Press "Enter" to skip to content

Maliyyə Bazarlarına Nəzarət Palatası IOSCO-nun üzvlüyünə qəbul edilib

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə, filial və nümayəndəlikləri yaradıla bilər

Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin İdarə Heyətinə ölkə prezidentinin razılığı ilə qurumun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək səlahiyyəti verilib.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyev bu gün təsdiqlədiyi Palatanın nizamnaməsində öz əskini tapıb.

Sənədə əsasən, İdarə Heyəti həmçinin Palatanın idarə, filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək, onların, habelə tabeliyindəki digər qurumların işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul etmək səlahiyyətinə malikdir.

“Palata qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Palatanın, onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

Palata idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir”, – deyə nizamnamədə qeyd olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatası IOSCO-nun üzvlüyünə qəbul edilib

Maliyyə Bazarlarına Nəzarət Palatası IOSCO-nun üzvlüyünə qəbul edilib Bakı. 13 iyun. REPORT.AZ/ Bu il aprelin 27-də Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (IOSCO) Katibliyinə rəsmi qaydada müraciət etmiş Maliyyə Bazarlarına Nəzarət Palatası qurumun İdarə Heyətinin qərarına əsasən, gələn aydan təşkilatın Assosiativ üzvlüyünə qəbul edilib.

13 İyun , 2018 16:18

https://static.report.az/photo/95ed3abf-2a67-48d1-a6da-405a2d818150.jpg

Bakı. 13 iyun. REPORT.AZ/ Bu il aprelin 27-də Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (IOSCO) Katibliyinə rəsmi qaydada müraciət etmiş Maliyyə Bazarlarına Nəzarət Palatası qurumun İdarə Heyətinin qərarına əsasən, gələn aydan təşkilatın Assosiativ üzvlüyünə qəbul edilib. “Report” xəbər verir ki, bu barədə Palatanın açıqlamasında bildirilir. IOSCO qiymətli kağızlar bazarına nəzarət üzrə qlobal standartları müəyyən edən, bu istiqamətdə tənzimlənmə və nəzarət, risklərin müəyyənləşdirilməsi və minimallaşdırılması, habelə maliyyə bazarlarına təsir edə bilən digər məsələlər üzrə xüsusi əməkdaşlıq platformasını təmin edən beynəlxalq təşkilatdır. IOSCO-nun üzvü olaraq Azərbaycanı təmsil edən MMNP qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə standartların hazırlanması, tətbiqi və beynəlxalq səviyyədə harmonizasiyası prosesində iştirak edilməsi, həmçinin IOSCO-nun təcrübə mübadiləsi, təlim proqramları və biliklərin bölüşdürülməsi platformasından faydalanmaq imkanı əldə edəcək. Bununla yanaşı, Palata IOSCO-nun daxili komitələrində, o cümlədən Prezidentlər komitəsi, Avropa regional komitəsi, İnkişaf etməkdə olan bazarlar komitəsində təmsil olunacaq. IOSCO-ya üzvlük ölkənin qiymətli kağızlar bazarının qabaqcıl meyarlara uyğunluğunun göstəricisi olmasını nəzərə alaraq, Azərbaycana beynəlxalq investorların cəlbini mümkün edəcək. Bu da, öz növbəsində, qiymətli kağızlar bazarının inkişafına töhfə verəcək.

Xankəndi

Fərmanla “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi” təsdiq edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Müəyyən edilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin üzvləri bu fərmanla təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq təyin olunana qədər İdarə Heyətinin vəzifələrini Maliyyə Bazarlarına Nəzarət Palatasının bu fərman qüvvəyə mindiyi günədək formalaşmış İdarə Heyəti həyata keçirir.

Vergilər Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası bu fərmandan irəli gələn məsələləri həll edəcək, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

“Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli fərmanı ləğv edilir.

Comments are closed, but trackbacks and pingbacks are open.