Ində koronavirusuna qarşı maraqlı tədbirlər
Məktəbimizdə şagirdlərin dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət etmiş, davamiyyəti zəif olan şagirdlərin valideynləri ilə müntəzəm olaraq əlaqə saxlamışıq. Davamiyyətin güclənməsinə çalışmışıq, gündəliklərin yığılıb yoxlanılması, şagirdlərin məktəbli formasında gəlməsinə nəzarət etmişik.
Maraqlı tədbirlər
XI-XII əsrlərdə Gəncə Şərqin intibah mərkəzi olmaqla, ədəbi mühitə görkəmli mütəfəkkir və dahilər bəxş etmişdir. Belə mütəfəkkirlərdən biri də Azərbaycanın ilk qadın şairəsi, şahmatçısı, musiqiçisi və bəstəkarı Məhsəti Gəncəvidir ki, onun yaradıcılığına daim diqqətlə yanaşılır. Heç təsadüfi deyil ki, 1972-1980-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli şairənin rübailəri Azərbaycan dilindən ingilis, italyan və fransız dillərinə tərcümə olunaraq çap edilmişdir. 1980-ci ildə doğulub boya-başa çatdığı vətəni Gəncədə onun heykəli ucaldılmışdır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra da ölkəmizdə ədəbi irsə və onun təbliğinə, xüsusilə Məhsəti Gəncəvi yaradıcılığına diqqət xeyli artmışdır. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın görkəmli klassiklərinin, o cümlədən Məhsəti Gəncəvinin rübailəri latın əlifbası ilə nəfis şəkildə yenidən nəşr edilmişdir. Bundan sonra dövlət başçısı şairənin yaradıcılığının 900 illik yubileyinin keçirilməsinə dair sərəncam imzalamış, 2012-ci ildə UNESCO-nun qərarı ilə Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyi Fransada qeyd olunmuşdur. Yubiley tədbirləri Heydər Əliyev Fondu tərəfindən Fransanın Strasburq, Reyms, Mulus, Paris şəhərlərində beynəlxalq səviyyədə keçirilmiş, şairənin həyat və yaradıcılığından bəhs edən və fransız dilində çap edilmiş əsərlərinin təqdimatı olmuşdur.
Dahi Azərbaycan mütəfəkkiri Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyi ərəfəsində onun vətəni Gəncədə möhtəşəm mərkəzin istifadəyə verilməsi isə əsl ümumxalq bayramına çevrilmişdir. 2014-cü ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilən mərkəzin açılış mərasimində dövlət başçısı İlham Əliyev də iştirak etmişdir. Gəncə çayının sol sahilində 2915 kvadratmetr sahəni əhatə edən üçmərtəbəli möhtəşəm Məhsəti Gəncəvi Mərkəzi milli memarlıq üslubunda inşa edilməklə indi qədim Nizami yurdunda ən möhtəşəm tikililərdəndir. Mərkəzin qarşısında şairənin heykəli ucaldılmışdır. Burada rəsm qalereyası, onun külliyyatı ilə tanış olmaq üçün “Elektron kitabxana”, tədqiqatçılar üçün oxu zalı fəaliyyət göstərir. Rəsm qalereyasında Azərbaycanın görkəmli rəssam və heykəltəraşları tərəfindən Məhsəti rübailərindəki obrazları əks etdirən müxtəlif illüstrasiyalar çəkilmiş şəkillər və heykəllər nümayiş etdirilir.
Məhsəti Gəncəvinin adının əbədiləşdirilməsi, bədii irsinin tədqiqi, eləcə də şairənin yaradıcılığının beynəlxalq səviyyədə təbliği ilə əlaqədar həyata keçirilən tədbirlərlə bağlı ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və mədəniyyətimizin hamisi olan Mehriban xanım Əliyevanın fəaliyyətlərini əks etdirən ayrıca bir guşədə müxtəlif sənədlər yerləşdirilmişdir.
Görkəmli şairənin şahmatçı, musiqiçi, bəstəkar kimi dövrün istedadlı xadimlərindən olması nəzərə alınaraq mərkəzin ikinci mərtəbəsində döşəmə üzərində böyük ölçüdə şahmat lövhəsi və fiqurları düzülmüş, musiqi alətləri sərgisi təşkil edilmişdir. Bundan başqa, həmin mərtəbədə milli geyimlər sərgisi və “Məhsəti otağı” da fəaliyyət göstərir. Həmin otaqda divar boyu düzülmüş miniatür və rəsm əsərləri proyektor vasitəsilə ziyarətçilərə təqdim edilir.
Mərkəzdə yaradılmış xalça guşəsi bura gələnlərin diqqətini daha çox cəlb edir. Maraqlı eksponatlardan biri xalçaçı rəssam Afaq Məlikova tərəfindən hazırlanmışdır. Xalçanın baş tərəfində Məhsəti xanımın, aşağı hissəsində isə XI-XII əsrlərdə Gəncə şəhərində yaşayıb yaradan, dövrünün məşhur rübai ustadları Həkim Kavə qızı, Rəziyyə Gəncəvi, Xətib qəzə, Səti qızının surətləri əks olunmuşdur. Diqqəti cəlb edən əşyalardan biri də “Təbriz” xalçasıdır ki, onu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mərkəzə hədiyyə etmişdir. Xalçanın toxunma sıxlığı 35×450, ölçüsü isə 410×680 santimetrdir. Bundan başqa, xalça guşəsində qədim dövrlərdə nənə və babalarımızın işlətdikləri kilim, xurcun, heybə, farmaş, cəm, süddan, gülabdan, satıl, güyüm və sair nümayiş etdirilir.
Mərkəzdəki “Məhsəti otağı” daha maraqlıdır. Burada ziyarətçilər ilk olaraq əlindəki qızıl gülü sinəsinə basaraq rübai deyən formada təsvir olunmuş Məhsəti Gəncəvinin heykəli ilə qarşılaşırlar. Sonra əməkdar rəssam İsmayıl Məmmədov tərəfindən hazırlanan rəsm-panno diqqəti cəlb edir. Divar rəsmində Gəncənin füsunkar təbiəti təsvir olunmuşdur. Buradakı tabloların və miniatür obrazların müəllifi əməkdar rəssam İsmayıl Məmmədovdur. Proyektor vasitəsilə pannonun sağ və sol tərəfində Məhsəti Gəncəvinin rübailəri Azərbaycan və ingilis dillərində təqdim olunur.
Mərkəzin elektron kitabxanasında oxu zalı da mövcuddur. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətlərini əks etdirən şəkillər, Azərbaycanın şanlı tarixi haqqında yazılmış əsərlər, Gəncə şəhərində yaşayıb yaradan sənətkarlardan Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və digər ədiblərin həyat və yaradıcılığından bəhs edən kitablar xüsusi maraq doğurur. Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Məhsəti haqqında yazılmış 20 dildə kitab da yer alıb. Bundan başqa, elmin müxtəlif sahələrinə dair ensiklopediyalar, yerli və xarici ədəbiyyatlar oxu zalının fondunu zənginləşdirir. Hazırda oxu zalının fondunda 2441 ədəd kitab var. Bu kitabların çox hissəsini Heydər Əliyev Fondu mərkəzə hədiyyə etmişdir.
Şərqin ilk şahmatçı qadını olan Məhsəti Gəncəvinin mükəmməl şahmat oynaması tədqiqatçıların daim diqqət mərkəzində olub. Bunu bir çox rəssamlar öz əsərlərində dəfələrlə canlandırmışlar. Rəfael Abbasovun “Məhsəti Gəncəvinin şahmat oyunu” tablosunda da onun şahmat lövhəsi qarşısında düşünməsi təsvir olunmuşdur.
Azərbaycanın ilk musiqiçi qadın Məhsəti Gəncəvi çox ehtimal ki, məlahətli səsə və gözəl rəqs etmək bacarığına da sahib olmuşdur. Elə bu məqsədlə mərkəzdə milli musiqi alətləri sərgisi də təşkil olunmuşdur. Burada xalça üzərində Məhsəti xanım çəng çalarkən təsvir edilmişdir. Guşələrin birində şairənin rübailəri əsasında boşqablar üzərində çəkilmiş miniatür rəsmlərin nümayiş etdirilməsi də ziyarətçilərdə maraq doğurur. Bu dekorativ boşqabların müəllifi rəssam Rasim Hüseynovdur.
Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev söhbət zamanı dedi ki, son illər Gəncədə aparılan abadlıq və quruculuq işləri çərçivəsində çoxlu sayda yeni mədəniyyət mərkəzləri yaradılmışdır ki, onlardan da biri Məhsəti Gəncəvi Mərkəzidir. Fəaliyyətə başladığı gündən indiyədək burada xeyli mədəni-kütləvi tədbirlər həyata keçirilmiş, tanınmış rəssamların əsərlərindən ibarət sərgilər nümayiş etdirilmişdir. Mərkəzdə keçirilən elmi və praktiki konfranslar, bir çox layihələrin təntənəli təqdimat mərasimləri, gənclərin inkişafına xidmət edən görüşlər unudulmaz və yaddaqalan olmuşdur. Burada gənclər üçün xüsusi şərait yaradılmışdır ki, onlar da könüllülük prinsipi ilə mərkəzdə müxtəlif layihələr həyata keçirir, müasir dövr üçün aktual olan məsələlər ətrafında fəaliyyət göstərirlər. İş təcrübəsi olmayan, mədəniyyət sahəsində çalışmağa maraq göstərən gənclərin bu mərkəzdə könüllü olaraq fəaliyyəti onların bu sahədə bilik və bacarıqlarının inkişafına müsbət təsir göstərir. Könüllülük müddəti başa çatdıqdan sonra həmin gənclər müəyyən iş təcrübəsi əldə etməklə müxtəlif sahələrdə işləmək vərdişlərinə yiyələnirlər. Mərkəzdə fəaliyyət göstərən xalçaçılıq tədris mərkəzində də gənclər bu qədim sənətin sirlərinə yiyələnirlər.
Məhsəti Gəncəvi Mərkəzi gündən-günə zənginləşir. İndi burada müxtəlif ölkələrdən gətirilmiş qiymətli əşyalar ayrıca guşədə nümayiş etdirilir. Mərkəzi ziyarət edənlər İspaniya kraliçası və Danimarka şahzadəsi tərəfindən hədiyyə edilmiş Məhsəti Gəncəvinin rübailərinə çəkilmiş 4 nadir və orijinal əlyazmaya, Misirin İsgəndəriyyə kitabxanası, Almaniyanın Bavariya Universiteti tərəfindən hədiyyə edilən 110 illüstrasiya və miniatürlərə maraqla tamaşa edirlər.
Çində koronavirusuna qarşı maraqlı tədbirlər
Koronavirusa qarşı keçirilən mübarizəyə baxmayaraq dünyanın bir çox yerinə təsirini göstərməyə davam edir. Virus bu ana qədər dünyada on minlərlə insana yoluxdu və minlərlə insanın həyatını itirməsinə səbəb oldu.
Sürətlə yayılan koronavirusu bu ana qədər 60 ölkədə aşkar edilib. Virusun ortaya çıxdığı ilk ölkə Çin, virusdan ən çox təsirlənən ölkə oldu. Virusa yoluxan 95.000 insan və virusa görə həyatını itirən 3.300 insanın əksəriyyəti Çindədir. Çin rəhbərliyi, virus epidemiyasını dayandırmaq və müalicəsini tapmaq üçün işlərə davam edir. Rəhbərliyin üsulları ilə birgə yerli xalq da öz üsulları ilə virusun yoluxmasına maneə törətməyə çalışırlar.
Koronavirusunun yayılmasına maneə törətmək üçün mütəxəssislərin əhəmiyyətli xəbərdarlıqlarından biri də insanların çox bir-birlərinə yaxınlaşmaması idi. Çin kimi izdihamlı ölkədə bu bir az daha çətin olsa da, edilən tənzimləmələrlə insanların bir-birləri ilə olan təması azaldılmağa çalışılır. Xüsusilə restoranlarda masalar bir-birlərindən şəffaf plastik strukturlarla ayrılır.
Bəzi peşə qrupları isə öz peşələrinin quruluşu səbəbindən insanlara yaxın olmağa məcburdur. Bərbərlər, işlərini görmək üçün insanlara yaxın olmalıdır. Ancaq virus epidemiyası çinli bərbərlərin fərqli həllər tapmasına səbəb oldu. Bərbərlər sadə alətlərlə insanların saçlarını daha uzaq məsafədən kəsməyə başladı.
Virusun yayılmasında, istifadədə olan pulların da təsirli ola biləcəyi düşünülür. Çinli məmurlar bu səbəblə istifadə edilən banknotları dezinfeksiya etmək qərarına gəldi. Banknotlar, bank şöbələrində ultrabənövşəyi işıq altında, yüksək istilikdə dezinfeksiya edilir. Dezinfeksiya əməliyyatından keçirilən pullar, 14 gün boyunca karantin altında tutulur. 14 gündəlik karantindən sonra pullar təkrar istifadəyə verilir.
Milli.Az /news.milli.az
Xəbərlər Baxılıb: 1144 Tarix: 17 mart 2020
f Paylaş
Digər yazılar
Ev şəraitində əl üçün dezinfeksiya edici hazırlamağın QAYDASI
Dünyada mövcus olan koronavirusdan sonra əllər üçün dezinfeksiya edici vasitələrə maraq xüsusilə artıb. xəbər verir ki, müxtəlif xəstəliklərdən və viruslardan qorunmağın yolu təmizlikdən keçir. Viruslarla mübarizə aparma
Orqanizmdə D vitamininin çatışmazlığı bəzi problemlərə səbəb olur
D vitaminin sağlamlıqda çox böyük rolu var. Onu həm qida, həm də Günəş şüaları vasitəsilə qəbul etmək olar. Bu, həm sümüklərin möhkəmlənməsi, həm də immun sistemi üçün vacibdir. Mütəxəssislər bildirirlər ki, D vitamini əsasə
Məşhur həkimdən ŞOK AÇIQLAMA: Əllərinizi türklər kimi yuyun – FOTO
ABŞ televiziyalarından birində yayımlanan verilişdə qonaq olan həkim Mehmet Öz koronavirusdan qorunmaq üçün əllərin yuyulma üsulundan danışıb. xəbər verir ki, “The Tonight Show starring Jimmy Fallon” verilişind
Məşhur PROFESSOR TƏHLÜKƏLİ VİRUSLAR haqqında bilmədiklərimizi AÇDI: “İmmunitet maksimum 3-4 ilədək. “
Peyvənddən sonra immunitet infeksiyalara qarşı nə qədər dözümlü olur, bədəni soyuqdəymə və qripdən nə dərəcədə qoruyur, ev heyvanlarından yoluxmaq mümkündürmü və niyə yayda xəstələnmirik?. xəbər verir ki, Mərkəzi Klinik Xəstəxananı
Yaz bitkiləri və onların müalicəvi keyfiyyətləri
Qış fəslində qidalanma insan orqanizmini vitamin və antioksidant deposunu azaldır, çünki qəbul edilən qidaların tərkibində vitaminlər az olur, necə deyərlər, bədən vitaminsizləşir. Yazda yeni çıxan bitkilərlə qidalanmaq orqanizmi
Mikrobları öldürən, “xərçəng”dən qoruyan möcüzəvi ədviyyat
Əksəriyyət gündəlik olaraq istifadə edilən ədviyyatların faydaları haqda yetərincə məlumatlı deyil. Mətbəxdə, ən çox da un məmulatlarının hazırlanmasında tez-tez istifadə edilən çörəkotu (qara zirə) da bu qəbildəndir. Çörəkot
2 saatdan artıq internetdən istifadə etməyin FƏSADLARI
İnternetdən istifadə ruhi xəstəliklərə səbəb ola bilər. -a istinadən bildirir ki, araşdırmalar yeni dövrün ən böyük xəstəliyinin “internet asılılığı” olduğunu ortaya qoyub. Məlum olub ki, insanların əksəriyyər
Bu hörümçəklərdən tibdə istifadə olunacaq – FOTO
Türkiyənin Hacettepe universitetində, Qaradəniz bölgəsinə məxsus hörümçəyin qoza ipəyini istifadə edərək zərər görmüş dəri, əzələ və sümük toxumalarının sürətli müalicəsini təmin edən tibbi məhsullar əldə edilib. -a istinadə
Şəkərli diabetin səbəblərindən biri
Azərbaycan əhalisində qanda şəkəri tənzimləyən xrom çatışmır. Xrom diabet və digər xəstəliklərin qarşısını bu element alır. Xrom – insan üçün hava-su kimi lazım olan vacib fermentdir. O, metabolizm, yağ turşuları, karbohidrat
Təhsil və Zaman qəzeti
Məktəbli oxusu Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlard.
Azərbaycan respublikası öz tarixi müstəqilliyinə qovuşandan bəri böyük inkişaf yolunu keçmişdir. Arxada qoyduğumuz bu 24 ildə çox uğurlara.
Məlumdur ki, hər hansı bir dil üç aspekdə öyrənilir. Bu, fonetika, qrammatika və leksikadan ibarətdir. Bu əlaqələr üzvü surətdə bir-biri i.
Məktəbin idarə olunmasinda təhsil menecmentinin rolu Hazırkı dövrdə təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipi üstünlük .
Bakının Şüvəlan qəsəbəsində yerləşən Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəblə tanışlığım yeni olsa da, bu təhsil ocağı haqqın.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respu.
Böyük potensiala, dərin məzmuna malik olan hikmətli sözlər, ilahi kəlamlar insanda yüksək mənəvi- əxlaqi keyfiyyətlər yaradır. Müxtəlif ta.
Yazı Bakı şəhəri Nəsimi rayonu 164 saylı tam orta məktəbin müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Qafilə Əliyevaya həsr olunur.
Tərbiyə prosesi ziddiyyətli və uzun sürən prosesdir. O, məktəbəqədər dövrdən başlanır və əmək fəaliyyəti prosesində davam edir. Yeniyetm.
Hər bir təhsil ocağının siması, mənəvi mühiti orada çalışan müəllimlərin hansı peşəkarlıq, intellektual, pedaqoji-psixoloji hazırlı.
Daimi oxucu
Tərcümə
Haqqımda
Sevinc. Powered by Blogger.
5.21.2015
Məktəbdə maraqlı tədbirlər sistemli olaraq keçirilir
Nuranə SEYİDOVA, 129 nömrəli məktəb , UBT rəhbəri
Məktəb elə bir məkandır ki, burada biz uşaqlarımızın gələcəyinin əsaslarını qoyuruq. Məktəblərdə hökm sürən psixoloji atmosfer övladlarımızın həyat yoluna, mənəvi dəyərlərinə, əqidələrinə və vətəndaşlıq hisslərinə bilavasitə təsir edir. Uşaq məktəbdə necə formalaşacaqsa, elə də vətəndaş olacaq. Bilikli, tərbiyəli uşaq hazırlayırıqsa – bir neçə ildən sonra savadlı, peşəkar və vətənini sevən gənci gördükdə onunla və haqlı olaraq özümüzlə fəxr edirik. Dünyanı uşaqlarsız, uşaqları məktəbsiz, məktəbliləri isə dərsdən sonra, yəni asudə vaxtlarda keçrilən tədbirlərsiz təsəvvür etmək mümkün deyil. Şagirdlər üçün təşkil olunan tədbirlər və bu tədbirlər zamanı onlara aşılanan bir çox hisslər, xüsusilə də vətənpərvərlik, mərdlik, tolerantlıq, qayğıkeşlik kimi hislər bütün dövrlərdə olduğu kimi müasir elektron dövrümüzdə də öz aktuallığını itirməmişdir.
Məktəbimizdə şagirdlərin dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət etmiş, davamiyyəti zəif olan şagirdlərin valideynləri ilə müntəzəm olaraq əlaqə saxlamışıq. Davamiyyətin güclənməsinə çalışmışıq, gündəliklərin yığılıb yoxlanılması, şagirdlərin məktəbli formasında gəlməsinə nəzarət etmişik.
Uşaq Birliyi Təşkilatı Rəhbəri olaraq, şagirdlərimizin fənn olimpiadalarında, inşa yazı, rəsm, şeir müsabiqələrində, intellektual oyunlarda iştirak etməsini təşkil edirik. Respublikamızda keçirilən bütün bayram, matəm və xüsusi tarixi günlərimizin sinif divar qəzetlərində qeyd olunmasına, Bakı şəhəri üzrə, rayon daxili tədbirlərin keçirilməsi məqsədi ilə məktəbimizin şagirdlərinin orada iştirak etməsinə şərait yaratmışıq. Məktəbdə keçirilən tədbirlərin bəzilərinə nəzər salaq:
16.03.2015-ci il tarixdə məktəbin direktoru Samir müəllimin təşəbbüsü ilə professor Ə.Ağayevin uşaqlara həsr etdiyi “Pişik balasının səhvi ”əsərinin səhnələşdirilmiş təqdimatı keçirildi. Ə.Ağayevin iştirakı ilə keçirilən bu tədbiri III sinif şagirdləri çox böyük məharətlə, qonaqlara təqdim etdilər.
22.04.2015-ci il tarixdə Bakı şəhəri Nizami rayon məktəbliləri arasında keçirilən H.Əliyevin 92-ci il dönümünə həsr olunmuş inşa yazı müsabiqəsində 9 “B” sinif şagirdi Nəzrin Mirzəzadə II yerə (diplom, medal və pul mükafatına ) layiq görüldü.
“Breyn-rinq” intelektual oyununda da iştirak edən şagirdlərimiz (diplom və medalla ) III yerə layiq görüldülər.
Ümumiyyətlə, məktəbimizdə son illərdə tədbirlər məktəbin direktoru Samir Mehdizadənin təşəbbüsü ilə intensiv olaraq həyata keçirilir. O, bütün tədbirlərin sonunda şəxsən özü çıxış edərək, iştirakçıların və təşkilatçıların hər birinə minnətdarlığını bildirir. Mən bu kollektivdə işlədiyim üçün fəxr edirəm.
Comments are closed, but trackbacks and pingbacks are open.