Dliyyə Nazirliyi: Maliyyə resursları bələdiyyələrin passivliyi və məsuliyyətsizliyi ucbatından kifayət qədər istifadə olunmur
İnsan Resursları idarəsinə aşağıdakılar daxildir:
İşin dizaynı və analizi
İşçi qüvvəsinin planlaşdırılması
Təlim və inkişaf
Performans idarəedilməsi
Kompensasiya və faydalar
Hüquqi məsələlər
İnsan Resurslarının idarəedilməsi İnsan Resursları deprartamenti mövcud olmadığı üçün xüsusi ilə kiçik bizneslər üçün çətinlik yarada bilər.
Ən çox rast gəlinən 10 İnsan Resursları Problemi və Həlləri
Maliyyə axını, rəqabət, və gəlir artımı kimi məsələlər biznes sahiblərinin və onların komandasının həmişə fikirləşdiyi mövzulardır. Bütün bu çətinliklər ilə bərabər şirkətlərin üzləşdiyi bir başqa sahədəki çətinlik də özünü hiss etdirir: insan resurslarının idarə edilməsi. Tək rəqabət üstünlüyü olan işçilər və istedadların idarəsindəki çətinlikər heç şüphəsiz daha böyük problemlərin qaynağıdır.
İnsan Resursları Problemləri və Həlləri
İnsan Resursları idarəsinə aşağıdakılar daxildir:
İşin dizaynı və analizi
İşçi qüvvəsinin planlaşdırılması
Təlim və inkişaf
Performans idarəedilməsi
Kompensasiya və faydalar
Hüquqi məsələlər
İnsan Resurslarının idarəedilməsi İnsan Resursları deprartamenti mövcud olmadığı üçün xüsusi ilə kiçik bizneslər üçün çətinlik yarada bilər.
Günümüzdə ən çox qarşılaşılan 10 insan resursları çətinlikləri və həlləri bu bloq yazımızda qeyd ediləcəkdir.
1. Qanunlara və Tənzimləmələrə uyğunluq
Dəyişən əmək qanunlarını izləmək və tətbiq etmək biznes sahibləri üçün çox böyük bir çətinlikdir. Çox sahibkar əmək qanunlarını göz ardı etməyi tərcih edir, çünki bu qanunların onların biznesinə tətbiq edilmədiyini düşünür. Ancaq belə davranmaq, audit, məhkəmə və bəlkə də biznesinizin bağlanması prosesləri ilə üzləşməsinə səbəb ola bilər.
Şirkətinizin böyüklüyündən asılı olmayaraq, dövlət əmək qanunları ilə uyğunluq təşkil etdiyinizdən əmin olmalısınız. İşə götürmə praktikalarından, maaş ödənişləri, iş yeri təhlükəsizliyinə qədər hər mövzuda tənzimləmələr mövcuddur.
2. İdarə etmədəki dəyişiklikər.
Biznes böyüdükcə, strategiyalar, strukutur və daxili proseslər onunla birlikdə böyüyür. İşçilər isə bu dəyişikliklərə ayaq uydurmaqda çətinlik çəkirlər. Bir çox şirkət bu dəyişiklik vaxtlarında səmərəlilik və performanslarda azalma qeyd alıb.
Biznes sahibləri dəyişikliyin hər kəsə gətirəcəyi faydalardan bəhs etməlidir. Davamlı həyata keçirilən iclaslar çox yaxşı bir başlanğıcdır. Nə vaxt ki, komandanız dəyişikliyin səbəbini, necə və nə vaxt ediləcəyini qavrasa onda onlar buna daha asan uyğunlaşacaqdır.
3. Liderlik inkişafı
Aparılan son araşdırmalara görə şirkətlərin 66%-i liderlik inkişaf praktikalarını tətbiq etməkdə ortalamanın altında olduğunu etiraf edir.
Liderlik inkişafı, idarə heyətini həmişə məşğul və motivasiya etmək üçün və onları gələcəkdə daha çox öhdəliklər götürməyə hazırlamaq üçün vacibdir. Bunu şirkət mədəniyyəti halına gətirin. İdarəçi heyətinizə öz üstünlüklərindən daha səmərəli istifadə etmələri üçün hər gün fürsətlər təqdim edin. Hədəflərə çatmaq onların motivasiyasını artıracaqdır və onlara bacarıqlarını inkişaf etdirmək üçün imkan verəcəkdir.
4. İşçilərin Təlimi və İnkişafı
Aşağı səviyyəli işçilərin təlim və inkişafı üçün investisiya əksikliyi da ən çox qarşılaşılan İnsan Resursları problemidir. Bəzi bineslər bunu həyata keçirmək üçün lazım olan qaynağı tapmaqda çətinlik çəkir. Fərqlənən işçiləriniz sizin ən çalışqan işçiləriniz olduğu üçün təlim və kurslara ehtiyacları və vaxtları olmaya bilər.
Təlim və inkişaf nə çox vaxt nə də çox maliyyə tələb edir. Öz işçilərinə mentorluk edəcək idarəçilər və liderlər işə götürün. Eyni zamanda, özlərinin birbaşa öyrənə biləcəyi onlayn təlim kursları ilə təmin edə bilərsiniz. İşçilərinizə investisiya edin və görəcəksiniz ki, sadiq və səmərəli bir komandaya sahibsiniz.
5. İnnovasiyaya (yeniliyə) uyğunlaşmaq
Texnologiya davamlı yenilənir, şirkətlər bu yeniliyə uyğunlaşmaqda tələsməlidirlər, ya da rəqiblərinin tozunda boğulmağı gözə almalıdırlar. Bu mövzudakı çətinlik isə, işçilərə bu yeni texnologayaları öyrətmək və bu yeniliklərə uyğunlaşdırmaqdır.
Kommunikasiya çox vacibdir. Hər dəyişiklik vaxtı, komandanızın bunun səbəbini, vaxtını və necə olacağını qavradığından əmin olmalısınız. Uyğunlaşmaq üçün hədəflər təyin edin və işçilərinizi ən rahat şəkildə öyrənə biləcəkləri təlimlərlə təmin edin.
6. İşçilərin maaşının formalaşdırılması
Bir çox şirkət işçilərin maaşlarını ən yaxşı hansı şəkildə formalaşdırmaq mövzusunda çətinliklə üzləşir. Kiçik bizneslər eyni zamanda böyük payroll büdcəsinə sahib korporasiyalar ilə də rəqabət etmək məcburiyyətindədirlər. Bunlara əlavə olaraq maaşın 1.5 dən 3 qatı miqdarına bərabər olan təlim, vergi, faydalar və digər xərcləri də planda tutmaq lazımdır.
Maaş vacib olsa da, iş namizədləri üçün ən vacib faktor deyildir. Mükəmməl bir performans üçün qurulacaq mükafat sistemi də maaşın azlığının yerini ala bilər. Şirkətə və işçilərə eyni anda qazandıracaq, mənfəəti paylaşmaq və bonuslar kimi təşviq proqramlar təklif edin.
7. Faydalar
İcbari sığorta, tibbi sığorta kimi işçilərə olan faydalar xüsusi ilə kiçik bizneslər üçün bir çətinlik olmuşdur. Yaxşı faydalar paketi işə götürəcəyiniz istedadlı işçilərin qərarında çox vacib rol oynayır.
Burada ən vacib qərarlardan biri bu faydaları təmin etməyi göz ardı etməməkdir.
- Tətil
- Rahat vaxtlar
- Pulsuz yeyəcəklər
- Sağlıq proqramları
- Şəhərətrafı faydalar
8. İstedadlı namizədləri cəlb etmək və işə götürmək
İstedadları cəlb etmək böyük zaman və pul investisiyasıdır. Təşəbbüskarlar üçün eyni zamanda həm biznesi idarə etmək həm də doğru istedadı seçmək və doğru zamanda işə götürmək çox çətindir. Həm də işə götürülən namizədin sizin şirkət üçün doğru isnan olub olmadığını da bilmək üçün onun bir müddər işləməsi də vacibdir.
İşə götürən brendinqi sizə doğru istedadı doğru zamanda gətirə bilər. Eyni zamanda rekrument şirkətlərindən də istifadə edərək həm zaman həm də sərmayə olaraq qənaət edə bilərsiniz.
9. İstedadlı işçiləri saxlamaq
İstedadlı işçilər üçün aparılan rəqabət çox qızğındır. Böyük korporativ şirkətlərin təqdim etdiyi imkanları kiçik biznes olaraq siz hələ təqdim edə bilməzsiniz. İşçi dövriyyəsi xərcli bir işdir və biznesinizə çox mənfi təsirləri ola bilər.
Bu dövriyyəni azaltmaq üçün də işəgötürən brendinqi etmək çox vacibdir.
10. İşyerində Müxtəliflik
Heç elə bir işyeri görmüsünüzmü orada daha çox ancaq eyni şəhərdən ya da eyni üniversitetdən insanlar işləsin, ya da daha çox kişilər işləsin? İş yerindəki işçilər arasındakı problemlərin və eyni zamanda performans vəziyyətindəki azalmaların əsas səbəblərindən biri də elə işyerindəki müxtəlifliyin olmamamasıdır. Eynilik həmişə olmasa da, çox vaxt mobbinq əlamətidir. Mobbinq isə şirkətinizi iflas etdirmək üçün çox güclü bir xəstəlikdir.
Komanda və hörmət mədəniyyəti formalaşdırmaq iş yerində müsbət və səmərəli bir hava ortaya çıxaracaqdır. İşyerindəki davranışları standardlaşdırmaq işəgötürənin vəzifəsidir. Bu standardlar və hesab veriləbilirlik sistemi çox əvvəldən qurulmalıdır.
İstifadə edilən qaynaq: https://www.atlasstaffing.net/blog/10-todays-common-human-resource-challenges
HR-AZ.com portalının paylaşımlarından xəbərdar olmaq üçün rəsmi Linkedin və Telegram səhifələrimizi izləyə bilərsiniz.
Ədliyyə Nazirliyi: Maliyyə resursları bələdiyyələrin passivliyi və məsuliyyətsizliyi ucbatından kifayət qədər istifadə olunmur
Ədliyyə Nazirliyi: Maliyyə resursları bələdiyyələrin passivliyi və məsuliyyətsizliyi ucbatından kifayət qədər istifadə olunmur Bələdiyyələrin problemi təbii ki, var. Amma bu, təkcə onların səlahiyyətləri ilə bağlı deyil. Onların səlahiyyətləri kifayət qədər genişdir. Sadəcə bir az təşəbbüskarlıq, fəallıq ən böyük çatışmazlıqlarından biridir.
22 Noyabr , 2019 14:19
https://static.report.az/photo/02f895a6-84cd-44ea-8471-5d09706b2290.jpg
“Bələdiyyələrin problemi təbii ki, var. Amma bu, təkcə onların səlahiyyətləri ilə bağlı deyil. Onların səlahiyyətləri kifayət qədər genişdir. Sadəcə bir az təşəbbüskarlıq, fəallıq ən böyük çatışmazlıqlarından biridir”. “Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyi nin Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədov deyib. O qeyd edib ki, maliyyə resursları bələdiyyələrin passivliyi və məsuliyyətsizliyi ucbatından kifayət qədər istifadə olunmur: “Ancaq elə bələdiyyələrimiz də var ki, bu resurslardan yaxşı istifadə edir. Hesab edirəm ki, bu gün bələdiyyələr onlar üçün yaradılan imkanlardan 50 faizindən istifadə etməyiblər. Əgər bu imkanlardan 100 faiz yox hələ 90 faiz istifadə olunsaydı görün hansı səviyyədə işlər görülə bilərdi. Bəzən insanlarda elə təsəvvür yaranır ki, bələdiyyələr passivdir”. Rəis müavini bildirib ki, Azərbaycanın bütün şəhər və qəsəbələrinin sosial problemlərinin həllində bələdiyyələrin çox fəal iştirakı var: “Hər il onlar bu iş üçün külli miqdarda vəsait də sərf edirlər, eləcə də dövlət tərəfindən vəsait də ayrılır. Bələdiyyələr pul ayırmaqla yanaşı, özləri də abadlıq işlərində iştirak edirlər. Problem sadəcə ondan ibarətdir ki, bələdiyyələrin gördüyü işlər təbliğ olunmur. Ona görə də cəmiyyətdə elə təsəvvür yaranır ki, bələdiyyələr heç bir iş görmür”.
Maliyyə resursları
İyunun 27-də Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi yenidənqurma işləri haqqında geniş məlumat verdi. Ölkəmiz 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalçılıq siyasəti ilə üzləşib və həmin ərazilərdə yaşayan soydaşlarımız öz doğma yurd-yuvalarından didərgin düşüblər. Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı dövrdə davamlı olaraq talançılıq və çoxnövlü terror aktları törətmişdir. Bütün şəhər və kəndlər yerlə yeksan edilmiş, bütün infrastruktur və mədəni irs vəhşicəsinə dağıdılmışdır.
Sessiyada çıxışında Prezident cənab İlham Əliyev konkret olaraq Ağdam və Füzuli şəhərlərinin adını qeyd edərək əcnəbi mütəxəssislərin Ağdamı “Qafqazın Hiroşiması” adlandırdıqlarını, Füzulini isə azad etdikdən sonra burada dövlət bayrağının dalğalandırılması üçün bir dənə də olsun salamat binanın olmadğını diqqətə çatdırdı. Ermənistanın 30 il boyunca törətmiş olduğu vandalizm aktlarını artıq işğaldan sonra xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri həmin ərazilərə səfərləri zamanı əyani şəkildə görmüş və dağıntıların tam miqyasını sənədləşdirmişlər.
Uzun illər işğaldan əziyyət çəkməsinə baxmayaraq öz əzəli torpaqlarını işğaldan azad edən Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasında maraqlıdır və bunun üçün konkret təkliflərlə də çıxış edib. Hətta həmin prinsiplər Ermənistan tərəfindən rəsmi olaraq qəbul olunub. Düzdür, Ermənistan hazırda sülh müqaviləsinin imzalanamsından yayınmağa çalışır və hətta təxribatlarından da qalmır. Sülh müqaviləsinin imzalanması nəticəsində bölgədə sülh və əməkdaşlıq bərqərar ola bilər.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi çox böyük yenidənqurma işləri özlüyündə ölkəmizin sülh tərəfdarı olmasını sübut edən mühüm amillərdəndir. Cənab Prezident çxışında azad edilmiş ərazilərdə həyata keçirilən işlər haqqında vacib məqamları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Azərbaycanın yenidənqurma prosesində hədəfi keyfiyyət və sürəti birləşdirməkdir. Belə ki, azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edilib. Bundan əlavə, Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir.
İşğaldan azad edilmiş ərazilərdə bütün işlər Azərbaycanın öz maliyyə resursları əsasında həyata keçirilir. Prezident cənab İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirildiyinin həyata keçirildiyini vurğulayaraq bu istiqamətdə ölkəmizlə həmrəylik və beynəlxalq dəstəyin mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Comments are closed, but trackbacks and pingbacks are open.