimləri – faşizmi və kommunizmi, nasizmi və bolşevizmi bir-birinə qarşı qoyub zəiflətmək və məhv etmək cəhdi idi.

Azərbaycan iqtisadiyyatının hərbiləşdirilməsi

  • İkinci Dünya Müharibəsi
  • 10 fevral 2013, 01:50

Böyük Vətən müharibəsinin başlandığı ilk gündən Azər- baycan xalqı ayağa qalxdı, səfərbər edildi, müsəlləh əsgər kimi döyüşə atıldı və SSRİ-nin başqa xalqları ilə çiyin-çiyinə almanfaşist işğalçılarına qarşı mübarizəyə başladı. Azərbaycan K(b)P MK 1941-ci il iyunun 28-də bütün partiya komitələrinə, yerli təşkilatlara və hakimiyyət orqanlarına məktub göndərdi. Məktubda bütün iş formalarını və hərəkət mexanizmini müharibənin tələblərinə uyğun yenidən qurmaq, xalqın sayıqlığını yüksəltmək, ehtiyat qüvvələrini səfərbər etmək barədə ciddi tapşırıqlar verildi.

Əsas hərbi əməliyyatlar

  • İkinci Dünya Müharibəsi
  • 21 iyul 2012, 18:10

SSRİ və ABŞ-ın müharibəyə qatılması
1941-ci ilin yayı üçün faşistlər artıq, demək olar ki, bütün Avropanı özlərinə tabe etmişdilər. Qarşıda SSRİ-nin işğalı dururdu. Almaniya hələ 1940-cı ilin iyunundan SSRİ üzərinə şərti olaraq “Barbarossa” planı adı verilmiş hücum plan hazırlamağa başlamışdı. Həmin plana əsasən SSRİ 1941-ci ilin payızına qədər məğlub edilməli idi. 1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etdi. SSRİ-nin Böyük Vətən müharibəsi başlandı. “İldırımsürətli müharibə” strategiyasına əsaslanan alman qoşunları qəfil zərbə endirdilər. Almanlar qışa qədər Arxangelsk – Həştərxan xəttinə çıxmaq niyyətində idilər. Onlar müharibənin birinci həftəsində Leninqrad (indiki Sankt-Peterburq) və Kiyevə yaxınlaşdılar, Smolenski ələ keçirdilər. Sentyabrda hitlerçilər Kiyevi tutdular, Leninqradı mühasirəyə aldılar və Moskva üzərinə güclü hücuma başladılar. 1941-ci ilin dekabrında sovet qoşunlarının əks-hücumu başlandı. Düşmən Moskva ətrafında darmadağın edildi və 100-250 km geri qovuldu.
Davamı →

İkinci dünya müharibəsinin xronologiyası

  • İkinci Dünya Müharibəsi
  • 11 aprel 2012, 14:28

1937

7 iyul tarixində aqressiv yönələnmiş Yaponiyanın hakim qüvvələri müharibəyə təkan vermək məqsədilə Çin və Yaponiya arasında atışmalara başladırlar.

1938

  • 15 iyul-10 avqust Xasan gölü ərazisində Sovet-yapon silahlı qarşıdurması yarandı.

1939

  • 23 avqust Moskvada Almaniya və SSRİ arasında hücum etməmə haqqında saziş imzalandı. Məhz həmin bu saziş Almaniyanın Polşanı işğalını asanlaşdıran addım oldu.

İkinci dünya müharibəsinin yekunları

  • İkinci Dünya Müharibəsi
  • 1 may 2011, 02:54

İkinci dünya müharibəsi müharibələr tarixində ən dəhşətli və dağıdıcı müharibə olmuşdur. Onun müxtəlif mərhələlərində hər iki döyüşən tərəfdən eyni zamanda 8 milyondan — 12,8 milyona kimi insan, 84 mindən -,163 minə qədər top, 6,5 mindən — 18,3 minə kimi təyyarə iştirak etmişdi. Hərbi əməliyyatların əhatə etdiyi ərazi I dünya müharibəsindəkindən 5,5 dəfə çox idi. Müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyon ABŞ dolları olmuşdu. Onların 1 trilyon 117 milyardını sırf hərbi xərclər təşkil etmişdi. Müharibə zamanı 60 milyondan çox adam tələf olmuşdu. Ondan 27 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın və s. payına düşmüşdü.

İkinci Dünya müharibəsinin sonu

  • İkinci Dünya Müharibəsi
  • 1 may 2011, 02:54

Müharibənin gedişində sonrakı mərhələ (1944-cü il yanvar-1945-ci il sentyabr) Almaniya faşizminin və Yaponiya militarizminin darmadağın edilməsi uğrunda mübarizə ilə səciyyələnir. Bu dövrdə müttəfiq ölkələrin bütün səyləri tezliklə müharibəyə son qoyulmasına yönəldilmişdi.
1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt edilmiş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin yanvar-fevralında Leninqrad-Novqorod vilayətləri, martda sağ sahil Ukraynası, aprel-mayda Krım-Odessa vilayətləri, iyunda Kareliya, iyun-iyulda Belarusiya, iyul-avqustda Qərbi Ukrayna, avqust ayında Moldaviya, sentyabr-oktyabrda Baltikyanı respublikalar almanlardan xilas olundular. 1944-cü ilin oktyabrı üçün SSRİ-nin keçmiş sərhədi bərpa olundu. Sovet orduları Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin ərazilərinə daxil oldular. Onların faşistlərdən azad edilməsi və sovet nüfuz dairəsinə keçirilməsi uğrunda mübarizə başlandı.

Müharibədə əsaslı dönüş

  • İkinci Dünya Müharibəsi
  • 23 iyul 2010, 05:40

1942-ci ilin yayından müharibənin gedişində yeni mərhələ başlandı. 1942-ci ilin iyunu-1944-cü ilin yanvarını əhatə edən bu dövr II dünya müharibəsi tarixinə əsaslı dönüş mərhələsi kimi daxil olmuşdur. Belə ki, bu mərhələdə faşist bloku ölkələri cəbhələrdə strateji təşəbbüsü itirmişdilər, iqtisadi, hərbi, siyasi və mənəvi üstünlük antihitler koalisiyasının əlinə keçmişdi. Müttəfiqlər bütün cəbhələrdə təşəbbüsü öz əllərinə almışdılar. 1942-ci ilin mayın 7 — 8-də ABŞ orduları Korolin dənizindəki döyüşdə Yaponiyanı məğlubiyyətə uğratdı. Müharibənin gedişində əsaslı dönüşün ilk tutarlı addımı 1942-ci ilin iyununda Sakit okeanın mərkəzində yerləşən mərcan adası Miduey yaxınlığındakı döyüşdən başlamışdı. Həmin döyüşdə yaponlar ciddi məğlubiyyətə düçar olmuş və bundan sonra Sakit okeanda müdafiə mövqelərinə keçmişdilər. 1943-cü ilin noyabrında Gilbert adalarında da yaponlar ciddi məğlubiyyətə uğradılar.

Azərbaycan müharibə illərində

  • İkinci Dünya Müharibəsi
  • 7 iyul 2010, 02:34

Zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan İkinci Dünya müharibəsi illərində də iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Onlar Azərbaycana böyük maraq göstərirdilər, Almaniya Bakı neftini ələ keçirməklə Şərqə — İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi hazırlanmışdı. Nasist rəhbərləridən biri olan Rozenberqin hazırladığı «Qafqazın idarə olunması planı»na əsasən Azərbaycanda Qafqaz reyx Komissarlığına tabe olan xüsusi komissarlıq idarə üsulu yaradılmalı idi.
Digər bir plana görə SSRİ məğlub edildikdən sonra onun ərazisində olan türklərin «Böyük Türküstan» dövləti yaradılmalı idi. Azərbaycan da onun tərkibinə daxil edilməli idi. Hitlerin «Edelveys» adlanan Qafqaza hücum planında Bakının tutulmasının dəqiq vaxtı da göstərilmişdi. Qafqaza xüsusi maraq göstərən ABŞ və Böyük Britaniya tərtib etdikləri «Vilvet» planında Azərbaycanı öz nüfuz dairələrinə çevirmək göstərilirdi. Öz növbəsində SSRİ-nin də azərbaycanlıları Mərkəzi Asiyaya və Qazaxıstana köçürmək şərtilə Azərbaycanı öz tərkibində saxlamaq planı var idi.
Davamı →

Müharibənin ilk mərhələsi

  • İkinci Dünya Müharibəsi
  • 29 iyun 2010, 02:10

Sözügedən mərhələ 1939-cu il sentyabrın birindən 1942-ci ilin iyununadək olan dövrü əhatə edir. Bu mərhələdə Almaniya sentyabrın 17-də Molotov-Ribbentrop paktına gizli protokolda müəyyən edilmiş sərhəddə (Lvov, Vladimir-Volınski, Brest-Litovski) çatmaqla Polşanın qərb hissəsini zəbt etdi. Polşanın hökumət üzvləri, hərbi komandanlıq ölkəni tərk etdilər. Mühasirəyə alınmış Varşava sentyabrın 28-ə kimi müqavimət göstərdi. Oktyabrın 2-də Polşa ordularının mühasirə olunan hissələri təslim oldular. 1939-cu il sentyabrın 30-da general V.Sikorski başda olmaqla Anjeredə (Fransa) mühacir Polşa hökuməti yaradıldı. 1940-cı ilin iyunundan hökumət Londonda sakinləşdi.

1939-cu il sentyabrın 17-də sovet qoşunları da Polşa sərhədlərini keçərək qərbi Ukraynanı və qərbi Belarusiyanı SSRİ-nin tərkibinə qatdılar.
Ardı →

Comments are closed, but trackbacks and pingbacks are open.