MALİYYƏ MENECMENTİ
203. Maliyyәnin idarәetmә subyektlәrinә aid deyil:
Menecmentin mahiyyəti
1. Menecment elmdir və fəaliyyətdir.
2. Menecment nədir və menecer kimdir?
3. Təşkilat (firma, müəssisə) nədir?
4. Müəssisənin yaradılması və yaşadılması amilləri.
5. İdarəetmə səviyyələri və vasitələri.
6. Menecerin funksiyaları və rolu.
“Menecment“ anlayışı semantik baxımdan ingilis sözü olub “idarəetmə“ ifadəsinə uyğundur. Lakin, bu anlayış idarəetmənin tərkib hissəsi kimi də qəbul edilə bilər. Çünki, qlobal idarəetmədən fərqli olaraq “menecment“ ifadəsi daha çox müəssisələrin və firmaların idarə edilməsinə aid edilir. Misal üçün qeyd edək ki, dövlətin, şəhərin və yaxud da ordunun idarə olunması prosesləri menecmentlə əlaqələndirilmir və bu hallarda “menecment“ və “”menecer“ ifadələri işlədilmir.
Müasir anlamda menecment – bazar iqtisadiyyatı şəraitində müəssisənin idarə edilməsidir.
Menecment iki başlıca xüsusiyyətə malikdir: a) müəssisə, təşkilat, firma, şirkət və birliklər səviyyəsində tətbiq edilən elmdir və b) bu səviyyədə praktik idarəetmə fəalliyyətidir.
“Menecer“ anlayışı isə şəxsiyyətlə bağlıdır və o, muzdla tutulmuş idarə edən rəhbərdir, idarəetmədə iştirak edən şəxsdir. Yuxarıda qeyd olunduğu kimi, menecerlər müəssisə, təşkilat, firma, şirkət və birliklər səviyyəsində çalışan idarəetmə mütəxəssisləridirlər. Hər bir menecerin 3 əsas vəzifəsi vardır: 1) İşçiləri (kadrları) idarə etmək; 2) İstehsalı (və texnologiyanı) idarə etmək; 3) İnformasiyanı idarə etmək.
İdarəetmə– özünün bütövlüyünü, quruluş vahidliyini saxlamaqla müəssisədə son məqsədə nail olmaq üçün tətbiq edilən müxtəlif təbiətli sistemlərin təsiretmə vasitəsidir
İdarəetmə, hər hansı bir obyekt (təşkilat, müəssisə, firma) olmadan icra edilə bilməz. İdarəetmənin mövcudluğu təşkilatın mövcudluğu ilə bağlıdır. Yəni təşkilat varsa idarəetmə də vardır və əksinə.
İdarəetmə sistemi – obyekt və subyekt olmaqla iki tərkib hissədən ibarətdir. Obyekt – idarə olunan, subyekt isə – idarə edəndir.
Sistem (yunanca – systema) – hissələrdən təşkil olunmuş; birləşmə – deməkdir. Mahiyyətcə, sistem – müəyyən bütövü (tamı) əmələ gətirən ayrı-ayrı hissələrin (elementlərin, əşyaların, hadisələrin, baxışların) qanunauyğun birləşməsi, birliyidir.
Müəssisə (təşkilat, firma) dedikdə, bir qrup adamın müəyyən məqsədə çatmaq üçün şüurlu surətdə fəaliyyət birliyi yaratmaları başa düşülür. İki və daha çox adamın vahid məqsəd üçün iş birliyi qurması təşkilatı yaradır.
Müəssisə – mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və qazanc əldə edilməsi məqsədilə məhsul istehsal edən, işlər görən və xidmətlər göstərən, qanuna müvafiq yaradılan hüquqi şəxs olan müstəqil təsərrüfatçılıq subyektidir.
Hər bir təşkilatın yaranması və yaşaması üçün sxemdə verilən 5 amil zəruridir: məqsəd, işçilər, vəzifələr, struktur və texnologiya.
Şəkil 1. Təşkilatın zəruri amilləri
Hər bir təşkilatın işləməsi üçün aşağıdakı elementlərin olması vacibdir: xammal; kapital; kadrlar; enerji; informasiya; texnologiya; avadanlıqlar; alətlər; nəqliyyat; idarəetmə və s.
Hər bir təşkilatın mövcudluğu üçün aşağıdakılar zəruridir:
- Vəsaitlər (maddi, texnoloji, maliyyə, informasiya) və kadrlar.
- Xarici və daxili mühit (iqtisadi vəziyyət, bazar, tələbatçılar, rəqiblər, qanunçuluq, siyasi və sosial amillər, həmkarlar təşkilatı və s.).
- Üfüqi və şaquli əmək bölgüsü.
- Təsərrüfat şöbələri və bölmələri.
- İdarəetmə.
Bütün hallarda (kiçik müəssisələr istisna olmaqla) təşkilatın idarə olunması üçün üç manqa – üç səviyyə vardır:
-aşağı (texniki səviyyə);
-orta (idarəetmə səviyyəsi);
-ali (institut səviyyəsi).
İdarəetmə – təşkilatın məqsədini müəyyənləşdirib, bu məqsədə çatmaq üçün planlaşdırma, təşkiletmə, icra (motivləşdirmə) və nəzarət prosesləridir.
İdarəetmə səviyyələri arasında qarşılıqlı əlaqələrin – həm şaquli, həm də üfiqi əlaqələrin qurulması, müəssisənin son məqsədə çatmasını təmin etmək işinə xidmət etməlidir.
İdarəetmə səviyyələri ilə yanaşı, müəssisələrdə iyerarxiya quruluşundan asılı olaraq idarəetmə pillələri də yaradılır. Bu pillələr şaquli idarəetmə quruluşunda tabeçilik pillələrinin həlqələrini (skalyar zənciri) təşkil edirlər.
Qeyd etmək lazımdır ki, bəşər cəmiyyəti özünün varlığı ərzində insanlara təsir göstərmək üçün idarəetmə üzrə cəmisi üç vasitə (üsul, alət) yaratmış və tətbiq etmişdir: asılılıq iyerarxiyası; mədəniyyət və bazar (Şəkil 2).
Birinci vasitə – iyerarxiyadır. Bu idarəçilik üsulunda əsas amil, hakimiyyət və tabeçilikdir, yəni yuxarıdan aşağıya özünə tabe olanları işləməyə məcbur etmək, onları maddi cəhətdən asılı vəziyyətdə saxlamaq və tabe etmək münasibətlərinə əsaslanır. Eynilə də, aşağıların yuxarılara tabe olmaları ideyaları aşılanır və bu münasibətlər cəmiyyətin əsas aparıcı qüvvəsi hesab olunur. Bu halda «qamçı və ya qoğal» prinsipinə daha çox üstünlük verilir.
İkinci vasitə – mədəniyyətdir. Bu üsulun mahiyyəti ondadır ki, cəmiyyətin özünün işləyib hazırladığı və bəyəndiyi idarəetmə təsiri – mənəviyyat, sosial normalar, davranış qaydaları və digər mənəvi dəyərlər vasitəsilə həyata keçirilir. Bu halda zordan daha çox, mədəniyyətə üstünlük verilir.
Üçüncü vasitə – bazardır. Bu üsulda idarəetmənin mahiyyəti – bərabər hüquqlu üfiqi əlaqələrin qurulması, mülkiyyət münasibətlərində qarşılıqlı maraqların bərabərliyi və tam azadlığı ilə bağlıdır. Bu halda həm iyerarxiya, həm də mədəniyyət elementləri ilə yanaşı, insanların fərdi azadlıqları və sərbəstliklərinə daha çox üstünlük verilir. Burada demək lazımdır ki, müasir şəraitdə iyerarxiya, mədəniyyət və bazar vasitələri idarəçilik alətləri olmaqla ayrı-ayrılıqda yox, daim vəhdət şəklində təsir göstərirlər.
Şəkil. 2. İdarəetmə vasitələri
Bütün canlı və real təsərrüfatçılıqda və sosial sistemlərdə bu vəhdət danılmazdır və onlardan hansına daha çox üstünlük verilməsindən danışıla bilər. Yalnız bu yolla cəmiyyətin hansı ictimai quruluşa aid edilməsi barədə mühakimə yürütmək olar.
Bütün hallarda idarəetmənin təşkilatçıları və icraçıları menecerlərdir. Amerika sosioloqlarının müşahidələrinə görə hər bir rəhbər işçinin (menecerin) iş vaxtı aşağıdakı kimi bölünür:
- planlaşdırılmış iclaslara və görüşlərə-59 %;
- idarə kağızları ilə işləməyə-22 %;
- planlaşdırılmamış görüşlərə –10 %;
- telefon danışıqlarına –6 %;
- gəzmək və müşahidələrə-3 %.
Menecerin əsas vəzifələrindən biri təşkilatın yaşamasını təmin etməkdir. Əgər bu vəzifə təmin olunarsa, onda istehsal, məhsuldarlıq, səmərəlilik, satış və gəlir götürmək kimi problemlər həll olunmalıdır.
Görkəmli tədqiqatçı alim – sosioloq Henri Minsberqə görə, hər bir menecerin 10 əsas rolu vardır və o:
1. ali rəhbərdir;
2. liderdir;
3. əlaqələndiricidir (koordinator);
4. informasiyanı qəbul edəndir;
5. informasiyanı paylayandır;
6. nümayəndədir;
7. işgüzardır;
8. xətaları aradan qaldırandır;
9. vəsaitləri bölüşdürəndir
10. danışıqlar aparandır.
Menecerlə işgüzar adamı mütləq fərqləndirmək lazımdır. İşgüzar adam ilk növbədə sahibkardır, öz vəsaiti hesabına risk edərək iş quran adamdır. Menecer isə, sahibkara muzdla qulluq edən idarəetmə mütəxəssisidir.
İdarəetmə ilə məşğul olanhər bir menecer:
- kollektivi idarə etmək;
- idarəetmə qərarları qəbul etmək;
- hər hansı bir münaqişəni aradan qaldırmaq;
- istehsalı planlaşdırmaq və təşkil etmək;
- işçiləri hazırlamaq;
- işgüzar danışıqlar aparmağı bacarmaq;
- obyektiv olmaq və digər bu kimi qabiliyyətlərə malik olmalıdır.
Menecer üçün əsas keyfiyyətlərdən biri – adamlarla işləməyi bacarmaq, onları son nəticə əldə edilməsinə maraqlandırmaq, daimi və müntəzəm müsbət iqtisadi nəticələr əldə edilməsini təmin etməkdir.
Hələ eramızdan əvvəl Yunan filosofları hesab edirdilər ki, hər bir rəhbər işçi əsasən aşağıdakı dörd xarakterik keyfiyyətə malik olmalıdır:
- Müdriklik (Nestor müdrikliyi);
- ədalətlilik (Aqamemnon ədaləti);
- hiyləgərlik (Odissey hiyləgərliyi);
- cəsurluq (Axilles cəsurluğu).
XX əsrin əvvəllərindən başlayaraq və bu gün də müasir alimlər hesab edirlər ki, menecer üçün aşağıdakı keyfiyyətlər zəruridir:
– fiziki keyfiyyətlər – fəallıq; sağlamlıq; güclülük; enerjili olmaq.
– şəxsi keyfiyyətlər – özünə inanmaq; qələbəyə cəhd etmək; nüfuz sahibi olmaq; şəraitə uyğunlaşmaq.
– intellektual keyfiyyətlər – ağıl; duyum; qavrama; elmi bilik; yaradıcı münasibət; dəqiq qərar qəbul etmək qabiliyyəti.
–bacarıq keyfiyyətləri – əlaqə yaratmaq qabiliyyəti; asanlıqla münasibət yaratmaq; işgüzar olmaq; diplomatik olmaq.
Yuxarıda qeyd olunanları ümumiləşdirərək demək olar ki, hər bir menecer aşağıdakıları bacarmalıdır:
- İstehsalı planlaşdırmaq və təşkil etmək;
- Düzgün və qeyri standart idarəetmə qərarları qəbul etmək;
- Kollektivi müasir tələblər səviyyəsində idarə etmək (liderlik etmək);
- İşçilərlə mehriban münasibətdə olmaq və onlarla işgüzar görüşlər keçirmək;
- İşçiləri yaradıcı əməyə ruhlandırmaq, onların uğurlarını görmək və qiymətləndirmək;
- Hər hansı bir münaqişəni aradan qaldırmaq;
- Şəxsi münasibətindən asılı olmayaraq son dərəcə obyektiv olmaq;
- İşçiləri seçmək, fərqləndirmək və öyrətmək;
- Tabe olmaq və ehtiramı gözləmək;
- İşgüzar danışıqlar aparmaq;
- Məhsulun satışını təşkil etmək;
- Müəssisənin gəlir əldə etməsini təmin etmək və s.
Menecer üçün ən başlıca keyfiyyət – müxtəlif metodlar və üslublardan istifadə etməklə müsbət son nəticə əldə etməyi bacarmaqdır.
Menecer müntəzəm olaqar öz elmi və iqtisadi biliyini artırmalı, yeniliyi və hər cür mütərəqqi texnika və texnologiyanı başa düşməli və müdafiə etməlidir.
Müəllif: Ağasəf İmran
Mənbə: ”Menecment”(dərslik) BAKI-2007
- Teqlər:
- menecment
- , menecmentin prinsipləri
MALİYYƏ MENECMENTİ
Kitabda maliyyə menecmentinin təzahür və sualları müasir biliklər tələbdən tədqiq edilmiş, tələbə və magistrlərin biliklərini zənginləşdirən nəzəri məsələlər, onlara aid təcrübi həllərin nümunələri verilmişdir.
Müasir maliyyə menecmenti, aktivlərin alınması, birləşməsi, maliyyələşməsi və idarəedilməsilə əlaqədar olan fəaliyyəti öyrənir. Buna uyğun olaraq, maliyyə menecmentinin əsas funksiyaları üç istiqamətdə həllərin qəbuluna yönəldilir: investisiyalar, maliyyə qərarları və aktivlərin idarəedilməsilə əlaqədar qərarlar. Beləliklə o, aktivlərin quruluşunun nə cür olması sualına cavablar axtarır: pul resursları və əmtəə material qiymətlərinin nisbəti, onların firma bölmələri arasında bölüşdürülməsi qaydaları, divident siyasətinin müəyyən edilməsi, dövriyyə vəsaitləri və pul aktivləri ilə işləməyin xüsusi metodlarının formalaşması, firma və banklar arasındakı münasibətlər. Bu kitab maliyyə idarəedilməsi əsasları ilə tanış edir, odur ki, çox sadə metodik üsullardan istifadə olunur. Maliyyə menecmenti həm nəzəriyyə, həm də təcrübədə tez dəyişilir. Vergi qanunçuluğundakı dəyişikliklər korporasiyanın fəaliyyətindən əmələ gələn maliyyə xəbərdarlığı səmərəli, bazara, korporasiyalar tərəfindən nəzarət edilməsi mümkünlüyü, böhranın davametməsi şəraitində faiz normaları və valyuta kurslarının dəyişilməsi, bazardakı fasiləsiz maliyyə yenilikləri, qiymətləndirmənin yeni metodikası, işgüzar riskin azaldılması və ya bölüşdürülməsinin yeni üsulları və başqa hallar belə dəyişikliklərə səbəb olur.
Yükləməyə Keç [980,32 Kb] [ : 302] –>
Maliyyə menecmenti
D.Risk üstünlüyünü nәzәrә almaqla kapital qoyuluşunun mәqsәdlәrinә görә investisiya siyasәtinin tәyinedici tipinin әsaslandırılması.
E..Gәlәcәk investisiya fәaliyyәti ilә tәmin edilәcәk müәssisәnin inkişafının strateji mәqsәdlәrinin nәzәrә alınması (müәssisәnin hәyat tsikli ).
184. Müәssisәnin hәyat tsikli mәrhәlәlәrinә daxil deyildir:
185. Aşağıdakılardan hansı müәssisәnin Qocalıq dövrünә aid edilmir:
A.))Cari investisiya mәnfәәtinin minimal normasının tәmin edilmәsi
B..Minimal itkini tәmin etmәklә aşağı rentabelli investisiya obyektlәrindәn kapitalın dezinvestisiyalaşması;
C.Amortizasiya olunan aktivlәrin vaxtlıvaxtında renovasiyasının tәmin edilmәsi
D.әmәliyyat fәaliyyәtinin zәruri hәcmlәrini saxlamaq mәqsәdilә kapitalın yenidәn investisiyalaşması.
E.Gәlirlilik sәviyyәsini yüksәltmәk mәqsәdilә maliyyә investisiyalarının “sıxılmış” portfeli;
186. Aşağıdakılardan hansı müәssisәnin Yetkinlik dövrünә aid edilmir:
A.. )).әmәliyyat fәaliyyәtinin zәruri hәcmlәrini saxlamaq mәqsәdilә kapitalın yenidәn investisiyalaşması
B..“investisiyanın böhran kütlәsinә” çıxışın tәmin edilmәsi;
C Maliyyә investisiyaları portfelinin formalaşması
D.İnvestisiya olunan kapitalın zәruri artım templәrinin tәmin edilmәsi.
E.Real investisiyalaşma formalarının diversifikasiyası
187. Müәssisәnin xarici mühitin mәnfi tәsiri, elәcә dә yeni texnika vә texnologiyaların qeyriadekvat istifadәsi nәticәsindә mәhsulların, malların, xidmәtlәrin, istehsal fәaliyyәtinin digәr növlәrinin istehsalı üzrә öz plan vә öhdәliklәrini yerinә yetirә bilmәmәyi ilә bağlı risk
E. maliyyә riskidir
188. Maliyyә resurslarının alqısatqısı iki yolla hәyata keçirilir.Hansılardır?
A..))birincisi, maliyyә vasitәçilәrinin kömәyi olmadan bilavasitә satıcıdan onun istehlakçılarına çatdırmaq, ikincisi,bir vә ya bir neçә vasitәçilәrin kömәyi ilә
B.birincisi, maliyyә vasitәçilәrinin kömәyi olmadan bilavasitә satıcıdan onun istehlakçılarına çatdırmaq, ikincisi,yalnız bir vasitәçilәrin kömәyi ilә
C maliyyә resurslarının alqısatqısı üç yolla hәyata keçirilir.
D.düzgün cavab yoxdur.
C.birincisi, maliyyә vasitәçilәrinin kömәyi ilә bilavasitә satıcıdan onun istehlakçılarına çatdırmaq, ikincisi, bir vә ya bir neçә vasitәçilәrin kömәyi ilә
189. Vәsait mәnbәlәrinin olduğu yerә görә maliyyә bazarı iki qrupa bölünür:
A..))daxili vә ya milli maliyyә bazarı, dünya maliyyә bazarı
B.birca, bircadankәnar bazar
C banklar, kredit tәşkilatları
D.daxili maliyyә bazarı, milli maliyyә bazarı
E.daxili bazar, xarici bazaar
190. Dünya maliyyә bazarları .
A. ))Onların resursları müxtәlif dövlәtlәrin rezidentlәrinin vәsaitlәri hesabına әmәlә gәlir.
B..Bu bazarların resursları ölkәnin daxili mәnbәlәrinә әsaslanır. Bu halda digәr ölkәlәrin resursları cәlb edilsә dә,onların xüsusi çәkisi cüzi olur
C. Düzgün cavab yoxdur
D Bütün cavablar düzgündür
E..Pul resursları beynәlxal tәşkilatlardan formalaşır
191. İnkişaf sәviyyәsinә görә maliyyә bazarları bölünür.
A.)) inkişaf etmiş, inkişaf etmәkdә olan
C. birinci dәrәcәli, ikinci dәrәcәli,üçüncü dәrәcәli
D.düzgün cavab yoxdur
E.inkişaf etmiş, inkişaf etmәkdә olan, zәif inkişaf etmiş
192. Maliyyә bazarının iştirakçıları hansılardır ? 1.investorlar 2.әmanәtçilәr 3.borc alanlar 4.sahibkarlar 5.müәssisәlәr
193. Maliyyәnin idarә edilmәsinin ilkin mәrhәlәsinә aiddir:
A.))Maliyyә informasiyası, planlaşdırma
B.Maliyyә informasiyası, tәnzimlәmә;
C.Maliyyә informasiya, operativ idarәetmә;
D..Planlaşdırma, operativ idarәetmә;
E. Planlaşdırma, nәzarәt;
194. Operativ maliyyә planlarını göstәrin:
A.))Tәqvim planı, kassa planı;
B.Kassa planı, gәlirlәr vә xәrclәr balansı;
C. Gәlirlәr vә xәrclәr balansı, xәrc smetası
D.Xәrc smetası, kassa planı
E.Tәqvim planı, gәlirlәr vә xәrclәr balansı;
195 Müәssisәnin dövriyyәsindә cәlb olunmuş vәsaitlәri göstәr.
A.))vaxtı keçmiş kreditor borcları
D. sığorta vәsaitlәri
196. Xüsusi maliyyә vә digәr şirkәtlәr tәrәfindәn aparılan qısa müddәtli vә uzun müdddәtli icarәnin xüsusi növü necә adlanır?
197. Diversifikasiya nәdir?
A.))kapitalın toplanması forması
B.sahibinә gәlir gәtirәn dәyәr
C. bibiri ilә bağlı olmayan mәhsul istehsal hәcminin artması
D.mәsrәflәr madәsi ilә mәhsulun vahid dәyәrinin hesablanması
E.milli valyuta kursunun xarici valyutaya nisbәtdә düşmәsi
198. Malın hәyat tsikli 4 mәrhәlәdәn keçir?
A.))ucalma, ekspansiya, yetkinlik, süqut
B.tәtbiq, ucalma, inkişafın ekspansiyası
C. ucalma, inkişaf, ekspansiya, süqut
D.mәnimsәmә, ucalma, ekspansiya, süqut
E.mәnimsәmә, tәtbiq, ucalma, süqut
199 Müәssisәdә istehsal olunmuş mәhsulun dәyәrinin bölgüsü nәdәn başlayır?
A.))satışdan gәlәn mәdaxilin bölgüsündәn;
B.xalis mәnfәәtin bölgüsündәn;
D.yığım fondunun bölgüsündәn;
E. istehlak fondunun bölgüsündәn;
200. Müәssisәlәrin maliyyәlәşmә metodlarını göstәrin?
A. kreditlәşdirmә; dövlәt maliyyәlәşdirmәsi; özünümaliyyәlәşdirmә;
B.özünümaliyyәlәşdirmә; sığorta maliyyәsi; kreditlәşdirmә;
D sığorta maliyyәsi; kreditlәşdirmә;.))
E.sığorta maliyyәsi; özünümaliyyәlәşdirmә; kreditlәşdirmә
201. Xәzinәdarın mәsuliyyәtinә aid deyil
B.kredit siyasәtinin idarә edilmәsi
C. kassadakı nәğd vәsaitin idarә edilmәsi
D.müәssisәnin maliyyә planlaşdırılması
E.bazar qiymәtli kağızlarla әmәliyyat aparılması
202. Maliyyәnin idarә edilmәsinin belә bir obyekti yoxdur
E. dövlәt maliyyәsi
203. Maliyyәnin idarәetmә subyektlәrinә aid deyil:
B.müәssisәlәrin maliyyә xidmәti
C. vergi müfәttişliyi
204. Müәssisәnin, tәşkilatın tәsәrrüfatmaliyyә fәaliyyәtinin müәssisәnin rәhbәri tәrәfindәn müәyyәnlәşdirilmiş qrup tәrәfindәn yoxlanması bunlardan hansına aiddir?
A.))Tәsәrrüfat daxili nәzarәt
E. İctimai nәzarәt
205 Müәssisәnin amortizasiya siyasәti metodlarına daxil deyil:
206. Maliyyә menecmentinin idarәetmә obyektinә daxil deyil:
B.Pul axının tәşkili
C.Pul fondlarının tәşkil edilmәsi
D. Maliyyә münasibәtlәri
E.Vәsaitin dövriyyә olunması
207. Maliyyә alәtlәrinә daxil deyil:
A.) )Әsas vәsaitlәrin alqısatqısı
C. Nizamnamә kapitalında iştirak
208. Pul vәsaiti formasında çıxış edәn maliyyә alәtlәridir:
A.))kassa hesabındakı pul vәsaiti
209 Kredit alәtlәrinә daxildir:
B.Kassa hesabındakı pul vәsaiti
C.Digәr hesablardakı pul vәsaitlәri
210. Nizamnamә kapitalındakı iştirak üzrә maliyyә alәtlәridir:
A.))Pay vә hissәlәr
C.Kassa hesabındakı pul vәsaiti
E.Digәr hesablardakı pul vәsaiti
211. Maliyyә bazarının әsas funksiyalarına aid deyil.
B.Müxtәlif mәnbәlәrdәn sәrbәst kapitalin aktiv formada müntәzәm cәlb edilmәsi.
C. Müxtәlif maliyyә alәtlәri vә xidmәtlәrinә bazar qiymәtlәrini formalaşdırmaq
D.Kapitalın dövriyyәsini sürәtlәndirmәk
E.Effektiv şәkildә sәrbәst kapitalın onun son istehlakçiları arasinda bölgüsü
212. Maliyyә bazarına daxil deyil.
A.))maliyyә alәtlәri bazarı
C.pul vәsaiti bazarı
E. valyuta bazarı
213. Kapital bazarına daxildir. 1.borc kapitalı bazarı 2.qiymәtli kağızlar bazarı 3.maliyyә bazarı 4.qiymәtli metallar bazarı 5.pay qiymәtli kağızlar bazarı
214. Qiymәtli kağızlar bazarının növlәrinә aid deyil.
A.))Bank ssudası bazarı
E. Qiymәtli kağızların buraxılışı bazarı
215. Müasir maliyyә bazarı nәdir?
A)).ölkәlәr, regionlar vә sahәlәr arasında pul vәsaitlәrinin yenidәn bölüşdürülmәsinin mürәkkәb iqtisadi mexanizmidir.
B.borc kapitalı bazarıdır
C.maliyyә bazarının yeni növdür
D.dövlәtlәr arasında pul münasibәtlәrinin inkişaf etdirildiyi beynәlxalq bazardır.
E.pul vәsaitlәri bazarıdır
216. Pul bazarı nәdir?
A.))nisbәtәn qısamüddәtli әmәliyyatların aparıldığı bazardır
B.maliyyә bazarının yeni növdür
C. borc kapitalı bazarıdır
D.borc qiymәtli kağız bazarı
E.nisbәtәn uzunmüddәtli әmәliyyatların aparıldığı bazardır
217. Pul bazarının әn dәqiq seqmenti hesab edilir.
C.düzgün cavab yoxdur
218 Diskontlu bazar nәdir?
A..))veksellәrin satılması vә alınması bazarıdır.
C şirkәtlәrarası bazar
D.düzgün cavab yoxdur
219. Aktivlәrin oğurlanması halı hansı riskә aiddir?
A. ))kriminal riski
C innovasiyalı maliyyә riski
220.Maliyyə riski nəyi xarakterizə edir?
A.))maliyyә itkilәrinin baş vermәsi imkanlarını
B.. maliyyә itkilәrinin lәğv olunmasını
221. İnvestisiya riski nәyi xarakterizә edir?
A.))Mәdaxil maya dәyәri ,ӘDV kommersiya vә idarә etmә xәrclәri – realizasiyadan kәnar gәlir vә xәrclәr Mәnfәәt.
B.Mәdaxildolayı vә satiş xәrclәrikommersiya vә idarә etmә xәrclәri – realizasiyadan kәnar gәlir vә xәrclәr Mәnfәәt.
C.Mәdaxil dövriyyә xәrclәr kommersiya vә idarә etmә xәrclәri – realizasiyadan kәnar gәlir vә xәrclәr Mәnfәәt.
D.Mәdaxil ӘDV vә vergi ödәnişlәri kommersiya vә idarә etmә xәrclәri – realizasiyadan kәnar gәlir vә xәrclәr Mәnfәәt.
E. Mәdaxil dolayı xәrclәr kommersiya vә idarә etmә xәrclәri – realizasiyadan kәnar gәlir vә xәrclәr Mәnfәәtdәn vergi Mәnfәәt.
Comments are closed, but trackbacks and pingbacks are open.