Press "Enter" to skip to content

Logo position: relative;. icon position: absolute; width: 50px; top: 0; left: 185px; ->

Vergi ödəyicisi malları təhtəlhesab şəxsdən vəkalətnamə (etibarnamə) ilə almalıdır. İdxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Mallar alış və ya satış qiyməti ilə uçota alınmalıdır. Mallar satış qiyməti ilə uçota alındıqda, alış dəyəri ilə satış qiyməti arasındakı fərq ticarət əlavəsi hesabında ayrıca uçota alınmalıdır.

VERGİLƏR

– Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-cı il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyata alınan və alınmayan vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir. Belə malların anbara təhvil verilməsi isə “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Malların alğı-satqısı zamanı malı satan şəxs alan şəxsə elektron qaimə-faktura verməlidir ki, burada malın adı, ölçü vahidi, qiyməti, yekun qiyməti və əgər ƏDV-yə cəlb olunan maldırsa, ona tətbiq edilən ƏDV kimi müvafiq sətirlər nəzərdə tutulub.

Satıcı tərəfindən təqdim edilən mala görə elektron qaimə-faktura Vergilər Nazirliyinin Elektron informasiya sistemində qeydiyyata alınmaqla alıcı tərəfin elektron qutusuna göndərilir. Bu zaman elektron qaimə-fakturanın da təqdim edilməsinə baxmayaraq, mallar fiziki olaraq satıcı tərəfindən alıcıya təhvil verilərkən tərəflər arasında təhvil-təslim prosesi baş verir. Yəni faktiki olaraq alıcı aldığı malların fiziki göstəricilərinə, keyfiyyətinə nəzarət edilməsi, həmin partiyada mal həcminin alınması və s. məsələləri yoxlayır və qarşılıqlı surətdə tərəflər arasında malların təhvil-qəbul aktı bağlanılır.

Tərəflər arasında e-qaimədən başqa, digər ilkin uçot sənədlərinin də tərtib olunmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmur. E-qaimə-fakturanı verməklə yanaşı, malların təhvil-qəbul aktı da bağlanılır. Bununla eyni zamanda digər hər hansı ilkin uçot sənədi də tərtib edilə bilər.

– Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda nə edilməlidir?

– Bu zaman “Malların alış aktı” tərtib edilir ki, burada satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN-i, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

Vergi ödəyicisi malları təhtəlhesab şəxsdən vəkalətnamə (etibarnamə) ilə almalıdır. İdxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. İdxal malları uçota alınarkən həmin malların idxalına dair gömrük bəyannaməsi, faktura (invoys) və müqavilə əsas götürülür. Mallar alış və ya satış qiyməti ilə uçota alınmalıdır. Mallar satış qiyməti ilə uçota alındıqda, alış dəyəri ilə satış qiyməti arasındakı fərq ticarət əlavəsi hesabında ayrıca uçota alınmalıdır.

– Pərakəndə ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi necə aparılır?

– Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminalla həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.

Təhtəlhesab şəxsin aldığı malları və idxal mallarını anbara təhvil verməsi, habelə pərakəndə ticarət fəaliyyətində malların itməsi, əskik gəlməsi, xarab olması, zay olması və oğurlanması “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”la sənədləşdirilir. Həmin akt vergi ödəyicisinin (və ya onun səlahiyyətli nümayəndəsinin), maddi məsul şəxsin və malları anbara təhvil verən şəxsin imzaları ilə təsdiqlənir.

Malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması fövqəladə hal nəticəsində baş verdikdə aidiyyəti dövlət orqanlarının verdikləri arayışlar əsasında həmin mallar maddi məsul şəxslərin hesabından silinə bilər. Bu zaman “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi, xarab və ya zay olması barədə akt” tərtib olunur.

– Pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin gəlirləri və xərcləri necə müəyyən edilir?

– Pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin malları “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda nəzərdə tutulan sənədləşdirilmiş məlumatlar əsasında alıcılara təqdim etdiyi üzrə dövriyyə bu fəaliyyəti həyata keçirən şəxsin gəlirlərinə aid edilir. Pərakəndə ticarət fəaliyyəti göstərən vergi ödəyicisinin təqdim etdiyi malların satışı üzrə məsrəflər, o cümlədən bu malların dəyəri, tədavül xərcləri (hesabat dövrünün sonuna mal qalıqları arasında bölüşdürülən məbləğlər istisna olmaqla) bu fəaliyyəti həyata keçirən şəxsin xərclərinə aid edilir.

– Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları necə müəyyənləşdirilib?

– Topdansatış ticarət sahəsində malların mədaxilinin sənədləşdirilməsində də vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan və alınmayan vergi ödəyicilərindən aldıqda bu malların alışına dair Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda “Malların alış aktı” tərtib edilir. Aktda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN-i, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə alıcıya (vergi ödəyicisinə) qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

– Səyyar satış zamanı sənədləşmə necə aparılır?

– Səyyar qaydada satışda da, məsələn, avtonəqliyyat vasitəsindən pərakəndə satış zamanı nəzarət-kassa aparatı quraşdırmaq mümkün olmadığı üçün fiziki şəxslərə satılan mallara görə nağd pul vəsaiti qəbul olunarkən qəbz – ciddi hesabat blankı tərtib edilir. Bu, Maliyyə Nazirliyinin təsdiq etdiyi formaya uyğundur və mətbəələrdə sifariş olunur. Həmin fiziki şəxslərə malların da təhvil verildiyini özündə əks etdirən mədaxil qəbzləri tərtib oluna bilər.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

Rusiya milyarderləri açıqlandı: Ələkbərovun sərvəti.

Axar.az xəbər verir ki, siyahıya 25,2 milyard dollarla Andrey Melniçenko rəhbərlik edir.

İlk üçlüyü isə 23,7 milyard sərvətlə Vladimir Potanin və 22,1 milyardlıq var-dövlətlə Vladimir Lisin tamamlayır.

Məşhur azərbaycanlı milyarder Vahid Ələkbərov 20,5 milyard dollarla 6-cı sıradadır.

İlk iyirmilik isə belədir:

1. Andrey Melniçenko – 25,2 milyard

2. Vladimir Potanin – 23,7 milyard

3. Vladimir Lisin – 22,1 milyard

4. Leonid Mixelson – 21,6 milyard

5. Aleksey Mordaşov – 20,8 milyard

6. Vahid Ələkbərov – 20,5 milyard

7. Gennadi Timçenko – 18,5 milyard

8. Əlişir Usmanov – 14,4 milyard

9. Mixail Fridman – 12,6 milyard

10. Vyaçeslav Kantor – 11,3 milyard

11. Mixail Proxorov – 11,3 milyard

12. Süleyman Kərimov və ailəsi – 10,5 milyard

13. Viktor Raşnikov – 10,2 milyard

14. Andrey Quryev və ailəsi – 9,7 milyard

15. Roman Abramoviç – 9,2 milyard

16. German Xan – 8,1 milyard

17. Leonid Fedun – 8 milyard

18. Andrey Skoç və ailəsi – 7,9 milyard

19. İsgəndər Mahmudov – 7,3 milyard

20. Viktor Vekselberq – 6,7 milyard.

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi на Facebook. Если вам интересны новости Azərbaycan Respublikası Maliyyə Nazirliyi, регистрируйтесь на Facebook сегодня!

Azərbaycan Respublikası Maliyyə Nazirliyi на Facebook. Если вам интересны новости Azərbaycan Respublikası Maliyyə Nazirliyi, регистрируйтесь на Facebook сегодня!

Azərbaycan Respublikası Maliyyə Nazirliyi

@maliyye.gov

О пользователе Azərbaycan Respublikası Maliyyə Nazirliyi

Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirliyin aparatı, Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi, Dövlət Maliyyə Nəzarəti Xidməti və Nazirliyin yerli bölmələri onun vahid sistemini təşkil edir. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi də qurumun sisteminə daxildir. Maliyyə Elm-Tədris Mərkəzi, Məlumat-Hesablama Mərkəzi, “Maliyyə və uçot jurnalı redaksiyası” MMC və “Bakı Konqres Mərkəzi” Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlardır.

Comments are closed, but trackbacks and pingbacks are open.