Press "Enter" to skip to content

Pişiklər nə qədər yaşayır? Pişiklərin orta ömrü haqqında faktlar

Geyimə verilən tələblərdə əsas şərt odur ki, geyim şəxsin öyrənən və ya öyrədən olduğunu bildirsin. Geyim ala-bəzək, gözqamaşdıran olmasın, bədəni, hərəkət üzvlərini sıxmasın, canın havadan qidalanmasını məhdudlaşdırmasın.

Ukrayna

Uzun illərdən bəri ölkə ictimaiyyətini, valideynləri, ziyalıları narahat edən bir məsələni – təhsilimizin əsas siması olan müəllimlərimizin geyimləri ilə bağlı problemləri araşdırmağı, təcrübəli təhsil işçiləri, mütəxəssis və ekspertlərlə birgə müzakirə etməyi qərara aldıq.

Araşdırmalarımıza ilk olaraq paytaxtın bir neçə orta ümumtəhsil məktəbindən başladıq. Qocaman müəllimlərlə, valideynlərlə, müəssisə rəhbərləri ilə söhbətləşdik. Apardığımız çoxsaylı müzakirələrdən məlum oldu ki, müəllimlərin geyimi bəzi müəssisələrdə qaneedici olsa da, çoxsaylı məktəblərimizdə müəllimə, çalışdıqları təhsil ocağına yaraşmayan geyim tərzi nümayiş etdirənlər də az deyildir.

Mütəxəssislərlə söhbətlərimizdə o da vurğulandı ki, müəllimlərin qeyri-düzgün geyim forması müəllim nüfuzuna, şagirdlərin tərbiyəsinə, tədrisin keyfiyyətinə ciddi təsir göstərən əsas amillərdən biridir. Övladlarının təhsilini, tərbiyəsini etibar etdikləri şəxslərin açıq-saçıq geyimləri, həddən ziyadə taxdıqları zinyət əşyaları, istifadə etdikləri parlaq və şit boyalı bəzəklər, kosmetikalar bəzən bu müqəddəs peşə sahiblərinə olan inamın azalmasına gətirib çıxarır. Bu kimi hallardan narahatlıq hissi keçirən valideynlər də düşünürlər ki, belə vəziyyət övladlarına mənfi təsir edir, təhsil prosesi zamanı onların fikrini yayındırır. Bundan başqa, şagirdlər arasında həmin müəllimlər müzakirə obyektinə çevrilir, bəziləri həmin müəllimləri hətta özlərinə örnək götürürlər.

Məsələnin digər tərəfi isə belə müəllimlərin həmkarlarına da mənfi təsir göstərməsidir. Bəziləri bunu müasir dövrlə əlaqələndirib normal hesab etsə də, bir çoxları isə müəllimlər üçün standart geyim forması olmasının tərəfdarıdır. Yeri gəlmişkən qeyd edək ki, artıq paytaxtın bir neçə orta ümumtəhsil məktəblərində bu kimi halların qarşısının alınması məqsədilə müəllimlərin vahid geyim forması tətbiq edilir. Bundan başqa, araşdırmalarımız nəticəsində məlum oldu ki, dünyanın müxtəlif ölkələrində də müəllimlər üçün vahid geyim formalarından istifadə olunur.

Nəzərinizə çatdıraq ki, bu məsələ Təhsil Nazirliyinin də diqqət mərkəzindədir. Ötən il nazirlik tərəfindən qəbul edilmiş “Müəllimlərin etik davranış qaydaları”nda da müəllimin geyimi ilə bağlı məsələlər öz əksini tapıb. Məsələnin aktuallığını və ictimaiyyətin narahatlığını nəzərə alıb, mövzu ilə bağlı bir sıra təhsil mütəxəssisinin fikirlərini nəzərinizə çatdırırıq.

Pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev deyir ki, orta əsrlərdən başlayaraq, inkişaf edən ölkələrdə, dini və dünyəvi məktəblərdə məktəbli (öyrənən) və müəllim (öyrədən) geyiminin gündəlik, iş, şadlıq, toy, bal-maskarad geyimlərindən fərqli olması diqqətdə dayanıb və reallaşdırılıb.

Geyimə verilən tələblərdə əsas şərt odur ki, geyim şəxsin öyrənən və ya öyrədən olduğunu bildirsin. Geyim ala-bəzək, gözqamaşdıran olmasın, bədəni, hərəkət üzvlərini sıxmasın, canın havadan qidalanmasını məhdudlaşdırmasın.

Məktəbli geyim forması tərbiyəvi mahiyyətdə olduğundan, qorunub saxlanılıb. Amma iqtisadi çətinliklər ucbatından müəllimlər üçün məxsusi geyim forması tələb edilməyib. Tələb edilən bu olub ki, müəllimlər səliqəli geyinməli, görünüşcə, davranışca nümunəvi olmalıdırlar.

Düşünürəm ki, hazırda Azərbaycan Respublikası təhsil nazirinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları” dönmədən yerinə yetirilərsə, normallıq təmin edilə bilər. “Qaydalar”da müəllimin necə geyinməsi tələbləri də öz əksini tapır. Göstərilir ki, müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.

“Xarici görkəminə fikir vermək” o deməkdir ki, kişi müəllimin üzü həmişə təraşlı (tüksüz, saqqalsız), saçı (varsa) daraqlı və səliqəli (çiyninə tökülmüş vəziyyətdə, yaxud uzadılıb düyünlənmiş və s. yox), qadın müəllimin isə üzü təbii görkəmində (ifrat pudralanmış, maskalanmış, gözü rənglənmiş, kiprikləri oxlanmış və s. yox) olmalıdır.
“Geyiminə xüsusi fikir vermək” odur ki, kişi müəllim səliqəli, saya köynək geyməli (şit rəngli, əndazəsiz, üzərində yazılar olan köynək yox), qalstuk taxmalıdır. Həmçinin kostyum geyimində də bu tələbi yerinə yetirməlidir.
Qadın müəllim geyimində daha diqqətli olmalıdır. Sinəsi açıq, hədsiz dərəcədə dar və ya gödək, üzəri şəkilli və ya yazılı paltar, o cümlədən şalvar geyməməlidir. Etik, fizioloji ziyandan, ictimai rişxənddən özünü qorumalı, geyimi ilə də tərbiyəvi örnək təsiri göstərməyə çalışmalıdır.

Hər bir təhsil ocağı istər öyrənənlərin, istərsə də öyrədənlərin Təhsil Nazirliyinin “Qaydalar”ına əməl etməli olduqlarını anladan təsirlərdən istifadə etməlidir. Bəzi ali məktəblərdə tələbələrin geyim səliqəsinə və xarici görünüş normallığına əməl etmədikləri diqqət çəkir. Tələbələrdən bəziləri üzü tüklü, müxtəlif formada saqqal saxlayaraq, dərsə gəlirlər. Düşünürəm ki, təhsil ocaqlarında “Qaydalar”ın tətbiqinin gücləndirilməsi, tələblərin yerinə yetirilməsinin vərdişə, etik normaya çevrilməsi bəs edər, məxsusi geyim formasına ehtiyac qalmaz.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, əməkdar müəllim Məhəbbət Vəliyevanın sözlərinə görə, günü-gündən müasirləşən və sürətlə inkişaf edən ölkəmizdə cəmiyyətin ən aparıcı qüvvələrindən biri də müəllimdir. Təbii ki, müasir dövrün öz tələbləri var və çağdaş insan dövrün tələbləri ilə uyğunlaşmağa çalışır. Hər bir insan haqqında ilk təsəvvür yaradan vacib faktorlardan birincisi onun xarici görünüşü, geyimi ilə müəyyənləşir. Əbəs yerə deməyiblər ki, geyimə görə qarşılayıb, ağıla görə yola salırlar. Düşünürəm ki, müəllim bir tərbiyəçi kimi ilk əvvəl xarici görünüşü ilə öz daxili aləmi, mədəniyyəti haqqında rəy formalaşdırmaqla yanaşı, eyni zamanda qarşısındakını da bu yolla tərbiyə edir. Buna görə də müəllimin geyim tərzi onun üçün həm də bir tərbiyə vasitəsidir. Bəs gəlin görək, bu məsələ ilə bağlı vəziyyət necədir? Düşünürəm ki, müəllimləri xarici görünüşünün təsnifatına görə müxtəlif kateqoriyalara bölmək olar.

Birincisi, elə müəllimlərimiz var ki, yaşından, sosial durumundan, həyat və peşə təcrübəsindən asılı olmayaraq onlar istər rəsmi, istərsə də qeyri-rəsmi şəraitdə, hətta küçədə gedərkən belə müəllim olduğu müəyyənləşir. Onların sanki çöhrəsindən, davranışından, danışığından, ədəb-ərkanından və ən başlıcası görünüşündən ziyalı, müəllim təbəqəsinə aid olduğu aydın görünür. Təbii ki, bu müəllimlər həmişə hamı tərəfindən sevilib, cəmiyyətdə böyük nüfuz və hörmət sahibi olmaqla yanaşı yetirmələri onlara daim pərəstiş edib, həmin müəllimləri özlərinə kumir seçiblər. Bu kateqoriyaya aid olan müəllimləri “klassik müəllim” kimi səciyyələndirmək olar.

İkinci kateqoriya müəllimlər isə “müasir müəllim” ki, onların bu müasirliyini qələmə verən xarici görünüşlərində dəblə yanaşı gözəl zövq, müxtəliflik, cazibədarlıq nümayiş olunur. Gəlin razılaşaq ki, geyimin münasibliyi və gözəlliyi, müasirliyi yalnız “zövqün gözəlliyi” anlayışı ilə müəyyənləşmir. Bu məsələ özü- özlüyündə xüsusi yanaşma tələb edir və düşünürəm ki, burada zəngin dünya görüşü də rol oynayır. Həmin müəllimlərə baxdıqda Şərqlə Qərbin, keçmişlə müasirliyin vəhdətini görmək olur. Məncə, bu müəllimlər də bir tərbiyəçi kimi şagirdlərdə xüsusi zövq formalaşdırır, həmçinin, xarici görünüşün insanın həyat və fəaliyyətində nə qədər önəmli yer tutduğunu öz şəxsi nümunələrində ifadə edirlər.

Üçüncü kateqoriyaya isə, təəssüf ki, elə müəllimlərimiz daxildir ki, onların xarici görünüşü şagirdlərdə yanlış təsəvvür, zövqsüzlük tərbiyə edir. Bu müəllimlər açıq-saçıq, “təhsil və tərbiyə ocağı” adlanan məktəbə qətiyyən uyğun olmayan geyimləri, aşırı bər-bəzəkləri və davranışları ilə şagirdlərə yanlış və eyni zamanda mənfi təsir göstərir. Bununla yanaşı qeyd edim ki, belə müəllimlər arasında çox səriştəli, peşəsinin vurğunu, yüksək elmi savada malik müəllimlərə də rast gəlmək olar. Lakin geyim tərzi və ümumilikdə xarici görünüş hər şey demək deyilsə də, qeyd etdiyim bir çox faktorları güclü səciyyələndirir. Bu zaman müəllimin davranışının, danışığının, jest və mimikasının, maneralarının onun xarici görünüşü ilə vəhdət təşkil etdiyini unutmaq olmaz. Lakin bu da ayrı bir müzakirənin mövzusudur. Belə olan təqdirdə sual oluna bilər: görəsən müəllimlər vahid forma geysələr yaxşıdır, yoxsa hazırkı vəziyyət? Mən vahid formanın tərəfdarı deyiləm. Fikrimcə, məktəb elə bir yaradıcı, canlı orqanizmdir ki, o öz rəngarəngliyi, müxtəlifliyi ilə seçilməlidir. Lakin bununla yanaşı, mən məktəbdə müəyyən çərçivənin olmasının tərəfdarıyam. Məktəbdə çalışanlar yetişməkdə olan yeni nəslin tərbiyəsi ilə məşğul olduqlarını bir an belə unutmamalıdırlar. Məhz bu faktor təlim-tərbiyə ocağında çalışan hər bir insana bu məsələyə çox ciddi yanaşmaq və xarici görünüşünü düzgün tənzimləmək üçün yetərli əsas verir. Düşünürəm ki, müəllimin geyim tərzi ilk növbədə təmiz, səliqəli, ədəbli və rahat olmalıdır. Əminəm ki, maddi durumundan, sosial vəziyyətindən və digər amillərdən asılı olmayaraq hər bir müəllim bu tələbləri ödəyə bilər. Lakin təbii ki, bunlarla yanaşı, yüksək zövq, eleqantlıq və başqa bu kimi amillər də xarici görünüşdə öz əksini tapmalıdır.

Müəllimlərin görünüşündə açıq-saçıqlıq, hədsiz rəngarənglik, yersiz makiyaj, uzun saqqal və sair kimi amillər yolverilməzdir.

ADPU-nun filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov dryir ki, məktəbdə nizam-intizamın yüksəlməsində, müəllim obrazının cəmiyyətə təqdim olunmasında, simasının, görkəminin nümunəyə çevrilməsində geyimin rolunu inkar etmək olmaz. Müəllimin geyiminin şagirdlərin, tələbələrin tərbiyəsinə təsiri daha çox vurğulansa da onun təhsilin keyfiyyətinə mənfi təsirini söyləyənlərin də fikirlərində həqiqət var. Belə ki, geyim təhsilin keyfiyyətinə təsir göstərən amillərdən biri ola bilər. Ümumiyyətlə, müəllimlərin geyimi məsələsi təkcə bizdə deyil, digər ölkələrdə də müzakirə mövzusudur. Məsələn, bir neçə il bundan əvvəl bu məsələ qonşu Türkiyə, Rusiya və digər ölkələrdə müzakirə olunub, lakin öz həllini tapmayıb.

Mənə elə gəlir ki, müəllimin geyimi ilə bağlı aşağıdakılara xüsusi diqqət göstərmək lazımdır: Birincisi, müəllimlərin geyimi sadəliyi, səliqəliliyi, təmizliyi ilə seçilməlidir. Axı müəllim şagirdin, tələbənin qarşısında, eləcə də cəmiyyətdə diqqət mərkəzindədir. İkincisi, qadın müəllimlər birdəfəlik şalvardan imtina etməlidirlər. Şalvar qadın müəllimlərin qarderobunda olan geyim növü deyildir.

Üçüncüsü, qadın müəllimləri qısa yubkalardan, bər-bəzəkli parçalardan tikilmiş geyimlərdən uzaq olmalıdırlar. Bəzən bər-bəzəkli parçalardan tikilmiş geyimlərin üzərindəki parlaq rənglər, müxtəlif rəngarəng şəkillər müəllim obrazına kölgə salır, nüfuzuna xələl gətirir.

Dördüncüsü, qeyri-adi saç düzümündə, qır-qızıl, bər-bəzəklə məktəbə gəlmək, sinfə daxil olmaq təhsilin keyfiyyətinə mənfi təsir göstərər. Bunlar şagirdlərin diqqətini yayındırır, müəllimin tərbiyəçi siması kölgədə qalır.

Beşincisi, kişi müəllimlər kostyum geyinməli, qalstuk taxmalıdır. Bu, kişi müəllimlərin imici kimi onlara nüfuz və hörmət gətirir.

Beləliklə, kişi müəllimlər də, qadın müəllimlər də müəllim adına yaraşan geyim geyməlidir. Bir suala da cavab axtarmalıyıq. Müəllimlərin vahid forma geymələri onların sosial statusuna, şagirdlərin isə hisslərinə nə dərəcədə təsir edə bilər? Tarix boyu əsl müəllimlər müəllim adına yaraşan geyimlə məktəbə gəliblər. Şagirdlər isə onları qəbul edib və onlardan öyrəniblər. Ona görə də müəllim adına yaraşan geyimlə müəllimin məktəbə gəlməsinin, dərs deməsinin tərəfdarıyam. Ancaq vahid formanın olması müəllimlər arasındakı silki fərqlərin aradan qaldırılmasına da müsbət təsir göstərə bilər. Bundan başqa, müəllimlər vahid geyimdə olsa, şagirdlər müəllimin biliyinə daha düzgün yanaşar, onların biliyi daha üstün mövqeyə keçər.

Psixoloq Gülnar Hüseynova isə hesab edir ki, şagirdlər hələ uşaq yaşlarından evdə valideynlərindən, məktəbdə isə müəllimlərindən istər davranış, istərsə də geyim baxımından örnəklər alır və bunu tətbiq etməyə çalışırlar. Bu baxımdan təhsil ocaqlarında müəllimlərin geyiminə xüsusi diqqət verməsi vacibdir. Bəs görəsən müasir müəllimin geyimi necə olmalıdır?

Şagirdlər müəllimləri necə görmək istəyir?

Bu çox aktual sualdır və şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün vacib amildir. Mövzu ilə bağlı psixoloqlar tərəfindən şagirdlər arasında sorğular aparılıb. Sorğuda şagirdlərə “Müəllimlərlə ilk görüşdə siz nəyə çox fikir verirsiz” sualı ünvanlanıb. Cavablarda ən çox “geyiminə”, “saç düzülüşünə”, “xasiyyətinə” öz əksini tapıb. Gördüyünüz kimi, şagirdlər müəllimin daha çox xarici görünüşünə fikir verirlər və öz geyimlərində bunu əks etdirməyə çalışırlar. Bu baxımdan müasir müəllim öyrətməklə yanaşı, həm də tərbiyəçi funksiyasını daşıyır. Bütün bunları nəzərə alsaq müəllim öz imicini düzgün formalaşdırmalı, gələcək nəsillərə nümunə olacaq bir geyim və davranış nümayiş etdirməlidir. Bundan başqa, müəllim öz xarici görünüşü ilə öz şəxsiyyətinə, fənninə və onun incəliklərinə maraq yarada bilər. Əks halda isə yəni açıq-saçıq geyimlər və cəlbedici aksessuarlarla şagirdlərin qarşısına çıxarsa onların diqqəti tezliklə yayınar və dərsə qarşı maraq azalar.

Bundan başqa, müəllim təkcə geyiminə deyil, həmçinin səliqəyə və təmizliyə də xüsusi fikir verməlidir. Bu kimi hallar şagird şəxsiyyətinin formalaşmasında çox mühüm rol oynayır. Onların gələcəkdə bir şəxsiyyət kimi cəmiyyətdə yer tutmasına müsbət təsir edir. (“Azərbaycan” qəzeti)

Pişiklər nə qədər yaşayır? Pişiklərin orta ömrü haqqında faktlar

“Bir roman ortalama bir pişik qədər yaşamaq üçün son dərəcə yaxşı olmalıdır.” Bu aforizm, Chesterfield’in Dördüncü Qrafı Philip Stanhope-a geniş yayılmışdır. Lord Chesterfield, romanların yeni populyarlaşdığı dövrdə İngilis ədəbiyyat tarixini yaşadı və artıq bütün medianın müvəqqəti olduğu hissi var idi. Bu yaş idi Robinson KruzoGulliver’s Travels, bu gün də oxunan iki roman, eyni zamanda Artıq SevgiHermsprong, böyük ölçüdə unudulmuş iki. Chesterfield nəyi düşünürdü? Pişiklər orta hesabla nə qədər yaşayır?

Bir pişiyin ömrü barədə faktlar nədir? Budur Catster, ortalama pişik ömrü ilə bağlı araşdırma apardıq və lazım olan bütün məlumatları əldə etdik. Rəqəmləri sarsıtdıq və sizə deyə bilərik ki, romanlar kimi, pişiklərin də ömrü ətraf mühit, pəhriz və sağlamlıq daxil olmaqla müxtəlif şərtlərdən asılıdır. “Pişiklər nə qədər yaşayır?” Sualından tutmuş hər şeyə dair məlumat verəcəyik. “mövcud” ən yaşlı yaşayan pişiyin orta yaşına, kənar yaşların ortasına və qapalı və açıq pişiklərin ömrü üçün.

Bir pişiyin orta ömrü nə qədərdir?

Bir pişiyin orta ömrü müxtəlif amillərdən asılı olaraq dəyişir. Fotoqrafiya © sjallenphotography | Thinkstock.

Pişiklər nə qədər yaşayır? Ətraf mühit, istismar, sağlamlıq və pişiyin cəsarətlənmiş və ya neytrallaşdırılmış olması – bütün bu amillər orta ömür haqqında düşünərkən vacibdir. Sterilizasiya əhəmiyyətli bir faktor ola bilər. Spaying və sterilizasiya, yaşlı yaşda bir pişikin reproduktiv sistemini təsir edə biləcək xəstəliklərin inkişaf riskini aradan qaldırır. İndiki tibbi və pəhriz inkişaflarına çıxmaqla, ideal pişikin 20 yaş və daha yuxarı yaşaya biləcəyi “ola bilər” və ya “ola bilər” İnternetdə bir həqiqətə çevrildi. Orta ev pişiklərini müzakirə edən 10 nüfuzlu saytın anketinə əsasən, rəqəmlər daha uyğun deyil, 10 ilə 20 il arasında dəyişir. Evdəki pişiklərin orta ömrü 15.1 ilə çatır.

Pişik cinsi, ömrünə gəldikdə, əlbəttə ki, bir amildir. Hər pişik cinsinin ömrünü sadalaya bilərik, amma sonra əbədi olaraq burada olardıq. Araşdırmamız qarışıq cins pişiklərin, ümumiyyətlə, daha təmiz və saf pişiklərdən daha uzun yaşadıqlarını göstərir. Müəyyən bir cinsin uzunömürlülüyü ilə bağlı bir sualınız var? Zəhmət olmasa Catster Cat Breed kompendiumuna müraciət edin! Budur, Lord Chesterfield kimi, “ortalama pişik” ilə maraqlanırıq. Dişi pişiklər orta hesabla kişi pişiklərdən bir-iki il daha uzun yaşayır. Daxili pişiklər orta hesabla açıq pişiklərdən daha uzun yaşayır. Orta hesabla vəhşi, evsiz və vəhşi pişiklər ev pişiklərindən daha qısa müddətdə yaşayırlar.

Bağlı pişiklər nə qədər yaşayır?

Çox araşdırdığımız bütün tədqiqatlar qapalı pişiklərin açıq pişiklərdən təxminən üç dəfə çox yaşadığını göstərir. Daxili pişiklər olduqda pişiklər nə qədər yaşayır? Bağlı pişiklər ümumiyyətlə sterilizasiya edilir, aşılanır və xarici dünyanın streslərindən, risklərindən və təhlükələrindən kənarlaşdırılır. Mütəmadi olaraq qidalanırlar və təzə və təmiz suya asanlıqla çatırlar.

Daha çox diqqət, diqqəti yayındırmağı tələb edirlər və piylənmədən qaçınmaq üçün kifayət qədər idman etmələri üçün təşviq edilməlidirlər. Xoşbəxtlikdən, diqqətli pişik sahibləri bütün bunları təmin edirlər. Saylar, ziyarət etdiyimiz bütün saytlar arasında 14 ilə 20 il arasında dəyişdi. Tarixə saldığımız rəqəmlərə əsasən, qapalı bir pişikin orta ömrü 16.875 ildir.

Xarici pişiklər nə qədər yaşayır?

Bir sıra çətinliklər açıq pişiklərin orta pişik ömrünü məhdudlaşdırmağa meyllidir. Əlbətdə ki, “çöldə” bir pişiyin yaşadığı yerdən asılı olaraq fərqli şeylər deməkdir. Şəhər, şəhərətrafı, kənd və ya uzaq bir yerdə yaşayırsınız? Neçə qonşunun açıq pişikləri var? Yırtıcı vəhşi həyatı bol olan bir yerdə yaşayırsınız? Yaxınlıqda vəhşi və ya sahibsiz heyvanlar varmı? Hava açıq havada yaşamaq üçün il boyu əlverişlidirmi? Yollara və prospektlərə nə qədər yaxın yaşayırsınız?

Bunlar, birə, gənə və digər parazitlərə və xəstəliklərə daha çox məruz qalma kimi məhdudlaşdırıcı amillərdir. Açıq havada pişiklər digər pişiklərlə döyüşlərdə və qırıntılarda da ola bilər və qəza riski artır. Bununla birlikdə, araşdırma, üstünlük verilən yerləri qeyd etmək və təbii idman etmək azadlığına da sahibdirlər. Daha çox gözlənilməz dəyişən olduğu üçün, rəqəmlər ümumiyyətlə yaxşı deyil və pişiklərin ömrü üç ildən 10 ilə qədər daha genişdir. Açıq havada pişiklərin ömür müddəti 5.625 ildir.

Pişiklər nə qədər yaşaya bilər?

Pişiklər nə qədər yaşaya bilər? Fotoqraf Ramon Espelt Photography / Shutterstock.

Eşitdiyimə görə “Amma mənim pişikim . ” Bu rəqəmlər hamısı ortalamadır. Pişikim Klesko həmişə açıq pişik olub və 15 yaşındadır. Hər zaman ortalamalara tab gətirməyən həddi aşanlar var. The Ginnesin Rekordlar Kitabı siyahıdakı ən qədim pişik yaşını 38 yaşında və üç günündə Texasda Austin şəhərində vəfat edən bir pişik olan Creme Puff, həqiqətən böyük, demək olar ki, anlaşılmaz bir yaşa çatdı. “İndiki” ən yaşlı yaşayan pişiyin yaşı daha dəyişkəndir, çünki bu məlumat istənilən an köhnələ bilər.

Son bir neçə illik məlumatları nəzərdən keçirərək, “indiki” ən yaşlı pişiyin yaşları 23-36 arasında dəyişdiyini gördüm. Son on ildə yaşayan ən yaşlı pişikin 29.857 yaşı var. Hazırkı rekordçu kimdir? Öz köhnəlməyimizi riskə qoymaqdansa, Guinness saytına müraciət etməyinizi məsləhət görürük. “Ən qədim pişik yaşayan” səhifəsindəki ağıllıca və açıq şəkildə hazırkı rekordçunun çevik və dəyişkən bir mövqedə olduğunu bildirir.

Bizə deyin: Pişikləriniz nə qədər yaşayıb? Pişiklərinizin neçə yaşında olduğunu eşitmək istəyirik! Sahib olduğunuz, eşitdiyiniz və ya gördüyünüz ən uzun ömürlü pişik nədir? Hekayələrinizi, şəkillərinizi və xatirələrinizi şərhlərdə paylaşın!

Kiçik şəkil: Fotoqrafiya © Indiah | Thinkstock.

Pişiklərin ömrü haqqında daha çox məlumatı Catster.com-da oxuyun:

İki pasportunuz varsa, Azərbaycan vətəndaşlığınızı itirərsinizmi? – Bir çox sualınıza cavablar

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən
İkili vətəndaşlıq, yoxsa iki vətəndaşlıq? – bu sual qəribə səslənsə də, bir çoxları ikili vətəndaşlıq yox, iki vətəndaşlıq ifadəsinə üstünlük verir. Çünki bəziləri həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlığını daşıyırlar. Azərbaycan qanunvericiliyinə görə, ikili vətəndaşlıq qanunsuzdur. “İki vətəndaşlıq” ifadəsi isə qanunvericilikdə yoxdur.

BAKU.WS BBC News Azərbaycancaya istinadən xəbər verir ki, Aynur Həsənovanın özü Azərbaycan vətəndaşı olsa da, oğlu həm Azərbaycan, həm də Türkiyə vətəndaşıdır. Onun oğlu Türkiyədə anadan olub, Azərbaycana gələndə isə buranın da vətəndaşlığını alıb.

Aynur Həsənovanın oğlu hazırda iki ölkənin vətəndaşıdır?

“Adətən, Azərbaycan pasportunu istifadə edirik. Bir dəfə sərhədçilərə səhvən oğlumun Türkiyə pasportunu verdim, amma mənə heç nə demədilər. Heç soruşmadılar ki, bu nədir, niyə iki pasportu var”.

Aynur Həsənova deyir ki, iki vətəndaşlığın olması onlar üçün rahatlıq yaradır və ümumiyyətlə, ikili vətəndaşlığın qəbul olunmasını istəyir: “Bibilərim, dayılarım, digər qohumlarım hamısı Rusiyada işləyir. Nə olsun ki, ikili vətəndaşlıq yoxdur?! Orda rus pasportunu göstərirlər, burda Azərbaycan. Bu olmasa, orda yaşamaq olmaz”.

Kimlər Azərbaycan vətəndaşı sayılır?

Konstitusiyanın vətəndaşlıq hüququ maddəsinə əsasən, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan vətəndaşıdır.

“Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”.

Konstitusiya nə deyir?

1995-ci ildə Konstitusiya qəbul olunanda 53-cü maddə vətəndaşlıq hüququnu təmin edirdi. Həmin maddədə deyilirdi ki, “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz”.

2016-cı ildə keçirilən referendumla konstitusiyaya dəyişiklik edilir və 53-cü maddədə qeyd olunan “heç bir halda” sözü çıxarılaraq “onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla” sözləri əlavə olunur.

Eyni maddənin ikinci bəndində isə deyilir ki, “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz”.

Hansı hallarda vətəndaşlıq itirilə bilər?

Vətəndaşlıq haqqında qanunun 16-cı maddəsində şəxsin hansı hallarda vətəndaşlığı itirə bilməsi qeyd olunur.

“Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir:
1) Digər dövlətin vətəndaşlığını könüllü əldə etmək;
2) Xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etmək;
3) Dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranış;
3-1) Terror fəaliyyətində iştirak və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirmək;
3-2) Dini ekstremist fəaliyyətdə iştirak, o cümlədən dini düşmənçilik zəminində dini məzhəbləri yayılmaq və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etmək və ya həmin münaqişəyə digər şəxsi cəlb etmək, yaxud bu məqsədlə sabit qrup yaratmaq, habelə dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçmək;
4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi.

“5 min manatadək cərimə və ya 480 saatadək ictimai iş”

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna 2014-cü ildə edilmiş dəyişikliklərdə deyilir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşları bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidirlər.

Cinayət Məcəlləsi məlumat verməyən şəxsləri üç min manatdan beş min manatadək cərimələmək və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırmağı nəzərdə tutur.

Bu qanuna görə, Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir.

Lakin bu qanun 2014-cü ilədək alınan ikinci vətəndaşlığa aid deyil. Yəni bu müddətə qədər alınan ikinci vətəndaşlıq cinayət məsuliyyəti müəyyən etmir.

Vətəndaşlıqdan könüllü imtina edən olubmu?

Dövlət Miqrasiya Xidməti BBC News Azərbaycancaya bildirib ki, 2018-ci il iyun ayına olan məlumatlara görə, 2300-dən çox Azərbaycan vətəndaşı xarici dövlətin vətəndaşlığını könüllü qəbul etməsi haqqında məlumat verib.

Onlardan 1509 nəfəri “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanununa 2014-cü ildə edilmiş dəyişikliklərin qüvvəyə mindiyi tarixdən sonra xarici ölkə vətəndaşlığını əldə edib, qurumun açıqlamasında deyilir.

Qurum qeyd edir ki, onlara daxil olan könüllü müraciətlər əsasən Türkiyə və Rusiya vətəndaşlığını qəbul etmiş şəxslərdən gəlib.

Dövlət Miqrasiya Xidməti özü araşdırırmı?

Dövlət Miqrasiya Xidməti vurğulayır ki, onlara ikili vətəndaşlıq alıb bu barədə Azərbaycanda aidiyyatı orqanlara xəbər verməyənlər haqda şəxslərdən, dövlət orqanlarından, o cümlədən, xarici ölkələrin müvafiq dövlət orqanlarından məlumatlar daxil olur.

Lakin bununla belə, 1999-cu ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə” nəzərdə tutur ki, müvafiq hüquqi hərəkətlər yalnız xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşının özünün bu barədə Xarici İşlər Nazirliyinə və ya birbaşa Dövlət Miqrasiya Xidmətinə müraciətindən sonra həyata keçirilə bilər.

Dövlət Miqrasiya Xidməti bildirib ki, müəyyən edilən məlumatlar Baş Prokurorluğa göndərilir.

Qurum 2018-ci ilin iyun ayınadək 293 nəfər barədə məlumatı tədbir görülməsi üçün Azərbaycan Baş Prokurorluğuna təqdim edib.

“Uşaqlara vətəndaşlıq verilirsə. “

Bəzi ölkələrin qanunlarına görə, bu ölkədə doğulan xarici ölkə vətəndaşlarının uşaqlarına avtomatik vətəndaşlıq verilir. Dövlət Miqrasiya Xidməti deyir ki, bu kimi hallarda “vətəndaşlığı könüllü əldə etmək” müddəası olmadığı üçün Azərbaycan vətəndaşlığının itirilməsi kateqoriyasına şamil edilmir.

“Kimdən pasport istədimsə. “

Adının açıqlanmasını istəməyən müsahibimiz deyir ki, o, üç ölkənin vətəndaşıdır və bununla indiyədək heç kəs maraqlanmayıb: “Kimdən pasport istədimsə verdi, gözümü açanda gördüm ki, üç pasport var evdə, vəssalam”.

“20 mindən çox vətəndaşlığı olmayan şəxs”

Miqrasiya hüququ üzrə ekspert Əlövsət Əliyev BBC News Azərbaycancaya bildirib ki, o, ikili vətəndaşlığın qadağan olunmasının Azərbaycan üçün ziyanlı hal olduğunu düşünür.

“Vətəndaşlıq haqda Avropa Konvensiyası, BMT Konvensiyaları var. Dünya bu gün vətəndaşsızlıq hallarının qarşısının alınması ilə mübarizə aparır. Dünyanın və beynəlxalq təşkilatların əsas istəyi odur ki, insanlar vətəndaşlığı olmayan şəxs vəziyyətinə düşməsinlər”.

Onun sözlərinə görə, vətəndaşlığı olmayan şəxs asılı vəziyyətə düşür, onun səyahət etmək, sərhədləri keçmək hüququ pozulur: “Bu gün Azərbaycanda 20 mindən çox vətəndaşlığı olmayan, yaxud şəxsiyyətini təsdiq edən sənədi olmayan şəxs – vətəndaşlığı olmayan şəxs vəziyyətində olan adamlar yaşayır. Yaxşı olar ki, Azərbaycan bu cür hallarla mübarizə aparsın”.

“İkili vətəndaşlıq və Dağlıq Qarabağ”

Əlövsət Əliyev hesab edir ki, Azərbaycan kimi ölkələrdə ikili vətəndaşlığın qadağan olunması arzuolunan deyil. O hesab edir ki, bu, xaricdə olan azərbaycanlıların Azərbaycana olan marağını azaldır.

“Bu gün Azərbaycanın Dağlıq Qarabağ problemi var və o, öz siyasətini xaricdə tanıtmaqla öz haqlılığını sübut edə bilər, başqa ölkələrə, beynəlxalq təşkilatlara təsir göstərə bilər. Bu, o halda mümkün ola bilər ki, Azərbaycan vətəndaşı həm də Almaniya, ABŞ, Böyük Britaniya vətəndaşı olsun və Azərbaycanın maraqlarını orda təmsil etsin. İkinci vətəndaşlığın olmaması isə insanlarda Azərbaycana laqeyd münasibət yaradır”.

“Azərbaycan heç tək vətəndaşlığa da hazır deyil”

Cənab Əliyev ikili vətəndaşlığı müsbət hal kimi qəbul etsə də, hesab edir ki, Azərbaycan buna hazır deyil:

“Azərbaycan heç tək vətəndaşlığa da hazır deyil. “Azərbaycan xaricdə yaşayan vətəndaşlarının qeydiyyatını apara bilmir. Azərbaycanın 2 milyondan çox vətəndaşı fərqli ölkələrdə yaşayır. Onlardan azı 1.7 milyonu seçici hüququna malikdir, amma sonuncu seçkilərdə məlum oldu ki, Azərbaycanın xaricdə yalnız 13 min seçicisi var. Xarici ölkələrdə 40-dan çox seçki məntəqəsi yaradılmışdı və onlarda cəmi 13 min Azərbaycan vətəndaşının səs verməsi nəzərdə tutulurdu. Bu o deməkdir ki, xaricdə konsulluq qeydiyyatına düşən azərbaycanlıların sayı bu qədərdir”.

Ekspert bunu “Azərbaycanın fəlakəti” adlandırır və deyir ki, Azərbaycan xaricdə yaşayan 2 milyondan çox vətəndaşının yalnız 13 min nəfərinin taleyi haqda məlumatlıdır, qalanlarının isə harda və hansı formada qeydiyyatda olmasından xəbərsizdir: “Nə qədər ki, Azərbaycan xaricdə yaşayan soydaşlarımız haqda məlumatlı deyil, bu onu göstərir ki, ikili vətəndaşlığa da hazır deyil”.

“Azərbaycan ona görə istəmir ki. “

Əlövsət Əliyev hesab edir ki, Azərbaycan ikili vətəndaşların ölkəyə mümkün təsirini istəmir:

“Rusiyada 1.7 milyon Azərbaycan vətəndaşı həm də Rusiya vətəndaşıdır. Azərbaycan düşünür ki, bu vətəndaşlara Rusiya təsir göstərər və həmin şəxslər də Azərbaycanın siyasətinə ciddi təsir göstərə bilərlər. Avropada 1 milyona yaxın azərbaycanlı varsa, bu, çox böyük seçici səsi deməkdir və onlar eyni zamanda Avropa ölkələrinin vətəndaşları olsalar həmin ölkələr bu vətəndaşlar vasitəsilə seçkinin nəticələrinin dəyişməsinə, ölkədəki siyasi vəziyyətə təsir göstərə bilər”.

Ə. Əliyev söyləyir ki, ikili vətəndaşlığın qadağan edildiyi zaman 20-yə yaxın millət vəkilinə müraciət edib ki, bu, qanunsuzdur və insanların hüquq və azadlıqlarının pozulmasıdır: “Mənə çoxlu zənglər gəldi ki, siz bilmirsiniz, xaricdə ikili vətəndaşlığı olan şəxslər Azərbaycanın siyasətinə ciddi təsir göstərə bilər, ikili vətəndaşlıq Azərbaycanda hakimiyyət dəyişikliyinə səbəb ola biləcək qədər qorxulu bir şeydir”.

Ekspertin sözlərinə görə, xarici ölkənin vətəndaşlığını alan şəxs Azərbaycana bu haqda xəbər verdikdən sonra onu vətəndaşlıqdan çıxara da bilərlər, çıxarmaya da. O, bundan sonrakı prosedurun Dövlət Miqrasiya Xidmətinin səlahiyyətinə verildiyini deyir.

O hesab edir ki, vətəndaşlıq haqqında qanun “pis vəziyyətə” salınıb və bu, xaricdə yaşayan vətəndaşlara çox ciddi problemlər yaradır.

Ə. Əliyev problemin həllini kütləvi şikayətlərdə və dövlət məmurlarını özbaşınalıqdan çəkindirmək cəhdlərində görür.

Kütləvi vətəndaş itkisi mümkündürmü?

Əlövsət Əliyev düşünür ki, Azərbaycan xarici ölkənin vətəndaşını alan şəxsləri vətəndaşlıqdan kütləvi çıxarmaq yolunu seçməyəcək.

O hesab edir ki, Dövlət Miqrasiya Xidməti vətəndaşlıqdan çıxarma hallarını dayandırmalı, Azərbaycan isə bu qanuna yenidən baxmalıdır: “Düşünürəm ki, vətəndaşlıqdan çıxarılan şəxslər min nəfərə çatsa, hətta beş yüzü keçsə, Azərbaycan buna getməyəcək və hətta qanunu dəyişmək məcburiyyətində qalacaq”.

Millət vəkili Fazil Mustafa düşünür ki, vətəndaşıqdan çıxarılma kütləvi hal almayacaq: “Azərbaycanda hamı miqrasiya etmir. Xarici ölkələrdə yaşama icazəsi alanlarla vətəndaşlıq alanların statusları fərqlidir. Hamı vətəndaşlıq ala bilmir. Ona görə də, bu, böyük rəqəm etməz. Məsələn, Rusiyada çox sayda azərbaycanlı var, amma onların hamısına vətəndaşlıq vermirlər”.

Onun fikrincə, ehtiyac yaranarsa, gələcəkdə qanun müzakirəyə çıxarıla bilər: “Əgər bu rəqəm nə vaxtsa həddi aşsa, o zaman müzakirə olunub ona uyğun qərar qəbul oluna bilər”.

Millət vəkili ikili vətəndaşlığın tərəfdarıdır, ancaq hesab edir ki, Azərbaycanın buna hazır deyil: “İkili vətəndaşlıq olmalıdır ki, xaricdəki azərbaycanlılara öz vətənlərinə gəlib-getmək imtiyazı verilsin, onlar Azərbaycanla bağlarını itirməsinlər və xarici ölkədə Azərbaycanı lazım olanda təmsil edə bilsinlər”.

O, bu istiqamətdə müəyyən addımların atılmasını zəruri hesab etsə də, müəyən çətinliklərin olduğunu deyir: “İkili vətəndaşlıq xarici ölkələrdə yaşayan çox sayda soydaşlarımızın hüquqlarının qorunması baxımından faydalıdır. Amma indiki şərtlərdə bunu gerçəkləşdirmək üçün müəyyən çətinliklər var. Azərbaycan ikili vətəndaşlığa hazır deyil. Məsələnin iqtisadi tərəfi var, Azərbaycan müharibə aparan dövlət kimi hüdudlarını çox da azad iqtisadi zona və başqa modellərə aça bilmir”.

F.Mustafa söyləyir ki, əgər Azərbaycanda azad iqtisadi zona modeli tətbiq edilsəydi, geniş hərtərəfli və iqtisadiyyat da tamamilə hamı üçün açıq şəraitdə olsaydı, onda bu modeli düşünmək olardı: “İkili vətəndaşlıq daşıyan bir çox adamın həm də öz ölkəsinə investisiya qoymasını stimullaşdırma baxımından faydalı olardı. İndiki şərtlərdə, müharibə aparan ölkə üçün bunun əlverişli tərəfi görülmür”.

Comments are closed, but trackbacks and pingbacks are open.