Press "Enter" to skip to content

Hər gün yeni bir kitab

Bütün ömrün boyu doğru bildiklərini etməyə çalışırsan, ancaq digər tərəfdən də anlayırsan ki, çoxlu səhvlərin var”.

KİTAB ADASI

Kitab yalnız həyat kitabdan daha maraqlı olanda bağlanır…

Bəlkə də bu, həqiqətdir….

“ Bəlkə də bu, həqiqətdir” romanı fransız yazıçı Mark Levinin ilk qələm təcrübəsi olsa da, onun sonrakı illərdə yazdığı əsərlərindən heç də geri qalmır. Əsərin əvvəli hüzünləndirici nağıl, sonu isə təsirli bir romandır…Həyatını xəstələrini sağaltmağa həsr edən Loren bir gün adi bir ehtiyatsızlıqdan qəzaya uğrayaraq komaya düşür.
Lorenin “ruhu”bədənini xəstəxanada qoyub özünü xilas etməyə, axtarmağa gedir. Loren istədiyi hər yerdə ola bilir. O, görünməzdir. Və bir gün keçmişdə yaşadığı evə gəlir və şkafın qapısını açanda Artur onu görür. Artur onu görən yeganə insandır. “İndi sizə deyəcəyim şeyi başa düşmək o qədər də asan deyil, qəbul etmək qeyri-mümkündür, ancaq başıma gələnləri diqqətlə dinləsəniz və mənə etimad göstərsəniz , bəlkə də mənə inanarsınız. Bu isə çox önəmlidir, çünki siz heç özünüz də bilmirsiniz ki , dünyada bunu paylaşa biləcəyim yeganə insansız”

Artur Lorenin danışdıqlarına əvvəl inanmasa da, sonradan ona inanır, kömək etmək üçün hər şeyi edir, hətta ona aşiq olur. Həkimlər Lorenin anasını “komada olan” xəstələrin oyanmasının qeyri-mümkün olduğuna inandırıb evtanaziya etməyə razı salırlar. Bunu bilən Artur Lorenin “bədənini” xəstəxanadan oğurlayıb öz uşaqlığını keçirdiyi doğma evinə aparır.

Roman çox sadə və axıcı üslubda yazılıb. Yazıçı Lorenin dilindən həyatın qədrini bilməyi, onu doyunca yaşamağı, bir yanlışın insanın həyatında nələrə gətirib çıxardığını nəzərə çatdırır. “Əgər həyatın bir ilinin nə demək olduğunu anlamaq istəyirsənsə, bu sualı sonunda imtahandan kəsilən tələbəyə ver. Həyatın bir ayını uşağını vaxtından əvvəl doğan və onu qucağına ala bilməkj üçün inkubatordan çıxmasını gözləyən andan soruş. Həyatın bir həftəsini ailəsinə çörək pulu qazanmaq üçün zavodda ya da şaxtada işləyən fəhlədən soruş. Həyatın bir gününü bir-biri ilə görüşəcək sevgililərdən soruş. Həyatın bir saatını liftdə qalmış klaustrofobiyadan əziyyət çəkən adamdan soruş. Həyatın bir anını maşın qəzasından salamat qurtarmış adamdan soruş. Həyat özü bir sehrdir, artur, mən bilirəm nə deyirəm, çünki mən qəzaya düşdüyümdən bəri hər anın dəyərini bilirəm” Mənim üçün romanın ən təsirli hissəsi Arturun anası ilə bağlı olan xatirələridir. Ananın övladının xoşbəxliyi üçün öz xoşbəxtliyini qurban verməsi əsərdə çox gözəl və incə şəkildə işlənib. Əsər nikbin sonluqla bitir. Əsəri 2013-cü ildə “Qanun nəşriyyatı” çap edib. Əsəri Azərbaycan dilinə Minə Candan Raufqızı tərcümə edib. Romanda bir çox cümlə var ki, onları çox bəyəndim və onları sizlərə təqdim edirəm.

Həyatımızdakı şübhə və seçim bizim hisslərimizi titrədən iki gücdür. Heç bir vaxt unutma ki, ancaq bu titrəyişin yaratdığı harmoniya dəyərlidir”.

“Sehrli bank hər birimizdə var: bu zamandır. Xərclənən pullar isə ötən anlardır… Hər səhər oyannada biz bir gün üçün 86 406 saniyə həyat krediti alırıq, axşam yatarkən isə sabaha heç nə qalmır. Bizim gün ərzində xərcləyə bilmədiklərimiz isə itirdiklərimizdir. Hər səhər bu sehr yenidən təkrarlanır. bank istədiyi an bizi xəbərdar etmədən hesabımızı bağlaya bilər;hər an həyat bitə bilər”.

“Sabahkı gün hər kəs üçün bir sirrdir və bu sirr gülüş və arzular doğurmalıdır, nəinki qorxu və hər şeydən imtina”

“Dünənki gün ötdü, sabah isə hələ gəlməyib, dəyərli olan bu gündür, indidir”.

“Qeyri-mümkün olan heç nə yoxdur, sadəcə şüurumuzun sərhərləri bəzi şeyləri içinə sığışdıra bilmir. Tənliyin cavabını tapmaq üçün bərabərlikləri həll etmək lazımdır.Bu, sadəcə, beyin və vaxt məhdudiyyəti məsələsidir”

Uğur bəzən təsadüflərlə bağlıdır”

Bütün ömrün boyu doğru bildiklərini etməyə çalışırsan, ancaq digər tərəfdən də anlayırsan ki, çoxlu səhvlərin var”.

“Bir ananın ölümü yanan kitabxanaya bənzəyir”

“Bəzən uşağın sizə baxışları sizdə o qədər dərin xatirələr oyadır ki, verilmiş sualı cavbsız qoymaq mümkün olmur”

Bəlkə də bu, həqiqətdir – Marc Levy

Mark Levi Fransanın məşhur yazıçılarından biridir. Onun əsərləri 30-dan çox xarici dilə tərcümə olunmuşdur və yüksək tiraj­larla satılır. Onun ilk romanı olan “Bəlkə də bu həqiqətdir” (film adı: “Yer ilə göy arasında”) əsəri öz qeyri-adi süjeti və möcüzələr yaratmağa qadir hisslərin gücü ilə insanı heyrətə salır.

Oxşar kitablar

Bəlkə də bu, həqiqətdir – Marc Levy

Mark Levi ( Marc Levy )

Cild : Yumşaq

Qabusnamə

Rəhim Sultanov

Cild : Qalın

Xalqların və kütlənin psixologiyası

Gustave Lebon

Cild : Yumşaq

Kor saatsaz

Richard Dawkins

Cild : Yumşaq

Kosmos

Carl Edward Sagan

Cild : Yumşaq

Yeni dünya – Eckhart Tolle

Eckhart Tolle

Cild : Yumşaq

Gələcəyin fizikası. 2100-cü ilə qədər elm insan taleyini və gündəlik həyatımızı necə formalaşdıracaq

Dr. Miçio Kaku

Cild : Yumşaq

Bənövşəyi İnək – Seth Godin

Seth Godin

Cild : Yumşaq

Uğurlu satış üçün 55 məsləhət

Andrey Sizov

Cild : Yumşaq

Milyon dollarlıq vərdiş

Brian Tracy

Cild : Yumşaq

Nece guclu reqib olmaq olar – Jeffrey J.Fox

Jeffrey J. Fox

Cild : Yumşaq

Əli və Nino – Qurban Səid

Qurban Səid

Cild : Qalın

Qəsr – Franz Kafka

Franz Kafka

Cild : Yumşaq

NLP / Gizli təsirin qızıl sirləri

Michael Hall

Cild : Yumşaq

Stokda yoxdur

Gen. İntim hekayət

Siddharta Mukerci

Cild : Yumşaq

İstanbulda son məhəbbət – Milorad Paviç

Milorad Paviç

Cild : Yumşaq

Xərçəng Tropiki

Henry Miller

Cild : Yumşaq

Bütün Əsərləri

Cəfər Cabbarlı

Cild : Yumşaq

Müsyö Daldrinin qəribə səyahəti – Marc Levy

Mark Levi ( Marc Levy )

Cild : Yumşaq

Gündəlik

Çak Palanik

Cild : Qalın

Zülmətin Əlli Çaları – E. L Ceyms

E.L Ceyms

Cild : Qalın

Dostları necə qazanmalı və insanlara təsir etməli

Dale Carnegie

Cild : Yumşaq

Qorxudan daha güclü hiss – Marc Levy

Mark Levi ( Marc Levy )

Cild : Yumşaq

Satış etmək sənəti

Brian Tracy

Cild : Yumşaq

Stokda yoxdur

Rəylər

Rəy yaz

Ünvan: Bakı, Tbilisi prospekti, 76

Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.

Bəlkə də bu, həqiqətdir…

Bu kitab həmçinin kitabxanalarında mövcuddur. Eyni anda bir neçə kitabxanada qeydiyyatdan keçin və kitabları daha sürətli əldə edin.

  • Janar:x arici sevgi romanları, m üasir sevgi romanlarıRedaktə etmək

399 AZN qarşılığında bu va daha 2 kitab

Abunə olmaqla siz hər ay kataloqdan AZN-ə qədər bir kitab və şəxsi seçimdən iki kitab götürə bilərsiniz. Ətraflı

Abunəlik üçün ödəniş etməklə, təklifdə göstərilən ödəniş şərtlərini və onun avtomatik yenilənməsini qəbul edirəm

Ödəmək Ləğv etmək
Kitabın təsviri

Mark Levi Fransanın məşhur yazıçılarından biridir. Onun əsərləri 30-dan çox xarici dilə tərcümə olunmuşdur və yüksək tiraj­larla satılır. Onun ilk romanı olan “Bəlkə də bu həqiqətdir” (film adı: “Yer ilə göy arasında”) əsəri öz qeyri-adi süjeti və möcüzələr yaratmağa qadir hisslərin gücü ilə insanı heyrətə salır. Bir axşam yalnız yaşayan memarın evində gənc, gö­zəl bir qız peyda olur. Və o… ruhdur. Yalnız gənc me­mar ona yardım edə bilər. Ancaq onları bir-biri­nə bağlayan sevgi hissləri olmasaydı, o da ölüm qarşısında aciz qalacaqdı.

Comments are closed, but trackbacks and pingbacks are open.