Press "Enter" to skip to content

Bunları etmədən prava dəyişə, maşını qeydiyyatdan keçirə bilməzsiz

İlkin İzzət
Milli.Az

Maşınımı necə qeydiyyatdan keçirə bilərəm?

Texnoloji baxımdan inkişaf etmiş ölkələrə səfər edənlərin bir çoxunun satın aldığı məhsullar arasında texniki avadanlıqlar, xüsusən də, mobil telefonlar üstünlük təşkil edir. Büdcəyə uyğun gələn telefonların bəzən orjinal, keyfiyyətli və standartlara müvafiq olması da narahatlıq doğurur. Amma bunun da çarəsi var. Belə ki, digər ölkələrdən respublikamıza idxal olunan mobil cihazların qeydiyyatı elektron qaydada asan və rahat şəkildə aparılır. Bu elektron xidmətdən istifadə üçün “Elektron hökumət” portalına müraciət edə bilərsiniz. Bunun üçün portalda qeydiyyatdan keçməyə də ehtiyac yoxdur.

Xidmətdən yararlanmaq istəyən hər bir vətəndaş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Elektron hökumət” portalında (www.e-gov.az) təqdim edilən e-xidmətləri arasından “Mobil cihazların qeydiyyatdan keçirilməsi” xidmətini seçməlidir. Yeri gəlmişkən qeyd edək ki, “Mobil cihazların qeydiyyatdan keçirilməsi” Nazirliyin yanvar ayında ən çox istifadə edilən elektron xidməti olub. Sözügedən xidmətə “Elektron hökumət” portalı üzərindən bir ayda 48745 dəfə müraciət edilib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, mobil cihazların qeydiyyatdan keçirilməsini aparan zaman sistem vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, FİN (fərdi identifikasiya nömrəsi) kodu, təhlükəsizlik kodu və qeydiyyatdan keçirilməsi tələb olunan mobil cihazın IMEI kodunu tələb edir. Lakin portalda qeydiyyatlı olaraq xidmətdən istifadə zamanı sistem vətəndaşın şəxsiyyət vəsiqəsinin FİN kodunu avtomatik olaraq təyin edir.

Qeyd edək ki, FİN kod dedikdə şəxsiyyət vəsiqəsinin sağ aşağı küncündəki, axırdan birinci rəqəmi çıxmaqla, sonrakı 7 rəqəm və hərfdən ibarət kod nəzərdə tutulur.

Bundan sonra “Məlumatları yoxla” düyməsini seçmək lazım gəlir.

Daha sonra istifadəçi mobil telefon nömrəsini ərizəyə daxil edir. Ərizədə göstərilən xidmətin istifadəsi üçün ödəniləcək məbləği vətəndaş onlayn şəkildə həyata keçirmək üçün kartın növünü qeyd edərək “Təsdiqlə və ödəniş et” düyməsini seçməlidir. Qeyd edək ki, şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir IMEI nömrəsinin qeydiyyatı 5 manata başa gəlir.

Növbəti mərhələdə ödənişin həyata keçirilməsi üçün onlayn ödəmə sisteminin səhifəsi açılır. İstifadəçi onlayn ödəniş edəcəyi kartın nömrəsini, bitmə tarixini və CVV kodu daxil edərək ödəməni həyata keçirmiş olacaq.

Ödəniş uğurla həyata keçirildikdən sonra formalaşan elektron ərizə portal tərəfindən avtomatik olaraq Mobil Cihazların Qeydiyyatı Sisteminə (MCQS) göndərilir və sistem tərəfindən ödəniş qəbzi yaradılır. Qəbzdə bildirişin kodu, mobil cihazın qeydiyyatını aparan vətəndaş haqqında ümumi məlumat, ödəmə növu, mobil cihazın IMEI kodu, ödənilən məbləğ və tarix barədə məlumatlar əksini tapır.

Bu mərhələlərdən sonra 24 saat ərzində mobil cihaz MCQS tərəfindən qeydiyyata alınır.

Qeyd edək ki, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə toplu halında ölkəyə gətirilən mobil cihazların IMEI nömrəsinin qeydiyyatı fərqli formada aparılır. Belə ki, sahibkara gömrük orqanından sənəd verilir, sahibkar RYTN-in Məlumat Hesablama Mərkəzinə müraciət edərək mobil cihazları qeydiyyatdan keçirir. Yəni, ölkədə satışda olan mobil cihazlar artıq qeydiyyatdan keçirilmiş olmalmıdır.

Bunları etmədən “prava” dəyişə, maşını qeydiyyatdan keçirə bilməzsiz

Milli.Az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Ekspert yeniliyin nədən ibarət olduğunu belə izah edib: “Ən əsas yenilik odur ki, bu dəyişiklik qüvvəyə mindikdən sonra avtomobilini qeydiyyatdan (o cümlədən, addan-ada keçirdərkən), texniki baxışdan keçirərkən və sürücülük vəsiqəsini dəyişərkən adamın yol hərəkəti qaydalarını pozmağa görə qanuni qüvvəyə minmiş və ödənilməmiş cərimələri varsa, bu cərimələr tam ödənilmədən həmin hərəkətlər edilməyəcək. Yəni, qanuni qüvvəyə minmiş və ödənilməmiş cəriməsi olanlara cərimə ödənilməyənədək avtomobilin qeydiyyatından imtina ediləcək, texniki baxış talonu verilməyəcək, sürücülük vəsiqəsi dəyişdirilməyəcək”.

Ona görə də sonradan problemlə üzləşməmək üçün ekspert yol hərəkəti qaydalarını pozmamağa, pozduqda da cəriməni vaxtında ödəməyə çağırıb.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azərbaycanda telefonu necə qeydiyyatdan keçirmək olar?

Şəxsi istifadə üçün başqa ölkələrdən Azərbaycana gətirilən bütün telefonlar qeydiyyatdan keçməlidir. Bu qaydalar hələ 2013-cü ildə qeyri-rəsmi telefon idxalı, qadcet oğurluğu və müxtəlif fırıldaqçılıq növləri ilə mübarizə aparmaq üçün tətbiq edilib.

Azərbaycanda telefon bəyannaməsini kimlər etməlidir?

  • Şəxsi istifadəsi üçün xaricdə alınmış telefonu ölkəyə gətirən bütün vətəndaşlar
  • Xarici ölkənin onlayn mağazasından telefon alan hər kəs.

Xarici ölkənin vətəndaşları Azərbaycanda telefonu qeydiyyatdan keçirməlidirmi?

  • Əgər ölkəyə gəlmisinizsə və burada 30 gündən az müddət qalırsınızsa, xeyr. Siz yerli operatorların şəbəkələrindən, Wi-Fi şəbəkələrindən və s. istifadə edə bilərsiniz. Lakin Azərbaycanda bir aydan sonra qadcetinizi qeydiyyatdan keçirməli olacaqsınız.
  • Əgər bütün qaldığınız müddət ərzində (30 günü keçsə belə) başqa ölkənin operatorunun rouminq və rabitəsindən istifadə edirsinizsə, telefonu qeydiyyatdan keçirməyə ehtiyac yoxdur.

Azərbaycanda telefonu necə qeydiyyatdan keçirmək olar?

Telefonlar IMEI kodu ilə qeydiyyatdan keçirilir. Bu, cihazın təkrarlanmayan unikal nömrəsidir. Buna görə də telefon orijinaldırsa, belə bir cihazın yalnız sizdə olduğuna əmin ola bilərsiniz.

IMEI kodunuzu, smartfonun qutusunda və ya telefon parametrlərində “Ətraflı məlumat” bölməsində görə bilərsiniz. Həmçinin, ən asan yol *#06# yığmaqdır, siz dərhal lazımi məlumatları alacaqsınız. Bütün bunlar markadan və modeldən asılı olmayaraq istənilən telefonda mümkündür.

Telefonunuzu Azərbaycanda qeydiyyatdan keçirməzdən əvvəl cihazınızın ölkədə istifadə oluna biləcəyinə əmin olmalısınız. Bunu yerli operatorun SİM kartını smartfonunuza daxil etməklə və şəbəkənin dəstəkləndiyinə əmin olmaqla edə bilərsiniz.

Hər şey qaydasındadırsa, telefonunuzun IMEI-ni bir neçə yolla qeydiyyatdan keçirə bilərsiniz.

  • Onlayn. Bəli, Azərbaycanda onlayn telefon qeydiyyatı olduqca asandır. Bunun üçün smartpay.az və ya portal.rinn.az portallarından birinə daxil olmaq – MCQS (IMEI) və ya IMEI Qeydiyyat xidmətini seçmək və təlimatlara əməl etmək lazımdır.

Diqqət. Əvvəllər bir çox mənbələr imei.az saytında qeydiyyatdan keçməyi tövsiyə edirdi. Lakin portal hazırda işləmir. O, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalına inteqrasiya olunub. Buna görə də yuxarıda qeyd etdiyimiz linklərdən istifadə edin.

  • “Şəbəkə” şöbələrində. Bu, birbaşa yerindəcə gəlib qeydiyyat üçün ərizə yaza biləcəyiniz müştəri xidməti məntəqələridir. Özünüzlə şəxsiyyəti təsdiq edən sənədlər olmalıdır.
  • Poçt şöbələrində. Burada siz eyni qaydada pasportla gəlib yerindəcə IMEI-i qeydiyyatdan keçirə bilərsiniz.

Qeydiyyat proseduru az çəkir, ertəsi gün smartfonunuz vahid məlumat bazasında olacaq. Əgər ölkədən gedib sonra geri qayıtsanız, proseduru təkrar keçməyinizə ehtiyac yoxdur.

Vaxtının dəyərini bilən hər kəs üçün kataloqumuza baxmağı tövsiyə edirik. Cəmi bir neçə kliklə istədiyiniz qadceti ala bilərsiniz.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir

Yollamara icazə verirəm

Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

2023-cü ildə Azərbaycanda telefonu qeydiyyatdan keçirmək neçəyə başa gəlir?

Ötən ilin may ayına kimi Azərbaycanda telefonu qeydiyyatdan keçirmək üçün rüsum ödənilməli idi. Hər bir telefon üçün rüsum fərdi olaraq hesablanırdı və cihazın bazar qiymətindən asılı idi. Rüsumun məbləği 20-150 manat arasında dəyişirdi.

Ötən il Nazirlər Kabineti bu dövlət rüsumlarının aradan qaldırılması barədə qərar qəbul edib. İndi Azərbaycanda telefonu necə pulsuz qeydiyyatdan keçirəcəyiniz barədə narahat olmağa dəyməz – IMEI-i bazaya daxil etmək üçün heç nə ödəmək lazım deyil.

Lakin ölkəyə gətirilən bütün mobil telefonlar gömrük orqanında bəyan edilir. İdxal edilən cihazın dəyəri 800 dollardan çox olarsa (onlayn sifarişin sizə çatdırılmasına gəldikdə limit 300 dollar təşkil edir), bu limitləri aşan məbləğə görə 36% rüsum ödəməli olacaqsınız.

İzah edək. Məsələn, siz 1000 dollar dəyərində telefonu idxal edirsiniz. 800 dollar vergidən azad məbləğdir. Həddi aşan 200 dollara görə 36% (72 dollar) ödəməli olacaqsınız.

Mobil telefonların bəyan edilməsi qaydaları haqqında məlumatı Dövlət Gömrük Komitəsinin customs.gov.az saytından əldə edə bilərsiniz. Siz həmçinin mobil cihazı bəyan etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz.

Bu ilin fevral ayından etibarən gömrükdə bəyan olunmayan telefonlar IMEI bazasında qeydiyyatdan keçə bilmir. Beləliklə, onlardan faktiki olaraq Azərbaycan ərazisində istifadə etmək mümkün olmayacaq.

Azərbaycanda telefonu qeydiyyatdan keçirməsən nə olacaq?

Telefonunuzu Azərbaycanda qeydiyyatdan keçirməsəniz, bu ölkənin qanunlarını pozmuş olarsınız. Nəticələri nə olacaq?

  • Telefonunuz qeydiyyatdan keçməyibsə, siz yerli operatorların rabitəsindən istifadə etməyə çalışdığınız zaman, yanı Azərbaycan SİM kartını daxil etdiyiniz, Wi-Fi şəbəkəsinə qoşulduğunuz zaman cihaz bloklanacaq. Bloklamanı təkbaşına aça bilməyəcəksiniz. Ölkəni tərk edib geriyə başqa SİM kart ilə qayıtsanız belə, telefon işləməyəcək.
  • IMEI-nin dəyişdirilməsi cəhdləri də qanunsuzdur və 12.000 AZN-ə qədər cərimə ilə nəticələnir.
  • Qeydiyyatdan keçdiyiniz telefonun artıq bazada olduğu üzə çıxarsa, o, dərhal qara siyahıya düşəcək və istifadə edilə bilməz. Həmçinin, sahibini yuxarıda qeyd etdiyimiz cərimə gözləyir.
  • Əgər siz telefonunuzu gömrük orqanlarına bəyan etməmisinizsə, onu qeydiyyatdan keçirə bilməyəcəksiniz və buna görə də ondan istifadə edə bilməyəcəksiniz. Həmçinin bu halda inzibati məsuliyyətlə üzləşəcəksiniz.

Umico Market-də hər zövqə uyğun smartfonların geniş çeşidi var. Üstəlik, istənilən qadceti taksitlə əldə edə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.