Press "Enter" to skip to content

Maraqli kitab

6. Şəkər portağalı – José Mauro De Vasconcelos

Ölmədən öncə mütləq oxunması gərəkən ən maraqli kitablar

Kitab oxumaq üfüqlərimizi açar və bizi fərqli dünyalara aparar. Hər yeni kitabla fərqli bir kainatın qapısını açırıq. Ancaq oxumağa başladığınız kitab sizi özünə cəlb etməlidir. Bəzi kitabları götürdüyünüz andan etibarən əlinizdən buraxmağa çətinlik çəkərsiniz. Bəzilərini isə iki səhifə oxuyub kənara qoyar bir daha davam etməzsiniz.

Kitab oxumağa vərdiş etmək istəyirsinizsə, cəlbedici kitablar oxumaq sizin üçün daha faydalı olacaq . Bu yazıda, bütün zamanların ən çox oxunan və ən çox satılan siyahıların zirvəsindən düşməyən maraqli kitablar haqqında məlumat ala bilərsiniz.

Əlinizdən buraxmayıb bir dəfəyə bitirəcəyiniz maraqli kitablar

1. George Orwell – Heyvan ferması

Ədəbiyyat dünyasının klassiklərindən olan Heyvan ferması 1945-ci ildə nəşr olunib. İngilis yazıçı Orwellin ən çox oxunan kitablarından biri olan Heyvan ferması, fabula janrında yazılmış bir əsərdir. Bir fermada yaşayan heyvanlardan bəhs olunan kitabda 1917-ci ildə baş verən Oktyabr İnqilabından da bəhs olunur. Romanda dövlətlər, rejimlər və cəmiyyətlər sadə və simvolik bir şəkildə müzakirə olunur.

2. Kiçik Şahzadə – Antoine de Saint-Exupéry

1943 – cü ildə Antuan de Saint-Exupéry

tərəfindən yazılmış bu 96 səhifəlik nağıl, dünyada ən çox oxunan və ən çox satılan kitablardan biridir. Əslən Fransızca Le Petit Prince adlandırılan kitab həm uşaqlar, həm də böyüklər üçün yazılmışdır. Kino, teatr və operaya uyğunlaşdırılan Kiçik Şahzadə indiyə qədər 210 fərqli dilə və ləhcəyə tərcümə edilmişdir.

3. Kimyaçı – Paulo Coelho

Braziliyalı yazıçı Paulo Coelho tərəfindən 1988 – ci ildə yazılan Kimyagər , yazıldığı ilk gündən bəri həmişə ən çox oxunan roman siyahısında ilk sırada yer alıb. 26 dilə tərcümə olunan əsər yeddi milyondan çox satılıb. Mövlananın ən əhəmiyyətli əsəri olan Mesnevinin bir hekayəsi əsasında yazılan roman bütün dünyada sevilib və təriflər alıb . Hələ də içindəki uşağı saxlayanlar üçün möhtəşəm bir kitab olan Kimyagər, dünyanın ən çox oxunan kitablarından biridir.

4.Cinayət və Cəza – Fyodor Dostoyevski

Rus ədəbiyyatının aparıcı adlarından biri olan Dostoyevskinin Cinayət və Cəza kitabı müəllifin şah əsəridir. Ən çox oxunan dünya klassikləri arasında yer alan Cinayət və Cəza müəllifin ikinci ən uzun romanıdır. Yazıldığı gündən təxminən 200 il keçməsinə baxmayaraq, hələ də ən çox oxunan kitabların siyahısındadır. Dostoyevskinin Sibir Həbsxanasından azad edildikdən sonra yazdığı Cinayət və Cəza, realist bir perspektivlə yazılmış ən vacib əsərlərdən biridir.

5. Milena’ya Mektuplar – Franz Kafka

Müasir ədəbiyyatın ən vacib nümayəndələrindən biri olan və ədəbiyyatsevərlərin qəlbində çox xüsusi bir yer tutan öz üslubuna sahib bir simvol olan Kafkanın ən sevdiyim kitabı. Praqa yazıçısı Franz Kafkanın nəşr olunan əsərlərinin çoxu xatirələr, gündəliklər və məktublar şəklindədir. Milenaya məktublar da bunlardan biridir . Kafkanın ustalığının bu qədər dərindən hiss olunduğu kitabda cazibədar sevgi xətləri yer alıb. Hamısı da sitat gətiriləcək və altından xətt çəkiləcək cümlələrdir.

6. Şəkər portağalı – José Mauro De Vasconcelos

Şəkər portağalını Braziliya yazıçısı José Mauro De Vasconcelos 1968 – ci ildə yazmışdır. Yazıçının ən çox tanınan və ən çox oxunan kitabı olan Şeker Portakalı 16 dilə tərcümə edilmişdir . Müəllif orijinal dilinin Portuqal dilində olduğu kitabda uşaqlıqda yaşadığı hadisələrinin izlərinin olduğunu söyləyir.

7.Xəz paltolu Madonna – Sabahattin Ali

Türk ədəbiyyatının ən əhəmiyyətli adlarından biri olan Sabahattin Ali tərəfindən yazılmış kitab 1943 – cü ildə nəşr edilmişdir. Sabahattin Əli 177 səhifəlik kitabını əsgərlik dövründə çadırına yazıb. Kənardan sakit və səssiz, ancaq içəridə fırtınalar başlayan Raif Əfəndinin sevgisindən bəhs edən kitab, Sabahattin Əlinin ən məşhur və ən sevilən kitabıdır.

8. Səndən öncə mən- JoJo Moyes

Böyük bir sevgi hekayəsindən bəhs edən kitab möcüzələrə inanmayanları bir daha düşündürəcək. Son illərin ən çox oxunan və ən çox satılan kitabları arasında yer alan kitab, qeyri adi sevgi hekayəsi ilə yanaşı dünyagörüşünüzü dəyişdirən və kiçik bir ümidin belə insan həyatına nə qədər böyük bir ümid bəxş edə biləcəyini göstərən, psixolojik kitaba bənzər bir əsərdir. ( P.S. Mənim ən çox sevdiyim kitab)

9. Lev Tolstoy – Anna Karanina

Çox mübahisələrə səbəb olmuş məşhur roman. Müəllif bir evin, bir ailə­nin problemindən başlayır və bütün Rusiyanın üzləşdiyi çətinliklərə toxu­nur.

Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında ro­man. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma o heç nəyə bax­madan bunların hamısından imtina edir! O özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir.

10. Qabriel Qarsia Markez. Yüz ilin tənhalığı

“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaran­ma­sı, yük­sə­lişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tən­halıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, hə­qi­qətən, mifik xarakter daşıyır. Eyni zamanda, romanda mif parodiyası da var. Qəsdən yaratdığı mifoloji qur­ma­larda, nəql etmənin adiliyində təzahür edən, hərdən cəfəng və aş­kar fan­tas­tik hadisələrdən danışan müəllifin xüsusi kinayəli gü­lüşü parodiya vasitəsidir.

Xankəndi

Kafka haqlıdır, amma iş orasındadır ki, hər kitab oxucunu sarsıtmır, yenə elə Kafkanın dili ilə desək, oxucunun “içindəki donmuş dənizə balta kimi enmir”. Seçmək lazımdır. Hər oxucunun da özünün seçdiyi, onu sarsıdan və “bu əsəri gərək hamı oxusun” dediyi kitablar olur.

Biz də bu günün Dünya Kitab Günü olmağından istifadə edib, redaktorlar arasında sorğu keçirdik. Soruşduq ki, sizcə hamının oxumalı olduğu 10 kitab hansıdır?

APA holdinqin rəhbəri Vüsalə Mahirqızı məsləhət bildiyi 10 kitabı belə sıraladı:

1. Ernest Hemenquey- “Qoca və dəniz”
2. Cek London- “Həyat eşqi”
3. Teodor Drayzer- “Dahi”
4. Umberto Eko- “Gülün adı”
5. Murad Adji – “Qıpçaq çölünün yovşanı”
6. Elif Şafak -“Aşk”
7. Avesta
8. Ceyms Oldirç- ” Diplomat”
9. “Kitabi-Dədə Qorqud” dastanı
10. Qurban Səid -“Əli və Nino”

Xanım redaktor əlavə etdi ki, dini ədəbiyyatı da oxumaq lazımdır: “Məncə, “İncil”, “Tövrat”, “Qurani Kərim”i din və fəlsəfə haqqında fikir yürütmək istəyənlər mütləq oxumalıdılar”.

“Hafta.az” saytının redaktoru Səbinə Əvəzqızı deyir ki, oxuyarkən ən çox stress keçirdiyi kitab Corc Oruellin “1984” romanıdır. Onun məsləhət gördüyü onluq isə belədir:

1. Qabriel Qarsia Markes – “Yüz ilin tənhalığı”
2. Lev Tolstoy -“Anna Karenina”
3. Corc Oruell -“1984”
4. İohan Volfqanq Höte- “Gənc Verterin iztirabları”
5. Ceyms Coys – “Ulysess”
6. Viktor Hüqo -“Səfillər”
7. Lev Tolstoy- “Baldan sonra”
8. F.M. Dostoyevski -“İdiot”
9. Nizami Gəncəvi -“Xəmsə”
10. Füzuli- “Leyli və Məcnun”

“Qafqazinfo.az” saytının redaktoru Günel Əbilova daha çox dostlarının məsləhət gördüyü kitabları oxuduğunu deyir: “Oxuduğum, təsirləndiyim kitablar çoxdur. Mənim üçün o kitab dəyərlidir ki, sonuncu səhifəsinə çatanda məyus olursan və ondan ayrıldığına təəssüflənirsən. Ən əsası isə kitabı bağlayanda, “nəsə qazandım” deyirsənsə, deməli, alındı hər şey”.

1. Qavriil Nikolaeviç Troepolskiy -“Qaraqulaq, ağ Bim”
2. Elif Şafak – “İskender”
3. Xalid Hüseyni – “Çərpələng uçuran”
4. Xalid Hüseyni – “Min möhtəşəm günəş”
5. Etel Lilian Voyniç – “Ovod”
6. Bernhard Şlink – “Qiraətçi”
7. Viktor Hüqo – “Səfillər”
8. Paulo Koelyo – “On bir dəqiqə”
9. Nikolas Sparks – “Sevgili Con”
10. Orxan Kamal – “Yad qızı”

“Publika.az” saytının redaktoru Kənan Hacının da özünəməxsus 10-luğu var:

1. Homer – “İlliada” və “Odisseya”
2. “Kitabi – Dədə Qorqud” dastanı
3. Bokkaçio – “Dekameron”
4. Migel de Servantes – “Don Kixot”
5. Conatan Svift – “Qulliverin səyahəti”
6. Viktor Hüqo -“Səfillər”
7. F.M. Dostoyevski – “Cinayət və cəza”
8. Lev Tolstoy – “Dirilmə”
9. Mirzə Cəlil – “Danabaş kəndinin əhvalatları”
10. Milan Kundera – “Varlığın dözülməz yüngüllüyü”

“Virtualaz.org” saytının redaktoru Famil Cəfərli bu fikirdədir ki,

1. Quran
2. Karl Marks- “Kapital”
3. “Qabusnamə”
4. Çingiz Aytmatov -“Qiyamət”
5. Qabriel Qarsia Markes”-100 ilin tənhalığı”
6. Tarle. “İnqilablar tarixi”
7. “Dinlər tarixi”
8. “Ümumdünya tarixi”
(“Dinlər tarixi” və “Ümumdünya tarixi” adlı irihəcmli kitablar hər ikisi ruscadır və yazarlar kollektivinin qələminə məxsusdur. Məndən ötrü çox qiymətlidir – F.M.)
9. Heminquey- “Qoca və dəniz”
10. Məhəmmədhüseyn Şəhriyar- “Heydərbabaya salam”

“Gündəlik Teleqraf”qəzetinin redaktoru Dilqəm Əhmədin 10-luğunda birinci yeri “İncil” tutur:

1. İncil
2. Quran
3. Bhaqavat-Qita
4. Platon- “Dövlət”
5. Aristotel- “Politika”
6. Makiavelli- “Hökmdar”
7. Atatürk-“Nutuk”
8. Heredot- “Tarix”
9. Ömər Xəyyam-“Rübailər”
10. Mirzə Fətəli Axundov- “Kəmalüddövlə məktubları”

“Modern.az” saytının redaktoru, tərcüməçi Əziz Rzazadə deyir ki, mütaliəni uşaq vaxtı başlamaq lazımdır. Ona görə də, redaktorun siyahısı “Azərbaycan nağılları” ilə başlayır:

1. “Azərbaycan nağılları”
2. Robert Luis Stevenson- “Dəfinələr adası”
3. Mayn Rid- “Başsız atlı”
4. Jül Vern- “Klodius Bombarnak”
5. Onore de Balzak- “Şaqren dərisi”
6. Qoqol -“Viy”
7. Patrik Züskind- “Ətriyyatçı”
8. Qulamrza Saedi- “Bəyal əzadarları”
9. Xuan Rulfo-“Pedro Paramo”
10. “Kitabi Dədə Qorqud” dastanı

Ə.Rzazadə siyahısını bu fikirlə sonladırır: “Lap axırda da kitab rəfimi boşaldıb orada bircə nüsxə saxlayardım – Quran”.

“Qafqazinfo.az” saytının baş direktoru Elbrus Ərudun onluğunda isə birinci yeri əfqan əsilli yazıçı Xalid Hüseyninin “Çərpələng uçuran” romanı tutur:

1. Xalid Hüseyni- “Çərpələng uçuran”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Ana və oğul Vaxtinlər-“Muhammed”
4. Teodor Drayzer-“Dahi”
5. Əkrəm Əylislinin əsərləri
6. Nodar Dumbadzenin əsərləri
7. Cek London- “Martin İden”
8. Quran-i Kərim
9. Ramiz Rövşənin şeirləri
10. Nizami Gəncəvinin əsərləri

“Müstəqil İnformasiya Agentliyinin” rəhbəri Zaur Əhməd hesab edir ki, oxunması vacib olan kitablar çoxdur, amma bu, zövq məsələsidir:

1. Quran-i Kərim
2. İncil
3. Tövrat
4. Əkrəm Əylisli- “Gilənar çiçəyinə dediklərim”
5. Qustav le Bon- “Kütlə psixologiyası”
6. Çingiz Aytmatov- “Əsrə bərabər gün”
7. F.M.Dostoyevski- “Cinayət və cəza”
8. Viktor Hüqo- “Səfillər”
9. Qoqolun seçilmiş əsərləri
10. Lermontovun seçilmiş əsərləri

Redaktor vurğulayır ki, siyahını uzatmaq olsa klassik Azərbaycan poeziyası nümunələrini əlavə edə bilər.

“AzVision.az” saytının baş redaktoru Vüsal Məmmədovun hamıya oxumağı məsləhət gördüyü 10 kitab budur:

1. Viktor Hüqo “Səfillər”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Mixail Bulqakov- “Master və Marqarita”
4. Ziqmund Freyd- “Psixoanalizə giriş”
5. Ernest Heminquey- “Qoca və dəniz”
6. Antuan de Sent-Ekzüperi- “Balaca şahzadə”
7. Frans Kafka- “Çevrilmə”
8. Nassim Nikolas Taleb-“Qara sona”
9. Uilyam Arnts-“Biz, ümumiyyətlə, nə bilirik?”
10. Riçard Dokinz- “Allah illüziyası”

“Simsar.az” saytının redaktoru Elmar Hüseynov vurğulayır ki, belə kitabların siyahısını uzatmaq, 20-30 kitabın adını qeyd etmək olar. Hələlik isə onun 10-luğu belədir:

1. V.Hüqo- “Səfillər”
2. Onore de Balzak- “Qorio ata”
3. E. Voyniç- “Ovod”
4. Q.Markes- “Yüz ilin tənhalığı”
5. T.Drayzer- “Dahi”
6. C.London- “Martin İden”
7. F.Beqbeder- “Məhəbbət üç il yaşayır”
8. X.Hüseyn -“Çərpələng uçuran”
9. Dostoyevski- “Cinayət və Cəza”
10. Qoqol -“Ölü canlar”

Beləliklə, nəticələri ümumiləşdirəndə, redaktorların rəyinə əsasən, oxunmalı olan 10 kitabın siyahısı budur:

1. Viktor Hüqo- “Səfillər”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Quran-i Kərim
4. Qabriel Qarsia Markes-“Yüz ilin tənhalığı”
5. Xalid Hüseyn- “Çərpələng uçuran”
6. Kitabi Dədə-Qorqud dastanı
7. Teodor Drayzer- “Dahi”
8. Cek London -“Martin İden”
9. Etel Lilian Voyniç- “Ovod”
10. İncil

Fatimə Kərimli

İnsan həyatını dəyişən 10 kitab – SİYAHI – FOTO

Orxan Pamukun “Yeni həyat” romanı belə başlayır: “Bir kitab oxudum, həyatım dəyişdi”. Elə əsərlər var ki, onları oxusaq, dünyaya baxışımız, həyatımız dəyişər. Müasir insan üçün bu əsərləri oxumaq olduqca vacibdir. Bu əsərlərsiz həyat daha amansız, daha sıxıcı, daha qəddar olardı.

Milli.Az kulis.az-a istinadən həyatımızı dəyişən 10 əsəri təqdim edir.

“100 ilin tənhalığı”, Qabriel Qarsiya Markes

“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tənhalıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, həqiqətən, mifik xarakter daşıyır.

Bu əsəri oxuyub bu böyük dünyada nə qədər tənha olduğumuzu anlayacağıq.

“Pişik beşiyi”, Kurt Vonnehut

“Pişik beşiyi” romanı ən məşhur antiutopik əsərlərdəndir. Atom bobmbası haqqında kitab yazmaq istəyən Con material toplamaq üçün atom bombasının yaradılmasında iştirak etmiş Feliks Honnikerin 3 uşağına məktub yollayır. Sonrakı hadisələr Karib dənizində yerləşən balaca San-Lorenso adasında davam edir. “Pişik beşiyi” bir uşaq oyununun adıdır. Bu oyunda ip müxtəlif kombinasiyalarda barmaqlara dolanır.

Parodiya üslubunda yazılmış əsər tez-tez bizi güldürsə də, daha çox düşünməyə vadar edir. Əsərin qaldırdığı problemlər o qədər çoxdur ki, düşünməyə vaxt tapmırsan. Oxu zamanı hadisələr koleydoskopu vadar ki, mütaliəni yarımçıq saxlayıb özümüzə sual verək: “İndicə nə oxudum?” Bir müddət sonra əsərin ikinci oxunuşunda isə əsər sizə tamamilə başqa bir təəssürat yaradacaq, əsərin bütün mənzərəsi gözləriniz önündə canlanacaq.

“Əlvida, silah”, Ernest Heminquey

“Əlivada, silah” bir “itirilmiş nəsil” nümayəndəsinin Birinci Dünya müharibəsi haqqında ilk uğurlu əsəridir. Kitab müharibə haqqındadır. Burada sadəlövh oğlanlar döyüşə gedib qurbana çevrilirlər. Bu əsərdə məhəbbət yalnız bir an sürür, nə keçmişi var, nə gələcəyi. Bu əsər unutmaq istəyib, amma heç vaxt unuda bilmədiyin müharibə haqqındadı.

“Milçəklərin tanrısı”, Uilyam Qoldinq

Əsər 1954 -cü ildə yazılıb. İkinci Dünya müharibəsindən sonra nüvə qorxusu ərəfəsindən bəhs edir. Əsər insanların mənşəyindəki vəhşilikdən söhbət açır. Roman müharibə ilə üz-üzə qalmış dünyamızın alleqorik obrazıdır. Bu dəhşətli əsəri oxumaq vacibdir, ən azı bu cür dünyada yaşamamaq üçün.

“Milçəklərin tanrısı” gənclərin bir adaya düşməsi ilə başlayır.

“Çapayev və Pustota”, Viktor Pelevin

Bu əsər dünya ədəbiyyatına hadisələrin mütləq boşluqda baş verdiyi ilk əsərdir. Həqiqətdə hadisələr gah 1919-cu ildə Çapayevin diviziyasında, gah da müasir günümüzdə baş verir. Əsərin baş qəhrəmanı isə şair Pyotr Pustotadır. Psixi travma yaşayan Pustota Çapayevin dövrünə düşür və bu qırmızı döyüşçüdən mütləq boşluğun sirrini öyrənir.

“Döyüşçü klubu”, Çak Palanik

Bu roman ötən əsrin 90-cı illərində yazılmış ən yaxşı, ən qalmaqallı əsərlərdəndir.

İstehlakçı cəmiyyətdən və Amerika mədəniyyətindəki mərdlik anlayışının dəyişməsindən getdikcə daha çox narazı qalan baş qəhrəman bu durumla mübarizə aparmaq qərarına gəlir. Bunun üçün radikal psixoterapiya yolunu seçərək gizli döyüşçü klubu yaradır.

“Farenheytlə 451 dərəcə”, Rey Duqlas Bredberi

İstehlak cəmiyyətinin tənqidi haqqında amansız kitab. Artıq roman səhifələrində bəhs edilən o arzuolunmaz dünyaya yaxınlaşdığımız üçün bu kitab XXI əsrin hər bir oxucusunun stolüstü kitabı olmalıdır.

Romanın adı vərəqin öz-özünə alışdığı temperatura işarədir.

“Bülbülü öldürmək”, Harper Li

Kitab qara dərili bir insanın zorlama ittihamı ilə təqsirli bilinməsindən bəhs edir. Bundan başqa kitabda kiçik bir vilayətdə inanc və vicdanla bağlı hökmlərin necə verildiyindən bəhs olunur. Sözü gedən kitab, 1960-cı illərin ən çox satılan kitabı olmuşdur.

Əsərin sonunda görürük ki, xeyirxahlıq insanın dərisinin rəngindən və sosial vəziyyətindən, ictimai rəydən asılı deyil. Bu adamın ürəyinə bağlı bir işdir.

“Martin İden”, Cek London

Əsər Martinin küçə döyüşündə gənc oğlanı xilas etməsi ilə başlayır. Sonra oğlanın ailəsi ilə tanış olan Martin onun bacısı Rufa dəlicəsinə aşiq olur. Amma qəlbi maddiyyatın ağır qıfılları ilə bağlı olan qız Martinə üz çevirir. Rufun qəlbinə hakim olmağa çalışan Martin filosofları oxumağa başlayır, qrammatikanı öyrənir. Məhrumiyyətlərə baxmayaraq yazır, yazır, yazır.

O, Amerikanın ən məşhur yazıçılarından biri olanda isə can atdğı həyat, hətta onun ayaqlarına sarılmağa hazır olan Ruf da heç bir əhəmiyyət kəsb etmir. Bax o zaman Martin bir gəmiyə minir və okeanın ortasında kayutun ilüminatorundan özünü atır.

“Don Xuanın təlimi”, Karlos Kastaneda

Karlos Kastanedanın müəllimi maq Xuan Matusun əqidəsinə görə 10 min il əvvəl Yeni Dünyada yaşayan insanlar kainatı dərindən öyrənmiş və dərk etmişdilər. Müasir insan onların gerçək gücünün cüzi bir hissəsini də təsəvvür edə bilməz. Bu kitabın səhifələrində müəllif qədim Meksika şamanlarının sirlərini açır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Comments are closed, but trackbacks and pingbacks are open.