Press "Enter" to skip to content

Mədəniyyət və incəsənət tarixi

Dünya əhəmiyyətli
Arxeoloji – 1
Memarlıq – 5

İncəsənət Tarixi

Yer üzündə yaşamış insanlar öz həyat tərzləri ilə bağlı zəngin bir tarixi-kulturoloji iz qoyub getmişlər. Keçmişə aid olan maddi mənbələr (əşyalar), yazılı qaynaqlar bu günə qədər qalır və tariximizi, kulturoloji baxımdan öyrənməyə imkan verir. Maddi mənbələr əsasən yaşayış yerlərindən və qəbir abidələrindən əldə edilir. Yazılı qaynaqlar, kitabələr isə qayalar, daşlar, sümük və gil lövhələr, papirus və s. əşyalar üzərindədir. Maddi mədəniyyət abidələri (yaşayış yerləri, qəbir abidələri, qayaüstü təsvirlər və s.) və tədqiqat nəticəsində əldə edilmiş materiallar (əmək alətləri, silahlar, bəzək əşyaları və s.) qədim keçmişi öyrənmək üçün son dərəcə əhəmiyyətli tarixi-kulturoloji mənbələrdir. Bu abidələr vasitəsilə qədim insanların yaşayış tərzi, istifadə etdikləri əmək alətləri, adət-ənənələri, dini görüşləri haqqında məlumatlar əldə edilir, onların davranış və məişət həyatı, məşğuliyyəti və ictimai münasibətləri kulturoloji baxımdan öyrənilir və tədqiqat obyektinə çevrilir. Müxtəlif tipli qəbir abidələri-daş qutu qəbirlər, torpaq qəbirlər, kurqanlar, küp qəbirlər, taxta qutu, katakomba və onlardan əldə edilmiş materiallar qədim insanların adət-ənənələri, dünyagörüşləri, dini inancları və s. haqqında geniş kulturoloji məlumatlar verir.
Qəbir abidələri insanlar arasında müxtəlif dəfn mərasimlərinin mövcud olduğunu göstərir. Mərhumun qırmızı oxra ilə boyanması, parçalanaraq, yandırılaraq dəfn edilməsi adətləri olmuşdur. Dəfn adətləri və qəbir avadanlıqları qədim insanların axirət dünyasına inamlarının olduğunu göstərir. Təqribən beş min il bundan əvvəl bəzi xalqlarda yazı meydana gəlmişdir. Papirus, gil lövhələr, ağac, daş, dəri, parça, kağız və s. üzərində yazılı tarixi mənbələr dövrümüzə qədər gəlib çıxmışdır. Hələ qədimdə əl ilə kitablar yazılmışdı. İsgəndəriyyə kitabxanasında 700 min cild əlyazmasında kitab olmuşdur. İndiyə qədər qalmış yazıların çoxu oxunmuşdur, lakin hələ də alimlərin oxuya bilmədiyi bəzi yazılı mənbələr var. Alimlər bu yazılı tarixi mənbələr (sənədlər) əsasında tarixi-kulturoloji biliklər əldə edirlər.
Qədim Şərq ölkələri geniş coğrafi ərazidə təmsil olunmuşdu. Ən qədim Şərq dövlətləri Misir, İkiçayarası (Mesopotamiya), Aralıq dənizinin şərqində, Kiçik Asiya, İran, Hindistan, Çin və digər ölkələrin ərazisində meydana gəlmişdi.ə Qədim ölkələrin siyasi və ictimai-iqtisadi problemlərinin, mədəniyyət və etnik proseslərinin öyrənilməsi bu ölkələrin ayrı-ayrılıqda tarixi, ümumi, fərdi və özünəməxsus cəhətləri barədə təsəvvür yaratmağa imkan verir. Fərqli cəhətlərinə baxmayaraq, qədim Şərq ölkələri vahid orqanizm idi, biri digəri ilə siyasi, iqtisadi, mədəni və etnik təmasda inkişaf tapırdı
. Qədim Şərq dövlətləri bir neçə inkişaf mərhələsi keçmişlər. İlkin mərhələni sinifli cəmiyyət və dövlətin meydana gəlməsi dövrü təşkil edir. Bu mərhələnin e.ə. IV minilliyin sonu – III minilliyin xronoloji çərçivəsində müəyyənləşdirmək olar. Bu zaman Şərqin erkən dövlət qurumları meydana gəlmiş və bəziləri həmin dövrdə də tənəzzülə uğramışlar. Bununla yanaşı, quldarlıq ictimai-iqtisadi münasibətlərin ilk ünsürləri özünü büruzə vermiş, işğalçılıq siyasətinin əsası qoyulmuş, xarici və daxili ticarət inkişaf etmişdi. Orta mərhələ yeni, əvvəlki dövrə nisbətən sayca daha çox dövlət qurumlarının meydana gəlməsi, işğalçılıq müharibələrinin güclənməsi, quldarlıq istehsal üsulunun bərqərar olması, siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsi və nəhayət, bu dövrün dövlətlərinin tənəzzülə uğraması ilə səciyyələnir. Eyni zamanda, “imperiya” xüsusiyyətli dövlətlərin yaradılmasına meyl artır. Bu mərhələ xronoloji cəhətdən e.ə. II və I minillikləri əhatə edir. Bundan sonrakı mərhələdə rəqabət aparan dövlət və sülalələr meydana gəlir, quldarlıq quruluşunun böhranı başlayır və feodalizm ünsürləri üzə çıxır. Eyni zamanda, bir sıra qədim dövlətlər siyasi təsir dairəsini genişləndirmək uğrunda mübarizə aparır. Bu mərhələ e.ə. IV əsrdən eramızın III-IV əsrlərinə qədər davam edir. İbtidai-icma quruluşunun dağılması və sinifli cəmiyyətin meydana gəlməsi ilk dəfə qədim Şərqdə baş vermişdir. Quruluşa xas olan bir sıra təsərrüfat formaları, dini təsəvvürlər, adət- ənənələr, mədəniyyət və incəsənət formalarının izləri sonrakı tarixi mərhələlərdə də öz əksini saxlamışdır.
Dövlət də ilk dəfə Qədim Şərqdə meydana gəlmişdir. Dövrün ideologiyasının əyani vasitəsi olan dini “idarələr”- məbədlər ilk dəfə Qədim Şərqdə meydana gəlmişdi. Sadə məbədlər ilə yanaşı əzəmətli, bir neçə mərtəbəli zikkuratlar (qülləli məbədlər) inşa edilirdi. Məbədlərdə xidmət edən kahinlər təbəqəsi yaranmışdı. Ön Qafqaz və Orta Asiya ölkələrində dövlətlərin meydana gəlməsi bu mərhələnin müxtəlif dövrlərinə təsadüf edir. Qədim Şərqdə mədəniyyət və incəsənətin müxtəlif sahələri inkişaf etmişdi. Əfsanəvi nağıllar janrı, tarixi-əfsanəvi ədəbiyyat nümunələri, ədəbiyyat, fəlsəfi fikirlər, təsviri sənət, elmi istiqamətlər qədim Şərq xalqlarının fəaliyyətinin və bədii yaradıcılığının bəhrəsi olmuşdur. Xüsusilə Babil, Hind, Misir, Fələstin ölkələrindən bu sahəyə aid zəngin təsviri sənət nümunələri dövrümüzə gəlib çatmışdır. İlk yazı növü – piktoqrafiya (şəkli yazı, heroqlif) qədim Şərqdə icad edilmişdir. Qədim şumerlər, hindlilər, elamlar pıktoqrafik yazı sistemini yaratmış və bundan təsərrüfat hesabı aparmaq uçun istifadə etmişlər. E.ə. IV minilliyin sonunda piktoqrafiya artıq tətbiq olunurdu. Piktoqrafiyanın ümumi oxşar cəhətlərinə baxmayaraq, onu işlədən hər bir xalqın ayrılıqda müstəqil yazı yaradıcılığı olmuşdur. Şəkli yazı mürəkkəb fikirləri ifadə edə bilmirdi. Elamda şəkli yazı əsasında xətti yazı yaradılmışdı. Artıq burada hər bir işarənin heca oxunuşu vardı. Şumerdə şəkli yazının inkişaf mərhələsini mixi yazı işarələri təşkil edirdi. İşarələr bəzi hallarda şəkli (ideoqrafık) oxunuşu saxlamış, digər hallarda isə heca kimi tələffüz olunurdu. E.ə. III minilliyin ortalarında artıq mixi yazıdan geniş istifadə edirdilər. Bu yazı sisteminin yaradıcısı şumerlər idi. Mixi yazılar müəyyən dəyişiklik ilə qonşu xalqlar, o cümlədən akkadlar, elamlar, hürrilər, urartlar, farslar və başqaları tərəfindən mənimsənilmiş, təsərrüfat və salnamə mətnlərinin tərtib edilməsində istifadə olunmuşdur. Şumer mixi yazıları akkadlılar tərəfindən təkmilləşdirilmişdi. Şumer-Akkad mixi işarələrinin sayı 600-dən çox olmuşdur. Hər işarənin bir neçə hecalı mənası var idi. Qonşu xalqlar mixi yazıları öz dillərinə uyğunlaşdırmış, işarələrin sayını azaltmışdılar.Şərq tarixinin son dövründə ən geniş yazı sistemi arami yazısı olmuşdu. Arami dili Şərqdə beynəlxalq dilə çevrilmişdi. Coğrafi baxımdan qədim Yunanıstan və Roma qərbdə, Avropa qitəsində yerləşirdi. Bunlardan şərqdə və cənub-şərqdə yerləşən ölkələr müvafiq surətdə Asiya və Afrika qitələrinə mənsub idilər. Hələ qədim zamanlarda Yunanıstan və Roma tarixi və publisist ədəbiyyatı Asiya əhalisini “Şərq xalqları” və “barbarlar”, ərazisini isə “Şərq ölkələri” adlandırırdı. “Şərq” anlayışı sadəcə olaraq coğrafi məfhum kimi işlədilirdi. Hazırda “Qədim Şərq” elmi anlayışı yunanların və romalıların tanış olduğu ərazidən daha geniş ölkələri özündə cəmləşdirir və onlara ilk zamanlar məlum olmayan ən qədim dövlətlərin tarixini əhatə edir. Antik ölkələr Misir, Aralıq dənizinin şərq sahili, Anadolu (Kiçik Asiya), Ön Qafqaz, İkiçayarası (Mesopotamiya), Orta Asiyanın cənub və qərbi, Hindistan ilə az-çox tanış idilər. Bəzi qədim Yunanıstan və Roma tarixçiləri adı çəkilən ölkələrin tarixi, əhalisinin adət-ənənələri, mədəniyyəti və incəsənəti barədə müəyyən məlumatlar saxlamışlar. Lakin Çin və digər Uzaq Şərq ölkələri haqqında onların heç bir təsəvvürü olmamışdır. Bəşər tarixində Misir, Finikiya, Suriya, Fələstin, Het, Urartu, Mesopotamiyada – Şumer, Akkad, Babilistan, Assuriya, İranda-Aratta, Kuti, Lullubi, Elam, Manna, Midiya, Mada, Haxamaniş, Parfiya, Atropatena, Ön Qafqazda – Albaniya, İberiya, Orta və Uzaq Şərqdə – Hindistan, Koreya, Vyetnam, Yaponiya və İndoneziya kimi ilk dövlətlər bu dövr ərzində meydana gəlmiş, sonra süquta uğramışlar. Qədim Şərq ilk elmi biliklərin vətəni olmuşdur. Antik ölkələr qədim Şərq mədəniyyətinin müəyyən təsirinə məruz qalmışdı. İbtidai icma quruluşu bəşər tarixinin ən uzun bir dövrünü əhatə edir. Avropa, Asiya və Afrikanın isti iqlim sahələrində ilk dəfə insan əmələ gəlmiş və insan cəmiyyəti təşəkkül tapmağa başlamışdır.
İbtidai icma quruluşunun tarixi insanın heyvanlar aləmindən ayrılması ilə başlanır. Müasir insana yaxın olan ən qədim insan tipi “Cənub meymunları” (Avstralopitek) olmuşdur. Bu insan tipinə aid qalıqlar Afrikada (Keniya və Tanzaniyada) Rudolf gölü ətrafında tapılmışdır. Gürcüstan və Azərbaycan respublikalarının sərhədində olan Udabno kəndi yaxınlığında insanabənzər meymunların qalıqları aşkar edilmişdir. İbtidai icma quruluşu Daş, Tunc və Dəmir dövrlərinə bölünür.
Daş dövrü aşağıdakı dövrlərə bölünür:
1. Paleolit (Qədim daş) dövrü;
2. Mezolit (Orta daş) dövrü;
3. Neolit (Yeni daş) dövrü.
Paleolit (Qədim daş) dövrü e. ə. 12-ci minillikdə başa çatmışdır. İnsanın əmələ gəlməsi və insan cəmiyyətinin təşəkkülü 2.6-3 milyon il bundan əvvəl başlanmışdır. İlk insanlar təbii mağaralarda və açıq havada yaşamışlar. Alimlər ən qədim insanların sümüklərinin qalıqlarına əsaslanaraq onların xarici görkəmini müəyyən edə bilmişlər. Ən qədim insanlar iri meymuna oxşayırdılar. Onların əlləri dizlərinə qədər uzanır, ayaq üstə gəzir, ov edir, yem toplayır, müdafiə olunurdular. Onların alnı ensiz və maili idi. Beyni müasir insan beynindən kiçik idi. İlk insanların beyninin tutumu 600-700 sm3 həcmində olmuşdur. İnsanın əmək fəaliyyətinə başlaması onun beyninin inkişafına, nitqinin yaranmasına, qamətinin düzəlməsinə kömək etmişdir. Paleolit dövrünün ən qədim insan məskəni və insan qalığı Afrikada (Tanzaniyada) Oldovay dərəsində tapılmışdır. İndoneziyada Yava adasında Trinil şəhəri yaxınlığında pitekantrop, Çində sinantrop, Almaniyada Heyderberq və Neandertal vadisində Neandertal, Azərbaycan Respublikasının Füzuli şəhəri yaxınlığında, Quruçay vadisinin sol yamacında Azıx mağarasında Azıxantrop adamının qalıqları aşkar edilmişdir. Qədim insanların vəhşi heyvanlar kimi iti caynaqları və dişləri yox idi. Onlar vəhşi heyvanlardan qorunmaq üçün daş və dəyənəklərdən istifadə edirdilər. İnsanın ilk əmək aləti sivri daş, dəyənək və yerqazan çubuq olmuşdur. Əmək alətinin hazırlanması nəticəsində insanın əmək fəaliyyəti başlandı. İnsanın tədricən, ardıcıl əmək fəaliyyəti onun bütün orqanizminin dəyişməsinə səbəb oldu. Ən çox insanın əli, onunla birlikdə beyni inkişaf etdi. Alimlər əmək alətləri hazırlamaq bacarığı olan insanları “bacarıqlı insan” adlandırırdılar.’
İnsanın ilk məşğuliyyəti yığıcılıq və ovçuluq idi. İnsanlar meyvə və bitki köklərini və toxumlarını, quş yum.urtalarını toplamaqla məşğul olurdular. Bu məşğuliyyət yığıcılıq adlanır. Qədim insanların yaşayışını təmin edən əsas vasitələrdən biri də ovçuluq olmuşdur. Ovçuluq insanın əsas məşğuliyyət sahəsinə çevrildikdən sonra yığıcılıq ikinci dərəcəli rol oynamağa başladı. İnsanlar vəhşi heyvanlardan müdafiə olunmaq, birgə qida əldə etmək üçün kollektivlərdə birləşdilər. İnsanların tarixi birliyinin ilk forması olan ibtidai insan sürüsü meydana gəldi. İbtidai insan sürüsü sabit deyildi. Onlar bir-biri ilə qarışır və ayrılırdılar. İnsanlar əmək prosesində topladıqları təcrübəni inkişaf etdirərək, nəsildən nəslə ötürmüşlər. Onlar əvvəlki əmək alətlərini təkmilləşdirir, hər il yeni-yeni əmək alətləri hazırlayırdılar. Bir neçə yüz min il bundan əvvəl insanlar daşdan əl çapacağı, qaşov, bıçaq, sümükdən biz, iynə hazırlamışdılar. İnsanlar 20-30 min il bundan əvvəl harpun düzəltdilər. Alətlər içərisində üstünlüyü daş alətlər tutduğuna görə bu dövr daş dövrü adlanır. Daş dövrü iki milyon ildən artıq davam etmişdir. Qədim insanın həyatında od böyük rol oynamışdır. İnsanlar ildırımın çaxması, üzvü maddələrin qızışıb yanması nəticəsində baş verən yanğından od əldə etmişlər. İnsan əmək fəaliyyəti nəticəsində süni od əldə etməyi öyrəndi. İnsan daşı daşa vuranda qızışıb qığılcım çıxmasını, ağacı deşəndə istinin yaranmasını müşahidə etmişlər. Azıx mağarasında 700 min il yaşı olan ocaq yeri aşkar olunmuşdur. Odun əldə edilməsi insanın heyvanlar aləmindən ayrılmasını sürətləndirdi. Mükəmməl əmək alətləri və oda yiyələnən insanlar daha geniş ərazilərə yayılmağa başladılar. Afrika, Asiya və Avropada məskən salmış insanlar sonralar Amerika və Avstraliyaya yayılmışlar. Son tədqiqatlar təsdiq edir ki, Berinq boğazının ayırdığı Uzaq Şərqlə Alyaska yarımadası əvvəllər bitişik olub. Təqribən 11 min il bundan əvvəl Orta Asiyadan köçmüş insanlar Amerikaya gedib çıxmışlar. Təqribən 100 min il bundan əvvəl yer üzündə kəskin soyuqlar düşdü və axırıncı buzlaşma başlandı. Qalınlığı 2 km-ə qədər olan buzlaqlar cənuba irəliləyirdi. Heyvanların bir qismi cənuba çəkildi, bir qismi yeni iqlimə uyğunlaşdı, bir qismi isə məhv oldu. İnsanlar tundranın və soyuq çöllərin iqliminə uyğunlaşdılar. Bu dövrün insanları pusquda duraraq vəhşi heyvanları üstü ağac budaqları ilə örtülmüş çuxura, ya da uçuruma salıb ovlayırdılar. İlk paltarı dəridən olan insan təbii mağaralarda məskunlaşmışdı. Düzən yerlərdə mamont sümüyündən və dəridən yurd tikirdilər. Milyon illər ərzində insanın şüuru və nitqi inkişaf etdi. Paleolit dövrünün sonunda təqribən 40 min il bundan əvvəl neandertal tipli insanlar müasir tipli insana çevrilməyə başladılar. Alimlər bu insan tipini “ağıllı insan” (homo sapiyens) adlandırdılar. “Ağıllı insanın” beyni “bacarıqlı insanın” beynindən iki dəfə böyük idi, aydın nitqə malik idi, məntiqi düşünməyi bacarırdı, düz qamətli, hündürboylu idi. Təbii şəraitdən asılı olaraq, yəni isti, sərt küləklər, şaxtaların təsiri ilə “ağıllı insanın” zahiri görünüşündə fərqlər yarandı, ağ irq (avropoid), qara irq (neqroid), sarı irq (monqoloid) meydana gəldi. İbtidai insan sürüləri tədricən qəbilə (nəsil) icmasına çevrildi. Təqribən 30 min il bundan əvvəl nəsli icma və ya qəbilə meydana gəldi. Qan qohumluğu ilə bir-birinə bağlı olan, əmlakı ümumi olan, birgə yaşayan və birgə fəaliyyət göstərən insan kollektivinə qəbilə deyilir. Qəbilə ibtidai insan sürüsünə nisbətən sabit idi. Qəbilədə kişilər ov edir, balıq tutur, əmək aləti düzəldirdilər. Qadınlar uşaq saxlayır, yeməli bitki yığır, dəridən paltar tikir, yemək hazırlayır və s. işlər görürdülər. Qəbilədə əsas işləri qadınlar yerinə yetirirdi. Ona görə də qohumluq ana xətti ilə müəyyən edilirdi. Qəbilənin ilk dövründə ana nəsli (matriarxat) hökmran idi. Qəbiləni ağsaqqallar idarə edirdi. Onlar əmək alətlərinin hazırlanması, qidanın toplanması və bölüşdürülməsinə, gənclərə ovçuluğun öyrədilməsinə rəhbərlik edirdilər. Qədim insanların birlikdə çalışdıqları nə ümumi əmlaka birlikdə sahib olduqları bu cür yaşayış qaydası ibtidai icma quruluşu adlanırdı. İbtidai icma quruluşunda qədim insanlar kiçik kollektivlərdə yaşayırdılar, birgə işləyir, ümumi əmlaka malik idilər, istismar yox idi, əmək məhsulu bərabər bölüşdürülürdü. Bu quruluşda yaşayanları ibtidai insanlar adlandırırdılar.
MEZOLİT (yunanca “mezos” orta, “litos” daş deməkdir) dövrü e. ə. XII-VIII minillikləri əhatə edir. Bu dövrdə havalar istiləşdi, buzlaqlar əridi və şimala çəkildi, buzlar əriyən yerlərdə kolluqlar, meşələr əmələ gəldi. Heyvanlar da şimala tərəf yayıldı. İnsanlar heyvanların ardınca gedir, Avropanın şimalında çayların və göllərin kənarında məskunlaşırdılar. Bu dövrdə ox, kaman, ox ucluğu və s. kəşf edildi. Çaylardan və göllərdən keçmək üçün ağacdan sal düzəldilirdi, ağacın gövdəsini oyub qayıq qayırırdılar. İnsanlar əvvəlcə iti, sonra isə qara mal, qoyun və digər heyvanları əhliləşdirməyə başladılar. Mezolit dövründə ilkin əkinçilik vərdişləri meydana gəldi. Paleolitin sonu və Mezolit dövründə bir neçə qəbilə birləşib tayfa əmələ gətirirdi. Tayfa üzvləri eyni ərazidə yaşayır, bir dildə danışırdılar. Tayfaya daxil olanların ümumi adətləri var idi. Tayfanın işini ağsaqqallar şurası idarə edirdi. NEOLİT (yunanca “neos” yeni, “litos” daş deməkdir) dövrü daş dövrünün son mərhələsini – e.ə. VIII-VI minillikləri əhatə edir. Daş əmək aləti daha da təkmilləşdirilir. Cilalanmış və ağac sapı olan daş baltalar əvvəlki əmək alətlərindən daha məhsuldar idi. Belə əmək alətləri ilə ağac kəsmək və təmizləmək daha asan olurdu. İnsan toxumun yerə düşməsini, onun cücərməsini, inkişafını və məhsul verməsini dəfələrlə müşahidə etmişdir. İnsanlar sahələri kolluq və meşəlikdən təmizləyir, əkinçiliklə məşğul olmağa başlayırlar. Qadınlar ağaca buynuzdan, yaxud daşdan ucluq düzəldib toxa adlanan əkinçilik aləti ilə yeri şumlayır və taxıl əkirdilər. Ən qədim əkinçilərin əmək aləti toxa idi. Belə əkinçiliyə toxa əkinçiliyi deyirdilər. Sünbülü iti daş qəlpələri taxılmış buynuz və sümükdən düzəldilmiş oraqla biçirdilər. Toxa əkinçiliyi yığıcılığa nisbətən qəbiləni daha çox qida ilə təmin edirdi. Beləliklə, yığıcılıqdan əkinçilik meydana. gəldi. İnsanlar ilk dəfə iti əhliləşdirmişlər. İt və oxla ov uğurlu olurdu. İt ovu axtarıb tapır, insan ovu uzaqdan oxla vura bilirdi. Bu da qəbilədə qida bolluğu yaradırdı. İnsanlar quzu, çəpiş, donuz balası, buzovu və digər heyvan balalarını kəsmədilər, onları saxlayıb böyütdülər. Beləliklə, ovçuluqdan maldarlıq meydana gəldi. İnsanlar indiyə kimi təbiətdə olan heyvanları ovlayır, balıq tutur, bitki toplayırdılar. Əkinçilik və maldarlıq yaranandan sonra insanlar özləri əkir, taxıl toplayır, heyvan saxlayır, öz tələbatlarını ödəyirdilər. Yığıcılıq və ovçuluq artıq yardımçı təsərrüfat sahələrinə çevrildi.
Neolit dövründə insanlar cilalı daş baltalardan, balıqçılıqda tordan, harpundan, qarmaqdan istifadə etmiş, əkinçiliyin inkişafı ilə oturaq həyat tərzinə keçmişdi. Neolit dövründə gil (saxsı) qablar istehsalı, əyiricilik, toxuculuq meydana gəlmişdir. Kətan nə yun liflərindən sap əyirir, sapdan parça toxuyur, parçalardan dəriyə nisbətən yüngül və rahat paltar tikirdilər. Alimlər bu yenilikləri “neolit inqilabı” adlandırmışlar. Avropanın şimalında meşə zolağında ovçu və balıqçı tayfalar su yaxınlığında, çay kənarlarında məskən salırdılar. Sibirdə ən qədim neolit mədə-niyyəti V minilliyə aiddir. Türkmənistanda Çeytun əkinçilik məskəni, Anadoluda Çayönü və “Çatal hüyük” mədəniyyətləri Neolit dövründə yaranmışdır. E.ə. VII minillikdə ehtimal ki, Zaqros dağlarında əkinçilik və maldarlıq meydana gəlmişdir. Zaqros dağları və Anadolu buğdanın və arlanın vətəni olmuş və buradan dünyanın digər ərazilərinə yayılmışdır. Eneolit (“eneos” – latınca mis, “litos” isə yunanca daş deməkdir, mis-daş) dövrü e.ə. VI-IV minillikləri əhatə edir. Bəşər tarixində metal əsri mis dövrü ilə başlayır. İnsanın istifadə etdiyi ilk metal mis olmuşdur. Mis emalının qədim izləri Ön Asiyada təqribən 7 min il bundan əvvəl Anadoludakı Çayönü, Çatal hüyük məskənlərində və Mesopotamiyada tapılmışdır. İnsanlar misdən balta, xəncər, nizə, bəzək əşyaları, evdə işlənən əşyalar düzəltməyə başladılar. Mis yumşaq olduğuna görə daşı sıxışdıra bilmədi. Mislə yanaşı daş alətlər də işlədilirdi. Elə buna görə də bu dövrə mis-daş dövrü deyirlər. Bu dövrdə toxa əkinçiliyi üstünlük təşkil edirdi, çiy kərpicdən evlər tikilir, gildən qadın fiqurları düzəldilir, boyalı qab istehsalı genişlənirdi. Eneolit dövründə əhali cənubda əkinçilik, maldarlıqla, sənətkarlığın müxtəlif sahələri ilə məşğul olurdular. Lakin şimalda əhalinin əsas məşğuliyyəti ovçuluq və yığıcılıq idi. Torpaq toxa ilə becərilir, taxıl sümük və buynuzdan düzəldilmiş oraqlarla biçilir, əl dəyirmanında üyüdülürdü. Əkinçilər oturaq həyat tərzində yaşayırdılar. Eneolit dövrünə aid abidələr Anadoluda, Mesopotamiyada, Orta Asiyada (Anau, Hamazqantəpə və s.), Ukraynada (Tripolye mədəniyyəti və s.) Azərbaycanda (Kültəpə, Şoumtəpə və s) və digər ərazilərdə aşkar edilmişdir. Qədim insanların birlikdə çalışdıqları nə ümumi əmlaka birlikdə sahib olduqları Neolit dövründə gil (saxsı) qablar istehsalı, əyiricilik, toxuculuq meydana gəlmişdir. Kətan nə yun liflərindən sap əyirir, sapdan parça toxuyur, parçalardan dəriyə nisbətən yüngül və rahat paltar tikirdilər. Alimlər bu yenilikləri “neolit inqilabı” adlandırmışlar. Avropanın şimalında meşə zolağında ovçu və balıqçı tayfalar su yaxınlığında, çay kənarlarında məskən salırdılar. Sibirdə ən qədim neolit mədəniyyəti V minilliyə aiddir. Türkmənistanda Çeytun əkinçilik məskəni, Anadoluda Çayönü və “Çatal hüyük” mədəniyyətləri Neolit dövründə yaranmışdır. E.ə. VII minillikdə ehtimal ki, Zaqros dağlarında əkinçilik və maldarlıq meydana gəlmişdir. Zaqros dağları və Anadolu buğdanın və arlanın vətəni olmuş və buradan dünyanın digər ərazilərinə yayılmışdır. İbtidai (buna arxaik də deyirlər) mədəniyyət bəşəriyyət tarixinin ilkin mərhələlərində meydana gəlmişdir. İbtidai (arxaik) mədəniyyətin bir sıra xüsusiyyətləri diqqəti cəlb edir. Hər şeydən əvvəl, ibtidai mədəniyyət ən qədim mədəniyyət tipidir, o bütövlükdə ibtidai insanların bütün tarixi boyu onların varlığını müəyyən edir. İkincisi, bizimlə «yanaşı» yaşayan və bir sıra adamların təkəbbürlə primitiv mədəniyyət adlandırdığı xalqların ibtidai, arxaik mədəniyyəti müasir dövrdə də vardır. Üçüncüsü, qədim mədəniyyət müasir mədəniyyətin üzvi və olduqca əhəmiyyətli hissəsini təşkil edir. Tədqiqatçılar mədəniyyətin insanlara öz davranışını təşkil etmək üçün bir sıra strategiyalar bəxş etdiyini göstərirlər. İbtidai, arxaik mədəniyyətlərdə təqlid strategiyası mühüm yer tutur. İkinci strategiya məkan-zaman əlaqələri və asılılıqlarının fərdi-sistematik müşahidəsidir. Bu barədə çoxlu misallar gətirə bilərik. Onlardan bir neçəsini nəzərdən keçirək. «Qara pəncə» adlı hindu qəbiləsi qabaqcadan baharın gəlişini öldürülmüş dişi bizonun (vəhşi öküzün) bətnindəki rüşeymin inkişaf səviyyəsi ilə xəbər verə bilirdilər. Bu cür qabaqcadan xəbərvermə adətən dəqiq olurdu. Yaxud da hindu osaqa qəbiləsi vəhşi bitkilər-qarğıdalı və vəhşi öküzü ovsunda birləşdirirdi. Bu çulğaşma aşağıdakı kimi izah olunurdu. Yayda osaqa qəbiləsi çöldə qarğıdalı çiçəklənənə qədər vəhşi öküzü ovlayırdı. Onlar yaxşı bilirdilər ki, qarğıdalı çiçək açdıqdan az sonra yetişməyə başlayır. Bu o demək idi ki, qarğıdalı məhsulunu yığmağa qayıtmaq vaxtı gəlib çatmışdır. Üçüncü strategiya analogiyaya görə əqli nəticənin çıxarılmasıdır. Animist təfəkkürün oxşar əlamətlərini ayırmaq zərurəti buradan doğur. Animistik təfəkkür isə yer üzünü, təbiəti ilahi qüvvələr, ruhlar və iblislərlə doldurur. Bu strategiyanı təsdiq edən nümunələr çoxsaylıdır. Məlum olduğu kimi, piqmey tayfalarının biri dişə bənzər çovdar mahmızı ilan vuran zamanı çarə kimi tətbiq edirdilər. Yaxud da paleolit dövründə bəşəriyyətin mədəni inkişafında böyük inqilab sayılan odu götürək. Bütün xalqların mifologiya və əfsanələrində od əbədiyyət simvoludur. Ona görə də əfsanələrdə od yaradılmamışdır, əksinə, allahlardan oğurlanıb, insanlara verilmişdir. İnsan xarakteri mürəkkəb olub, kosmik, bioloji, psixi, sosial və mədəni aspektlərə malikdir. Bu baxımdan ibtidai mədəniyyət dedikdə, böyük tarixə malik yığıcılıq və ovçuluq mədəniyyəti nəzərdə tutulur. İbtidai mədəniyyətin spesifik xüsusiyyətlərindən biri onun yekcinsliyidir. Müasir kulturologiyada sosial-mədəni sistemlərin katerogen (qeyri-yekcins), qomagen (yekcins) və qomeostatik tiplər kimi üç tipi göstərilir. Birincisi üçün aksioloji (dəyər) plüralizmi; ikincisi üçün differensiyasiya edilmiş, antaqonist maraqlara malik olan çoxsaylı sosial qrupların mövcudluğu səciyyəvidir. İbtidai-sosial-mədəni sistem öz inkişaf dinamikasına malik olub, mövcud sistemli strukturun yenidən dirçəlməsinə imkan verir. İbtidai mədəniyyətin digər xüsusiyyəti onun sinkretikliyidir ki, bu da öz təcəssümünü totemizmdə tapmışdır. Onun üçüncü xüsusiyyəti isə tabu (qadağalar) mədəniyyətini təmsil etməsidir. 30 min il ərzində arxaik mədəniyyət aradan çıxmamış, bu gün də yaşayır. «Əcdadlar kultu» formasında tarixi dünya anlamı prinsipini insanlar çox qədim dövrlərdə dərk etmişlər. Onlar yaxınlarının birdəfəlik bu həyatı tərk etməsinə inana bilmirdilər. Belə hesab edirdilər ki, ölülər onlarla yanaşı yaşayır, davranışlarını, adətlərə sədaqətlərini müşahidə edirlər. Deməli indi ilə keçmiş arasında bir növ asılılıq, qırılmaz əlaqə mövcuddur. Mədəniyyət elementləri bu cür yaranmışdır. Müasir dövrdə biz onları «tarixi yaddaş», «məsuliyyət», «vətənpərvərlik», «vicdan», «ləyaqət», «borc» və s. Adlandırırıq. Arxaik mədəniyyətin qalıqları saysız-hesabsız xırda şeylərlə məsələn, kosmik gəmidəki həmail (gözmuncuğu), qaranlıqdan qorxma, tatuirovka (bədənə şəkillər döydürülməsi) və s. göstərmək olar. Bunlar yuxarıda qeyd etdiyimiz kimi, saysızhesabsızdır. Burada müəyyən qanunauyğunluğun olduğunu nəzərə almaq lazımdır. Həyati situasiyalar (doğum, ölüm, dəfn, nikah, xəstəlik və s.) əhəmiyyətli olduğu qədər də ibtidai mədəniyyət irsi, onun mərasim, simvol, psixoloji qaydaları və stereotipləri də mühüm yer tutur. Bəzi tədqiqatçılara görə müasir cəmiyyətin mədəniyyətində sivilizasiya təbəqəsi olduqca zəifdir və çətin situasiyalarda (zorakılıq, aclıq, qorxu, sosial böhran və kütləvi psixoz) onlar tez təzahür edir. Bu zaman ibtidai şüurun güclü fantomları təzədən dirçəldilir, müvafiq mədəni forma alır, müharibə təbilləri gurlayır, insanlar təsəvvürlərində yaratdıqları düşmən cəsədləri üzərində rəqs edir, onların məhv edilməsinə ürəkdən sevinirlər. Sosial hipnoz (ibtidai cəmiyyətdə bu kollektiv rəqs və nəğmə oxunması ilə təmin edilirdi) işi o yerə gətirir ki, insanlar yalnız onlara təlqin edilən şeyləri görürlər, yerdə qalanlarmı isə rədd edirlər. Bəşər mədəniyyətinin başlanğıc mərhələsinin qanunauyğunluqlarının anlaşılmasında əsas problem onun öz xarakteri ilə bağlıdır. Həqiqi arxaiklik bizdən minilliklərlə bir məsafədə durur. Neolit dövrünün homo sapiyensinin şüuru, birbaşa öyrənilməkdən çox fərziyyə predmeti kimi daha faydalı ola bilər. Hətta müasir dövrdə geridə qalmış qəbilələrin şüurunu öyrənmək də çətindir. Çünki onlar bu və ya digər dərəcədə sivilizasiyanın təsirini görə bilmişlər. İbtidai mədəniyyəti anlamağın ikinci çətinliyi onun formalarının çoxsaylı və rəngarəng olmasında, ümumiləşdirilməyin demək olar ki, qeyrimümkünlüyü ilə əlaqədardır. On min illərlə bir dövrü əhatə edən ibtidai mədəniyyətdə ümumi, bütöv olan bir şey tapmaq mümkündürmü? İbtidai mədəniyyətin inkişafında çoxsaylı mərhələlərin olduğunu çox az adam inkar edə bilər. Müasir Avstraliya aborigenləri, eskimoslar, Cənubi Amerika ovçuları-hindularının mədəniyyətində ümumi qanunauyğunluqlar tapmaq olduqca çətindir. Görəsən bizim şüurumuzla ibtidai insanın şüuru arasında köklü fərqlər olmuşdurmu? Bu sualın cavabının birinci variantını təkamül məktəbinə daxil olanlar verir. Əsas müddəa budur: insan psixikası cəmiyyətin inkişafının bütün mərhələlərində birtiplidir. Təfəkkür qanunları universal və dəyişməzdir. İbtidai insanların dinə qədərki fikirlərinə aid nəzəriyyələr kifayət qədər əsaslandırılmamışdır, çünki ibtidai insanların dünya haqqında təsəvvürlərinin müxtəlif formalarına aid materiallar daha çoxdur. Əgər buraya ibtidai inkişaf mərhələsində yaşayan, məsələn, Avstraliya aborigenlərini və b. həyat tərzinin öyrənilməsini də daxil etsək, güclü və zəngin material əldə etmiş olarıq. İlkin dini təsəvvürlər kompleksi çoxcəhətlidir. Lakin onların əksəriyyəti son nəticədə təbiətdə insanın yeri və rolu, insanın ətraf aləmlə əlaqələrinin öyrənilməsi baxımından bir sıra forma və metodlara bölünür. Bu formalar totemizm, animizm, magiya, fetişizm və mifologiyadan ibarətdir. Yuxarıdakı formaların hamısı vacib olsa da, onların içərisində mifologiya özünəməxsus yer tutur. Mifologiyada insanlara öz totem-əcdadları ilə əlaqəsini, təbiətin bu və ya digər qüvvəsinin canlılaşdırılması, fetişin və magiyanın sehrli gücünü izah edən material istənilən qədərdir. Müxtəlif xalqların rəngarəng miflərinin və müxtəlif adlar altında çıxış edən allahları, qəhrəmanları və mifik hökmdarlarının olmasına baxmayaraq, ən qədim dövrlərdə bəşər mədəniyyətinin ümumi cəhətlərə malik olması heç kimdə şübhə doğurmamalıdır. Bu vəhdətin mövcudluğu mifin özünün atribut və s. cəhətləri ilə bu və ya digər sosial-etnik birliklərin müəyyən inkişaf mərhələsində xalqların mənəvi mədəniyyəti və mental təcrübəsinin nümunəsi rolunda çıxış etməsi tamamilə doğrudur. Lakin mif təkcə xatirə-yaddaş deyil, həmçinin insan fikrinin sərbəst uçuşudur ki, cəlbedici mədəniyyət dünyasına daxil olmaq üçün göstərilən cəhdin nağıl xassəli, fantastik və realist istəkləri məcmusu hesab oluna bilər. İnsan fikri gündəlik konkret qayğılardan xilas olaraq poetik səyahətin sonsuz nöqtələrinə doğru istiqamət götürə bilir. Mifdə müasir sivilizasiyanın mənəvi potensialını doğuran ilkin rüşeym açıq-aydın görünür. Qədim cəmiyyətlərdə dünyanın dərki və insanın oradakı yeri əslində mifdə, mifologiyada səlis şəkildə anlaşıla bilərdi. Mif fərdi şüura qarşı qoyulan, ondan köklü şəkildə fərqlənən kollektiv şüurun inikasıdır. Mif mədəniyyətin kollektiv tərəfindən sakral dərk edilməsidir. Mif ilkin dini təsəvvürlər komplektinin mərkəz oxu olmuşdur. Onun ümumi mədəniyyətlə əlaqəsi şəksizdir. Mif ilkin fikrin məcburi, zəruri formasıdır. Onun formalaşdığı kollektiv təsəvvürlər nə praktik müşahidələrin rasionalizminə, nə də abstrakt mühakimələrə əsaslana bilməzdi. Qrupların təsəvvürləri, hər şeydən əvvəl emosional əhval-ruhiyyəyə, özünü gerçək mühitə daxil etməyə arxalanır. Mifopoetik təfəkkür öz prinsipləri və öz məntiqi olan təfəkkürdür. Mifin fərqləndirici cəhəti ziddiyyətləri aradan qaldırmaq cəhdidir. Onun vəzifəsi bu ziddiyyətlərin nisbiliyini sübut etmək, onu əhatə edən dünya ilə eyniləşdirmək, insanı, onu əhatə edən dünya ilə vəhdətə gətirmək, insan və təbiətin, təbiət və cəmiyyətin uyğunluğuna nail olmaqdır. Hər hansı bir din kimi, mifin də son məqsədi qrupa mənəvi rahatlıq təmin etmək və bununla da onu yad şəraitə, özünü dərkinə, hətta düşmən əhatəsində olsa belə özünü təsdiqinə şərait yaratmaqdır. Arxaik mədəniyyəti təcəssüm etdirən miflər haqqında müasir təsəvvürlər bir sıra nəticələri çıxarmağa imkan verir: – Miflər adamların öz varlığını dərk etmək və şüurlu şəkildə emosional və məntiqi assosiasiyaların köməyi ilə varlıqla çulğaşmaq cəhdidir. – Mifoloji təfəkkürün xüsusiyyətləri ümumi, mücərrəd anlayışların çatışmamağı ilə əlaqədardır. – Mif ibtidai insanın şüurunun intuitiv olaraq təbiət hadisələrinin qaydası və qanunauyğunluğunun dərk edilməsidir. – Miflərin quruluşu insan psixikasının müəyyən xüsusiyyətlərini ifadə edir. – Miflər kollektiv təcrübə ilə əlaqədardır, bu isə individ üçün etiqad obyekti, əcdadların müdrikliyi kimi olmuşdur. Fərdi təcrübə onu dəyişdirə bilmir; mif əcdadların etiqadı kimi, subyektin işi kimi yoxlanmırdı, məntiqi əsaslandırılmağa ehtiyac hiss etmirdi. – Mif təbiətin qanunauyğunluğunu əks etdirirdi, mücərrəd təfəkkürün zəifliyinə görə onları şəxsləndirirdi, onları şüurlu fəaliyyət göstərən iradə ilə birləşdirirdi. Buradan isə mifologiyanın əsas fəaliyyət göstərən simaları-allahlar təzahür edirdi. – Mifologiya – insanın özünü ifadə etməsi vasitəsidir. Mif insan yaradıcılıq qabiliyyətinin təzahürünün ən qədim və əbədi formasıdır. Miflər sistemi, müxtəlif tipli mifologiyalar özündə bəşər mədəniyyətinin müxtəlif forma və tiplərini əks etdirir. Totemizm, animizm, magiya. Totemizm (Şimali Amerika hindularının dilindən götürülmüşdür). Totemizm totemə (onun qəbiləsi sözündəndir) – insan kollektivlərinin (qəbilə, tayfa) ilə müəyyən heyvan və bitki növləri, habelə hər hansı bir predmet arasında guya mövcud olan fövqəltəbii qan qohumluğu əlaqələrinə etiqad edilməsindən ibarətdir. Bu insan kollektivindəki vəhdəti və ətraf aləmdə onun əlaqələrini başa düşməyin birinci forması hesab olunur. Əmələ gəlməkdə olan qəbilə kollektivinin həyatı onun üzvlərinin ovladıqları müəyyən heyvan növləri ilə sıx bağlı idi. Bu və ya digər heyvanın həmin ovçu kollektivi ilə qohumluğu haqqında illüziyalı təsəvvürün meydana gəlməsi totemizm üçün əsas olmuşdur. Tədricən belə bir təsəvvür inkişaf edib, şüurlara hakim kəsilir ki, bu heyvan həmin qəbilənin üzvlərinin ümumi əcdadıdır, yəni totemidir. İbtidai insanların istehsal fəaliyyəti, qəbilə və tayfaların sayı artdıqca, balıq totemləri və bitki totemləri haqqında təsəvvürlər yaranıb möhkəmlənirdi. Nəticədə xüsusi totem bayramları yaranır, həmin totemin yeyilməsi mərasimi bu bayramlarda əsas yer tuturdu. Əslində mərasimin bu cəhəti kollektivin qüvvəsini, onun əti yeyilən totemlə qan qohumluğunu möhkəmləndirməli və bununla da totemin təkrar istehsalına zəruri şəraitin təminatçısı olmalı idi. İndinin özündə də bir sıra xalqlar arasında totemizmin qalıqları öz varlığını saxlamaqdadır. Hazırda adamların heyvana (məsələn, canavara, ayıya) çevrilə bilməsinə, heyvanların isə insan şəkli almasına olan etiqad formasında özünü göstərir. Totemizm elementləri özünü mifologiyada daha çox qoruyub saxlaya bilmişdir. Mifologiya isə özlüyündə ibtidai cəmiyyətin fəlsəfə tarixi hesab oluna bilər. Həmin cəmiyyətin dünyagörüşü isə mahiyyətcə mifoloji xarakter daşımışdır. Lakin həmin cəmiyyətin mənəvi-konseptual və idrakı sahələrində onun mədəniyyətinin iki qatı olan totemizm və magiya (sehrbazlıq) mühüm rol oynamışdır. Həm kitablardan, həm də xalqımızın tarixindən bizə məlumdur ki, bu və ya digər heyvan, yaxud quş necə böyük hörmətə malik olmuşdur. Türk xalqlarında qurd, at, it qaranquş, göyərçin və s. heyvan və quşların etiqad və inamlarda öz xüsusi yeri vardır. Bu proses bütün dünya xalqlarında, mövcud olan dünya dillərində baş vermişdir. Məsələn, Qədim Misirdə allah Ra öküz obrazında, Osiris qırğı başlı təsvir olunurdu. Yunanıstanda Zevs guya insanlara öküz və yaxud qartal, eləcə də qu quşu simasında görünürdü. Allah Pan keçi ayaqları və buynuzları ilə yunan etiqadlarında məlum idi. Finikiya ilahəsi Aştart inək simasında, obrazında təqdim olunmuşdur. Meksika günəş allahı Teskatlipoka ayı başlı, Şumer allahı Eya insan-balıq, xristian allahı Xristos quzu obrazında bizə məlumdur. Qədim yunanların dinlərində ovçuluq ilahəsi Artemida xallı maral simasında təsvir olunmuşdur. Dəhşətli görünüşü olan köpək Serber cəhənnəmin girişinin mühafizəçisi olmuşdur. Bəzi ibtidai xalqlarda belə bir təsəvvür mövcud idi ki, insanların mənşəyi heyvanlarla, quşlarla, balıqlarla, hətta həşəratlarla əlaqəlidir. Kaliforniyalı Koyot hinduları belə hesab edirlər ki, onların əcdadları canavar olmuşdur. Sibir xalqlarının əksəriyyəti – Ob xantları, Ural mansiləri mifik təsəvvürlərinə görə öz mənşələrini ayıdan, dovşandan, qazdan, durnadan, balıqdan və qurbağadan götürürdülər. Heyvanlar adamların hamisi rolunda çıxış edir, onlara öz işlərində köməkçi olurdular. Məsələn, Kanada eskimoslarında ilahə Sedna dişi morj obrazında xeyirxahlıq mücəssəməsi idi. Labrador eskimoslarında kişi allahları ağ ayı simasında təsvir olunurdu. Bir sıra xalqların miflərində heyvanlar insanlara od verir, insanlara sənət öyrədir, mərasim və adətləri aşılayır. Buryat əfsanəsinə görə, birinci şaman qartal olmuşdur. O, qadınla əlaqəyə girərək ona şamanlıq etməyi öyrətmişdir. Koryaklarda və çukçalarda ilahi qarğa dünyanın, torpağın, çayların və hətta insanların yaradıcısı hesab olunur. O, insanlara sənət öyrətmiş, onlara maral vermişdir. Çox vaxt insanın ruhu da heyvan obrazında təsəvvür edilirdi. Məşhur filosof Plotin (III əsr) ölərkən onun yaxın dostu çarpayının altında ilan görür. İlan tez divarın yarığında gizlənərək yox olur. Filosof tam əmin idi ki, həmin ilan Plotinin ruhudur. Qədim farslarda itlər ən böyük hörmətə malik idi. Onların fikrincə insan öldükdən sonra onun ruhu «itlərə» keçir. Ona görə də öldükdən sonra insanın cəsədi itlərə yedizdirilirdi. Etiqad edilən heyvanları incitmək olmazdı. Qədim Misirdə müqəddəs heyvanın öldürülməsi ölümlə cəzalandırılırdı. E.ə. V əsrdə məşhur yunan tarixçisi («tarixin atası») Herodot yazırdı ki, Misirdə pişiyin ölümü oğulun ölümündən betər sayılırdı. İnkişafın daha sonrakı mərhələlərində animizm (latınca nimus, nima-ruh, can deməkdir), yəni ruhlara etiqad meydana gəlmişdir. Bu inam, əqidə qədim dövr insanlarının, ən qədim əcdadlarımızın fövqəltəbiiliyi haqqında təsəvvürlərinin formalaşmasında mühüm rol oynamışdır. Animizm insanlarda anlayış yaratmaq qabiliyyəti özünü göstərəndən sonra əmələ gəlmişdir. Bu inkişaf mərhələsində aləmin ikiləşməsinə – real və fövqəltəbii aləmə bölünməsinə imkan yaranır. Sonralar fövqəltəbii aləmin real aləm üzərində hakim olması haqqında inam formalaşır. İbtidai insanın aləmi onun fantaziyasının məhsulu olan ruhların insanların, heyvanların, bitkilərin, təbiət obyektlərinin, insanın yaratdığı predmetlərin ruhlarının «məskənidir». Daha sonralar isə bu və ya başqa predmetdən ayrılan, onu tərk edən ruhlar haqqında təsəvvürlər meydana gəlir. Bu qayda ilə müxtəlif kortəbii qüvvələrin və təbiət hadisələrinin ildırım, günəş, ay, planetlər, dağlar, dənizlər, çaylar, və meşələrin ilahiləşdirilməsi prosesi baş verirdi. Ruhlar – insanla daimi qarşılıqlı təsirdə olan mifoloji varlıqlardı. İnsanların hamiləri olan ruhlar, nəsil ruhları, əcdad ruhları, xəstəlik ruhları, şamanların köməkçi ruhları, müxtəlif obyektlərin, sahələrin, təbiət qüvvələrinin sahiblərinin ruhları kimi müxtəlif ruhlar məlum idi. Ruhlar haqqında təsəvvürlər çox vaxt onları insanların «bənzəri», daha doğrusu mənəvi «bənzəri» kimi təqdim edir. Ruhlar çoxsaylı miflərdə və mifoloji əfsanə və dastanlarda özünü göstərir. Həmin dastanlar isə guya konkret insanların başına gələn əhvalatları ifadə etməklə yanaşı, həmçinin insanların ruhlarla təması – görüşü haqqında hadisələri əks etdirir. Ruhlar haqqında təsəvvürlər allahların obrazlarının formalaşmasında mühüm rol oynamışdır. İnkişaf etmiş mifologiyalarda allahların və ruhların obrazları yanaşı mövcud olsa da ruhlar mifoloji sistemlərin daha aşağı səviyyəsinə aiddir. Beləliklə, animizm ruhların təbiət hadisələrinin səbəbkarı mövcudluğuna inamı, bütün təbiətin canlı olmasına inamı ifadə edir. Qədim dünyanın mədəniyyətində animizm dini etiqadların universal forması idi. Elə bütün dini tamaşaların, mərasim və ayinlərin inkişaf prosesi animizmdən başlanmışdır. İbtidai xalqların mədəniyyətində magiya (sehrbazlıq) da mühüm rol oynamışdır. Magiya da ibtidai dini etiqadlara aiddir. Magiya müəyyən simvolik hərəkətlər (tilsimləmək, ovsunlamaq və s.) yolu ilə, yəni fövqəltəbii yolla ibtidai insanın hər hansı təbii hadisələrə təsir göstərmək imkanına olan etiqadından ibarətdir. İbtidai cəmiyyətlərin üzvləri sehrbazlıq üsulları ilə hadisələrin gedişinə özünün arzu etdiyi istiqamətdə təsir göstərməyə çalışırdılar. Magiya sonralar inkişaf etmiş dinin daha mühüm ünsürlərindən birinə çevrilmişdir, hər bir müasir dini kult sehrbazlıq hərəkətlərinin (ayinlər, sirlər, ibadətlər və s.) müəyyən sistemini özündə birləşdirir. Sehrbazlığın ovsunlamaq, falçılıq, qabaqcadan xəbər vermə, «bəd nəzər», caduya inam, «bağlamaq» və s. kimi qalıqları indi də məişətdə qalmaqdadır. İbtidai cəmiyyətlərdə geniş yayılmış etiqad formalarından biri də fetişizm hesab olunur. Fetişizm (fransızca fetiche – büt, tilsim deməkdir) müxtəlif maddi əşyaların fövqəltəbii xassələrinə etiqad olunmasına deyilir. İbtidai insanın müxtəlif əşyalardan, məsələn, daşlardan, ağaclardan, sonralar isə amuletlərdən (gözmuncuğularından, dualardan və s.), bütlərdən və s. fövqəltəbii kömək almaq ümidi fetişizmdə əks olunurdu. İbtidai cəmiyyətdə yaşamaq taleyinə düşən insanın praktiki fəaliyyətinin inkişaf etməsi və onun dərketmə imkanlarının məhdudluğu fetişizmin ilk mənbələri olmuşdur. İbtidai dövrlərdə fetiş öz-özlüyündə real mövcud olan predmet kimi pərəstiş obyekti olmuşdur. Sonralar isə onda «məskunlaşan» gizli fövqəltəbii qüvvə haqqında təsəvvürlər meydana çıxır. Fetişizm dini pərəstişin zəruri komponentidir. Möcüzəli ikonalara, xaça, quru cəsədlərə, «müqəddəs yerlərə pərəstiş edilməsi, tilsimlərin, amuletlərin, boyundan asılan xaçların və s. möcüzələr doğurduğuna etiqad edilməsi müasir dini praktikada fetişizmin daha xarakterik təzahürləridir. Cəlbedici predmetlər, gözəl görünən, eləcə də çirkin görünən şeylər fetişə çevrilə bilər. Predmet-əşya forması kimi fetişizm Qərbi Afrikada çox yaxşı saxlanılmışdır. Burada fetişlər hər yerdə nəzərə çarpır. Ən geniş surətdə yayılmış canlı fetişlər ilan (əjdaha) və qarğadır. Farslarda it və xoruz, Skandinaviyada ayı və canavar, Yunanıstanda – bayquş və s. fetiş sayılır. Canlı fetişlər qəbilə üzvləri üçün eyniləşdirici başlanğıcı ifadə etmirdi, onları eyni hesab etmək olmazdı. Onlar ya totemizmin özünəməxsus qalıqları, yaxud da güclü, müstəqil ruhların daşıyıcıları idi. Bəzi hallarda qəbilə üzvləri onlardan yararlana bilərdi. Ona görə də bir xalqın bir neçə canlı fetişi olurdu. Məsələn, Qədim Misirdə hər bir icma özünün canlı fetişinə malik idi. Ümummilli fetiş-müqəddəs öküz Apis olsa da, regional və yerli fetişlər də mövcud idi. Fivada – qoyun, Memfisdə – keçi,Bastda – pişik və s. fetiş hesab olunurdu. Qədim Roma miflərində canavarlar («Roma dişi canavarı»), ağacdələnlər və digər canlı varlıqlar haqqında danışılırdı. Onlar İtaliya yarımadasında yaşayan qəbilələrə düşmənə qalib gəlmək, qəhrəmanlıq göstərmək, gələcəyi görmək və s.-də kömək edirdi. Mədəniyyət tarixinin bir çox səhifələri fetişizmlə əlaqədardır, lakin onlardan biri müasir insana olduqca amansız və qəbuledilməz şəkildə görünür. Söhbət kannibalizmdən (adam yeməkdən) gedir. Kannibalizm çox qədim tarixə malikdir. Əcdadlarımız olan neandertallar adamyeyənlər idi. Homo sapiyens 40 min əvvəl planetdə adamyeyən kimi peyda oldu. Sonralar insan mədəniyyəti qəti imperativ ilə adam yeməyi qadağan etdi. Sonra qan qarışdırmaya (yaxınlarla evlənmə) qadağa qoyuldu. İkinci qadağa daha universal idi və insan cəmiyyətində ciddi şəkildə qorunmağa başladı. Bu tabu (qadağa) kannibalizmdən daha qədimdir. «Tabu» ibtidai mədəniyyətlə əlaqədar olan ən mühüm anlayışlardan biridir, onun pozulması dəhşətlə müşahidə olunur. Tabunun qorunması təhlükədən xilas olunmağın yeganə vasitəsidir. İbtidai incəsənət. İncəsənət tarixini yazanlar hələ keçən əsrin sonunda yalnız ilkin incəsənət kimi Qədim Misir incəsənətindən başlayırdılar. 90 il bundan əvvəl bəşəriyyət kinonu kəşf etdiyi zamanda daş dövrünün incəsənətini, paleolit təsviri sənəti, rəssamlığını və heykəltəraşlığını da özü üçün aşkar etdi. Həmin vaxtdan başlayaraq ibtidai cəmiyyətin incəsənəti tədqiqat üçün ən populyar sahəyə çevrildi. Həmin proses indi də davam etməkdədir. İbtidai incəsənətin yaranması ilə əlaqədar saysız-hesabsız nəzəriyyələr mövcuddur. Bədii fəaliyyət ibtidai mədəniyyətin bütün mərhələlərində mövcud olmuşdur. Ona görə də incəsənət onun varlığının daimi üsulu olmuşdur. Sənət alət istehsalından başlanır. İnsanın ən qədim alətinin tarixi 2.5 milyon il bundan əvvəl başlanır. İnsanların düzəltdiyi alətlərin materialına əsaslanan arxeoloqlar ibtidai dünyanın tarixini üç dövrə bölürlər. Bunlar daş dövrü, tunc dövrü və dəmir dövrüdür. Öz növbəsində daş dövrü də bir neçə alt dövrə bölünür. Ən qədim daş dövrü, yaxud paleolit (təqribən e.ə. 2.6 milyon ildən XII minilliyə qədər), orta daş dövrü, yaxud da mezolit (təqribən e.ə. XII minillikdən VII minilliyə qədər), yeni daş dövrü, yaxud da neolit (e.ə. XII minillikdən IV minilliyə qədər), mis daş dövrü, yaxud da eneolit (e.ə. III-II minilliklər), tunc əsri (e.ə. II-I minilliklər). Dəmir dövrü təqribən birinci minilliyin ortalarından başlayır. Öz növbəsində Paleolit də üç dövrə – aşağı, orta və yuxarı (yaxud da sonrakı) dövrə bölünür. İbtidai incəsənətin ilkin mərhələsi üçün səciyyəvi cəhəti sinkretizm (latınca birləşmə) olmuşdur. Bu da müxtəlif görüşlərin bir yerdə ifadə olunması idi. Dünyanın bədii mənimsənilməsi ilə əlaqədar olaraq insanın fəaliyyəti eyni zamanda homo sapiyens (ağıllı insan) formalaşmasına da şərait yaratmışdır. Bu mərhələdə ibtidai insanın bütün psixi proses və həyəcanlarının imkanları hüceyrə şəklində kollektiv şüuraltı vəziyyətdə, arxetip adlanan proobrazda, ilkin formada olmuşdur. Dünyanın dərki kortəbii baş verirdi, hər bir anlayışın arxasında obraz, canlı əməl gizlənirdi. Bizə gəlib çatan ilk ibtidai təsviri sənət əsəri Orinyak (Fransa) (e.ə. 33 min – 18 min) mərhələsində olmuşdur. Qadın heykəlciyi (daşda və sümükdə) həmin sənət əsərlərindəndir. Həmin dövrdə heyvanların, mamontların, filin, atın, maralın ümumi cizgilərini əks etdirən təsvirlər də yaranmışdır. İbtidai incəsənət əsərləri əsasən ovçuluq və əmək prosesi ilə əlaqədar olmuşdur. Bir sıra sənətşünaslar paleolit dövrünün təsviri fəaliyyətini üç mərhələyə bölürlər. Onlardan hər biri keyfiyyətcə yeni təsvir formalarının yaranması ilə səciyyələnir. Sümük, təbii maket və s.-dən kor pozisiyalar, süni təsviri forma – iri gil heykəltəraşlığı, barelyef profil konturu, yuxarı paleolit təsviri yaradıcılığı, mağara yazıları, sümük üzərində qravyuralar – natural yaradıcılıq nümunələridir. Analoji mərhələni ibtidai incəsənətdə, tipik musiqi yaradıcılığında da görmək mümkündür. Musiqi (natural pantomimanın musiqi elementləri, təbiətdəki səslərin təqlidi, səsin təqlid motivləri, süni intonasiya formaları, səs yüksəltmə vəziyyətini əks etdirən motivlər, intonasiya ardıcıllığı, iki və üç səsli motivlər) hərəkət, mimika, jestlərdən və s.-dən ayrılmamışdı. Əvvəllər insanlar yalnız öz ehtiyacları üçün təbiətin verdiyi şeylərdən – daş, ağac, sümük və s.-dən istifadə edirdilər. Yeni daş dövründə insan sənət əsərləri yaratmaq məqsədi ilə odadavamlı gildən istifadə etməyə başlayır. İbtidai cəmiyyətdə təsviri sənətin, demək olar ki, bütün növləri: rəsmlər, heykəlciklər, təsvirlər (mineral rənglərdən istifadə etməklə rəngli təsvirlər vermək), heykəltəraşlıq (daşdan yonulmuş, yaxud da gildən düzəldilmiş fiqurlar) və s. yaranmışdı. Dekorativ sənət növləri (daş, sümük üzərində işləmələr, relyeflər və s.) bu qəbildəndir. İbtidai cəmiyyətin inkişafının son dövründə bürünc, qızıl və gümüşün emalı ilə bağlı bədii sənət növləri yaranırdı. İbtidai icma dövrünün sonunda yeni memarlıq tikililəri – qalalar yaranmağa başladı. Sonralar yaşayış məskənləri, dəfnlə əlaqədar məqbərələr və s. meydana çıxdı. İbtidai dövrün incəsənəti dünya incəsənətinin sonrakı inkişafı üçün əsas olmuşdur. Qədim Misir, Şumer, İran, Hindistan, Çin, Azərbaycan və s. mədəniyyətlərin formalaşmasında ibtidai dövr mədəniyyətinin əvəzsiz xidməti olmuşdur. Dini görüşlər. Təqribən e.ə. XXX minillikdə ibtidai incəsənət meydana gəldi. Bu incəsənətin yaranması insanların gündəlik həyatı ilə bağlı idi. “Ağıllı insan” buynuzdan kiçik heykəllər düzəldir, sümük üzərində təsvirlər cızır, təbiətdən əldə etdiyi boyalarla mağara divarlarında rəsmlər çəkirdi. Belə təsviri sənət nümunələri İspaniyada Altamira mağarasının divarlarında aşkar olunmuşdur. Mağarada təsvir edilmiş bizonların bir qismi sakit durmuş, digər qismi düşmən üzərinə atılan vəziyyətdə təsvir edilmişdir. Sonralar dünyanın müxtəlif yerlərində mağaraların divarlarında, qaya üzərində bu tipli ibtidai incəsənət nümunələri aşkar olunmuşdur. Beləliklə, incəsənət Paleolit dövründə yaranmışdır. İnsanlar ov və döyüş səhnələrini, ovlayacaqları heyvanların hərəkətlərini təqlid edirdilər. Buradan da rəqs meydana gəlmişdir. Bu yolla insanlar bildiklərini gənclərə öyrədirdilər. Memarlıq rüşeymləri, heykəltəraşlıq nümunələri Paleolit dövründə yaranmışdı. İnsanlar heyvanların gözəlliyini, onların zahiri və daxili aləmini təsvir edə bilmişlər.

Gönderen Chinara zaman: 13:04:00

Mədəniyyət və incəsənət tarixi

Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır. Bakının yaxınlığındakı Qobustanda qayaüstü təsvirlər və petroqliflər sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur. İkinci minilliyin tarixi əyani surətdə göstərir ki, Azərbaycan xalqı dünya mədəniyyətində öz dəst-xətti ilə seçilən xalqlardandır. Keçən iki min il ərzində bəşər sivilizasiyasının ayrılmaz hissəsi kimi azərbaycanlılar dünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr vermişlər.

Həbib bəy Mahmudbəyovun teatr tuppası. 1888

Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız qalası abidəsi memarlıq sənətinin nadir incilərindəndir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV-XIX əsrlər) da heykəltəraşlığın yeni və yaddaqalan səhifəsi saymaq mümkündür. Friz xarakteri daşıyan “Bayıl daşları” vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil edib. Müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı xalçaçılıq məktəblərində, o cümlədən də Bakıda toxunmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur. Qobustan qayaüstü təsvirləri arasında “Yallı” (rəqs) oynayan insanların təsviri xüsusi maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağından xəbər verir. Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanının vəziri” və “Hacı Qara” tamaşalarından başlanır. XIX əsrin 70-80-cı illərində Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlamışlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsl mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olmuşdur. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq etmişlər. Onlar həmin dəstəni xeyli qüvvətləndirərək, truppa halına salmışlar və bu truppa 1888-ci ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başlamışdır. 1890-cı illərdən başlayaraq Nəriman Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur. 1896-cı ildə Həsən bəy Zərdabi Bakıda “Birinci müsəlman dram truppası” adlı ilk professional teatr kollektivini təşkil etmişdir. 1897-ci ildə Bakıda “Artistlər ittifaqı” yaradılmışdır. 1906-cı ildə Bakıda “Müsəlman dram artistləri” şirkəti yaradılmışdır. “Şirkət”ə məşhur teatr xadimi Cahangir Zeynalov rəhbərlik edirdi.

“Leyli və Məcnun” operasının afişası. 1908

1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda ilk milli opera – Üzeyir bəy Hacıbəyovun “Leyli və Məcnun” əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyuldu. 1910-cu ildə “Səfa” adlı yeni mədəni maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradılmışdır. 1917-ci ildə Bakıda “Müsəlman artistləri ittifaqı” yaradılmışdır. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Birləşmiş Dövlət Teatrı yaradıldı. Sovet hakimiyyəti illərində müxtəlif adlar daşıyan bu sənət ocağı 1991-ci ildən Akademik Milli Dram Teatrı adlanır. 1923-cü ildə Bakı Teatr Texnikumu yaradıldı. 1928-ci ildə isə respublikada uşaq və gənclər üçün ilk teatr – Bakı Uşaq Teatrı fəaliyyətə başlamışdır. 1931-ci ildə Bakıda Kukla Teatrı yaradılmışdır. Teatr Texnikumunun əsasında 1945-ci ildə Azərbaycan Teatr İnstitutu (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradılmışdır. Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının repertuarı bu gün daha da genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Bakıda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında, Pantomim Teatrında, Gənc Tamaşaçılar Teatrında və digər teatrlarda seyr etmək mümkündür. Azərbaycan kinematoqrafının tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdi. Onun çəkdiyi xronika süjetləri “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s. və bədii kinosüjeti isə “İlişdin” idi.

“O olmasın, bu olsun” filminin çəkilişi. 1956

1898-1935-ci illər Azərbaycan kinosunun səssiz dövrü olaraq həm sənədli, həm də bədii növlərin formalaşması ilə səciyyəvidir. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri tərəfindən Bakıda prokat kontorları yaradılmışdır. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkilmişdir. 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi yaradılmışdır. Müxtəlif adlarla fəaliyyət göstərən bu qurum 1961-ci ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası adlanır. Azərbaycan kinosunun 1935-1960-cı illər mərhələsi səsli kinonun yaranması və geniş inkişafı ilə bağlıdır. 1965-ci ildən Azərbaycan televiziyasında da cizgi filmləri istehsal olunmağa başlanmışdır. Sovetlər dövründə hər il “Azərbaycanfilm” kinostudiyasının dublyaj şöbəsində onlarla film Azərbaycan dilinə dublyaj olunmuşdur. “Azərbaycanfilm”in Dublyaj şöbəsi 1994-cü ildən “Dublyaj” studiyası kimi fəaliyyət göstərir. XX əsrin 60-70-ci illərini Azərbaycan kinosunun intibah dövrü adlandırmaq olar. Bu dövrdə çəkilmiş filmlərdə tarixə və müasir həyata müxtəlif baxışlar, insan amili, xarakterlərin təhlili, gənclərin formalaşması, mənəvi-əxlaqi problemlərin qaldırılması və s. məsələlər əsas yer tutmuşdur. 1993-cü ildə ölkədə milli və xarici filmlərin daimi qorunub saxlanılması üçün Azərbaycan Dövlət Film Fondu yaradılmışdır. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda 25-dən artıq müstəqil kommersiya studiyası və kinoşirkət fəaliyyət göstərir. 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu mədəniyyətin digər sahələri ilə yanaşı milli kinonun inkişaf etdirilməsi istiqamətində də uğurlu fəaliyyətini davam etdirir. Bir sıra beynəlxalq müsabiqələrin mükafatlarına layiq görülən Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun sifarişi ilə maraqlı sənədli filmləri də tamaşaçıların ixtiyarına vermişdir. Azərbaycanda “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında” filmi multikulturalizmin Azərbaycan modeli barədə dünyada geniş təəssürat yaratmaq məqsədi ilə 6 xarici dilə tərcümə olunaraq yayılmışdır.

Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. XX yüzilin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Üzeyir Hacıbəyli müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq və Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyli H.Z.Tağıyevin teatrında tamaşaya qoyduğu “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu.

“Yeddi gözəl” baletindən səhnə

Opera və Balet Teatrının binası 1910-cu ildə məşhur memar N.Bayev tərəfindən tikilmişdir. 1918-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmişdir və dövlət opera teatrının yaranma tarixi bu vaxtdan başlayır. Teatr 1959-cu ildən Akademik teatr statusu daşıyır. 1922-ci ildə Bakıda nəinki Azərbaycanda, hətta bütün Yaxın Şərqdə ilk Konservatoriya açılmışdır. XX əsrin 30-80-ci illəri Azərbaycan musiqisinin yeni yüksəliş dövrü kimi səciyyələnir. Müstəqillik illərində simfoniya və simfonik opera kimi simfonizmin böyük formaları ilə yanaşı, nisbətən kiçik formalı musiqi əsərləri də yaradılıb. Əsrin ötən dörddə biri ərzində bəstəkarlar opera və xor musiqi janrlarına tez-tez müraciət ediblər. V.Adıgözəlovun “Xan qızı Natəvan” və F.Əlizadənin “İntizar” operaları, R. Mustafayevin “Salatın”, V.Adıgözəlovun “Çanaqqala” xor əsərləri və s. həmin dövrdə yaradılıb. Azərbaycan bəstəkarları ölkənin həyatında baş verən mühüm sosial-siyasi hadisələrdən yan keçməmişlər. Qarabağ müharibəsi mövzusu əsas mövzulardandır. Bu mövzuya V.Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası, T.Bakıxanovun “Qarabağ harayı” simfoniyası, F.Əlizadənin “Ana torpaq” odası, R.Mustafayevin “Haqq səninlədir” kantatası, S.İbrahimovanın “Vətən şəhidləri” kantatası və onun əsəri olan simli orkestr üçün “Sənin üçün darıxmışam, Şuşam” əsərləri həsr edilmişdir. 1920-ci ildə Bakıda ilk rəssamlıq məktəbi açılmışdır. 1932-ci ildə Azərbaycan Rəssamlar İttifaqı yaradılmışdır. Məşhur rəssamlar Tahir Salahovun, Səttar Bəhlulzadənin, Mikayıl Abdullayevin, Vidadi Nərimanbəyovun, Rasim Babayevin, Sənan Qurbanovun, Toğrul Nərimanbəyovun və bir çox istedadlı rəssamların əsərləri Azərbaycan rəssamlıq sənətinin zənginləşməsinə xidmət edir.

Milli İncəsənət Muzeyi

Azərbaycanda dövlət səviyyəsində ilk muzey Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövründə yaradılmış İstiqlal Muzeyidir. 1919-cu ilin dekabrında Bakıda təşkil edilmiş bu muzey Cümhuriyyət Parlamentinin binasında (indiki Əlyazmalar İnstitutu) yerləşirdi. Həmin muzeyin mənəvi varisi kimi 1991-ci ildə Azərbaycan İstiqlal Muzeyi yaradılmışdır. Sovet hakimiyyəti illərində Bakıda Azərbaycan Təbiət Tarixi Muzeyi (1930), Azərbaycan Dövlət Teatr Muzeyi (1934) və Azərbaycan Dövlət İncəsənət Muzeyi (1936) yaradıldı. Dövlət Muzeyi 1936-cı ildən Azərbaycan Tarixi Muzeyi adlanır. 1939-cu ildə Bakıda Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi yaradılmışdır. Bakının müasir mənzərəsini gözəlləşdirən tikililərdən Heydər Əliyev Mərkəzini (memar Zaha Hadid, 2013), Muğam mərkəzini (2008), Xalça muzeyini (memar Frans Yants, 2014), Beynəlxalq avtovağzalı (2010), Beynəlxaq Hava Limanını (2014) və s. göstərmək olar. Şüşə və metal konstruksiyalardan qurulmuş bu tikililər şəhərə tamamilə yeni görkəm verir. Dənizkənarı bulvarda yerləşən Xalça muzeyinin binası yarımbükülmüş xalça örtüyü formasında qurulmuşdur. Müstəqillik illərində monumental heykəltəraşlıq yeni yüksəliş dövrünə qədəm qoymuşdur. Bakıda H. Cavidin, Ə.Nəvainin, A.S.Puşkinin, T.Şevçenkonun, Motsartın, N.Teslanın, şair X.Şirvaninin, rəssam Ə.Əzimzadənin, futbol hakimi T.Bəhramovun, bəstəkarlar Q.Qarayevin və F.Əmirovun abidələri ucaldılmışdır. Şəhərin mərkəzində oğuz eposunun abidəsi olan “Dədə Qorqud” etnoqrafik parkı salınmışdır.

Bakının 2009-cu ildə “İslam Mədəniyyəti Paytaxtı” elan olunması ilə əlaqədar tədbirlər planı çərçivəsində həmin ilin martında Muzey Mərkəzində «Qadın portretləri» adlı sərgi, «Şərq və Qərb moda təqdimatı», habelə Azərbaycan qadın bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil edilmişdir. «Eurovision – 2012» nüfuzlu mahnı müsabiqəsinin Azərbaycanın paytaxtında keçirilməsi bütün dünyadan turistlərin ölkəmizə axını üçün şərait yaratdı və ölkənin turizm sənayesinin inkişafına güclü təkan verdi. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılmışdır. Heydər Əliyev Sarayının, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Akademik Dövlət Milli Dram Teatrının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılmışdır.

Bakı şəhərində dövlətin mühafizəsində olan daşınmaz tarixi-mədəniyyət abidələri

(2020-ci ilin əvvəlinə)

Dünya əhəmiyyətli
Arxeoloji – 1
Memarlıq – 5

Ölkə əhəmiyyətli
Arxeoloji – 62
Memarlıq – 78
Bağ-park, monumental və xatirə abidələri- 44

Yerli əhəmiyyətli
Arxeoloji – 25
Memarlıq – 781
Bağ-park, monumental və xatirə abidələri – 18

Bakı şəhəri üzrə klubların sayı
Klubların sayı – 59
Tamaşaçı və mühazirə zallarında yerlərin sayı – 12809

Bakı şəhəri üzrə muzeylər
Muzeylərin sayı – 35

Bakı şəhəri üzrə mədəniyyət və istirahət parkları
Parkların sayı – 106

Bakı şəhəri üzrə kütləvi kitabxanalar
Kitabxanaların sayı – 98
Onlarda kitabxana fondu, min nüsxə – 9406,8

Mədəniyyət və sivilizasiya

Mədəniyyət sözü latınca: cultura sözündən olub torpağın becərilməsi, tərbiyə, inkişaf mənasında başa düşülmüşdür. İlk dövrlərdə mədəniyyət insanın təbiətə məqsədəuyğun təsiri, torpağın əkilib becərilməsi, yəni yaxşı məhsul almaqdan ötrü onun dəyişdirilməsi kimi anlaşılmışdır.
İntihab dövrünün filosofları mədəniyyətə ideal, universal şəxsiyyətin formalaşması vasitəsi, hərtərəfli təhsil, tərbiyə almağa, elmə və incəsənətə təsir etməyə, dövlətin möhkəmləndirilməsinə kömək etməyə qadir bir qüvvə kim baxırdılar. Onlar eyni zamanda barbarlıqdan fərqlənən müəyyən ictimai quruluş kimi sivilizasiya problemini də irəli sürürdülər.
XIX əsrdə mədəniyyətin təkamül inkişafı nəzəriyyəsi yarandı. Bu kulturoloji konsepsiyanın tanınmış nümayəndələridən biri ingilis etnoqrafı və tarixçisi E.B.Taylor (1832– 1917) olmuşdur. Taylorun anlamında mədəniyyət yalnız mənəvi mədəniyyətdir: bilik, incəsənət, etiqad, hüquqi və əxlaqi normalar və s.– dir. Taylor qeyd edirdi ki, mədəniyyətdə təkcə ümumbəşəri yox, həm də ayrı– ayrı xalqlar üçün spesifik olan dəyərlər də vardır. Mədəniyyətin inkişafında təkcə onun daxili təkamülünü deyil, həm də tarixi təsirin və tarixi mənimsənilmənin əhəmiyyətini də Taylor qeyd etmişdi. O göstərirdi ki, mədəni inkişaf düz xətlə gedə bilməz. Lakin təkamülçü kimi O, bütün və əsas diqqətini bəşəriyyətin mədəni inkişafının vəhdətdə olmasını sübut etməyə vermişdir. Bununla yanaşı, o, tənəzzül imkanlarını, geriyə hərəkəti, mədəni deqradasiyanı da inkar etmirdi. Maraqlıdır ki, tənəzzül və tərəqqi münasibətlərini təhlil edərkən O, tərəqqinin qələbəsinə şübhə etmədiyini bəyan edirdi.
Taylorun vahid xətt təkamül nəzəriyyəsi XIX əsrin sonunda həm yenikantçılar və M.Veber tərəfindən, həm də «Həyat fəlsəfəsinin nümayəndələri, O.Şpenqler, A.Toynbi tərəfindən tənqid edilmişdir.
Yeni kantçı Rikkert, məsələn, təklif edir ki, mədəniyyətə dəyərlər sistemi kimi baxılsın. O, aşağıdakı dəyərləri sadalayır: həqiqət, gözəllik, ilahi müqəddəslik, mənəviyyat, xoşbəxtlik, xüsusi müqəddəslik. Dəyərlər xüsusi aləmi, xüsusi fəaliyyət növü yaradır ki, burada insanın dünyanı mənəvi mənimsəməsinin bəzi cəhətləri görünür. Vindelband qeyd edir ki, mədəniyyət insanın dünyanı anlaması və dərk etməsindən asılı olaraq dəyərlər dünyası– məsuliyyəti hiss etmək dünyasıdır. Dəyərlər şüurdadır, onların gerçəklikdəki təcəssümü hər cür rifahın yaradılması deməkdir.
«Həyat fəlsəfəsi»nin nümayəndələri də yeni kantçılar kimi, tə­biətlə tarixi kəskin şəkildə fərqləndirirlər. Şpenqlərə görə, tarix ayrı– ayrı qapalı mədəniyyətlərin bir– birini əvəz etməsidir. Bu zaman vahid tarixi prosesin mövcudluğu istisna edilir. Bütün mədəniyyət ayrıca götürülmüş insanın yaş dövrlərini: uşaqlıq. Yeniyetməlik, gənc­lik və qocalıq dövrlərini keçirir. Tale mədəniyyəti doğumdan ölümə qədər olan yolu keçməyə məcbur edir. Şpenqlərə görə, tale elə anlayışdır ki, onu izah etmək qeyri– mümkündür, onu yalnız hiss etmək olar. Tale mədəniyyəti istiqamətləndirir, onun konkret məzmunu isə xalqın ruhu ilə müəyyən olunur. Ruh özünün bütün imkan­larını– xalqlar, dillər, etiqadlar, incəsənət, dövlət, elm və s. vasitəsilə gerçəkliyə çevirdikdən sonra mədəniyyət ölür. Şpenqlərə görə, mədəniyyət– xalqın ruhunun xarici təzahürüdür. Sivilizasiya dedikdə O, hər bir mədəniyyətin mövcudluğunun son mərhələsini başa düşür. Böyük şəhərlərdə adamlar çoxaldıqca texnika inkişaf edir, in­cəsənət deqradasiyaya uğrayır, xalq «simasız kütləyə» çevrilir. Şpenqlər belə hesab edir ki, sivilizasiya mənəvi tənəzzül epoxasıdır.
Hazırda çoxsaylı kulturoloji konsepsiyalar yaranmış və yayıl­mışdır. Bunlar K.Levi– Strossun antropologiyası, neofreydistlərin, ekz­istensialist­lərin, ingilis yazıçısı Ç.Snounun və başqalarının konsepsiyalarıdır. Bir sıra kulturoloji konsepsiyalar sübut edir ki, vahid mədəniyyətin yaranması qeyri– mümkündür. Onlar Qərb və Şərq mədəniyyətinin əksliyini göstərərək mədəniyyət və sivilizasiyanın texnoloji determinasiyasını əsaslandırırlar.
Bəs, əslində mədəniyyət nədir? Çoxsaylı tədqiqatçıların bu fikri ilə razılaşmaq lazımdır ki, mədəniyyət sırf sosial hadisə olub, insanların həyat fəaliyyəti ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, cəmiyyətdə mədəni və sosiallığın birliyi yalnız onun aşağı pilləsində mövcud olmuşdur. Əmək bölgüsündən sonra, yəni əkinçiliklə maldarlıq, sənətkarlıqla əkinçilik, ticarətlə əkinçilik, maldarlıqla sənətkarlıq ayrıldıqdan sonra sosial problemlər müstəqil inkişaf yoluna başlayır. Doğrudur, mədəniyyət prosesləri bütün ictimai hadisələrlə qarşılıqlı əlaqədə baş verir. Lakin bütün hallarda mədəniyyət spesifik cəhətlərə malik olur, yəni özündə ümumbəşəri dəyərləri cəmləşdirir. Bu zaman mədəni yaradıcılıq tarixi yaradıcılıqla üst– üstə düşmür. Bunu başa düşməkdən ötrü maddi və mənəvi mədəniyyətləri bir– birindən fərqləndirmək lazımdır. Maddi mədəniyyət– insan əməyi və zəkası ilə yaradılmış maddi sərvətlərin məcmusudur; istehsal vasitələri, əmək cismi ictimai varlığın maddi əsaslarıdır. Maddi mədəniyyət insanın təbii gerçəkliyi mənimsəməsinin göstəricisidir. Yaşayış vasitələri– binalar, paltar, memarlıq nümunələri, körpülər, kanallar, meşə zolaqları, bitki və heyvan növləri və s. buraya daxildir. Mənəvi mədəniyyətə isə, hər şeydən əvvəl, elm və onun nailiyyətlərinin istehsal prosesinə tətbiqi səviyyəsi, təhsillilik və maarif, tərbiyə, incəsənət, tibbi xidmət, cəmiyyət üzvlərinin mənəviyyatı və davranış normaları, adətlər, ənənələr, adamların təlabatı və mənafelərin inkişaf səviyyəsi və s. daxildir.
Qeyd etmək lazımdır ki, mənəvi mədəniyyəti mənəvi istehsalla eyniləşdirmək olmaz. Mənəvi istehsal– ideyaların, normaların, dəyərlərin məcmusudur. Mənəvi mədəniyyət daha geniş anlayış olub, mənəvi istehsalı da özünə daxil edir. Deməli, mədəniyyət maddi və mənəvi dəyərlərin məcmusudur. Konkret olaraq mədəniyyətə belə bir tərif vermək olar. Mədəniyyət– cəmiyyətin bütün tarixi boyu əldə etdiyi maddi və mənəvi sərvətlərin məcmusudur, həmçinin onların yaradılması qabiliyyəti və bəşəriyyətin tərəqqisi üçün onlardan istifadə etmək və onları nəsildən– nəsilə vermək bacarığıdır. Mədəniyyət insanın sirli– sehirli dünyasıdır. Onun özünü dərk etməsi və şəxsiyyətin mövcudluq üsuludur.
«Sivilizasiya» latınca civilis sözündəndir, «vətəndaşlıq», «dövləti» mənalarını verir, cəmiyyətdə əldə edilmiş maddi və mənəvi nailiyyətləri, cəmiyyətin inkişafı ilə bağlı uğurları bildirir. Təsadüfi deyildir ki, bir sıra tədqiqatçılar cəmiyyətin ümumdünya tarixi inkişaf prosesini bildirmək üçün «sivilizasiya» anlayışını işlətmişlər. «Ailənin, xüsusi mülkiyyətin və dövləti mənşəyi» adlı əsərində F.Engels Morqanla birlikdə bəşər tarixinin vəhşilik, barbarlıq və sivilizasiya dövrlərindən ibarət olduğunu qeyd etmişdir.
Ümumiyyətlə, son dövrlərdə sivilizasiya problemi ön plana çıxmışdır. Bununda bir sıra səbəbləri vardır. Birincisi, müasir dünyada elmi– texniki inqilabın genişlənməsi Qərbin və Şərqin bütün ölkələrində istehsal texniki vasitələrinin və üsullarının inkişafına kömək etmişdir. İkincisi, keçmiş SSRİ– də sosializm quruculuğuna yeni baxış, kapitalist inkişafına istiqamət götürülməsi iki əsas Şərq– Qərb sivilizasiyası haqqında mübahisənin güclənməsinə səbəb olmuşdur. Belə bir dilemma yarandı: Bəşər sivilizasiyası birdir, yoxsa bir neçədir? Bəşəri inkişafın yolları içərisində formasyon, yaxud sivilizasiya arasında fərq vardır. Bu fərqi hələ İ.Kant göstərmişdir. Kanta görə, insan öz həyatı və davranış qaydalarını müəyyənləşdirdikdən sonra sivilizasiya başlanır. Sivilizasiyalı adam heç vaxt başqasına pislik etməyən adamdır. O, mədəni və nəzakətlidir, diqqətli və mehribandır. Kant mədəniyyəti mənəvi qəti imperativ ilə əlaqələndirir. Qəti imperativ praktiki qüvvəyə malikdir və əqlə uyğun olaraq insan əməlini hamı tərəfindən qəbul edilmiş normalara uyğun məcraya istiqamətləndirir.
Sivilizasiya dedikdə, bir tərəfdən, cəmiyyətin və mədəniyyətin inkişaf səviyyəsi, digər tərəfdən isə mədəni dəyərlərin (maddi və mənəvi) mənimsənilməsi səviyyəsi nəzərdə tutulur ki, bu da bütün ictimai həyatı və onun spesifikasını göstərir. Şübhəsiz, müəyyən sivilizasiyadan söhbət gedərkən, sivilizasiya ən çox mədəniyyətlə eyniləşdirilir. E.Taylor öz tədqiqatlarında belə də yazmışdır: «Mədəniyyət və yaxud sivilizasiya». Lakin O, eyni zamanda bəzi fərqləri də göstərə bilmişdir. Sivilizasiyanın ikinci əlaməti– mədəniyyətin mənimsənilməsi üsulu– ədəbiyyatda çox az işlənmişdir. Praktika sübut edir ki, bu əlamət olduqca vacibdir. Çünki bəşər tarixi bir daha göstərir ki, mədəniyyətin mənimsənilməsi üsulu necədirsə, sivilizasiya da elədir. Məsələn, təsadüfi deyildir ki, biz Qərb və Şərq sivilizasiyasını bir– birindən fərqləndiririk.

Şərq və Qərb sivilizasiya tipləri

Bəşər tarixinə müraciət etsək, görərik ki, hələ ən qədim dövrlərdən Şərq və Qərb sivilizasiyası bir– birindən fərqlənmişdir. Tarixçilərin tədqiqatları sübut edir ki, lap əvvəldən sivilizasiyanın spesifikası adamların əmək fəaliyyətinin xüsusiyyətləri ilə əlaqədar olmuşdur. Həmin əmək fəaliyyətlərinə də öz növbəsində coğrafi mühit, əhalinin sıxlığı və digər amillər təsir göstərmişdir. Bir mərkəzdən su ilə təminatın idarəsinə əsaslanan düyü əkinçiliyi sistemi Asiya istehsal üsulunun inkişafını bir növ həvəsləndirmişdir. Bunun üçün isə bir rəhbərlik və işin «ictimai» xarakteri, sosial imtiyazlar ierarxiyası, mənəvi sahədə isə dünyanın sahibinə– mütləq hökmdara– allaha (səmaya, günəşə) və onun yerdəki nümayəndələri imperatora, yaxud feodala, ağaya tabe olmaq səciyyəvi hal hesab olunurdu.
Göründüyü kimi, ictimai həyatın spesifikasına maddi dəyərlərin mənimsənilməsinin texnoloji və sosial iqtisadi üsulları böyük təsir göstərmişdir. Buraya həmçinin düyü sahələrinin suvarılmasının təşkili, düyünün yığılması, ierarxik idarə strukturu və s. də daxildir.
Sivilizasiyanın inkişafına və xüsusiyyətlərinə ictimai şüurun dini və fəlsəfi formalarının məzmunu, və ya həmçinin cəmiyyətin digər dəyərlərinin mənimsənilməsində mühüm vasitə kimi istifadə edilməsi də təsir göstərmişdir. Çində buddizm və konfutsiçilik, Hindistanda buddizm, brəhmənizm yoqların fəlsəfəsi insanın bütün həyat fəaliyyətinin reqlamentasiyasının müəyyən edilməsində, başlıca rol oynamışdır. Qərb sivilizasiyası monolit kult strukturu və tək­hakimiyyətliyin təsirinə az məruz qalmışdır. O, daha çox fəal su­rətdə elmin, incəsənətin və siyasətin təsiri altında dəyişmişdir. Şərq sivilizasiyası üçün maddi və mənəvi dəyərlər mənimsəmək, həmçinin avtoritar paternalizm, ümumi tabelik, dövlətdə, icmada, ailədə başçının qəbul edilməsi şəraitində onların istehsalı xarakterikdir.
İnsanın sözə baxan, xeyirxah, ləyaqətli kimi formalaşması şərq ölkələri adamının bütün həyat tərzinə möhürünü vurmuşdur. Bu, həm də mədəniyyət və onun mənimsənilməsi üsullarına da öz təsirini göstərmişdir. Spesifik insan başlanğıcı kimi həmin hal burada tam şəkildə mühüm əhəmiyyət daşıyır. Qərb sivilizasiyası üçün texnika və texnologiyanın surətli inkişafı, predmet dünyasının və adamların sosial əlaqəsinin surətlə dəyişməsi xarakterikdir. Təsadüfi deyildir ki, onun mədəniyyətində elmi rasionallıq xüsusi bir qüvvə kimi üstünlük təşkil edir.
Şərq və Qərb sivilizasiyaları öz aralarında qarşılıqlı təsir göstərirdi. Bu qarşılıqlı təsir nəticəsində öz mədəniyyəti əsasında yeni mədəniyəti mənimsəyən müxtəlif «hibrid» cəmiyyətlərin yaranması mühüm rol oynamışdır. Bu gün Qərb– «inkişaf etmiş ölkələr»in sinonimidir. Bu əlamətə əsasən bəzi politoloqlar Yaponiyanı Qərbə aid edirlər ki, bu qətiyyən düzgün deyildir. Qərb ölkələri ilə ümumi texnoloji bazisə malik olmasına baxmayaraq, Yaponiya hətta ümumbəşəri dəyərlərin mənimsənilməsi baxımından belə Şərq sivilizasiyası ölkəsi olaraq qalmaqdadır. Biz tam hüquqla nəinki Şərq və Qərb sivilizsiyası haqqında danışa bilərik, həmçinin Qərb və Şərq mənəvi sivilizasiyası haqqında da söhbət aça bilərik. Sivilizasiya bütövlükdə sosial– mədəni hadisə olmasına, baxmayaraq, mədəniyyətin özünün varlığının mənasıdır, bütün ictimai həyata təsir etmək mənasıdır. Onun «nüvəsi» mənəvilikdir.

Texniki sivilizasiyalar

Texnikanın inkişaf səviyyəsi ilə xarakterizə olunan sivilizasiyalar mövcuddur. Qərbdə sivilizasiyanın tədqiqatçıları (D.Bell, Q.Kan, Z.Bjezinski, R.Aron və başqaları) onun «industriala qədər», «industrial» və «postindustrial» kimi xarakterizə etmişlər. Axırıncını hazırda «informasiyalı», «texnotronlu» və s. də adlandırırlar. Həqiqətən də adını çəkdiyimiz texniki sivilizasiyaların hər biri öz texniki səviyyəsinə, insanın istehsal alətləri ilə birləşməsi, onun əmək vərdişləri və istehsal təcrübəsi, istehsalın idarə formaları və s. daxildir. Həmin texniki sivilizasiyaların hər biri üçün texnikanın və texnoloji subyekt kimi insanın inkişafının öz səviyyəsi səciyyəvidir. Texnikanın səviyyəsi bu və digər istehsal aləti tipinin, o cümlədən maşının yayılması dərəcəsindən asılıdır. Məsələn, Ptolomey dövrü Misirində (b.e.ə. 100 və 50– ci illər arasında) «mühəndis» Geron eolepil, bir növ buxar maşını (bu buxarın praktiki olaraq işlənməsindən 18 əsr qabaq olmuşdur) kəşf etmişdi ki, o da öz növbəsində məbədin ağır qapısını müəyyən məsafədən açmağa qadir mexanizm idi. Bu kəşf o zaman digər kəşflərlə (sorucu nasos, termometr və s.) birlikdə çox məşhur olmuşdur. Kəşflər qruplarla, çoxsaylı seriyalarla davam etmişdir. Lakin qədim cəmiyyətdə hətta bütün «günahlar» antik dünyaya şeylərin istehsalı üçün zəruri olan işçi qüvvəsini verən quldarlıq quruluşunda idi. Elə buna görə də horizontal su dəyirmanları yalnız buğdanı döymək üçün yararlı idi. Buxar isə maraqlı və sirli oyuncaqlara xidmət etmək üçün istifadə edilmişdi.
«İndustriala qədər sivilizasiya» üçün keyfiyyətcə yeni texnika xasdır. Su və yel dəyirmanları, onlarla bərabər yaranan ağackəsən, mahud toxuyan, kağız istehsalı da təşkil olunurdu. Burada əməyin ən ümumi bölgüsü baş verirdi ki, bu da öz növbəsində istehsal alətlərinin rəngarəngliyini tələb edirdi. «Üçüncü» bölmənin (sənaye və kənd təsərrüfatından sonra) sürətli tərəqqisi vəkillərin, notariusların, həkimlərin, universitet müəllimlərinin sayının artması ilə müşahidə edilir. Dağ– mədən sənayesi və digər sahələr təşəkkül tapır, şəhərdə sənətkarlıq çiçəklənir.
«İndustriala qədərki sivilizasiya» dövründə, xüsusilə XV əsrdə elmi– texniki kəşflər atmosferi özünü göstərir. Leonardo da Vinçidən sonra yüzlərlə italyan öz qeyd dəftərçələrini möcüzəvi maşınların proyektləri ilə doldururdular. Onda belə bir sual alınır? Nə üçün «industriala qədər sivilizasiya» dövründə, antik dövrdə olduğu kimi, kəşflər kütləvi xarakter ala bilmədi. Buna marksizm belə cavab ver­miş­dir. Həmin dövrdəki mövcud tələbatlara əməyin məhsuldarlıq sə­viyyəsi tamamilə uyğun gəlirdi. Çünki ucuz işçi qüvvəsi kifayət qədər idi.
«İndustrial sivilizasiya» XVI– XVII əsrlərin sənaye inqilabları və iqtisadi yüksəlişlə əlaqədar idi. Sənaye inqilabı texniki siviliza­si­ya­nın «industrial sivilizasiya» tipini müəyyənləşdirir. Texnikanın keyfiyyət dəyişikliyi təkcə özü ilə, iqtisadiyyatın inkişafı ilə əlaqədar olmuşdur. Yenilik bazarın marağı və tələbatı ilə əlaqədar idi. Kö­mür sənayesi digər sahələrin, xüsusilə buxarın istifadə olunmasına həvəs oyatmışdır.
«İndustrial sivilizasiyası» cəmiyyətin bütün həyat tərzinin dəyişməsinə, o cümlədən kənd təsərrüfatının, nəqliyyatın, rabitənin, peşə vərdişlərinin, təhsilin, tərbiyənin və mədəniyyətin dəyişməsinə böyük təsir göstərmişdir.
Bu gün filosof və sosioloqlar insan cəmiyyətini yeni, bütün xalqlar üçün ümumi olan vahid postindustrial (informasiyalı, texnotronlu) sivilizasiyaya daxil olduğunu elan edirlər. Belə bir sual yaranır. Görəsən hansı: formasion, yaxud sivilizasion yanaşma düz­gündür. Əslinə qalanda onların biri o birisini rədd etmir. «Postindustrial sivilizasiya» üçün səciyyəvi olan cəhət maşınların mexaniki sistemi deyil, mikroenergetika və informatikaya, ən yeni intellektual texnologiyaya əsaslanan istehsalın avtomatlaşdırılmasıdır. Bu yeni texniki və texnoloji baza insan və cəmiyyətin bütün həyat tərzini dəyişir. Asudə vaxt problemi, özü də mənəvi sivilizasiya texniki sivilizasiyanın simasını müəyyən edir, milli mədəniyyətə münasibətini ifadə edir. Mədəniyyət yeni olana laqeyd deyildir. Din, etika, sosial qaydalar, ictimai şüur da cəmiyyətdə mövcud olan maddi və mənəvi sərvətlərə laqeyd deyildir. Bunu alman sosioloqu M.Veber «Protestant etikası və kapitalizm ruhu» adlı əsərində çox yaxşı göstərmişdir. Onun fikrincə, protestant etikası sənaye istehsalının inkişafına, sahibkarlıq fəaliyyətinə həlledici təsir göstərir. Bu etikaya görə allah tərəfindən seçilmiş insan sahibkarlıq üçün yeni əxlaqi keyfiyyətlərə malik olur.
Onda bəs Yapon möcüzəsini nə ilə izah etmək olar? Şübhəsiz, Yapon texniki sivilizasiyası öz kökləri ilə yapon mədəniyyətinə, yapon mənəvi mədəniyyətinə söykənir. Yaponiya çox bacarıqla ənənəvini mədəniyyətdə əks etdirir ki, bu da onun texniki sivilizasiyasına kömək edir. Misilsiz əməksevərlik ən yeni texnika və işləmək bacarığı ilə birləşir. Bəşəriyyətin gələcəyi kimi postindustrial cəmiyyətdən danışarkən texnoloji bazis baxımından bütün xalqlar üçün ümumi olmasına baxmayaraq ayrı– ayrı xalqlara və mədəniyyətlərə tətbiqi öz spesifikasına malik olacaqdır.

Comments are closed, but trackbacks and pingbacks are open.