Gömrükdən rüsumsuz nə qədər mal keçirmək olar? SİYAHI
Müalicə sxemi xəstəliyin əlamətlərinin kəskinləşmə dərəcəsindən, düyünün ölçüsündən asılıdır.
Uşağa əti neçə aydan sonra vermək olar?
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, həm təbii (ana südü), həm süni (adaptasiya olunmuş süd qarışıqları – “smes”) şəkildə qidalandırılan uşağa yalnız 6 aydan sonra əlavə yeməklər (sıyıqlar, pürelər və s.) vermək olar.
Mütəxəssislər kəsmik (kefir), südlü və südsüz sıyıqlar və ya tərəvəzlərdən başlamağı tövsiyə edir.
Yeni qidanın verilməsinin bir neçə qaydası var:
– Yeni qida yalnız tam sağlam uşağa (hərarət normadadır, ishal, qəbizlik yoxdur, öskürmür və s.) verilə bilər.
– İstənilən yeni qida əsas yeməkdən (ana südü və ya “smes”) əvvəl verilməlidir.
– Az miqdarlardan başlamaq və tədricən (5-7 gün ərzində) artırmaq lazımdır. 5-7 gün ərzində yalnız 1 yeni məhsul verilə bilər.
– Uşağa yeni qida verdikdə dərinin vəziyyətinə (səpgilər ola bilər) və nəcis ifrazına (ishal, qəbizlik ola bilər) fikir verin. Pozulmalar əmələ gəlibsə, uşağa bu qidanı verməyin.
Ət uşaq üçün çox vacib məhsuldur. Ət uşağa 8 aydan sonra verilə bilər. Əti əvvəl püre, daha sonra kiçik küftələr şəklində vermək olar. Mal və ya quzu ətindən başlamaq lazımdır. İlk dəfə yarım çay qaşığı verin, növbəti gün 1 çay qaşığı və s. 8-9 aylarda uşaq hər gün 30-40 qr, 11-12 aylarda – 50-70 qr ət yeyə bilər. Uşaq gündə 1 dəfə ət yeməlidir. Əti uşağa tanış olan tərəvəz və ya sıyıqla (qarabaşaq, düyü) vermək olar.
Toyuq əti allergik məhsuldur və bu səbəbdən onu daha gec vermək və uşağın orqanizminin reaksiyasına nəzarət etmək lazımdır.
Saglamolun.Az
Gömrükdən rüsumsuz nə qədər mal keçirmək olar? – SİYAHI
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Komitədən BAKU.WS-ə verilən məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 305 saylı Qərarı ilə bağlı həqiqətə uyğun olmayan, gömrük orqanlarının fəaliyyətinə kölgə düşürəcək şərhlərə imkan yaradan, sensasiya xarakterli məlumatlar yayılıb.
Komitə bildirir ki, Nazirlər Kabinetinin 305 saylı qərarı 2013-cü ildə qüvvəyə minməsinə və qüvvəyə mindiyi andan tətbiq edilməsinə baxmayaraq sənəd şərh edilərkən məhdudiyyətlərin yeni olduğuna dair iddialar irəli sürülür. Halbuki bununla bağlı indiyə qədər DGK tərəfindən onlarla açıqlamalar verilib, reklam çarxları hazırlanıb, hətta gömrük xidmətinin jurnalistlər üçün təşkil etdiyi təlimlərdə bu qərardan ayrıca bəhs olunub.
Ən çox müzakirə edilən məsələ isə qeyri-kommersiya, yəni şəxsi istifadə məqsədilə və 305 saylı qərarda nəzərdə tutulandan artıq miqdarda gətirilən mallarla bağlıdır. Belə ki, istər KİV-də, istərsə də sosial şəbəkələrdə bəziləri qanunvericlikdə nəzərdə tutulandan artıq miqdarda gətirilən malların müsadirə ediləcəyini, bəziləri anbara vurulacağını, bəziləri geri qaytarılacağını bildirirlər. Bu məsələ Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları“ haqqında 305 saylı qərarında aydın şəkildə öz əksini tapıb.
Qərarın 1.5 bəndində bildirilir ki, fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydaların 2.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir.
Yəni gömrük sərhədinə idxal nəzarəti zonasından daxil olan hər bir şəxsin gətirdiyi eynicinsli malların miqdarı nəzərdə tutulan miqdardan, yəni 2 ədəddən artıq olarsa, həmin şəxsin hansı mütəmadiliklə xaricə səfər etdiyi, hansı malları gətirdiyi müəyyənləşdirilir. Qanunvericilik miqdardan artıq olan malların kommersiya, yaxud qeyri-kommersiya məqsədləri üçün gətirildiyini müəyyən etməyi də xüsusi qaydalar əsasında gömrük orqanına həvalə edib.
Gətirilən malların dəyəri qanunda nəzərdə tutulandan artıq olduqda isə 305 saylı qərarın 2.2 bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndləri ilə müəyyən edilmiş hədlərdən artıq olduğu halda, ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçirilir.
Yəni malların şəxsi istifadə məqsədilə gətirildiyi müəyyən edilərsə, 3-cü və daha artıq malların gömrük dəyərinə əsasən hesablanan gömrük ödənişi həyata keçirilir və ya gətirlən 1 və ya 2 ədəd malın dəyəri 1500 ABŞ dollarından çoxdursa, ümumi gömrük dəyərindən 1500 dollar çıxılır və qalan məbləğə görə gömrük ödənişləri həyata keçirilir.
Eyni zamanda malların kommersiya məqsədilə gətirildiyi müəyyən edilərsə, həmin mallar akt tərtib edilərək saxlanc anbarına qoyulur və ekspertizanın rəyinə əsasən müvafiq qərar qəbul edilir.
Aparılan araşdırma zamanı o da məlum olub ki, 195 qaynar xətti vasitəsilə sualları cavablandıran gömrük əməkdaşı qanunvericiliyin tələblərinə uyğun olaraq bütün detallarla bağlı düzgün və ətraflı izah verib. Lakin gömrük əməkdaşının verdiyi izahı birbaşa eşitməyənlərin yanlış şərh olunmuş məlumatlarla hazırlanan yazını əsas götürərək gömrük orqanlarının fəaliyyəti haqqında ironik çıxışları naşılıq, qeyri-peşəkarlıqdır və yolverilməzdir. Əks halda görünür bu naşılıq və ya qeyri-peşəkarlığı görməməzlikdən gəlmək, gömrük orqanlarının fəaliyyətinə kölgə düşürmək onların şəxsi mənafeələrinə daha uyğundur.
Son dövrlərdə Azərbaycanda gömrük işinin səmərəli, müasir standartlara və çağırışlara uyğun, şəffaf və çevik şəkildə həyata keçirilməsi məqsədilə ortaya qoyulan siyasi iradə, istər ölkə rəhbərliyi, istərsə də dünyanın ən mötəbər gömrük mütəxəssiləri tərəfindən təqdirlə qarşılanan və yüksək qiymətləndirilən icra mexanizmi və fəaliyyət var. Lakin dəfələrlə edilən əməkdaşlıq çağırışları və tövsiyələrə baxmayaraq cəmiyyətin intellektual hissəsi hesab edilən, yenilikləri ən tez eşidən və tətbiq edən jurnalistlərin gömrük sahəsində görülən işlərə etinasız yanaşması, şəxsi mövqedən və mənafedən çıxış etməsi ən azı təəssüf doğurur.
Mioma
Uşaqlığın mioması qadın cinsiyyət orqanı xəstəliklərinın 12-25%-ni təşkil edir. Bu xoşxassəli törəməyə reproduktiv dövrün sonunda və ya klimaksdan əvvəl təsadüf olunur. Xəstəlik bəzən ultrasəs müayinəsində təsadüfən aşkarlanır, digər hallarda isə qanaxma və ağrı ilə özünü büruzə verir.
Mioma nədir?
Uşaqlığın mioması (digər adı leyomioma) uşaqlığın əzələ qatı miometriumdan yaranır. Miomatoz düyün – həlqəvari saya əzələ liflərinin xaotik şəkildə bir-birinə ilişərək, yumaq əmələ gətirməsi ilə xarakterizə edilir.
Düyünlərin ölçüsü 1 neçə mm-dən 1 neçə sm-ə qədər olur. Nadir hallarda çox böyük ölçü və çəkiyə malik düyünlər aşkarlanır. Tibb ədəbiyyatlarında qeydə alınan ən böyük düyün 63 kq ağırlığındadır.
Miomanın yaranma səbəbləri
Bu xəstəliyin inkişaf amilləri müxtəlifdir. Onun səbəb və risk faktorlarından bir neçəsinə nəzər salaq:
- hormonal disbalans;
- ilkin menstruasiyanın gec başlanması;
- abortlar;
- hipodinamiya, stress və piylənmə və s.
Mioma haqqında – inkişaf mexanizmi
Hər bir düyün saya əzələ hüceyrəsinin düzgün bölünməməsi nəticəsində əmələ gəlir. Uşaqlığın mioması hormondanasılı şişdir. Bu aşağıdakı faktlarla sübut olunur:
- şişdə cinsi hormonlara həssas reseptorların yerləşməsi;
- mioma estrogen səviyyəsinin ən yüksək olduğu yaşlarda, reproduktiv dövrdə əmələ gəlir;
- klimaks mərhələsində, yəni estrogenlərin səviyyəsi minimuma çatdıqda mioma geriyə edərək, kiçilir;
- klimaks dövründə olan bəzi qadınların estrogen preparatları qəbul etməsi ilə əlaqədar mioma yaranması;
Mioma haqqında – təsnifat
Düyünlərin sayına görə:
Düyünlərin yerləşməsinə görə:
- selikaltı qatda yerləşən (submukoz) düyünlər). Bu törəmələr uşaqlıq boşluğuna yaxın yerləşir. Digər formalara nisbətən az rast gəlinir. Bəzən nazik ayaqcığa malik olub, uşaqlıq boynuna və ya yoluna enir. Bu halda ona “doğulmuş mioma” deyilir.
- əzələarası düyünlər (intestisial, intramural). Uşaqlıq divarının əzələ qatında formalaşır.
- subseroz düyünlər. Uşaqlığın xarici qatı sayılan seroz qişada yaranır. Düyünün kiçik əsası ola bilər, belə halda ona “ayaqcıqlı düyün” deyilir.
- uşaqlığın bağarası düyünləri (intraliqamentar mioma)
- uşaqlıq boynunda mioma.
Dünya üzrə qadınların 50-61%-də interstisial, 26-35%-də intramural, 13%-də isə submukoz mioma aşkarlanır.
Miomanın əlamətləri
Tipik miomanın əlamətləri aşağıdakılardır:
- menorragiya – aybaşı zamanı qanın normadan artıq gəlməsi;
- qarnın aşağısında təzyiq hissi;
- çanaq və qarın nahiyəsində ağırlıq;
- ağrılı aybaşılar.
Mioma – diaqnostikası
Uşaqlığın xoşxassəli törəməsi USM vasitəsilə təyin edilir. Bəzən düyünlər qarışıq quruluşa malik olur. Belə vəziyyətlərdə yumurtalıq xərçənginin uşaqlığa metastazı ilə differensial diaqnostika məqsədilə MRT (maqnit rezonans tomoqrafiya) aparılır.
Miomanın müalicəsi
Müalicə sxemi xəstəliyin əlamətlərinin kəskinləşmə dərəcəsindən, düyünün ölçüsündən asılıdır.
Konservativ (dərmanla) müalicə
- Traneksam turşusu. Menorragiyalar zamanı effektiv vasitə hesab olunur. Bu maddə endometrial plazminogeni blokada edərək, tromblaşmanın qarşısını alır. Klinik araşdırmalara əsasən dərmanın istifadəsindən sonra menstrual qanaxmanın miqdarı 1/3 ölçüdə azalır.
- Qonadotropin relizinq hormonunun antoqonistləri. Hipofizdə qonadotrop hormonların sintezini zəiflədir, estrogen əleyhinə təsir göstərərək, düyünün ölçüsünü kiçildir.
Mioma əməliyyatı
Son zamanlara qədər histeroektomiya (uşaqlığın xaric edilməsi) miomanın müalicəsində yeganə cərrahi üsul sayılırdı. Hazırda bu metod daha az istifadə olunur. Onun əvəzinə yüksək effektivliyi və minimal zədələnmə riski ilə seçilən üsullar tətbiq edilir. Subseroz mioma laparoskopiya, submukoz düyünlər isə histeroskopiya vasitəsilə kəsilib götürülür.
Uşaqlıq arteriyalarının embolizasiyası
Bu metodla mioma əməliyyatı uşaqlıq arteriyalarında qan axınını dayandırılmaqla, düyünün qidalanmasının qarşısını alır. Nəticədə mioma düyünləri birləşdirici toxuma ilə əvəzlənir. Əməliyyat minimal invaziv, yəni az travmatik metodlara aiddir: qadının bud arteriyasından kateter yeridilir, uşaqlıq arteriyasına çatdıqda embolizasiya materialı ilə axın dayandırılır. Xəstə 1 gün hospitalizasiyadan sonra evə yazılır.
Fokuslanmış ablasiya
Müalicənin mahiyyəti yüksək intensivlikli fokuslanmış ultrasəs dalğalarla mioma toxumalarının yandırılmasından ibarətdir. Bu zaman toxumalarda termiki nekroz və destruksiya (dağılma) baş verir. Müdaxilə MRT aparatının nəzarəti altında qarnın ön divarından aparılır. MRT dalğaların lokalizasiyasını və temperaturunu tənzimləyir.
Mioma və hamiləlik
Mioma ilə ciftin təması nəticəsində ciddi ağırlaşmalar baş verə bilər. Bundan başqa düyünlərin ölçüsü böyük əhəmiyyət kəsb edir. Kiçik ölçülü mioma düyünləri hamiləlik zamanı adətən heç bir fəsad vermir. İri düyünlər isə düşüklə nəticələnə bilər.
Mioma nəticəsində düşüklərin baş vermə səbəbləri:
- uşaqlıq yığılmalarının güclənməsi. Mioma düyünləri xüsusi maddə – prostaqlandin sintez etməklə, uşaqlıq əzələlərinin yığılmasını sürətləndirir.
- uşaqlıqda qan dövranının pozulması
- neyroendokrin pozğunluqlar
- xroniki infeksion xəstəliklər
- endometriumun hiperplaziyası
Mioma və hamiləlik – II və III trimestr
İri ölçülü düyünlər böyüyən dölə təzyiq göstərə bilər. Bu zaman vaxtından əvvəl doğuş, dölün ölümü müşahidə edilə bilər.
Mioma dölə təzyiq etdiyindən bəzən kəllə deformasiyası ilə əyri boyunlu uşaqlar doğulur. Bundan başqa iri mioması olan qadınların dünyaya gətirdiyi uşaqlarda çəki defisiti qeydə alınır. Onların çəkisi normadan az olur.
Əgər Sizdə də uşaqlığın mioması varsa, hamiləlik planlamadan öncə müalicə olunmağınız məsləhətdir.
Comments are closed, but trackbacks and pingbacks are open.