Press "Enter" to skip to content

Maliyye sabitliyi

4.1. Şuranın tərkibini (sədrini və üzvlərini) Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
4.2. Şuranın sədri aşağıdakı vəzifələri yerinə yetirir:
4.2.1. Şuranın fəaliyyət planını təsdiq edir və həyata keçirir;
4.2.2. Şuranın işini təşkil edir və ona rəhbərlik edir;
4.2.3. Şura üzvlərinin təkliflərini nəzərə almaqla, Şuranın iclaslarının gündəliyini müəyyən edir və keçirilən iclaslarda sədrlik edir;
4.2.4. müzakirə edilən məsələlərə dair Şuranın qəbul etdiyi qərarları və onun fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;
4.2.5. Şuranın fəaliyyəti ilə bağlı müvafiq işçi qruplar yaradır;
4.2.6. ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə Azərbaycan Respublikasının Prezidentinə hər rübdən sonrakı ayın 30-dək məlumat verilməsini təmin edir;
4.2.7. Şuranın Katibliyinin reqlamentini təsdiq edir;
4.2.8. Şuranı təmsil edir;
4.2.9. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər cari işləri görür.
4.3. Şura üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:
4.3.1. Şuranın iclaslarında və fəaliyyətində iştirak etmək;
4.3.2. Şuranın iclaslarının gündəliyi, eləcə də gündəliyə daxil edilmiş məsələlər barədə təkliflər vermək;
4.3.3. təmsil etdikləri təşkilatın Şura üzrə koordinatorunu müəyyən etmək;
4.3.4. Şuranın fəaliyyəti ilə bağlı digər cari işləri görmək.
4.4. Şuranın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həllini və kargüzarlıq işinin aparılmasını Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərən Şuranın Katibliyi həyata keçirir.
4.5. Şuranın Katibliyinin tərkibi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
4.6. Şuranın Katibliyi:
4.6.1. Şura üzvlərinin təklifləri əsasında Şuranın iclaslarının gündəliyini hazırlayır və təsdiq olunması üçün Şuranın sədrinə təqdim edir;
4.6.2. Şuranın iclaslarının gündəliyi, tarixi və keçiriləcəyi yer haqqında məlumatları həmin iclasların keçirilməsinə ən azı 5 iş günü, növbədənkənar iclaslar zamanı isə ən azı 1 iş günü qalmış Şuranın üzvlərinə çatdırır;
4.6.3. Şuranın müzakirəsinə çıxarılacaq məsələlərə dair materialları toplayır və bu Əsasnamənin 4.6.2-ci yarımbəndində müəyyən olunmuş müddətlərdə Şuranın üzvlərinə çatdırır;
4.6.4. Şuranın qərarı və Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında aidiyyəti dövlət orqanlarının və qurumlarının, hüquqi şəxslərin nümayəndələrini və mütəxəssisləri Şuranın iclaslarına dəvət edir;
4.6.5. Şuranın iclaslarını protokollaşdırır və iclasın yekun sənədlərinin layihələrini Şuranın sədrinə təqdim edir;
4.6.6. Şuranın iclaslarının protokollarının və Şurada qəbul olunmuş qərarların surətlərini Şuranın üzvlərinə, habelə Şuranın qərarı ilə müəyyən olunmuş aidiyyəti qurumlara çatdırır;
4.6.7. Şuranın iclaslarının protokollarını və digər sənədlərini saxlayır;
4.6.8. Şuranın fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu verir və onlardan belə məlumatları (sənədləri), habelə hesabat və arayışları alır;
4.6.9. Şuranın fəaliyyəti barədə ictiamiyyəti məlumatlandırır;
4.6.10. bu Əsasnamənin 4.4-cü bəndindən irəli gələn digər vəzifələri yerinə yetirir.
4.7. Şuranın iclasları növbəti və növbədənkənar olaraq keçirilir. Növbəti iclaslar rübdə bir dəfədən az olmayaraq, növbədənkənar iclaslar isə Şura sədrinin və ya Şura üzvlərinin yarıdan çoxunun müraciətinə əsasən keçirilir.
4.8. Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır.
4.9. Şuranın iclaslarında səsvermə açıq keçirilir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda Şura sədrinin səsi həlledici hesab edilir.
4.10. Şuranın iclaslarında qəbul edilmiş qərarlar protokolla rəsmiləşdirilir, Şuranın sədri və üzvləri tərəfindən imzalanır.
4.11. Şuranın yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Maliyye sabitliyi

Ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı ilə yaradılmış Maliyyə Sabitliyi Şurasının 2017-ci il 20 iyun tarixində Azərbaycan Respublikasının Baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə növbəti iclası keçirilib.

Maliyyə Sabitliyi Şurasının Katibliyindən unikal.org -a verilən xəbərə görə, iclasda “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2017-ci il tarixli Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin “Maliyyəyə çıxışın asanlaşdırılması sərlövhəli 3-cü strateji hədəfin reallaşdırılmasını nəzərədə tutan prioritetlərdə göstərilən tədbirlərin əhatə edildiyi geniş Tədbirlər planı müzakirə olunub.

Tədbirlər planı Kənd Təsərrüfatı Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Fondunun nümayəndələrindən təşkil olunmuş işçi qrupu tərəfindən birgə hazırlanmış, həmçinin beynəlxalq maliyyə qurumlarının texniki yardım çərçivəsində hazırladığı sənədlərdən də istifadə edilib.

Planda kənd təsərrüfatı üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, sektora innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması, aqrar sektora təsir edən risklərin idarə olunması, aqrar sığortanın inkişaf etdirlməsi, aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlığının artırılması və s. konkret tədbirlər nəzərdə tutulub.

Müzakirələr zamanı bildirilib ki, hazırlanmış tədbirlər planının reallaşdırılması kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə və son nəticədə aqrar sahəyə investisiya qoyuluşlarının təşviqinə imkan verəcəkdir.

Təqdim olunan tədbirlər planı layihəsi ümumilikdə qəbul olunmuş və Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb ki, aparılmış müzakirələrin nəticələri, verilmiş rəy və təkliflər nəzərə alınmaqla yekun variant hazırlansın və Maliyyə Sabitliyi Şurasının növbəti müzakirəsinə təqdim edilsin.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yenidən işlənilərək təkmilləşdirilmiş və müvafiq dövlət qurumları ilə razılaşdırılmış tədbirlər planının son variantı 10 iyul 2017-ci il tarixində Maliyyə Sabitliyi Şurasının növbəti toplantısında təsdiq olunub.

İclasda həmçinin cari ilin ötən dövründə ölkədə makroiqtisadi vəziyyət, maliyyə sabitliyinin dayanıqlığının dinamikasında müşahidə olunan pozitiv meyillər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi olmuşdur.

Maliyye sabitliyi

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli 1565 nömrəli fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası (bundan sonra – Şura) “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanına uyğun olaraq ölkənin makroiqtisadi və maliyyə sabitliyinin daha da möhkəmləndirilməsi və dayanıqlığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması məqsədilə yaradılmış və ictimai əsaslarla fəaliyyət göstərən kollegial orqandır.
1.2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

2. Şuranın fəaliyyət istiqamətləri

2.0. Şura aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
2.0.1. qlobal və milli iqtisadiyyatda, o cümlədən fiskal, monetar və maliyyə-bank sektorlarında baş verən prosesləri, maliyyə sabitliyinin mövcud vəziyyətini və çərçivəsini, maliyyə sabitliyinə cari və potensial təhdid və riskləri, habelə bu sahədə qanunvericilik bazasını təhlil edir və Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
2.0.2. maliyyə sabitliyinə yarana biləcək təhdidlərin qarşısının qabaqlayıcı rejimdə alınması, makroiqtisadi sabitliyin və maliyyə dayanıqlığının təmin edilməsi ilə bağlı baxışa və çərçivəyə, onların icra mexanizmlərinə və bu sahələrdə islahatların aparılmasına dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
2.0.3. ölkədə cari və ortamüddətli dövr üçün makroiqtisadi siyasətlə, həmçinin fiskal, monetar və maliyyə sabitliyi ilə bağlı qərarların qəbul olunmasını və həyata keçirilməsini əlaqələndirir.

3. Şuranın əsas vəzifələri və hüquqları

3.1. Şuranın əsas vəzifələri aşağıdakılardır:
3.1.1. beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla, aşağıdakı istiqamətlərdə təhlillər, araşdırmalar və monitorinqlər aparmaq, bu məqsədlə dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək və Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək:
1. makroiqtisadi və maliyyə sabitliyi risklərinin müəyyən edilməsi, təhlili və onların idarə olunması;
2. büdcə və pul-məzənnə siyasətinin makroiqtisadi sabitlik və sosial-iqtisadi inkişaf hədəfləri ilə uzlaşdırılması;
3. fiskal dayanıqlığın gücləndirilməsi məqsədilə beynəlxalq təcrübədə geniş istifadə olunan fiskal qaydaların tətbiq edilməsi;
4. maliyyə sisteminin sağlamlaşdırılması, dayanıqlığının təmin edilməsi və maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi;
5. valyuta tənzimlənməsinin və nəzarətinin təkmilləşdirilməsi;
6. makroiqtisadi və maliyyə sahələrində qanunvericilik bazasının təkmilləşdirilməsi;
7. makroiqtisadi və maliyyə sabitliyinin möhkəmləndirilməsinə dəstək verən struktur islahatlarının həyata keçirilməsi;
3.1.2. bu Əsasnamənin 3.1.1-ci yarımbəndində qeyd olunan istiqamətlər üzrə dövlət orqanlarına və digər aidiyyəti qurumlara həvalə edilmiş vəzifələrin icrasını əlaqələndirmək, onlar arasında məlumat mübadiləsini təmin etmək;
3.1.3.maliyyə sabitliyinin təmin edilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın və işgüzar əlaqələrin genişləndirilməsinə dair təkliflər hazırlamaq;
3.1.4. ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə Azərbaycan Respublikasının Prezidentinə hər rübdən sonrakı ayın 30-dək məlumat vermək;
3.1.5. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən digər vəzifələri yerinə yetirmək.
3.2. Şura öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
3.2.1. bu Əsasnamə ilə müəyyən edilən vəzifələrinə uyğun olaraq görülən işlərə aidiyyəti dövlət orqanlarını və qurumlarını cəlb etmək;
3.2.2. müqavilə əsasında ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.2.3. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.2.4. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı işçi qruplar və komissiyalar yaratmaq;
3.2.5. fəaliyyət istiqamətlərinə uyğun olaraq hüquqi aktların layihələrini hazırlamaq və aidiyyəti üzrə təqdim etmək, həmçinin onların hazırlanmasında iştirak etmək;
3.2.6. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq;
3.2.7. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə, həmçinin beynəlxalq təşkilatlara zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq konfranslar, müşavirələr, seminarlar və digər tədbirlər keçirmək;
3.2.9. bu Əsasnamə ilə müəyyən edilən vəzifələrinin icrası ilə bağlı qərarlar qəbul etmək;
3.2.10. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilən digər hüquqları həyata keçirmək.

4. Şuranın fəaliyyətinin təşkili

4.1. Şuranın tərkibini (sədrini və üzvlərini) Azərbaycan Respublikasının Prezidenti müəyyən edir.
4.2. Şuranın sədri aşağıdakı vəzifələri yerinə yetirir:
4.2.1. Şuranın fəaliyyət planını təsdiq edir və həyata keçirir;
4.2.2. Şuranın işini təşkil edir və ona rəhbərlik edir;
4.2.3. Şura üzvlərinin təkliflərini nəzərə almaqla, Şuranın iclaslarının gündəliyini müəyyən edir və keçirilən iclaslarda sədrlik edir;
4.2.4. müzakirə edilən məsələlərə dair Şuranın qəbul etdiyi qərarları və onun fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;
4.2.5. Şuranın fəaliyyəti ilə bağlı müvafiq işçi qruplar yaradır;
4.2.6. ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə Azərbaycan Respublikasının Prezidentinə hər rübdən sonrakı ayın 30-dək məlumat verilməsini təmin edir;
4.2.7. Şuranın Katibliyinin reqlamentini təsdiq edir;
4.2.8. Şuranı təmsil edir;
4.2.9. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər cari işləri görür.
4.3. Şura üzvlərinin hüquq və vəzifələri aşağıdakılardır:
4.3.1. Şuranın iclaslarında və fəaliyyətində iştirak etmək;
4.3.2. Şuranın iclaslarının gündəliyi, eləcə də gündəliyə daxil edilmiş məsələlər barədə təkliflər vermək;
4.3.3. təmsil etdikləri təşkilatın Şura üzrə koordinatorunu müəyyən etmək;
4.3.4. Şuranın fəaliyyəti ilə bağlı digər cari işləri görmək.
4.4. Şuranın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həllini və kargüzarlıq işinin aparılmasını Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərən Şuranın Katibliyi həyata keçirir.
4.5. Şuranın Katibliyinin tərkibi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.
4.6. Şuranın Katibliyi:
4.6.1. Şura üzvlərinin təklifləri əsasında Şuranın iclaslarının gündəliyini hazırlayır və təsdiq olunması üçün Şuranın sədrinə təqdim edir;
4.6.2. Şuranın iclaslarının gündəliyi, tarixi və keçiriləcəyi yer haqqında məlumatları həmin iclasların keçirilməsinə ən azı 5 iş günü, növbədənkənar iclaslar zamanı isə ən azı 1 iş günü qalmış Şuranın üzvlərinə çatdırır;
4.6.3. Şuranın müzakirəsinə çıxarılacaq məsələlərə dair materialları toplayır və bu Əsasnamənin 4.6.2-ci yarımbəndində müəyyən olunmuş müddətlərdə Şuranın üzvlərinə çatdırır;
4.6.4. Şuranın qərarı və Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında aidiyyəti dövlət orqanlarının və qurumlarının, hüquqi şəxslərin nümayəndələrini və mütəxəssisləri Şuranın iclaslarına dəvət edir;
4.6.5. Şuranın iclaslarını protokollaşdırır və iclasın yekun sənədlərinin layihələrini Şuranın sədrinə təqdim edir;
4.6.6. Şuranın iclaslarının protokollarının və Şurada qəbul olunmuş qərarların surətlərini Şuranın üzvlərinə, habelə Şuranın qərarı ilə müəyyən olunmuş aidiyyəti qurumlara çatdırır;
4.6.7. Şuranın iclaslarının protokollarını və digər sənədlərini saxlayır;
4.6.8. Şuranın fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu verir və onlardan belə məlumatları (sənədləri), habelə hesabat və arayışları alır;
4.6.9. Şuranın fəaliyyəti barədə ictiamiyyəti məlumatlandırır;
4.6.10. bu Əsasnamənin 4.4-cü bəndindən irəli gələn digər vəzifələri yerinə yetirir.
4.7. Şuranın iclasları növbəti və növbədənkənar olaraq keçirilir. Növbəti iclaslar rübdə bir dəfədən az olmayaraq, növbədənkənar iclaslar isə Şura sədrinin və ya Şura üzvlərinin yarıdan çoxunun müraciətinə əsasən keçirilir.
4.8. Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır.
4.9. Şuranın iclaslarında səsvermə açıq keçirilir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda Şura sədrinin səsi həlledici hesab edilir.
4.10. Şuranın iclaslarında qəbul edilmiş qərarlar protokolla rəsmiləşdirilir, Şuranın sədri və üzvləri tərəfindən imzalanır.
4.11. Şuranın yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Maliyye sabitliyi

2021-ci ildən etibarən Mərkəzi Bank tərəfindən növbəti mühüm təhlili siyasət sənədi kimi Maliyyə sabitliyi hesabatı hazırlanmasına və geniş ictimaiyyətə açıqlanmasına başlanılıb.

FED.az xəbər verir ki, hesabatın məqsədi maliyyə sektorunun sabitliyi və onun dayanıqlığını müəyyən edən amillərin hərtərəfli qiymətləndirilməsi və maliyyə sabitliyinin təmin edilməsi üzrə Mərkəzi Bank tərəfindən həyata keçirilən siyasət tədbirlərinin əks etdirilməsidir. Sənəddə qlobal iqtisadi şərait, yerli maliyyə institutlarının fəaliyyət göstərdiyi makroiqtisadi mühit təhlil olunmuş, bank sisteminin vəziyyəti, riskləri, dayanıqlığı qiymətləndirilmiş, eləcə də bank olmayan kredit təşkilatları, sığorta sistemi və kapital bazarları ilə bağlı təhlillər aparılmışdır. Hesabatın hazırlanmasında maliyyə sabitliyinin təhlili üzrə beynəlxalq təcrübədə istifadə olunan təhlil metodlarından istifadə edilmişdir. Ümumilikdə, maliyyə sabitliyi hesabatının hazırlanması ölkədə maliyyə sabitliyi infrastrukturunun və maliyyə sabitliyinin gücləndirilməsinə xidmət edir.

Maliyyə sabitliyi hesabatı ən uyğun beynəlxalq təcrübələr nəzərə alınmaqla dövri əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilməklə elektron versiyada dərc olunur.

2022-ci ilin I yarımilinin nəticələri üzrə Maliyyə sabitliyi hesabatı ilə aşağıdakı linkdə tanış olmaq olar:

Comments are closed, but trackbacks and pingbacks are open.