Maliyyə proqramları
Konfransda humanitar minatəmizləmə fəaliyyətinin davamlı sülhün bərqərar olunmasında və sosial-iqtisadi inkişafın əldə edilməsində rolu və BMT-nin 2030 Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsi, xüsusilə “zorakılığın bütün formalarını və əlaqədar ölüm hallarının əhəmiyyətli dərəcədə azaltmağı” hədəf qoyan 16-cı DİM-in icrası arasında əlaqələrin araşdırılması diqqət mərkəzində tutulub.
Azərbaycan maliyyə yönümlü zərərli proqramların hücumuna məruz qalan istifadəçilərin sayına görə ilk 10 ölkəyə daxil olub
Kaspersky 2022-ci ilin birinci rübündə qeydə alınan maliyyə təhdidləri haqqında hesabatını dərc edib*. Ümumilikdə, yanvar-mart ayları ərzində şirkətin həlləri 107848 unikal istifadəçinin kompüterində bank hesablarından pul oğurlamaq məqsədilə işə salınan bir və ya bir neçə maliyyə yönümlü zərərli proqram aşkarlayıb. Eyni zamanda, Azərbaycan hücuma məruz qalan istifadəçilərin payına görə 7-ci yeri tutaraq ilk onluğa daxil olub.
Əsas maliyyə təhdidləri sırasına bank troyanları, həmçinin ATM və ya PoS üzərindən müdaxilə edən zərərli proqramları daxildir. Onların hamısı istifadəçilərin bank hesablarından pul oğurlamaq üçün nəzərdə tutulub. Bundan əlavə, zərərli proqramlar təcavüzkarlara fərdi kompüteri uzaqdan idarə etmək, ekranın görüntülərini çəkmək, klaviaturadan daxil edilmiş məlumatları ələ keçirmək, istifadəçinin kompüterinə zərərli faylları yükləmək və onları işə salmaq imkanı verə bilər.
“Əksər bank troyanları Rusiya və MDB ölkələrini hədəf alıb və ümumilikdə Azərbaycanın hücuma məruz qalan istifadəçilərin payına görə ilk onluğa düşməsi gözləniləndir. Ümid edirik ki, bu “anti-reytinq” həm şirkətlərə, həm də son istifadəçilərə belə mühüm problemə yenidən diqqət yetirməyə kömək edəcək. Troyanlar daim inkişaf edir, onların istifadəsi ilə saxtakarlıq sxemləri daha da mürəkkəbləşir, bank proqramlarından gələn zənglərə və dəstək xidməti ilə söhbətin imitasiyasına qədər yeni ssenarilərlə tamamlanır. Bu baxımdan biz şirkətlərə kibertəhlükələrdən qorunmağa, istifadəçilərə isə rəqəmsal gigiyena səviyyəsini yüksəltməyə daha çox diqqət yetirməyi tövsiyə edirik”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Maliyyə təhdidlərindən qorunmaq üçün, Kaspersky istifadəçilərə tövsiyə edir:
- məktubun gəldiyi ünvanı yoxlayın;
- şübhəli linkləri və əlavə olunmuş fayyları açmayın;
- bildirişi üçüncü şəxslərə göndərməzdən əvvəl tərkibindəki məlumatı diqqətlə yoxlayın;
- rəqəmsal savadlılıq səviyyəsini artırın.
Şirkətlərə tövsiyə olunur:
- məsələn, Kaspersky Financial Threat Intelligence Reporting vasitəsilə SOC komandasına kibertəhlükələr haqqında ən son məlumatlara çıxışı təmin edin;
- müştəriləri təcavüzkarların istifadə edə biləcəyi mümkün təhlükələr və tələlər haqqında məlumatlandırın;
- dələduzluqla mübarizə üçün, Kaspersky Fraud Prevention kimi həllər tətbiq edin;
- banklara mümkün kiberhücumları müəyyən etmək üçün mütəmadi olaraq bankomatların təhlükəsizlik qiymətləndirmələrini və ya kənar müdaxilə testlərini aparmaq, müdaxilə edənlər tərəfindən cihazda quraşdırılmış hər hansı anormal elementlərin olub olmadığını yoxlamaq tövsiyə olunur.
* Göstəricilər statistik məlumatların ötürülməsinə razılıq verən istifadəçilər tərəfindən təqdim edilən Kaspersky məhsul və xidmətlərinin aşkarlama verdiktlərinə əsaslanır.
Maliyyə proqramları
Professional Maliyyə Meneceri Diplomu
Modul 2: Maliyyə Menecmenti- Financial Management and Financial Analysis Diploma
Bu proqramı təqdim edən Institute of Certified Financial Managers (ICFM)-www.icfmglobal.com dünyanın ən iri mühasibat təşkilatı olan ICB Global və Kommersiya İnstitutu (Institute of Commerce) tərəfindən yaradılmışdır. Britaniya Kral ailəsinin nümayəndəsi – Zati Aliləri Prins Maykl Kent – ICFM-in patronu elan edilmişdir. ICFM kvalifikasiyaları demək olar ki bütün inkişaf etmiş ölkələrdə təqdim olunur (95 ölkə) Baş ofis Londonda yerləşir.
İnstitutun mütəxəssisləri tərəfindən hazırlanmış proqramlar biznesdə təkcə bu günki deyil sabahın da yüksək standartlarına və tələblərinə cavab verir.
ICFM rəsmi olaraq Böyük Britaniyanın Xəzinədarlığı tərəfindən tanınır, Heraldiki Kral evinin qerbinin istifadəsinə rəsmi icazəsi var. ICFM-in sədrləri kiçik və orta biznes üçün Parlament Qrupunun müşaviridir.
ICFM proqramları Avropanın bir çox ölkələrində, Avstraliyada, Yeni Zelandiyada, Filippində rəsmi dövlət imtahanları siyahısına salınmışdır.
Diplom almış mütəxəssislərin sayı hər il 3000 nəfərə çatır
ICFM-in kvalifikasiyaları milli dövlət qurumları tərəfindən tanınmaqda davam edir.
Azərbaycanda ICFM-in “Professional Maliyyə Meneceri” proqramı üzrə tədris və imtahanlar keçirilir. Proqram 4 modulu əhatə edir:
Modul 1: Beynəlxalq Maliyyə Hesabatları Standartları- International Financial Reporting Standards
Modul 2: Maliyyə Menecmenti- Financial Management and Financial Analysis Diploma
Modul 3: Daxili Audit- Professional Internal Auditor Diploma
Modul 4: HR Menecment- Human Resources Management Diploma
Hər bir modulu bitirdikdən və imtahanı müvəffəqiyyətlə verdikdən sonra dinləyiciyə həmin modulun Diplomu, tam kursu bitirdikdən sonra isə Professional Maliyyə Meneceri Diplomu təqdim olunur
Tədris prosesi: (1 modul üçün)
Müddəti: 3 ay ( 50 saat)
Yoxlama işlərinin yerinə yetirilməsi 3 saat davam edən yazılı imtahan
Tədris və imtahan dili: Azərbaycan, rus
Proqram
Modul 2: Maliyyə Menecmenti- Financial Management and Financial Analysis Diploma
Bölmə 1 Təşkilatın mühasibat uçotu
• Maliyyə informasiyasının istifadə olunması
• Maliyyə və idarəetmə uçotu arasında əsas fərqlər
• Əsas mühasibat sənədləri
• Aktiv və passiv
Bölmə 2 Təşkilatın hesabatı və sərmayə dəyəri
• Təşkilatların klassifikasiyası
• Kapital hesabları
• Təşkilatın yekun hesabat formatı
• Kapitalın məsrəfi və Gəlir
• Maliyyə fəaliyyətinin monitorinqi
• Sərmayə dəyəri
Bölmə 3 Maliyyə planlaşması və nəzarət
• Maliyyə proqnozları
• Xərclərin təyinatı
• Birbaşa və dolayı xərclər
• Xərclərin hesablanması prosesi
• Budcə nəzarəti
Maliyyə proqramları
Bakıda keçirilən “Humanitar minatəzimləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda beynəlxalq konfransın yekun tövsiyələri açıqlanıb.
Publika.az-ın məlumatına görə, tədbir iştirakçıları Azərbaycan Hökumətinə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə və BMT-nin İnkişaf Proqramına konfransın təşkil edilməsinə görə və bütün iştirakçılara əməkdaşlığa və dəstəyə görə səmimi minnətdarlığını bildiriblər.
Konfransın məqsədi minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq ictimaiyyət nümayəndələrini, minatəmizləmə təşkilatları, dövlət qurumları və vətəndaş cəmiyyətini təmsil edən əsas tərəfdaşları bir araya gətirərək minaların insan həyatına və əminamanlığa yaratdığını təhlükələrin qarşısını almaq üçün humanitar minatəmizləmə fəaliyyətinin əhəmiyyətini müzakirə etmək olub.
Konfransda humanitar minatəmizləmə fəaliyyətinin davamlı sülhün bərqərar olunmasında və sosial-iqtisadi inkişafın əldə edilməsində rolu və BMT-nin 2030 Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsi, xüsusilə “zorakılığın bütün formalarını və əlaqədar ölüm hallarının əhəmiyyətli dərəcədə azaltmağı” hədəf qoyan 16-cı DİM-in icrası arasında əlaqələrin araşdırılması diqqət mərkəzində tutulub.
Zəngin mədəniyyətlər-arası və multidissiplinar bilik və təcrübə mübadiləsi mühitində keçirilmiş konfransda dünyada tətbiq edilən ən mütərəqqi texnologiyalarla bağlı qabaqcıl praktikalara, eləcə də intensiv minatəmizləmə fəaliyyətləri nəticəsində əldə olunan nəticələrə dair geniş müzakirə aparılıb, hazırda münaqişədən əziyyət çəkmiş bölgələrdə iri bərpa və quruculuq işləri aparan Azərbaycan üçün bu təcrübələrin olduqca dəyərli olduğu vurğulanıb.
Konfransın nəticələri və tövsiyələri maraqlı tərəfləri işbirliyini gücləndirməyə və daha geniş əməkdaşlıq naminə imkanları nəzərdən keçirməyə çağırır. Milli səviyyədə minatəmizləmə forumu kimi donor əlaqələndirmə mexanizmlərinin qurulması təklif edilir. Texniki səviyyədə başlıca çağırışları (Ərazinin minalardan azad edilməsini, İnformasiya idarəetməsini, Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirməni, Qurbanlara yardımı) əhatə etmək üçün sahəvi işçi qruplarının yaradılması tövsiyə olunur.
Konfransın sənədləri və müzakirələrin icmalı, müəyyən edilmiş problemlər və imkanlar və növbəti addımlara dair tövsiyələr toplu şəklində dərc edilərək, geniş auditoriyanın sözügedən sahənin inkişafı barədə məlumatlılığını təmin etmək və, ən əsası, humanitar minatəmizləmə proqramlarına davamlı yatırımların əhəmiyyətini anlamaq imkanını qazandıracaq.
İştirakçılar qeyd edirlər ki, konfransda təşviq edilmiş çoxtərəfli və multidissiplinar yanaşma sülh quruculuğu, dayanıqlı inkişaf və humanitar minatəmizləmə fəaliyyətlərində beynəlxalq əməkdaşlıq baxımından yeni fürsətlər açır.
Qəbul edirlər ki, bütün səviyyələrdə tərəfdaşlıqlar qurulmadan humanitar minatəmizləmə fəaliyyətinin dayanıqlığını təmin etmək mümkün deyil.
Təsdiq edirlər ki, Azərbaycanda humanitar minatəmizləmə proqramları üçün zamanında və davamlı maliyyəşməni təmin etmək üçün dayanıqlı dəstək və maliyyə mexanizmləri yaradılmalı və layihə-əsaslı maliyyə strukturlarından inteqrasiya edilmiş mexanizmlərə keçidin zərurəti qəbul edilməlidir.
Tövsiyə edirlər ki, minatəmizləmə və hamı üçün daha yaxşı, təhlükəsiz və dayanıqlı gələcəyə doğru ölçüləbilən irəliləyişlər arasında sinergiyanı gücləndirmək və ondan yararlanmaq məqsədilə humanitar minatəmizləməni ehtiva edən yeni Dayanıqlı İnkişaf Məqsədinin qəbul edilməsi nəzərdən keçirilsin.
Qəbul edirlər ki, humanitar minatəmizləmə fəaliyyəti dayanıqlı inkişaf baxımından olduqca vacibdir və həyatların xilas edilməsi, xəsarətlərin qarşısının alınması, infrastruktur, təhsil və kənd təsərrüfatı sahələrinin bərpası üçün həlledici əhəmiyyət kəsb edir və, bundan əlavə, münaqişədən təsirlənən bölgələrdə davam edən bərpa və quruculuq səylərini dəstəkləmək naminə humanitar minatəmizləmə sahəsində Azərbaycana göstərilən yardımların gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq qeyd edirlər ki, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə və mina qurbanlarına yardım bütün minatəmizləmə fəaliyyətlərinin mühüm və tərkib hissəsini təşkil etməlidir.
Dərk edirlər ki, humanitar minatəmizləmə sahəsində potensialın artırılması və təcrübə mübadiləsi davamlı münasibətlər və etibar əsasında təşəkkül tapan və uzunmüddətli öhdəlikləri şərtləndirən davamlı bir prosesdir.
Əlavə olaraq qəbul edirlər ki, potensialın artırılması və təcrübə mübadiləsi bütün maraqlı tərəflər arasında davamlı dialoqu və maarifləndirməni tələb edir və, beləliklə, bu konfransın humanitar minatəmizləmə sahəsində praktiki təcrübənin və çıxarılan nəticələrin davamlı mübadiləsi üçün bir platforma təşkil etdiyini nəzərə alaraq, onun Azərbaycanda müntəzəm olaraq illik əsasda keçirilməsini tövsiyə edirlər.
Nəticələr və tövsiyələr Azərbaycanda 31 mart – 1 aprel 2022-ci il tarixlərində keçirilmiş “Humanitar minatəzimləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda beynəlxalq konfransın iştirakçıları tərəfindən razılaşdırılıb. Qeyd edək ki, konfransda 37 ölkənin nümayəndələri iştirak ediblər.
Comments are closed, but trackbacks and pingbacks are open.