Press "Enter" to skip to content

Maşında vergi bəyannaməsini necə tərtib edə bilərəm

– Vergi bəyannamələrinə və onun əlavələrinə edilmiş dəyişikliklər vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və bəyannamə formalarının sadələşdirilməsinə, ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının düzgün müəyyənləşdirilməsinə, bəyannamələr vasitəsilə əldə olunan məlumatların dəqiqləşdirilməsi hesabına vergi ödəyicilərində keçirilən nəzarət tədbirlərinin sayının azaldılmasına xidmət edəcək. Ümumilikdə, dəyişikliklər vergi sistemində səmərəliliyin artırılması, əməliyyatların konkretləşdirilməsi və dəqiqləşdirilməsi, güzəşt və azadolmaların daha detallı qiymətləndirilməsi kimi müsbət amillərə xidmət edəcək. Vergi ödəyicisinin gələcəkdə bir sıra anlaşılmazlıqlarla üzləşməsinin qarşısının alınmasına imkan verəcək, eyni zamanda vergi yoxlaması zamanı onun sanksiyalara məruz qalma riskinin qarşısını alacaq.

Bəzi vergi bəyannamələri, hesabat və əlavələrin tərtib edilməsi qaydaları dəyişib

Vergi sistemində həyata keçirilən islahatların əsas hədəflərindən biri iqtisadi artımı sürətləndirmək üçün orta və uzunmüddətli dövrdə vergitutma sahəsində səmərəliliyin yüksəldilməsi, büdcənin dayanıqlığının təmin edilməsi məqsədilə büdcə gəlirlərinin əldə olunması, sahibkarlığın stimullaşdırılması və investisiyaların təşviqidir. Həmin siyasətə uyğun olaraq, eyni zamanda, “Dövlət rüsumu haqqında” Qanuna olunmuş dəyişikliklərin tələblərindən irəli gələrək, vergi bəyannamələrində və hesabat formalarında dəyişikliklərin edilməsi də zəruri məsələlərdəndir. Bu günlərdə vergilər nazirinin imzaladığı müvafiq əmrə əsasən, bəzi vergi bəyannamələrinə, hesabat və onların əlavələrinin tərtib edilməsi qaydalarına dəyişikliklər edilib. Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarət departamentinin Bəyannamələr idarəsinin direktoru Vüqar Əliyev bəzi sualları cavablandırıb:

– Vüqar müəllim, vergi bəyannamələrinə, hesabat formalarına və onların əlavələrinə edilən dəyişikliklər nədən ibarətdir?

– Azərbaycanda aparılan iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi vergi sahəsində davam etdirilən islahatlar inzibatçılığın təkmilləşdirilməsinə, vergi ödəyicilərinə göstərilən xidmətlərin daha da yaxşılaşdırılmasına yönəlməklə yanaşı, ödəyicilərin gəlir və xərclərinin uçotunun düzgün təşkilinə, vergidən yayınma hallarının qarşısının alınmasına və büdcə daxilolmalarının tam həcmdə, vaxtında yığılmasının təmin olunmasına, şəffaflığın artırılmasına xidmət edir. Bu istiqamətdə aparılan kompleks islahatların və yeni iqtisadi münasibətlərin tələblərinə uyğun olaraq, vergi bəyannamələri və onların formaları ilə bağlı bəzi hüquqi tənzimləmə məsələlərinin həll edilməsi zərurəti yaranmışdı.

Qeyd etmək istərdim ki, vergi bəyannamələrinin formalarına dəyişikliklər adətən qanunvericiliyə edilən dəyişikliklər zamanı aparılırdı. Son dövrlər aparılan əhatəli və dərin təhlillərin nəticələri və vergi ödəyicilərindən daxil olan müraciətlər nəzərə alınaraq, bəzi bəyannamə formalarının və onların əlavələrinin dəyişdirilməsinə Vergilər Nazirliyi tərəfindən qərar verildi. Nəticədə dörd vergi bəyannaməsinə və əlavələrinə, eləcə də bir hesabat formasına müvafiq dəyişikliklər edildi. Dəyişikliklər həm bəyannamələrin özünü, həm də onun əlavələrini əhatə edir. “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nə, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nə, “Əlavə dəyər vergisinin bəyannaməsi”nin 3, 4, 5 nömrəli əlavələrinə, “Əmlak vergisinin bəyannaməsi”nə və onun Əlavəsinə, “Dövlət rüsumu tutulması haqqında hesabat”ın formasına, onun Əlavəsinə və tərtib edilməsi qaydalarına müvafiq dəyişikliklər edilib. Ümumiləşdirdikdə dəyişiklikləri 2 qrupa ayırmaq olar: texniki xarakterli və əsaslı dəyişikliklər.

Ən mühüm və ciddi dəyişikliklərdən biri “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin yeni formada tərtib edilməsindən ibarətdir. Əvvəlki qaydalara əsasən, müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən vəsaitlərin bəyannamələrdə əks etdirilməsində problemlər yaranırdı. Belə ki, dövlət sosial müdafiə orqanları tərəfindən müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən vəsaitdən tutulan gəlir vergiləri büdcəyə ödənilir, lakin həmin şəxslər digər vergi ödəyicilərinin işçiləri olduğuna görə hesablamaların şəxsi vərəqələrdə əks olunması məsələlərində çətinlik yaranırdı. Yəni, həmin vəsaitlərin hesabatda hansı qaydada əks etdirilməsi qaranlıq qalırdı. Burada dürüstlük, hesabatlılıq, konkretlilik yox idi. Eyni zamanda, həmin sahədə süni olaraq artıq ödəmələr yaranırdı. Vergilər Nazirliyi sosial müdafiə orqanları tərəfindən daxil olan təklif və müraciətləri nəzərə alaraq, həmin sahə üzrə yaranmış uyğunsuzluqları aradan qaldırmaq üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə yeni sətirlərin əlavə edilməsini qərara aldı. Beləliklə, dəyişikliklərdən sonra müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən gəlirdən tutulan verginin bəyannamələrdə əks etdirilməsi mümkün olacaq. Eyni zamanda, həmin sahədə vergilərin bəyannamədə əks etdirilməsi ilə bağlı meydana çıxan digər problemlər də aradan qalxacaq. Yeri gəlmişkən, vergi ödəyiciləri və digər şəxslərə məlumat üçün bildirmək istəyirəm ki, qaydalarda göstərildiyi kimi, bəyannaməyə edilmiş həmin sətir bölməsi yalnız dövlət sosial müdafiə orqanları tərəfindən tərtib edilməlidir, digər vergi ödəyicilərinin bəyannamənin həmin hissəsinin doldurulmasına aidiyyəti yoxdur.

Digər bir mühüm dəyişiklik “Əlavə dəyər vergisinin bəyannaməsi” və onun 3,4 və 5 №-li əlavələrinin formalarının tərtibi ilə bağlıdır. 3 №-li Əlavəyə edilmiş dəyişikliklərə əsasən, ƏDV tutulan vergitutma obyektləri, ƏDV tutulan əməliyyat hesab edilməyən dövriyyələrlə bağlı ortaya çıxan uyğunsuzluqlar aradan qaldırılıb. 4 №-li Əlavəyə dəyişikliklə 0 dərəcə ilə vergiyə cəlb edilən əməliyyatlar üzrə konkretlilik təmin olunub. Xüsusi iqtisadi zonalarda aparılan əməliyyatların və Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq müqavilələr üzrə əməliyyatların “0” dərəcə ilə vergiyə cəlb olunması üzrə məsələlər sənədlərdə öz həllini tapıb, həmin istiqamətlər üzrə bəyannamələrin əlavə formalarında müvafiq sətir yaradılıb. 5 №-li Əlavələnin mahiyyəti isə ƏDV-dən azadolmalarla bağlı məsələlərə aydınlığın gətirilməsidir. Həmin əlavələrdə də xüsusi iqtisadi zonalar və beynəlxalq müqavilələr üzrə azadolmalarla bağlı əməliyyatları əks etdirən sətir yaradılıb. Bu, vergi ödəyicilərinin öz əməliyyatlarını detallı və təfərrüatlı şəkildə əks etdirməsinə imkan verəcək. Ümumilikdə, hər 3 əlavə formasına edilmiş dəyişikliklər nəticəsində vergi ödəyiciləri üçün öz əməliyyatlarını dürüst formada əks etdirməyə imkan yaradılacaq. Bu, həm vergi orqanı, həm də ödəyici üçün mühüm əhəmiyyət daşıyır. Əlavə olaraq, vergi orqanlarında həmin əməliyyatların vergitutma baxımından qiymətləndirilməsi üçün informasiya mənbəyi yaranacaq. Vergi orqanı əməliyyatların qiymətləndirilməsi zamanı sahibkarların dövriyyələrinin, əsasən də azadolma və güzəştlərlə bağlı hissəsinin qanunvericiliyə uyğunluğunu və əsaslılığını asanlıqla müəyyən edə biləcək və son nəticədə bəyannamədə əks etdirilmiş dövriyyə ilə bağlı qarşılıqlı yazışmaların azalmasında əhəmiyyətli rol oynayacaqdır.

“Əmlak vergisinin bəyannaməsi”nə və onun əlavə formasına edilmiş dəyişikliklər əsas etibarilə texniki korrektə xarakteri daşısa da, burada da bir sıra yeni məqamlar mövcuddur. Məlum olduğu kimi, 2017-ci ildən sadələşdirilmiş vergi ödəyicilərinin əmlakları da vergiyə cəlb olunur. Məhz bu səbəbdən, sadələşdirilmiş vergi ilə bağlı sözlər bəyannamədən çıxarılıb, əsas dəyişiklik bəyannamənin Əlavəsi ilə bağlı formasına edilib. Burada vergidən azadolmaların daha dəqiq qiymətləndirilməsi ilə bağlı əlavələr olunub.

“Dövlət rüsumu tutulması haqqında hesabat”ın formalarının tərtib edilməsi qaydalarına edilmiş dəyişikliklər isə bir sıra qanunvericilik sənədlərinin tələblərindən yaranıb.

– Bəyannamə formalarına dəyişikliklərin vergi orqanı və vergi ödəyicisi üçün əhəmiyyəti nədən ibarətdir?

– Vergi bəyannamələrinə və onun əlavələrinə edilmiş dəyişikliklər vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və bəyannamə formalarının sadələşdirilməsinə, ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının düzgün müəyyənləşdirilməsinə, bəyannamələr vasitəsilə əldə olunan məlumatların dəqiqləşdirilməsi hesabına vergi ödəyicilərində keçirilən nəzarət tədbirlərinin sayının azaldılmasına xidmət edəcək. Ümumilikdə, dəyişikliklər vergi sistemində səmərəliliyin artırılması, əməliyyatların konkretləşdirilməsi və dəqiqləşdirilməsi, güzəşt və azadolmaların daha detallı qiymətləndirilməsi kimi müsbət amillərə xidmət edəcək. Vergi ödəyicisinin gələcəkdə bir sıra anlaşılmazlıqlarla üzləşməsinin qarşısının alınmasına imkan verəcək, eyni zamanda vergi yoxlaması zamanı onun sanksiyalara məruz qalma riskinin qarşısını alacaq.

– Yeni bəyannamə və hesabat formalarının tərtib edilməsi zamanı vergi ödəyiciləri hər hansı çətinliklərlə qarşılaşa bilərmi?

– Hesab edirəm ki, yeni dəyişikliklərlə əlaqədar bəyannamə formalarının tərtibi ödəyicilər üçün çətinlik yaratmayacaq, əksinə, tərtibedilməni sadələşdirəcəkdir. Təbii ki, vergi ödəyiciləri bəyannamələrin daha sadə olmasını istəyir, lakin bir məsələni də nəzərə almaq lazımdır ki, təcrübə göstərir ki, bəyannamədə vergitutma ilə bağlı məlumatlar nə qədər məhduddursa, kameral vergi yoxlamaları zamanı vergi ödəyiciləri ilə bağlı yazışmalar bir o qədər çox olur. Bütün bunlar nəzərə alınaraq çalışılır ki, bəyannamələr asan və informativ, məlumatlarla zəngin olsun və vergi ödəyiciləri ilə lüzumsuz yazışmalar aradan qaldırılsın. Bundan sonra bəyannamələr elə formada tərtib olunacaq ki, vergi ödəyiciləri əməliyyatlarının vergidən azad olunan, güzəşt edilən və digər məsələlərlə bağlı məlumatları, Vergi Məcəlləsi ilə yanaşı, bəyannamə vasitəsilə də ayırd edə biləcək və bu hal gələcəkdə vergi ödəyicisini vergi təqibinə məruz qalmaqdan azad edəcəkdir.

– Yeni bəyannamə forması haqqında vergi ödəyicilərinin maarifləndirilməsi istiqamətində hansı izahedici tədbirlərin görülməsi nəzərdə tutulur?

– Vergilər Nazirliyi bəyannamə formalarına edilmiş dəyişikliklər barədə ödəyiciləri məlumatlandırmaq, izahedici xarakterli informasiya vermək üçün mütəmadi olaraq müvafiq işlər görəcək. Yeni bəyannamə formalarının tətbiqi 2018-ci il yanvarın 1-dən başlayan hesabat dövrlərinə aiddir. Vergi orqanı bir sıra məqamları nəzərə alaraq ödəyicilərə qarşıdakı müddətdə tərtib etdikləri bəyannamələrdəki uyğunsuzluqları aradan qaldırmaq, yenidən tərtib etmək imkanları verib. Hazırda iyun ayıdır və ƏDV ödəyicilərinin əksəriyyəti artıq 2018-ci ilin ötən 5 ayı üzrə bəyannamələri təqdim ediblər. Bu baxımdan, hansısa rəqəmlərdə anlaşılmazlıq, uyğunsuzluq varsa, onların aradan qaldırılmasında, yenidən düzgün tərtib olunmasında vergi orqanları ödəyicilərə istənilən köməyi göstərməyə hazırdır.

Yeni bəyannamə formaları ilə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “Bəyannamələr” bölməsində tanış olmaq mümkündür.

Milli.Az

Maşında vergi bəyannaməsini necə tərtib edə bilərəm?

Öz minik avtomobili ilə hər hansı xarici ölkədən Azərbaycana qonaq gələn, yaxud respublikamızın ərazisindən keçərək digər ölkələrə gedən şəxs Azərbaycan sərhədləri daxilində yollardan istifadə etdiyi üçün yol vergisi ödəməlidir.

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, bu vergi yük avtomobillərinə də aiddir. Yol vergisi üzrə vergitutma obyektinə maye qaz, avtomobil benzini və dizel yanacağı da daxildir. Yəni Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və ölkəmizə idxal olunan avtomobil benzini, dizel yanacağı və maye qaza görə yol vergisi tətbiq olunur.

Yol vergisinin hesablanması qaydası

Ölkə ərazisinə daxil olan xarici avtomobillər üzrə vergi dərəcələri avtonəqliyyat vasitəsinin növündən, oturacaqlarının sayından, yükgötürmə qabiliyyətindən, yüklə birlikdə ümumi çəkisindən, yola saldığı ağırlıqdan, Azərbaycanın sərhədləri daxilində keçdiyi məsafədən, təhlükəli yüklərin daşınmasından asılıdır. Ölkə ərazisini tərk edən zaman yol vergisinə cəlb olunan xarici dövlətlərin minik avtomobilləri və avtobuslar üçün fərqli vergi dərəcələri tətbiq edilir.

Minik avtomobilləri üçün vergi dərəcələri mühərrikin həcmindən və nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılıdır. Avtobuslar üçün vergi dərəcələri oturacaq yerlərinin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq dəyişir.

Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən çox ölkə ərazisində qalan xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün respublika ərazisini tərk edən zaman ölkədə artıq qaldığı müddətdən asılı olaraq, ödənilməli yol vergisinin yekun məbləği hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçivəsində mübadilə edilmiş “İcazə” blankları ilə ölkə ərazisinə daxil olan xarici avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda, daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq Vergi Məcəlləsinin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edilir.

Xaricdən ölkə ərazisinə daxil olan yük avtomobillərindən tutulan yol vergisinin məbləği fərqli qaydada hesablanır. Vergi dərəcələri yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq dəyişir.

Ağır çəkili xarici avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə isə verginin məbləği yük avtomobillərinin tonnajı və Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri ilə müəyyən olunur.

Nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:

37 tondan 41 tonadək olduqda – 0,15 dollar,

41 tondan 51 tonadək olduqda – 0,30 dollar,

51 tondan 61 tonadək olduqda – 0,45 dollar,

61 tondan 71 tonadək olduqda – 0,60 dollar,

71 tondan 81 tonadək olduqda – 0,75 dollar,

81 tondan çox olduqda – 1,8 dollar məbləğində vergi ödənilməlidir.

Təhlükəli yüklərin daşınmasına görə verginin məbləği bu şəkildə artırılır

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək topdan satılan və ölkəmizə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 0,02 manat yol vergisi hesablanır. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilir.

Vergiödəyiciləri tədiyəçisi olduqları yol vergisi bəyannaməsini hər il iyulun 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergini həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidir.

Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisi həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və ölkəmizi tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

VERGİLƏR

Əlavə dəyər vergisi (ƏDV) bəyannaməsini tərtibi edərkən əvvəlcədən alınmış ödənişlərə görə malların (işlərin, xidmətlərin) təqdim edilməsi (avansın bağlanması) və debitor borcların hərəkəti ilə bağlı bu ildən etibarən tətbiq olunan yeniliklərlə bağlı bəzi məqamlara xüsusi diqqət yetirilməlidir. Mövzunu “vergiler.az” üçün “Good Finance” MMC-nin vergi məsləhətçisi Teymur İslamlı şərh edir.

Vergi Məcəlləsinin 177.2-ci maddəsinə əsasən, ƏDV bəyannaməsi hər hesabat dövrü üçün hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq təqdim edilir. Ötən illərdən fərqli olaraq, yeni qaydalara əsasən, avansın bağlanmasını ƏDV bəyannaməsində göstərmək mümkündür. Belə ki, həmin məbləğ bəyannamənin 3 saylı əlavəsində mallar üzrə 301.1.1.8-ci, iş və xidmətlər üzrə isə 301.1.2.7-ci sətirlərdə “Təqdim olunmuş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda əks etdirilməlidir.

Həm avans, həm də debitor borcun hərəkəti ilə bağlı bəyannamə formasında edilmiş dəyişikliklər mütərəqqi səciyyə daşıyır. Bundan sonra ƏDV bəyannaməsinin tərtibi zamanı informasiyanın mühasibat hesabatlarından daha asan yığılaraq emal olunması ilə yanaşı, həmçinin bir sıra kameral uyğunsuzluqların aradan qaldırılmasına gətirib çıxaracaq.

Misal 1: “T” MMC-yə təqdim ediləcək mallara görə aprel ayında 500 manat (ƏDV-siz) vəsait daxil olub. Həmin mallar may ayında təqdim edilib. Bu əməliyyat aprel ayına aid bəyannamədə 301.1.1.8-ci (Təqdim ediləcək malların hesabına əvvəlcədən alınmış ödənişlər) sətrinin “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” sütununda, may ayı üzrə isə həmin sətrin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda göstərilməlidir.

Qeyd edək ki, əvvəlki illərin bəyannamə formalarında bu məsələ tənzimlənmədiyi üçün uyğunsuzluqlar yaranırdı və əlavə yazışmalara səbəb olurdu. 2020-2021-ci illərdə tətbiq olunan bəyannamə formalarında debitor borcun hərəkətinə yanaşma ilə cari ilin bəyannamə formasındakı yanaşma fərqlidir. Əvvəlki bəyannamə formasında hesabat dövrü üzrə yaranan debitor borc məbləği kimi hesabat ayı üzrə yaranmış və ayın sonuna ödənilməmiş debitor borc məbləği nəzərə alınırdı. Hazırkı bəyannamə formasında isə yaranan debitor borc məbləği kimi, ay arzində yaranan bütün debitor borcun məbləği nəzərə alınır.

Paralel olaraq, hesabat dövrü ərzində silinən debitor borc məbləğinin bəyannamədə göstərilməsi ilə bağlı yanaşmada da fərq var. Köhnə bəyannamə formasında silinən debitor borc məbləği kimi yalnız əvvəlki hesabat dövrlərində yaranmış debitor borc məbləğlərinin cari hesabat ayında silinən hissəsi əks etdirilirdi, builki formada isə silinən debitor borc məbləği ay ərzində silinən bütün məbləği əhatə edir.

Misal 2: “T” MMC-nin 30 aprel tarixinə hesabat dövrünün əvvəlinə debitor borc məbləği 1.500 manat (ƏDV-siz) təşkil edib. May ayında satılmış malların dəyəri 1.000 manatdır, MMC-nin bank hesabına 1.200 manat daxil olub. Həmin məbləğin 800 manatı cari aydakı satışlar, 400 manatı isə əvvəlki aydan ödənilməyən debitor borclar üzrə olub.

Köhnə bəyannamə formasında yaranan debitor borc məbləği 200 manat, silinən debitor borc məbləği 400 manat, dövrün sonuna qalıq 1.300 təşkil edirdi. Builki bəyannamə formasında isə yaranan debitor borc məbləği 1.000 manat, silinən debitor borc məbləği 1.200 manat, dövrün sonuna qalıq 1.300 manat təşkil edir. Pərakəndə ticarət, səhiyyə, ictimai iaşə və s. bu kimi nağd əməliyyatları olan fəaliyyət sahələri üzrə təqdim edilən ƏDV bəyannamələrində ümumi satış məbləği debitor borc kimi “tanınmırdısa”, hazırkı qaydalara əsasən, həmin əməliyyatlar da debitor borcların hərəkətində həm yaranan, həm də silinən debitor borc kimi nəzərə alınır.

Qeyd edək ki, bu şərhdə göstərilənlər Dövlət Vergi Xidmətinin 23 fevral 2022-ci il tarixli 2217040100103500 №-li Əmri ilə təsdiq edilmiş “Əlavə dəyər vergisinin bəyannaməsinin tərtib edilməsi qaydası”na əsaslanır.

Comments are closed, but trackbacks and pingbacks are open.