Press "Enter" to skip to content

Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I

Razyana (latın dilində “foeniculum”)çətirçiçəklilər fəsiləsindən ikiillik və çoxillik bitki cinsidir. Daha çox iki növü məlumdur. Hündürlüyü 2 metrə çatır. A,C və B qrupu vitaminləri, həmçinin kalium, maqnezium, kalsium mineralları ilə zəngindir. Azərbaycanda yetərincə istifadə edilən çay növlərindəndir. Yeməkdən sonra mədənizi rahatlaşdırar. Yeməklərin üyüdülmə sürətini artırır. Köp zamanı çox yaxşı təsir edər. Bundan başqa razyana sidikqovucu, sakitləşdirici, ağrıkəsici həmçinin antibakterial və antikanserogen təsiri ilə də məlumdur.

Bitkilər aləmindən maraqlı məlumatlar

Elə bitkilər var ki, təsirlərə reaksiya verir. Məsələn, küsdüm ağacının bir budağında olan yarpağa toxunduqda, qalan yarpaqlar təhlükə hiss etmiş kimi yığışır. Turşəng bitkisində də belə xüsusiyyət vardır.

Panama kanalı yaxınlığında “işıq ağacı” bitir. Ağacın şama oxşar yağlı meyvələri olur. Yerli əhali meyvənin içinə piltə salaraq, onu şam kimi yandırırlar. Adi şamlar kimi hiss eləmədən 3-5 saat yanır.

Aloe ağacına oxşayan bitki otaqda nəinki təkcə yarşıq üçün, hətta müalicə xüsusiyyətinə görə saxlanan aloyenin tayıdır. Qədimdə əsgərlər bu bitkinin şirəsi ilə yaralarını sağaldırdılar. Indi də xalq təbabəti müxtəlif xəstəliklərin müalicəsi üçün həmin bitkidən istifadə edir.

*** Macarıstanda Vyetnamdan alınmış xiyar toxumundan 170 sm uzunluğunda xiyar yetişdirilmişdir.

Soci və Qaqranı sakinləri ağacda yetişən konfeti daha çox xoşlayırlar. Üstü qabıqla örtülmüş qəhvəyi rəngli bu konfet şirinliyi və dadına görə heç də adi konfetdən geri qalmır. Onun çiçəyi nektarla zəngindir. Konfetin tərkibində 35 % şəkər var. Bundan başqa, konfetin tərkibində şəfaverici maddələr də vardır. Astma xəstəliyinə tutulanlar üçün çox faydalıdır.

Xəstə bitkilər də başqa canlılar kimi titrədib- qızdırır. Xəstə bitki ilə sağlam bitkinin gövdələrinin temperaturu arasında fərq olur. Xəstə bitki tez- tez nəfəs alır və temperaturu yüksək olur.

Ən böyük nəbatət bağı Londondadır. Bu bağda 24 min müxtəlif bitki növü vardır. Nəhəng bağın sahəsi 110 hektara bərabərdir.

Dünyada elə bitki vardır ki, şirəsi qənddən 300 dəfə şirindir. Bir stəkan qəhvəni və ya çayı şirin etmək üçün bitkinin bir damcı şirəsi kifayətdir.

Yaponiyada bitən sofora bitkisinin tünd şabalıdı toxumları çox zəhərlidir. Sofora bitkisinin zoğlarında 2.5 %, yarpaqlarında isə 3.2 % paxikarpin, sofokarpin və matrin kimi zəhərli maddələr vardır. Ona görə də zəhərli bitkilərə toxunandan sonra hər bir adam əllərini mütləq sabunla təmiz yumalıdır. Çünki bəzi bitkilərin şirəsi ələ dəydikdə dəri vasitəsilə dərhal qana keçir və zəhərlənmə baş verir.
Oleandr, sezalpiniya, kökatan, sumaq, yapon soforası və b. Çox geniş yayılmış zəhərli bitkilərdir. Respublikamızın bütün parklarında, bağlarında, küçə və meydançalarında bəzək bitkiləri kimi istifadə edilən bu bitkilərər rast gəlmək olar.
Məlumdur ki, Napoleon Rusiya üzərinə hücüm edərkən 12 fransız əsgəri oleandr çubuğunda kabab bişirmişdi. Onlardan səkkizi zəhərlənib ölmüşdü.

Adi ardıc, şam və bir sıra başqa iynəyarpaqlı ağac və kollar mərkəzi sinir sisteminə, ürəyə, böyrəyə pis təsir edir. Mədədə həzm prossesini pozur. Onların yarpaqlarında, yaşıl zoğlarında və gövdəsinin qabığında zəhərli alkoloidlər, qlukozidlər, efir yağları, üzvi turşular və başqa birləşmələr tapılmışdır.
Ona görə də yaşayış binalarının, uşaq bağçalarının yaxınlığında bu bitkiləri əkmək məqsədəuyğun deyildir.

Ağaclar axşam saat 9-dan səhər 6-ya kimi böyüyür. Avstriyalı alim doktor qonzaleskinin apardığı çoxlu müşahidələr göstərmişdir ki, gün ərzində ağacın inkişafının 90 %-i gecələr olur, 10 %-i isə axşamçağına düşür. Qalan vaxtlar ağaclar “yatır”, böyümək üçün güc toplayır.

Afrikada təsadüf edilən baobab çox dözümlü və davamlı ağacdır. Bəzən ağaca yanğın düşür, alov onun yarısını yandırır, tələf edir. Bir müddət keçəndən sonra ağac yenidən dirçəlib göyərir.
Baobab ağacı çox böyük olur. Bu nəhəng ağacın kötüyünün dairəsi bəzən 30-40 m-ə çatır. Ağacın özü o qədər yumşaq olur ki, onu güllə dəlib keçir. Bu ağacın gövdəsindəki oyuqda 20 adam rahat yerləşir.
Baobabın ömrü çox uzundur. Bəzi hallarda ağacın yaşı 5 min ilə çatır.

Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I

MƏDƏNI BITKILƏR
180. Ağ atbiyan içində,
Quyruğu qan içində,
Getdim qanı silməyə,
Batdım biyan içində*.
181. Ağ qıza əl uzatdım,
M əsti budaqda qaldı.
182. Ağacın tutmaq olmaz,
Ətrindən doymaq olmaz.
183. Bağrım başı zədəndi,
Zədəndi, zəbərdəndi,
Yaşıl əkdim, al tökdü.
Görən əsli nodəndi.
184. Bahalıdı qiymətin,
Şahlar çəkir minnətin.
185. Bir sürü atlar,
Çəm əndə otlar,
Vaxtı gələndə,
Dərisi çatlar.
186. Qoca babam allandı,
Qızıl toyuq sallandı.
♦H əm in bitkinin kö k ü n d ən boyaq rən g i alınır.

187. Dərya qırağı düzdü,
Sanasan əlli, yüzdii.
Yaşıl əkdim, al bitdi,
Görən əsli nə düzdü.
188. Dərya üzü samandı.
Samana bir od düşdü,
Gör nə aman-amandı.
189. Evimdə bir gəlin var, lalə bədəndi,
A1 ata, yaşıl nəsli deyin nədəndi?
190. Ənbər havası var bunun,
Töhfə əzası var bunun.
İynə ilə dəlik-dəlik,
Gör nə sofası var bunun.
191. Yaşıl taxt üstündə oturub pəri,
Yaquta, m ərcana bənzər ləbləri,
Uzaqdan baxarsan üzün gizlətməz,
Əlini uzatsan vurar neştəri.
192. Nədəndi, ay nədəndi,
Dərmə, nazik bədəndi,
Plov üstə məskəni,
Görən rəngi nədəndi?
193. Nədəndi, ay nədəndi,
Bağrım zədən-zədəndi.
Ağacında od yanar,
Yarpağı göy nədəndi?
194. O nədi ki, boyamb boyaqsız*.
195. Özii ala,
Yeri tala,
Para-para,
Qəlbi qara.
*
Bu tap m acan ın d a bir çox b aşqa cavabları vardır.
46
————————————————–
196. Sarı abası var bunun,
Büzmə yaxası var bunun,
Üstü çopur, içi dilim,
Gör nə səfası var bunun.
197. Sarı-sarı sandıqlar,
İçi dolu fındıqlar.
198. Tabaq qabaq içində,
Sübhü sabah içində,
Dayanıb ayaq üstə,
Ətri də var içində.
199. Tapı-tapı,
Kərki sapı.
Altı gülü,
Beş yarpağı.
200. Toxum əkdim, yarpaq bitdi,
Yarpağın qocalar diddi.
201. Xan bağında bir gül açıb bərki bəzəkdi,
Yaşıl çalır, al rəng alır, bəs o nədəndi.
202. Həşi dərili,
Huşu dərili,
Yazda əkili,
Payız dərili.
203. Çələbi çəltik əkir,
Bir layı tüklü,
Bir layı tüksüz.
204. Çiçəkliyər, gül deyil,
Ağdı, amma qar deyil,
İstisi var, yun deyil.

AĞACLAR
205. Aşmaz-uşmaz,
Yerə düşsə,
Beli smmaz.
206. Əynində yaşıl donu,
Damarları görsənir.
207. Əyri-üyrü boy atar,
Ayağı yerə batar.
Salxım-salxım sallanar,
Altmda sarvan yatar.
208. Inəyim var, eşikdədi,
Ayı, ili eşikdədi,
İldə bir kərə sağılar,
Özü yenə eşikdədi.
209. Yağış yağanda,
Çimər, yuyunar.
Yazda geyinər,
Qışda soyunar.
210. Yaşılı yamanca bərkdi,
Sarısı lap göbələkdi.
Ə1 vurma, düşəcəkdi.
211. Uzanar, ha uzanar,
Qollarınnan balalar.
212. Uzun-uzun uzanar,
A1 yaşıla boyanar.
Qırmızıdan don geyər,
Ərş üzünə uzanar.
BOSTAN VƏ TƏRƏVƏZ MƏHSULLARI
213. Alaca, ha bulaca,
Səpdirmişəm yamaca,
Düz dırmaşar ağaca.
214. Anaxanım atlandı,
Qol-qanadı qatlandı.
215. Babam oturub al çuxada,
Kim soyundursa gözü çıxar.
216. Bağda bitər tağı yox,
Ha sıxarsan yağı yox.
217. Bostanda var gombul kosa,
Üstü bozdu, içi xasa,
Əzsən dolar qanla kasa.
218. Bədəni yerdə,
Saqqalı göydə.
219. Bir balaca mil daşı,
Yandırır dağı-daşı.
220. Bir quşum var alaca,
Getdi qondu ağaca,
Özünə bir ev tikdi,
N ə qapı qoydu, nə baca.
221. Bir quşum var bağdadı,
Dimdiyi yarpaqdadı.
222. Bir damım var, qapısı yox.
223. Bir kişi var – özü burda
Bağırsağı orda.

224. Bir kiçicik yurd,
Içi dolu qurd.
225. Bir sandığım var mərəndi,
Nə qıfılı var, nə bəndi,
Elə açılır, elə yumulur,
Heç kəs bilm əz o fəndi.
226. Bir toyuğum var, yer altında yumurtlar.
227. Bostanda var bir arvad,
Paltar geyib qatbaqat.
228. Bu yol hazara gedər,
Mehdi bazara gedər,
Atası oturmamış,
Oğlu bazara gedər.
229. Qatbaqat döşək,
Tapmayan köşək.
230. Qırmızı toyuq bağda,
Dimdiyi var torpaqda.
231. Qutu-qutu içində,
Qutunun lap içində,
Gözəl bir əl yaylığı (nənəmin əl yaylığı),
O da qutu içinde.
232. Dağdan atsan əzilməz,
Bir yumruğa dözəmməz.
233. Dilbər zindanda,
Saçı eyvanda.
234. Əzizim, qəssab ağlar,
Sarı don qəssab ağlar.
Ölən qoyun ağlamaz,
Öldürən qəssab ağlar.
235. İlim -ilim düyməsi,
İlim xatın düyməsi,
H ər kəs onu tapmasa,
On beş tümən cərməsi.
236. Işım-ışım ışıldar,
İlan kimi xışıldar,
İlan deyil, yarpaqdı,
Yatdığı yer torpaqdı.
237. Yaşıl tağım var,
A1 otağım var.
Göy paltarımda
Boz qurşağım var.
238. Yer altında qanlı bəsti.
239. Yer altında qıllı baş.
240. Yer altında sarı biz.
241. Göy öküz yoldan baxır.
242. Lalalar, ay lalalar,
Laladan piyalalar,
Qol-budağı çiçəklər,
Köklərindən balalar.
243. Lalalar, ay lalalar,
Ortası al, çölü yaşıl, lalalar,
Ağıllılar ağıl ilə taparlar,
Ağılsızlar qəm evinə batarlar.
244. Ləyəndə, ay ləyəndə,
Gül boynunu əyəndə,
Yeyilər kal vaxtında,
Yemək olmaz dəyəndə.

245. N ə qapısı var, nə bacası
İçi dolu sərçə balası.
246. O nədi ki, saqqalı yerdə,
Ayaqları göydə.
247. O nədi ki,
Otuz səkkiz paltar geyir,
Hamısı düyməsiz.
248. Sandı sətlan kimi,
Aladı qətran kimi.
Boynu uzun qaz kimi,
Yumrucadır qoz kimi.
249. Sarı-sarı sandıqlar,
İçi dolu fmdıqlar.
250. Uzundu boyu
Ağdı qanı,
Sudu canı.
251. Uzun-uzun uzanar,
İpdən tutub sallanar.
252. Üstü qırmızı, içi ağ,
Çiyi acı, bişmişi yağ.
253. Üstü yaşıl məxmərdi,
İçi şirin şəkərdi.
254. Haqq bağlar boğazını,
Bəndə açar ağzmı.
255. Hallanar, hullanar,
Yaşıllanar, sallanar.
256. Hilidim, ha hilidim,
Kəsilər dilim-dilim,
Bir kəndi, qırx kilidim.
257. Çatı su içər, dana köpər.
52 -£=•
258. Çəpər üstə çal xoruz.
259. Çil toyuq, çiləmə toyuq,
Başını kəsdim qanı yox*.
260. Çoxlu tağ atar,
Torpaqda yatar,
Qoyma yetişsin,
Kal-kal dər, apar.
MEYVƏLƏR
261. Ağ uzatdım,
A1 toxudum,
Qara sərdim.
262. Ağac başmda al yanaqlı qız.
263. Ağac başında bir torba un.
264. Ağac başında gözü çıpalaqlı qoca.
265. Ağac başında qara yumaq.
266. Ağac başmda qırmızı qız.
267. Ağac başında qırmızı yumaq.
268. Ağac başında qımro bitər.
269. Ağac başında darı quyusu,
Dağarcıqdı, sözün doğrusu.
270. Ağac başında zığlı dağarcıq.
271. Ağac başında sarı yemiş.
* Bu tapmaca da çoxcav ab h d ır.

272. Ağac başında sarı yumaq
Üstünə səpilib ağ sumaq.
273. Ağac başmda tüklü yumaq,
Bir üzü ağ, o biri sanmtıraq.
274. Ağac başında unlu dağarcıq.
275. Ağac başmda hovuz,
Onu tapmayan donuz.
276. Ağzı bağlı bir təndirim var,
İçi bircə kündə tutar.
277. A mənim, al yastığım,
İçinə un basdığım.
278. A1 gəlir Ayıstannan,
Gül gəlir Gülüstannan
Bir şamama tapmışam
Bir ilin bostanmnan.
279. Aldım bir dənə,
Açdım min dənə.
280. Altı dəri, üstü dəri,
İçində bir ovuc darı.
281. Altı taxta,
Üstü taxta
İçində yaşıl paxla.
282. Babam atdan düşdü,
Donu bənddən düşdü.
283. Bağda bitər tağı yox,
Ha sıxarsan yağı yox.
284. Biz-biz idik, yüz qız idik
Bizi büzdülər, ipə düzdülər.
285. Bir ağacım var dam boyda,
Meyvəsi badam boyda.
286. Bir balaca boyu var,
Al-atlazdan donu var.
287. Bir balaca boyu var,
Qırmızıdan donu var.
288. Bir balaca boyu var,
Darayıdan donu var.
289. Bir balaca dağarcıq,
İçi dolu gül mıncıq.
290. Bir dağarcıq unum var,
İçində bir vərdənə.
291. Bir dükanım var, həm m əxm ər dükanıdır,
Həm ə lla f dükanı, həm də odun dükanı.
292. Bir yam ağ,
Bir yam al.
Ağzına al,
Dadıdı bal.
293. Bir zərbab taxta,
İçində paxla.
294. Bir təndirim var, iki çörək tutur.
295. Vay dədə, papağım ağacda qaldı.
296. Qahqah qalası var bunun,
Qan piyalası var bunun,
N ə doğur, nə törəyir,
Pərvaz balası var bunun.

297. Qızıl ağac yırğandı,
Sırğaları sallandı.
298. Q utu-qutu içində,
Sandıq qutu içində
Fatmanın ağ yaylığı
O da qutu içində.
299. Dağ kolunda bir damcı qan,
H ər tərəfı yaşıl orman.
300. Dağdan bir qab aş yumarladım,
Dənəsi də yerə düşmədi.
301. Dağdan gəlir hənir-hənir,
Yerə düşdü yum ru dəmir.
Vur başına, otur gəmir,
A daş-dəm ir, adın nədir?
302. D əvədən böyük,
Sərçədən kiçik,
Z əhərdən acı,
Şəkərdən dadlı.
303. Dədəsi donqar əli,
Anası yastı pəri.
Qızı ellər gözəli,
Qardaşı yaman dəli.
304. Dəyirm ana dən gəldi,
Qırmızı don tən gəldi,
Toxunmamış çuvalda,
Üyünməmiş un gəldi.
305. Dörd qardaş bir qundaqda yatıb,
G öbəklərin bir-b irin ə çatıb.
306. Ətindən kabab olm az,
Qanmdan kasa dolmaz.
307. İpsiz iynə, deşiksiz muncuq,
Allah düzər, adam üzər.
308. İçi qırmızı, çölü boz.
Üstü yemiş, içi qoz.
309. İçi darı, çölü sarı.
310. Yaşıldı abası,
Sarıdı libası.
311. Yerdə bitir, tağı yox,
Əridirsən, yağı yox.
312. Yeri qazdım qum çıxdı.
Qumnan minarə çıxdı,
Bildirki keçəl oğlan
Bu il çinara çıxdı.
313. Yol üsto qara yaylıq.
314. Yumru yemiş,
Çordoyi naxış,
İçi qırmızı,
Eşiyi boz.
315. Yupyumru fincan,
İçi dolu moıcan.
316. Kiçik-kiçik sandıqlar,
İçi dolu fındıqlar.
317. Göydon bir dəri düşdü,
Toyuq ona yürüşdü.
318. Göydən gələr millənor,
Yerə düşər dillənər.

319. G öydən gəir hənir-hənir,
Y erə dəyir halqa dəmir,
Üstünü qoy, için gəmir.
320. Gülsüz olar m eyvəsi,
Şirin-şəkər dənəsi.
321. M əm m ədəli ilikdən,
Bir kürkü var sümükdən.
Dağdan atsan əzilm əz,
Bir təpiyə dözəm m əz.
322. M əm m ədbağır bağında,
Gül bitər budağında,
Yel vurar yelləndirər,
Sırğası qulağında.
323. N ə zərrindir, n ə bafta,
İçində yaşıl tafta.
324. N ədəndi, ha nədəndi,
Bağrım başı zədəndi,
Y arpağm da od yanar,
Ağacı göynədəndi.
325. O yanı sarı taxta,
Bu yam sarı taxta,
Ortası yaşıl bafta.
326. O yam taxta
Bu yanı taxta,
Yum ru bəy otaqda.
327. O nədi ki,
Qış göyərir,
Yaz qızarır,
Payız qaralır.
328. O nədi ki, əl vursan qam tökülər.
329. Pəsdədi, ha pəsdədi,
Şəki-Şirvan üstədi,
Yemişlərdən hansıdı,
Çəyirdəyi üstədi?
330. Salxım-salxım sallanar,
Çox qaldıqda ballanar.
Göydə nərdivan olsa,
Çıxar ordan sallanar.
331. Sapsanca yemişəm,
Ərəbidən gəlmişəm.
Baldan şirin dadım var,
Adda-sanda adım var.
332. Tək çərdəkli yemişəm,
Nəbatdan da şirinəm.
333. Uzaqdan gördüm çalı-çəpər,
Yaxına getdim, məni çəkər,
Əlimə alsam qanı damar,
Ağzıma qoysam, qənd-şəkər.
334. Uzun boylu,
Qızıl donlu,
Ağ köynəkli,
Əlfı ağa.
335. Üstü dəri, içində şəkər pəri.
336. Üstü məxmər,
İçi şokər,
Üstünə sürt,
Ağzına dürt.
337. Üç dükanım var,
Bir-birindən fruş,
Biri atlas fruş,

Biri fəs fruş,
Biri də alaca fruş.
338. Fındıqdan iri,
Yum urtadan balaca,
Payız vaxtında,
B əzək verər ağaca.
339. H azar hazara gedər,
M ehdi bazara gedər,
Anası üç yaşında,
Oğlu bazara gedər.
340. H acılar haca gedər,
Cəhd edər gecə gedər,
Bir yumurta içində,
Qırx, əlli cücə gedər.
341. Heyva kiıııi sapsarı,
N ə heyvadı, nə darı.
Bir ağacdan dərərəm ,
L əzzətini görərəm.
342. H əsdədi, ay lıəsdədi,
Taxtı rəvan üstədi,
Bu yemiş nə yemişdi,
Bir budağın üstədi.
343. H ə r-h ə r havası var bunun,
Z ərdən çuxası var bunun,
N eşdərlənib dərm ə-deşik,
G özəl sofası var bunun.
344. H əsdədi, ha həsdədi,
Əlim kitab üstədi,
M eyvələrdə biri var,
Hamı onun üstədi.
345. Həsdədi, ha həsdədi
Şəki-Şirvan üstədi,
Qırağı qızıl kərpic,
İçi badam üstədi.
346. Hilli-hillicə,
Ağzı qıllıca.
347. Çəyirdəyi qaflıca,
Yeyilməyi dadlıca,
K əbəyə get, doyarsan,
N ə olduğun duyarsan.
348. Çölü sarı,
İçi darı.
349. Cavanlıqda ağ saqqal,
Böyüyəndə al saqqal,
Qocalanda qır saqqal.
YABANI VƏ DƏNLİ BİTKİLƏR
350. A gedən kişi,
A golən kişi,
Papağı yekə
Ayağı təkə.
351. Ağ qız çim əndə uzanar.
352. Ağac başında darı quyusu.
353. Ağac başında qarğa,
Ağzı dolu qovurğa.
354. Ağac başında qırmızı yaylıq.

355. A ğca qız suda,
F ən i-fən n icə,
B um u əyricə.
356. A ğca fərə suda oynar,
Z ə m -z ə m n ə n belə oynar.
357. Ala, ha ala,
Ö rkən dolaşdı,
Ağaca, kola.
358. Alaca, ha bulaca,
Sərdirm işəm yamaca,
Düz dırm aşır ağaca.
359. Altı ayda bir qarış,
Bir ayda altı qarış.
. 360. Altı yaşıl lalalar,
Üstü yaşıl lalalar,
İld ən -ilə əkilər,
C ütcə-cütcə balalar.
361. A t baba, ha hut baba,
Dolan evi, yat, baba.
362. Aşıq ağladı, getdi,
C iyər dağladı getdi,
Əlli dəvə, yüz qatır,
Bir m ıxa bağl adı getdi.
363. A şıq aşı bişirir,
Y anlıb, naşt bişirir.
Bu gün bir h ik m ət gördüm,
A yaq başı bişirir.
364. Bağrım başı zədəndi,
Z ərdəndi, zəbərdəndi,
Yaşıl əkdim , al tökdü,
Görən əsli nədəndi.
365. Balacayam, sarıyam,
Dem əyin ki, darıyam.
Sizə çörək oluram,
Zəm ilərin barıyam.
366. Başını kəsdim , qanı yox,
Cücələrinin sanı yox*.
367. Bizdə bir gəlin gəzər,
Saçıyla yer təmizlər.
368. Bizim bir itimiz var,
Yetmiş yeddi dili var,
Ağzı yox, adam tutar.
369. B ir at aldım, yox yerişi,
N ə erkək idi, nə dişi,
N ə yayı görür, nə qışı.
370. Bir atım var, at demərəm ,
Ölm ünə m innət elərem ,
Ətin ataram yelləre,
Sümüyün xeyrat elərəm .
371. Bir bölük atlar,
M eşedə otlar.
Gün dəyən kimi,
Sağrısı çatlar.
372. Bir damım var,
Tək dirəkli.
373. Bir il əkərlər,
Yeddi il biçərlər.
* Bu tapmacanın bir-birindən fərqiənən bir neçə cavabı vardır.

374. Bir pəyə m alım var, hamısı qaşqa.
375. Boyu bir qarış,
Saqqalı iki qarış.
376. Büm üzüm, bülbülüm üzüm,
İri salxım, xırda üzüm.
377. Qara qatır,
Küncdə yatır.
378. Qara toyuq qapıda yatar.
379. Qara toyuğun qanadı,
Kim vurdu, kim sanadı.
Y erə düşən bir danədir,
Çıxdı on beş, o nədir?
380. Q at-qat qalası,
Qan piyalası.
Uçdu anası,
Qaldı balası.
381. Qaşqa inəyi,
Bu gün itirdim.
Üç aya tapdım.
382. Qəssabbaşı, yüzbaşı,
Sənən bir at istərəm,
Nə erkək olsun, nə dişi,
N ə yayı görsün, nə qışı.
383. Qırmızı xəşən,
Atılıb-düşən,
Dəyirmanlardan
Təndirə düşən.
384. Dağdan gəlir, dağ ala,
Qolları budaq ala,
Səksən səkkiz caynaqlı,
Az qalır adam ala.
385. Dırazı qıç, uzun saqqal.
386. Evimizdə bir kişi var,
Bir şələ saqqalı var.
387. Ərəb atlandı,
Qayış qatlandı,
Qumlar ələndi,
Quyruq bulandı.
388. Zülfün ucu gümüşdür,
Sal boynuna ilişdir,
Yemişlərin içində
Yarpaqsız nə yemişdir.
389. İlim, ilim iynəsi,
İlin xatın düyməsi,
At ocağa, bas qucağa.
Getsin illər xəstəsi.
390. Yerə vurdum baltanı,
Ağzı gümüş xaltanı.
Yerdən bir oğlan çıxdı,
Dünyalann soltanı.
391. Yerə girər, əllənər,
Külək vurar, dillənər.
Köynəyi göy, özü san,
N ə buğdadı, nə də darı.
392. Gecə yumular,
Səhər açılar.
393. Gün çıxar, gülər,
Axşam mürgülər.

394. Gündüzlər gülər,
Gecə mürgülər,
Ağzma alan,
Yerə tüpürər.
395. Gündüz gəzər obanı,
Gecə sancar dabanı.
396. M eşədi, çəməndi oylağım mənim,
Özümnən yekədi papağım mənim.
397. Min bir oğul, bir ata –
Hamısı minib bir ata.
398. O nədi ki, düzülər,
Vədəsində üzülər,
Ayağından su içər,
Təpəsindən quzular.
399. O nədi ki, gecə-gündüz beli bağlı.
400. O nədi ki, kök atar, yarpaq çıxarmaz.
401. O nədi ki, nə ağdı, nə sarı,
Bir gözəl ağacda bitər saqqalı.
402. O tayda duran kişi,
Əlində Quran kişi,
Atama de, ət alsın,
Nə erkək, nə də dişi.
403. Otdur, atdır,
Beymuratdır,
Dişləyəndir,
Dişi yoxdur.
404. Otlarda necə otdu
Nə dişi var, nə ağzı,
Dişləyir heyvan kimi.
405. O nədi ki,
Samanı uçur,
Dənəsi qalır.
406. Pirəm,pirəm içində
Saqqalı pirəm içində.
407. Sarı buğda çəməndə kökələr.
408. Sarı saqqal,
Uzun hoqqar,
Onu tapmıyan,
Olsun naqqal.
409. Su üzündə ağca fərə.
410. Uzun qız uzanar,
Özünə köynək qazanar.
411. Uzun qızım uzanar,
Həftədə bir bəzənər.
412. Uzun-uzun söyüdlər,
Beli bağlı igidlər.
413. Üstədi, ha üstədi,
Əlirn tükün üstədi.
Yemişlərdə hansıdı,
Çəyirdəyi üstədi?
414. Xəncərimin ucu şişdi,
Çək, qıçıma batmış idi,
O necə şeydir, gül açmaz,
Bar verəmməz, özü bardı.
415. Xırda-xırda öldülər,
Qəbirlərə girdilər.
Beş-altı ay su verdim,
Dirçəlibən durdular.

416. Halalar, ay halalar,
Dağda dovşan balalar.
Ayağmdan su içər,
Dimdiyindən balalar*.
417. H əlm ə, həlm ə həlməsi,
H əlm ə xatın düyməsi,
H ər kəs onu tapmasa,
Bir manatdır cərməsi.
418. Çəp deyil, çəpər deyil,
Ç əpərə gərək deyil,
Uzunca buynuzu var,
Sarıca saqqalı var.
419. Ç əpər üstə çil xoruz.
420. Çil toyuq, çiləm ə toyuq,
Başını kəssən qanı yox.
Cücələrinin sanı yox.
421. Çin-çinarın başında,
Çin qara quş oturur,
Qanadların gərəndə,
Bir ovuc qum tökülür.
*
B u tap m acan m bir n e çə m ü x tə lif cav ab ı vardır.
68


—————————————————————-
HEYVANLAR
422. Avın alsan, mırıldar,
Sığallasan, xoruldar.
423. Ağ atım, əyri yatım,
Qayadan qorxmaz atım,
Yük yüklərəm, aparmaz,
Almmaz, rula satım.
424. Ağ saqqalam, bəyirrəm,
Qıllarımı əyirrəm,
M ən keçdiyim yollardan,
Qoyun-quzu gətirrəm.
425. Ağa nəzər, ay nəzər,
Adı dağları bəzər,
Başında ağac gəzər.
426. Ağzı qara boz bəylər,
Vursan, ağzın oyilər.
427. Ağzın açar,
Zohər saçar,
Hamı görüb,
Geri qaçar.
428. Ağzı var, dili olmaz,
Yüz ağac vur, çığırmaz.
429. Adam döyül, əl-ayağı, dişi var,
Əcəb şeydi, qəravəlli işi var.
430. Alaca qarğa,
Lapları yorğa.

431. A laca m ənzər,
Q apılar gəzər.
432. Altı bulaq içərlər,
Ü stü zəm i biçərlər.
433. Altı daşdı, daş deyil,
Ü stü daşdı, daş deyil.
H eyvan kim i otlayır,
H eyvana yoldaş deyil.
434. Altı, taxta, üstü taxta,
Oturub b ir ağ otaqda,
Qoyun deyil, ot otlayır,
Toyuq deyil, yumurtlayır.
435. A raba gedər, izi yox,
U lğun yanar, közü yox.
Zirzəm idə gizlənib,
Qabığı var, gözü yox.
436. Bağda sürünər, gəzər,
A z-az görünər, gəzər,
Oxşuyar bir yum ağa
Qorxuram əl vurmağa.
437. B alaca m ənzər,
Dağları bəzər.
Qayıdıb gələr,
Obada gəzər.
438. B at-bat ayaqlı,
Eym ə dodaqlı,
B elində var dağ,
A yağm da yağ.
439. B ənzəri var çatıya,
H ücum ç ə k ər fatıya.
440. Bir atım var atılar,
Qulaqları çatılar.
Quyruğunu bərk qısar,
Sinib dərədən busar.
441. Bir atım var minə bilmirəm,
Ağzın açsa, dinə bilmirəm.
442. Bir axmaq öküzüm var,
İyləndirib ət yeyər.
443. Bir qamçım var,
Əlimə ala bilmirəm.
444. Bir quşum var,
Dərisi puldan,
Gözləri nurdan.
445. Bir yağlı böyrək,
Çuvaldan çıxdı,
Xorhaxor kişi,
Ağzına tıxdı.
446. Bir öküzüm var, mıx yüklü.
447. Boyu bənzər əriyə,
Qaçar girər dəliyə.
448. Qaya altdan qaz gedər,
Bumun qulazlar gedər,
Bir il buğaya gələr,
Yeddi il boğaz gedər.
449. Qanadı var uça bilməz,
Quru yerdə qaça bilməz.
450. Qatar-qatar söyüdlər,
Başı bağlı igidlər.

451. Qızılgül beçə verdi,
Sana gör neçə verdi?
Y arpaqsız ağac gördüm,
Torpaqsız beçə verdi.
452. Qoz ağacı başında,
L ənkəranın tuşunda,
Ə lli-altm ış yaşmda,
D eyər oğlanam , oğlan.
453. Dağdan, qayadan aşar,
Pişik kimi dırmaşar.
İlan kimi sürünər,
Divardan b ərk yapışar.
454. Dağdan gəlir dağ alaca,
D alın söykəyib ağaca,
Ə tdar M əm m əd qavaxlıdı,
M əm m əd şərif dodaqlıdı.
455. Dağlarda lala gəzər,
Ə ldə piyala gəzər,
N ə yum urtlar, nə doğar,
Yanm ca bala gəzər.
456. Dağların q a n m ənəm ,
Gün vursa ərim ənəm .
Oğlum un qaynatası,
Qızım ın əri m ənəm .
457. Dik çıxanda ildırım,
D ik enəndə digirqoz.
458. D ilim -dilim nar,
D izim əcən qar,
Yeddi dananın gönü,
Bircə ayağım a dar.
459. Doqquzu don darayı,
Səkkizi san darayı.
İkisi xas qırmızı,
Dördü mazan darayı.
460. Evimizdə bir kişi var,
Xorhaxor yatışı var.
461. Əkdim palıd,
Çıxdı şabalıd,
Ortasından bir zoğ çıxdı,
Nə palıddı, nə şabalıd.
462. Ərşin ayaq,
Bənövşə qulaq.
463. İynəsi çox,
Tikəni yox.
Əti dənnan,
Özü heyvan.
464. İlan yolu, kcçi qılı,
Qatarlaşıb gedərlər hey.
465. Yatanda yumru yatar,
Əlinə dənnan qatar,
Kim istəsə tutmağa,
Tikəni ələ batar.
466. Ycddi öküzüm var,
Gönündən bir cüt çarıq çıxmaz.
467. Yer altında yağlı böyrək,
Dc yetim adın deyim.
468. Yer altdan oxlov gedər.
469. Ağ atım, lobbaz atım,
Qayadan qopmaz atım.

470. Y er altında yağlı qamçı,
Suyu içər dam cı-dam cı.
471. Y er altında yağlı küt.
472. Yol üstə yoğun oxlov.
473. Y ük üstə qıllı yumaq.
474. Kolları gəzər pusa-pusa,
Qıçları uzun, qolu qısa.
475. Gedər, gedər – izi yox,
Şıllaq atar, dizi yox.
476. G özlərində çırağı,
D işlərində qırm ağı,
Yağı adam küsdürər,
Zəhm i heyvan əsdirər.
477. Günü keçər tayada,
Xoş gün v erər sayada.
478. M alın gəlir enişdən,
Qulaqları güm üşdən,
Züy vurub ü zər hərdən,
Çaydan, göldon, dənizdən.
479. M aral-m aral inəyim,
Qamı xaral inəyim ,
Su içm əz, ot otlamaz,
Ç əpər yaran inəyim.
480. M aral-m aral öküzüm,
Qam ı xaral öküzüm,
Düz yerdə g ə z ə bilmir,
Ç əpər yaran öküzüm.
481. M eşədə bir qız gördüm, gözləri şəhla,
Düşdüm onun izinə, qaldım tək-tənha.
482. M əmmədiyar, əyri diyar,
Dörd lap-lap, iki çip-çip.
483. M idili-midi üzlüco,
Midili siçan üzlücə.
Midili, hara gedirsən,
Yiiz m in cida üzlücə.
484. Nağara, ha nağara,
Dırınaşar ha divara.
485. N or kimidi, nər deyil,
Rongi qara qır deyil.
486. O yanı taxta,
Bu yanı taxta,
Şaqqulu boy otaqda.
487. O nədi ki, qulağından kəsilər.
488. O nodi ki, dizlorindən asılar.
489. O nədi ki, evə ginnoz,
Sodaqəti eldə gəzər.
490. O nədi ki, daşdan köynok geyinor?
491. O nədi ki, doğur əlsiz-ayaqsız.
492. O nədi ki, əyri ayaq, çəpbəl qulaq,
Dodağı mırıq, ağzı cırıq.
493. O nədi ki, zirzəmidə qışlağı,
Dərisi var, tükü yox.
———————– —————————————– 4 – 75

494. O nədi ki, iynəsi çoxdu,
Sap yeri yoxdu.
495. O nədi ki, gecə gəzər aylı xan,
Gündüzü də yaylı xan.
Göy otların başında,
Düymə düzər aylı xan.
496. O tayda durar, gedər,
Boynunu burar gedər.
Bir sürüyə girəndə
Qırxını qırar gedər.
497. O hansı heyvandı, anadan saqqallı doğular?
498. Ot yeyər inek deyil,
Yumurtlar, toyuq deyil.
499. Saqqalı uzun bəyzadə,
Gedər qabaqda haramzade.
500. Saqqalı uzun sallanar,
D ağa-daşa dınnanar.
501. Sarı atım, sapba atım,
Sarı qayadan keçməz atım.
502. Səssiz göldə it hürər.
503. Sıpa gödəni,
Eşər təpəni.
504. Sudan çıxıb daş deyil,
Qanadlıdı, quş deyil.
505. Suya girər millənər,
Sudan çıxar, dillənər.
506. Sularda batar,
Quruda yatar,
Hoppanar-düşor,
Ordları şişər.
507. Talalar, ha talalar,
Talaya od salalar,
Nə erkeyi, nə dişisi balalar.
508. Taxçadan düşdü, tap elədi,
Gülsənəm onu hap elədi.
509. Tikan dibində qıllı yumaq.
510. Torpaqdan lülə,
Ətdəndi güllə.
511. Tut-tut tuburğu,
Tutda bitər tuburğu.
Tutdan bir şüy çıxıbdı,
N ə tutdu, nə tuburğu.
512. Uzun-uzun ulama,
Ucuna qıl dolama,
Bizim ala kəkliyin,
Yumurtasm kim ala?
513. Üstü daş, altı daş,
Ortasında cmdır baş.
514. Üstü palım-palazım,
Altı suyum, bulağım,
Içi yemim, yeməyim.
515. Üstü pulcuq,
İçi qılcıq.
516. Üstünə baxırsan dam.
Altına baxırsan eyvan,

İçinə baxırsan quş,
Çölünə baxırsan heyvan.
517. Heyvandı heç səsi yox,
Üstündə pulları çox.
518. H ət ayaqlı, hüt ayaqlı,
Gümüş qatlı, lüt ayaqlı.
519. H ilim -hilim kəhər at,
Hilim m ərcan kəhər at,
Ayağmda qıl sicimi,
Səsi gözəl kəhər at.
520. Himdi, himdi, o himdi.
Gözüm gözünə cimdi,
Ycrin altında deyin
Gecə xidm ətçi kimdi?
521. Hindi hindico,
Bum u əyricə,
Hara gedirsən,
Bu yarı gecə.
522. Çil toyuq, çiləm ə toyuq
Başını kəsdim, qanı yox,
523. Can alıcı,
C əfa qılıcı,
Yum uru təpə,
Gümüş küpə.
524. Şappaz, ha şappaz,
Qayadan qopmaz.
N ə yük götürm əz,
N ə pula getməz.
525. – A quş, hardan gəlirsən?
– Qanlı qaya dibindən.
– Qanın niyə qurumuş?
– Allah belə buyunnuş.
526. Alaca-bulaca,
Uçdu qondu ağaca.
527. Altı qoyun, üstü keçi,
Başı şabalıd, quyruğu qayçı.
528. Axşam anadan olar,
Səhər durar, yer ovar.
529. Axşam yığılar,
Səhər dağılar.
530. Bağda uçar səhər-səhor,
Verər bizə yazdan xəbər.
531. Başı daraq, quyruğu oraq,
Tezdən durar, surun vurar.
532. Bir quşum var,
Ziy-ziyidi.
Gecə uçar,
Gündüz yatar.
533. Buxarı, ay buxarı,
Tüstü çıxar yuxarı,
Kənddə bir oğlan gördüm,
Əyni yaşıl çuxalı.

534. Qara qatır,
B ədlik satır,
Gecə gəzir,
Gündüz yatır.
535. Qatarlanıb gedirlər,
B izə salam edirlər.
536. Q at-qat qalası var bunun,
Q an piyaləsi v£ir bunun.
N ə çalxalar, nə çıxardar,
Pərvaz balası var bunun.
537. Q atar-qatar uçarlar,
Şahin görüb qaçarlar,
G ündüzləri otlayıb,
A xşam lan uçarlar.
538. Dağdan gəlir Banı xanım,
Ə lləri xınalı xanım,
Farsi deyər, dil anlamaz,
A la köynək, çit arxalıq.
539. Dağdan gəlir Dağara xanım,
Ə lləri xınalı xanım,
Farsı çalır, türk oynayır,
A y keçi köynəkli xanım.
540. Dağdan gəlir kəhər at,
Zalım , gözəl kəhər at,
A yağm da qıl sicim,
Budu gəldi kəhər at.
541. D ağların barı m ənəm ,
Ə rim əz qarı mənəm.
A tam m oğluyam,
Anam ın əri m ənəm .
542. Dili də var, ağzı da,
Heç danışmır adamla.
543. Elə gedər hizi kimi,
Çarıqçının bizi kimi,
Ağı var dələm ə kimi,
Qarası var kömür kimi.
544. Eşdim-eşdim qum çıxdı,
Qumdan minarə çıxdı,
Bildir doğulan oğlan,
Bu il çinara çıxdı*.
545. Əzan verir, namaz bilmir,
Arvad alır, kəbin bilmir.
546. Əyri boyun, sarı dimdik,
Gödək ayaq, yaşıl papaq,
Suda gəzər, yastıyapalaq.
547. Zülmət enəndə gülər,
İşıq görsə mürgülər.
548. Yumru, yumru sarıdı,
Yumru gözü darıdı,
Gəzir bizim bağçada,
Üç həfitənin barıdı.
549. Kardı, kordu gündüzlər
Vurdu, haydı gecələr,
Hansı quşdu döşü var,
Ağzında dişi var.
550. Gedir, gedir izi var,
Geri dönür, tozu var.
* Bu tapm acanm b ir n e çə cavabı vardır.

A1 osmanda çəngi var,
Quyruğunda rəngi var.
551. Gəlirdim kənddən,
Səs gəldi bənddən,
Ağzı sümükdən
Saqqalı ətdən.
552. Göylə uçar, görünməz,
Y erə düşər, sürünməz,
D oğar-törər, əri yox,
Qanadının pəri yox.
553. Gündüz yatar yuvada,
Gecə gəzər obada.
554. M ən atamın vəznəsiyəm,
Cibinin xəznəsiyəm.
Atam m ənim oğlumdu,
M ən atamın yeznəsiyəm*.
555. Nağaraçı nağara çalır,
N ə nağarası var, nə çubuğu.
556. O necə quşdu ki,
İnsan kimi süd əmər.
557. Onun adı pəridi,
Könlüm ə müştəridi.
Axşam anadan oldu,
S əhər durdu yeridi.
558. Siçan görsə dişin açar,
Quş görəndə qanad açar.
559. Sübhdən nişanı var,
Üzündə qeyrəti var.
Al osmanda cəngi var,
Quyruğunda rəngi var.
560. Tap tapmaca,
Gül yapmaca,
M əməli xatın,
Dişləri yox.
561. Tap tapmaca,
Qulaqları yappaca,
Yatanları oyadır,
Süleyman papaqlıca.
562. Tullananda cüt atar,
Alacası qıçında.
563. Uzun boy, qısa ayaq,
Gəzor yastıyapalaq.
564. Uyumamış dələmə,
Düşüb səsi aləmə.
Üç həftənin içində,
Diri düşmüş aləmo.
565. Halalar, ha halalar,
Dağda ceyran balalar.
Quşlardan hansı quşdu,
Yumurtasız balalar.
566. Çıxdım qız qalasına,
Ox atdım yuvasına,
Quşlardan hansı quşdur,
Süd verir balasına.
*
Tapmacanın müxtəlif cavabları vardır.

Azərbaycanın müalicəvi bitkiləri

Azərbaycanda bir çox bitki və meyvələrin müalicəvi xüsusiyyətləri, təbabətdə istifadəsi, müalicə üsulları ilə insanlara çoxdan məlumdur. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxaraq müasir elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Hətta bir vaxtlar xalq təbabətinə qısqanclıqla yanaşan elmi təbabət də bu gün onun əhəmiyyətini etiraf etmək məcburiyyətindədir. Məlum olduğu kimi, Azərbaycan florasına daxil olan ali bitkilərin və meyvələrin bir çoxu dərman əhəmiyyətlidir və insanlar hələ qədim zamanlardan bəri onlardan bu və ya digər xəstəliyin müalicəsində istifadə etmişlər. Belə xüsusiyyətə malik bitkilər 1545 növlə təmsil olunurlar ki, bu da Azərbaycan florasına daxil olan ümumi bitki növlərinin 34,3%-ni təşkil edir. Qeyd etmək lazımdır ki, bu saya başqa yerlərdən gətirilərək yerli şəraitə introduksiya edilən növlər də daxildir. Azərbaycanda daha çox yayılaraq xalq təbabətində geniş istifadə olunan dərman bitkiləri və meyvələri.

Müalicəvi bitkilər

Bir çox bitkiləri insan qidada istifadə edir, digərlərini isə təbiətdə və evdə seyr edirlər. Bundan başqa isə elə möcüzəvi otlar da var ki, müalicəvi xüsusiyyətlərə malikdirlər və insana müxtəlif xəstəlikər zamanı sağalmağa kömək edirlər. Belə bitkiləri müalicəvi bitkilər adlandırırlar. Çox vaxt biz ayaqlarımızın altında belə “yaşıl həkimlər”in bitməsi haqda heç fikirləşmirik. Məsələn, barmağını əzmisənsə, qanın saxlanılmasında görkəmsiz bağayarpağı köməyinə çata bilər. Bağayarpağının sadəcə bir yarpağını yaranın üstünə qoymaq kifayət edər və qanın axması o dəqiqə dayanacaq. Bu kimi bir çox bitkiləri insanlar müalicə üçün istifadə edirlər. Məsələn müalicəvi bitkilərə bunları aid etmək olar:çobanyastığı,yovşan, inciçiçəyi, dazıotu, peyğəmbərçiçəyi, itburnu, moruq, qarğıdalı, gicitkən, zəfəran və s.

Tərxun

Tərxun insan orqanizmi üçün vacib olan bir çox vitamin və maddələrlə zəngindir. Buna görə də ilk növbədə vitamin çatışmazlığı zamanı tərxundan daha çox istifadə etmək lazımdır. Tərxunun faydalarından biri həzm prosesini yaxşılaşdırmasıdır. Yağlı və ağır yeməklər yeyən zaman tərxundan istifadə etməklə həzm prosesini asanlaşdırmaq mümkündür. O mədənin fəaliyyətini gücləndirir. Tərxunla damar divarlarındakı problemləri də aradan qaldırmaq mümkündür. Bu bitki qanı da təmizləyir. Bu ətirli bitki sidikqovucu xassəyə malikdir. Müntəzəm olaraq tərxundan istifadə etməklə bədəndəki duzları xaric etmək olar.

İtburnu

Bu bitkiyə dərgil də deyirlər. Respublikamızın ərazisində geniş yayılıb. Onun tərkibi vitaminlərlə, şəkərlərlə, mikroelementlərlə olduqca zəngindir. Bitki aləmində yayılmış vitaminlərin hamısı,xüsusilə S vitamini (oskorbin turşusu) dərgilin tərkibində lap çoxdur. Odur ki , onu “təbii vitamin” kompleksi adlandırırlar. Elə tərkibində olan qiymətli maddələrin zənginliyinə və bir sıra müalicəvi xüsusiyyətlərinə görə ondan xalq təbabətində geniş istifadə olunur.

Moruq

Azərbaycanın ərazisində geniş yayılıb. Əsasən 15 növü bitir. Moruğun kimyəvi tərkibi növündən, becərmə şəraitindən asılı olaraq müxtəlifdir. Meyvələrinin tərkibində S, V, E vitamini, karotin, şəkərlər, üzvü turşular, efir yağları və bir sıra aktiv maddələr vardır. Ona görə də böyük müalicəvi xüsusiyyətə malikdir. Podaqra (oynaq və toxuma xəstəliklərində) və nefrit xəstəliklərində moruq yemək olmaz. Tərkibində dəmir olduğu üçün qanəmələgətirməni yaxşılaşdırır. Moruğun payızda yığılmış köklərinin həlimi astma xəstəliyində yaxşı dərmandır: 1 x.qaşığı xırdalanmış kökləri 1 stəkan qaynar suda 15-20 dəq zəif odda qaynatmaq, 1 saat dəmləmək. Bronxial astmada ¼ stəkan gündə 3 dəfə qəbul etmək.

Qarğıdalı

Böyrək və qara ciyər xəstəlikləri zamanı ondan istifadə edirlər. Belə ki, həmin xəstəliklərə mübtəla olduqda bitkinin saçaqlarını çay kimi dəmləyib gündə bir neçə dəfə içmək məsləhətdir. Saçaqlarının tərkibində efir yağı, saponinlər, K vitamini və sair maddələr var. Qarğıdalı saçağından hazırlanmış dərmanlar elmi təbabətdə də işlədilir. Belə ki, onun saçaqlarından duru ekstrakt hazırlanır və ondan qan kəsici dərman kimi istifadə olunur.

Yemişan

Yemişanla müalicə qandakı xolestirinin miqdarını aşağı salır, ürək nahiyyəsində xoşagəlməz hissləri aradan qaldırır, mərkəzi sinir sisteminin qıcıqlanmasını azaldır, ürəyin vena damarlarında və beyinin damarlarında qan dövranını gücləndirir, taxikardiyanı (ürəyin tez-tez döyünməsini) və aritmiyanı aradan qaldırır, arterial təzyiqi bir qədər aşağı salır və yuxunu yaxşılaşdırır. Allergiya xəstəliklərinin müalicəsində də yemişan yaxşı nəticə verir. Bunun üçün ondan alınan püreni yeməkdən əvvəl gündə 2 dəfə çay qaşığı miqdarında qəbul edilməsi tövsiyə olunur. Yemişanın meyvələrinin ekstraktı taxikardiyanı və aritmiyanı aradan qaldırır, ağrı hissini azaldır, ürək sahəsində ağırlıq hissini aşağı salır və xəstənin ümumi vəziyyəti yaxşılaşır. Kardiosklerozda məsləhət görülür. Meyvələrinin 15%-li ekstraktı yeməkdən qabaq gündə 3 dəfə 30-50 damcı qəbul edilir. Çiçəklərinin 15%-li arağı gündə 3-4 dəfə 20-30 damcı qəbul edilir.

Gicitkən

Bədən oynaqlarında duz olarsa, onun kötüyünü çıxarıb təmizləyin. Sonra qayçı ilə doğrayıb çaynikdə qaynadın. Yeməkdən əvvəl gündə üç dəfə hər dəfə də 100 qram) için. Oynaqlarda duz çox olarsa, fasilə ilə bunu altı ay davam etdirmək olar. Qarın ağrısı (ishal) zamanı isə onun yarpağından istifadə edilir. Bunun üçün gicitkənin təzə pöhrələnmiş yarpaqlarını yığıb çay kimi dəmləyin və gündə 3-4 stəkan için.

Zəfəran

Zəfəran-qiymətli dərman bitkisidir. İnsanlara qədim zamanlardan məlumdur. Dünyanın çox az yerində bitir. Abşeronda zəfəran bitir. Vaxtilə xalq təbabətində qıcolmaya, göz ağrısına, göy öskürəyə tutulanları onunla sağaldıblar. Məşhur yunan həkimi Hippokrat da müalicə məqsədi ilə ondan istifadə edib. Zəfəran soyuqdəyməyə qarşı əlac olaraq işlədilir. İnsanın eşitmə, görmə qabiliyyətini artırır, maddələr mübadiləsinin gedişini normal hala salır. Zəfəran mədə-bağırsaq xəstəliyində iltihabı aradan qaldırır, böyrəklərdə baş verən çürümənin qarşısını alır.

Şəfalı meyvələr

Albalı

İştahanı artırır, ağız boşluğunda qurumanın qarşısını alır, üzü şəffaflaşdırır. Albalı və onun şirəsi qan təzyiqini normallaşdırır, öd kisəsindəki ağrıları aradan qaldırır. Hamilə qadınlara yaxşı təsir göstərir. Albalı şirəsi ən zərərsiz yuxu yaradan təbii vasitədir. Bu səbəbdən yuxusuzluqdan əziyyət çəkənlər ondan birmənalı şəkildə istifadə edə bilərlər. Şirəsi susuzluğu, qan təzyiqini və ödün sürətli ifrazını azaldır.

Limon

Ürək ağrısını kəsir, həzmə kömək edir, iştahanı artırır. Ağız boşluğunda qurumanı aradan qaldırır, qan təzyiqini aşağı alır. Mədədə əmələ gələn şiddətli ağrıları azaldır, öd kisəsinin iltihabının, ürəkbulanmanın və qusmanın qarşısını alır, qan dövranını tənzimləyir. Boğaz ağrısı və onun iltihabının, dişdibi ətinin xəstəliyinə, ağız boşluğunda olan səpgilərin müalicəsində yaxşı effekt verir. Ağızdan gələn pis qoxunu aradan qaldırır, başağrısı, ürəkdöyünməsini tənzimləyir.

Heyva

Göy, quru öskürək, mədə-bağırsaq iltihabı, ürək-damar fəaliyyətinin artırılmasında, böyrək və sidik-cinsiyyət orqanları iltihabının müalicəsində heyvanın böyük əhəmiyyəti vardır. Heyva toxumunun, cöpünün dəmləməsi mədə-bağırsaqda olan səpgilərin, tənəffus orqanlarının, böyrək ağrılarının müalicəsinə cox yaxşı təsir edir. İnkişaf edən uşaqların sümüklərinin möhkəmlənməsinə kömək edir. o, hər yaşda olan insanların sinir sistemini gücləndirir, mədə-bağırsağı zərərli mikroblardan təmizləyir.Dəriyə və dırnaqlara parlaqlıq qazandırır.

Zoğal

Zoğal bitkisindən (meyvəsindən) insanların qida kimi istifadə etməsinin qədim tarixi vardır. Zoğalın qabıqlarından hazırlanan ekstraktın arpa unu ilə qarışdırıb pasterizə bənzər maddə hazırlayıb səpgi və cibanların uzərinə yaxıb müalicə edirlər. Qabıq və yarpağından hazırlanan dəmləmə və cövhərlərdən böyrək, qaraciyər və diabetdə istifadə edilir. Şirəsindən damcı kimi göz xəstəliklərində istifadə edilir. Yarpaqlarından surrokat cayı hazırlanır. Meyvəsindən qan azlığında, soyuqdəymələrdə, qızdırmada, mədə-bağırsaq xəstəliklərində, şirəsindən hazırlanan spirtsiz ickilərdən malyariyada, iştahın artırılmasında, şirəsini nişasta ilə qarışdırılıb şəkərli diabetdə, eləcə də iştahartırıcı vasitə kimi istifadə edilir.

Mandarin

Bu meyvənin insan səhhəti üçün böyük xeyiri şübhəsizdir. Mandarin C, B1 və B2, P, K, D vitaminləri, A provitamini, efir yağları, orqanik turşular və s. ilə zəngindir. Bundan əlavə mandarində kalsium, maqnezium, kalium kimi insan orqanizmi üçün çox vacib olan mikroelementləri var. Bütün sitrus meyvələri kimi, mandarin da hətta uzun müddət saxlandıqda belə öz faydalı xüsusiyyətlərini itirmir. Mandarin maddələr mübadiləsi proseslərini yaxşılaşdırır, iştahanı və immuniteti artırır, qan damarların divarlarını möhkəmləndirir, ateroskleroz xəstəliyi ilə mübarizədə kömək edir. Mandarində olan xüsusi aminoturşular var ki, bronxları selikdən təmizləməyə kömək edir.

Nar

Nar vitamin (A, C, B, P,E) və mikroelementlərlə (kali, kalsium, yod, mis, dəmir və s.) olduqca zəngindir. Narda olan antioksidantlar orqanizmdə yaranan müxtəlif zərərli maddələrlə (şlaklar, toksinlər) mübarizə aparmağa kömək edir, orqanizmi cavanlaşdırır. Tədqiqatçılar narın xərçəngin profilaktikasında böyük rolu olduğunu sübut edirlər. Nar insanın ürək-damar, mədə-bağırsaq, immun və s. sistemlərinə çox müsbət təsir edir, qanda hemoqlobinin səviyyəsini artırır. Nar qurdqovucu təsirə malikdir. Nar qan təzyiqini və qanda olan qlyükozanın səviyyəsini aşağı salır və bu səbəbdən nar hipertonik və diabetiklər (təbii ki, az miqdarda və turş sortlar) üçün çox xeyirlidir. İnfeksion xəstəliklər və cərrahi əməliyyatlardan sonra nar şirəsinin istifadə edilməsi orqanizmi tez bir zamanda bərpa olunmasına kömək edir. Nar şirəsi insanın iştahasını artırır və immun sistemi möhkəmləndirir.

Xurma

XIX əsrin axırlarından bu meyvə bütün dünyada tanınır. Xurma ən xeyirli meyvələrdən biri sayılır. Xurmanın bütün növləri kalium, maqnezium, dəmir, fosfor, yod kimi mikroelementlər, A, C,P vitaminlərlə, glükoza və saxaroza ilə zəngindir. Bundan əlavə xurmada karbohidratlar, zülallar, qida lifləri, üzvi turşular, antioksidantlar var. Antioksidantları xüsusən vurğulamaq lazımdır. Antioksidantlar hava, su, qida ilə birlikdə orqanizmimizə düşən şlakları, toksinləri və s. zərərli maddələri orqanizmdən çıxartmağa kömək edir. Xurma müəyyən bakterisid (bakteriyaları öldürən) xüsusiyyətlərinə malikdir.

Feyxoa

Bu meyvə — təbii yodun mənbəyidir. Bu element, qalxanvari vəzin disfunksiyası halında ona çox yaxşı təsir göstərir. Dəmirin, feyxoanın tərkibində su ilə qatışıq halda olması, orqanizm tərəfindən çox yaxşı mənimsənilməsinin təmin edir. Feyxoanın mineral tərkibi də çox zəngindir. Kaliy, maqniy, dəmir, fosfor, və sink elementləri ilə zəngin olan bu meyvə, orqanizm üçün vacib olan mikroelementlər mənbəyidir. Vitaminlərə gəldikdə, bu meyvədə insan orqanizmi üçün lazım olan bütün vitaminlər toplanmışdır. Xüsusi ilə C vitamini qeyd edildiyindən, bu meyvə, qrip epidemiyası zamanı yaxşı köməkçi sayılır. Bu məhzulla immun sistemi möhkəmləndirmək mümkündür. Meyvənin ətinin tərkibində pektin var, o,isə yüngül qarın işlətmə effektinə malikdir. Bu meyvənin həzm sisteminə də xoş təsir etməsindən xəbər verir.

Badam

Xalq təbabətində badam ləpəsi qan azlığında, bronxial asmada və yuxusuzluqda işlədilir. Badam yağı ürək və qulaq ağrısında, sətəlcəmdə, iltihabda və boğaz ağrısında faydalıdır. Badamda xüsusi maddə vardır ki, o orqanizmin hüceyrələrini qoruyur və onları sağlam saxlayır. Badam orqanizmdə olan pis xolesterinin miqdarını azaldır. Badam şəkərlə birlikdə asmada, plevritdə, bağırsaq və sidik kisəsində yara olanda çox faydalıdır. Badam kişiliyin qüvvəsini artırır, görməni yaxşılaşdırır. Badam sevənlər üçün yaxınlaşan qocalıq qorxulu deyildir. Badamı sevənlər istənilən yaşda özlərini gümrah, cavan və yüngül hiss edir. Badam yağı badamdan əldə edilən təbii bir yağdır. Aromaterapiya və masaj tətbiqlərində tez-tez istifadə edilir. Badam yağı yağ turşuları baxımından olduqca zəngindir və bu sayədə kirpiklər üçün nəmləndirici funksiyası yerinə yetirərək qırılmalara mane olar. Ayrıca nəmlənən kirpiklər normala nisbətən çox daha tez uzanar və parlaq bir görünüş qazanar.

Bitki çayları

Təbiətin möcüzəsi bitki çaylarının bədənə faydaları saymaqla bitmir. Bitki çayları bir çox xəstəlikdə tamamlayıcı müalicəni təmin edir. İstifadə etməmişdən əvvəl bitkinin tam olaraq o olub olmadığını anlamağınız lazımdır. O bitki isə əgər uyğun zamanda yığılıb saxlanma müddətinə malikdir. Şübhəsiz təzə olanlarını almalıyıq. Bitkinin necə qurudulduğu da əhəmiyyətlidir. Qurutma əsnasında içindəki maddələri itirməmiş olmağı lazımdır. Məsələn köklərin günəşdə qurudulması lazım olarkən, çiçəklərindən yararlanacağımız bitkilərin kölgədə və küləkdə qurudulmuş olmağı əhəmiyyətlidir. Mədəni rahatlaşdıran 5 bitki mənşəli çay! Bu bitki çayları mədəyə çox yaxşı təsir edəcək.

Biyan kökü çayı

Bu bitki mədə yarası və qəbizliyə xeyirlidir. Böyrəklərin işini aktivləşdirdiyinə görə qum və daşın böyrəklərdən atılmasına kömək edir. Biyan kökü çayı rahatlatıcı təsirə malik olduğu və susuzluğu aradan qaldırdığı üçün bu çayı yayda daha çox içmək məsləhət görülür. Biyan kökü bir çox xəstəlikləri də aradan qaldırmağa kömək edir. Tərkibindəki saponin və qliserizin xam maddələri sayəsində sinəni yumşaldır və bəlğəm gətirir. Bu bitki həm də, bronxit, soyuqdəymə və qrip kimi xəstəliklərdə və boğaz ağrılarında rahatlatıcı təsirə malikdir. Biyan kökü həzm sisteminə də olduqca faydalıdır. Mədə yanması, qastrit və mədə yarasının əmələ gəlməsinin qarşısını alır. Spazmları aradan qaldırır. Böyrəklərin fəaliyyətini yaxşılaşdırdığı üçün boyrək daşlarının və qumun orqanizmdən xaric olunmasına kömək edir. Mədə narahatlığını keçirən adam biyan kökü çayından 2 fincan içmək, mədəyə çox yaxşı təsir edir.

Zəncəfil çayı

Zəncəfil tək ədviyyat deyil, zəncəfil həm də müalicəvi bitkidir. Zəncəfili üyüdülmüş və çiy (zəncəfil kökü) şəklində istifadə etmək olar. Zəncəfilin müalicəvi xüsusiyyətləri olduqca çoxdur. Bu bitki (daha doğrusu onun kökü) iltihabəleyhinə, antibakterial, ağrısazlaşdıran, tonuslaşdırıcı, spazmolitik və s. xüsusiyyətlərinə malikdir. Həzm probleminə çox yaxşı effekti var. Yediklərinizi həzm etməyə kömək edir. Astma xəstəliyi zamanı zəmcəfilin bəlhəmgətirici xüsusiyyətləri onu olduca faydalı edir. Şəkər xəstəliyi zamanı təzə zəncəfilin şirəsi qanda şəkərin səviyyəsini aşağı salır. Zəncəfilin spazmolitik xüsusiyyəti onu ağrılı menstruasiyalar, baş ağrıları, bağırsaq spazmları zamanı olduqca effektli edir. Bütün bu xüsusiyyətlərini zəncəfilin zəngin vitamin-mineral tərkibi təmin edir. Belə ki, zəncəfilin tərkibində B qrupu, A və C vitaminləri, dəmir, sink, kalium, natrium, fosfor, maqnezium, kalsium kimi mikroelementlər, müxtəlif əvəzedilməz aminoturşular, efir yağları və s. var. Zəncəfil çayı arıqlamağa kömək edir.

Nanə çayı

Nanə ağrı kəsici kimi: Dəriyə tətbiq edilmə üsuluyla ağrı kəsici xüsusiyyəti vardır. Baş ağrılarında suyla qarışdırılmış nanə yağının 10 dəqiqəlik tətbiqi kifayyətdir. Burxulmalarda da nanə yağı ilə masaj olunduqda çox yaxşı faydası olur. Nanənin qoxusu çox ətirli olur. Nanə və Kəklikotu ilə edilən çay çox faydalı və qripə təsirlidir. Həzm yollarına təsiri: Mədə və öd ifrazatını artırır, beləcə həzmi asanlaşdırır. Mədə pozğunluğu, soyuqdəymə və ürək bulantısını aradan qaldırır. Həzmsizlik çəkənlərin pis ağız qoxularını önləyir. Mədə spazmasını aradan qaldırır. Qaraciyərin dostudur: Qaraciyərin müxtəlif xəstəliklərinin yaxşılaşmasını təmin edir. Qaraciyər ağrısını aradan qaldırı,r öd ifrazatını artırır. Öd daşını tədricən tökür. Nanə çayı, bağırsaqları rahatlaşdırır və qarın əzələlərini boşaldır. İçinə damaq zövqünüzə görə limon da qata bilərsiniz.

Razyana çayı

Razyana (latın dilində “foeniculum”)çətirçiçəklilər fəsiləsindən ikiillik və çoxillik bitki cinsidir. Daha çox iki növü məlumdur. Hündürlüyü 2 metrə çatır. A,C və B qrupu vitaminləri, həmçinin kalium, maqnezium, kalsium mineralları ilə zəngindir. Azərbaycanda yetərincə istifadə edilən çay növlərindəndir. Yeməkdən sonra mədənizi rahatlaşdırar. Yeməklərin üyüdülmə sürətini artırır. Köp zamanı çox yaxşı təsir edər. Bundan başqa razyana sidikqovucu, sakitləşdirici, ağrıkəsici həmçinin antibakterial və antikanserogen təsiri ilə də məlumdur.

Çobanyastığı çayı

Yuxusuzluğa çox yaxşı təsiri var, sakitləşdirici və antiseptikdir. Allergiyası olanlar üçün tövsiyə edilmir. Çobanyastığı dəmləməsi bağırsaq qazlarını da müsbət təsir edir(südlə birgə içmək daha yaxşıdı). Spazmı aradan qaldırır. Bağırsaqlardan qaz çıxarma xüsusiyyəti olduğu üçün xüsusilə də qastrit və mədə xorası zamanı çox faydalı olan çobanyastığı xəstəliyin sağalmasını tezləşdirir. Çobanyastığının çayı, yağı tibbdə çox istifadə edilir.Çobanyastığı çayı dərini təmizləmək ve fərahlandırmaq üçün faydalıdır. Bu çayla gözə kompres etmək gözdəki şişkinliyi aparır.Çobanyastığı suyu, yəni dəmləməsi ilə vanna qəbul etmək bədənin dərisinə mikroböldürücü təsiriylə bərabər dərini təzələr.Saçları bu dəmləməylə yumaq parlaqlıq verər. Çobanyastığı yağı ağrıların müalicısində də istifadə olunur. Əsasəndə uşaqların qarın nahiyəsindəki sancı,ağrı (ağrı əsasən köp zamanı olur)zamanı çobanyastığı yağı isidilir və əllə qarın nahiyəsi yüngül masaj edilir. Bunu ağrı olmayan zaman da etmək olar faydası var,amma ziyanı yoxdu. Çobanyastığını qaynadıb buxarı ilə tənəffüs etmək soyuqdəymə və sinusitdə(burun ciblərinin iltihabı deməkdir) xeyirlidir

Comments are closed, but trackbacks and pingbacks are open.