İqtisadi bloq
O, mühasibat uçotu məlumatlarının ümumiləşdirilməsinə əsaslanır və müəssisə ilə onun fəaliyyəti haqqında informasiyalardan istifadə edən istifadəçiləri əlaqələndirən informasiya sistemidir.
Maliyyə hesabatının beynəlxalq standartları
Müəssisə rəhbərlərinin şirkətin gələcəyi haqqında mühüm qərarlar qəbul etməsi üçün real maliyyə vəziyyətini əks etdirən hesabatlar zəruridir. Hesabatda təqdim edilən məlumatların keyfiyyəti bir neçə hesabat dövründəki fəaliyyət göstəricilərinin standartlar məcmusu ilə müqayisə olunmasına imkan verir. Çox vaxt müəssisələr standart kimi BMHS göstəricilərini seçirlər. Təəssüf ki, böyük təcrübəyə malik olan mühasiblərin heç də hamısı subyektin hesabatlarını BMHS-yə uyğunlaşdıra bilmir. Şirkətimizin mütəxəssisləri sözügedən standartlara cavab verən hesabatların formalaşdırılmasında sizə kömək etməyə hazırdırlar. Hesabatların BMHS-yə (Beynəlxalq Maliyyə Hesabatları Standartları) uyğunlaşdırılması mürəkkəb və zəhmətli prosesdir, amma əlverişli qiymətlərlə bizim xidmətlərimizdən faydalanan müəssisə rəhbərləri nəticənin uğurlu olacağından əmin ola bilərlər.
BMHS üzrə maliyyə hesabatı
Təcrübəli mütəxəssislər BMHS üzrə maliyyə hesabatlarının tərtib edilməsinə müəssisədə tətbiq edilən uçot siyasətində aşkar edilmiş fərqlərin təhlilindən, hesabat formalarının işlənib hazırlanmasından (birləşdirilmiş firmalar üçün vahid uyğunlaşdırılmış formatda) başlayacaqlar. Bundan sonra sizin müəssisənizdə nəzarət prosedurları işlənib hazırlanacaq və tətbiq ediləcək. Bu prosedurlar informasiyaları birləşdirməyə imkan verəcək. Zərurət olduqda, BMHS tələblərinə uyğun olan hesabatların formalaşdırılması sahələrinin avtomatlaşdırılması həyata keçirilir. Avtomatlaşdırma hesabatların formalaşdırılması üçün daha dəqiq operativ məlumat əldə etməyə imkan verir. Bu zaman sifarişçi uçotun aparılması metodunu – paralel və ya transformasiya metodunu özü seçir.
Yuxarıda sadalanan mərhələlər müəssisənizdə artıq tətbiq edilibsə, BMHS mühasibat balansının müəyyən edilmiş standartlara uyğun olması ilə bağlı müsbət rəy formalaşdırmaq üçün onun auditini həyata keçirmək lazımdır. Şirkətimizin peşəkar biliklərə malik olan əməkdaşları Azərbaycanda istənilən mülkiyyət formasına malik olan firmalar üçün BMHS üzrə audit həyata keçirəcəklər. Bundan sonra müəssisə rəhbərliyinə ümumi yoxlamanın və ya auditin nəticələri haqqında rəy, habelə mühasibat uçotundakı səhvlərin və nöqsanların aradan qaldırılması üzrə tövsiyələr veriləcək.
Məsləhət üçün şirkətimizin mütəxəssislərinə müraciət edərək (telefon nömrələri saytda təqdim edilmişdir), hesabatların transformasiyası haqqında suallara ətraflı cavab ala bilərsiniz. Yüksək peşəkarlıq səviyyəsi, xidmətlərin dəyərinin müəyyən edilməsində elastiklik və fərdi yanaşma şirkətimizin işinin əsas prinsipləridir.
Məsləhətləşmə
Bizə yazın və ya ən yaxın ofisi tapın
İqtisadi bloq
Bir şirkətin nə qədər səmərəli fəaliyyət göstərdiyini və maliyyə cəhətdən nə qədər yaxşı vəziyyətdə olduğunu öyrənmək üçün – onun maliyyə hesabatlarına baxmaq lazımdır. Maliyyə hesabatlarının analiz edilməsi ayrı bir mövzudur. Bu yazıda maliyyə hesabatlarının ümumiyyətlə nə olduğu barədə danışılacaq.
Beləliklə, 4 əsas maliyyə hesabatı mövcuddur.
– Balans
Bunların biri olan balans hesabatı haqqında daha ətraflı aşağıda:
Balans hesabatı.
Mənfəət-zərər və nağd vəsaitin hərəkəti hesabatları şirkətin müəyyən bir dövr ərzindəki (məsələn: 1 yanvar 2012 – 31 dekabr 2012) fəaliyyətindən xəbər verirsə, balans hesabatı əksinə, müəyyən bir məqamda (məsələn: 31 dekabr 2012) şirkətin nəyə sahib olduğunu göstərir. Şirkətin sahib olduğu varlıqlar dedikdə aktivlər, öhdəliklər və məcmu kapital nəzərdə tutulur.
Aktiv – aktivə ingilis dilinə “Asset” kimi tərcümə edilir. İstifadə edilərək dəyər yarada bilən istənilən əşya aktiv ola bilər. Məsələn, bir şirkətin nəqliyyat vasitələri, avadanlıqları, binası, ofisə ləvazimatları, və s. həmin şirkətin aktivləri sayılır.
Öhdəlik – ingilis dilinə “Liability” kimi tərcümə edilir. Adından da bilindiyi kimi “öhdəliklər” şirkətin borclarını əks etdirir. Öhdəliklərin heç biri şirkətə məxsus deyil amma şirkət onlardan istifadə edərək mənfəət qazanmağa çalışır.
Məcmu Kapital – ingilis dilndə “Owner’s Equity” adlanır və şirkətin sahibinə (səhmdarına) məxsus özəl kapitalı ifadə edir. Bu haqda aşağıda daha ətraflı danışılacaq.
Gəlin kəllə qənd istehsalı ilə məşğul olan “A” şirkətinin nəyə sahib olduğuna baxaq.
– Nəğd vəsait (şirkətin xəzinəsində (kassasında) ) 2,500 AZN
– Hazır məhsul (istehsal olunmuş amma hələ satılmamış) 7,500 AZN
– Nisyə satılan mallara bir ay ərzində alınacaq məbləğ 3,000 AZN
– İstehsal avadanlığı (qənd bişirən, qablaşdıran, və s.) 150,000 AZN
– İki mikroavtobus (malın dükanlara daşınması üçün) 25,000 AZN
– Sexin yerləşdiyi bina (fərz edək ki, şirkətin öz əmlakıdır) 75,000 AZN
Beləliklə, bu misaldakı “A” şirkətinin cəmi aktivlərinin dəyəri 263,000 AZN-dır.
Bunu da qeyd etmək lazımdır ki, aktivlər iki cür olur:
Qısamüddətli aktivlər – (ingiliscə “short-term assets” və ya “current assets”) bir ildən qısa müddət ərzində pula çevrilə bilən aktivlərə qısamüddətli aktivlər deyilir. Bunlara nağd vəsaitin özü, hazır məhsul, nisyə satılan mallardan alınacaq məbləğ və s. aid edilir.
Uzunmüddətli aktivlər – (ingiliscə “long-term assets”) bir ildən uzun müddət ərzində pula çevrilə bilən aktivlərə uzunmüddətli aktivlər deyilir. Bunlara istehsal avadanlığı, bina və s. aid edilir. Baxmayaraq ki, sadalanan aktivlər (avadanlıq, bina) bir çox hallarda bir ildən daha qısa müddətə satıla bilər, bunlar adətən uzunmüddətli aktivlərə aid edilir.
Hələ ki, yalnız aktivlər daxil edilmiş yarımçıq balans hesabatı aşağıdakı kimi görükür:
Balans hesabatında bir tərəfdə aktivlər göstərilərkən, digər tərəfdə aktivlərin arxasında dayanan öhdəliklər və məcmu kapital göstərilməlidir. Yəni bu aktivlərin mənbəsini, bunların haradan gəldiyini göstərən ikinci tərəf olmalıdır.
Bu misaldakı “A” şirkətinin öhdəlikləri aşağıdakı kimidir:
– Təchizatçılara borc (nisyə alınmış xammala görə) 10,000
– Bank krediti (5 illik kredit) 150,000
Öhdəliklər də həmçinin iki cür olur:
Qısamüddətli öhdəliklər – (ingiliscə “short-term liabilities” və ya “current liabilities”) bir ildən qısa müddət ərzində ödənilməli olan borclara deyilir. Bunlara nisyə alınan xammala görə təchizatçılara olan borcu aid etmək olar. Bu cür borclar adətən bir aydan gec olmayaraq ödənməlidir.
Uzunmüddətli öhdəliklər – (ingiliscə “long-term liabilities”) bir ildən artıq müddət ərzində ödənilməli olan borclara deyilir. Bu öhdəliklərə beş illik bank kreditini aid etmək olar.
Öhdəlikləri balans hesabatına əlavə etdikdə aşağıdakı yarımçıq balans hesabatı alınır:
Gördüyünüz kimi sol tərəfdəki aktivlərin cəmi dəyəri 263,000 AZN-dır Sağ tərəfdə isə öhdəliklər 160,000 AZN təşkil edir. Aradakı fərq 103,000 manatdır ki, bu da məcmu kapitalda öz əksini tapacaq.
Məcmu Kapital – şirkətin sahibinə məxsus pullar, onun şəxsi vəsaiti, “Məcmu Kapital” adlanır. İngilis dilində buna “Owner’s Equity” deyilir.
Məcmu Kapital iki hissədən ibarətdir:
– Nizamnamə kapitalı (ingiliscə “Paid-in Capital”) – şirkət sahibinlərinin biznesi başlayarkən ortaya qoyduqları kapitalın dəyəridir. Bu kapital nağd pul da ola bilər, fiziki əşya və ya bina da ola bilər.
Məsələn, “A” şirkətinin sahibi Məmməd kişi öz şirkətini qurarkən cibində 10,000 AZN nağd pulu və qənd sexində 30,000 AZN dəyərində avadanlığı var idi. Demək “A” şirkətini nizamnamə kapitalı 40,000 AZN təşkil edir.
– Bölüşdürülməmiş mənfəət (ingiliscə “Retained Earnings”) – şirkətin xalis mənfəətindən şirkətə yenidən yatırılmış (yəni sahibləri arasında bölüşdürülməmiş) vəsaitdir.
Məsələn, “A” şirkətinin sahibi Məmməd kişi şirkətin fəaliyyətindən hər ay əldə etdiyi vəsaitin yarısını cibinə qoyub özünün və ailəsinin ehtiyaclarına xərcləyirdi, qalan yarısını isə yenidən şirkətin dövriyyəsinə buraxırdı. Şirkət yaradılan gündən onun mənfəətindən onun dövriyyəsinə yenidən yatırılmış məbləğin cəmi 63,000 AZN-ə gəlib çatıb. Demək “A” şirkətinin bölüşdürülməmiş mənfəəti 63,000 AZN-dır.
“A” şirkətinin Məcmu Kapitalını balans hesabatına daxil etdikdə, yekun balans hesabat aşağıdakı kimi görükür:
Beləliklə, balans hesabatımız balans olundu, yəni hər iki tərəfindəki məbləğ bir-birinə bərabər oldu. Həqiqi həyatda balansın düzgün gəlməsi – mühasibatlığın düzgün aparıldığı mənasına gəlir. Mühasibat düzgün aparılmayıbsa balans hesabatı da düzgün gəlməz (yəni hər iki tərəfi bir-birinə bərabər olmaz).
Bu yazı 4 hissəli “Maliyyə Hesabatları” adlı bloq paylaşımlarının bir hissəsidir.
Yeni yazılar haqqında xəbər almanız üçün sağdakı “e-poçtla abunə ol” bölməsinə email-ınızı daxil edin, ya da bloqun Facebook səhifəsini “like” edib yeni paylaşımlardan bildiriş almağı seçin.
Facebook: Iqtisadi bloq
Maliyyə hesabatı haqqında anlayış, onların təyinatı və ona olan tələblər
Hesabatda müəssisənin istehsalat-təsərrüfat və maliyyə nəticələri haqqında məcmu məlumatlar öz əksini tapır. Mühasibat, statistik və operativ hesabatların məlumatları informasiya mənbəyi sayılır.
Mühasibat (maliyyə) hesabatı nədir?
Maliyyə hesabatı – müəssisənin hesabat dövründə əmlak və maliyyə vəziyyətini konkret və anlaşıqlı formada xarakterziə edən hesabat formalarının məcmusudur.
O, mühasibat uçotu məlumatlarının ümumiləşdirilməsinə əsaslanır və müəssisə ilə onun fəaliyyəti haqqında informasiyalardan istifadə edən istifadəçiləri əlaqələndirən informasiya sistemidir.
Mühasibat hesabatı ilk sənədlərlə təsdiqlənən sintetik və analitik uçota əsasən tərtib olunur. Respublikamızda bütün müəssisələr üçün Mühasibat hesabatının vahid formaları nəzərdə tutulmuşdur. Mühasibat hesabatının tərkibi və göstəricilərinin vahidliyi onun istifadəçilərinin müvafiq informasiyalara olan ehtiyacını ödəmək üçündür.
Bax: Baş mühasibin əmək funksiyası
Bazar iqtisadiyyatı şəraitində üç növ hesabat tərtib oluna bilər:
• Müəssiənin özünün istehsal və idarəolunma xüsusi ehtiyaclarını ödəmək üçün;
• Müəssisə haqqında zəruri informasiyalara malik olmağa maraq göstərən kənar təşkilatlar üçün;
• Kütləvi informasiya vasitələrində dərc olunmaq üçün.
Statistik hesabatlar miqdar və kəmiyyət göstəricilərini statistik qaydada öyrənmək və mühasibat uçotu üçün xarakterik olmayan qaydada ölçmək və ümumiləşdirmək üçün nəzərdə tutulur. Statistik hesabat müəssisənin fəaliyyətinin ayrı-ayrı tərəflərini əks etdirməyə xidmət göstərir.
Operativ hesabat təsərrüfat əməliyyatlarının baş verdiyi anda və yaxud bilavasitə baş verdiyi andan sonrakı cari nəzarət və müəssisədaxili idarəetmə üçün nəzərdə tutulur. Belə hesabat üçün materialların göndərilməsi, istehsal planının yerinə yetirilməsi, qarşılıqlı müqavilələrə əməl olunması, müəssisələrin maliyyə vəziyyəti və s. haqqında məlumatlar xarakterikdir.
Təqdim edilmə dövrünə görə hesabat dövri (ildaxili) və illik hesabatlara bölünür. Dövrü hesabat rüblər üzrə tərtib olunur. Belə hesabat daha yığcamdır, burada olan hesabat formaları və göstəriciləri nisbətən məhduddur, təqdim olunma müddəti qısadır.
İllik hesabat müəssisənin il ərzindəki təsərrüfat fəaliyyətinin və maliyyə nəticələrinin demək olar ki, bütün cəhətlərini əks etdirir. Əhəmiyyətindən asılı olaraq hesabatları ümumdövlət və zavoddaxili hesabatlara bölmək olar. Ümumdövlət hesabatları respublikanın inkişafında son dərəcə önəmli rol oynayan sahələrin (məsələn, neftçıxarma, qaz istehsalı və s.) maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini təhlil etmək üçün zəruridir. Zavoddaxili hesabatlar müəyyən dövr ərzində sexlərin, bölmələrin, növbələrin və briqadaların işinə nəzarəti həyata keçirmək, habelə məhsulların buraxılışı və yola salınması üzrə planların yerinə yetirilməsi, avdanlıqların işi və s. məsələlər haqda məlumatlar əldə etmək üçün nəzərdə tutulur.
Bax: Təhsil almaqla əlaqədar verilən ödənişli məzuniyyətlər
Həcmindən asılı olaraq hesabatlar ilkin və icmal hesabatlara bölünür.
İlkin hesabatlar cari uçot məlumatları əsasında doldurulur.
İcmal hesabatlar yuxarı təşkilatlar, ərazi prinsipi və istehsal sahələri üzrə statistika orqanları tərəfindən tərtib edilir.
Belə hesabatlar yuxarı təşkilatların fəliyyətlərinin bir sıra göstəricilərini ümumiləşdirir. Tabelikdə olan müəssisələrin ilin axırına göstəriciləri icmal hesabata daxil edilir. Müəssisələrin və yuxarı təşkilatların hesabat formaları öz tərkibinə və formalarına görə eynidir. Göndərilmə üsuluna görə poçt və teleqraf hesabatlarını bir – birindən fərqləndirirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyun 2005-ci ildə “2005-2008- ci illərdə Milli Mühasibat Uçotu Standartlarının tətbiqi üzrə Proqram” qəbul etmişdir. Həmin Proqrama əsasən Maliyyə Nazirliyinin təşkilatı və metodiki rəhbərliyi altında Kommersiya təşkilatları üçün 37 Milli Mühasibat Uçotu Standartları hazırlanmış və hal-hazırda həmin sənədlər bəzi müəssisələr tərəfindən tətbiq edilir. Təşkilati-hüququ formasından asılı olmayaraq hüquqi şəxs sayılan bütün müəssisələr üçün hesabat göstəriciləri qarşılıqlı əlaqədə olmalı və biri-birini tamamlamalıdır.
Mühasibat hesabatlarına obyektiv zərurət müəssisələrin operativ qaydada idarə olunması, qarşıdakı kapital qoyuluşları və maliyyə riskləri üzrə əsaslandırılmış qərarların qəbul edilməsi tələblərindən irəli gəlir. Bu baxımdan hesabat müəssisələrin fəaliyyətinin başlıca cəhətlərini dəqiq və real surətdə açıqlamalıdır. Bazar iqtisadiyyatı şəraitində müəssisələrin təsərrüfat maliyyə nəticələrinin formalaşması prosesi kəmiyyət və keyfiyyət cəhətdən yeni xüsusiyyətlər kəsb etməkdədir. Bu zaman hesabatda öz əksini tapan informasiya qarşısında qoyulan əsas tələblər həmin müəssisə ilə işgüzar əlaqələrdə olan tərəflər üçün informasiya faydalı olmaqdadır. Hesabatda əks etdirilən informasiya onu istifadə edənlərin tələbatını ödəmək üçün müəyyən keyfiyyət meyarlarına cavab verməlidir.
Mühasibat hesabatı formalarının işlənib hazırlanması hesabata dair ümumi tələblərə əsaslanır: tamlıq, neytrallıq, əhəmiyyətlilik, müqayisəlilik və s.
Tamlıq tələbinin mahiyyəti təşkilatın maliyyə vəziyyəti, təkcə əsas təşkilatın deyil, onun törəmə müəssisələrinin, filiallarının, nümayəndəliklərinin, o cümlədən müstəqil balansı olan təşkilatların formalaşmasından ibarətdir. Təqdim edilmiş məlumatlar maliyyə vəziyyəti haqqında tam təsəvvür yaratmazsa mühasibat uçotuna əlavə göstəricilər və izahatlar daxil edilməlidir.
Neytrallıq tələbinə görə informasiyalar mühasibat hesabatı istifadəçilərinin hamısının tələbatını təmin etməlidir.
Əhəmiyyətlilik tələbinin mahiyyəti ondan ibarətdir ki, müəssisənin maliyyə vəziyyətinə və maliyyə nəticələrinin qiymətləndirilməsinə ciddi təsir göstərən ayrı-ayrı aktivlər, öhdəliklər, gəlirlər, xərclər, müəssisənin kapitalı barədə göstəricilər ayrılıqda əks etdirilməlidir. Əhəmiyyətli sayılmayan göstəricilər birləşdirilərək mühasibat hesabatlarına izahatlarda açıqlana bilər.
Comments are closed, but trackbacks and pingbacks are open.