Press "Enter" to skip to content

Materik Qitədən Necə Fərqlənir

Coğrafiyada nisbi və mütləq hündürlük anlayışlarından istifadə olunur
Hər hansı iki nöqtə arasında (şaquli xətt üzrə) olan hündürlük fərqinə nisbi hündürlük deyilir və nivelirlə ölçülür .
Okean (dəniz ) səviyyəsindən ölçülən hündürlüyə isə mütləq hündürlük deyilir və baromertlə ölçülür.
Hündürlükləri (relyefi) təsvir etmək üçün ən əlverişli üsul horizontal üsuludur . Eyni mütləq hündürlüyə malik olan nöqtələri birləşdirən qapalı əyri xətlər horizontal (izohips) adlanır. Horizontallara aid olan xüsusiyyətləri aşağdakı sxemlərlə müəyyən etmək olar

Fiziki coğrafiya

Coğrafiya sözünün mənası(yunan dilində) “Yerin təsviri”dir. Bu sözü ilk dəfə(e.ə.III əsr) yunan alimi Eratosfen işlətmişdir.Coğrafiya Yerin təbiəti, əhalisi və onun təsərrüfat fəaliyyəti haqqında elmdir.
Coğrafi proqnozların (müşahidələrə və tədqiqatlara əsasən baş verəcək coğrafi hadisə və proseslər haqqında qabaqcadan fikir yürüdülməsi) verilməsi coğrafiya elminin əsas vəzifəsidir.

Coğrafiya elmi iki əsas sahəyə bölünür:
Fiziki coğrafiya (geomorfologiya, iqlimşünaslıq, hidrologiya ,torpaqşünaslıq, landşaftşünaslıq və s.) -Yerin təbiətini öyrənir.
İqtisadi və sosial coğrafiya (demoqrafiya, nəqliyyat coğrafiyası, sənaye coğrafiyası və s)- əhalini və onun məşğuliyyətini öyrənir.
Coğrafi məlumatları dəqiq öyrənmək üçün kartoqrafik təsvirlərdən (plan,xəritə və qlobus) geniş istifadə olunur.

  • İbtidai coğrafi təsəvvürlər
  • Orta əsrlər
  • Böyük coğrafi kəşflər
  • Müasir coğrafi tədqiqatlar

Tanınmış səyyah və coğrafiyaşünasların bəziləri:
492-ci il –X.Kolumbun Amerika qitəsini (Vest Hind adlarını) kəşf etməsi
1498-ci il V.Qamanın Avropadan Hindistana olan dəniz yolunun kəşfi
1502-ci il-A.Vespuççinin “Yeni Dünya”nın (Amerika qitəsinin) kəşf olunmasının sübutu
XVI əsr-P.Rəisin Atlantik okeanın şərq sahillərinin xəritəsini tərtib etməsi
1642-ci il A.Tasmanın Avstraliya sahillərinə çatması
1771-ci il-C.Kukun Avstraliyanın materik olmasını sübut etməsi
XIX əsr-H.Z.Şirvaninin Şimali Afrika, Cənubi və Cənub-Şərqi Asiya ölkələrini tədqiq etməsi
1909-cu il-R.Amundsenin şimal qütbünü kəşf etməsi
1911-ci il-R.Amundsenin cənub qütbünü kəşf etməsi
1912-cu il-R.Skottun cənub qütbünü kəşf etməsi
Azərbaycanın tədqiq etmiş səyyahlar: A.Düma, A.Nikitin, M.Polo və s.

  1. Ədədi (kəsr):1:200.000
  2. İzahlı ( adlı):1 sm-də 200.000 sm=2000 m=2 km
  3. Xətti (qrafik):
  1. Kontorlu (sahəvi) şərti işarələr obyektin yerini və ölçülərini göstərir. Məsələn: bağ, göl, və s.
  2. Miqyassiz şərti işarələr obyektin yerini göstərir. Məsələn: su quyusu
  3. Xətti şərti işarələr obyektin yerini və uzunluğunu göstərir .Məsələn dəmiryolu, sahil xətləri və s.

Məhəldə görünən ərazi üfüq adlanır. Üfüqün əsas cəhətləri: şimal,cənub.şərq,qərb;
aralıq cəhətləri: simal-şərq, cənub-şərq,cənub-qərb ,şimal-qərb.
Üfüqün cəhətlərinin dərəcə qiymətinə azimut deyilir. Azimut 00- 3600 olur və saat əqrəbi üzrə hesablanır. Azimutu məhəldə kompasla , planda isə transportirlə ölçürlər.
Dənizçilər üfüqün cəhətlərini rumb (lat. “istiqamət”) adlandırırlar.
Məhəldə üfüqün səhətlərini müxtəlif üsullarla (günorta vaxtı kölgənin istiqamətinə görə, qarışqa yuvalarına görə ,qəbir daşlarına görə, agacda bitən mamıra görə və s .) təyin etmək olar.
Məhəllin planında şimala olan istiqamət ox işarəsi ilə göstərilir. Xəritə və qlobuslarda isə üfüqün cəhətləri dərəcə toruna (coğrafi kordinatlara) əsasən müəyyən olunur.

Coğrafiyada nisbi və mütləq hündürlük anlayışlarından istifadə olunur
Hər hansı iki nöqtə arasında (şaquli xətt üzrə) olan hündürlük fərqinə nisbi hündürlük deyilir və nivelirlə ölçülür .
Okean (dəniz ) səviyyəsindən ölçülən hündürlüyə isə mütləq hündürlük deyilir və baromertlə ölçülür.
Hündürlükləri (relyefi) təsvir etmək üçün ən əlverişli üsul horizontal üsuludur . Eyni mütləq hündürlüyə malik olan nöqtələri birləşdirən qapalı əyri xətlər horizontal (izohips) adlanır. Horizontallara aid olan xüsusiyyətləri aşağdakı sxemlərlə müəyyən etmək olar

Qeyd: Fiziki xəritələrdə relyef daha aydın təsvir etmək üçün üç rəngin müxtəlif çalarlarından istifadə olunur:qəhvəyi (dağlar),yaşıl (ovalıqlar), mavi (su obyektləri)

Məhəllin plana alınması
Məhəllin plana alınması iki yolla həyata keçirilir.
I Havadan planaalma-aerokosmik foto-planalma adlanır və geniş ərazilərin dəqiq planını tərtib etmək üçün istifadə olunur.
II Yerüstü planaalma isə yer səthində aparılır və iki cür olur:
Dəqiq planaalmanı mühəndis-topoqraflar mürəkkəb alətlərlə (teodolit, bussol və s.) həyata keçirilir və nəticədə topoqrafik xəritələr tələb olunmur.
Gözəyarı (sadə) planaalma isə sadəalətlərlə(menzula, xətkeş,ruletka, pərgar və s.) həyata keçirilir və məsafələr və istiqamətlər gözəyarı təyin olunur. Gözəyarı planaalma iki üsulla aparılır:
Qütb üsulu ilə planaalma səthi açıq və hamar olan kiçik ərazilərin ortasında bir nöqtədə dayanmaqla aparılır.
Marşut üsulu ilə planaalma isə zolaq formasında və ya ətrafında gəzmək tələb olunan genişərazilər üçün tərtib olunur.

Yerin kürə formasında olması fikrini ilk dəfə (e.ə VI əsrdə) yunan alimi Pifaqor irəli sürmüşdür. Əslində Yer ekvatordan qabarıq, qütblərdən isə basıq olduğu üçün (bax: sxem 4) geoid(özünəməxsus) adlandırılmışdır.
Yerin kiçildilmiş modelinə qlobus deyilir. Tədris məqsədi üçün böyük miqyaslı (1:30.000.000) orta miqyaslı (1:50.000.000) və kiçik miqyaslı(1:83.000.000) qlobuslardan istifadə edilir.

Yerin əsas ölçüləri aşağıdakılardır:

Yerin ümumi sahəsi:510 mln.km2
Su sahəsi: 371 mln.km2
Quru sahəsi: 149 mln.km2
Ekvatorun uzunluğu:40076 km
Meridian çevrəsinin uzunluğu: 40009 km
Ekvatorial radius: 6378 km
Qütb radiusu: 6357 km
Yerin diametri:12756 km

Dərəcə toru. Coğrafi koordinatlar

Yerin xəyali oxunun Yer səthinə toxunduğu nöqtələr coğrafi qütblər (şimal və cənub) adlanır.
Coğrafi qütblərdən eyni məsafədə çəkilmiş və Yeri iki bərabər hissəyə bölən çevrəyə ekvator (lat. tənbölən) deyilir. Ekvatora paralel çəkilmiş çevrələr paralel adlanır. Onların uzunluqları (Yerin formasından asılı olaraq) ekvatordan qütblərə doğru getdikcə azalır.
Coğrafi qütbləri birləşdirən yarımçevrələr meridian adlanır.Bütün meridianlar eyni uzunluqdadır.
Qeyd: 10 –lik ekvator və meridian qövslərinin uzunluqları ≈111 km-dir.
Kartoqrafik təsvirlərdə paralel və meridianların kəsişməsi dərəcə torunu əmələ gətirir.
Paralellerin dərəcə qiyməti coğrafi enlik(şimal və cənub), meridianlarınki isə coğrafi uzunluq (şərq və qərb) adlanır. Coğrafi enlik ekvatordan (900sm-00 -90 0C) , coğrafi uzunluq isə Qrinviçdən (1800-00-1800) hesablanır.Coğrafi enlik və coğrafi uzunluğun cəmi coğrafi koordinatlar adlanır.

Yer səthinin müstəvi üzrərində kiçildilmiş və ümumiləşdirilmiş təsvirinə coğrafiya xəritəsi deyilir.
Xəritələrin təsnifatı:
I Miqyasına görə:
Böyük miqyaslı (topoqrafik) xəritələr : 1:10.000-1:200.000
Orta miqyaslı (icmal-topoqrafik) xəritələr:1:200.000-1.1000.000
Kiçik miqyaslı (icmal) xəritələr: 1:1.000.000-dan kiçik
II Məzmununa görə:
Ümumcoğrafi xəritələrdə bütün coğrafı obyektlər eyni dərəcədə təsvir olunur. Məsələn: Azərbaycanın (1:500.000) ümumcoğrafi məlumat xəritəsi.
Tematik xəritələrdə isə konkret(tələb olunan) komponentlər təsvir olunur. Məsələn: Azərbaycanın siyasi-inzibati xəritəsində inzibati rayonlar daha qabarıq şəkildə təsvir olunur.
Kompleks xəritələrdə qarşılıqlı əlaqədə olan komponentlər( məsələ: relyef və əkin sahələri ) birgə təsvir olunur.
III Ərazi əhatəsinə görə:
Dünya və ya yarımkürələr xəritəsi
Materik (qitə) və ya okean xəritəsi.
Dövlət və ya onun hissələrinin xəritəsi.
Qeyd: Kartoqrafik təsvirlərdə obyektlərin (əhəmiyyətinə görə) sadələşdirilməsi və ümumiləşdirilməsi kartoqrafik generalizasiya adlanır. Təsvirin miqyası kiçildikcə generalizasiya artır.Məsələn: Dünyanın siyasi xəritəsində (1:20.000.000) Azərbaycanın yalnız paytaxtı (Bakı) təsvir olunub.

Xəritə riyazi (miqyas və coğrafi koordinat- lar), eyni zamanda təhrifli (xətalı) təsvirdir. təhriflərin olmasının səbəbi Yerin kürəvi səthinin müstəvi üzərində (kartoqrafik proyeksiya)təsviridir.
Xəritədə olan təhriflər: forma, uzunluq, sahə, bucaq;
Kartoqrafik proyeksiyaların növləri: silindrik, azimutal, konus, çoxüzlü;
Xəritələrdə olan təhrifləri aradan qaldırmaq və ya minumuma endirmək üçün bərabərsahəli, bərabər- bucaqlı və ixtiyari (sərbəst) proyeksiyalardan istifadə olunsa da, forma və uzunluq təhrifləri həmişə olur.

Bizi əhatə edən sonsuz və əbədi aləm kainat (kosmos) adlanır.
Kainatda olan (külli miqdarda) səma cisimlərinin bir-biri ilə qarşılıqlı əlaqədə təşkil etdiyi sistemə qalaktika (kəhkəşan ) deyilir.
Bizim qalatikamız “Süd yolu” adlanır. Kainatda olan göy cisimləri aşağıdakı kimi qruplaşdırılır:
Ulduzlar – özlərindən işıq və enerji saçırlar.
Planetlər – ulduzların şüaları ilə işıqlanırlar. (Bax :sxem5)
Asteroidlər – planetlərin hərəkəti istiqamətində dövr edirlər. Onlara kiçik planetlər də deyirlər
Peyklər – planetlərin cazibəsində olan kiçik səma cisimləridir. Yerin peyki Aydır.
Kometlər – kiçik səma cisimlərdir. Onlara “quyruqlu ulduz da deyirlər.
Meteoritlər – göy cisimlərindən qopub ayrılan hissələrdir. Onlar Yerin atmosferinə daxil olarkən alışıb yanaraq kosmik toza çevrilir. Bəzən Yer düşürlər.

Yerə ən yaxın (150 mln) olan ulduz Günəşdir.
İşıq süaları Günəşdən Yerə 8,3 dəqiqəyə gəlib çatır.
Günəşin səthində temperatur 6000 0C –dir.
Bu enerji hidrogenin (70 %) heliuma (29 %) çevrilməsindən alınır.
Günəşin diametri Yerin diametrindən 109 dəfə, kütləsi 332 min dəfə , həcmi isə 1 milyon 300 min dəfə böyükdür.

Yerin Günəş ətrafında hərəkətinin coğrafi nəticələri:
Yer Günəş ətrafında 29,8 km/ san sürəti ilə orbit üzrə il ərzində 940 min .km məsafə qət edir.
Nəticədə:

İL-365/366 gün (365 gün 5 saat 48 dəq.46 san.)
Fəsillər- Yerin fırlanma oxunun orbit müstəvisinə 66,50 meyilli olması nəticəsində
21 mart – yaz gecə-gündüz bərabərliyi
22 iyun – yay gündönümü
23 sentyabr – payız gecə-gündüz bərabərliyi
22 dekabr – qış gündönümü

3. İşıqlanma qurşaqları – 1 tropik , 2 mülayim, 2 qütb
tropik- yunanca “dönmə xətti”
qütb dairələri – (66,50 şimal və cənub enlikləri) qütb gecə -gündüzlərinin başlama enlikləri
zenit – Günəş şüalarının 900 bucaqla düşməsi

Qeyd : Günəşin zenitdə olduğu enliklə tələb olunan enlik eyni yarımkürədə yerləşərsə, coğrafi enlik fərq; müxtəlif yarımkürələrdə yerləşərsə, coğrafi enlik cəmi tapılır.

Yerin öz oxu ətrafında hərəkətinin coğrafi nəticələri
Yer öz oxu ətrafında qərbdən şərqə doğru 24 saat (23 saat 56 dəq. 4 san .) ərzində tam dövr edir.
Nəticədə:
Atmosfer sirkulyasiyası – hava dövranı.
Sutka (gün)-gecə ilə gündüzün növbələşməsi yaranır.
Müxtəlif coğrafi uzunluqlarda günün vaxtını müəyyən etmək üçün Yer kürəsi 24 saat qurşağına bölünmüşdür.
eməli, 10 saat qurşağı 150 ,iki qonşu meridian (10) arasında vaxt fərq isə 4 dəqiqədir. İnzibati vahidlərə görə saat qurşaqlarının sərhədi yuvarlaq hesablanır.
Məsələn , respublikamız III saat qurşağında yerləşir.
Hər bir meridian üzərindəki vaxt isə yerlı vaxt adlanır və dəqiq hesablanır. Məsələn, respublikamızın şərq və qərb ucqar nöqtələri (450 və 510) arasında yerli vaxt fərqi 24 dəqiqədir:
Beynəlxalq sazişə görə saatın həsablanması Qrinviç meridianına əsasən aparılır. Yeni sutka(gün) XII saat qurşağının orta meridianından (1800) hesablanır.
Qeyd: Bəzi ölkələrdə iş günü ərzində gündüz işığından səmərəli istifadə etmək üçün yay vaxtı (martın son bazar günü saatların əqrəbi 1saat irəli) və qış vaxtı (oktyabrın son bazar günü saatların əqrəbi 1saat geri çəkilir) tətbiq olunur.

  • Teqlər:
  • fiziki coğrafiya

Materik Qitədən Necə Fərqlənir

Coğrafiya dərslərində bir çox məktəblinin başında qarışıqlıq var. Müəllimlərin Amerika, Afrika, Avstraliya ilə əlaqəli olaraq qeyd etdikləri iki anlayışın – qitə və materikin istifadəsi ilə əlaqədardır … Bu sözlər arasında nə fərq var? Materik qitədən necə fərqlənir

Terminologiya

Materikə su ilə yuyulan nəhəng bir torpaq kütləsi demək adətlidir. Bir çox mütəxəssis bu tərifə aydınlıq gətirərək, bütün qitələrin çoxunun dəniz səviyyəsindən yüksək olduğunu söylədi. Bəzi mənbələr əlavə olaraq hər hansı bir qitənin qitə və ya qitə qabığından ibarət olduğunu göstərir. Kontinental qabıq okean təbəqəsindən fərqlənir və özlü, yarı maye magma qatında yerləşən bazalt, qranit və çökmə süxurlardan ibarətdir. Qitəyə hər tərəfi su ilə əhatə olunmuş böyük bir quru kütləsi deyilir. Qitənin böyük hissəsi dəniz səviyyəsindən yuxarı qalxmışdır, kiçik hissəsi suda basdırılmış və şelf və ya kontinental yamac adlanır. Beləliklə, “materik” və “qitə” sözləri sinonimdir, buna görə kontekstdən asılı olmayaraq hər iki sözü də istifadə edə bilərsiniz.

Qitələr və qitələr: hər şey harada başladı?

Yer üzündə çox uzun müddət yalnız bir qitənin mövcud olduğuna inanılır. İlk super qitə Nuna, ardından Rodiniya, sonra Pannotiya oldu. Bu qitələrin hər biri bir neçə hissəyə parçalandı və sonra tək bir massivə toplandı. Sonuncu belə massiv Pangea idi, tektonik proseslərə görə Laurasia’ya (gələcək Şimali Amerika və Avrasiya) və Gondavana’ya (Cənubi Amerika, Afrika, Avstraliya və Antarktida) ayrıldı. Gondavan qitələrinə ümumiyyətlə Cənub qrupu deyilir, ümumi mənşəyi qayaların meydana gəlmə qaydası və sahilin ümumi konturu ilə təsdiqlənir. Məsələn, Cənubi Amerikanın şərq sahili, Afrikanın qərb sahilinin döngəsinə tamamilə uyğundur. Yura dövrünün əvvəllərində Laurasia iki nəhəng hissəyə bölündü – Şimali Amerika və Avrasiya, bu vaxta qədər Hind və Atlantik okeanları, eləcə də Sakit Okeanın sələfi olmuş Tetis meydana gəldi. Laurasia və Gondavanın ayrılmasının səbəbi aramsız üfüqi tektonik hərəkətlər idi. Yerin qitələri planetin bütün səthinin yüzdə otuzdan azını tutur. Hazırda planetdə altı qitə var. Bunlardan ən böyüyü Avrasiyadır, ardından Afrika, daha sonra Şimali Amerika, sonra Cənubi Amerika, sonrakı yeri Antarktida və Avstraliya siyahını bağlayır. Alimlər sübut etdilər ki, hazırda qitələr çox yavaş bir sürətlə yaxınlaşırlar, bu prosesin səbəbi tektonik fəaliyyətdir.

Etiket: Okeanların fiziki coğrafiyası

DÜNYA OKEANI
Sakit okean – Yer kürəsinin ən böyük okeanıdır. Sahəsi: 179,6 mln km2, orta dərinliyi 3984 m. Suyunun həcmi 723699 mln km3-dir. Dünya okeanı sahəsinin yarısını əhatə edir. 5 materik və 3 okeanla əhatə olunub. Şimal buzlu okeanla sərhədləri Çukot yarımadasında Reeç burnundan, Alyaskada Uels Şahzadəsi burnu arasından keçir və bu 2 okeanı dayaz Beriq boğazı birləşdirir. Hind okeanı ilə sərhədləri Malakka boğazının şimalı, Sumatra, Yava, Timor, Yeni Qvineya adalarının cənub kənarları Torres və Bass boğazları, Tasmaniya adasının şərq sahilləri ilə uzanan sualtı qalxanlarla Antarktidaya qədər uzanır. Atlantik okeanla sərhədləri Cənubi Şetlend adalarından keçməklə Odlu torpaq adaları ilə Antarktidada olan dərin və coşqun Dreyk boğazı birləşdirir. Okean ekvator boyunda daha enli, geniş ərazi əhatə edir. Şimaldan cənuba 15,8 min ekvator boyunda isə şərqdən qərbə 19,5 min km uzanır. Dənizləri əsasən şimal-qərbdə və qərbdədir. Bu dənizləri, Mərcan dənizi, Açıq okeandan ada silsilələri vasitəsi ilə okeanla birləşir. Adaların sayi və sahəsinə görə I yerdə durur. Sakit okeanda adı xəritəyə düşən 10 mindən çox ada var. Adaların ümumi sahəsi 36 mln km2-dir. Mərkəzi və cənub qərb istiqamətindəki adalar qrupu, okeaniyanı əmələ gətirir. Okeaniyanın ərazisi Meloneziya, Mikroneziya, Polineziya, Havay adaları kimi böyük adalar sistemindən ibarətdir. Adaları mənşəyinə görə 3 cürdür. Yapon, Flippin, Tailand, Sumatra, Yava, Yeni Qvineya və s. adalar materik mənşəlidir. Kuril, Aleut, okeanın mərkəzi hissəsində yerləşən çoxsaylı xırda adalar vulkanik mənşəlidir. Sakit okeanın tropiklər arasında yerləşən isti sularında dünyanın ən böyük mərcən rifləri və adalar əmələ gəlir. Okeanda 100 mindən çox canlı aləm növü yaşayır. Ancaq şimaldan cənuba doğru və Antraktida sahillərindən ekvatora doğru canlı aləmin növ tərkibi artır. Uzaq Şərq dənizində (Oxot dənizi) 4 mindən çox canlı yaşadığı halda, Yapon dənizində 9 min növ, Malay arxipelaqında isə 40-50 min növ canlı aləm yaşayır. Sakit okeanın öyrənilməsi 3 mərhələyə ayrılır. I mərhələ XIX əsrin əvvəlinə qədər olan dövrü əhatə edir. 1804-cü ilə qədər. II mərhələ: 1804-1873. Bu mərhələdə suyun tərkibi, fiziki xassələri, okeanın dərinlikləri öyrənilib. Bu sahədə ən çox iş görən səyyahlar, rus dənizçiləri Kruzenşteyn və Lisyanski III mərhələ 1873-dən sonrakı dövrü əhatə edir. Bu dövrdə müxtəlif ölkələrin beynəlxalq ekspedisiyaları okean suyunun duzluluğunu, tempraturunu, iqlim şəritini, okean cərəyanları, okean yatağının relyefini, okean dibindəki ən dərin novları tədqiq etmiş və dünyanın ən dərin yeri olan Marian çökəkliyinə belə aparatlar endirilmiş, oranın üzvi aləmi haqda tədqiqatlar aparmışlar. Sakit okeanın tədqiqi indi də davam edir. Ancaq müasir tədqiqatlar daha çox okean təbiətinin mühafizəzi ilə bağlıdır. İl ərzində okeandan ovlanan balıq ehtiyatının 95%-i sakit okeanın payına düşür. 1902-ci ildə Avstraliyadan ABŞ-a 15 min km uzunluğunda rabitə xətti okeanın dibi ilə çəkilib. 1840 kanallı xətdir.
Atlantik okeanı – Böyüklüyünə görə II yerdə durur. Sahəsi 91,1 mln km2-dir. Hin okeanı ilə şərti sərhəddi Afrikanın cənubunda ümüd burnunda meridianal istiqamətdə Antarktidaya qədər uzanır. Sakit okeanla sərhəddi Cənubi Amerikanın cənubunda odlu topaq adalarında, Horn burnundan Antarktidaya qədər meridianal istiqamətdə keçən şərti sərhəd xəttidir. Atlantik okeanın Şiml buzlu okeanla sərhəddi isə şimal qütb dairəsi boyunca keçir. Okeanın orta dərinliyi 3332 m, suyunun orta həcmi isə 337,5 mln km3-dir. Okean şimaldan cənuba 15 min km məsafədə uzanır. Okeanın ən enli yeri ekvatordan şimalda 9 min km. Ən dar yerdə isə 2830 km, okean dibində ən dar yerdə isə 2830 km. Okean dibində ən dərin çökəkliklər Cənbi Sendviç və Puerto-Rikodur. Bunlarda dərin 8000 m dağ sıraları uzanır və okean yatağını 2 hissəyə ayırır. Atlantik okeanda üzvü aləmin növ tərkibi Sakit okeanla müqayisədə xeyli azdır. Dünya gəmiçiliyinin yük dövriyəsinin 65% i bu okeanın payına düşür. Dünyanın ən nəhəng dəniz limanları Amsterdam, Roterdam, Nyu-York, Rio de Janeyro, Buenos-Ayres, San-Paulo və başqaları bu okeanın sahəsindədir.
Hind okeanı – sahəsi 73,4 mln km2, suyunun orta həcmi 291,9 mln km3. Okean 4 materik arasında yerləşir. Onun ən enli hissəsi tropiklər arasındadır. Sahil xətləri az girinyili çıxıntılıdır. Üzvi aləmində mərcankimilər və kürəkayaqlılar, ov əhəmiyyətli balıqlar, zəhərli dəniz ilanları, balinalar cinsindən olanlar və dəniz tısbağaları var. Okean 3 yarımkürədə və 4 matrkikin sahillərini yuyur. Hind okeqanın tədqiq olunmasında Vsako da Qamanın, Abel Tasmanın və Ceyms kukun rolu böyükdür. Hind okeanıda Atlantik okeanı kimi cavan hesab olunur. Orta okean dağ silsilələri(Avstraliya, Antraktida, Qərbi hind, Ərəbistan-Hindistan və s.) okeanın 1/4 tutur. Ən dərin yeri (zond çökəkliyi) 7725 m. Hind okeanının ekvatorial, subekvatorial, tropik, subtropik, mülayim və subantarktik iqlim qurşaqlarında yerləşir. Onun şimalı isti cənubu isə soyuqdur. Dünya okeanının maksimum tempraturu +35oC və maksimum duzluluq 42 o/oo Qırmızı dənizdə müşahidə olunur. İsti okean cərəyanları İynə burnu, Mozambik, Cənubi Passat, Musson və s. Soyuq okean cərəyanları Qərb küləkləri, Somali, Qərbi Avstraliya və s.dir. Hind okeanı üzvi və mineral ehtiyatlarla zəngindir. Dənizləri – Qırmızı, Ərəbistan, Timor, Arafur, Andaman və s.dir. Körfəzləri – Benqal, Ədən, İran, Böyük Avstraliya və s. Boğazları – Bəbülməndəb, Mozambik, Polk, Zond, Torres. Adalar – Madaqaskar, Şri-Lanka, Sumatra, Maldiv, Karqelen, Yava, Tasmaniya və s. Yarımada – Hindistan, Ərəbistan, Somali, Malakka və s.
Şimal buzlu okeanı – ən soyuq, ən kiçik və ən dayaz okeandır. Okean Arktikanın mərkəzində 3 yarımkürədə yerləşir. 2 materiklə əhatə olunur. Avrasiya və Şimali Amerika. Okeanın tədqiq olunmasında Barensin, Çelyuskinin, Piri Rəisin və başqalarının xidməti olmuşdu. Şimal buzlu okeanda geoloji cəhətdən qədim hesab olunur. Onun ümumi sahəsinin 1/3-ni materik dayazlığı tutur. Mərkəzində Lomonosov, Mendeleyev dağ silsilələri yerləşir. Ən dərin yeri Qrellandiya dənizindədir (5527 m). Şimal buzlu okean Arktika ilə Subarktika iqlim qurşağında yerləşir. Soyuq hava kütlələri il boyu hakim olur. Buzun qalınlığı 3-5 metrə çatır. Okean suyunun böyük istilik tutumu, relyefin alçaq olması və Şimali Atlantika cərəyanının təsiri nəticəsində, Arktikanın iqlimi Antarktikanın iqliminə nisbətən mülayim olur. Üzvi aləm kasıbdır. Okean zəif mənimsənilmişdir. Gəmiçilik (naviqasiya) mövsümi xarakter daşıyır. Dənizləri – Norveç, Barens, Ağ, Kara, Şərqi Sibir, Laptevlər, Çukot, Bofort, Baffin. Körfəzləri – Hudzon, Ob, Yenisey, Xatanqa və s. Boğazları – Berinq, Danimarka, Devis, Hudzon və s. Adaları – Qrellandiya, Novaya Zemlya, Baffin torpağı, Şpispergen. Yarımadaları – Skandinaviya, Kola, Taymır, Yamal, Çukot və s.

Okean sularının fiziki xassələri və kimyəvi tərkibi. Dünya okeanında həyat.

Okean suyunun rəngi, işıqlanması, təzyiqi, sıxlığı, tempraturu və səsin yayılması əsas fiziki xüsusiyyətləridir. Mavi rəngdə olan okean suyu bəzi regionlarada rəng çalarları kimi əks olunur. Məs: Avrasiya materikini əhatə edən, Qırmızı, Sarı, Qara və Ağ dənizlər. Okean suları üst qatda (200 m-ə qədər) günəş şüaları tərəfindən tam işıqlandırılır. Suyun şəffaflığı disk vasitəsi ilə müəyyən olunur. Ən şəffaf dəniz Aralıq dənizi hesab olunur. Okean sularında təzyiq dərinliyə doğru getdikcə artır və dibdə maksimum həddə çatır. Okean suyunun orta sıxlığı 1025 kq/m3-dir. Su anomal maddə olduğu üçün (+ 4o-də sıxlıq maksimum həddə çatır). Buz suda batmır. Okeanların buz örtüyü quru buzlaqlardan fərqli olaraq, çox qalın olmur. Əksər hissəsi suyun üstündə yerləşir. Dünya okeanında sıxlığın maksimum qiyməti Antarktida sahillərində müşahidə olunur. Okean səthində ekvatordan (+28 +29) qütblərə (-1 -2) doğru getdikcə tempratur azalır. Maksimal tempratur Qırmızı dənizdə müşahidə olunur (+35o) dərinliyə doğru suyun tempraturu azalsa da okeanların böyük istilik tutumuna malik olması nəticəsində dibində +3 +4 dərəcədən aşağı olmur.
Səs siqnalının okeanda yayılmasına əsasən dərinlik ölçən exolot cihazı kəşv olunmuşdur. Dünya okeanının ən dərin yeri Marian çökəkliyi (11022 m) hesab olunur. Eyni dərinlikli nöqtələri birləşdirən xətlərə izobatlar deyilir. Dərinlikdən asılı olaraq izobatların arası mavi rəngin müxtəlif çalarları ilə rənglənir. Çökəkliklərin dərinliyi isə rəqəmlərlə göstərilir. Okean sularında əksər kimyəvi elementlər mövcuddur. Okean və dənizlərin suyunun acı və şor olmasının səbəbi maqneziumun və xörək duzunun çox olmasıdır. 1 litr suda həll olunmuş maddələrin qramlarla miqdarına suyun duzluluğu deyilir və promille (o/oo) ilə ifadə olunur. Okean suyunun orta duzluluğu 35 o/oo-dir. Maksimal duzluluq Qırmızı dənizdə muşahidə olunub. Eyni duzluluğa malik olan nöqtələri birləşdirən xətlərə izoqalin deyilir. Dünya okeanında tempraturu, duzluluğu, sıxlığı və s. xüsusiyyətləri ilə bir-birindən fərqlənən 4 əsas su kütlələri mövcuddur. Ekvatorial, tropik, mulayim, qütb. Əsas su kütlələri okean daxili və sahilboyu yarımtiplarinə bölünür. Mineral maddələr və günəş işığı ilə daha yaxşı təmin olunan sahilboyu ərazilərdə canlı aləmin növ tərkibi zəngin olur. Okeanda dalğa və cərəyanlar vasitəsilə bir yerdən başqa yerə aparılan orqanizmlər – plankton, sərbəst hərəkətə malik olan orqanizmlər – nekton, dibdə yaşayan canlılar isə – bentos adlanır. Ən zəngin biokütlə mülayim enliklərdədir. Okean sularının mineral sərvətləri aşağıdakılardır.
Suda həll olunmuş sərvətlər (qızıl, gümüş, xörək duzu və s.).
Dibdən, yer qabığından çıxarılan sərvətlər (neft, qaz vəs.).
Okeanlarda suyun hərəkət formaları aşağıdakılardır. Dalğalanma, okean cərəyanları, qabarma və çəkilmə. Küləyin və okean dibində baş verən zəlzələ və vulkanların təsiri nəticəsində baş verir. Dalğanın əsas elementləri: yal, daban, uzunluq və hündürlük. Dalğanın sahildə sualtı maneələrə sürtünməsi nəticəsində suyun köpükləndiyi yerə ləpədöyən deyilir.
Dəniz limanlarında külək dalğasının təsirini zəiflətmək üçün dalğaqıranlar tikilir. Sualtı zəlzələ və vulkanların təsirindən yaranan dalğalar sünami (Yaponca – buxtaya tökülən) adlanır. Sünami hadisəsi qısa müddətdə baş verir və böyük dağıntılara səbəb olur. Sünami dalğasının hündürlüyü açıq okeanda az olduğundan gəmiləri sahildən uzaqlaşdırmaq tələb olunur.
Daimi küləklərin təsiri nəticəsində suyun üfüqi istiqamətdə yerdəyişməsi okean cərəyanları adlanır. Tempratur şəraitinə görə cərəyanlar 2 qrupa bölünür.
İsti cərəyanlar: Qolfistrım, Qviana, Brazilya, Musson, Kursio, Şimali Atlantika, Norveç, Mozanbik, Şimal və Cənub Passatları və s.
Soyuq cərəyanlar: Qərb küləkləri, Benqal, Labrador, Somali, Kanar, Kaliforniya, Qərbi Avstraliya,Peru, Folklend.
Okean cərəyanları materiklərin sahil zonasının iqliminə təsir edir. İsti cərəyanlar yağıntıları artırır, Soyuq cərəyanlar isə azaldır.
Ayın və Günəşin cazibə qüvvəsinin təsiri nəticəsində okean suyunun vaxtaşırı (gün ərzində orta hesabla 2 dəfə) qurunu basması qabarma, sonra geri qayıtması çəkilmə adlanır. Açıq okeanda qabarmanın hündürlüyü az (1 metr), ensiz körfəz (buxta) və çay mənsəblərində isə çox olur (1 neçə metr). Maksimal qabarma Kanada sahillərində – Fandi körfəzində (18 metr) müşahidə olunur. Qabarma və çəkilmə prosesindən gəmiçilikdə, balıqçılıqda və elektrik enerjisi istehsalında istifadə olunur. Okean və dənizlər insanların həyatında böyük rol oynayır. Bioloji ehtiyatlara okeanların bitki və heyvanlar aləmi aiddir. Dünya okeanının biokütləsi 35 mlrd tondan çoxdur. Burada 140 min növ canlı yaşayır. İnsanlar tərəfindən istifadə olunan biokütlənin 85 %-dən çoxunu balıqlar təşkil edir. Balıq ovu daha çox şimal yarımkürəsində (Yapon, ABŞ, Rusiya, Böyük Britaniya), okeanlar üzrə isə Sakit okeanda aparılır. Bəzi ölkələrdə canlı orqanizmlərin ovlanması, onların təbii artımından çox olduğu üçün sahil zonalarında balıq, mərcan, molyusk, yaşıl kütlə və s. yetişdirilir. Bu sahədə Yaponiya, Çin, ABŞ, Niderland, Fransa və s. ölkələr fərqlənir.
Neft və qaz hasilatı, çaylar vasitəsilə axıdılan çirkab sular, gəmilərin tullantıları, müxtəlif nüvə silahlarının sınaqları və qəzalar dünya okeanını çirkləndirir. Digər problem isə onun bioloji sərvətlərinin tükənməsi, yox olması təhlükəsi ilə bağlıdır.

Dünya okeanında olan su kütlələri

Dünya okeanında su səthi daim müxtəlif qüvvələrin təsiri nəticəsində hərəkətə məruz qalır. Bu hərəkət formalarına, külək dalğası və cərəyanlar, sahildə və okeanın altında baş verən zəlzələ, vulkan hesabına yaranan sünami dalğası, Ayın cazibəsi nəticəsində yaranan qabarma, çəkilmə həmçininsuyun sıxlığı ilə bağlı şaquli su hərəkətləri və s. daxildir. Hər hansı təsir nəticəsində suyun müvazinətinin pozulması dalğalanma adlanır. Külək həm basqı, həm də sürtünmə enrjisi ilə suyun müvazinətini pozur və dalğa yaranır. Küləyin sürəti artdıqca, dalğanın hündürlüyü və uzunluğu da artır. 1958-ci ildə Antarktida ətrafında 24,5 m hündürlüyündə dalğalar müşahidə olunmuşdur. 1933-cü ildə Manila yaxınlığında 34 m hündürlüyündə dalğa müşahidə olunmuşdur. Ən sakit dəniz Qırmızı dəniz, ən coşğun dəniz isə Barens dənizidir.
Su altı və sahil zonasında baş verən zəlzələlərin və vulkanların təsiri nəticəsində yaranan sünami adlanır. Sahilə yaxınlaşan sünami dalğaları böyük dağıdıcı gücə malik olur. Sünmilər daha çox Sakit okean seysmik qurşağında yaranır. Sünami dalğalarının hündürüyü bəzən 30 m-ə, sürəti 700-800 km/saata çatır. Daimi küləklərin təsiri altında böyük su kütlələrini 1 yerdən başqa yerə üfüqi istiqamətdə aparılması cərəyan adlanır. Cərəyan okean çayları da deyilir. Cərəyanlar tempraturuna görə neytraldır (isti, soyuq) olur. Cərəyanın axıtdığı suyun tempraturu ətraf sulardan istidirsə, isti cərəyan adlanır. İsti cərəyan üzərində olan rütubətli hava sahilə – soyuq səthə daxil olarkən soyuyur, donma həddinə çatır. Odur ki, isti cərəyanın təsiri altında olan sahil zonalarında rütubətli iqlim şəraiti yaranır. Cərəyanlar su kütləsini 1 enlikdən digər enliyə axıtmaqla, planetin iqliminə, yağıntıların paylanmasına böyük təsir göstərir. Əsasən Passat və Qərb küləklərinin təsiri ilə yaranan cərəyanlar, sahillə rastlaşdıqda istiqamətini dəyişir. Şimal yarımkürəsində sağa meyl edərək saat əqrəbi istiqamətində, cənub yarımkürəsində sola meyl edərək saat əqrəbinin əksi istiqamətində dövr edir. Dünya okeanında 60-dan çox iri cərəyan var.
Sakit okeandakı isti cərəyanlar: Cənubi Passat, Şimali Avstraliya, Şimali Passat, Şimali Sakit okean, Alyaska; soyuq cərəyanlar: Qərb küləkləri, Peru, Kaliforniya, Kamçatka.
Atlantik okeandakı isti cərəyanlar: Cənubi Passat, Braziliya, Qvineya, Qviana, Antil, Şimali Passat, Qolfıstrım, Şimali Atlantika, Norveç; soyuq cərəyanlar: Qərb küləkləri, Folklend, Benqal, Kanar, Labrador.
Hind okeanındakı isti cərəyanlar: Cənubi Passat, Mozmbik, İynə burnu, Musson; soyuq cərəyanlar: Qərb küləkləri, Somali, Qərbi Avstraliya.
Şimal buzlu okeanda cərəyanlar yoxdur. Amma bura Şimali Atlantika cərəyanının təsiri boyükdür və onun qərb hissəsinin donmasına imkan vermir. Qütb enliklərinə daxil olandan sonra soyuyan, nisbətən duzlu və ağır olan bu cərəyan suları okeanın dibinə çökür və okeanın dibində saat əqrəbinin əksi istiqamətində cərəyan yaradır. Ayın və Günəşin cazibə qüvvəsi nəticəsində okean suyunun ardıcıl qalxıb enməsi qabarma və çəkilmə prosesini yaradır. Qabarma yaradan qüvvə kütlə ilə düz, məsafənin kubu ilə tərs mütənasibdir. Ay Günəşdən dəfələrlə kiçik olsa da, Yerə daha yaxın olduğu üçün Yerdə qabarma yaranmasında ayın təsiri daha böyükdür. Günəş Ay və Yer 1 xətt üzrə olduqda qabarma maksimum, Ay və Günəş Yerə 90o bucaq altında yerləşdikdə, minimum səviyyədə olur. Ən yüksək qabarma, Fandi körfəzində, Oxot dənizi, Bristol körfəzində qeydə alınmışdır. Qabarmalara Ağ dəniz, Lamanş boğazı, Meksika körfəzi və s. su hövzələrində rast gəlinir. Okeanla əlaqə zəif olan daxili dənizlərdə qabarma çox zəif olur. Qabarma dalğasının çay axınının əksi istiqamatində yayılması, Qabarma boru yaradır. Amazon, Qanq, Temza çaylarında qabarma boru daha güclüdür. Qabarma dalğasında enerji əldə etmək, qabarma boru yayılan çaylarda və bəyaz sahillərdə gəmi nəqliyyatının tənzimlənməsi mümkündür. Dalğaların sahilində gördüyü iş, abraziya adlanır. Sahildəki çuxurlardan asılı olaraq, müxtəlf sahil fomaları yaranır.
Aysberq materik buzlağından qoparaq okeana düşən, iri üzən buz parçalarıdır. Antarktida və Qrellandiya buzlaqlarından qırılmış aysberqlər, mülayim enliklərədək gəlib çıxır, dəniz nəqliyyatının inkişafına mane olur.
Okeanın əsas sərvətləri enerji, mineral və bioloji sərvətlərdir. Mineral sərvətlər su, suda həll olunan mineral maddələr aiddir. Bioloji sərvətlərə okean sularında yaşayan canlılar və suda inkişaf edən bitkilər daxildir. Canlılar həyat tərzinə görə 3 qrupa bölünür: Planktonlar okeanda dalğa və cərəyanların hesabına yerini dəyişən canlılardır. Nektonlar sərbəst hərəkətdə olan canlılardır. Bentos okean dibində yaşayan canlılardır. Mülayim enliklərdə canlılar aləmi daha zəngindir. Tropikdə suyun tempraturu və duzluluğu yüksək, oksigeni isə az olduğundan, canlılar aləmi nisbətən kasıbdır. Canlılar su kütləsinin coğrafi yayılmasından asılı olaraq dərinlik və üfüqi zonallığa uyğun yayılır.

Sakit okean dünya okeanının yarısını tutur və bütün yarımkürələrdə yerləşir. Sakit okean planetimizin sahəsinin 1/3-ni, dünya okeanının demək olar ki, 1/2-ni, tutur. Okean yalnız Afrika materikinin sahillərini əhatə etmir.
Sakit okeanın tədqiq edilməsində C.Kukun, İ.Kruzenşteynin, Y.Sisyanskinin və başqalarının xidmətləri olmuşdur. Sakiy okeanı böyük okean adlandırırlar. Ona bu adı F.Magellan verib. Əslində bu okean sakit deyil. Çox təlatümlü və qorxuludur. Dünya okeanı şərti olaraq dörd böyük hissəyə bölünür. Onlardan ən böyüyü Sakit okeandır.
Sahəsi təqribən 180 mln km2-dir. Ekvator yaxınlığında genişdir, odur ki, ən isti okeandır. Afrikadan başqa bütün materiklərlə əhatə olunur. Sakit okean Berinq boğazı ilə Şimal buzlu, Dreyk boğazı ilə Atlantik okeanları ilə birləşir. Hind okeanı ilə əlaqə, Zond adaları arasındakı boğaz və dənizlərlə, Avstraliya, Antraktida arası açıq okean sahəsi ilə baş verir. Şərq sahilləri az, Qərb sahilləri daha çox girintili- çıxıntılıdır.
Sakit okean eyni adlı litosfer tavası üzərində yerləşir. Orta okean dağ silsilələri və materik dayazlıqları az, abissal düzənliklər isə geniş ərazi tutur. Digər litosfer tavaları ilə sərhəd zonasında fəal seysmiklik özünü göstərir. Dib relyefi mürəkkəbdir. Şelf zonası Asiya və Avsraliya sahillərində nisbətən genişdir. Materik yamacı dikdir. Şərqi akit okean, Cənubi Sakit okean və s. dağ silsilələri okean yatağını bir sıra çökəkliklərə bölür. Okeanın qərb və şərq sahillərində ensiz, dərin novlar yerləşir. Bunlara Marian (11022 m), Tonqa (10082 m), Filippin (10497 m), Kuril-Kamçatka (9717 m), Çili (8050 m), Aleut (7822 m), Peru (6601 m) və s. aiddir. Körfəzlər: Alyaska, Kaliforniya, Anadır, Şelixov, Siam, Bakbo və s. Boğazlar: Berinq, Tatar, Laperuz, Koreya, Tayvan, Torres, Bass, Kuk, Dreyk, Magellan, Zond, Malakka və s. Adalar 10000-dən çoxdur. İri adalar və arxipelaqlar: Yeni Qvineya, Zond, (Kalimantan, Sulavesi, Sumatra, Yava), Flippin (Suson, Mindanau), Haynan, Tayvan, Yapon (Hönsü, Hokkaydo, Küsü, Sikoku). Saxalin, Kuril, Aleut, Vankuver, Qalapaqos, Havay, Yeni Zellandiya və s.
Yarımadalar: Çukot, Kamçatka, Koreya, Malakka, Keyp-York, Kaliforniya, Alyaska və s.
Sakit okean ən isti okeandır və duzluluğu Atlantik və Hind okeanlarına nisbətən azdır. Okean Arktik və Antarktik qurşaqlardan başqa bütün iqlim qurşaqlarında yerləşir. Tropik enliklərdə suyunun tempraturu + 25o, +27o (səthdə) Antarktida yaxınlığında 0o C-dən aşağıdır. İsti okean cərəyanları Şimal və Cənub Passatları, Krosio, Şimali, Sakit okean, Şərqi Avstraliya, Alyaska və.s-dir. Soyuq okean cərəyanları Qərb küləkləri. Peru, Kaliforniya, Kuril-Kamçatka cərəyanları nəzəri cəlb edir.
Sakit okeanda şimal qütb qurşağından başqa bütün təbii qurşaqlar mövcuddur. Şimal subqütb qurşağında (Berinq və Oxot dənizləri) sular intensiv qarışır. Odur ki, canlılarla zəngindir. Ümumiyyətlə, müxtəlif cərəyanların qarışdığı akvatoriyalarda su canlılarının yaşaması üçün əlverişli şərait olur. Ekvatorial qurşaqda bütün il boyu suyun tempraturu isti olduğundan mərcan polipləri üçün əlverişli şərait yaranır. Xüsusən Avstraliya sahillərində Yer üzündə orqanizmlər tərəfindən yaradılan ən iri “dağ silsiləsi”- Böyük Sədd rifi uzanır. Böyük sədd rifi (dünyanın ən uzun mərcan mənşəli dağı) Avstraliyanın şimal-şərq sahillərində yerləşir. Sakit okean ətrafında və adalarda 50-dən çox dövlət var və onlarda bəşəriyyətin yarısı yaşayır. Odur ki, okean həmin ölkələrin əhalisinin həyatında böyük rol oynayır. Dünyada ovlanan dəniz canlıları və balıqların yarıdan çoxu Sakit okeanın payına düşür. Şelf zonasında (Kaliforniya, Avstraliya sahilləri) neft və təbii qaz çıxarılır, filizlər əldə edilir. Okean ətrafı ölkələrin bir-biri ilə və digər regionlarla əlaqəsi bu okeandan keçən mühüm dəniz yolları vasitəsilə həyata keçirilir.

Axtardığınız səhifə tapılmadı. Bəlkə axtarış qutusu axtardığınızı tapmaqda sizə kömək edər.

Comments are closed, but trackbacks and pingbacks are open.