Necə Masajçı Olmaq
Hər bir yazının səs və tonu vardır. Səs və ton sizin yazınızın tərzini və özünüzü ifadə şəklini təsvir edir. Bundan əlavə spesifik rollar və sahələr yazıda xüsusi intonasiya tələb edə bilər. Məsələn, start-up biznes vəzifələrinə seçdiyiniz yazı tonu ilə hüquq vəzifələrinə seçdiyiniz yazı tonu arasında sözsüz ki, fərqlər olacaq.
MEDİTASİYA NECƏ EDİLİR?
Meditasiya bir vasitədir. Stresin öhdəsindən gəlməyimizə, bədən sağlamlığımızı gücləndirməyimizə, xroniki ağrılarımızı keçirməyimizə, daha yaxşı yatmağımıza, daha xoşbəxt hiss etməyimizə, daha hüzurlu olmağımıza və anda olmağımıza yardımçı olan möhtəşəm bir vasitədir. Daha dərin bir müstəvidə, meditasiya, bilinməyənə açılan bir qapıdır. Kim olduğumuz sirrini aralamağımıza yardımçı olar.
Meditasiyaya ilk dəfə başladığımız zaman zehnimizin nə qədər itaətsiz olduğunu görmüş olarıq. Zehnimizin, davamlı olaraq dağılmasına şahid olarıq. Keçmişlə və ya gələcəklə bağlı təkraralanıb duran düşüncələrlə, mağazadan almalı olduğumuz şeylər kimi gündəlik həyat iç-içə keçmiş vəziyyətdədir. Sanki, çılğın bir filmin tam ortasında dayanmış kimiyik.
Meditasiyaya başladığımız zaman, “necə də idarə edilə bilməyən bir zehnimiz var” deyə ürəyimiz sıxılmasın. İlk dəfələrdə zehnimizin çox dağılması təbiidir. Zamanla, düşüncə yığınları ilə rahatlıqla işləməyi öyrənəcək, biraz şəffaflıq və hüzur təmin edəcəyik.
Meditasiyaya necə başlamalı olduğunuza dair bir neçə sadə ipucu:
1. DURUŞ. İstər stulda oturaq, istərsə də yerdə bardaş qurmuş olaq, başımızın və onurğa iliyimizin dik durduğundan əmin olaq. Əgər çökmüş vəziyyətdə olsaq, zehnimiz də axıb gedər. Bədənimiz tarazlıqdadırsa, zehnimiz də tarazlıqda olacaqdır. Dik dura bilmək üçün başımızın göy üzünə dəydiyini xəyal edək.
2. GÖZLƏR. Gözlərimizi açıq saxlamağa çalışaq. Açıq gözlər, anda daha çox olmağımızı təmin edər. Gözlərimizi xəfifcə endirək və müəyyən bir nöqtəyə baxaq. Gözlərimizi yumduğumuz zaman, düşüncələrə və xəyallara daha çox qapılırıq. Yenə də bizə ən rahat gələni etməyimiz daha önəmlidir. Bəziləri gözlərini bağlayanda, belə onlar üçün daha məhsuldar olur. Nəyin bizə yaxşı təsir etdiyini yoxlayıb görmək laızmdır.
3. DİQQƏT. Adi şüur vəziyyətində mövcud olan anda çox az oluruq. Məsələn, xüsusuilə zehnimiz düşüncələrlə dolu ikən avtomobili avtomatik pilotda idarə edirik. Birdən gedəcəyimiz yerə gəlirik və yol boyunca olub keçənləri xatırlamırıq.
Buna görə də meditasiya, həyatımıza gözlərimizi açmağın ən möhtəşəm yoludur. Başqa cür təcrübələrimizin çoxunu gözdən qaçırırıq, çünki zehnimizdə davamlı olaraq başqa bir yerlərdəyik. Diqqətimizi nəyə verdiyimizə baxaq. Adi həyatda diqqətlə konsentrasiyanı eyni şey kimi görməyə meyilliyik. Konsentrasiya, intesnsiv bir işıq şüası kimidir. Amma meditasiyada o çeşid bir zehin çox kəskin və hüzursuz olduğuna görə faydalı o lmaz. Meditasiyada fokuslanmaq, fərqindəlik mərkəzinə qoyduğumuz şeyə yumşaq bir şəkildə diqqəti vermək deməkdir. Əksərən, fokus olaraq nəfəsi istifadə etmək tövsiyyə edilir. Nəfəs, “içi” və “çölü” birləşdirən təbii bir qapı kimidir. Zen ustadı Tony Packer-in dediyi kim: ” Diqqət hansısa bir yerdən gəlməz. Səbəbi yoxdur. Kiməsə aid deyildir.”
4. NƏFƏS. Nəfəsə diqqəti vermək, özümüzü bu anda sabitləməyin ən yaxşı yoludur. Nəfəs alıb verməyimizə diqqət edək. Nəfəsimizi idarə etməyək, ehtiyac yoxdur, təbii axarına buraxaq.
5. NƏFƏS SAYMAQ. Əgər meditasiyaya girməkdə çətinlik yaşayırıqsa, ən qədim yollardan biri olan nəfəs saymağa çalışa bilərik. Hər nəfəsdə içimizdən sayaq. Nə zaman düşüncələrin bizi əhatə etdiyini fərq etsək, o zaman əvvələ qaydaq. Bu şəkildə, hər dəfə “bir” dediyimiz zaman indiki ana gəlmiş olarıq.
6. DÜŞÜNCƏLƏR. Düşüncələrin zehnimizi əhatə etdiyini fərq etdiyimiz zaman, diqqətimizi nəfəsimizə yönəldərək düşüncələrin yavaş-yavaş keçib getməyinə izin verək. Düşüncələri dayandırmağa çalışmayaq, belə etmək sinilrərimizi poza bilər. Qapımızda istəmədiyimiz qonaqlarımız olduğunu düşünək, varlıqlarını qəbul edək və nəzakətlə onlardan getməklərini istəyək. Sonra isə diqqətimizin yumşaq işığı nəfəsimizi aydınlatsın.
7. DUYĞULAR. Güclü duyğularla boğuşarkən meditasiya ilə məşğul olmaq çox çətindir. Çünki bəzi duyğular, zehnin qurduğu hekayələri qidalandırmağa meyillilik göstərir. Xüsusilə, hirs, utanc və qorxu zehinlərimizdə davamlı olaraq təkrarlanan hekayələr yaradır. Hirs və utanc, bizi davamlı olaraq keçmişə, keçmişdəki hadisələrə baxdırır. Qorxu isə gələcəyə dair bizi narahat edir. Meditasiyada güclü duyğuların öhdəsindən gəlməyin bir yolu da , duyğunu müşayiət edən fiziki hisslərə fokuslanmaqdır. Məsələn, sinə ətrafında kip bir qorxu zolağı və ya qarında qızğın bir hirs çevrəsi ola bilər. Bu şəkildə duyğularımızı ucaltmış, amma hekayələrə üz verməmiş olarıq.
8. SƏSSİZLİK. Səssizlik şəfadır. Ətrafda xeyli “meditasiya musiqisi” var, amma heç biri bəsit bir səssizliyin yerinə keçə bilməz. Səssizcə oturduğumuz zaman, zehnimizin əslində nələr etdiyini təcrübə etmiş olarıq. Səssizcə oturaraq sakitlik və dinclik gələr. Zamanla, xarici və daxili səssizlik görüşər və anın içində dincəldiyimizi görərik.
9. MÜDDƏT. İlk dəfələrdə sadəcə 10 dəqiqə ilə başlayaq, əgər çox qısa müddət oturduğumuzu hiss etsək, biraz da oturaq. Daha uzun müddətli meditasiya etmək üçün hazır deyiliksə, özümüzü məcbur etməyək. Zaman içində metitasiya müddətimizi 25 dəqiqəyə kimi uzada bilərik.
10. ŞƏRAİT. Otura biləcəyimiz gözəl bir şərait yaratmaq da gözəldir. Meditasiya üçün oturduğumuz yerə bir heykəl, şaml ar və bizim üçün anlamlı olan əşyalar da qoya bilərik. Gəzərkən topladığımız bizə xitab edən daşları, dəniz qabıqlarını və çiçəkləri də ora qoya bilərik.
11. ZÖVQ. Hər şeydən önəmlisi, meditasiyadan keyif almaqdır. Kiçik bir gülümsəmə ilə oturmaq, xoşumuza gələ bilər. Özümüzə qarşı mehriban olaq. Hər gün birazca daha çox oturmağa çalışaq. Meditasiya vərdişi qazanaq.
Necə Masajçı Olmaq
Masaj insanlara emosional stres, əzələ ağrısı və müxtəlif fiziki xəstəliklərlə mübarizə aparmağa kömək edir. Peşəkar bir masaj terapevti olmaqla, yalnız yaxşı bir karyera qurmaqla yanaşı, bir çox insanın problemlərinin öhdəsindən gəlməsinə də kömək edə bilərsiniz. Bir masajçı necə olur
Təhsil
Peşəkar bir masaj terapevtinə çevrilmədən əvvəl, masaj haqqında mümkün qədər çox şey öyrənməlisiniz. Bu peşənin nümayəndələri ilə ünsiyyət qurun, onlara sual verin, tanıdığınız birini masaj etməyə çalışın. İnternetdə və kitablarda masaj haqqında hər hansı bir məlumat axtarın, masaj növlərinin nə olduğunu və bir-birindən nə ilə fərqləndiyini öyrənin.
İxtisaslaşın
Bir çox masaj növü var, müxtəlif məqsədlər üçün istifadə olunur. Bəzi növlər əzələ ağrısını aradan qaldırmağa, bəziləri stresslə mübarizə məqsədi daşıyır, digərləri isə ixtisaslaşmış və xüsusi xəstəliklərlə mübarizə üçün istifadə olunur. Karyeranızın əvvəlində bu növlərdən hansını edəcəyinizi müəyyənləşdirməlisiniz. Eyni zamanda, digər növləri bilmək də faydalı olacaq, buna görə də onlar üçün uyğun təlim almağı düşünün. Ən çox yayılmış masaj növlərinə aşağıdakılar daxildir: idman, acupressure, klinik, İsveç və s.
Məşqə gedin
Bu gün çox sayda fərqli masaj məktəbi var, onların xidmətlərinə dair reklamlara İnternet, televiziya, mətbuatda və digər mediada rast gəlinir. Müəyyən bir məktəb seçmədən əvvəl, işlə məşğul olduqlarını və bu cür təlimlərdən pul qazandıqlarını unutmayın. Hansı xidmətləri təklif etdiklərini, hansı sertifikatlar verdiklərini, bu cür təlim üçün lisenziyalı olub-olmadığını araşdırmağa çalışın. Məktəbdə öyrədilən masaj növlərinə də diqqət yetirməlisiniz. Bu məktəblərin əksəriyyəti İsveç masajını öyrədir (bütün növlərdən ən çox yayılmışdır), qalanları əlavə kurslar şəklində verilir. Hər növ təhsil təklif edən bir məktəb axtarın. Kursun sonunda bir masaj terapevti sertifikatı və müvafiq dövlət sertifikatı alacaqsınız.
Təcrübə
Lazımi bilikləri və müvafiq sənədləri alaraq iş axtarmağa başlaya bilərsiniz. Peşəkar şəkildə masaj etməyin bir neçə yolu var. Məsələn, öz işinizi qura və müstəqil praktikant kimi xidmətlər göstərə bilərsiniz. Bu vəziyyətdə, masaj müalicələri üçün bir otaq kirayəsi, reklam və digər iş xərcləri kimi bir sıra xərclər çəkməli olacaqsınız. Başqa bir seçim bir işçi olaraq bir masaj terapevti olaraq işə düzəlməkdir. Masaj xidmətləri bu gün bir çox qurum tərəfindən təmin edilir, məsələn, spa, otel, tibb mərkəzləri və s. Onların əksəriyyəti aşağı əmək haqqı təklif edir, lakin yüksək maaşlı iş tapmaq da mümkündür.
Masajçı kimi faktura necə verə bilərəm?
Müşayiət məktubu və yaxud ingiliscədən “Cover Letter” özünüzü daha fərdi və yaddaqalan formada təqdim etmək üçün vakansiyaya müraciət ərizənizə əlavə edəcəyiniz sənəddir. Yaxşı yazılmış müşayiət məktubunda CV-dəki məlumatların üzərindən keçərək onları daha dərin ifadə edib karyeranızdakı fəaliyyətinizdən və uğurlarınızdan bəhs edə bilərsiniz.
İstənilən müşayiət məktubunu yazmağa başlayarkən məsləhətdir ki, müraciət etdiyiniz vakansiyanın məzmunu ilə tanış olub ona uyğun olaraq məktubun mətnini tərtib edəsiniz.
Bu yazımızda sizə müşayiət məktubunun nə olduğunu və necə yazılmalı olduğunu izah edəcəyik.
Müşayiət məktubu nədir?
Əgər CV-də haqqınızdakı faktları qeyd edirsinizsə, müşayiət məktubunda özünüz barədə məlumat verə bilirsiniz. Müşayiət məktubunun məqsədi özünüzü işə götürənə təqdim etməyinizdir və bunun kifayət qədər yadda qalan olması lazımdır. Bu o deməkdir ki, siz hazır formalardan istifadə etməməlisiniz. Hər bir məktub unikal olmalı, şirkətə və vakansiyaya görə yazılmalıdır.
Müşayiət məktubu üçün rəsmi bir forma yoxdur. Lakin təbii ki, məktub düzgün tərtib edilməlidir. Uğurlu müşayiət məktubu aşağıdakı kimi təsvir edilə bilər:
- Yadda qalan təqdimat.
- Görülən işlərin və həll olunan problemlərin konkret nümunələri.
- Hərəkətə keçirəcək cümlə ilə son mülahizə.
Müşayiət məktubuna nələr daxil edilməlidir
Əlbəttə ki, müşayiət məktubuna bütün karyeranızdakı və həyatınızdakı anları və uğurları yazmamalısınız. Müşayiət məktubuna xüsusi və uyğun gələn məlumatları daxil etmək daha düzgündür. Bu məlumatlar oxucuya sizin karyeranızdakı və həyatınızdakı işlər və nailiyyətlər barədə informasiya verməli və sizin vəzifə üçün niyə mükəmməl namizəd olduğunu izah etməlidir. Bəzi araşdırmalara görə müşayiət məktubunuzda 3 məlumat zəruridir:
- Namizədin iş təcrübəsi iş tələblərinə necə cavab verir
- Namizədin bacarıqları iş tələblərinə necə cavab verir
- Namizəd niyə məhz bu təşkilatda işləmək istəyir
Müşayiət məktubunuz oxucuya bu məlumatları verməli və onu əmin etməlidir ki, siz ən doğru namizədsiniz. Buna nail olmaq üçün isə işin təsvirini diqqətlə oxumalı və məktubun mətnini buna uyğun tərtib etməlisiniz.
Problemləri necə həll edə biləcəyinizi izah edin
Sadəcə şirkətdəki bəzi vəzifələri icra etmək və bunda mükəmməl olduğunuzu söyləmək kifayət deyil. Sözsüz ki, CV-də artıq vəzifə üçün lazımlı bacarığı qeyd etmisiniz. Lakin, müşayiət məktubu sizin üçün şansdır ki, orada bu baracarığı necə tətbiq etdiyinizi və necə uğur qazandığınızı təsvir edəsiniz. Hansı fəaliyyətlərlə və təcrübələrlə şirkətə fayda qatacağınızı aydın şəkildə izah etməlisiniz.
Müvafiq bir ton seçin
Hər bir yazının səs və tonu vardır. Səs və ton sizin yazınızın tərzini və özünüzü ifadə şəklini təsvir edir. Bundan əlavə spesifik rollar və sahələr yazıda xüsusi intonasiya tələb edə bilər. Məsələn, start-up biznes vəzifələrinə seçdiyiniz yazı tonu ilə hüquq vəzifələrinə seçdiyiniz yazı tonu arasında sözsüz ki, fərqlər olacaq.
Öz hekayənizi danışın
Karyeranız boyunca öyrəndiyiniz təcrübələrdən öz hekayənizi danışmaq işə götürənlərin diqqətini çəkəcək. Unutmamaq lazımdır ki, bunu edərkən səmimi olmaqla yanaşı hekayənizi şirkətin tələblərinə uyğun olaraq şəkilləndirməlisiniz. İstifadə etdiyiniz hansı bacarıqların həmin şirkət və vəzifə üçün uyğun olduğuna baxın. Bu bacarıqları kəşf etdikdən sonra buna uyğun hekayənizi təsvir edə bilərsiniz. Unutmayın ki, öz hekayənizi yazarkən yalnız nə etdiyinizi və öyrəndiyinizi deyil, bu öyrəndiklərinizi şirkətdə necə tətbiq edəcəyinizi də izah etməlisiniz. İş axtarmaq prosesi bizim özümüzə qatacağımız dəyərdən çox digərlərinə necə dəyər qatacağımız düşüncə ilə də irəliləməlidir.
Məsələn, marketinq meneceri vəzifəsinə müraciət edirsinizsə tələblərdə “yüksək təqdimat bacarığı” və “müştərilərlə yüksək ünsiyyət qabiliyyəti” qeyd oluna bilər. Siz öz müşayiət məktubunuzda sadəcə qeyd edə bilərsiniz ki, bu cür bacarıqlarınız var və bunları hər-hansı iş və layihələrdə inkişaf etdirmisiniz.
Tamamilə səmimi olmağa çalışın
Sizdə olmayan bacarıqları və yaxud etmədiyiniz bir işləri qeyd etsəniz bu sizə bəzən baha başa gələ bilər. Müsahibə və yaxud testlər zamanı reallıq ortaya çıxa bilər. Hər bir halda düzgünlük ən doğru siyasətdir.
Unikal olun
“Mən 2 il təcrübəli sosial media marketinq meneceriyəm və kreativ kontentlər yaradıram. Bu səbəbdən əminəm ki, sizin şirkət üçün ən uyğun namizədəm” yazmaq çox qeyri unikal səslənə bilər. Çox güman ki, digər namizədlər də, özünü ən yaxşı formada təqdim etməyə çalışacaqlar.
Məktubu sizinlə əlaqə qurmaq üçün səbəblər ilə sonlandırın.
Məktubun sonunda, daha çox məlumat verməyə hazır olduğunuzu və onlarla danışmağı səbirsizliklə gözlədiyinizi söyləyən bir cümlə ilə bitirməyiniz nəzakətli və həvəsli olduğunuzu göstərə bilər. Bu hissədə işəgötürəni sizi müraciətiniz növbəti pilləsinə irəliləməyə çağırmalısınız.
Yazınızı korrektə etməyi unutmayın
Məktubunuzu hər zaman hər-hansı səhvlərdən yoxlayın və tanışlarınızdan onu oxuyub məsləhətlərini bölüşməyi xahiş edin. Bununla həm səhvləri aradan qaldıra bilir, həmçinin, kənar fikirləri ala bilərsiniz.
Müşayiət məktubunu necə unikal yazmaq olar?
Müşayiət məktubunuzun unikal olması üçün aşağıdakıları nəzərə alın:
- Yazınızı və tərzinizi unikal etməlisiniz və oxucuya fərdi olaraq kim olduğunuzu göstərməlisiniz.
- İş elanı ilə birbaşa əlaqəli təcrübə və bacarıqları daxil etməlisiniz.
Bunlar bir-birinə zidd ifadələr kimi görünə bilər, lakin müvəffəqiyyətli bir məktub yazmaq üçün hər ikisini nəzərə alın.
Düzgün və səmimi bir məktub yazdığınıza əmin olduqdan sonra artıq onu müraciətinizə əlavə edə bilərsiniz. Unutmayın ki, məktubunuzdakı ən əsas nüanslar odur ki, tamamilə unikal, şirkət və vəzifəyə uyğun bir mətn tərtib etməlisiniz. Hazır formatlar və yaxud kənar informasiyalar sizi qeyri-ciddi təqdim edə bilər. Səmimi və müvafiq informasiyalarla dolu bir məktub yazdığınızdan əmin olun.
İstinad: Glasdoor portalı
- cv
- vakansiya
- cv hazırlamaq
- cv hazırlama
- müsahibə sualları
- müşayiət məktubu
- işə müraciət
- coverletter
- Vakansiyaya müraciət qaydası
Comments are closed, but trackbacks and pingbacks are open.