İş masası nişanlarını necə böyütmək olar
Nişan xəstəxananın – stasionar müalicə müəssisəsinin olduğunu bildirir.
Maddə 67. Servis nişanları
Servis nişanları yaşayış məntəqələrində bilavasitə obyektlərin yanında, onlara dönən yerdə və ya əvvəlcədən 100-150 metr qalmış quraşdırılır. Bu nişanlar yaşayış məntəqələrindən kənar yollarda əvvəlcədən göstərilən obyektə 60-80 km, 15-20 km və 400-800 metr qalmış quraşdırılır. Yaşayış məntəqələrindən kənar yollarda bu nişanlar, məs: “Yanacaqdoldurma məntəqəsi” nişanı həmin məntəqəyə böyük məsafə qalmış ona görə quraşdırılır ki, avtomobildə yanacaq azaldıqda qalan yanacağın həmin yanacaqdoldurma məntəqəsinə çata biləcəyini sürücü müəyyən edə bilsin.
6.1 İlk tibbi yardım məntəqəsi
Nişan ixtisaslı tibb işçisi tərəfindən ilk tibbi yardım göstərilə bilən məntəqənin olduğunu bildirir. Yol-nəqliyyat hadisəsi zamanı yüngül xəsarət alan olduqda və avtomobildəki sərnişinlərin səhhətində hər hansı dəyişiklik zamanı ilk tibbi yardım məntəqəsinə müraciət etməklə bu problem aradan qaldırıla və ya xəstəxanaya göndəriş alına bilər.
Bu şəkildəki nişan qarşıda 800 metrdən sonra poliklinika, feldşer məntəqəsi və ya digər tibb məntəqəsinin olduğunu bildirir.
Şəkildəki bu nişan isə ilk tibbi yardım məntəqəsinin yolayrıcından 100 metr sağda olduğunu bildirir. Eyni zamanda sürücü bilməlidir ki, bu tibb məntəqəsində stasionar, yəni çarpayı rejimi yoxdur. Daha ciddi tibbi yardıma ehtiyacı olanlar ilk tibbi yardım alandan sonra xəstəxanaya çatdırılmalıdırlar.
Nişan xəstəxananın – stasionar müalicə müəssisəsinin olduğunu bildirir.
Xəstəxanalarda ilk tibbi yardım məntəqəsindən fərqli olaraq çarpayı rejimi və bütün ixtısaslar üzrə həkimlər olur. Xəstələr ilin bütün günlərində gecələr də qalmaqla müayinə və müalicə olunurlar. Bu şəkildə xəstəxanaya getmək üçün qarşıdakı yolayrıcından sağa dönmək lazım olduğu bildirilir.
6.3 Yanacaqdoldurma məntəqəsi
Nişan yol kənarında olan, nəqliyyat vasitələrini yanacaqla təchiz edən məntəqəni göstərir. Yanacaqdoldurma məntəqəsi nəqliyyat vasitələrini benzin, dizel yanacağı, sıxılmış təbii qazla təmin etmək üçündür. Müasir yanacaqdoldurma məntəqələrində yanacaqdan başqa digər istismar materialları da (mühərrik yağları, tormoz mayesi və s.) satılır. Bundan başqa məntəqədə kiçik mağaza, qəlyanaltı, avtoyuma məntəqəsi, gecələmə və ya istirahət yeri ola bilər.
Elektromobillərin sayının az olduğu yerlərdə elektromobillərin akkumulyatorlarının doldurulduğu məntəqələr hələlik bu nişanla bildirilir.
Elektromobillərin sayının çox olduğu ölkələrdə onların akkumulyatorlarının doldurulduğu məntəqələrdə isə bu nişan quraşdırılır. Elektromobillərin sayı sürətlə artdığından yəqin ki, gələcəkdə elektromobillər üçün olan bu məntəqələr başqa nişanla bildiriləcək.
6.4 Avtomobillərə texniki xidmət məntəqəsi
Nişan avtomobillərə ixtisaslı texniki xidmətin göstərildiyi məntəqənin olması haqda məlumat verir.
Yol kənarında olan ən kiçik məntəqədə belə avtomobilin yağını dəyişmək, təkərin təzyiqini ölçmək və təkəri dəyişmək xidməti göstərilir. Belə məntəqədə təcili olan kiçik təmir işləri aparmaq və texniki xidmət göstərmək də olur. Bəzi hallarda göstəriləcək xidmət növləri nişanda əks olunur. İxtisaslaşmış böyük texniki xidmət məntəqələrində isə bütün növ texniki xidmət göstərilir. Bundan başqa məntəqədə istismar materialları, ehtiyat hissələri satan kiçik mağaza da ola bilər.
6.5
Avtomobillərin yuyulma məntəqəsi
Nişan avtomobillərin əllə və ya avtomatik yuyulması üçün avadanlıqlaşdırılmış məntəqənin yerini bildirir. AR İnzibati Xətalar Məcəlləsinin 342.1.6 maddəsinə əsasən nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol örtüyünü zibilləyən palçıq olduqda sürücülər 40 manat cərimə olunurlar. Ona görə yağışlı vaxtda torpaq yoldan sonra, xüsusi ilə böyük şəhərlərə daxil olmazdan qabaq sürücülər avtomobilini belə məntəqədə yudurmalıdırlar.
Şəkildəki nişan avtomobillərin yuyulma məntəqəsinin yolayrıcından 100 metr solda olduğu barədə məlumat verir. Eyni zamanda sürücülər çay və göllərin kənarında su mənbələrinin çirklənməsi səbəbli avtomobil yumağın qadağan olunmasını da yaddan çıxarmamalıdırlar.
Nişan müxtəlif istiqamətlərdə telefon əlaqəsi yaratmaq mümkün olan məntəqənin və ya taksafonun olduğu haqda məlumat verir.
Müasir dövrdə mobil telefonların mövcudluğu ilə əlaqədar belə məntəqələrin əhəmiyyəti xeyli azalsa da, mobil telefonun nasazlığı və ya başqa səbəbli təcili tibbi yardım, polis, Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətləri ilə əlaqə yaratmaq üçün belə məntəqəyə zərurət yarana bilir.
Nişan insanların yemək və içmək tələbatının ödənilə biləcəyi ictimai iaşə obyektinin olması barədə məlumat verir.
Nişanın adı yeməkxana adlansa da bu obyekt yeməkxana, kafe, qəlyanaltı, restoran və çayxana ola bilər. Bu şəkildə 100 m-dən sonra yeməkxana olduğu bildirilir.
Nişan icməli su olan yeri bildirir.
İçməli təmiz su mənbəyi mərkəzləşdirilmiş su təchizatı sisteminin kranı , kəhriz , artezian quyusu və s. ola bilər. Siz buradan içməli su ehtiyatı götürə bilərsiniz. Eyni zamanda su avtomobilin istismar materialıdır. İsti vaxtlarda soyutma sistemində, avtomobilin qabaq şüşələrinin yuma qurğusunda və s. hallarda da suya ehtiyac yarana bilər. Bundan başqa avtomobildə az miqdarda da olsa su ehtiyatı saxlamaq məsləhət görülür. Yorğun vaxtda yorğunluğu aradan qaldırmaq üçün üzü, çirkli əli su ilə yumaq və s. hallar üçün də su lazım ola bilər.
6.9 Mehmanxana və ya motel
Nişan sürücüyə gedilən yolun kənarında mehmanxana, otel və ya motelin olduğu haqda məlumat verir. Mehmanxana rus sözü qostinitsa , otel isə fransiz sözü olub ikisi də eyni məna daşıyır. Mehmanxana müxtəlif xidmətlər göstərilən, gəlmə şəxslərin müvəqqəti gecələməsi və qalması üçün olan kompleksdir.
Motel yol kənarında olan, çox vaxt avtomobil duracağından birbaşa motelin nömrəsinə daxil olmaq mümkün olan bir və ya iki mərtəbəli kiçik mehmanxanadır.
Motellərdə xidmət səviyyəsi aşağı olsa da, qiymətləri ucuz olur və çox vaxt avtomobil sürücünün gözü qabağında olur. Yuxusuzluq sürücünün ən böyük düşmənlərindən biridir. Xüsusi ilə çox uzaq yol gedənlər yuxusuzluqdan əziyyət çəkirlər. Yollarda olan mehmanxana və ya moteldə gecələməklə sürücülər iş qabiliyyətlərini bərpa edərək təhlükəsiz şəraitdə hərəkətlərini davam etdirirlər.
Nişan kempinqin – avtoturistlər üçün avadanlıqlşdırılmış düşərgənin olduğu yeri bildirir. Kempinq ingilis sözü olub düşərgə deməkdir.
Kempinqdə uzunmüddətli dincəlmək və gecələmək olur. Kempinqin ərazisi hasara alınır və əraziyə elektrik xətti çəkilir. Orada çadır qurmaq üçün meydançalar, qoşqulu və ya qoşqusuz avtomobillər üçün dayanacaq yerləri düzəldilir və duş otaqları, tualet tikilir.
6.11 Dincəlmə yeri
Nişan insanların dincəlməsi üçün olan yeri bildirir. Bu dincəlmə yerində onlar adətən qısa müddətə dincəlirlər. Dincəlmə yerində nəqliyyat vasitələri üçün təhlükəsiz duracaq və adamların dincəlməsi üçün üstüörtülü yer, oturacaqlar, süfrə açmaq üçün masa və s. olur.
Yol hərəkət qaydaları ilə avtomobili yorğun vəziyyətdə idarə etmək qadağan edilir. Yorğunluq sürücünün reaksiya vaxtını artırır, diqqətliliyini və qavrayışını pisləşdirir. Ona görə də sürücülər belə dincəlmə yerində dayanaraq yorğunluqlarını çıxarırlar. Bundan başqa yaxşı hava şəraitində, xüsusi ilə şəhər əhalisi belə yerlərdə dayanıb təbiətdən zövq alaraq istirahət edirlər.
6.12 Yol polisinin daimi postu
Nişan DİN-in Baş Dövlət Yol Polis İdarəsinin yol patrul xidmətinin stasionar postunun yerini bildirir. Yol patrul xidmətinin stasionar postları respublika əhəmiyyətli magistral yollarda tikilir.
Bu şəkildə qarşıdakı binanın yol patrul xidmətinin stasionar postu olduğu bildirilir. Sürücülər yadda saxlamalıdırlar ki, belə postlarda YPX əməkdaşlarının “Yol hərəkəti haqqında ” Qanunun 85.3 maddəsinə əsasən göstərilən şəxslərdən (Milli Məclisin deputatları, hakimlər və s.) başqa digər şəxslərin nəqliyyat vasitələrini saxlayıb sürücülərin sənədlərini yoxlamaq səlahiyyətləri var. Buna görə də sürücülər stasionar postlara yaxınlaşanda sürəti azaltmalıdırlar.
6.13 Polis hissəsi
Nişan Baş Dövlət Yol Polis İdarəsinin yol patrul xidmətinin stasionar postlarından başqa digər hər hansı polis məntəqəsinin, bölməsinin və ya şöbəsinin yeri barədə məlumat verir. Avtomobildə olan sürücü və sərnişinlərin hüququnu pozan hal olduqda, həmçinin yolda baş verən digər inzibati və ya cinayət xarakterli hadisə baş verdikdə kömək üçün göstərilən polis hissəsinə müraciət edilməlidir.
6.14 İnformasiya stendi
Nişan digər servis nişanlarında göstərilməyən, hərəkət iştirakçıları üçün əhəmiyyətli olan başqa obyektlər haqda məlumat verir.
Nişanda sürücülər üçün vacib olan radar qurğuları, sığorta təşkilatları və s. haqda məlumat yerləşdirilə bilər. Bu şəkildəki informasiya stendində yolda radar qurğusunun olması haqda məlumat verilir. Reklam xarakterli məlumat bu stenddə verilə bilməz.
Nişan yolda adamların təbii ehtiyaclarını ödəməsi üçün ictimai tualetin olması barədə məlumat verir. Bu tualet pullu və ya pulsuz ola bilər.
WC “Water closet” ingilis sözünün baş hərfləri olub sözlərin tərcüməsi su dolabı olsa da mədəni şəkildə tualeti adlandırmaq üçün istifadə edilir. Respublikamızda xarici turistlərin çox gəldiyi ərazilərdə tualetdə bəzən azərbaycan dili əvəzinə “Men” və ya “M” (tərcüməsi kişi) və “Women” və ya “W” (tərcüməsi qadın) yazılır.
Nişan çimərliyin və ya üzgüçülük hovuzunun olması barədə məlumat verir. Sürücülərə xilasedici stansiyası və tibb məntəqəsi olan çimərlikdə dayanmaq məsləhət görülür.
Günün qaranlıq vaxtlarında və gecə çimərliyə daxil olmaq tövsiyə olunmur. Bundan başqa çimərlikdəki lövhələrdə göstərilən təhlükəsizlik qaydalarına ciddi əməl etmək lazımdır. Çimərlikdə suya girmək üçün avtomobili tərk etdikdə neqativ halların baş verməməsi üçün qapılar kilidlənməlidir.
6.17 Təcili əlaqə telefonu
Nişan qəza və başqa fövqəladə hadisələr baş verdikdə “SOS” siqnalı vermək üçün olan təcili əlaqə telefonunun yerini bildirir. Təcili əlaqə telefonu ilə təcili tibbi yardım, polis və Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətləri ilə əlaqə yaratmaq olur.
Nişan yolda baş verən yanğının qarşısını almaq üçün yolun hüdudları daxilində qoyulan, odsöndürən və xüsusi yanğınsöndürmə vasitələri olan lövhənin olduğu yeri bildirir.
Bloq yazılarımı oxuduqdan sonra rəylərinizi də yazmağı unutmayın.
Bundan əvvəlki bloq yazılarıma baxmaq üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:
İş masası nişanlarını necə böyütmək olar
Bu, sizə kompüterinizin iş masasındakı nişanların ölçüsünü necə artırmağı öyrədəcək ki, onları daha aydın görə biləsiniz.
addım
Metod 1/3: macOS
- Masa üstü divar kağızı üzərinə klikləyin. Bu, Finder-in aktiv proqram olmasını təmin edəcək.
- Bunu təsdiq etməyin başqa bir yolu, ekranınızın yuxarı sol küncünə baxmaqdır Tapıcı.
- Alternativ olaraq, basa bilərsiniz ? və J menyuya daxil olmaq üçün eyni zamanda düymələri basın.
Metod 2/3: Windows 7 və ya daha yeni
- Masaüstündeki fon şəklinə sağ klikləyin. Bunu trackpad və ya siçandakı sağ düymə ilə edin. Bu, kontekst menyusunu açır.
- basın Baxın. Menyunun yuxarısındadır.
- Simge ölçüsünü seçin. Ekrandakı nişanların ölçüsünü artırmaq üçün “Böyük Nişanlar” və ya “Orta Nişanlar” üzərinə klikləyin. İndi siz masaüstünüz üçün nişanları böyütmüsünüz.
3-cü üsul: Windows XP
- Masaüstündeki fon şəklinə sağ klikləyin. Bunu trackpad və ya siçandakı sağ düymə ilə edin. Bu, kontekst menyusunu açır.
- basın Xüsusiyyətlər. Menyunun aşağı hissəsindədir.
- basın Görünüş. Dialoq qutusunun yuxarı hissəsində nişan var.
- basın Qabaqcıl. Dialoq qutusunun aşağı sağ küncündə yerləşir.
- “Element” etiketli açılan menyuya klikləyin. Ekranın aşağı sol küncündə yerləşir.
- basın İkon. Demək olar ki, açılan menyunun ortasındadır.
- “Yuxarı” oxu klikləyin. O, “Ölçü” qeyd olunan sahənin sağında yerləşir. Bu, masa üstü nişanlarının ölçüsünü tədricən artırır.
- Alternativ olaraq, “Ölçü” sahəsinə daha böyük rəqəm daxil edə bilərsiniz.
- basın müraciət edin. O, dialoq qutusunun aşağı sağ küncündə yerləşir.
- basın tamam. O, dialoq qutusunun aşağı mərkəzindədir. İndi masaüstünüzdəki nişanlar böyüyür.
İcma sualları və cavabları
Mən nişanlarımı “Böyük Nişanlar” ölçüsündən daha böyük etmək istəyirəm. Bu mümkündür?
Bunun üçün Parametrlərə gedin və kompüterinizdə bunun mümkün olub olmadığını yoxlayın. Amma yəqin ki, işləmir. Windows kompüteriniz varsa və versiya kifayət qədər yenidirsə, Parametrlərə və sonra Fərdiləşdirməyə keçin. Bundan sonra, sadəcə Ekranı seçin və onu oradan dəyişə bilərsiniz.
Nişanlarımın şrift ölçüsünü necə dəyişə bilərəm?
Bunu Windows 10 ilə necə edə bilərəm?
Windows 10-da ikon ölçüsünü dəyişə bilərəmmi?
iPhone 7-də nişanların ölçüsünü artırmaq üçün hansı üsullardan istifadə edə bilərəm?
İnternetə çıxışım olmadıqda ev ekranı nişanlarının ölçüsünü necə dəyişə bilərəm? Bəs sizdə yalnız Samsung Galaxy Note8 telefon var?
Məsləhətlər
- Windows Vista və Windows 7-də siz siçanı yuxarı sürüşdürmək üçün istifadə edərkən CTRL düyməsini basıb saxlayaraq iş masası nişanlarını böyüdə və onları böyüdə bilərsiniz. Onları daha kiçik ölçüyə uyğunlaşdırmaq üçün aşağı diyirləyin.
- Çox toxunuşlu sensor panelə malik Windows 7 noutbukunuz varsa, ikonaları böyütmək və ya kiçiltmək üçün iş masasında barmaq ilə böyütmək üçün jestlərdən istifadə edə bilərsiniz.
İş masasından nişanları necə yox edə bilərəm?
7.1.1, 7.1.2, 7.1.3, 7.1.4. Obyektә qәdәr mәsafә. 7.1.1 – hәrәkәt istiqamәti üzrә nişandan qabaqda olan tәhlükәli sahәyә kimi, tәtbiq edilәn mәhdudiyyәtlәrin başlanğıcına kimi vә ya obyektә (yerә)
2.5 nişanı quraşdırılmışdırsa) olan mәsafәni mәsafәni göstәrir.
göstәrir. 7.1.3, 7.1.4
– yoldan kәnarda olan obyektә kimi
7.2.1, 7.2.2, 7.2.3, 7.2.4, 7.2.5, 7.2.6, 7.2.7. Qüvvәdә olma zonası. 7.2.1-
xәbәrdarlıq nişanları ilә göstәrilmiş tәhlükәli sahәnin vә ya qadağan vә mәlumatverici-göstәrici nişanların qüvvәdә olduğu sahәnin mövcud uzunluğunu göstәrir. 7.2.2 3.27-3.30 qadağan nişanlarının qüvvәdә olduğu sahәni göstәrir. 7.2.3 – 3.27-3.30 qadağan nişanlarının qüvvәdә olduğu sahәnin qurtaracağını
göstәrir, yәni nişanların qüvvәdә olduğu sahә ancaq ona kimidir. 7.2.4 sürücülәri mәlumatlandırır ki, onlar 3.27-3.30 qadağan nişanlarının qüvvәdә olduğu sahәdә yerlәşirlәr, yәni nişanların qüvvәdә olduğu sahә hәm nişana kimi, hәm dә nişandan sonra mövcuddur. 7.2.5, 7.2.6 meydanın hәr hansı bir tәrәfindә, binanın fasad hissәsi qarşısında vә bunlara oxşar yerlәrdә 3.27-3.30 qadağan nişanlannın qüvvәdә olduğu sahәni vә istiqamәti göstәrir.
7.3.1, 7.3.2, 7.3.3. Qüvvәdә olma istiqamәti. Yolayrıcları qarşısında quraşdınlmış nişanların tәsir istiqamәtlәrini vә ya nişanlarla göstәrilәn vә bilavasitә yola yaxın olan obyeklәrә hәrәkәtin istiqamәtini göstәrir.
7.4.1, 7.4.2, 7.4.3, 7.4.4, 7.4.5, 7.4.6, 7.4.7. Nәqliyyat
vasitәsinin növü. Bu lövhәlәr birgә quraşdırıldıqları nişanların qüvvәsinin hansı növ NV-nә şamil edilmәsini göstәrir.
7.4.1 lövhәsi quraşdırıldığı nişanın qüvvәsini icazә verilmiş maksimum kütlәsi 3,5 t-dan artıq olan yük avtomobillәrinә (vә hәmçinin onlar qoşqu aparan zaman), 7.4.2. nişanı qoşqu aparan minik avtomobilinә şamil edilmir, 7.4.3 lövhәsi isә minik avtomobillәrinә vә hәm dә icazә verilmiş maksimum kütlәsi 3,5 t-dan artıq olmayan yük avtomobillәrinә şamil edir.
7.5.1. Şәnbә, bazar vә bayram günlәri. 7.5.2. İş günlәri.
7.5.3. Hәftәnin günlәri.
7.5.4, 7.5.5, 7.5.6, 7.5.7. Qüvvәdә olma vaxtı.
Bu lövhәlәr birgә quraşdırıldıqları nişanların qüvvәsinin hәftәnın hansı günündә, hәftәnın hansı gününün vә ya sutkanın hansı zaman әrzindә qüvvәdә olduqlarını dәqiqlәşdirir.
7.6.1, 7.6.2, 7.6.3, 7.6.4, 7.6.5, 7.6.6, 7.6.7, 7.6.8,
7.6.9. Nәqliyyat vasitәlәrinin duracağa qoyulma üsulu. 7.6.1 lövhәsi göstәrir ki, bütün NV hәrәkәt hissәsindә bordürә (sәkiyә) paralel vә onun yanında duracağa qoyulmalıdır. 7.6.2-7.6.9 lövhәlәri isә ancaq minik
avtomobillәrinin (icazә verilmiş maksimum kütlәsi 3,5 t-dan az olan yük motosikletlәrin sәkidә vә sәkikәnarı duracaqda parklanma üsulunu göstәrir.
avtomobillәri nәzәrә alınmır) vә
7.7. İşlәmәyәn mühәrriklә durma. 5.15 nişanı ilә işarәlәnmiş duracaqda ancaq mühәrrik söndürülmüş vәziyyәtdә durmağa icazә verilir.
7.8. Pullu xidmәtlәr. Bu lövhә göstәrir ki, tәqdim edilәn xidmәt pulludur.
7.9. Durma müddәtinin mәhdudlaşdırılması. Bu lövhә 5.15 nişanı ilә işarәlәnmiş duracaqda maksimum durma vaxtını göstәrir.
7.10. Avtomobillәrә baxış üçün yer. Bu lövhә 5.15 vә ya 6.11 nişanı ilә işarәlәnmiş sahәdә avtomobillәrә baxiş üçün estakadanın (qazmanın) olmasını göstәrir.
7.11. İcazә verilәn kütlәnin mәhdudlaşdırılması. Bu lövhә birgә quraşdırıldığı nişanın qüvvәsinin icazә verilmiş maksimum kütlәsi lövhәdә göstәrilәn hәddәn artıq olan NV-ә şamil olunduğunu bildirir.
7.12. Tәhlükәli yol qırağı. Bu lövhә 1.23 nişanı ilә birgә quraşdırılır vә xәbәrdar edir ki, yolda tәmir işlәrinin aparılması ilә әlaqәdar olaraq yol çiyninә (hәrәkәt hissәsindәn sağ tәrәfә) çıxmaq tәhlükәlidir.
7.13. Baş yolun istiqamәti. Yolayrıcında baş yolun istiqamәtini göstәrir.
7.14. Hәrәkәt zolağı. Nişanın vә ya svetoforun hansı hәrәkәt zolağına şamil edildiyini göstәrir.
7.15. Kor piyadalar. Piyada keçidindәn korların istifadә etmәlәrini bildirir. Bu lövhә
5.16.1 vә 5.16.2 nişanları ilә tәtbiq edilir.
7.16. Yaş örtük. Bu lövhә bildirir ki, hәrәkәt hissәsinin sәthi yaş olan müddәt әrzindә onunla birgә quraşdırılmış nişan qüvvәdә olur.
7.17. Әlillәr. Bu lövhә bildirir ki, 5.15 nişanının qüvvәsi ancaq “Әlillәr” tanınma nişanı ilә tәchiz olunmuş motokolyaska vә avtomobillәrә şamil edilir.
7.18. Әlillәrdәn başqa. Bu lövhә bildirir ki, onunla birgә quraşdırılan nişanların qüvvәsi “Әlillәr” tanınma nişanı ilә tәchiz olunmuş motokolyaska vә avtomobillәrә şamil edilmir.
7.19. Faranın yaxın işığı ilә hәrәkәt.
Comments are closed, but trackbacks and pingbacks are open.