1. Maliyyə nəzarəti anlayışı
Kənarlaşmaları aşkar etmək aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görmək funksiyası – İnkişafın vacib şərtlərindən biri və nəzarət fəaliyyətinin səmərəliliyinin möhkəmləndirilməsinin əsasını qanun pozuntuluğunun qarşısını almaq üçün aparılan profilaktik işlərdir. Profilaktik işlərdə məqsəd qanun pozuntuluğunun səbəb və şəraitini aşkar etmək və onları aradan qaldırmaqdır ki, yeni qanun pozuntuları baş verməsin və cəmiyyətdə belə hallar azaldılmış olsun.
“Az Accounting Services” LLC Your Accounting Department
MÖVZU VII. MALİYYƏ NƏTİCƏLƏRİNİN VƏ ONUN İSTİFADƏSİNİN UÇOTU Leave a comment
- Maliyyə nəticələri, onun tərkibi və uçotunun vəzifələri
- Müəssisənin mənfəət və zərərinin uçotu
- Mənfəətin bölüşdürülməsi və istifadə olunmasının uçotu
Q.Abbasov «Maliyyə nəticələrinin mühasibat uçotu», «Maliyyə və uçot» jurnalı, № 5-6, 1999
Ə.Daşdəmirov «İnvestisiya şəraitində mənfəətin iqtisadi təhlilinin xüsusiyyətləri», «Ekspert» jurnalı, № 10-11, 2000
F.Hacıyev «Mənfəətin vergiyə cəlb olunmasının auditi», «Ekspert» jurnalı, № 10-11, 2000
7.1. Maliyyə nəticələri, onun tərkibi və uçotunun vəzifələri
Müəssisənin işgüzar fəaliyyətinin müəyyən olunmasının ən vacib forması onun hesabat dövründə istehsal və maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi maliyyə nəticəsi göstəricidir. Bu göstərici mənfəət və zərərlə nəticələnə bilər. Maliyyə Nəticəsi Azərbaycan Respublikasının «Mühasibat uçotu haqqında» Qanunun tələblərinə uyğun olaraq hesabat bütün əməliyyatlarının nəticələrinin və mühasibat uçotu maddələrinin qiymətləndirilməsi nəticəsi kimi müəyyənləşdirilir.
Müəssisənin hesabat dövründəki fəaliyyəti ilə əlaqədar maliyyə nəticəsi (mənfəət, zərərlər) onun özünəməxsus kapitalının artma və ya azalma həcmi ilə müəyyən olunur. Müəssisənin maliyyə-təsərüfat fəaliyyəti nəticəsində özünəməxsus kapitalın artması mənfəət və zərərə uyğunlaşır. Maliyyə nəticəsi hesabat işinin əvvəlindən sonuna, qədər olan dövrü əhatə edir.
Mühasibat uçotu nəticəsi kimi müəyyən olunmuş mənfəət və zərər müəssisənin maliyyə-təsərüfat fəaliyyətində aşağıdakı mənbələrdən əmələ gəlir:
a) müəssisənin bilavasitə yerinə yetirdiyi cari fəaliyyətdən, yəni məhsul satışından, işlərin və xidmətlərin yerinə yetirilməsindən yaranmış nəticə (mənfəət, zərər);
b) əsas vəsaitlərin və digər aktivlərin satışından olan maliyyə nəticəsi;
v) satışla əlaqədar olmayan maliyyə – təsərüfat əməliyyatlarından əldə olunan mənfəət və zərərlər;
q) mənfəətdən büdcəyə ödəmələr üzrə xərclər.
Yuxarıda göstərilən mənfəət və zərərin yekunu müəssisənin özünəməxsus kapitalının artması və ya azalmasını əks etdirir.
Müəssisələr hesabat ilinin tam yekunu əsasında maliyyə nəticəsini müəyyən edir. Hesabat ili üzrə balans mənyəəti, büdcə ilə hesablaşmaların nəticəsi nəzərə alınmaqla müəyyən olunur. Balans mənfəəti müəssisənin bütün istehsal və qeyri-istehsal maliyyə-təsərüfat fəaliyyəti üzrə əldə olunmuş mənfəətin yekunu hesab edilir. Qanunvericilikdə müəyyən olunmuş vergilər və digər icbari tədiyyələr ödəndikdən sonra müəssisənin sərəncamında qalan mənfəət onun xalis mənfəəti sayılır.
Hesabat ili dövründə yaranmış xalis mənfəətin müəssisənin fəaliyyətində xüsusi əhəmiyyəti vardır. Müəssisənin sərəncamında qalan mənfəət müəyyən təyinatlar üzrə bölüşdürülür. Mənfəətin qalığı, onun hərəkətinin uçotu və onun gələcək bölüşdürülməsi ilə əlaqədar əməliyyatları açılmış şəkildə əks etdirmək üçün mühasibat uçotunda bölüşdürülməmiş mənfəət göstəricisi müəyyən olunmuşdur. Hesabat ilinin bölüşdürülməmiş mənfəətinin qalıq məbləği müəssisənin illik balansında, keçən və hesabat ilinin bölüşdürülməmiş mənfəətinin hərəkəti isə 88 «Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» hesabında əks etdirilir.
Satış əməliyyatlarının yekun (mənfəət və ya zərər) göstəriciləri ilk növbədə satışla əlaqədar hesablarda ayrı-ayrılıqda əks olunur və sonra ümumi məbləğ mənfəət və zərər hesabına köçürülür. Bunula əlaqədar olaraq mühasibat uçotunda 46 «Məhsul (iş, xidmət) satışı», 47 «Əsas vəsaitlərin satışı və sair xaricolmaları» , 48 «Sair aktivləri satışı» adlı xüsusi hesablardan istifadə olunur. Satış hesabları hər ayın sonunda bağlanır və heç bir qalığa malik olmurlar.
Müəsisənin əsas fəaliyyəti dairəsində istehsal edilən, yerinə yetirilən, yaxud göstərilən iş, xidmət 46 «Məhsul (iş, xidmət) satışı» hesabında müəyyən edilir. Həmin hesabda satışdan daxil olan məbləğlə (46 hesabın kredit dövriyyəsi) satılmış məhsulun tam maya dəyəri (46 hesabın debeti) arasındakı fərq müəssisənin maliyyə nəticəsini- mənfəət və ya zərəri təşkil edir. 46 saylı hesabın kredit dövriyyəsi onun debet dövriyyəsindən çox olan hallarda həmin çox hissə son nəticənin mənfəətlə başa gəlməsini göstərir və bu əməliyyat uçotda aşağıdakı kimi əks etdirilir:
D-t 46 № «Məhsul (iş, xidmət) satışı» hesabı
K-t 80 № «Mənfəət və zərər» hesabı.
Satışdan zərər əldə edildikdə (46 hesabın debet dövriyyəsi, kredit dövriyyəsindən çox olan hallarda) 80«Mənfəət və zərər» hesabının debeti 46 «Məhsul (iş, xidmət) satışı» hesabının krediti ilə müxabirləşməklə uçotda əks etdirilir.
Beləliklə göründüyü kimi 46 «Məhsul (iş, xidmət) satışı» hesabı məhsulların, malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin satışı prosesi haqqında məlumatları ümumiləşdirmək və onların satışından əldə edilən maliyyə nəticəsini müəyyən etmək üçün nəzərdə tutulmuşduruşdur. Bu hesab qeyd etdildiyi kimi məhsul satışının tam maya dəyərini və satışdan əldə edilən pul vəsaitlərini əks etdirir.
Satılan məhsulların analitik uçotu ayrı-ayrı məhsullar və məhsul qrupları üzrə ayrılıqda aparılır. Bu qayda uçotun operativliyini və analitikliyini yüksəltməklə hər bir məhsul qrupu üzrə rentabellik səviyyəsini hesablamağa imkan yaradır.
Əsas vəsaitlərin satışı və sair xaric olmalarının nəticələri 47 «Əsas vəsaitlərin satışı və sair xaricolmaları», digər aktivlərin satışının nəticələri isə 48 «Sair aktivlərin satışı» hesablarında əks etdirilir. Müəssisənin əsas vəsaitlərinin və sair aktivlərinin satışından əldə olunan mənfəət və ya zərər ilk, satış və ya qalıq dəyəri arasındakı fərq kimi müəyyən edilir. 47 «Əsas vəsaitlərin satışı və sair xaricolmaları» hesabı müəssisəyə əsas vəsaitlərin satışı və sair xaricolmaları prosesləri haqqında məlumatları ümumiləşdirmək, eləcə də onların satışından daxil olan maliyyə nəticələrini müəyyənləşdirəmək üçün nəzərdə tutulmuşdur.
7.2. Müəssisənin mənfəət və zərərinin uçotu
Sərbəst bazar iqtisadiyyatına keçid şəraitində istehsalın inkişaf etdirilməsinə marağın artmasında müəssisə mənfəətinin rolu böyükdür. Təsərüfat əməliyyatlarının icrasında müəssisələrdə mənfəətlə yanaşı zərər də yaranır.
Hesabat dövründə müəssisə üzrə əldə olunmuş mənfəət və zərər əks etdirmək üçün hesablar planında 80«Mənfəət və zərər» aktiv-passiv hesabı nəzərdə tutulmuşdur. Bu hesabda müəssisədə müəyyən olunmuş bütün mənfəət və zərər məbləğləri əks olunur.
Müəssisənin son maliyyə nəticəsi məhsul (iş, xidmət) satışı, digər maddi sərvətlərin satışı, habelə satışdan kənar gəlirlər və itkilərdən asılı olaraq formalaşır. 80«Mənfəət və zərər» hesabının debetində müəssisənin zərəri, kreditində isə mənfəəti əks etdirilir. Həmin hesabın debet və kredit dövriyyəsinin üzləşdirilməsi nəticəsində müəyyən olunmuş məbləğ hesabat dövrünün son maliyyə nəticəsini göstərir.
80 «Mənfəət və zərər» hesabı üzrə qalıq müəssisənin hesabat ilinin əvvəlindən sonunadək artan yekunlar maliyyə nəticələsini xarakterizə etməklə, kredit qalığının ümumi məbləği hesabat dövrünün mənfəətini. Əgər hesabat dövründə 80 hesabat debet qalığı isə zərərini göstərir.
Belə nəticənin müəyyən olunması hesabat dövrünün maliyyə nəticəsinin mənfəət və ya zərərini göstərir. Hesabat dövrünün sonunda illik müəssisə balansının tərtib olunması ilə əlaqədar olaraq 80 «Mənfəət və zərər» hesabı bağlanır və aşağıdakı yazılış aparılır:
Ümumi mənfəət məbləği üzrə:
Debet 80 «Mənfəət və zərər» hesabı,
Kredit 88 «Bölüşdürülmüş mənfəət (ödənilməmiş zərər)» hesabı.
Ümumi zərər məbləği üzrə:
Debet 88 «Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)» hesabı.
Kredit 80 «Mənfəət və zərər» hesabı.
Ümumiyyətlə hesabat dövrü ərzində 80 «Mənfəət və zərər» hesabı üzrə aşağıdakı əməliyyatlar əks etdirilir:
- Hazır məhsulların işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsindən əmələ gələn mənfəət və zərərlər;
- Təchizat – satış və ticarət müəssisələrində məhsul və tara satışından əmələ gələn ümumi gəlirlər;
- Əsas vəsaitlərin satışı və sair xaric olmadan yaranan mənfəət və zərərlər;
- Materialların və müəssisənin digər aktivlərinin (qeyri-maddi aktivlərin, qiymətli kağızların və s.) satışından daxil olan mənfət və zərərlər.
Göstərilən nəticələr mühasibat uçotunun hesablar Planına uyğun olaraq 46 «Məhsul (iş, xidmət) satışı», 47 «Əsas vəsaitlərinin satışı və sair xaricolmaların satışı», 48 «Sair aktivlərin satışı» hesabları ilə müxabirləşməklə 80 «Mənfəət və zərər»hesabının debetinə və ya kreditinə silinir.
Bunlardan başqa məhsul satışı prosesi ilə əlaqədar olmayan satışdan kənar gəlir və itkilər də əmələ gəlir ki, onun da uçotu bilavasitə 80 «Mənfəət və zərər» hesabında aparılır. Satışdan kənar gəlir və itkilərə müəssisə əmlakının icarəyə verilməsindən əldə edilən gəlir, digər müəssisələrlə bağlanmış təsərrüfat əlaqələri ilə əlaqədar müqavilə şərtlərinin yerinə yetirilməsi nəticəsində əldə edilən gəlir, ödənilən cərimələr, rüsumlar, hesabat ilində müəyyən olunan keçmiş illərin gəlirləri, valyuta vəsaitinin satışından əmələ gələn gəlir və itkilər, ödəmə vaxtı keçmiş kreditor və deponent borclarının silinməsindən, əvvəl ümidsiz sayılan, lakin cari hesabat dövründə daxil olan debitor borcları, bilavasitə istehsal və məhsul satışı ilə əlaqədar olmayan digər əməliyyatlardan daxil olan gəlirlər aid edilir.
80 «Mənfəət və zərər» hesabında əks etdirilən itkilər və sair məsrəflərə isə icarəyə götürülən əmlaka sərf olunan xərclər, istehsal ehtiyatları və hazır məhsulların yenidən qiymətləndirilməsi nəticəsində yaranan itkilər, debitor borcların silinməsindən yaranmış zərərlər, təbii fəlakət nəticəsində müəyyən olunmuş itkilər, valyuta əməliyyatları ilə əlaqədar məzənnəsinin dəyişməsindən itkilər və sairə aid edilir.
7.3.Mənfəətin bölüşdürülməsi və istifadə olunmasının uçotu Müəssisənin balans mənfəəti (zərəri) mühasibat uçotu əsasında təsərrüfat əməliyyatlarının qiymətləndirilməsinin sonuncu maliyyə nəticəsi kimi məhsulların əsas vəsaitlərin və başqa əmlakların, satışından olan mənfəəti (zərəri), həmçinin qeyri-satış əməliyyatlarından əldə edilən gəlirləri özündə cəmləşdirir.
Hesabat ili ərzində müəssisənin mənfəəti toplanır və onun bölüşdürülməsi ilin sonunda icra olunur.
Hesab dövrünün balans mənfəəti (zərəri) və onun istifadə olunması balansda ayrıca əks etdirilir. Balansın passivində maliyyə – təsərrüfat fəaliyyətindən əldə olunın mənfəət və onun avans olaraq istifadəsi, bölüşdürülməmiş mənfəət, aktivində isə faktiki alınmış zərər göstərilir. Balansın yekununa hesabat ilinin və keçmiş illərin ödənilməmiş zərəri və ya bölüşdürülməmiş mənfəəti daxil edilir.
Müəssisənin hesabat ili ərzində əldə etdiyi mənfəət toplanan bölüşdürülməmiş mənfəət kimi artan yekunla ildə balansda əks olunur. Onun bölüşdürülməsi ancaq ilin sonunda balans tərtib olunarkən yerinə yetirilir. Lakin il ərzində alınmış mənfəətdən vergi kimi büdcəyə ödənişlər və xüsusi təyinatlı fondlara ayrımalar aparılır. Mənfəətin bölüşdürülməsi mövcüd olan normativ qanunverici aktlar və təsis sənədlər əsasında tənzimlənir.
Mənfəətin il ərzində istifadə olunmasının uçotu müəssisədə 80 «Mənfəət və zərərlər», onun istifadə olunması isə 81 «Mənfəətin istifadəsi» hesablarında əks olunur. Beləliklə göründüyü kimi 81 «Mənfəətin istifadəsi» hesabı hesabat ilində mənfəətin istifadə olunması haqqında məlumatları ümumiləşdirmək üçün təyin edilmişdir. Hesabat ilinin başa çatdırılması ilə əlaqədar olaraq illik mühasibat hesabatı tərtib edilən zaman bu hesab bağlanır. Hesab aktiv hesabdır. 81«Mənfəətin istifadəsi» hesabının xüsusiyyəti ondan il ərzində ancaq debet yazılışlarının aparılmasından ibarətdir. Bu hesabın kreditində isə ancaq ilin sonunda illik balansın tərtib olunması dövründə yazılışı aparılır.
81«Mənfəətin istifadəsi» hesabında cəmlənən məbləğ ilin sonunda (dekabr ayında) özünün krediti üzrə yekun yazılışları aparılmaqla 80 «Mənfəət və zərər» hesabının debetinə silinir.
81«Mənfəət istifadəsi» hesabının
81/1 «Mənfəətdən büdcəyə ödəmələr».
81/2 «Mənfəətin başqa məqsədlərə istifadəsi» subhesabından istifadə olunur.
81/1 «Mənfəətdən büdcəyə ödəmələr» subhesabı qanunvericiliklə müəyyən edilmiş mənfəətdən il ərzində hesablanmış avans və faktiki mənfəətdən yenidən hesablamalar aparmaqla vergi ödəmələri uçota alınır. Bununla əlaqədar olaraq büdcəyə ödəmələr üzrə hesablanmış vergi məbləği üçün aşağıdakı yazılış aparılır:
Debet 81/1 «Mənfəətdən büdcəyə ödəmələr».
Kredit 68 «Büdcə ilə hesablaşmalar».
Bir qayda olaraq mənfəətdən vergilərin hesablanması və ödənilməsi müvaifq qanunverici və digər normativ aktlarla tənzimlənir. Hesablanmış vergi məbləği büdcəyə köçürüldükdə isə 68 «Büdcə ilə hesablaşmalar» hesabının debetinə, 51 «Hesablaşma hesabı»nın kreditinə yazılış edilir.
81-2 «Mənfəətin başqa məqsədlərə istifadəsi» subhesabında müəssisənin fəaliyyətinin və kollektivin sosial inkişafını həyata keçirmək üçün zəruri olan ehtiyat kapitalına və digər fondlara ayırmalar, eləcə də mənfəətin digər məqsədlərə istifadəsi uçota alınır. Müəssisə fondlarının yaradılması və mənfəətin digər məqsədlərə istifadəsi qaydaları müəssisənin təsis sənədləri ilə tənzimlənir.
Xüsusi təyinatlı fondlara – yəni yığım, istehlak və sosial sferalar fondlarına ayırmalar təsis sənədlərinə uyğun olaraq hesablanır və buna görə aşağıdakı yazılış aparılır:
Debet 81-2 «Mənfəətin başqa məqsədlərə istifadəsi».
Kredit 88 «Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)».
Hesabat ili ərzində müəssisənin mənfəəti məqsədli maliyyələşmələr üzrə istifadə oluna bilər ki, bu əməliyyatlarla əlaqədar olaraq 81 «Mənfəətin istifadəsi» hesabının debetinə, 96 «Məqsədli maliyyələşmələr və daxil olmalar» hesabının kreditinə yazılış aparılır.
Beləliklə 81 «Mənfəətin istifadəsi» hesabının debetində aşağıdakıların etdirilməsi nəzərdə tutulur:
- 68 «Büdcə ilə hesablaşmalar» hesabı ilə müxabirləşdirilməklə, büdcəyə il ərzində hesablanmış vergi ödənişləri;
- 86 «Ehtiyat kapitalı», 88 «Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) (istehlak, yığım sosial sferalar fondları)» və 96 «Məqsədli maliyyələşmələr və daxilolmalar» hesabları ilə müxabirləşdirilməklə mənfəət hesabına müəssisənin ehtiyat kapitalına və digər fondlarına, eləcə də məqsədli maliyyələşmələr üçün zəruri olan vəsaitlərin yaradılmasına ayrımalar.
81 «Mənfəətin istifadəsi» hesabında toplanmış məbləğlər hesabat ilinin sonunda, (dekabr ayının sonunda) onun krediti üzrə yekun yazılış aparmaqla bağlanır və aşağıdakı kimi mühasibat yazılışı tərtib edilir:
Debet 80 «Mənfəət və zərər» hesabı.
Kredit 81
«Mənfəətin istifadəsi» hesabı.
Qeyd edək ki, mənfəətin bölüşdürülməsi və uçotu faydasınıhər bir müəssisənin özü sərbəst müəyyən edir. Ümumiyyətlə kiçik müəssisələrdə xüsusi fondların yaradılması tələb olunmadığından bir o qədər də vacib sayılmır. Belə halda müəssisənin bölüşdürülməmiş mənfəəti nizamnamə kapitalından sonra müəssisənin xüsusi kapitalı hesab olunur və 81 №–li «Mənfəətin istifadəsi» hesabı üzrə analitik uçot ayırmaların və ödəmələrin növləri üzrə aparılır.
Müəssisə mənfəətinin mənbələri və istifadəsi göstəriciləri.
1. Maliyyə nəzarəti anlayışı
E.Y. Qraçova maliyyə nəzarətini hüquq normalarıyla tənzimlənmiş dövlət, bələdiyyə, ictimai orqanların, təşkilatların və digər təsərrüfatçılıq edən subyektlərin, vaxtlı vaxtında həyata keçirilməsini və maliyyə planlaşdırmasının yoxlanılmasının, gəlirlərin əsaslanmaış və dolğun formada pul fondlarına daxil olması və onların istifadəsinin səmərəliliyinin yoxlanılması üzrə fəaliyyət kimi müəyyən edir.
Ali Nəzarət Orqanları Beynəlxalq Təşkilatının (INTOSAI) IX konqresində qəbul edilmiş «Nəzarətin rəhbər prinsiplərinin Lima bəyannaməsi»ndə deyildiyi kimi, nəzarət özlüyündə məqsəd deyildir, tənzimləmə sisteminin ayrılmaz hissəsidir və onun məqsədi qəbul olunmuş standartlardan kənarlaşmaları və qanunilik, səmərəlilik və material ehtiyatlarının sərf olunmasında qənaətcillik prinsiplərinin pozulmasını mümkün qədər daha erkən mərhələlərdə aşkara çıxarmaqdır ki, vəziyyəti düzəltmək üçün tədbirlər görmək, ayrı-ayrı hallarda təqsirkarları məsuliyyətə cəlb etmək, vurulmuş ziyanın əvəzini ödətdirmək, yaxud gələcəkdə belə pozuntuların qarşısını almaq və ya sayını azaltmaq üzrə tədbirlər görmək mümkün olsun.
İdarəetmə sistemində maliyyə nəzarətinin əsas məqsədi idarəedən subyektin maliyyə maraqlarının qorunmasının qiymətləndirilməsidir.
Maliyyə marağı başqa sferalardakı maraqlarla, o cümlədən iqtisadi, siyasi və s. qırılmaz surətdə əlaqədardır. Əksər hallarda hər hansı bir sahəyə maraq maliyyə ölçüləri ilə ifadə olunur.
Məsələn, hər hansı bir layihə, ideyanın reallaşmasına sərf edilən xərclər və s.
Buna görə maliyyə marağı ilkin ola bilər (məsələn, sahibkar tərəfindən mənfəətin alınması) və ya ikinci, törəmə (məsələn, əhalinin səhiyyə proqramlarının reallaşdırılması). Həm də müxtəlif situasiyada maliyyə marağı digər maraqlarla müqayisədə müxtəlif ola bilər. Məsələn, uzunmüddətli perspektiv üçün gəlir əldə etmək məgsədi ilə işverən qiymətləri aşağı salmağa və zərərə getməyə razıdır (rəqabətliləri bazardan sıxışdırmaq məqsədi ilə).
İdarə edən subyektin marağı formalaşdırılmalıdır, yəni açıq şəkildə yaxud da bu və ya digər momentlə bağlı olaraq bildirilməlidir. (elan edilməlidir). Məsələn, işçi əmək haqqının artımı haqqında tələbi açıq bildirməyə bilər, amma o təcrübəyə əsaslanaraq, ehtimal ki, məvacibə əlavəyə şad olacaq.
Təşkilat açıq bildirməyə bilər ki, şəxsi məqsədlərində əməkdaşlara ofis təchizatından istifadə etməyi qadağan edir, amma yaranmış təcrübədən güman edilir ki, belə hərəkətlər rəhbərliyin razılıqlarını almayacaq.
Dövlət zərərli tullantıların atmosferə atılmasını qadağan edən qanun qəbul etməyə bilər, lakin nəzərdə tutulur ki, bu cür hərkətlər əhalinin marağına ziddir.
Maliyyə maraqlarının formallaşdırması formaları
Dövlətin səviyyəsində maliyyə maraqları, bir qayda olaraq, qanunlar şəklində formallaşdırılmışlar . məsələn, Büdcə və Vergi məcəllələri, inzibati Xətalar məcəlləsi, və maliyyə fəaliyyətini tənzimləyən başqa sənədlər
Lakin konkret bir maraq normativ aktda həmişə əks olunmaya bilər. Praktika göstərir ki, belə maraq mövcuddur. Belə halları tez-tez “qanunda olan boşluq”, “qanundakı nöqsanlar”, “qanundakı baca” adlandırırlar. Belə ki, hərəkət formal olaraq qadağan edilməmişdir, amma dövlətə zərər vurur. Buna görə də çox hallarda maliyyə nəzarəti aparıldıqda yoxlama zamanı normativ aktlara deyil ümumi maraq nəzərə alınaraq, yerinə yetirilmək təklif olunur.
Yuxarıda göstərilənə əsaslanaraq, dem’k olar ki, maliyyə nəzarəti – idarə edən subyektlərin idarə olunan subyektlərin birincinin maliyyə maraqlarına uyğun əməliyyatlar həyata keçirməsinin qiymətləndirilməsi üzrə fəaliyyətidir, idarəetmənin funksiyasıdır.
3.2. Nəzarət idarəetmə funksiyası kimi
İdarəetmə mahiyyətcə qərarların qəbul edilməsi və həyata keçirilməsi üsuludursa, onda nəzarəti həmin üsullara informasiya dəstəyi vermək, onları müəyyən parametrlərdən müxtəlif cür kənarlaşmalar barədə informasiya ilə təmin etmək məqsədilə inteqrasiya olunmuş sistem kimi təsəvvür etmək olar
İdarəetmənin funksiyaları – idarəetmə fəaliyyətinin konkret növüdür, hansı ki, xüsusi vasitə və üsullarla həyata keçirilir, həmçinin işlərin uyğun təşkil olunması İdarə etmənin funksiyaları – idarəetmə fəaliyyətinin bir hissəsidir. Onlar idarə sisteminin strukturunun formalaşmasını müəyyən edirlər.
V.J. Rıkunovun fikrincə qəbul edilmişdir ki, idarəetmənin funksiyası planlaşdırma, təşkilatçılıq, koordinasiya, nizamlama və nəzarətdən ibarətdir. Bununla belə o göstərir ki, bunlara iki şeyi əlavə etmək lazımdır: informasiya işləri və rəhbərlik. Ona görə, nizamlama sistemin müvazinətini təmin etməyə yönəlmişdir. “Nizamlama normal fəaliyyəti təmin etmək üçündür” deyə yazır.
Nəzarət” anlayışına o “müşahidələr və yoxlamalar” mənasını verir. Bundan başqa V.J. Rıkunov qeyd edir ki, keçdiyi böyük tarixi dövrə baxmayaraq, idarəetmə nəzəriyyəsi idarəetmə üçün vahid fikir formalaşdırmamışdır, eləcə də idarəetmənin prinsip, metod və funksiyalarına dair vahid fikir formalaşdırmamışdır!
İnzibati idarə etmənin nəzəriyyəsinin banisi Anri Fayol (1841-1925) XX əsrin əvvəllərində inzibati proseslərin beş əsas element və ya funksiyasını ayırd etmişdir:
Hal-hazırda istifadə edilən idarəetmə funksiyalarının növləri:
- planlaşdırma
- təşkil
- həvəsləndirmək (motivasiya)
- nəzarət
Təşkilatçılıq – İdarənin (idarə etmənin) bu funksiyası təşkilat strukturunu formalaşdırır və onu bütün lazım olan şeylərlə təmin edir (personal, istehsal vasitələri, pul vasitələri, materiallar və s.). Yəni bu mərhələdə təşkilatın hədəflərinin nailiyyəti üçün şərait yaradılır. İşçi (personal) qrupunun işinin yaxşı təşkili daha effektiv nəticələr əldə etməyə səbəb olur.
Motivasiya – təşkilatın hədəflərinin nailiyyəti üçün fəaliyyətə başqa insanların meyl etməsi (vadar etməsi) prosesidir. Bu funksiyanı yerinə yetirərkən rəhbər işçilərin maddi və mənəvi stimulunu həyata keçirmiş olur və onların peşəkarlığının artmasına lazımi şərait yaradır. İşçiləri inandırdıqda təşkilatlar öhdəlikləri yerinə yetirir və təşkilatın məqsəd və planına uyğun şəkildə işləyir.
İnandırma prosesi nəzərdə tutur ki, işçilər öz öhdəliklərini lazımi şəkildə yerinə yetirdiyi halda onların tələbatları ödənilmiş olsun. Rəhbər personalını daha effektiv işləməyə təşviq etməzdən əvvəl öz işçilərinin real tələbatlarını müəyyənləşdirməlidir
Nəzarət: Bu idarəetmə funksiyası təşkilatın işinin nəticələrinin effektiv olduğunun analiz edilməsini nəzərdə tutur. Nəzarətin köməyi ilə təşkilatın öz məqsədinə çatma dərəcəsinə qiymət verilir və qeyd olunmuş fəaliyyətə zəruri korrektirovka edilir. Nəzarət idarənin bütün funksiyasını özündə birləşdirir, imkan verir ki, təşkilat lazımi istiqamətdə öz fəaliyyətini davam etdirsin və həmçinin imkan verir ki, düzgün olmayan hərəkətlərə vaxtında düzəliş versin.
Nəzarıt (nəzarət fransız sözü olub: controle-yoxlama deməkdir)- sistemin qarşıya qoyulmuş məqsədə çatması üçün nailiyyəti təmin edən bir prosesdir və aşağıdakı üç elementdən ibarətdir:
– Yoxlamaya tabe sistemin fəaliyyət standartlarını müəyyənləşdirmək
– Nəzərdə tutulan nəticələrə görə əldə edilmiş nəticələri müqayisə etmək.
– Əgər əldə edilmiş nəticələr müəyyənləşdirilmiş standartlardan ciddi şəkildə fərqlənirsə idari proseslərə düzəliş etmə.
Polşanın elmi idarəetmə institutunun banisi 1925-ci ildə əsası qoyulmuş Beynəlxalq Elmi İdarəetmə Komitəsinin vitse-prezidenti Polşa professoru Karol Adametskinin (1866-1933) xüsusi rolunun olduğunu qeyd etmək lazımdır. O nəzarəti nəinki idarəetmənin ən vacib prinsiplərindən biri kimi qeyd etmiş, həmçinin təşkilatlarla bağlı ciddi nəzarətin nəzəriyyəsini hazırlamışdır. Adamatskiyə görə nəzərdə tutulmuş tədbirin gedişini yoxlama “bütün yol boyu” zəruridir. Buna görə də yadda saxlamaq lazımdır ki, nəzarət vasitədir, məqsəd deyildir. Plan nə qədər detallı şəkildə və dəqiqliklə hazırlanarsa o dərəcə də detallı və dəqiq nəzarət olmalıdır.
Adametski qeyd edir ki, həddindən artıq dəqiqliklə nəzarət (əgər buna əhəmiyyəti yoxdursa) və yaxud fasiləsiz nəzarət sistemi həyata keçirmək (əgər işə zərər vurmadan periodik olaraq nəzarət etmək mümkünsə), ağılsızlıq olardı. Prinsip etibarilə nəzarət həddindən artıq mürəkkəb olmamalı və baha qiymətə başa gəlməməlidir.
Nəzarətin predmeti təşkilati proseslərin getməsinin bütün əsas mərhələləri olmalıdır: planlaşdırma, informasiyanın və qərarın qəbul olunmasının analizi, qəbul edilmiş qərarın (həllin) icrası və əldə edilən nəticələrin xarakteri.
Başqa sözlə demək olar ki, Adametski idarəetmə proseslərində nəzarətin birbaşa rolunu israr edirdi.
- DMN-in əsas funksiyaları
- məlumatlandırma
- operativlik
- müdafiə
- qabaqlama
- Kənarlaşmaları aşkar etmək
- bu halları təhlil etmək
- belə halları aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görmək
- hüquq mühafizə
- dövlət büdcəsi vasitələrindən istifadə ilə əlaqədar qanundan kənara çıxma hallarını müəyyən etmək
- gəlir hissəsinin formalaşdırılmasından kənara çıxma halları
- büdcə xərcləri ilə bağlı kənara çıxmalar
- nazirlik, idarə, müəssisə və təşkilatların maliyyə sferasındakı kənara çıxma hallarını müəyyən etməkdir
Kənarlaşmaları aşkar etmək aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görmək funksiyası – İnkişafın vacib şərtlərindən biri və nəzarət fəaliyyətinin səmərəliliyinin möhkəmləndirilməsinin əsasını qanun pozuntuluğunun qarşısını almaq üçün aparılan profilaktik işlərdir. Profilaktik işlərdə məqsəd qanun pozuntuluğunun səbəb və şəraitini aşkar etmək və onları aradan qaldırmaqdır ki, yeni qanun pozuntuları baş verməsin və cəmiyyətdə belə hallar azaldılmış olsun.
Subyektlərin nəzarət fəaliyyətinin çox cəhətliyi ilə yanaşı onlar hamısı müəyyən dərəcədə profilaktik tədbirlər həyata keçirirlər.
- nəzarət fəaliyyətini həyata keçirmə zamanı qanun pozuntuları və günahkarlar aşkar etdikdə;
- nəzarət nəticəsində qəbul edilmiş hüquqi aktların həyata keçirilməsi zamanı
Hüquq mühafizə funksiyası.
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©atelim.com 2016
rəhbərliyinə müraciətAzərbaycan Respublikasının Maliyyə Nazirliyi
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1918-ci ildə, Azərbaycan Demokratik Respublikası elan edilən vaxt yaradılmışdır. İlk maliyyə naziri Nəsibbəy Yusifbəyli olmuşdur.
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Maliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş əsasnamə əsasında fəaliyyət göstərir.
Hazırda Maliyyə Nazirliyi sisteminə Mərkəzi Orqanlar üzrə Xəzinə İdarəsi, Dövlət Əyar Palatası, Məlumat–Hesablama Mərkəzi, Maliyyə Elm–Tədris Mərkəzi daxildir.
Nazirlik Azərbaycan Respublikasının dövlət və icmal büdcələrin layihələrini hazırlayır və təsdiq edilmiş göstəricilərə uyğun olaraq dövlət büdcəsinin kassa icrasını təmin edir, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edir, dövlətin pul-kredit və gömrük siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak edir.
Ünvan: Azərbaycan, AZ 1022, Bakı ş., S.Vurğun küçəsi 83
Tel: (+994 12) 404 46 99
Faks: (+994 12) 493 05 62
e-mail: [email protected]
Comments are closed, but trackbacks and pingbacks are open.