Gömrük Komitəsində yeni təyinatlar
Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinə isə Səməd Qaralov rəis təyin edilib. Bundan öncə, o, həmin idarədə rəsi müavini olub.
Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib – FOTO
Bu gün Bakı Baş Gömrük İdarəsində Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli “Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamından irəli gələn məsələlərin müzakirəsi ilə bağlı sahibkarlarla görüş keçirilib.
Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Görüşdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasmov, Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru İqbal Babayev, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzov, Vergilər nazirinin müşaviri Abdulla Tağıyev və Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin rəisi Natiq Şirinov, eləcə də daşıyıcı şirkətlərin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov görüşün məqsədi barədə qısa məlumat verərək, Prezident İlham Əliyevin imzaladığı sərəncamdan irəli gələn məsələlərin həlli, idxal–ixrac əməliyyatları zamanı vergi uçotunun dəqiq aparılması məqsədilə gömrük və vergi orqanları arasında əlaqələrin səmərəli şəkildə qurulması istiqamətində görüləcək işlərdən, bu sahədə şəffaflığın təmin edilməsində sahibkarların rolundan bəhs edib.
Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov ölkəmizin davamlı iqtisadi inkişafının təmin edilməsində Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq idxal-ixrac əməliyyatlarının, dövlət büdcəsi gəlirlərinin artdığını və bu sahədə sahibkarların fəaliyyətinin mühüm rol oynadığını bildirib. Prezident İlham Əliyevin imzaladığı sərəncamdan sonra idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin daha da təkmilləşəcəyini bildirən Mirqasım Vahabov yeni sistemin şəffaflığın təmin olunması, vergi uçotunun düzgün aparılması və sahibkarların fəaliyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacağını vurğulayıb. İdarə rəisi yeni sistemin tətbiqi ilə birlikdə ölkəmizin gömrük və vergi orqanları arasındakı əlaqələrin səmərəliliyinin artacağını, bunun da sahibkarlığın inkişafına müsbət təsir göstərəcəyini bildirib.
Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin rəisi Natiq Şirinov sahibkarlıq subyektlərinə dövlət tərəfindən münbit şərait yaradıldığını, vergi orqanlarının da bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.Vergilər Nazirliyinin sahibkarlar üçün 65-dən çox elektron xidmət təklif etdiyini bildirən departament rəisibunun da sahibkarlığın inkişafı və şəffaflığın təmin olunmasında müsbət rol oynadığını vurğulayıb. Natiq Şirinov bəzi hallarda vergi qanunvericiliyi tələblərinin pozulduğu, vergilərin vaxtında və düzgün ödənilməsinin təmin edilmədiyini bildirərək yeni sistemin tətbiqinin həm də bu sahədə müsbət nəticələr əldə edilməsinə şərait yaradacağını qeyd edib.
Daha sonra görüşdəAzərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında imzalanmış “Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında” Razılaşma Protokolunda nəzərdə tutulan vəzifələrin icrası ilə bağlı müzakirələr aparılıb, eləcə də sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Şərhlər
islam 2018-04-28 15:56:57
vallah deyirler ki Vusal novruzov cox yaxsi adamdi,insan adamdi.
Gömrük Komitəsində yeni təyinatlar
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavinləri Nazim Məmmədov və Şahin Bağırov vəzifələrindən azad olunublar.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, prezidentin digər sərəncamları ilə İqbal Babayev və Cavad Qasımov Dövlət Gömrük Komitəsinin sədr müavinləri təyin olunub.
Qeyd edək ki, bundan öncə İqbal Babayev Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, Cavad Qasımov isə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıblar.
Bundan başqa, komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinə Təmkin Xəlilov təyin olunub. Bundan öncə o, Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin birinci müavini vəzifəsində çalışıb.
Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinə isə Səməd Qaralov rəis təyin edilib. Bundan öncə, o, həmin idarədə rəsi müavini olub.
Azərbaycan gömrükçüləri büdcə proqnozuna 137,4% əməl ediblər
Azərbaycan gömrükçüləri büdcə proqnozuna 137,4% əməl ediblər Bakı. 13 iyun. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 1 325,64 mln. manat vəsait daxil olub.
13 İyun , 2018 14:43
https://static.report.az/photo/7a55dea3-7ff9-4107-8075-65f68e4a7c6f.jpg
Bakı. 13 iyun. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 1 325,64 mln. manat vəsait daxil olub. “Report” xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Maliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəisi Əzizağa Hüseynov bildirib. Onun sözlərinə görə, proqnoz isə 964,71 mln. manat olub. Başqa sözlə, Azərbaycan gömrükçüləri büdcə proqnoza 137,4% əməl ediblər.
Link kopyalandı
Aynur Bayramova
https://static.report.az/photo/6f3f27d8-58c9-394c-a479-c64f0b329def_50.jpg
Rus versiyası Азербайджанские таможенники выполнили бюджетный прогноз на 137,4%
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
“Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.
Comments are closed, but trackbacks and pingbacks are open.