Press "Enter" to skip to content

Azərbaycanda maarifçilik fəlsəfəsi

Astonomiyada isə iki nəzəriyyəyə münasibətini bildirərkən Bakıxanov N.Kopernikin heliosentrik sisteminin tərəfdarı olmuşdur. Bakıxanova görə, xeyirxahlıq, yaxşılıq, müsbət əxlaqi keyfiyyətlər insanın ədalət və insafının ölçüsüdür.

MÖvzu: 1 FƏLSƏFƏnin genezisi, predmeti və CƏmiyyəTDƏ rolu plan

b) fəlsəfənin genezisi və predmeti haqqında təsəvvürlər:

  • fəlsəfə elm və hikmətsevərlik kimi (qədim Yunanıstan);
  • fəlsəfə ilahiyyatın xidmətçisi kimi (orta əsrlər);
  • fəlsəfə «elmlər elmi» kimi (Yeni dövr).
  1. Fəlsəfənin funksiyaları və ali təhsil sistemində yeri.
    • dünyagörüşü funksiyası;
    • metodoloji funksiyası;
    • idrakı funksiyası;
    • aksioloji funksiyası.
  1. Rüstəmov Y. Fəlsəfənin əsasları. B., 2005.
  2. Fəlsəfə (prof. F.Ramazanovun redaktorluju ilə). B., 1997.
  3. Fərhadoğlu Maqsud. Fəlsəfənin əsasları. B. 2006.
  4. Imanov H.Fəlsəfənin əsasları. B., 2007.
  5. Губин В.Д. Философия. M., 2007.
  6. Fəlsəfə kursu üzrə mühazirələr (I,II,III hissələr). B., AzDII-nun nəşri, 1990-1993.

«Fəlsəfə» qədim yunan mənşəli söz olub (phileo – sevirəm, sophia – müdrüklük, hikmət), hərfiyyən «müdriklüyə məhəbbət», «hikmətsevərlik» deməkdir. Bəzi tarixi mənbələrin verdiyi məlumata görə «filosof» sözünü, ilk dəfə olaraq, qədim yunan mütəfəkkiri Pifaqor (b.e.ə.VI əsr) işlətmişdir. «Fəlsəfə» termininin elmi ənənəyə daxil olaraq möhkəmlənməsi isə b.e.ə. V-IV əsrlərdə yaşamış Yunan filosofu Platonun adı ilə bağlıdır.

Ilk fəlsəfi təlimlər eramızdan əvvəl VI əsrdə Hindistanda, Çində və Yunanıstanda meydana gəlmişdir. Qədim filosoflar hansı suallar üzərində düşünürdülər? Ilk növbədə dünyanın mənşəyi və mahiyyəti ilə bajlı məsələlər üzərində. Insanı əhatə edən bu aləm nədən yaranmışdır? Bütün bu mövcudata başlanjıc verən ilk səbəblər hansılardır? Istər təbiətdə, istərsə də insanın həyatının cərəyan etdiyi cəmiyyətdə saysız – hesabsız hadisələr baş verir. Heç nə əbədi deyil, hər şey dəyişir; mövcud olan nə varsa, hamısının zamanca başlanjıcı və sonu vardır. Bütün bu ardı-arası kəsilməz dəyişkənliyin mənası, səbəbi nədir? Bu fasiləsiz axına başlanjıc verən hansı qüvvələrdir? Bəlkə belə qüvvələr, ümumiyyətlə, mövcud deyildir, dünyadakı bütün hadisələr sırf təsadüf üzündən baş verir? Ardı-arası kəsilməz dəyişkənlik və hadisələr axınında bir nizam, onların yönəldikləri hansısa üstün istiqamətlər mövcuddurmu? Fəlsəfi dillə desək, dünyada nə hökm sürür: zərurət, yoxsa təsadüflər? Qanunlar, yoxsa xaos?

Nəhayət, filosofları həmişə düşündürən suallardan biri də insanın bu dünyada yeri və rolu, insan həyatının mənası haqqında məsələlərlə bağlıdır. Insanın yer üzündə hansısa spesifik missiyası mövcuddurmu? O, öz taleyinə sahib çıxaraq, ona istədiyi kimi sərəncam verə biləcək qədər güclüdürmü, ya bəlkə o, təbiəti ona bəlli olmayan və ondan dəfələrlə güclü olan hansısa qüvvələrin əlində aciz bir oyüncaqdır? Fəlsəfi problemlər əzəldən və bilavasitə insanın taleyi, missiyası və ali ideallarına toxunur. Bütün bu və buna bənzər problemlər fəlsəfi biliyin mühüm tərkib hissəsi olan ontologiyanın (qədim yunan mənşəli «ontos»- «varlıq» sözündən əmələ gəlmişdir) predmetini təşkil edir. Varlığın fundamental prinsiplərini fəlsəfənin ontologiya bölməsi öyrənir. Ontologiyanın mərkəzi problemini varlığın şüura münasibəti təşkil edir.

Fəlsəfənin əsas məsələsi şüurun varlığa münasibəti məsələsidir. Engels yazır: “Fəlsəfənin, xüsusən də ən yeni fəlsəfənin əsas məsələsi təfəkkürün varlığa münasibətidir”.

Fəlsəfi biliyin ikinci mühüm sahəsini təşkil edən idrak nəzəriyyəsi və ya qnoseologiya (yunanca «qnosis» – «bilik» sözündən əmələ gəlmişdir) insan idraknın mənşəyi və gerçəkliyə münasibəti, biliyin yaranma xüsusiyyətləri, onun gerçəkliyə uyjunluju, təcrübə və nəzəriyyə arasındakı münasibətlər kimi məsələlərlə məşjul olur. Insan dünyanı dərk edirmi? Bəri başdan qeyd edək ki, insanın şüura, təfəkkürə malik olması, ilk baxışda göründüyü kimi, bu suala müsbət cavab vermək üçün yetərli deyil. Doğrudan da, bizim idraki qabiliyyətlərimiz nə üçün səhvlər etməkdə bizə mane olmur? Insan həyatı boyu səhvlər edir və bir çox hallarda bu səhvlər çox ciddi nəticələr dojurur. Burada əsas məqamlardan biri budur ki, bizim həyat təcrübənizin və biliklərimizin zənginliyi səhvlərin sayını azalda bilər, lakin onun qarşısını ala bilməz.

Digər tərəfdən, insan həyatı yalnız səhvlərdən ibarət deyil. Bizim fəaliyyətimizin hədəfə çataraq, ujurla nəticələndiyi hallar da yetərincə çoxdur. Əgər fəaliyyət göstərərkən rəhbər tutduğumuz bilik və təsəvvürlər bütünlüklə yanlış olsa idi, onda bu belə olmazdı. Göründüyü kimi, «insan dünyanı dərk edirmi» sualının cavabı birmənalı deyil və o, problem səciyyəsi daşıyır.

Fəlsəfə yarandıjı vaxtdan bu günə qədər həmişə yuxarıda nəzərdən keçirdiyimiz səpgidə olan suallara cavab tapmaja çalışmışdır. onların hər birində insanın dünyaya münaisbəti məsələsinin müxtəlif məqamları əks olunmuşdur. Bu məsələ dünyagörüşünün əsas məsələsidir və buna görə də fəlsəfi problemlər dünyagörüşü anlayışı ilə sıx bajlıdır. Dünyagörüşü dedikdə dünya və insanın bu dünyada yeri və rolu haqqında ümumiləşmiş baxışlar, bilik və təsəvvürlər başa düşülür. Dünyagörüşünün strukturunda bir neçə səviyyəni fərqləndirmək olar: formalaşma xüsusiyyətlərinə görə dünyagörüşünün kor-təbii surətdə təşəkkül tapan adi-gündəlik və ya praktik səviyyəsi və məqsədyönlü, planauyjun şəkildə formalaşadırılan nəzəri səviyyəsi Fəlsəfə dünyagörüşünün nəzəri səviyyəsinə aiddir. Ifadə üsuluna görə də dünyagörüşünün iki səviyyəsi mövcuddur: emosional formada ifadə olunan dünyaduyumu və mücərrəd (nəzəri) anlayış və prinsiplərdə ifadəsini tapan dünyaanlamı.

II
Fəlsəfənin mahiyyəti, fəlsəfi biliyin təbiəti və özəllikləri haqqında az-çox konkret təsəvvür yaratmaq üçün onu (fəlsəfəni) gerçəkliyin insan tərəfindən mənəvi mənimsənilməsinin əsas formalarından olan elm və dinlə müqayisə edək. Elmi biliyin mənbəyini insanın müşahidələri, onun həyat təcrübəsi və elmi eksperimentlər təşkil edir. Elmin başlıca xüsusiyyəti onun əsaslandırılmış biliklər sistemindən ibarət olmasıdır. Bu o deməkdir, elmi bilik məntiqi cəhətdən ziddiyyətsiz olmalı və elmi eksperimentdə öz təsdiqini tapmalıdır. Bunlar elmi biliyin dəqiqliyini və səhihliyini təmin edən başlıca şərtlərdir. Elmin öyrəndiyi gerçəkliyi fəlsəfi dildə hadisəər aləmi kimi səciyyələndirirlər. Hadisələr aləminin səciyyəvi cəhətini onun konkret təcrübələr vasitəsi ilə tədqiq olunmasının, yəni prinsipcə müşahidə (birbaşa və ya dolayısı ilə) obyektinə çevrilməsinin mümkünlüyü təşkil edir. Buna görə də elm insana həmişə yalnız konkret təcrübə və müşahidələr hüdudunda formalaşan biliklər verir.

Lakin insan öz gündəlik fəaliyyətində yalnız bu cür biliklərə istinad etmək məcburiyyətində qalsa idi, onda onun həyatı ya, ümumiyyətlə, mümkün olmaz, ya da məna və məzmun baxımından çox yoxsul olardı. Insan həyatını ona məna və məzmun verən, insan fəaliyyətini daxilən stimullaşdıran ali məqsədlərdən, ideallardan və əqidələrdən kənarda təsəvvür etmək olmaz. Bunlar isə insanı əhatə edən mühit və bütövlükdə dünya haqqında az-çox müəyyən şəkil almış təsəvvürlər və biliklərə istinad etmədən təşəkkül tapa bilməz. Bu cür biliklər konkret – təcrübi mənşəyə malik olan elmi biliklərdən prinsipial şəkildə fərqlənir. Elmi biliklərdən fərqli olaraq, bütöv bir tam kimi düşünülən dünya, onun mənşəyi, quruluşu və mahiyyəti haqqında biliklər qazanmaq konkret müşahidə və təcrübələrin hüdudunu aşaraq, ondan kənara çıxmağı tələb edir.

Bu məqamda kifayət qədər incə bir mətləb üzərində dayanmaq zərurəti meydana çıxır. Məlum olduğu kimi, ayrı-ayrı elmlər insanı əhatə edən dünyada baş verən müxtəlif qrup hadisələri öyrənməklə məşğuldur. Əgər dünya bütövlükdə bu hadisələrin məcmusundan ibarətdirsə, onda niyə də həmin hadisələri öyrənən elmlərin verdikləri biliklərin məcmusu dünyanın bütöv bir tam kimi mahiyyətini anlamaq üçün kifayət etməsin? Məsələ burasındadır ki, elm gerçəkliyin öyrəndiyi fraqmenti haqqında bizə yalnız nisbi (şərti) biliklər verir. Elmi biliyin nisbiliyinin fundamental səbəbi onun həmişə konkret zaman sərhədləri ilə məhdudlaşmasında deyil. Konkret-elmi biliyin nisbiliyi onun fundamental təbiəti, əzəli mahiyyəti ilə şərtlənir. Elmi biliyin mayasında heç bir elmi vasitə ilə əsaslandırılması mümkün olmayan ilkin ideyalar mövcuddur. Bu ideyalar nədən ibarətdir?

Elmi nəzəriyyənin fundamentində həmişə məntiqi cəhətdən əsaslandırılması və konkret – elmi təcrübədə yoxlanılması prinsipcə mümkün olmayan ilkin ideyalar dayanır. Bunlara elmdə postulatlar və ya aksiomlar geyilir. Deməli, elmi bilik elmi vasitələrlə prinsipial olaraq əsaslandırılması mümkün olmayan ilkin prinsiplərdən qaynaqlanır.

Bu ilk prinsiplərin doğru və ya yanlış olmasını əsaslandırmaq elm üçün, prinsipial olaraq, mümkün olmadığına görə onlar sanki sirr olaraq qalır. elmin inkişafı prosesində bir elmi nəzəriyyənin başqası ilə əvəz edilməsi həmin sirrin prinsipcə açılması deyil, bir sirrin başqası ilə əvəz olunması deyməkdir. Deməli, elm dünyanın mahiyyətinə yalnız həmin sirrə qədər yaxınlaşa bilər.

Deyilənlərə aydınlıq gətirmək üçün cəsiyyəvi bir misala diqqət yetirək. Məlum olduju kimi, elm uzun zaman ərzində dünyanı dərk etməyin başlıca üsulunu onu struktur baxımından tədqiq edib öyrənməkdə götürdü. Bu yanaşmanın əsasını tamı onu təşkil edən hissələri öyrənmək əsasında dərk etmə metodu (struktur metod) təşkil edir. Struktur metod dünyanın uzun müddət ərzində elmi mənzərəsinin təməlini təşkil edən atomist konsepsiya üzərində qərarlaşmışdır. Qədim yunan alimi Demokritin zamanından (e.ə. V-IV əsrlər) bəri elm güman edirdi ki, bütün dünya bölünməz xırda hissəciklər olan atomlardan və onların müxtəlif formalı hərəkətlərindən təşkil olunmuşdur. Atomların özlərinin mövcudluğunu və xassələrini nə təcrübədə müşahidə etmək, nə də digər elmi biliklərdən məntiqi qaydalar vasitəsi ilə hasil etmək mümkün olmamışdı. Ən əsası, atomlar bölünməz olduqlarına görə onları elmi idrakın əsas metodu olan struktur metod vasitəsi ilə tədqiq etmək mümkünsüz sayılırdı. Buna görə də atomlar elm üçün təbiəti bəlli olmayan bir sirr olaraq qalırdı. Lakin XX əsrin əvvəllərində atomların mövcudluğunu eksperimental olaraq təsdiq etmək mümkün oldu. O da məlum oldu ki, atomlar güman olunduğu kimi bölünməz olmayab elementar hissəciklər adlanan mikroobyektlərdən təşkil olunmuşdur. Bu, o deməkdirmi ki, dünyanın atomizm konsepsiyasına istinad edən elmi mənzərəsi üçün heç bir sirr qalmadı? Qətiyyən! «Elmentar hissəcik» terminindəki «elementar» sözünə diqqət edin. Ilk vaxtlar alimlər inanırdılar ki, «elementar» hissəciklər dünyanın daha öz strukturu baxımından öyrənilməsi mümkün olmayan ən ilk, ən «elementar» kərpicikləridir. Sonralar «elementar» hissəciklərin çevrilməsinə dair aparılan təcrübələr əsasında müxtəlif nəzəri modellər yaradıldı. Məsələn, kvarklar adlanan mikroobyektlərdən təşkil olunmuşdur. Kvarklar nəzəriyyəsinə görə elementar hissəciklər kvarklar sərbəst şəkildə, yəni «elementar» hissəciklərin «tərikibinə» daxil olmadan prinsipcə mövcud ola bilməzlər. Kvarkları heç bir elmi eksperiment vasitəsi ilə aşkar edib öyrənmək olmaz. Göründüyü kimi, atomların sirrini «elementar» hissəciklər nəzəriyyəsi kvarkların sirri ilə əvəz edir. Lakin bununla da məsələ bitmir. «Elementar» hissəciklər haqqında «butstrap» model adlanan nəzəriyyəyə görə hər bir «elementar» hissəcik eyni zamanda öz strukturunda bütün digər elementar hissəcikləri birləşdirir. Sanki hər «elementar» hissəcik bütün digər «elementar» hissəciklərdən təşkil olunmuşdur. Göründüyü kimi burada tam və hissə arasındakı elmin istinad etdiyi ənənəvi münasibətlər – tamı hissələrin məcmusu kimi təsəvvür edən baxışlar – tamamilə öz mənasını itirir. Deməli, «elementar» hissəciklər səviyyəsində dünyanı onun hissələri, yəni strukturu əsasında anlamaja çalışan və elmi idrakın təməl prinsiplərindən biri olan struktur metod öz əhəmiyyətini itirmiş olur.

Elmin əsas xüsusiyyətlərindən birini onun ifrat obyektivizmi təşkil edir. Bu o deməkdir ki, elmi bilik onu kəşf edib formalaşdıran alimin arzu və istəklərinə, simpatiya və antipatiyalarına, sevinc və kədərinə, məhəbbət və nifrətinə münasibətdə tamamilə neytraldır. Elmi bilik onu yaradanların və tərəqqisi üçün sərmayə qoyanların ədalətə və ya haqsızlığa, şəfqət və ya zorakılığa, azadlığa və ya totalitarizmə xidmət etməsinə tamamilə biganədir. O, eyni müvəffəqiyyətlə həm xeyirə, həm də şərə xidmət etməyə qadirdir. Insan ənənəvi etik məzmun daşıyan bu kateqoriyalara münasibətdə seçim etmədən yaşayıb fəaliyyət göstərə bilməz. Elm işə məhz bu seçimi etmək üçün ona yardım etməkdə acizdir. O, insanın mənəvi dünyası üçün fundamental əhəmiyyət daşıyan xeyir və şər, azadlıq və zorakılıq, ləyaqət və mənəvi eybəcərlik, ədalət, mərhəmət, nizam və xaos, məhəbbət, nifrət və s. kimi anlayışların məzmun və mahiyyəti haqqında insana, faktiki olaraq, heç nə öyrədə bilməz. Onlar elmi biliyin əsas mənbəyini təşkil edən konkret-elmi müşahidə və təcrübənin hüdudlarını aşıb keçməyi tələb edir. Mənəvi məzmun daşıyan bu kateqoriyaları mənimsəmədən insan yaşaya bilməz, çünki onun həyatına istiqamət verən, davranışına rəhbərlik edən konkret – elmi bilik deyil, bu məfhumlardır.

Insanın cismani ehtiyaslarının və iqtisadi tələbatlarının ödənilməsində müstəsna əhəmiyyətə malik olsa da, elm göründüyü kimi, insan fəaliyyəti və məhz, spesifik insani yaşam tərzi üçün zəruri olan bilik və təsəvvürlərin yalnız bir hissəsini vermək iqtidarındadır. Din və fəlsəfə gerçəkliyin mənəvi mənimsənilməsinin digər elə formalarıdır ki, onlar, müəyyən mənada elmin insana verə bilmədiklərini ona bəxş etməyə iddialıdırlar. Onlar hər ikisi elmi biliyin məhdudluğundan və natamamlığından doğan ehtiyacı sanki, kompensasiya etməyə, insanın bitkin, tamamlanmış, fəlsəfi terminlə desək, mütləq biliyə olan əzəli tələbatını ödəməyə çalışırlar. Həm din, həm də fəlsəfə üçün mütləq biliyin mənbəyini dünyanın mütləq başlanğıcına inam təşkil edir. Dinə görə bu mütləq başlanjıc dünyanı hər şeyə qadir olan öz azad iradəsi ilə və möcuzə yoluyla heçdən yaradan fövqəltəbii varlıq – tək Allahdır. Din dünyanın mənşəyi və mahiyyəti, insan, onun həyatının mənası və məqsədi, insanın dünyada yeri, xeyir, şər haqqında və digər ehkamlarını Allahın kəlamları kimi təqdim edir. Allah isə hər şeyi bilən və görən kamil, mütləq varlıq olduğuna görə, onun bütün kəlamları da, nisbi və natamam elmi bilikdən fərqli olaraq, mütləq biliklərdir. Dindar Allahın kəlamlarının toplandığı müqəddəs yazıları dərindən mənimsəməklə mənəvi, etik və dünyagörüşü məzmunlu bütün sualların cavabını bu yazılarda tapa bilər.

Dini şüurun mövcudluq üsulu dünyanın fövqəltəbii başlanjıcına dərin inamı ifadə edən etiqad hissidir. Etiqadsız insan üçün dünyanın dini mənzərəsi prinsipial olaraq, natamamdır. Etiqad hissindən kənarda Allahın föqəltəbii mahiyyəti və onun möcuzəsi haqqında məsələ həlledilməz problem olaraq qalır. Lakin etiqadsız insan üçün, prinsipial olaraq, həlli olmayan bu kimi problemlər dini şüur çərçivəsində öz mənasını və əhəmiyyətini tamamilə itirir; Allahın fövqəladə qüdrətinə zərrə qədər də şübhə yeri qoymayan inamdan qaynaqlanan etiqad hissi dindar üçün xüsusi psixoloji ovqat yaradaraq, məntiqi təfəkkürün cavab tapmaq iqtidarında olmadıjı sualların dojurduju narahatlıjı və natamamlıq kompleksini müvəffəqiyyətlə neytrallaşdırır.

Fəlsəfə də din kimi konkret təcrübə hüdudlarını aşaraq, dünyanın bütöv mənzərəsini yaratmaq, insanın mütləq biliyə olan ehtiyaclarını ödəmək üçün həmişə müəyyən mütləq varlıq (başlanğıc) modelindən çıxış edir. Lakin mütləq varlığa münasibət məsələsində fəlsəfə dindən prinsipial şəkildə fərqlənir. Əvvəla, əgər din üçün mütləq varlığın mahiyyəti onun möcüzə yaratmaq qüdrətində və fövqəltəbiiliyindədirsə, fəlsəfə üçün bunların hər ikisi, qəbuledilməzdir. Heç bir fəlsəfi təlim indiyə qədər (dini fəlsəfə istina olmaqla) dünyanın mütləq başlanğıcı ilə (mütləq varlıqla) dünyanın özü arasnıda dinin etdiyi kimi keçirməz sədd çəkməmişdir. Deməli, fəlsəfə üçün mütləq varlıq fövqəltəbii deyil, dünyəvi başlanğıcdır. Bundan əlavə, fövqəltəbii başlanğıcın əsas atributu olan möcuzənin varlığı fəlsəfi təfəkkürlə, prinsipial olaraq, bir araya sığmazdır. Dini şüurdan fərqli olaraq, fəlsəfə mütləq varlıjı etiqada istinad etməklə deyil, arqument və təfəkkürlə mənimsəməyə çalışır. Bu məqam fəlsəfəni elmlə yaxınlaşdırır. Lakin mütləq varlıq elmi biliyin əsasını təşkil edən konkret müşahidələr və təcrübə hüdudlarına sığmadığına görə, fəlsəfi təfəkkür, elmdən fərqli olaraq, həmişə konkret təcrübə hüdudlarını aşmalı olur.

Ikincisi, fəlsəfənin istinad etdiyi mütləq varlıq məfhumu konkret dünyagörüşünün çıxış nöqtəsini təşkil edən anlayışdır. Dünyagörüşü isə tarixi hadisə olduğuna görə, yəni tarixi dövrün dəyişməsilə dünyagörüşü də dəyişdiyinə görə, onun istinad etdiyi mütləq varlıq anlayışı da dəyişir. Buna görə də fəlsəfnin əsaslandıjı mütləq varlıjı yalnız müəyyən şərtlə mütləq adlandırmaq olar. Mövcud dünyagöürüşü çərçivəsində o mütləqdir; yeni dünyagörüşü onu dəyişdiyinə görə o, nisbidir. Buna müvafiq olaraq, konkret tarixi dövrün fəlsəfi ideyaları həmin dövrün dünyagörüşü çərçivəsində mütləq bilik kimi qavranılır. Tarixi proses onun dövrlə məhdudlanan şərtiliklərini aşkarladıjına görə, o, tarixi baxımdan nisbidir. Burada fəlsəfə ilə elm arasındakı oxşar və fərqli məqamlar daha qabarıq üzə çıxır. Elmi bilik də, qeyd etdiyimiz kimi nisbidir. Lakin elmi biliyin nisbiliyinin fundamental səbəbi onun labüd tarixi məhdudlujunda deyil, əzəli təbiətindədir. Elmi nəzəriyyələr həmişə yalnız müəyyən başlanjıc və sərhəd şərtləri daxilində dojrudur, yəni, irəlicədən məlumdur ki, baxılan elmi nəzəriyyə konkret – elmi vasitələrlə əsaslandırılması mümkün olmayan hansı şərtlərdən irəli gəlir və hansı hüdudlara qədər dojrudur. XX əsrə qədər bu cür şərtlərin mövcuduju açıq-aşkar şəkildə olmasa da, hər halda, sükutla da olsa, qəbul edilirdi. Məsələn, Nyuton mexanikası üçün belə başlanjıc şərtlərə misal olaraq «mütləq məkan» və «mütləq zamanın» mövcudlujunu, «uzaja təsir» prinsipini və s. göstərmək olar. Bunların heç birini konkret –elmi təcrübə və məntiqi arqumentlə əsaslandırmaq mümkün olmasa da, Nyuton onları qəbul etmək məcuriyyətində idi. Göründüyü kimi, elmi biliyin şərtliyi onun mahiyyətindən irəli gəldiyinə görə prinsipial əhəmiyyətə malikdir. Fəlsəfi biliyin nisbiliyi isə tarixi səciyyə daşıdıjından, o konkret tarixi dövr üçün mütləq bilik əhəmiyyəti kəsb etməyə qadirdir. Burada biz fəlsəfə ilə din arasındakı daha bir prinsipial fərqlə qarşılaşırıq: fəlsəfədən fərqli olaraq, dini şüurun çıxış nöqtəsi olan mütləq varlıq və ondan qaynaqlanan dini hökmlər (ehkamlar) tarixi dövrdən asılı olaraq, dəyişə bilməz və buna görə də dindar üçün nisbi deyil, mütləq səciyyə daşıyırlar.
III
Fəlsəfə yaranışında mifologiyadan qaynaqlanırdı.
Fəlsəfə qəbilə – icma mədəniyyətinin uzun sürən tənəzzülü prosesində və onun nəticələrindən biri kimi meydana gəlmişdir. Bu mədəniyyətin süqutu onun dünyagörüşü əsasını təşkil edən mifologiyanın böhranı ilə bağlı idi. Mifologiyanın əsasını fantastik varlıqlar haqqındakı müxtəlif rəvayətlər – miflər (əsatirlər) təşkil edir. Miflərin səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, burada təbiət hadisələri və cansız predmetlər canlı varlıqlar şəklində təsvir olunurdu. «Hilozoizm» adlanan bu canlılaşdırma prinsipi mifi yaradan ibtidai təfəkkürün xüsusiyyətlərindən irəli gəlirdi. Bu xüsusiyyətləri başa düşmək üçün mifologiyanı yaradan qəbilə-icma cəmiyyətinin bəzi məqamları üzərində dayanmaq lazımdır.

Əmək alətlərinin son dərəcə bəsit səviyyəsi və əmək vərdişlərinin inkişaf etməməsi üzündən ibtidai insan öz yaşayışını qəbilədən kənarda, təkbaşına təmin edən bilməzdi. Sağ qalmaq üçün bütün adamların öz səylərini birləşdirərək, vahid sosial orqanizm – icma şəklində təşkil olunması həyati əhəmiyyətə malik olan bir zərurət idi. Insanın icmadan sərt asılılıjı o dərəcədə ən ümumi səciyyə daşıyırdı ki, potensial olaraq müstəqil fərd kimi özünü qəbiləyə (icmaya) qarşı qoymaq onun heç ajlına də gəlmirdi. Ibtidai insan özünün real həyat fəaliyyəti prosesində özünü icmadan ayıra bilmədiyi kimi, onun şüuru da özünü icmaya qarşı qoya bilməzdi. Fərdlə onun qəbilə icmasının belə bir qovuşuqluju şəraitində fərdi həyat öz gerçəkliyində bütöv bir tam kimi qavranılan icmanın həyat fəaliyyətindən heç nə ilə fərqlənmirdi. Buna görə də ibtidai insanın şüuru bütünlüklə icmadaxili həyatın xüsusiyyətləri ilə şərtlənirdi. Bu həyatın səciyyəvi cəhətini icmada fəaliyyət növlərinə münasibətdə əmək bölgüsünün yoxluju təşkil edirdi. Qəbilənin yaşayışı üçün gərəkli olan fəaliyyət növlərinin hamısı ilə hər bir kəs eyni dərəcədə məşjul olurdu. Buna görə də qəbilədaxili həyat da öz tərkib hissələrinə ayrılmayaraq, sinkretik (bütöv) bir tam kimi mövcud idi. Özünü müstəqil şəkildə bu həyata qarşı qoya bilməyən ibtidai şüurun da səciyyəvi xüsusiyyətini, bu səbəbdən, onun sinkretizmi təşkil edir. Ibtidai insanın təfəkküründə dünyanın təbiət və insana, fərdi və sosial olana, maddi və mənəviyə, təbii və fövqəltəbiiyə, subyekt və obyektə bölgüsü mövcud deyildi. Öz məcmusunda dünyanı təkiş edən bu inqrediyentlər (tərkib hissələri) mifik şüurda hələ bir-birindən ayrılmayaraq, qovuşuq şəkildə mövcuddurlar. Beləliklə, fəlsəfədə mif ibtidai insan tərəfindən dünyanın bütöv, sinkretik şəkildə dərki kimi başa düşülür.

Ibtidai şüurun başlıca mənbəyini qəbilə icmasının həyat fəaliyyəti təşkil etdiyinə görə, qəbilə insanın dünyanı qavrama formasını müəyyən edən başlıcı model kimi çıxış edirdi. Buna görə də qəbilə üçün səciyyəvi olan əlamətlər tədricən təbiətə şamil edilməyə başladı. Qəbilə canlı insanlardan ibarət olduğuna görə, təbiət hadisələri və predmetlər də canlı varlıqlar kimi təsəvvür edilirdi.

Lakin təbiət qüvvələri öz miqyasına və təsir gücünə görə insandan müqayisəolunmaz dərəcəə üstün oldujuna görə tezliklə onlara pərəstiş kultu formalaşdı. Mifologiyada təbiətin müxtəlif kortəbii qüvvələrinin təmsilçilərinə çevrilmiş allahlar haqqında təsəvvürlər belə meydana gəldi. Əvvəlcə təbiətin, vaxtaşırı olaraq, ibtidai insanın həyatına müdaxilə edərək ona fəlakətlər gətirən bu dajıdıcı qüvvələrini rəhmə gətirmək, sonralar isə bu nəhənglərdən faydalanma məqsədilə allahların şərəfinə müxtəlif ayinlər, mərasimlər icra etməyə başladılar. Bu mərasimlərin vaxtaşırı olaraq və daha böyük vüsətlə keçirilməsi ibtidai-icma cəmiyyətinin həyatında böyük rol oynayan adət-ənənələrin, müqəddəslər haqqında təsəvvürlərin və bunlardan irəli gələn qadajanlar sistemininin formalaşmasına səbəb oldu. Mifoloji dünyagörüşünün bu struktur elementləri qəbilə icmasının normal fəaliyyətinin başlıca təminatiçısı hesab olundujuna görə onlara sözsüz əməl edilməsi hamının müqəddəs borcu hesab olunurdu. Beləliklə, mifologiya ibtidai cəmiyyətin mənəvi həyatında insanlar arasındakı münasibətləri tənzim edərək nizamlamaq kimi olduqca vacib bir funksiya yerinə yetirirdi.

Əmək bölgüsünün meydana gələrək dərinləşməsi qəbilə-icma cəmiyyətinin sosial həyatı üçün səciyyəvi olan ənənəvi bütövlüyün tədricən pozulub dajılmasına gətirib çıxardı. Müxtəlif fəaliyyət növlərinin bir-birindən ayrılması və yeni peşə sahələrinin meydana gəlməsi nəticəsində adamların sərəncamında olan qüvvələr artmaja başladı. Bu qüvvələri nəzarət altında saxlayaraq, onlardan daha səmərəli şəkildə istifadə etməyə qəbilə-icma quruluşunun imkanları çatmırdı. Cəmiyyətin qarşısına çıxan bu çətinliklər onun təşkilinin yeni formasını tələb edirdi. Qəbilə-icma quruluşunun dajılması onun dojurduju mifoloji dünyagörüşünün böhranına səbəb oldu. Dünya haqqında mifoloji təsəvvürlər və adət-ənənələrin böyük bir hissəsi dövrün aparıcı meylləri ilə səsləşmədiyinə görə, onlar yeni reallıqlarla üz-üzə gəldikcə nüfuzdan dişməyə başladı. Mifoloji adət-ənənələr öz gücünü zəkadan, ajıldan deyil, etiqaddan götürdüyünə görə öz mənbəyini zəkadan götürməyən hər cür bilik nadanlıq kimi qiymətləndirilməyə başlandı. Fəlsəfə məhz belə bir mənəvi atmosferdə meydana gəldi. O, yaranmaqda olan və ağıla, məntiqə əsaslanan yeni dünyagörüşünün ilk ifadəçisi kimi tarix səhnəsinə qədəm qoydu. Beləliklə, fəlsəfə dünyanı rasional arqumentləşdirmənin köməkliyi ilə izah edir. Fəlsəfi suallara cavab zəkanın dəlil və əqlinəticələrində axtarılır. Fəlsəfi dünyagörüşünün əsas cəhəti onun mücərəddliyindədir. Dünyagörüşünün tarixi tiplərinin yaranma ardıcıllığı aşağıdakı kimi olmuşdur: mif, din, fəlsəfə, elm.

Fəlsəfə tarixən nəzəriyyənin ən ilkin forması kimi təşəkkül tapmışdır. Insanların gündəlik həyat fəaliyyəti prosesində kortəbii surətdə meydana gələn müxtəlif biliklər hələ lap qədim zamanlardan başlayaraq, toplanmaja başlıca da, onlar pərakəndə şəkildə səpələnərək sistemləşdirilməmişdi. Bu biliklər insanların müxtəlif xarakterli tələbatlarını ödəmə vasitəsi kimi meydana gələrək, başlıca olaraq, praktik məqsədlərə xidmət edirdi. Əqli əməyin fiziki əməkdən ayrılmasından sonra dünya haqqında insan biliklərinin qeyri-praktik səciyyə daşıyan yeni mənbəyi meydana çıxdı. Intellektual fəaliyyəti özlərinə başlıca məşjuliyyət növü seçən adamların tədqiq etmək, dünyanı dərk etmək istəyi artıq praktik ehtiyaclardan dojmurdu. Ibtidai insanın bütün ömrü yaşayış ujrunda gündəlik sərt mübarizədə keçirdi. Bu, onun saj qalması üçün yeganə mümkün yol idi. Cəmiyyət onun sərəncamında olan məhsuldar qüvvələrin artımı müəyyən həddə çatdıqdan sonra bir qrup adamları bu ajır, üzücü həyatdan azad etmək imkanı əldə etdi. Onlardan bəziləri əqli əməyi özlərinə əsas fəaliyyət növü seçdilər. Indii artıq maddi ehtiyacları ödəmək qayjısına çox da qalmadan özünü bütünlüklə intellektual fəaliyyətə sərf etmək olardı. Yeni biliklərə yiyələnmək səyi bu adamların həyatının başlıca mənasına çevrilməyə başladı. Əvvəllər idraka stimul verən praktik məqsədləri getdikcə daha çox yeni biliyin dojurduju sevinc və ruh yüksəkliyi əvəz edirdi. «Faydalanmaq naminə bilik» tezisini «bilik naminə bilik» formulu əvəz etməyə başladı. Elə nəzəriyyənin ən ilkin formalarını da xalis biliyi özlərinin başlıca həyat idealına çevirmiş bu adamlar yaratdılar.

O vaxtlar gerçəkliyin müxtəlif tərəfləri haqqında toplanmış olan biliklər məcmusu o qədər böyük deyildi Ki, onları vahid sistemin elementləri şəklində birləşdirmək qeyri-mümkün olsun. Ilk mütəfəkkirlər bu işin öhdəsindən asanlıqla gəldilər; onlar bir neçə fundamental anlayış əsasında biliklərin nizamsız kütləsinə sistem xarakteri verərək, onları vahid nəzəri təlim altında birləşdirirdilər. Qədim Yunanlar ilk nəzəriyyənin yaradıcılarını «müdriklik aşiqləri», «hikmətsevərlər», onların bu yeni məşjuliyyətini isə «hikmətə sevgi» (fəlsəfə) adlandırırdılar. Beləliklə, «fəlsəfə» termini nəzəriyyəyə, sonra isə ümumiyyətlə elmə verilən ilk ad kimi meydana gəldi.

Qədim yunanların «fəlsəfə» adlandırdıqları ilk nəzəriyyələr gerçəkliyin ayrı-ayrı sahələri haqqında toplanmış konkret biliklər sistemi deyil, daha çox dünya, onun mənşəyi və mahiyyəti haqqındakı ümumi və sadəlövh təsəvvürlərin vahid sistemi idi. Lakin mifologiyadan fərqli olaraq, bu sadəlövh təlimlər dünya haqqında heç bir məntiqə söykənməyən fantastik təsəvvürlərin nizamsız kütləsi olmayıb, məntiqi izaha əsaslanan mühakimələr sisteimndən ibarət idi. Qədim miflərin başlıca məzmununu təşkil edən ənənəvi mövzular yenicə yaranan bu nəzəri təlimlərin əsas predmetini təşkil edirdi. Buna görə də onlar mahiyyətcə miflərin rasionallaşmış ifadəsindən başqa bir şey deyildi. Qədim filosoflar mifin rasionallaşaraq, nəzəri təlimə çevrilməsi prosesini mövcudatın ilk əsası kimi qəbul etdikləri «ilk başlanğıclar» haqqında təsəvvürlərə və səbəbiyyət ideyasına söykənərək həyata keçirdilər. Başlıca olaraq, bu iki fundamental anlayışın sayəisndə onlar toplanmış olan konkret bilikləri dünya haqqında vahid ümumi təlimin üzvi tərkib hissəisnə çevirməyə müvəffəq oldular. Lakin konkret biliklər toplanıb çoxaldıqca sanki əks proses baş verirdi: indi biliklər özləri daxildən təşkil olunaraq, müstəqil nəzəri sistemlərə çevrilməyə başladılar. Qədim Yunanıstanda konkret elmlər belə təşəkkül tapdı. Ənənəvi olaraq nəzəriyyəni bildirən «fəlsəfə» termini bu elmlər üçün də ümumi ad statusunu qoruyub saxladı. B.e.ə. IV əsrdə Aristotel elmləri təsnifata ayıraraq, onlara konkret adlar verdikdən sonra məntiqi sual qarşısında qaldı: yeni yaranan bu konkret elmlər öyrəndikləri predmet oblastına uyjun adlar aldıqdan sonra, varlıjın konkret bir sahəsi haqqında deyil, ümumiyyətlə varlıq haqqındakı ümumi təlimləri –nəzəriyyənin bu ilk formasını necə adlandırmalı? Bu təlimlər ilk səbəblər (başlanğıclar) haqqında təsəvvürlər sistemi kimi başa düşüldüyündən, onlar elmlərin də ilk əsasını təşkil etməli idi. Fəlsəfə tarixində fəlsəfəni ilk səbəblər haqqında təlim kimi ilk dəfə Aristotel təyin etmişdir. Aristotel onları «birinci» fəlsəfə adlandırdı. Sonralar fəlsəfi biliyin nüvəsini təşkil edəcək bu «birinci» fəlsəfə, Aristoteldən sonra «metafizika» adlandırılmaja başlandı.

Yeni dövrdə konkret elmlərin təşəkkül tama prosesi daha intensiv sürətlə getsə də, o metafizika ilə konkret elmlər arsnıda öz başlanjıcını qədim yunanlardan götürən ənənəvi münasibətlərə elə bir əsaslı dəyişiklik gətirmədi. Sürətlə təşəkkül tapan elmin praktik məhsuldarlıjı fonunda Yeni dövr mədəniyyətinin nəhəng simaları metafizik problemlərin işlənib hazırlanmasını özlərinin əsas vəzifəsi hesab edirdilər. F. Bekon, T.Hobbs və R.Dekart dərindən inanırdılar ki, yeni yaranan elmin müvəffəqiyyəti ilk növbədə onun ilk əsasları haqqında təlimin – metafizikanın – nə dərəcədə əsaslı şəkildə işlənib hazırlanmasından asılıdır. Aristotel kimi onlar da elmlərin bütün məcmusunu «fəlsəfə» adlandırırdılar. Dekart fəlsəfəni canlı ajacla müqayisə edirdi. O, metafizikanı bu ajacın köklərinə, gövdəsini fizikaya, budaqlarını isə başqa elmlərə bənzədirdi. Dekart rasionalist idi, yəni o, biliyin həqiqi mənbəyini təcrübədən deyil, təfəkkürdən ibarət hesab edirdi. Buna görə də elmi bilik, onun fikrincə, metafizikadan məntiqi nəticə kimi irəli gəlməlidir.

Lakin XVIII əsr, yeni dövr rasionalizminin metafizikaya bəslənən ümidlərini dojrultmadı. Alman filosofu Kant zəkanın qeyri-məhdud imkanları haqqındakı maarifçilik ənənələrinin əksinə olaraq, idrakın sərhədləri haqqında təlim yaratdı. Kant göstərirdi ki, insan ajlı son səbəblər, ilk başlanjıclar haqqında biliklr əldə etmək iqtidarında deyil. Bu Yeni dövrdə metafizikaya vurulan ilk ciddi zərbə idi. Onun mümkünlüyünə qarşı yaranmış şübhəni həmin dövrün metafizik sistemləri arasındakı ziddiyyətlər daha da dərinləşdirirdi. Bu vəziyyət XIX əsrin ortalarında, ümumiyyətlə, fəlsəfənin mümkünlüyünün açıq şəkildə inkar edilməsinə gətirib çıxardı. Həmin vaxtlarda «fəlsəfə» sözü bütün elmlərə verilən ümumi ad kimi işlənməkdə davam etsə də, elmlərin sürətlə formalaşması onların metafizikadan fərqini daha da dərinləşdirdiyindən, «fəlsəfə» termini getdikcə daha çox metafizikaya münasibətdə işlədilməyə başladı. Buna görə də XIX əsr metafizikanın inkarını, ümumiyyətlə, fəlsəfənin inkarı kimi mənalandırırdı. Bu ideya ilk dəfə olaraq, qərb fəlsəfəsinin yeni yaranmış cərəyanlarından olan pozitivizm tərəfindən irəli sürüldü. Pozitivizmin banisi O.Kont iddia edirdi ki,yeni yaranmış «pozitiv» elmlər fəlsəfənin ənənəvi metafizika şəklində mövcudluju qeyri-mümkün edir. Lakin elə XIX əsrin ortalarından başlayaraq, bir-birinin ardınca meydana gəlmiş və mahiyyətcə metafizik səciyyə daşıyan yeni fəlsəfi konsepsiyalar fəlsəfənin (metafizikanın) sonu haqqındakı nəticələrin çox tələsik çıxarıldıjını nümayiş etdirdi. Fəlsəfənin sonu haqqındakı təsəvvürlər Yeni dövr metafizikasının ujursuzlujunu, ümumiyyətlə metafizikanın yararsızlıjı kimi şərh etmək kimi yanlış əsas üzərində formalaşmışdı. Hər bir tarixi dövrdə olduju kimi, Yeni dövrün fəlsəfəsi də konkret mənbələrdən irəli gəlirdi və buna görə də onun müvəffəqiyyətsizliyini, ümumiyyətlə, fəlsəfənin təbiətində deyil, onu dojuran bu konkret səbəblərdə axtarmaq lazımdır.

Fəlsəfənin cəmiyyətdə və təhsil sistemində yeri nədən ibarətdir və onun mövcudlujunu şərtləndirən amillər hansılardır? Yuxarıda biz əmin olduq ki, fəlsəfə insanın mütləq biliyə yiyələnmə ehtiyaclarını ödəmə vasitələrindən biridir. Müasir cəmiyyətdə elmin onsuz da dominant (üstün) rolu misli görünməmiş bir sürətlə artdıjına görə, elmə daha yaxın olan fəlsəfə müasirlərimizin mütləq biliyə olan ehtiyacını dinlə müqayisədə daha effektiv şəkildə ödəmək potenstialına malikdir. İnsanın mütləq biliyə olan ehtiyacı nədən irəli gəlir? Bu, bir tərəfdən, təfəkkürün özünün əzəli təbiəti ilə şərtlənir: insan idrakı üçün heç bir hüdud tanımayaraq, varlıjın getdikcə daha dərin qatlarına nüfuz etmək səciyyəvidir. Digər tərəfdən isə bu ehtiyac insanın qarşılaşdıjı bir sıra spesifik həyati situasiyalarla bajlıdır. Biz bütün həyatımız boyu dəfələrlə elə çətinliklərlə üzləşirik ki, yiyələnmiş oldujumuz konkret – elmi və professional biliklər həmin çtəin vəziyyətlərdən bizə çıxış yolunu göstərə bilməz. Belə situasiyalardan düzgün çıxış yolunu yalnız dünyanın rasional (əsaslandırılmış) bütöv mənzərəsini təmin edən təsəvvürlərə yiyələnmiş, insanın dünyada yeri, azadlıq, zərurət, təsadüf, qəzavü – qədər, hadisələrin qanunauyjun əlaqəsi, səbəbiyyət, möcuzə, xeyir və şər, ədalət, ləyaqət və digər bu qəbildən olan kateqoriyalar haqqında müstəqil və əsaslandırılmış mühakimələr yürütmək iqtidarında olan təfəkkür tərzinə malik adamlar tapa bilər. Bu cür təfəkkür həyatda insanın arxalana biləcəyi etibarlı dayaq nöqtəsi olan özünə öz zəkasının gücünə inam hissi formalaşdırır, onda müstəqil qərar qəbul etmək və çətinliklərdən əksər hallarda düzgün çıxış yolu tapmaq vərdişləri yaradır. Bu keyfiyyətlərdən məhrum olan adamlar analoji situasiyalarla qarşılaşarkən özünü itirir, asanlıqla kənar təsir altına düşür, çıxış yolunu öz iradəsinin və ağlının gücünə güvənərək yox, caduda, möcuzədə və digər mistik qüvvələrdə axtarır.

Lakin həyatda insana etibarlı dayaq nöqtəsi olan, ona düzgün yol göstərmək iqtidarında olan bu cür təfəkkür tərzi fəlsəfənin əsaslarına yiyələnmədən, ümumiyyətlə, fəlsəfi təhsildən kənarda formalaşa bilməz. Bu keyfiyyətlərə malik olan təfəkkür adları yuxarıda çəkilən və çəkilməyən fəlsəfi kateqoriyalar sistemindən kənarda mövcud deyil. Fəlsəfi təfəkkür insana təkcə öz şəxsi həyatındakı problemlərdən baş çıxarmaq üçün deyil, həmçinin bütövlükdə cəmiyyətin rastlaşdıjı, konkret elm nümayəndələrinin və peşə sahiblərinin həll etmək iqtidarında olmadıjı spesifik problemlərin yaranma səbəblərinin aşkarlanması və onların həlli perspektivlərinin müəyyənləşdirilməsi üçün də gərəklidir. Bu problemləri insan fəaliyyəti dojurur. Insanın müxtəlif fəaliyyət formaları onun konkret tələbatlarını ödəmək ehtiyacından yaransa da, onlar heç də həmişə insanın dünyadakı köklü mənafelərinə xidmət etmir. Nə üçün? Bu suala cavab vermək üçün insanın fəaliyyət formaları ilə mədəniyyət arasındakı münasibətlərə aydınlıq gətirmək lazımdır, çünki fəaliyyət formaları mədəniyyət deyilən bütöv sistemin tərkib hissələri olub, ondan kənarda mövcud ola bilməz. Bu isə konkret – elmi deyil, fundamental fəlsəfi məsələdir. Mədəniyyət insanın dünyada köklü mövcudluq üsulu, yəni onun sosial mövcudlujunu təmin edən köklü şərtlərin məcmusudur. Lakin o, donuq deyil, dinamik, öz varlıjı ərzində müxtəlif hallar olan, yəni müxtəlif təkamül mərhələlrində keçən bir sistemdir. Insan fəaliyyətinin konkret məzmunu, məna və əhəmiyyəti həmişə onun mədəniyyətin hansı təkamül mərhələsinə təsadüf etməsindən asılı olur. Buna görə də bütöv bir tam kimi mədəniyyəti öyrənmədən onun tərkib hissəsi olan insan fəaliyyəti haqqında, onun xeyirəmi, yoxsa şərəmi xidmət etməsi haqqında yalnız bu fəaliyyətin özündən çıxış etməklə mühakimə yürütmək olmaz. Ayrı-ayrı elmlər mədəniyytəin konkret tərkib hissələrini öyrənsə də, mədəniyyəti bütöv bir tam kimi tədqiq etmək onların heç birinin predmetinə daxil deyildir. Bu, konkret – elmi deyil, fəlsəfi məsələdir.

Ümumiyyətlə fəlsəfə üçün hissə haqqında onu tamla əlaqələndirməklə mühakimə yürütmək meyli səciyyəvidir. Yalnız bu cür yanaşma hissə ilə tam arasındakı qarşılıqlı münasibət və təsirlərin tamın bütövlüyünü və dayanıqlıjını pozmayan optimal həddini müəyyənləşdirməyə kömək edə bilər. Əslində cəmiyyətdə meydana çıxan köklü problemlərin fəlsəfi mahiyyəti tamla hissə arasnıdakı münasibətlərdə harmoniyanın pozulmasından başqa bir şey deyildir. Elmi yanaşmanın fundamental əsasını təşkil edən struktur metod hissəni tamdan təcrid edilmiş şəkildə öyrənir. Buna görə də bütöv bir tam kimi mədəniyyətin tərkib hissələri olan fəaliyyət formaları haqqında konkret elmi bilik bu formaların mədəniyyətə təsirini və meydana çıxan spesifik problemlərin köklü səbəblərini əks etdirə bilməz. Yalnız fəlsəfi təfəkkür tərzinə yiyənlənməklə insan fəaliyyətinin mədəniyyətdə yaratdıjı köklü problemlərin, deməli, bu fəaliyyətin nəticələri ilə insanın özünün köklü mənafeləri arasındakı ziddiyyətin səbəbini aşkarlamaq mümkündür.

Fəlsəfə elmə öz mədudiyyətlərini dərk etməyə, fəlsəfi təfəkkür mədəniyyətinə yiyələnmiş alimə isə əldə etdiyi elmi nəticələri bu məhdudiyyətləri nəzərə almaqla dəyərləndirməyə kömək edə bilər. Fəlsəfənin elm üçün böyük dünyagörüşü əhəmiyyəti məhz bununla şərtlənir. Qeyd etmək lazımdır ki, konkret elmi biliyin insanın köklü mənafelərinə laqeydliyi ilə şərtlənən məhdudluju onun mahiyyətindən irəli gəlsə də, XIX əsrin 30-40-cı illərindən başlayaraq, elmdə baş verən diferensasiya prosesləri bu laqeydliyi daha da dərinləşdirdi. Bu dövrlərdə yeni elm sahələrinin meydana gəlib sürətlə inkişaf etməsi və ayrıca bir elmin daxilində baş verən şaxələnmə,müxtəlif elmlərin sürətlə bir-birindən uzaqlaşmasına səbəb oldu. Iş o yerə gəlib çatdı ki, qonşu tədqiqat sahələrində çalışan alimlər bir-birini getdikcə daha çətin anlamaja başladılar. Dar ixtisaslaşmanın dərinləşməsi mütəxəssislərdən hər birinin digərinin nə ilə məşjul oldujunu başa düşməsini çətinləşdirirdi. Bu, müxtəlif istiqamətlərdə toplanan elmi biliklər arasındakı əlaqələrin itməsinə, dünyanın o vaxta qədər formalaşmış az –çox bütöv elmi mənzərəsinin parçalanmasına səbəb olurdu. Mütəxəssislər məhdud peşə maraqlarını ön plana çəkdilərinə görə, insanın özünün köklü mənafeləri getdikcə daralan çoxsaylı ixtisas maraqları arxasında görünməz olurdu. Dar ixtisaslaşmanın fəsadları özünü çox gözlətmədi. Insanın köklü planetar maraqlarına getdikcə daha biganə qalan dar ixtisaslaşma XX əsrdə bütün bəşəriyyətin mövcudlujunu təhdid edən qlobal problemlərin yaranmasının əsas səbəblərindən birini təşkil edir.

Qlobal problemlərin həlli üçün dar ixtisaslaşma çərçivəsində aparılan tədqiqatların instrumental – metodoloji bazasının və nəzəri əsaslarının yetərli olmamasının dərk edilməsi onlara daha geniş prizmadan yanaşmaq zərurəti yaratdı. Bu zərurət XXI əsrdə elm qarşısında elmlərin inteqrasiyası, elmi biliklərin sintezi məsələsini əsas problem kimi qoydu. Lakin elmin haqqında yuxarıda söhbət gedən məhdudiyyətləri bununçün əlverişli olmadıjından elmlərin inteqrasiyası probleminin həlli məsələyə daha qlobal miqyaslardan yanaşmajı tələb edir. Fəlsəfə üçün əzəldən gerçəkliyə ən ümumi yanaşma səciyyəvi oldujundan, yalnız fəlsəfi təfəkkür mədəniyyətinə sahib olan mütəxəssislər bu problemi ujurla həll etməyə qadirdir.

Elmin tarixi gstərir ki, o öz inkişafının müəyyən məqamlarında dövrü olaraq ciddi çətinliklərlə qarşılaşır. Bu məqamlar elmin inkişafında böhran mərhələləri və ya elmi inqilablar dövrü adlanır. Tarixi təcrübə göstərir ki, elmi belə böhran vəziyyətlərindən çıxarmaq üçün onun öz vasitələri,yəni, nəzəri və ihstrumental – metodoloji potensialı kifayət etmir. Bununçün elmi nəzəriyyənin çıxış nöqtəsini təşkil edən və təkcə konkret – elmi deyil, həm də fəlsəfi məzmun daşıyan bir sıra fundamental anlayışlara tənqidi yanaşma bacarıjına malik alimlərə ehtiyac yaranır. Lakin elmin əsaslarına tənqidi yanaşmaq qabiliyytəi yalnız fəlsəfi təfəkkür mədəniyyəti əsasında formalaşa bilər. Yalnız bu cür düşüncə tərzinə sahib olan alimlər elmi nəzəriyyənin istinad etdiyi fundamental anlayışları fərqli şəkildə şərh edib mənalandırmaqla elmi böhran vəziyyətindən çıxara bilər. Təsadüfi deyildir ki, XX əsrin əvvəllərində fizikanı böhrandan məhz fəlsəfi təfəkkürə sahib olan iki böyük alim – A.Eynşteyn və N. Bor çıxardılar. A.Eynşteyn sonralar etiraf edirdi ki, nisbilik nəzəriyyəsini yaratmaqda ona fiziklərdən daha çox avstriya filosofu E.Max və ingilis filosofu D.Yumun əsərləri təsir göstərmişdir.

Göründüyü kimi, fəlsəfə ilə elm qismən bir-birinə daxildir, fəlsəfi təfəkkür elmi böhrandan çıxararaq, onun sonrakı inkişafını istiqamtləndirmək gücünə malikdir. Bu faktda fəlsəfənin metodoloji funksiyası öz ifadəsini tapır.

İnzibati İdarəetmə fakultəsi

Açar sözlər: maarifçilik, fəlsəfə, Azərbaycan, ziddiyyətlər, inkişaf.

Bildiyimiz kimi, maarifçilik – bilik və mədəniyyətin ötürülməsi, yayılması ilə bağlı olan fəaliyyətdir. Maarifçilik XVIII əsrdən başlayaraq geniş vüsət almışdır. Əslində isə maarifçilik ideyaları, fəlsəfi görüşləri ta qədim zamanlardan mövcud olmuşdur. Maarifçilər cəmiyyətdəki avamlığın, savadsızlığın, nöqsanların, ziddiyyətlərin aradan qaldırılması üçün daim çalışmışdılar və buna da nail olmuşdular.

Maarifçilik ideyaları Azərbaycanda bir çox maarifçilərin gördüyü işlərdə və fəlsəfi ideyalarında özünü göstərirdi. Bu baxımdan maarifçilik ideyalarının Azərbaycan üçün nəticələri çox təsirli olmuşdur.

ПРОСВЕТЛЕНИЕ ФИЛОСОФИЯ В АЗЕРБАЙДЖАНЕ

Ключевые слова:просвещение, философия, Азербайджан, противоречия, развитие.

Резюме

Как известно, просвещение – это деятельность, связанная с передачей и распространением знаний и культуры. Просвещение набирало обороты с 18-го века. На самом деле идеи просветления и философские взгляды существовали с древних времен. Педагоги avamlıgın общества, неграмотность, отсутствие противоречия постоянно пытались снять его и смогли добиться этого.

Идеи просвещения были отражены в работах и философских идеях многих педагогов в Азербайджане. С этой точки зрения, результаты просветительских идей для Азербайджана были очень эффективными.

ENLIGHTENMENT PHILOSOPHY IN AZERBAIJAN

Key words: enlightenment, philosophy, Azerbaijan, contradictions, development.

Summary

As we know, enlightenment is an activity related to the transmission and dissemination of knowledge and culture. Enlightenment has gained momentum since the 18th century. In fact, the ideas of enlightenment and philosophical views existed from ancient times. The educators have always worked hard to eliminate society’s illiteracy, illiteracy, contradictions, and have succeeded.

The ideas of enlightenment have been reflected in works and philosophical ideas of many educators in Azerbaijan. From this point of view, the results of enlightenment ideas for Azerbaijan have been very effective.

XIX əsr Azərbaycan fəlsəfəsi qədim və zəngin ictimai-fəlsəfi fikir tariximizdə, mədəniyyətimizdə millilik və müasirlik meyilləri əsasında yaranan, mahiyyətcə köklü bir dönüş, məzmunca yeni bir dövr kimi əvəzsiz yer tutur və mühüm əhəmiyyət kəsb edir.

Bir həqiqət kimi o da məlumdur ki, XIX əsr Azərbaycan xalqının tarixinə ən faciəli, ziddiyyətli və həm də təzadlı bir dövr kimi daxil olmuşdur. Bu xalqın 1828-ci ildə Rusiya ilə İran arasındakı Türkmənçay müqaviləsi ilə torpaqlarının bölüşdürülməsi və milli-müstəmləkə zülmünə məhkum edilməsi bu günün özündə belə izsiz qalmamış və öz təsirini hələ də göstərməkdədir. Lakin tariximiz, eləcə də mənəvi irsimiz haqqında əsl həqiqətləri üzə çıxarıb geniş ictimaiyyətə tam obyektivliyi ilə çatdırmaq bizə indiki milli müstəqillik dövründə nail ola bilmişdir. Bu baxımdan zəruri elmi araşdırmaların aparılması həmişə mühüm məsələlərdəndir.

XIX əsrdə Avropada baş qaldıran maarifçi fəlsəfi fikir tədricən Azərbaycana yayılmağa və təsir göstərməyə başlamışdır.XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Azərbaycanda da maarifçilik ideyaları təşəkkül tapmağa başlamışdır. Qərb ölkələrinə və Rusiyaya nisbətən Azərbaycanda maarifçilik ideyalarının bir qədər gec meydana çıxması o zamankı Azərbaycanın konkret siyasi-iqtisadi, sosial-mədəni mühiti ilə əlaqədar olmuşdur.

Azərbaycan maarifçiliyi Azərbaycan ictimai mühitində yarandığından və təkcə Qərbin və Rusiyanın deyil, həm də Şərqin mütərəqqi ideya-fəlsəfi ənənələrindən istifadə etdiyindən, o, özünəməxsus spesifik xüsusiyyətlər kəsb etmiş, orijinal inkişaf yolu tuta bilmişdir. Məhz buna görə də, Azərbaycan maarifçilik ideyaları Azərbaycan xalqının milli intibahına, mədəni tərəqqisinə güclü təsir göstərmişdir.

XIX əsr Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb edən bir dövrdür. Belə ki, XIX əsrdə ictimai və siyasi həyatda baş verən canlanma sosial ziddiyətlərin aradan qaldırılmasına yönəlmiş tədbirlərdən ibarət idi. XIX əsr Azərbaycanın tarixinə daxil olmuş ən dərin məna kəsb edən dövr olmuşdur. XIX əsrdə taleyüklü məsələlərin həll olunması yeni dövr üçün mühüm rol oynamışdır. XIX əsrin başlanğıcından Azərbaycanda sosial-tarixi tərəqqi müxtəlif ziddiyyətlərdən ibarət bir dövr başlamışdır.

XIX əsr Azərbaycan maarifçilik fəlsəfəsində azadlıq ideyalarının təşəkkülünün əsasında milli maarifçilik fəlsəfəsində rolu yüksək qiymətləndirilmişdir. Azərbaycan ziyalıları təhsil almaq üçün xarici ölkələrə üz tuturdular. Bu ölkələrdə təhsil alarkən həmin ölkələrin mənəvi-mədəni dəyərlərinə yiyələnərək vətənə qayıdırdılar. Vətənə qayıdarkən isə bu dəyərləri öz milli dəyərləri ilə sintez edərək Azərbaycan xalqının ideologiyasının, fəlsəfəsinin, dünyagörüşünün təşəkkül tapmasına şərait yaradırdılar.

Nəticə etibarilə isə Azərbaycanda universallığı ilə seçilən maarifçilik cərəyanı yaranmağa başladı. Azərbaycan maarifçiləri ictimai böhrandan azad olmağın yolunu məhz xalqın maariflənməsində görürdülər. Bu baxımdan da XIX əsrdə Azərbaycan gerçəkliyinin sosial-mədəni inkişafının tələblərinə cavab verən və universallığı ilə səciyyələnən maarifçilik hərəkatının ideologiyası və fəlsəfi görüşləri təşəkkül tapırdı.

Azərbaycanmaarifçilik fəlsəfəsində mədəni bazanın və ölkənin sosial-siyasi vəziyyətinin Qərb və Rusiya maarifçiliyindən bir sıra fərqli xüsusiyyətləri mövcud idi. İlk növbədə bu dövrün maarifçilərinin dinə münasibəti çox fərqli idi. Bu fərqi yaradan real obyektiv səbəb rus çarizminin Azərbaycan xalqını dinindən, dilindən və milli mədəniyyətindən ayırmaq və onu etnik assimilyasiyaya uğratmaq siyasəti idi. Çünki etnik varlığını qoruyub saxlamaq xalq üçün öz din, dil və mədəniyyəti ilə bağlılığını itirməmək demək idi. Dil və mədəniyyətdən fərqli olaraq, Azərbaycan maarifçiləri dinə münasibətdə müxtəlif mövqelərdə dururdular. Bu münasibət din xadimlərinin Rusiya müstəmləkə sisteminə münasibətindən və maarifçi ideoloqların şəxsi dünyagörüşlərindən asılı idi.

Yuxarıda qeyd edilən məsələlər, proseslər Azərbaycanın elmi-fəlsəfi görüşlərinin inkişaf edib formalaşmasına da təsirsiz ötüşməmişdir. Bu dövrdə Azərbaycanda maarifçilik ideyalarının, fəlsəfi görüşlərinin yaranmasında maarifçilərin, mütəfəkkirlərin böyük xidmətləri olmuşdur. Bunlardan M.Nəvvab, İ.Qutqaşınlı, A.A.Bakıxanov, M.F.Axundov kimi maarifçi mütəffəkirlər özlərinin maarifçilik ideyalarını, fəlsəfi-etik və materialist təlimlərini irəli sürmüşdülər.

A.A.Bakıxanov 1794 -cü ildə Əmircan qəsəbəsində anadan olmuşdur. Azərbaycanın maarifçi mütəfəkkiri, alimi, şairi, yazıçısı və tərcüməçisidir. Azərbaycan və onun tarixi üçün önəmli yerə malik olan bir sıra əsərlər qələmə almışdır. Əsərlərini “Qüdsi” təxəllüsü ilə yazmışdır. Əsərlərində vətənpərvər, tarixçi, maarifçi bir ictimai xadim mövqeyindən çıxış etmişdir.

A.A.Bakıxanov “Əxlaqın İslahı”, “Gülüstani – İrəm”, “Kəşfül – Qəraib”, “ Qanuni – Qüdsi” və s. kimi əsərlər qələmə almışdır. “Əxlaqın İslahı”, “Gülüstani – İrəm” əsərlərində məntiq, əxlaq və fəlsəfədən bəhs etmişdir. Onun fikrincə, fəlsəfənin əsas məqsədi təhsillənməkdən ibarətdir. Bakıxanov ağlı, təhsili, maariflənməyi həyatda hər şeydənyüksəkdə tutmuşdur. Onun fikrincə, Allahın verdiyi bilik, ideya insanın işığı, nurudur.

XIX əsr Azərbaycan maarifçilik fəlsəfəsinin ilk təmsilçisi olan Abbasqulu Ağa Bakıxanov təbiət elmləri, tarix, məntiq, filologiya və s. sahələr üzrə əsərlər qələmə almışdır. Onun Azərbaycan maarifçiliyinin ilk dövrünə aid fəlsəfi görüşləri “Nəsihətlər kitabı”, “İşıqların yerləşdiyi yer”, “Camalın aynası” və s. əsərlərində, bununla yanaşı məşhur “Gülüstani-İrəm”, “Qüdsinin bağı”, “Qüdsinin qanunları” əsərlərində ifadə olunmuşdur.

A.Bakıxanovun fəlsəfi dünyagörüşünün formalaşmasında onun ensiklopedik biliyə malik olması, şəxsi elmi axtarışları onun fəlsəfi fikrinin formalaşmasında mühüm rol oynamışdır. Onun fəlsəfəsinin əsas qayəsi maariflənmə yolu ilə kamil şəxsiyyət formalaşdırmaq, ədalətli cəmiyyət yaratmaq olmuşdur.

A.A. Bakıxanovun irsində kamilləşmənin sufizmdən gələn mistik (tərki-dünyalıq yolu ilə Allaha qovuşmaq) və dünyada mədəni-fəlsəfi inkişafla bağlı əql, elm kimi iki yolu göstərilir. Mahmud Şəbüstəri, Yusif Qarabaği və başqalarının irsində də göstərilən bu iki yol A.Bakıxanovun kamilləşmə nəzəriyyəsi üçün bünövrə idi.

O, əsrinin elmi nailiyyətlərindən çıxış edərək mənəvi təkmilləşmədə elmə, nəzəriyyə ilə praktikanın əlaqəliliyinə və mövcudatın rasional dərkinə xüsusi önəmvermişdir. A.Bakıxanovun fəlsəfi və etik fikirləri, əsasən “Əxlaqın islahı” və “Nəsihət kitabı” əsərlərində öz əksini tapmışdır. Bu əsərlərdə fəlsəfənin, fəlsəfi və etik kateqoriyaların tərifi, onların nisbiliyi, mövcudatda səbəbiyyət, inkişaf və qanunauyğunluğun problemlərindən bəhs olunur. Bu problemlərin rasional dərkini onların kamilləşən insan tərəfindən həll edilməsi əsası kimi təsəvvür edən A.Bakıxanov məhz bu yolla vahid ailə saydığı bəşəriyyətin xoşbəxtliyə çatmasına inanırdı. Digər tərəfdən A.Bakıxanovun sufizm təmayüllü dünyagörüşünə görə, həqiqi xoşbəxtlik mistik kamilləşmə yolu ilə vəhdəti dərketmə və fəna yolu ilə bəqaya (İlahi əbədiyyətə) qovuşmaqdır. İctimai görüşlərində kamil insan və təkmil cəmiyyət konsepsiyasından çıxış edən A.Bakıxanov sübut etməyə çalışırdı ki, dünya nizamının əsasını sosial bərabərsizlik təşkil edir.

Abbasqulu Ağa Bakıxanov və Mirzə Kazım bəy kimi nadir insanların çox uğurlu yaradıcılıq fəaliyyətində öz əksini tapmış, həm də birbaşa milli maarifçilik ideyalarının gerçəkləşməsi ilə əlaqədar olmuşdur. Azərbaycanda məhz bu dövrdə demokratik mətbuat, anadilli məktəb, dünyəvi teatr meydana gələrək, milli şüurun formalaşmasına güclü təkan vermişdir.

Astonomiyada isə iki nəzəriyyəyə münasibətini bildirərkən Bakıxanov N.Kopernikin heliosentrik sisteminin tərəfdarı olmuşdur. Bakıxanova görə, xeyirxahlıq, yaxşılıq, müsbət əxlaqi keyfiyyətlər insanın ədalət və insafının ölçüsüdür.

“Təhzibül-əxlaq” əsərində Bakıxanov fəlsəfi görüşlərini irəli sürmüşdür. Əsərdə başlıca məqsəd gəncləri mənfi əməllərdən uzaqlaşdırmaq, onlarda nəcib əxlaqi keyfiyyətləri formalaşdırıb tərbiyə etmək olmuşdur.

Bakıxanov hər bir insanda, şəxsiyyətdə vicdani saflığa, doğruluq və düsrüstlüyə, mərdliyə, ədalətliliyə önəm vermiş vəonu yüksək qiymətləndirmişdir. Gəncləri şöhrətpərəstlikdən əl çəkməyə, təvazökarlığa meyl etməyə, hər bir insanla xoş rəftar etməyə, ədalətsizliyə yol verməməyə, əməyi sevməyə, əmək adamlarına hörmət bəsləməyə, vətənə məhəbbət dolu olmağa səsləmişdir. Onun əxlaq nəzəriyyəsində insanlığa verilən dəyər, vətənə və xalqa olan məhəbbət, demokratik dünyagörüşü öz əksini tapmışdır.

Mirzə Fətəli Axundov 1812-ci ildə anadan olmuşdur. Axundovun fəlsəfi görüşləri onun yaradıcılığında mühüm yerə malikdir. Onun fəlsəfi görüşlərinin mənbələrinin əsasında rus, şərq və Azərbaycan fəlsəfəsi mədəniyyəti durur. Axundov qədim Yunan fəlsəfi fikri və mədəniyyəti ilə yaxından tanış olmuşdur. Axundova görə, fəlsəfənin başlıca vəzifəsi bütün kainatda baş verən real faktlara əsasən insan zəkasının rolunu yüksəltməkdən ibarətdir. Onun fəlsəfi təliminə görə, dünya öz təbiəti etibarı ilə maddidir, təbiətin müxtəlif predmet və prosesləri vahid və hər şeyi əhatə edən maddi substansiyanın müxtəlif təzahürlərindən ibarətdir.

Ruhun ölməzliyi fikrinə qarşı çıxmışdır. O sübut edirdi ki, şüur, ruh materiyadan asılıdır, onun məhsuludur. M.F. Axundov idrakıətraf aləmin insan şüurunda inikası adlandırmışdır O, təbiəti idrakın predmeti hesab etmişdir. O, dünyanın dərk edilməsində bilavasitə hissi qeyri-müəyyənliyə üstünlük vermiş, duyğularsız, hiss üzvləri olmadanidrakı qeyri-mümkün saymışdır. Axundova görə, görülməyən, duyulmayan, müşahidə olunmayan heç bir şey yoxdur.

M.F.Axundovun fəlsəfi irsində dinin tənqidi təhlili xüsusi yer tutur. O, fəlsəfi görüşlərinə görə ateist olmuşdur. O, dinlə elmin bir yerdə ola bilməyəcəyini, birinin yalan, digərinin doğru olduğunu göstərmiş, dinin struktur vahidlərinin təhlili əsasında onun mahiyyətini ortaya çıxarmışdır. O dinin mahiyyətini maarifçilik mövqeyindən izah edərək göstərmişdir ki, din fövqəltəbii qüvvələrin mövcudluğuna əsasən yaranmış və məqsədi sadə adamları aldatmaqdan ibarətdir. [2;s.120]

Azərbaycanda maarifçilik fəlsəfəsinin yüksək mövqedə dayanmasının əsas səbəbkarı olan Axundovun (M.F.Axundzadə) “Kəmalüddövlə məktubları”, “Mollayi Ruminin və onu təsnifinin babında”, “Həkimi-ingilis Yuma cavab”, “Yek kəlmə haqqında” və s. əsərlərində onun yüksək fəlsəfi ideyaları öz əksini tapmışdı.

Onun fikrincə, zaman ilə məkan vacib atributlardır. Maddi varlıq həmişə hərəkətdədir, qanunauyğunluğa əsaslanır. Bu baxımdan kainat həm yaradılan, həm də yaradandır. Onun fəlsəfi fikirləri rasionalizmə əsaslanırdı.

Kainatda qarşılıqlı əlaqə, asılılıq, səbəb və nəticə, hissə ilə tamın vəhdətini görən M.F.Axundzadə hərəkəti yerdəyişmə və təkcə kəmiyyət dəyişiklikləri kimi qəbul etmişdir, zaman daxilində kəmiyyət dəyişikliklərinin isə dairəvi hərəkət daxilində baş verdiyini qeyd etmişdir. Başqa sözlə, M.F.Axundzadə yüksələn xətt üzrə inkişaf ideyasını qəbul etmirdi. Onun fəlsəfi əsərlərində materializm və rasionalizmin şərhi və müdafiəsi idealizm, teologiya və aqnostisizm prinsiplərinin tənqidi ilə birlikdə verilir. Axundovun maarifçilik ilə bağlı atdığı addım məhz onun əlifba islahatı olmuşdur.

XIX əsrin görkəmli mütəfəkkir, maarifçi və alimlərindən biri də yaradıcılığı ilə Azərbaycan və rus mədəniyyətlərini təmsil edən Qazan və Peterburq universitetlərinin professoru Mirzə Məhəmməd Əli Kazım bəy idi. Bir çox Avropa dillərini bilən, rus şərqşünaslığının banilərindən olan Mirzə Kazım bəy XIX əsr Asiya və Avropanın elmi dairələrində şöhrət qazanmışdı.

Mirzə Kazım bəyin mədəniyyət fəlsəfəsinə, Şərq ictimai-siyasi və fəlsəfi cərəyanlarına, İslam tarixinə və Quranın təfsirinə, mənəviyyat və qnoseologiya problemlərinə, dilin inkişaf qanunauyğunluqlarına həsr edilmiş əsərləri elmi dəyəri, çoxşaxəliliyi və orijinallığı ilə fərqlənir.

Mirzə Kazım bəy xürafatın əleyhinə çıxmış, maarifi və elmi yüksək qiymətləndirmişdi. Onun “Bab və babilər” əsərində təbiətin bir-birindən fərqli, öz qanunlarına tabe üç (maddi, mənəvi və ruhani) aləmdən ibarət olmasından, təfəkkürün mənşəyinin gizli qüvvə, insan mənəviyyatının isə azad iradə ilə bağlılığından bəhs olunur.

Onun “Firdövsiyə görə mifologiya”əsərində müxtəlif bölgə mifləri, “Şamil və müridizm”,“Bab və babilər” kitablarında isə sosial zülm və xarici istibdada qarşı yönəlmiş Şamil hərəkatı və babiliyin İslam bölgəsi təriqətləri ilə bağlı fəlsəfi, sosial, dini və etik görüşlərinin elmi şərhi verilmişdir.

XIX əsrdə Azərbaycanda maarifçilik fəlsəfəsinin yaranması və inkişafında özünəməxsus yerləri ilə seçilən şair və mütəfəkkirlərdən olan Mirzə Şəfi Vazeh və Seyid Əzim Şirvanidir. Mirzə Şəfi Vazehin Tiflisdə təşkil etdiyi “Divani Hikmət” ədəbi məclisi, Seyid Əzim Şirvaninin maarifçiliyin inkişafı və cəhalətin, avamlığın tənqidi baxımından qələmə aldığı satiraları özünəməxsusluğu ilə seçilir.

XIX əsrin birinci yarısında ədəbi fəaliyyətlə məşğul olan Azərbaycan şairi Mirzə Şəfi Vazehin şəxsiyyəti və yaradıcılığı onu Şərq poeziyası klassikləri pleyadasının parlaq nümayəndələrindən biri hesab etməyə əsas verir. Görkəmli şair, pedaqoq və maarifçi-filosofun həyat və yaradıcılığına, onun şərq və qərb sivilizasiyalarının müdrikliyini özündə üzvi şəkildə birləşdirən poetik irsinin qeyri-adi taleyinə maraq bu gün də azalmır.

S.Ə.Şirvani xalqı din arxasına sığınaraq aldadan yalançı mollaları, ruhaniləri satiralarında tənqid etmişdir. Onun “Müctəhidin təhsildən qayıtması” satirası məhz bunun açıq-aydın ifadəsidir.

S.Ə.Şirvaninin yaradıcılığında ictimai mahiyyət daşıyan satiraları mühüm yer tutur. Şairi öz dövrünün dahi realist şairi kimi məşhurlaşdıran da məhz bu satiralardır. Seyid Əzimin dövrün ictimai eyiblərinə qarşı ifşaedici münasibəti satiralarında aydın bir şəkildə ifadə edilmiş, xalqın qanını soran istismarçı siniflər, bəy və mülkədarlar, çar çinovnikləri, xalqı avamlıq və fanatizm girdabında saxlayan ruhanilər tənqid obyekti kimi götürülərək ifşa edilmişdir. Şairin “Əkinçinin hadisəsi”, “Padşah və əkinçi”, “Şamaxının yeni bəyləri haqqında həcv”, “Köpəyə ehsan”, “Yerdəkilərin göyə şikayəti” və s. kimi əsərləri maraqlı satirik parçalardır.

XIX əsrdə maariçilik ilə əlaqədar xidməti olmuş növbəti mütəfəkkirimiz Həsən bəy Zərdabi olmuşdur. Azərbaycanda ilk dəfə milli mətbuatın əsasının qoyulması məhz onun adı ilə bağlıdır. Belə ki, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti fəaliyyət göstərməyə başlamışdır. Xalqın qəzet oxuyaraq maariflənməsini düşünmüş bunun üçün də əlindən gələni əsirgəməmişdir.

Yuxarıda qeyd olunanlar Azərbaycanda XIX əsrin ortalarından başlayan milli oyanış, milli özünüdərk və mədəni yeniləşmə prosesini, dünyəvi-elmi biliklərin yayılmasını, o cümlədən milli-ictimai və fəlsəfi fikrin yeni məcrada inkişafını və bu inkişafı şərtləndirən başlıca amilləri ilkin mənbələr əsasında izləmək baxımından olduqca dəyərlidir. Buradan da göründüyü kimi, bəhs edilən dövrdə Azərbaycanda mövcud olan bütün çətinliklər, çar üsul-idarəsinin törətdiyi maneələrə baxmayaraq, ictimai inkişafın başlıca meyilləri olan milli oyanış və mədəni yeniləşmə qarşısıalınmaz olub. Bu prosesdə isə başda A.A.Bakıxanov, M.F.Axundov olmaqla milli ziyalı təbəqəsinin aparıcı və hərəkətverici qüvvə kimi həm ideya-nəzəri, həm də əməli cəhətdən müstəsna rolu olmuşdur.

Mütərəqqi maarifçilik ideyalarının, elmi biliklərin, milli oyanış və qurtuluş məfkurəsinin əsas daşıyıcısı bir çox ilklərin müəllifi və icraçısı olaraq bu ziyalı təbəqə özünün çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə Azərbaycan ictimai-fəlsəfi fikir tarixində də yeni dövrün başlanğıcını qoyaraq, əsaslı dönüş yarada bilmişdilər.

İstifadə olunan ədəbiyyat

  1. Bünyadov Z. Azərbaycan tarixi. I cild. Bakı: Azərnəşr, 2010.
  2. Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı, 2010.
  3. İsayev N., Rüstəmov F. Azərbaycan maarifçiliyinin milli-mədəni yeniləşmə ideyaları və müasirlik. // 2016, №1.
  4. Məmmədov Z.C. Azərbaycan fəlsəfəsi tarixi. Bakı: İrşad, 1994.
  5. Vəlixanlı N. Abbasqulu ağa Bakıxanov – Azərbaycan xalqının böyük mütəfəkkiri. // Abbasqulu ağa Bakıxanov və azərbaycanşünaslığın inkişafı. Bakı, 2001.

§. Fəlsəfənin meydana gəlməsi şəraiti və inkişaf mərhələləri

1. Fəlsəfə dünyagörüşüdür.
2. Dünyagörüşünün məzmunu.
3. Dünyagörüşünün formaları.
4. Qədim dövrdə fəlsəfə.
5. Orta əsrlər dövrü fəlsəfəsi.
6. Azərbaycan fəlsəfəsi.
7. xx əsrin uşaq fəlsəfə cərəyanları.

1. Paşayev V.Fəlsəfə.Bakı 1999.
2. Bvedeniye v filosofiyu .Uçebnik İ.Frolov.M.1989.
3. Spirkin AT.Filosofiya.Uçebnik. 2000.
4. Fərhadoğlu “Fəlsəfənin əsasları”Bakı 1998.
5. “Fəlsəfədə” Bakı 1997.

Fəlsəfə və onun əsas məsələsi

Fəlsəfə insanı əhatə edən aləm haqqında, onun inkişaf qanunları haqqında, onu dərk etmək yolları baxışlardan ibarət mükəmməl bir sistemdir.Buna görə də biz fəlsəfəni öyrənməklə dünyanın nə olması və onun necə inkişaf etməsi haqqında dünyada insanın nə kimi yer tutması və onun gerçəkliyi dərk edə bilib bilməməsi ,bu gerçəkliyi dəyişdirə bilib bilməməsi haqqında ictimai həyatın nəyə görə dəyişilməsi və onu necə daha yaxşı qurmaq mümkün olması və l.a haqqında bütöv bir təsəvvür əldə edərik. Fəlsəfə sözü filosofiya sözündəndir,bu da qədim yunan dilindən alınmışdır. (biloye- sevirəm və sofiya hikmət) Fəlsəfə elmlərin ən qədimidir.Tarixdə müxtəlif ölkələrdə meydana gələn və ən müxtəlif ictimai siniflərin və qrupların nümayəndələri tərəfindən yaradılan çoxlu fəlsəfi sistem məlumdur.İnsanı əhatə edən dünyanı diqqətlə öyrəndikdə görmək olur ki,onun bütün əşyaları və hadisələri ya maddidir,ya da idealdır, mənəvidir.Maddi obyektiv surətdə, yəni insan şüurundan kənarda və ondan asılı olmadan mövcud olan hər şey (Yer üzərindəki əşyalar və proseslər,komnatın saysız hesabsız cisimləri və.s.) aiddir.İnsanın şüurundan mövcud olan isə onun psixi fəaliyyət sahəsini təşkil edir.(fikirlər , hislər ,təəsürlər və i.a.) bu ideal mənəvi sahəyə aiddir. Bəs maddi ilə mənəvi bir-biri ilə necə əlaqədardır,mənəvi ideal olanı maddimi doğurur yoxsa əksinə? Fəlsəfə əsas məsələsini də bu əlaqənin xarakteri, təfəkkürün varlığa, mənəvi olanın maddiyə münasibəti məsələsi təşkil edir,o əsas məsələsinin iki tərəfi vardır.Onun birinci tərəfi belə bir məsələni həll edir ki, birincidir.Materiya ya şüur ,materiyamı şüuru doğurmuşdur, yoxsa əksinə.İkinci tərəf belə bir suala cavab verir ki, dünya dərkediləndirmi,insan zəkası təbiətin sirlərini bilmək ,təbiətin inkişaf qanunlarını aşkara çıxarmaq iqtidarındadırmı? Fəlsəfə əsas məsələsinin məzmununa diqqət yetirdikdə , asanlıqla anlamaq olur ki, onun bir –birinə təmamilə əks olan yalnız iki həll mümkündür, ya materiya, ya da şüur birinci hesab edilməlidir.buna görə də qədimdən bəri fəlsəfədə iki cərəyan materializm idealizm yaranmışdır. Materiyanı birinci, şüuru isə ikinci materiyadan törəmə hesab edən filosoflar materializmə (latınca materialis-maddi sözündəndir) mənsubdurlar. Onların nöqteyi-nəzərincə, materiya əbədidir.Onu heç kəs heç zaman yaratmamışdır, dünyada heç bir fövqəltəbii o tərəflik qüvvə yoxdur.Şüara gəldikdə o materiyanın tarixi inkişafının məhsuludur.Son dərəcə mürəkkəb maddi cismin – insan insan beyninin xassəsidir.Ruhu şüuru birinci hesab edən filosoflar isə idealizm mənsubdurlar. Onların nöqteyi nəzərincə , şüur materiyadan əvvəl

mövcud olmuş və materiyanı yaradmışlar, törətmişdir, şüur bütün mövcudatın ilk əsasıdır.dünyanı hansı şüurun yaratması məsələsində idealistlərin rəyləri parçalanmışdır.Subyektiv idealist adlananlar hesab edirlər ki, dünyanı ayrıca bir adamın subyektin şüuru yaradır.Obyektiv idealistlər iddia edirlər ki, dünya dərk ediləndir.İnsan ın dünya haqqındakı bilikləri mötəbər biliklərdir,onun zəkası şeylərin daxili təbiətini bilmək ,bunların mahiyyətini dərk etmək iqtidarındadır. Bir çox idealistlər dünyanın dərk edilənliyini inkar edirlər.Onlar iddia edirlər ki, insan obyektiv dünyanı təbii deyil , öz fikirlərini təəsürlərini dərk edir və ya mistik ideyanı,dünya ruhunu dərk edir.Beləliklə biz müəyyən etdik ki, filosoflar fəlsəfənin əsas məsələsini necə həll etmələrindən asılı olaraq materialislərə və idealistlərəbölünürlər .
Lakin onlardan hər biri dünyanın mənzərəsini təsvir edərkən , hökmən müəyyən idrak metodundan da istifadə edir.Bəs metod nədir?

§ Dünyagörüşü onun ictimai –tarixi kökləri

Dünyagörüşü dünyaya baxışı ifadə edir. Dəqiq desək dünyagörüşü dünya və dünyayada insanın yeri haqqında təsəvvürlərə deyilir. Dünyagörüşün aşağıdakı formaları vardır.
1) Dünyagörüşün 1-ci forması mifologiya hesab olunur.Miqos-dastan,loqos-elm.Mifologiya ictimayi inkişafın ilkin mərhəlləsi üçün səciyyəvi olan dünyanı anlama üsulu,ictimai şüurun formasıdır.İbtidai cəmiyyət mifologiyada mühüm yer tuturdu.Təbiətin sirlərini, onun mahiyyətini olduğu kimi anlaya bilmədiklərinə görə öz təsəvvürlərində lövcəsinə, qeyri-adi hekayətlər,rəvayətlər yaradırdılar.
2)Dünyagörüşün 2-ci forması Dindir. Din dünyagörüşünün spesifik forması olub, dünyanın qavranılmasında onun 2-yə bölünməsinin irəli sürür.Təbii və axirət dünyası .Dində başlıca cəhətlər etiqad və ayinçilikdir. Etiqad dinin cəhəti , ayinçilik onun özününümayiş və özünütəbliğ cəhətidir.
3)Dünyagörüşün 3-cü forması Fəlsəfədir.Fəlsəfə əsas dünyagörüşü problemlərinin əql(ağıl) təfəkkür vasitəsilə həlli cəhdi kimi meydana gəlir. Din və fəlsəfə yaxınlığı adamların şüuruna və davranışına əxlaqına təsir edən dünyagörüşün ictimai tarixi formalarıdır.Dindən fərqli olaraq fəlsəfə dünyagörüşün intellüektual aspektini ön plana çəkmiş , dünyanı və insanı dərk etməyi bilik və əqli mənafeyindən həll etməyə cəhd etmişdir.
4)D-ün forması elmdir. Elm dünyanı elmi əsaslarla öyrənir.

METOD ANLAYIŞI .DİALEKTİKA METAFİZİKA

İnsanlar idrak prosesində və əməli fəaliyyətdə öz qarşılarına müəyyən məqsədlər qoyur bu və digər vəzifələri irəli sürürlər.Lakin qarşıya məqsəd qoymaq, vəzifəni müəyyənləşdirmək hələ heç də nəzərdə tutulanı həyata keçirmək demək deyildir.Məqsədə çatmaq üçün düzgün yollar vəzifələri yerinə yetirmək üçün səmərəli üsullar tapmaq çox əhəmiyyətlidir. Məqsədə çatmaq yolları, nəzəri tədqiqatın və əməli fəaliyyətin müəyyən, prinsiplərinin ,üsullarının məcmusu isə məhz metoddan ibarətdir. Müəyyən metod tədbiq etmədən heç bir elmi və əməli vəzifəni yerinə yetirmək mümkün deyildir.Məsələn adı hər hansı bir maddənin kimyavi tərkibini müəyyən etmək istəyiriksə bundan ötrü hər şeydən əvvəl kimyavi təhlil metoduna yiyələnmək , yəni bu maddəyə lazimi kimyavi reaktivlələ təsir göstərməyi onu tərkib hissələrinə parçalamağı,bunların kimyavi xassələrini aydınlaşdırılmağaı və i.a bacarmaq lazımdır.Fiziki bioloji və başqa hadisələri tədqiq etdikdə də müəyyən metod eyni dərəcədə zəruridir.Elmi Fəlsəfədə müxtəlif elmlərdə və bəşəriyyətin praktikasında olan nailiyyətləri ümumiləşdirərək,öz idrak metodunu , dialektikanı hazırlamışdır. Dialektika sözü qədim yunan sözü olub .indi dialektika deyilərkən gerçəkliyi dərk etmək nəzərdə tutulur.Dialektika dünyanı daimi hərəkətdə və inkişafda götürür,yəni onu olduğu kimi, götürür buna görə də dialektika yeganə elmi metodlarının və ictimai-tarixi praktikanın naliyyətlərinə arxalanan dialektika iddia edir, dünya sonsuz bir hərəkət , yeniləşmə, köhnənin ölüb getməsi və yeninin meydana gəlməsi prosesidir.
Dialektikaya zidd metod metafizikadır.M. inkişafı yalnız kəmiyyətcə artma və ya azalma kimi yenilik meydana gəlmədən artıq mövcud olanın sadəcə təkrarı kimi başa düşür, inkişafın mənbəyi olmaq etibarıilə daxili ziddiyətləri inkar edir.Fəlsəfə öyrəndiyi sahəni müəyyən etmək, onun öyrəndiyi məsələlər dairəsini müəyyən etmək ,onun başqa elmlərdən nəilə fərqləndiyini aydınlaşdırmaq deməkdir. Əvvəllər fəlsəfə o zamanlar mövcud olan bütün bilikləri bütövlükdə dünya haqqında insan heyvanlar və.s həqqındakı bilikləri əhatə edir. İstehsal inkişaf etdikcə elmi biliklər toplandıqca elmi mexanika, fizika , kimya , geologiya, tarix və.i.a bir-birinin ardınca ondan ayrılmaqdır.

Comments are closed, but trackbacks and pingbacks are open.