Press "Enter" to skip to content

Maraqli hekayeler

10:00, 30-09-2022 Mal ətli qozlu salat resepti

Maraqlı hekayələr

Feat.Az: FeaT.Az » Maraqlı » Hekayələr

Təsirləndirəcək “sevgi” hekayəsi

Çox qorxulu hekayə

Həyatını bacısına qurban verən balaca oğlan – 7 sevgi hekayəsi

Məşhur cütlüyün sevgi hekayəsi

Səxavət dövlətlə ölçülməz – İbrətamiz Hekayə

İbrətamiz bir hekayə.

Ölümə 25 gün qalmış – SEVGİ HEKAYƏSİ

Dünyadan qayıtmış körpə – MARAQLI HEKAYƏ

Bu həyat günahlarla doludur

Olduqca maraqlı hekayə: Günəbaxanın insanla Söhbəti

İnternetdə tanışlıq – MARAQLI HEKAYƏ

Kobud rəftardan inciyən adama filosofun məsləhəti

Yaşamağa Bir İlimiz Qalsa.

Əmin olmadığınız bir şeyə əl qoymayın – Sonrakı peşmançılıq fayda verməz!

Çox gözəl sevgi hekayəsi. – Oxucu məktubu

“Duyğular Adası” – Maraqlı Sevgi Nağılı

Birtərəfli deyil, hərtərəfli baxmaq lazımdır! – HEKAYƏ

İnsanlar niyə hekayə oxumağı xoşlayırlar?

DAHA ÇOX XƏBƏR GÖSTƏR GERİ 1 2 3 4 5 6 7 8 9 10 . 77 İRƏLİ

function nextPage() < var nextPage = $('#ajax-next-page a').attr('href') ? $('#ajax-next-page a').attr('href') : false; ShowLoading("Yeni Səhifə Yüklənir.."); $('#nexts').remove(); if (nextPage != false) < $.ajax(< url: nextPage, success: function(data) < $('#ajax-next-page').remove(); $('#next-page').remove(); HideLoading("Yeni Səhifə Yüklənir.."); $('#dle-content').append($('#dle-content', data).html()); var yopp = $('#ajax-next-page a').attr('href') ? $('#ajax-next-page a').attr('href') : false; if(yopp==false) < $('#nexts').remove(); >> >); > >;

XƏBƏR LENTİ

21:00, 30-09-2022 Psixologiya Yazılı Şəkilləri (1)

20:00, 30-09-2022 01.10.2022 Gündəlik Bürclər (1 Oktyabr 2022 Günlük Bürclər)

19:00, 30-09-2022 Qarışıq Moda Şəkilləri

18:00, 30-09-2022 Kişini özünə CƏLB ETMƏYİN YOLLARI – Onlardan kömək istəyəndə.

18:00, 30-09-2022 “Sekssiz və həyəcansız evlilik. ” – PSİXOLOQLARDAN HƏYƏCAN TƏBİLİ

17:00, 30-09-2022 Qısqanar Yazılı Şəkilləri (2)

16:00, 30-09-2022 Günəbaxan tumunun MÖCÜZƏVİ FAYDALARI

15:00, 30-09-2022 Bu 5 sirri heç vaxt sevgilinizə açmayın, yoxsa.

14:00, 30-09-2022 Yaxşı ki Varsan Yazılı Şəkillər (25)

13:00, 30-09-2022 Bürclər Haqqında Maraqlı Məlumatlar (434) – Foto

12:00, 30-09-2022 Ölmüş yaxınlarımızı niyə yuxuda görürük? – Bunu bilməlisiniz!

11:00, 30-09-2022 Sevgi Sandıq Yazılı Şəkilləri (22)

10:00, 30-09-2022 Mal ətli qozlu salat resepti

09:00, 30-09-2022 Tarixdə Bu Gün – 30 Sentyabr

21:00, 29-09-2022 Səslə Məni Sevgilim Yazılı Şəkilləri (36)

20:00, 29-09-2022 30.09.2022 Gündəlik Bürclər (30 Sentyabr 2022 Günlük Bürclər)

19:00, 29-09-2022 Modamı Dediniz – Qarışıq Şəkillər (349)

18:00, 29-09-2022 Romantika yoxsa Ehtiras ?

17:00, 29-09-2022 Sevgi Sandıq Yazılı Şəkilləri (8)

16:00, 29-09-2022 Ədəd və rəqəmlərin özlərinə xas maraqlı xüsusiyyətləri

15:00, 29-09-2022 Saçları necə yumaq lazımdır?

14:00, 29-09-2022 Ümidim Yazılı Şəkilləri (20)

13:00, 29-09-2022 Bürclər Haqqında Maraqlı Məlumatlar (398) – Foto

12:00, 29-09-2022 Əsiz xanımlar, əslində kişini ələ keçirmək çox asandır.

11:00, 29-09-2022 Tarixdə Bu Gün – 29 Sentyabr

11:00, 29-09-2022 Xatırla Məni Yazılı Şəkilləri (183)

10:00, 29-09-2022 Yuxaları Tək-tək Açılmayan, Ən Asan Qoğal: Şorqoğal Resepti – Video Resept

21:00, 28-09-2022 Qisas Yazılı Şəkilləri (81)

20:00, 28-09-2022 29.09.2022 Gündəlik Bürclər (29 Sentyabr 2022 Günlük Bürclər)

19:00, 28-09-2022 Modamı Dediniz – Qarışıq Şəkillər (125)

POPULYAR XƏBƏRLƏR

  • GÜNLÜK
  • HƏFTƏLİK
  • AYLIQ

ƏN SON MUSİQİLƏR

00:30, 25-02-2023

00:30, 25-02-2023

00:30, 25-02-2023

00:30, 25-02-2023

00:30, 25-02-2023

Saytda yerləşdirilən bütün materiallar yalnız tanıtım xarakteri daşıyır. Saytda yerləşdirilən xəbərlərə və şərhlərə görə yalnız müəlliflər məsuliyyət daşıyır.

Domain Registrant: Səxavət Əliyev

Maraqli hekayeler

Maraqli hekayeler hər biri burada öz başlıqları ilə qeyd edilmişdir. Aşağıda göstərilən maraqlı hekayeleri sırası ilə oxuya bilərsiniz.

Ölüm sığortası

ABŞ-ın New York şəhəri dünyanın ən yüksək nəqliyyat sıxlığına sahib olan böyük metropollərindən biridir. Budur, Nyu-Yorkun bu gərgin günlərindən birində, şəhərin 5-ci prospektində gedən bir adamı avtomobil yüngülcə vurdu. Bu istənməyən qəzada piyadanın başına heç nə gəlməmişdi. Avtomobilin sürücüsü piyada ilə danışdı, üzr istədi və işi xoşluqla bağladı.Ancaq piyada yıxıldığı yerdən qalxmağa hazırlaşırdıki , hadisəni uzaqdan görməyə gələn guya ağıllı biri vurulan piyadanın yanına gələrək yerindən qalxmadığı halda guya yaralandığını irəli sürərək sığortadan çox yaxşı pul ala biləcəyini söylədi. Səy göstərmədən qazandığı yaşıl dolları birdən-birə xəyal edən adam, pulun cazibəsi ilə durduğu yerdən yenidən maşının qabağında uzandı. Sürücü isə bütün bunlardan xəbərsiz piyadanın getdiyini düşünərək, tez hadisə yerindən uzaqlaşmaq həyancanı ilə maşını işə salıb qaza basdı. Bir anlıq nəfsinə qapılan adam nə olduğunu anlamadan belə nəfsinin bədəlini canı ilə ödədi.

Məsuliyyətli olmağın mükafatı

Qədim zamanlarda bir kral saraya gələn yolun üzərinə böyük bir qaya parçası qoydurmuş, özü isə pəncərənin kınarına oturmuşdu. Görək nələr olacaq? Ölkənin ən zəngin tacirləri, ən güclü karvançıları, saray işciləri bir bir gəldilər,sabahdan günortaya qədər.Hamısı qaya parçasının yanından keçib saraya girdilər. Çoxu kralı yüksək səslə tənqid etdi. Xalqdan bu qədər vergi alır amma yolu təmiz saxlamır. Axırda bir kəndli gəldi. Saraya meyvə,tərəvəz gətirirdi. Belindəki zənbili yerə qoydu və iki əli ilə qayaya sarılıb birtəhər itələməyə başladı. Axırda qan-tər içində qalsada daşı kənara itələyə bildi. Tam zənbilini belinə almağa çalışırdı ki, daşın əvvəlki yerində bir kisə gördü. Açdı. Kisə qızılla dolu idi. İçində də kralın yazısı var dı. ” Bu qızıllar daşı yoldan çəkın insan üçündür” yazmışdı kral. Kəndli bugün bir çoxumuzun fərqində olmadığı bir dərs almışdı. ” Hər əngəl, həyat şərtlərinizi dahada asanlaşdıracaq bir fürsətdir”.

Özünü girov götürdü

1983-cü ildə bir mağazada oğurluq edərək yaxalanan San Dieqodan olan bir qadın polisə bildirdi ki, onu buraxmasalar, qaralınca nəfəsini tutacaq. Polislər qadını buraxmadı və ölənə qədər həqiqətən nəfəsini tutdu …

Qəzadan sonra dili dəyişdi

Ömrü boyu Fransada olmamış bir avstraliyalı qadın, başından ağır yaralandığı yol qəzasından sonra fransız ləhcəsi ilə danışmağa başladı.

Kimsə boğulmadı şənliyində boğuldu

1985-ci ildə New Orleans xilasediciləri, həmin il şəhərin hovuzlarında kimsənin boğulmadığını qeyd etmək üçün bir ziyafət təşkil etdi. Gecədə qonaqlardan biri çox maraqlı bir şəkildə boğuldu …

Dərs alına bilincək maraqli hekayeler

Üç nəfər daş hərlədirdi. Onların birindən soruşurlar: – Nə işlə məşğulsan?
O, alnın tərini silərək cavab verir ki, zülm çəkirəm.
İkinciyə yaxınlaşıb, eyni sualı ona da verirlər: Bəs, sən nə edirsən?
O, qollarını çırmalayaraq,işgüzar bir tərdə cavab verir: Pul qazanıram.
Bu dəfə üçüncüdən soruşurlar: Bəs, sən nə edirsən?
O göyə baxır və cavab verir: – Məbəd tikirəm.

Hekayənin mahiyyəti : Yalnız o insanın həyat məna ilə doludur ki, onun yüksək amalları (hədəfləri) olsun.

Bir dəfə siçan görür ki, fermer onu tutmaq üçün tələ qurub. O, bu haqda toyuğa, qoyuna və inəyə xəbər verir. Amma onların hamısı cavab verirlər ki, “Tələ -sənin problemindir, bizə onun heç bir aidiyyəti yoxdur!”

Bir az sonra isə tələyə ilan düşür və o fermerin, xanımını sancır. Onu sağaltmağa çalışarkən, fermerin xanımına toyuqdan şorba bişirirlər. Sonra isə xəstəyə baş çəkənlərin hamısına yemək çatsın deyə, qoyunu kəsmək vaxtı çatır. Lakin sağaltmaq olmur və dəfnetmə mərasimində bütün qonaqları ləyaqətlə yola salmaq üçün inəyində sonu çatır.

Bütün bu müddət ərzində siçan, ona heç bir aidiyyəti olmayan hadisələri sadəcə kənardan durub, divardakı xıra dəlik vasitəsi ilə müşahidə edirdi.

Mahiyyət: Əgər nəyinsə sizə bir başa aidiyyəti yoxdursa, düşünməyin ki, bu nəsə sizin başınızda çatlaya bilməz.

5 maraqlı hekayə

Tove Marika Jansson demişdi: “Bəzən hər kəs ehtiyac duyur ki, vaxtaşırı ona yaxşı hekayələr danışsınlar”. Və əgər sizin üçün də belə bir məqam yetişibsə “Bildirchin.az” sizə 5 maraqlı hekayə danışacaq. ��

İnanc

Bir zamanlar, gələcək yoldaşımla ortaq ev, maşın və məzuniyyət planlarımız yox ikən, o mənə yanacaq doldurma məntəqəsindən tələsik dərdiyi gülləri gətirirdi.

-Bəs sən bilirsən? – mən ona dedim. Biz ezoteriklərdə belə bir inanc var, hədiyyə edilmiş güllər nə qədər uzun müddət təravətli qalırlarsa, münasibətlər də bir o qədər möhkəm olur.

Kasıb aşiq hər axşam gəlir və qəhramancasına 3həftə təravətli qalan gülləri iyləyir və təəccüblənirdi.

Bundan sonra daim o mənə yanacaq doldurma məntəqəsindən gülləri dərirdi və onların hamısı uzun müddət təravətli qalırdılar.

Sonra biz məzuniyyətə getdik, mən hamilə oldum, qızım dünyaya gəldi, ev aldıq, köçdük və o mənə bunun sirrini açdı. Dözümlü güllərdən sonra o başa düşdü ki, bu qismətin işarəsidir. Nə yaş, nə uşaqlar, nə fərqli maraqlar, nə də mənim bərbad xarakterim-heçnə bizim münasibətimizə mane olmayacaq və bizdə hər şey alınacaq.

Mən isə öz növbəmdə, etiraf etdim ki, hər gün solmuş qızılgülləri təzəsiylə dəyişdirirdim.

Biz ezoteriklərdə belə bir inanc var: nəyə inanırsansa o da alınacaq.

Qeyri-adi cadu

Ofisdə kompüter qırılmışdı. Mütəxəssis çağırdım. O gəldi və təmir etdi.

Bunun necə baş verməsi haqqında əməkdaşım danışır:

-Mütəxəssis gəldi, dik-dik kompüterə baxdı, əllərini göyə açıb nə isə pıçıldadı, mənim stulumu 10 dəfə saat əqrəbinin əksinə fırladıb kompüteri ayağıyla vurdu, yenə nə isə pıçıldadı və getdi. Kompüter işlədi. Bu əsl cadudur.

-Kompüterə nə olduğunu bilmək üçün məni çağırdı. O qərarsız olduğu anlar həmişə stulda fırlanırmış. Bu səbəbdən də, kompüterin naqili stulun ayağına dolanırmış. Mən isə donub qalmışam, nə edəcəyimi bilmirəm. Sonra kompüterin yerini dəyişdim, sıçramış ştekeri yerləşdirdim və getdim.


Bərabərlik necə işləyir

İqtisadiyyat professoru bir dəfə qrupun auditoriyada olan mübahisəsindən danışırdı:

-Qrup təkid edirdi ki, sosializm işləyir və bu halda heç kəs nə kasıb, nə də zəngin olmayacaq. Düzəliş edərək professor dedi: yaxşı gəlin bu auditoriyada sosializm predmeti üçün sınaq qoyaq. Bütün qiymətlər ortaq məxrəcə gələcək və hər kəs eyni qiyməti alacaq. Beləliklə heç kim yıxılmayacaq və heç kim “əla” almayacaq.

Birinci yoxlama qiymətindən sonra bütün qiymətlər ortaq məxrəcə gətirildi və hamı “yaxşı” aldı. İnadla oxumuş tələbələr məyus olmuşdu. Az oxuyan tələbələr isə sevinirdi.

İkinci yoxlama zamanı az oxuyan tələbələr daha az məşğul olmağa başladı, inadla oxuyanlar isə müftə qiymət istədilər və bu səbəbdən az çalışmağa başladılar. İkinci yoxlama qiymətlərinin ortaq məxrəci “kafi” ilə nəticələndi. Heç kəs sevinmirdi.

Üçüncü yoxlama “qeyri-kafi” qiymətləndirildi.

Nəticə yaxşılaşmadı. Belə ki, davalar, danlaqlar, söyüşlər onların arasında düşmən münasibətlərinə gətirib çıxardı. Bu halda isə heç kəs digəri üçün oxumağa çalışmadı.


Darvazadan içəri girən it

Xəbərim olmadan həyətə qoca, yorğun it girdi. Xaltasına və kök qarnına əsasən belə düşünmək olardı ki, onun evi vardı və ona yaxşı baxırdılar. İt sakitcə mənə yaxınlaşdı onu sığallayıb ayağa qalxdım, o da mənim arxamca evə daxil oldu. Dəhlizi yavaş-yavaş keçdi, qonaq otağının bir küncündə buruldu və yatdı. Bir saatdan sonra durdu və qapıya yaxınlaşdı. Mən onu həyətə buraxdım.

Növbəti gün o yenə mənim evimin darvazasında idi, mənimlə salamlaşdı, yenidən içəri keçdi, qonaq otağında həminki küncü tutdu və bir saat yatdı. Beləcə bir neçə həftə ardıcıl belə davam etdi. Mənə maraqlı gəldiyi üçün kağıza qeyd yazdım və onun xaltasına sancdım. Qeyddə yazmışdım: “ Bilmək istəyirəm ki bu sevimli itin sahibi kimdir və o bilirmi ki, bu it hər gün mənim evimə yatmağa gəlir?”

Növbəti gün it xaltasına sancılmış başqa bir qeydlə gəldi: “ O altı uşaqlı evdə qalır, uşaqlar balaca olduğundan it doyunca yata bilmir. Olar mən də sabah onunla gəlim?”


Şans hər kəsdə var

Elan verilmişdi: dənizdə 3 mərtəbəli, hovuzu və bağı olan villa satılır. Dəyəri-1$

Sayıqlama!-bomj deyindi və qəzeti atdı. Həyətlərdə qida axtararkən divarda yenə elan gördü: Dənizdə 3 mərtəbəli, hovuzu və bağı olan villa satılır. Dəyəri-1$

Səhv yazıblar ki?-bomj düşündü və deyinə-deyinə irəlilədi. Prospektə çıxıb böyük bir banner gördü: Dənizdə 3 mərtəbəli, hovuzu və bağı olan villa satılır. Dəyəri-1$

Bomj fikrə getdi. Ona maraqlı gəldi, hansı ağılsız belə yazı yaza bilər?-dedi və yoxlamağa başladı. Onun itirəcəyi bir şey yox idi. Yalnız cibindəki son dollarından başqa. Həmin ünvana gəldi və elandakı böyük villanı gördü. Ürəksizcəsinə zəngi basdı. Qapını gözəl qadın açdı.

-Bağışlayın, mən elana görə gəlmişəm. Bu dolandırıcılıq deyil?

-Siz nə danışırsız? Tamamilə düzdür.

-Mən villanın dəyərini 1dollar gördüm. Bu doğrudur?

-Bəli 1 dollar. Əgər sizi maraqlandırırsa, evə göz gəzdirə bilərsiniz.

Bomj villanı görüb heyranlıqdan son dollarını verdi və bu gözəl villanın sahibi oldu, amma yenə də öyrənməyi qərara aldı ki, niyə belə ucuz qiymətə? Ki qadın gülümsəyib dedi: mənim yoldaşım ölümündən əvvəl vəsiyyət etmişdi ki, mən bu villanı satım və əldə olunan pulu onun məşuqələri arasında bölüşdürüm. Mən onun vəsiyyətini yerinə yetirməyə bilməzdim. Elan yarım il asılı qaldı və yalnız siz bu elana reaksiya verdiniz. Sizə xoş günlər. –qadın dedi və getdi.

Nəticə: Şans hamıya verilir. Sadəcə inanmaq lazımdır ki, qeyri-mümkün də mümkün ola bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.