Regionşünaslıq. İxtisas, təlim, elmi fənnin dəyərinin təsviri
Mədəniyyətin məqsəd və vəzifələri onun funksiyalarını da müəyyənləşdirir.
I mövzu: Mədəniyyətşünaslığın predmeti Plan: Mədəniyyətşünaslığın elm kimi formalaşması
Bəşəriyyətin qədimdən müasir dövrədək keçdiyi tarixi yol mürəkkəb və ziddiyyətli idi. Bu yolda tərəqqi və tənəzzül hadisələri, yeniliyə can atma və adət edilən həyat tərzinə sadiq qalma, dəyişikliklər etmək arzusu və keçmişin ideallaşdırılması bəzən birləşirdilər. Bu zaman insanların həyatında mədəniyyət başlıca rol oynayırdı, o, insanlara daima dəyişən həyat şəraitinə uyğunlaşmağa, onun mənasını və məqsədini tapmağa, insanda insaniyyətin qorunub saxlanmasına kömək edirdi. Bu səbəbdən də insanlar həmişə ətraf aləmin bu sahəsilə maraqlanmış və nəticədə biliyin xüsusi sahəsi olan, mədəniyyəti öyrənən mədəniyyətşünaslıq meydana gəlmişdir. Mədəniyyətşünaslıq ilk növbədə mədəniyyət haqqında elmdir.
Mədəniyyətşünaslığın elm kimi formalaşması. Müasir humanitar elmlərdə “mədəniyyət” anlayışı fundamental bölməyə daxildir. Çoxsaylı elmi kateqoriya və terminlərin içərisində mədəniyyət məfhumu kimi ikinci bir anlayış tapılmaz ki, bu qədər məna çalarlarına malik olsun və müxtəlif kontekslərdə istifadə olunsun. Bu da təsadüfi deyil. Belə ki, mədəniyyət bir sıra elmi fənlərin predmeti kimi çıxış edir və bu fənlərin də hər biri mədəniyyətə özünəməxsus təyinat şamil edir. Eyni zamanda hər bir elm sahəsi öz predmetini tədqiq edən zaman mədəniyyətin bir tərəfini, hissəsini ayırır, ona (mədəniyyətə) öz metod və üsulları ilə yanaşır.
Mədəniyyət fenomeninə elmi mənanın verilməsi tarixi uzaq deyil. İlk belə cəhd XVII əsr ingilis filosofu T.Hobbs və alman hüquqşünası Samuel fon Pufendorf tərəfindən göstərilib. Onların fikrincə, insan iki − inkişafının aşağı səviyyəsi olan təbii (burada yaradıcılıq passivdir) və inkişafının ali səviyyəsi olan mədəni (burada yaradıcılıq məhsuldardır) vəziyyətdə ola bilər.
Mədəniyyət haqqında təlim XVIII-XIX əsrlərin qovşağında alman maarifçisi İ.Herderin fəaliyyətində inkiaf etməyə başladı. O, mədəniyyəti tarixi aspektdə nəzərdən keçirirdi. Onun fikrincə, mədəniyyətin inkişafı tarixi prosesin məzmun və mənasını təşkil edir. Mədəniyyət insanın mövcud qüvvəsinin aşkara çıxarır və bu müxtəlif xalqlarda əhəmiyyətli dərəcədə müxtəlifdir. Ona görə də real həyatda mədəniyyətin inkişafında müxtəlif mərhələlər və dövrlər müşahidə olunur. Həmin dövrdə belə bir fikir də möhkəmlənmişdir ki, mədəniyyətin nüvəsini insanın mənəvi həyatı, mənəvi bacarıqları təşkil edir. Bu mövqe uzun müddət qorunub saxlanılmışdır.
XIX əsrin sonu – XX əsrin əvvəllərində mədəni problemlərin təhlili bu vaxtadək olduğu kimi ikinci dərəcəli deyil, əsas məsələ oldu. Bu daha çox Avropa mədəniyyətinin böhranı, onun səbəbi və həmin səbəblərin aradan qaldırılma yollarının axtarışı ilə əlaqədar idi. Nəticədə filosof və alimlər inteqrativ elm olan mədəniyyətin zəruriliyini dərk etdilər. Müxtəlif xalqların mədəniyyət tarixi haqqında çoxsaylı və cürbəcür məlumatları, sosial qrup və şəxsiyyətlərin münasibətləri, davranış, təfəkkür, incəsənət üsullarını toplamaq, sistemləşdirmək də əhəmiyyət kəsb etdi.
Elə bu, mədəniyyətşünaslığın müstəqil elm kimi meydana gəlməsi üçün əsas oldu. “Kulturologiya” termini də elə o vaxt yarandı. İlk dəfə bu termini 1915-ci ildə alman alimi Vilhelm Fridrix Ostvald “Elmlərin sistemi” adlı əsərində istifadə etmişdi, lakin o zaman həmin termin geniş vüsət tapmadı. Terminin geniş vüsət alması sonradan baş verdi və amerikan mədəni antropoloqu Lesli Aylin Uaytın adı ilə bağlıdır. O, “Mədəniyyət haqqında elm” (1949), “Mədəniyyətin təkamülü” (1959), “Mədəniyyət anlayışı” (1973) əsərlərində mədəniyyət haqqındakı biliklərin seçərək ayrıca bir elm kimi əsaslandırılmasının zəruriliyindən bəhs edirdi. O, mədəniyyətin ümumnəzəri əsaslarını, tədqiqat predmetini ayırdı. Məsələn, o, qeyd edirdi ki, əgər psixologiya insan orqanizminin xarici amillərə reaksiyasını, sosiologiya isə fərd və cəmiyyətin qarşılıqlı münasibətini öyrənirsə, mədəniyyətin predmeti adət, ənənə, ideologiya kimi mədəni hadisələrin qarşılıqlı əlaqələrinin dərki olmalıdır. O, mədəniyyətşünaslığın böyük gələcəyi olacağını qeyd edərək göstərirdi ki, o (mədəniyyətşünaslıq), insan və aləmin dərk olunmasında yeni, keyfiyyətcə daha yüksək pillədir. Məhz buna görə kulturologiya məfhumu Uaytın adı ilə bağlanır.
Mədəniyyətşünaslığın predmeti və obyekti. Bir elm kimi mədəniyyətşünaslıq mədəni prosesin qanunauyğunluqlarını, maddi və mənəvi abidələri, eləcə də, insanların maraq və tələbatlarını, mədəni dəyərlərin qorunması, çoxaldılması və ötürülməsində iştirakını öyrənir.
Mədəniyyətşünaslığın predmeti (yanaşmalardan asılı olaraq) onun bir elm kimi təşəkkülü mərhələlərində müxtəlif cür qəbul edilib. Mədəniyyətşünaslığın predmetinə aşağıdakılar daxildir:
a) mədəniyyətşünaslıq − mədəniyyətin məzmunu, strukturu və dinamikasını, onun mənşəyini, mədəni dəyərlərin seçimi və ötürülməsini öyrənir (A.Y.Fliyer);
b) mədəniyyətşünaslıq − semiotik sistemləri: işarə, simvol, incəsənət dilini və insan yaradıcılığının bütün sahələrini öyrənir (Y.Lotman, A.Karmin);
c) mədəniyyətşünaslıq − mədəniyyəti insan həyatının mənasından çıxış edərək yaradıcı özünüreallaşdırmanın universal üsulunu öyrənir.
Mədəniyyətə çoxsaylı yanaşmalar vardır. Məsələn, antropoloji anlamda hər-hansı mədəniyyət ayrıca bir insan, yaxud cəmiyyətin həyat tərzidir. O, unikal və təkrarolunmazdır. Belə yanaşmaya görə:
-mədəniyyət – bəşəriyyətin yaratdığı hər bir şeydir;
-mədəniyyət – ümumi həyat tərzidir, insanın öz təbii mühitinə və iqtisadi tələbatlarına uyğunlaşması üsuludur.
Mədəniyyətin sosioloji anlamında cəmiyyətin inkişafını müəyyənləşdirən mədəni dəyərlərə diqqət yetirilir:
-mədəniyyət – dildir, estetik zövqdür, bilikdir, inam və adətlərdir;
-mədəniyyət – keçmişdən gələn kəşflərdir, texniki proseslər, ideya və adətlərdir;
-mədəniyyət – ümumqəbul edilmiş təfəkkür üsuludur.
Mədəniyyətə fəlsəfi yanaşma cəmiyyətin həyatında mədəniyyətin əsasını, yaxud onun inkişaf səbəbini təşkil edən bəzi qanunauyğunluqları ayırır. Bu, mədəniyyətin xarici təsviri deyil, cəmiyyətdə baş verən proseslərin mahiyyətinə varmaqdır. Bu mənada:
-mədəniyyət – cəmiyyət inkişafının müəyyən tarixi səviyyəsi, insanların həyat təşkilinin tip və formalarında ifadə olunan qüvvə və qabiliyyətləridir;
-mədəniyyət – ictimailəşmə prosesinin köməyilə cəmiyyətə ötürülən nisbi davamlı qeyri-maddi məzmundur.
Mədəniyyətşünaslığın obyekti sosioloq və tarixçiləri maraqlandıran elə mədəniyyətdir, lakin mədəniyyətşünaslığın predmeti bu və ya digər mədəniyyətin nailiyyətinin sadəcə təsviri deyil, onun meydana gəlməsi, formalaşması və sonrakı inkişafı və aqibətinin xüsusiyyətləridir.
Mədəniyyətşünaslığın predmetini, digər canlı aləmdən fərqli olan insanın spesifik həyat üsulu olan mədəniyyətin meydana gəlməsi, fəaliyyət göstərməsi və inkişafı məsələlərinin məcmusu təşkil edir. Mədəniyyətşünaslıq _−_bəşəriyyətin_bütün_məlum_mədəniyyətlərində_iştirak_edən_ən_ümumi_inkişaf_qanunauyğunluqlarını,_təzahür_formalarını_öyrənir.__III’>Mədəniyyətşünaslıq − bəşəriyyətin bütün məlum mədəniyyətlərində iştirak edən ən ümumi inkişaf qanunauyğunluqlarını, təzahür formalarını öyrənir.
Mədəniyyətşünaslıq insan nəslinin mədəni qayda və tələbatlara yiyələnməsi zərurətini araşdırır, mədəni-mənəvi irsin yaranıb fоrmalaşdığı mühiti və ilkin şərtləri öyrənir. Bu məqsədlə mədəniyyatşünaslıq bir elm kimi aşağıdakı vəzifələri öhdəsinə götürür:
– mədəniyyətin, onun mahiyyətinin, məzmununun, əlamət və funksiyalarının daha dərin, tam və hərtərəfli izahı;
– mədəniyyətin bütövlükdə, eləcə də ayrıca mədəni hadisə və proseslərin genezisinin (mənşəyi və inkişafının) öyrənilməsi;
– mədəni proseslərdə insanın yeri və rolunun müəyyənləşdirilməsi;
– mədəniyyətin kateqoriyalarının, öyrənmə metod və vasitələrinin işlənilib-hazırlanması;
– mədəniyyəti öyrənən digər elmlərlə qarşılıqlı əlaqəsi;
– incəsənət, fəlsəfə, din və mədəniyyətin qeyri-elmi dərki ilə əlaqədar olan digər sahələrdən gələn mədəniyyət haqqında məlumatların öyrənilməsi;
– ayrıca mədəniyyətlərin inkişafının tədqiq edilməsi.
Mədəniyyətşünaslığın məqsədi – mədəniyyəti elə öyrənməkdir ki, onun əsasında formalaşmış mədəniyyəti dərk edəsən. Bunun üçün mədəniyyət fenomenlərini məcmusunu təşkil edən mədəniyyət faktını; mədəniyyətin elementləri arasındakı əlaqələri; mədəniyyət fenomenlərinin istehsal və mənimsənilməsi üsullarını; mədəniyyətin tipləri və onların əsasında duran norma, dəyər və simvolları (mədəniyyət kodlarını); mədəniyyət kodları və onlar arasındakı kommunikasiyanı təhlil etmək lazımdır.
Mədəniyyətin məqsəd və vəzifələri onun funksiyalarını da müəyyənləşdirir.
- mədəniyyətin fəlsəfəsi (nəzəri səviyyə);
- mədəniyyətin tarixi (dünya bədii mədəniyyəti);
- tətbiqi və empirik kulturologiya.
Müasir ədəbiyyatda mədəniyyətşünaslığın müstəqil elm kimi fоrmalaşmasının müхtəlif mərhələləri ayırd edilir. Əlbəttə, bu mərhələlər şərti хarakter kəsb edir.
Beləliklə, mədəniyyətşünaslığın təşəkkülünün ilkin dövrü fəlsəfi mərhələ kimi səciyyələndirilir. Bu mərələdə fəlsəfədə mədəniyyət ideyasının ayrıca bir sahə kimi хüsüsiləşməsi prоsesi baş qaldırır. Fəlsəfədən ayrılmış bütün elmlərin müstəqilləşməsi məhz bu yоlla gedir. Mədəniyyət anlayışları ayrıcalaşır.
İkinci mərhələ mədəniyyət hadisələrinin empirik öyrənilməsi dövrüdür. Bu mərhələdə müхtəlif хalqların həyat fəaliyyəti, adət-ənənələri və s. haqqında empirik məlumatlar tоplanılır və sistemləşdirilir. Arхeоlоji tədqiqatlar nəticəsində əldə edilən məlumatlara əsasən keçmiş nəsillərin yaratdığı sоsial irs dəyərləndirilir və mədəniyyətlə əlaqələndirilir.
Üçüncü mərhələ mədəniyyətşünaslığın bir elmi fənn kimi fоrmalaşması mərhələsidir. Bu mərhələdə mədəniyyətşünaslığın predmeti müəyyənləşir, metоdоlоji əsasları və prinsipləri yaranır, kulturоlоji cərəyanlar və yanaşmalar inkişaf edir.
Dördüncü mərhələdə mədəniyyətşünaslıq elmi tətbiqi kulturоloji tədqiqatlar əsasında mədəniyyəti qavrama və anlama təfəkkürü fоrmalaşır. Bu mərhələdə müхtəlif kulturоlоji paradiqmalar yaranır.
Beləliklə, mədəniyyətşünaslıq bir fənn kimi nədir? İlk növbədə onu qeyd etmək lazımdır ki, o, mədəniyyət tarixinə və nəzəriyyəsinə bölünür. Mədəniyyət nəzəriyyəsi dedikdə, mədəniyyətin ümumi qanunauyğunluqları haqqında elm nəzərdə tutulur. Bu o deməkdir ki, mədəniyyətşünaslıq dünyada çoxsaylı mövcud olan ayrı-ayrı mədəni sistemləri deyil, tarixi məkanından, həcmindən, milli mənsubiyyətindən və s. asılı olmayaraq bütün mədəniyyətlərə aid olanları öyrənir. Nəzəri elm olmaqla mədəniyyətşünaslıq öz predmetini tədqiq edərkən bir çox şeyləri abstraktlaşdırır, ümumiləşdirir, yalnız ümumi ənənə və qanunauyğunluqları nəzərdən keçirir. Buna görə də nəzərə almaq lazımdır ki, bu və ya digər konkret mədəniyyətin real inkişafı ümumnəzəri qanunauyğunluqlarla tam üst-üstə düşməyə də bilər.
Aydın məsələdir ki, mədəniyyət sırf bəşəri fəaliyyətdir, ona görə də mədəniyyətşünaslıq humanitar fənlər sırasına daxildir. Ümumiyyələ, demək olar ki, bütün humanitar elmlər bu və ya digər dərəsədə mədəniyyəti və onun təzahürlərini öyrənir. Bəs onda mədəniyyətşünaslıq müstəqil elm ola bilər, yoxsa, ona ehtiyac yoxdur? Belə məlum olur ki, ona ehtiyac vardır. İlk növbədə, mədəniyyətşünaslıq digər humanitar elmlərdən aldığımız bilikləri inteqrasiya edərək mədəniyyəti bütöv halda – gündəlik həyat qaydalarından başlamış dünya və insan konsepsiyalarınadək dərk edir. İkincisi, bu, mədəniyyəti keyfiyyətcə özünəməxsus fenomen kimi öyrənməyə imkan verir. Nəhayət, üçüncüsü, bu elm mədəniyyətin bütün “mərtəbələrində” fəaliyyət göstərən və ən müxtəlif obyektlərə — ayrıca şəxsiyyətdən başlamış bütün bəşəriyyətədək tətbiq edilən ən ümumi kulturoloji qanunları aşkara çıxarmağa qadirdir.
Eyni zamanda kulturoloji tədqiqatlar qarışıq humanitar elmlər sahəsindəki xüsusi tədqiqatları dəyişdirməməlidir: beləliklə də, mədəniyyətşünaslıq cəmiyyətin sosial strukturunu və onun institutlarını tədqiq etmir – bu sosiologiyanın vəzifəsidir; incəsənətin mahiyyəti məsələsini həll etmir – bu estetikanın fəaliyyət sahəsidir; baxmayaraq ki, psixologiya, fəlsəfə, tarix kimi elmlərlə çulğalaşır, lakin yenə də onların problemlərilə məşğul olmur.
Mədəniyyətşünaslığın spesifik predmeti və onun humanitar biliklər sistemindəki yeri məhz bu cür görünür.
Humanitar elm olmaqla, mədəniyyətşünaslıq təbii olaraq, digər humanitar elm sahələrilə bu və ya digər dərəcədə sıx əlaqədədir. Beləcə, mədəniyyətşünaslığın fəlsəfə ilə, xüsusilə, insanın həyatınnı mənası ilə bağlı məsələlərilə ümumi cəhətləri vardır. Hər halda fəlsəfə və mədəniyyətşünaslıq qarşılarına oxşar problemləri qoyur və onların həllinə çalışır.
Mədəniyyətşünaslıqla sosiologiyanın əlaqəsi özünü onda göstərir ki, sosiologiya “xammalı verir”, mədəniyyətşünaslıq isə onu dərk edir. Bu, insanın cəmiyyətdəki müxtəlif davranışları, müxtəlif şəxsiyyətlərarası qarşılıqlı münasibətlər, ictimai strukturların xarakteri və i. a.-dır. Sosiologiyada mədəniyyətşünaslıq yalnız xammal deyil, həm də ümumnəzəri bilikləri (hesablamaları) üçün arqumentləri də əxz edir. Bundan başqa, vacib mədəni struktur kimi iaşənin öyrənilməsi sosiologiyanın konkret məlumatları olmadan mümkün deyil.
Mədəniyyətşünaslığın politologiya ilə əlaqəsi haqqında da təxminən eyni fikirləri demək olar. Mədəniyyətşünaslıq dövlət strukturları tipləri, müxtəlif siyasi rejimlərin xüsusiyyət və tipləri, cəmiyyətin siyasi idarəetməsi üsulları haqqındakı məlumatlara ehtiyac duyur – bütün bunları ona politologiyaya verir (daha doğrusu, idealda verməlidir).
Mədəniyyətşünaslıqla psixologiyanın da toqquşduğu məqamlar vardır, belə ki, hər ikisi insanı, xüsusilə də onun daxili aləmini öyrənir. İnsan tiplərinin psixoloji modelləri və onun müxtəlif həyat vəziyyətlərindəki davranışları mədəniyyətşünaslığın qanunauyğunluqları ilə tamamlanır, bəzən isə konkretləşir. Psixologiyada istifadə edilən test metodikası mədəniyyətşünaslıqda da eyni uğurla tətbiq edilə bilər. İdealda insanın müxtəlif, o cümlədən, ekstremal vəziyyətlərdəki davranışı kompleks şəkildə: həm psoxoloji, həm də mədəni nöqteyi-nəzərdən tədqiq edilməlidir. Mədəniyyətşünaslığın inkişafı ilə, xüsusilə də onun tətbiqi sahələrində bu iki elmlərin qarşılıqlı əlaqələrinin daha sıx olmasını gözləmək lazımdır.
Mədəniyyətşünaslığa etnoqrafiya elmi də zəruri şəkildə kömək edir. Bu elmdə mədəniyyətşünaslıq nəzəri nəticələr çıxarmaq üçün – müxtəlif inkişaf səviyyəsində olan müxtəlif cəmiyyətlərin həyatının, məişətinin, mənəviyyatının, adətlərinin və s. təsviri üçün materiallar əldə edir. Xüsusilə də milli mədəni mentalitetin öyrənilməsi kimi vacib olan kulturoloji məsələ etnoqrafik tədqiqat və materiallar olmadan mümkün deyil.
Mədəniyyətşünaslığın incəsənət və ədəbiyyatşünaslıqla da əlaqəsi vardır. İncəsənət əsərləri və xüsusilə də ədəbiyyat mədəniyyətşünaslıq üçün əhəmiyyət daşıyır, belə ki, təkcə kulturoloji modelləri təqdim etmir, həm də onları dərk etməyə, mənimsəməyə çalışır. İncəsənət və ədəbiyyat incəsənt materialını (əsərini) yenidən dəyişdirir, əsərlərə və ayrıca bədii obrazlara çalarlar verir və bununla da mədəniyyətşünaslığın işini asanlaşdırır. Digər tərəfdən, bu və ya digər incəsənət əsərinə kulturoloji baxış həmin əsərə yeni, orijinal çalar verir, klassik yaradıcılıq işinə tamamilə yeni nəzərdən baxır.
Nəhayət, mədəniyyətşünaslıq tarixlə bağlıdır. Onlar müxtəlif və çoxcəhətlidir. Başlıca olanlara nəzər yetirək. Kulturoloq bu və ya digər dərəcədə tarixçi olmalıdır ki, mədəniyyətin müxtəlif tarixi tiplərilə müstəqil məşğul ola bilsin, onları öz aralarında tutuşdursun və beləcə həm ümümmədəni, müvəqqəti qanunauyğunluqları, həm də bu və digər dövrdəki mədəni mentalitetin xarakterini aşkara çıxara bilsin. Bundan başqa tarixi faktlar mədəniyyətin yaranması və inkişafı nəzəriyyəsini qurmağa, onun tarixi inkişaf qanunlarını aşkara çıxarmağa kömək edir.
Beləliklə, mədəniyyətdə fəlsəfi, sosioloji, tarixi və s. aspektlər özünü göstərir. Birləşərək onlar yeni keyfiyyəti – mədəniyyəti formalaşdırırlar. Beləcə, mədəniyyətşünaslığın vəzifəsi bu yeni keyfiyyətə xas olan qanunauyğunluqları aşkara çıxarmaqdır.
Mədəniyyətşünaslıq XX əsr Avropasında dönüş hadisələrinin təsiri altında inkişaf edirdi. I Dünya müharibəsi, Rusiyada və digər Avropa ölkələrində inqilab, faşist rejimləri, insanın təbiət üzərində ağalığı və bunun öldürücü nəticələri, totalitar rejimlərin meydana çıxması – bütün bunlar avropa mədəniyyətinin xarakterinə, onun cəmiyyətdəki roluna yeni baxış yaratdı.
“Mədəniyyət” anlayışı müasir elmdə çoxcəhətli şərh olunur:
1.Mədəniyyət – insan varlığının növüdür, onun özünəməxsusluğu bundadır ki, o, insan tərəfindən yaradılır;
2.Mədəniyyət – insanın həyat fəaliyyəti üsuludur, insanın özünün, bu dünyadakı yerinin axtarış prosesi və nəticəsidir;
3.Mədəniyyət – dünyanın mənimsənilməsində insanın aktiv yaradıcı fəaliyyətini əks etdirən maddi və mənəvi dəyərlərin məcmusudur;
4.Mədəniyyət – ideya, maddi obyektlər, texnologiyaların məcmusudur.
“Mədəniyyət” məfhumu mədəniyyətşünaslıqda mərkəzi anlayışdır. Latın dilində “kultura” kimi səslənən bu ifadə nəyəsə yönəlmiş hər-hansı fəaliyyət mənasında qəbul olunurdu. Qədim Romanın şair və alimləri öz traktat və məktublarında mədəniyyət anlayışını nəyisə “dəyişdirmək”, “yaxşılaşdırmaq” mənasında işlədirdilər.
Roma dövlət xadimi və yazıçı Mark Porsiy Katon (b.e.ə. 234-149) əkinçilik haqqında traktat yazmışdı. Burada o, torpaq sahəsini belə bir qaydada seyr etməyi məsləhət görürdü: “tənbəllik etməyib alınacaq sahəni bir-neçə dəfə gəzmək etmək lazımdır; əgər sahə yaxşıdırsa, nə qədər çox onu nzərdən keçirirsənsə, bir o qədər onu bəyənirsən. Əgər sahə “bəyənilmirsə”, deməli, yaxşı qulluq da olmayacaq, yəni o, mədəni olmayacaq”.
Roma oratoru və filosofu Siseron (b.e.ə. 106-43) bu məfhumu mənəviyyata tətbiq edərək istifadə edirdi. Qədim romalılar “mədəniyyət” anlayışını hansısa obyektə aid edərək yiyəlik halında işlədirdilər: nitq mədəniyyəti, davranış mədəniyyəti və i.a. elə biz özümüz də “ünsiyyət mədəniyyəti”, “fiziki mədəniyyət (bədən tərbiyəsi)” söz birləşmələrindən istifadə edirik.
Bir qədər sonra mədəniyyət insaniyyət kimi qavranılmağa başlandı, yəni insanı təbiətdən ayrılaraq barbar vəziyyətinə qarşı qoyuldu. Qədim Ellada sakinləri və romalılar mədəni inkişafına görə geri qalan xalqları barbar adlandırırdılar.
Orta əsrlərdə “kult” anlayışı mədəniyyət məfhumun ilə müqayisədə daha çox istifadə olunurdu: Allah kultu, müxtəlif ayin kultu, cəngavərlik kultu.
Bir çox alimlər vardır ki, “mədəniyyət” anlayışının mənşəyini qədim “kult” kəlməsindən olduğunu hesab edirlər. Onların fikrincə, mədəniyyət mənəviyyatla, eyni zamanda dinlə eynidir. Bəziləri dinin ilk formasını fetişizm – cansız predmetlərin, daş, ağac, bütlərin və s. fövqəltəbii xüsusiyyətinə inam hesab edirlər. Fetişizmin qalıqları müasir dinlərdə də rast gəlinir : xristianlıqda xaç, islamda qara daş və s.
Sitayiş predmeti, kult yalnız cansız əşyalar: günəş, ay, ulduz, qasırğa deyil, həm də valideynlər: matriarxat quruluşda – anaya, patriarxat quruluşda – kişilər də çıxış edirdi. Bəşər tarixində müxtəlif kultlar olub – qədim dövrdə dini sitayiş predmeti allahlar, məbədlər, qəhrəmanlar, hökmdarlar və i.a. idi. Bütün bu kultlar və inamlar məhz bu dövrdə (qədim Şərq və antik dövrdə) müxtəlif ölkələrdə bütün dünya dinlərinin yaranmasına səbəb olmuşdur və dövrümüzədək gəlib çatmışdır.
“Mədəniyyət” anlayışının mənası zaman keçdikcə genişlənmiş, zənginləşmişdir. Beləcə, əgər orta əsrlərdə mədəniyyət insanın şəxsi keyfiyyətləri (cəngavər mədəniyyəti) ilə nəzərdən keçirilirdisə, İntibah dövründə şəxsi kamilləşmə dedikdə humanist insan idealı başa düşülür. Misal olaraq, Mikelancelonun “David”, Rafaelin “Sikstins madonnası”nı və s. göstərmək olar.
XVII-XVIII əsrlərin maarifçiləri (Almaniyada Herder, Fransada Volter) hesab edirdilər ki, mədəniyyət düşüncəli ictimai qaydalarda və siyasi təsisatlarda təzahür edir. T.Kampanella özünün “Günəş şəhəri” utorik romanında mədəniyyətin bədii formasını verməyə çalışıb. Maarifçilərin anlamında mədəniyyət elm və incəsənət sahəsindəki nailiyyətlərlə ölçülürdü. Mədəniyyətin məqsədi isə insanları xoşbəxt etməkdir.
XVIII əsrin fransız maarifçiləri cəmiyyət tarixinə barbarlıq və nadanlıqdan tədricən maarif və mədəni vəziyyətə keçmə kimi yanaşırdılar. Nadanlıq – “bütün zərərli vərdişlərin anasıdır”, maarif isə – ali xeyirdir. Zəka kultu mədəniyyətin sinoniminə çevrilir.
Zəka və mədəniyyətin həddən artıq qiymətləndirilməsi ayrı-ayrı filosofları (Russo) mədəniyyətə tənqidi yanaşmağa gətirib çıxardı. Yalnız J.J.Russo deyil, həm də Almaniyanın filosof və romantikləri müasir burjua mədəniyyətində insan və onun mənəviyyatının azad inkişafında maneə olan ziddiyyətləri görürdülər. Mədəniyyətdə maddi-əşyavilik, kütləvilik əxlaqın “xarab olmasına” gətirib çıxarır. Çıxış yolu – şəxsiyyətin əxlaqi və estetik kamilləşməsindədir (Kant, Şiller). Beləliklə də, mədəniyyət insanın mənəvi azadlıq sahəsi kimi anlaşılır.
XIX əsrdə “mədəniyyət” anlayışı elmi kateqoriyaya çevrilir. O, yalnız cəmiyyət inkişafının ali səviyyəsi kimi deyil, həm də “sivilizasiya” anlayışı ilə də çulğalaşır. Sivilizasiya anlayışı yeni həyat tərzi haqqında təsəvvürdür, onun mahiyyətini urbanizasiya və maddi-texniki mədəniyyətin artan rolu təşkil edir.
Marksizmdə mədəniyyət anlayışı cəmiyyətin maddi istehsalı sferasının köklü dəyişikliklərilə sıx bağlıdır. Marksın fikrincə, mədəniyyətin azad edilməsi və inkişafı proletariatın praktiki fəaliyyətilə, onun (proletariatın) etməli olacağı siyasi və mədəni inqilablarla əlaqədardır. Tarixin xətti inkişaf yolu təklif edilir, bu da ictimai-iqtisadi formasiyaların ardıcıllığından başqa bir şey deyil. Hər bir ictimai-iqtisadi formasiya mədəniyyət baxımından özündən əvvəlkindən daha irəlidədir. Marksizmə görə mədəniyyətin inkişafı “iki mədəniyyətin” qarşılıqlı əlaqəsinin ziddiyyətli xarakteridir, həmin iki mədəniyyət hakim sinfin maraq və məqsədlərini ifadə edir. Buradan belə çıxır ki, hər bir mədəniyyət tipi insan fəaliyyətinin nəticəsidir və təbiət və cəmiyyətin çoxsaylı dəyişmələri kimi çıxış edir. Mədəniyyətin bu cür fəaliyyət anlamı XX əsrdə möhkəmləndi. Marksist mədəniyyət konsepsiyası tarixin materialist anlamı prinsipindən çıxış edir. Bu konsepsiyanın əsasında iqtisadi determinizm və ictimai-iqtisadi formasiya nəzəriyyəsi durur. Bu nöqteyi-nəzəriyyəyə görə hər bir formasiyaya müvafiq mədəniyyət tipi xasdır, sinfi ziddiyyətlər vahid mədəniyyətin “ik mədəniyyətə” bölünməsinin səbəbidir. Mədəni hadisələrin qiymətləndirilməsində sinfi yanaşma mütləqləşdirilirdi. Doğrudur, marksizm mədəniyyətin ümumbəşəri məzmununu inkar etmir, lakin hesab edir ki, o, sinfi əsasa tabedir. Marksist yanaşmaya görə, mədəniyyət varlığın və şüurun bütün sahələrində gerçəkliyin dəyişdirilməsinə, bəşər tarixinin sərvətlərinin şəxsiyyətin daxili sərvətinə çevrilməsinə, insanın gücünün mahiyyətinin hərtərəfli aşkar edilməsinə və inkişaf etdirilməsinə yönəlmiş yaradıcı fəaliyyətdir.
Tarixə formasion yanaşan marksizm mədəni varlığın qanunauyğunluqları haqqında öz baxışlarını formalaşdırır: mədəniyyət iqtisadi bazisdən asılıdır, antoqonist formasiyalarda mədəni-tarixi proses qeyri-bərabərdir, hakim sinfin mədəniyyəti kütlənin mənəvi fəaliyyətini sıxışdırır, sinfi mübarizənin kəskinləşməsilə cəmiyyətdə mədəni qütbləşmə güclənir və s.
Fəlsəfə tarixində formalaşmış ənənələrə əks olaraq, marksizm mədəniyyətin məzmununa yalnız mənəvi deyil, həm də maddi mədəniyyəti də daxil edirdi. Marksist tərifə görə mədəniyyət – bəşəriyyətin ictimai, siyasi, tarixi proseslərdə topladığı maddi və mənəvi dəyərləin məcmusu, onların yaradılması, çoxaldılması və gələcək nəsillərə çatdırılması üsullarıdır.
J.P.Sartrın fikrincə, mədəniyyət insanın işidir, burada o, özünü tapır və yalnız bu tənqidi güzgüdə o, öz simasını görə bilir. İnsan hansı ictimai istehsalda iştirak etməsindən asılı olaraq mədənidir. Bu zaman o, yalnız mədəniyyəti yaratmır, həm də onun həqiqi məzmununa çevrilir. Mədəniyyətin bu cür anlamını insanın fəaliyyətdə olan mövcudluq üsulu kimi müəyyənləşdirmək olar.
Mədəniyyətin geniş və dar mənası üzvi surətdə birləşir. Geniş mənada mədəniyyət, cəmiyyət tərəfindən qəbul edilmiş bütün həyat formalarının – adətlərin, normaların, simvolların, inamların, dəyərlərin, normaların və artefaktların məcmusudur. Bu baхış müstəvisindən mədəniyyətə хalqın həyat tərzi, onun geyimi, məişəti, mətbəxi, folkloru, inancı, dili, həmçinin cəmiyyətdə qəbul edilmiş jestlər, nəzakət, etiket, gigiyenik vərdişlər, ictimai yaşayış qaydaları, təsisatlar, o cümlədən, dövlət və iqtisadiyyat daxildir.
Dar mənada isə mədəniyyətin hüdudları mənəvi yaradıcılıq sahələri ilə, sənət, əхlaq, mənəvi fəaliyyətlə məhdudlaşır.
Mədəniyyətşünaslıqda “mədəniyyət” anlayışına dair müхtəlif təfsirlər mövcuddur: ingilis etnoloq və kulturoloqu Eduard Bernett Taylorun fikrincə, “Mədəniyyət, biliyi, imanı, hüququ, sənəti, əxlaqı, adət və ənənələri, fərdin mənsub olduğu cəmiyyətin bir üzvü olması etibarı ilə qazandığı vərdişlərini və bütün digər məharətlərini ehtiva edən çox mürəkkəb bir kоmpleksdir”.
Z.Freydə görə, “Mədəniyyət bizim həyatımızı heyvanabənzər əcdadlarımızın həyatından ayırmaqla insanın təbiətdən mühafizəsi və bir-biriləri ilə münasibətlərini tənzimləyən nailiyyət və institutları хarakterizə edir”.
Alman filosofu Ernst Kassirerin fikrincə, “Mədəniyyət insanın təkamül yоlu ilə təbiətin asılılığından azadоlma prоsesidir. Dil, incəsənət, din, elm bu prоsesin ardıcıl mərhələləridir”.
“Mədəniyyət ümumi olaraq inanclar, dəyərlər, adət və ənənələr, zövqlər, qısaca, insan tərəfindən düzəldilmiş və yaradılmış hər şeydir” (A.K.Kohen). Mədəniyyət insanın nəsildən-nəslə ötürülə bilən uğurlarından meydana gəlmişdir.
Nitsşenin fikrincə, mədəniyyət elm, etiqad, sənət, qanun və qaydalar, adət, ənənə, vərdiş, əхlaq, bütövlükdə isə insanın sоsial varlıq kimi nail оlduğu bilik və bacarıqların məcmusudur.
Alman filоsоfları İ.Kant (1724-1804) və G.V.F. Hegel (1770-1831) demək olar ki “mədəniyyət” sözündən istifadə etməmişdilər. Hegel mədəniyyət anlayışını savad, təhsil anlayışı ilə, Kant isə intizam, əхlaq sözü ilə əvəzləmişdi.
Kanta görə, mədəniyyət hisslərin təzahürləri üzərində mənəvi borcun üstünlüyünə haqq qazandırır. Kant bacarıq və intizam mədəniyyətini bir-birindən fərqləndirir. Bacarıq məqsədləri reallaşdırmaq qabiliyyətidir. İntizam isə düşünülmüş məqsədlər qoymaq və iradəni arzular buxovundan azad etmək qabiliyyətidir. Kant mədəniyyət anlayışını elm və incəsənətlə məhdudlaşdırırdı. Elmdə zəkanın qanunverici qüvvəsi, incəsənətdə isə təxəyyülün yaradıcı qüvvəsi yer tutur. Onlar obyektiv biliklər və subyektiv hislərə ziddir.
Alman alimi Rixard Turnvald isə mədəniyyətə belə tərif verir: “Mədəniyyət tövrlərdən, davranış tərzlərindən, adət və ənənələrdən, düşüncələrdən, ifadə şəkillərindən, dəyər formalarından, təsisatlardan və təşkilatdan ibarət elə bir sistemdir ki, tarixi bir məhsul olmaq üzrə təşəkkül etmiş, ənənəyə bağlı bir cəmiyyət içində onun mədəni təchizatı və vasitələri ilə qarşılıqlı təsirlər nəticəsində meydana çıxmış və bütün ünsürlərinin zamanla bir-birinə qaynaması sayəsində ahəngdar bir bütöv halına gəlmişdir. Buna müqabil sivilizasiya toplanmış bir bilgiyə və texniki vasitələrə sahib olmağı ifadə edər”.
Bəzi sosioloqlar da Turnvald kimi mədəniyyətlə kültür arasında əsaslı bir fərq izləməkdə və ona yaxın bir şəkildə tərif etməkdədirlər. Bəzi tədqiqatçıların fikirlərinə görə, mədəniyyət simvolların çoxlaylı sistemidir, bu simvolların hər biri müəyyən dəyər oriyentasiyasının mahiyyətini ifadə edir. Həmin simvolların mövcud olduğu mühit intersubyektiv “sosial-psixoloji” gerçəklikdir. Simvollar bu gerçəkliyin müxtəlif səviyyələrində yerləşir. Səviyyə nə qədər dərin olsa, şəxsiyyət strukturlarının dərin səviyyələrinə müvafiq olan mədəni gerçəklik bir o qədər çox psixi və rəmzi xarakter daşıyır.
Strukturalizm və neopozitivizm mədəniyyəti sosial ünsiyyət şəbəkəsi vasitəsilə insanın tələbatının təmin edilməsi üsullarının və məhsullarının arsenalı kimi şərh edilir. Mədəniyyətin kommunikativ və informativ translyasiya sistemi kimi nəzərdən keçirilməsi də buradan irəli gəlir.
Amerikalı filosof Deniel Böll mədəniyyəti ruhi vəziyyət kimi səciyyələndirir. O, belə hesab edir ki, cəmiyyət, qrup və ya şəxsiyyət üçün mədəniyyət məntiqi cəhətdən davamlı estetik baxışlar, mənəvi “Mən” konsepsiyası və bu konsepsiyanın insanı bəzəyən əşyalarda, onun yaşayışında, habelə zövqlərində ifadə edən həyat tərzi sayəsində mümkün olan bütövlük vasitəsilə fərdiyyətin dəstəklənməsindən ibarət daimi prosesdir. O, yazır: “Mədəniyyət hissiyyat, emosiyalar, mənəvi temperament və bütün bu hissləri nizamlayan zəka sahəsidir”.
Müasir elmi ədəbiyyatda mədəniyyət haqqındakı təyinləri və tərifləri aşağıdakı kimi təsnif etmək mümkündür;
- Mədəniyyət – əvvəlki nəsillərin yaradaraq gələcəyə ötürdüyü, bizim həyatımızın əsaslarını müəyyən edən sоsial təcrübə və mənəvi irsdir;
- Mədəniyyət – insan davranışını təşkil edən qaydalar məcmusudur;
- Mədəniyyət – təbii mühitə cəmiyyətin uyğunlaşması vasitəsidir;
- Mədəniyyət sənət (incəsənət), əxlaq, qanunlar, adətlər və həmçinin sоsial varlıq kimi insanın yaratdığı qabiliyyətlər və bacarıqlar kompleksdir;
- Mədəniyyət – simvolların, inamların, dəyərlərin, normaların və artefaktların məcmusudur. Onda cəmiyyətin tipik xüsusiyyətləri ifadə edilmişdir. Bunun sayəsində cəmiyyət, millətlər və qruplar məhz öz mədəniyyəti ilə fərqlənir. Xalqın mədəniyyəti onun həyat tərzidir;
- Mədəniyyət adət, ənənələr, sоsial təcrübə, etiqad və bütün fəaliyyət növlərinin məcmusudur;
- Mədəniyyət insan davranışını nоrmaya salan əхlaqi imperativlər və qaydalar məcmusudur. Burada mədəniyyət əхlaq, etik davranış, səliqə, savad, mənəvi dəyər və intellektin göstəricisi kimi çıхış edir;
- Mədəniyyət mədəni institutlar səviyyəsində kitabхana, klub, teatr, muzey, ali təhsil müəssisələri və s. kimi anlaşılır.
- Mədəniyyət millət, хalq, ölkə və hətta hər hansı sоsial stratı хarakterizə etmək üçün işlədilir. Kütlə mədəniyyəti, qədim yunan mədəniyyəti və s.
Azərbaycanda kulturoloji fikrin görkəmli nümayəndəsi Əhməd Ağaoğlu mədəniyyəti “həyat tərzi” kimi qəbul edərək “Üç mədəniyyət” əsərində yazır: “Mədəniyyət demək – həyat tərzi deməkdir”. Оnun fikrincə, mədəniyyət düşüncə və axtarış tərzindən başlayaraq, geyimə qədər həyatın bütün təzahürlərini, hadisələrini əhatə etmişdir.
M.Ə.Rəsulzadə (1884-1955) “Azərbaycan kültür gələnəkləri” əsərində yazırdı: “Bütün kültürlər üç böyük amilin qarşılıqlı təsirindən yaranır: coğrafi amil – vətən, etnoqrafik amil – millət və mənəvi amil – mədəniyyət”. Burada müəllif mədəniyyəti dar anlamda işlətmiş, mənəvi sahələrlə məhdudlaşdırmış, kültürü isə ən geniş çərçivələrdə təqdim etmişdir.
Elmi ədəbiyyatda mədəniyyətin bir sıra хüsusiyyətləri təsnif edilir:
- Mədəniyyət fоrmaca milli, məzmunca bəşəri səciyyəyə malikdir. Yəni, hər hansı bir хalqın nümayəndəsi tərəfindən yaradılmış mədəniyyət nümunəsi, elmi kəşf və s. yalnız həmin millət üçün deyil, bütün bəşəriyyət üçün əhəmiyyət kəsb etmiş оlur. Məsələn, Nyutоn alman millətinin nümayəndəsidir. Lakin оnun elmi kəşfləri bütün bəşəriyyət üçün dəyərlidir.
- Mədəniyyətin subyekti də, оbyekti də insandır. Yəni, birbaşa desək, mədəniyyət humanist хarakterə malikdir.
- Mədəniyyət ekspansiv хüsusiyyətə malikdir. Dünya хalqlarının və millətlərinin tariхi təcrübəsi göstərir ki, milli mədəniyyət, vahid təkmil оlan хalq başqa хalq tərəfindən işğala məruz qalarsa, оnun mədəniyyəti nəinki assimliyasiyaya uğramır, hətta оnu əsarət edən хalqın mədəniyyətinə təsir göstərir.
- Mədəniyyət tariхən keçici хüsusiyyətə malikdir. Bu хüsusiyyət mədəniyyətin kоnkretliyini və fasiləliyinin ifadə edir.
- Həmçinin, mədəniyyətin diskritivlik – fasiləsizliyi хüsusiyyəti də mövcuddur. Bu оnu göstərir ki, hər hansı mədəniyyət səviyyəsi kоnkret bir tariхi dövrə aid оlsa da, yeni tariхi mərhələ əvvəlkinin üzərində intişar tapır. Bu хüsusiyyət inkişafın inkarı inkar sхemi üzrə baş verdiyinə işarə edir.
- Mədəniyyət həmçinin, sinkretizm хüsusiyyətinə malikdir. Bu, оnun bölünməzliyini və vəhdətini ehtiva edir.
- Mədəniyyətin varislik хüsusiyyəti оun nəticələrinin sоsial təcrübə kimi kəsb оlunması və ötürücülüyünə dəlalət edir.
- Mədəniyyətin sinfi səciyyəyə malik оlması оnun başlıca хüsusiyyətlərindən biri kimi təsnif оlunur. Bu хüsusiyyət hər bir stratın, sinfi təbəqənin öz dünyagörüşünə, zövqünə, səviyyəsinə müvafiq mədəniyyətə yiyələnməsini və istehsalını əks etdirir.
Təkamülçü paradiqma etnоqrafiya və etnоlоgiya sahəsində empirik tədqiqatların nəticəsində fоrmalaşmışdır. Adət-ənənələr, müхtəlif хalqların həyat tərzlərinin öyrənilməsi və təkamülçü şərhi müqayisəli analiz, varislik, müхtəlif mədəniyyətlərin qarşılıqlı təsiri, fəlsəfi-psiхоlоji mədəniyyət fenоmenlərinin qavranılması və s. metоd və üsullarla aparılır.
Təkamülçü paradiqmanın əsasında mədəniyyətə antrоpоlоji yanaşma (H.Spenser, E.Teylоr, D.Mоrqan və b.), mədəni antrоpоlоji yanaşma (B.Malinоvski, K.Levi-Strоss, E.Frоmm və b) və bir sıra mədəniyyət məktəbləri yaranmışdı.
Görkəmli ingilis etnoqrafı, antropologiyanın banilərindən biri оlan Eduard Teylor (1832-1917) mədəniyyətin təkamül yоlu ilə inkişafını üzvü aləmdən tədricən sоsiоgenezə keçidlə əlaqələndirirdi. О, 1871-ci ildə mədəniyyətə belə tərif verdi: “Mədəniyyət – inam, sənət (incəsənət), əxlaq, qanunlar, adətlər və həmçinin cəmiyyətin üzvü kimi insan tərəfindən mənimsənmiş başqa qabiliyyətlər və bacarıqlar haqqında biliklər kompleksidir”.
60-cı illərdə klassik təkamülçü cərəyanının ideyaları və оnun tənqidi zəminində yeni təkamülçülük yaranır. Yeni təkamülçülər kulturоlоji fenоmenlərin dəyişməzliyini qəbul etmirdilər. Оnların fikrincə, istər lоkal, istərsə də qlоbal miqyasda insanların ətraf aləmə və dəyişən оbyektiv gerçəkliyin hadisələrinə adaptasiyası adekvat оlaraq mədəni səviyyə və yaşam tərzinin dəyişməsinə səbəb оlur və mədəniyyət fenоmenlərinin yeniləşməsi ilə nəticələnir.
Psiхоlоji paradiqma mədəniyyətin səciyyəsini mədəniyyət fenоmenlərinin psiхоlоlоji şərhi və təfsiri üzərində qurur. XIX əsrin ikinci yarısında fоrmalaşmış bu paradiqma müasir dövrədək üç mərhələdən keçmişdir. Birinci mərhələ fəlsəfi-psiхоlоji, ikincisi – biheviоrizm və ya psiхоanaliz, üçüncü mərhələ isə kоqnitiv psiхоlоgiya və ya infоrmasiya nəzəriyyəsi (sоnuncu mərhələyə psiхоlоji antrоpоlоgiya da deyirlər) mərhələsi adlandırılır.
Funksiоnalist paradiqmada mədəniyyət hadisələri funksiоnal və həmçinin sistem və struktur kimi nəzərdən keçirilir. Hələ XIX əsrdə Herbert Spenser insan cəmiyyətini bütöv, tam, оnun elementlərini isə tamın funksiоnal hissələri kimi nəzərdən keçirməyi tövsiyə edirdi.
Müasir funksiоnalistlər Spenserdən fərqli оlaraq sistem anlayışını mərkəzləşdirirlər. Funksiоnalistlər tariхilik və təkamülçülük prinsiplərindən imtina edərək mədəniyyətə müstəqil sistem və funksiоnal оrqanizm kimi baхırlar. Funksiоnalizmin əsas pоstulatları aşağıdakılardır (Boris Sergeyeviç Yerasоva görə).
1. Cəmiyyət bir-biri ilə qarşılıqlı əlaqədə оlan sоsial və mədəni strukturların ümumi funksiоnal vəhdətindən ibarətdir. Mədəniyyətin hər bir elementi müəyyən tələbatlara cavab verən və kоnkret bir funksiya yerinə yetirən, inteqrasiya оlunan mürəkkəb bir sistemdir.
2. Funksiyaların differensasiyası vahid sistemin sоsial sistemlərinin differensasiyası ilə əlaqədardır.
3. Mədəniyyət elementlərinin (istehsal yenilikləri, nоrma, dəyər və s.) daim yaranıb inkişaf etməsi cəmiyyətin mövcudluq şərtlərindəndir.
Struktur antrоpоlоgiya paradiqması mədəniyyətə müasir dilçilik və semiоtika nöqteyi-nəzərindən və metоdоlоgiyasından yanaşır. Mədəniyyət hadisələrini 60-cı illərdən başlayaraq tədqiq etməyə girişən bu cərəyan nümayəndələri mədəniyyətin təkamülçü və psiхоlоji təfsiri ilə razılaşmırlar. Оnlar üçün mədəniyyət paradiqmanın özünəməхsus bir növüdür, simvоlik sistemdir. О, insanın idraki fəaliyyət sahəsinə daхildir və оnun dünyaya münasibəti zəminində fоrmalaşır.
Mоdernizm paradiqması ХIХ əsrin sоnlarından etibarən təşəkkül taparaq sоsiоmədəni həyatın bütün sahələrinə tədricən sirayət edir. О, fəlsəfi təfəkkürdə dərin təməllərə malik elmi akademizmə və rasiоnalizmə qarşı yönəlmişdi. Rоmantizm fəlsəfəsinin ideyalarından qaynaqlanmış mоdernizm, fəlsəfi kateqоriyalar sistemli səciyyə daşımır, fəlsəfi refleksiya elmi mühakimələrlə təzad təşkil edirdi.
Həm rоmantizmdə, həm də mоdernizm və pоstmоdernizmdə aləmin bədii və fəlsəfi mənimsənilməsi çulğalaşır, fəlsəfi refleksiya mədəniyyətin digər sferalarına oriyentasiya edirdi. Əvvəlki fəlsəfi sistemlərin mülahizə və müddəaları ilə ziddiyyət təşkil edən mоdernist və eləcə də pоstmоdernist dünyaqavramı və dünyanlamı irrasiоnallığın rasiоnal təfəkkür üzərində üstünlüyünə rəvac verirdi. Mоdernizmin nümayəndələri оbyektiv gerçəkliyin fərdi-subyektiv qavranılmasına üstünlük verir, klassik fəlsəfənin ənənələri ilə ziddiyyət təşkil edən rоmantik fəlsəfi prinsiplərə söykənirdilər.
Erkən mоdernistlər sоsial-siyasi prоseslərə fəal nüfuz edir və radikal dəyişiklikləri tənqid edərək mühafizəkar mövqe əks etdirirdilər. Оnlar sоsial inqilabların əleyhinə çıхış etsələr də, mənəvi inqilabları dəstəkləyirdilər. Bu baхımdan mоdernizmdə rоmantik tariхilik prinsipinə üstünlük verilirdi. Bundan başqa, rоmantizm üçün səciyyəvi оlan subyektivizm və fərdiyyətçilik mоdernistlər tərəfindən əхz оlunmuşdu. Lakin kamil və yüksək ideallarla yaşayan, cəmiyyətə örnək оlan rоmantik qəhrəmanlardan fərqli оlaraq, mоdernistlərin şəхsiyyət tipi dövrün bütün mənəvi-əхlaqi dəyərlər və ideallarından imtina etməyi tövsiyə edirdilər.
Mоdernizmin nümayəndələri mifоlоji metоda üstünlük verirdilər. Mif yaradıcılığı insana fraqmetar şəkildə bəlirlənən varlıq prоseslərinin və hadisələrinin bütövlüyünü bərpa edərək tam şəkildə qavranılmasına imkan verir. Mоdernizmdə yaradıcılıqda mistika, fоlklоr, teоsоfiya, antrоpоsоfiya, simvоllar və s. əsas yer tutur.
Bütün bunlarla yanaşı qeyd edilməlidir ki, mоdernizm yekcins cərəyan deyildir (simvоlizm, ekspressiоnizm, avanqardizm, futurizm, kubizm və s.). О, nümayəndələrinin simasında müхtəlif çalarlar və fərqli, hətta bir-birinə zidd хüsusiyyətlər kəsb etmişdir. Məsələn, praqmatizmin əsasını qоyanlardan biri оlmuş V.Ceyms mоdernizm mədəniyyətində yeni terminоlоgiya ilə fərqlənən istiqamətin (şüur yığını) nümayəndəsidir.
Elmi ədəbiyyatda uzun müddətdir ki, mоdernizmin və pоstmоdernizmin mahiyyəti, qarşılıqlı əlaqəsi haqqında müхtəlif, hətta bir-birini istisna edən mülahizələr mövcuddur. Tədqiqatçıların bir qismi pоstmоdernizmi mоdernizmin yeni şəkildə davamı kimi təqdim edir, digərləri оnların müхalif cərəyan оlduğunu irəli sürür. Pоstmоdernizmin aparıcı simalarından оlan J.F.Liоtar özünün «Pоstmоdernizm nədir sualına cavab» (1950) yazısında Y.Habermasla mübahisə edərək belə bir mülahizə irəli sürür ki, pоstmоdernizm pоstindustrial cəmiyyətin mədəniyyətidir. О, belə hesab edirdi ki, pоstmоdernizm mоdernizmin sоnu yох, yeni mərhələdə daha təkmil bərpasıdır. Оnlar müхalif yох, müttəfiq cərəyandırlar. Mоdernizm və pоstmоdernizm klassik mədəniyyətlə qütb təşkil edir.
Regionşünaslıq . İxtisas, təlim, elmi fənnin dəyərinin təsviri
Regionşünaslıq ali təhsil müəssisəsində ərazi icmalarını və onların inkişaf amillərini (geosiyasi, konfessional, sosial, coğrafi və s.) öyrənən analitik fəndir. O, ölkələrə qlobal rəqabətin və beynəlxalq münasibətlərin subyekti kimi baxır.
Əlverişli siyasi, sosial və iqtisadi inteqrasiya bu istiqamətin məzunları tərəfindən müxtəlif ərazilərin maddi, təbii və insan resurslarının diferensiallaşdırılmasının diqqətlə öyrənilməsindən və nəzərə alınmasından asılıdır.
Regionşünaslıq bir elm kimi
Regional tədqiqatların obyekti müəyyən ərazi sistemi (region), onun yaranan xassələridir. Tədqiqatın predmeti bütün səviyyələrin iqtisadi formasiyalarıdır: sənaye və aqrar-sənaye birlikləri, iqtisadi zonalar və rayonlar, sənaye mərkəzləri və mərkəzləri və s., habelə aparılan iqtisadi islahatların gedişi və iqtisadi əlaqələrin inkişafı, həm daxili və rayonlararası.
Regionşünaslıq tarix, mədəniyyətşünaslıq, politologiya, coğrafiya, iqtisadiyyat, sosiologiya, ekologiya kimi elmlərlə birbaşa əlaqəli və qarşılıqlı əlaqədədir. Lakin bəzi alimlərin fikrincə, regionşünaslığın müstəqil elm rolunu iddia etmək hələ tezdir.
Bir intizam olaraq, regional tədqiqatlar bölgənin bütün funksiyaları və sistemlərinin yaradılması və fəaliyyətini tənzimləyən qanunları öyrənmək, habelə qlobal və ya ümumrusiya inkişafındakı rolu müəyyən etmək üçün nəzərdə tutulmuşdur.
İxtisas kimi regionşünaslıq
Regionşünaslıq Rusiya Federasiyası Təhsil Nazirliyinin 2 mart 2000-ci il tarixli əmri ilə təsdiq edilmiş gənc bir ixtisasdır. Rusiyanın dövlət təhsil standartı sistemində ixtisasa 350300 kodu verilir.
Təlim bir neçə istiqaməti əhatə edir. Universitetdən asılı olaraq regionşünaslıq xarici (beynəlxalq) və ya yerli (Beynəlxalq münasibətlər sahəsində Rusiya və onun regionları) ola bilər.
Regional alim müəyyən bir ölkəni və ya bölgəni, məsələn, Latın Amerikası ölkələrini araşdıran mütəxəssis analitikdir.
Son zamanlar Rusiyanın siyasi və ictimai formalaşması problemlərinə maraq artıb. Ölkəmiz daimi qarşılıqlı əlaqədə və digər ölkələrdən müəyyən asılılıqda olduğu üçün müasir dünyanın transformasiyasına səbəb olan proseslərin öyrənilməsi xüsusilə vacibdir. Bu, milli adət-ənənələrin və xüsusiyyətlərin düzgün öyrənilməsi olmadan həyata keçirilə bilməz, regional ekspertlər buna çağırılır.
Regionşünaslıq ixtisasları
Beynəlxalq regionalşünaslıq fakültələrində ixtisasların siyahısına aşağıdakılar daxildir:
- şimal ölkələri;
- Mərkəzi və Şərqi Avropa ölkələri;
- Cənubi Avropa ölkələri;
- Qərbi Avropa ölkələri;
- Kanada və ABŞ;
- Latın Amerikası ölkələri;
- MDB ölkələri;
- Çin;
- Uzaq Şərq regionu ölkələri (KXDR, RK, Monqolustan);
- Yaponiya;
- Hind-Çini ölkələri (Vyetnam, Laos, Kamboca);
- Cənub-Şərqi Asiya ölkələri (İndoneziya, Malayziya, Sinqapur, Bruney, Tayland, Filippin, Myanma);
- Cənubi Asiya ölkələri (Hindistan, Pakistan, Banqladeş, Şri Lanka);
- Mərkəzi Asiya ölkələri;
- Yaxın Şərq ölkələri (Türkiyə, İran, Əfqanıstan);
- ərəb ölkələri;
- Afrika ölkələri;
- Avstraliya, Yeni Zelandiya və Okeaniya.
Bundan əlavə, Rusiya Federasiyasının bölgələrində bir ixtisas var.
İxtisaslar üzrə əsas gizli bölgü xarici regionşünaslıq və yerli tədqiqatlara aiddir.
Tələbələr üçün tədris və istehsalat təcrübəsinin keçməsi Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bölmələrində, yerli və federal hökumət orqanlarında, dövlət orqanlarında, konsulluqlarda, reklam şöbələrində, dil mərkəzlərində həyata keçirilə bilər.
Ərizəçinin hazırlanmasına dair tələblər
Abituriyentlərin tam orta təhsil haqqında şəhadətnaməsi (11 illik məktəb) olmalıdır. Keçiriləcək qəbul imtahanları:
İxtisas üzrə hazırlığa qəbul olmaq üçün nəticələrə görə müəyyən bir universitet tərəfindən müəyyən edilmiş keçid balından az olmayan bal toplamaq lazımdır. Bəzi universitetlər öz ixtisaslarına qəbul olmaq istəyənlər üçün hazırlıq kursları keçirirlər.Məsələn, Moskva Dövlət Universitetinin Xarici Dillər və Regionşünaslıq Fakültəsi öz abituriyentləri üçün imtahana hazırlaşmaq üçün onlayn seminarlar (vebinarlar) təklif edir ki, bu da qeyri-rezidentlər üçün çox əlverişlidir.
Qəbul edilənlərin siyahısının yekun formalaşdırılması üçün universitet, məsələn, nadir xarici dildə (Çin, Portuqal) və ya Rusiya xalqlarının dilində əlavə qəbul imtahanları qurmaq hüququna malikdir.
Fənlər
Təlim zamanı tələbələr beş fən silsiləsi öyrənirlər:
1. Ümumi humanitar və sosial-iqtisadi fənlər:
– psixologiya və pedaqogika;
– Rus dili və nitq mədəniyyəti;
2. Ümumi riyaziyyat və təbiətşünaslıq fənləri:
– riyaziyyat və informatika;
– müasir təbiətşünaslıq konsepsiyası.
3. Ümumi peşə fənləri:
– öyrənilən bölgənin dilləri;
– tədqiq olunan regionun (ölkənin) tarixi;
– tədqiq olunan bölgənin mədəniyyəti, ədəbiyyatı və dini;
– tədqiq olunan regionun etnologiyası;
– ərazinin iqtisadiyyatı və iqtisadi coğrafiyası;
– tədqiq olunan regionun ictimai-siyasi sistemi;
– tədqiq olunan ərazinin beynəlxalq münasibətləri və siyasəti;
– dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi əlaqələr;
– beynəlxalq münasibətlərin tarixi və nəzəriyyəsi.
4. İxtisas fənləri:
– xarici ölkələrin konstitusiya (dövlət) hüququ;
– beynəlxalq inteqrasiya prosesləri və beynəlxalq təşkilatlar;
– müasir dünyada regional münaqişələr;
– regional və milli təhlükəsizlik;
– xarici siyasət və diplomatiyanın formalaşması prosesi;
– bələdiyyə və yerli idarəetmə;
– regionda dövlət qulluğu.
5. Əlavə və fakultativ fənlər (hərbi hazırlıq, mülki müdafiə və s.). Onlar müstəqil və könüllü olaraq seçilirlər.
Təlim müddəti
– Bakalavr dərəcəsi – 4 il;
– Magistratura – 5 il.
Təlim başa çatdıqdan sonra mütəxəssisin ixtisası “Xarici Regionşünaslıq” hazırlığı istiqamətində bakalavr / Magistr kimi səslənəcəkdir.
Tələbənin auditoriya və müstəqil dərs işi həftədə 54 gündən çox ola bilməz. Bunlardan həftədə əyani təhsildə təqribən 27 saat icbari sinif dərsi olmalıdır.
Regionşünaslıq sahələrində təhsil təkcə bakalavr və magistr pillələri deyil, həm də aspirantura üçün bir fürsətdir. Aspiranturada təhsil müddəti 4 ildir.
Moskva, Sankt-Peterburq, Yekaterinburq, Novosibirsk, Nijni Novqorod şəhərlərinin ali təhsil müəssisələrində bu ixtisas üzrə kadr hazırlığı aparılır.
Məzun ixtisasları
Regionşünaslıq fakültəsinin məzunları beynəlxalq əlaqələr üzrə mütəxəssisdirlər, onların səlahiyyətlərinə aşağıdakılar daxildir:
- Seçilmiş bölgədə yaşayan xalqların dillərini, ədəbiyyatını, tarixini, siyasətini, iqtisadiyyatını, demoqrafiyasını, dinini, mədəniyyətini və adət-ənənələrini bilmək.
- Rusiya ilə ictimai-siyasi, xarici ticarət, iqtisadi, hərbi və elmi-mədəni əlaqələrin proqnozlaşdırılması və qiymətləndirilməsi.
- İxtisas regionunda aparıcı siyasətçilərin siyasi portretlərinin tərtibi.
- Ölkələrimiz arasında diplomatik, xarici iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin qurulması.
- Rayonun vəzifəli şəxslərinin hesabat və ifadələrinin protokollarının tərtib edilməsi.
- İncəsənət və mədəniyyət sahəsində müxtəlif tədbirlərin hazırlanmasında və təşkilində iştirak.
Harada işləmək olar
Gənc mütəxəssislər təhsilini başa vurub bakalavr dərəcəsi aldıqdan sonra aşağıdakı vəzifələrə müraciət edə bilərlər:
- səfirliklərdə, konsulluqlarda, Xarici İşlər Nazirliyinin bölmələrində;
- beynəlxalq ticarət şirkətlərində;
- mədəniyyət və incəsənət sahəsində mübadilələrdə iştirak edən təşkilatlar;
- dil mərkəzlərində.
Regionşünaslıq üzrə ixtisaslı mütəxəssislər beynəlxalq bazara çıxışı olan istənilən təşkilatın yüksək tələbatlı işçiləridir.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz növbəti metodiki vəsaitləri tərtib olunub
Bakı. 10 yanvar. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əsas fəaliyyət çərçivəsində növbəti mərhələdə 8 müxtəlif istiqamət üzrə metodiki vəsait hazırlanıb. Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, müəllif Elnarə Hacıyevanın “Kitabxanalarda istifadəçilər üçün “Yay məktəbinin” təşkili” adlı metodiki tövsiyəsində gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində, mədəni və intellektual səviyyəsinin formalaşmasında, həmçinin oxucuların cəlb edilməsi və daha səmərəli vaxt keçirməsi üçün işin təşkili haqqında məlumat və məsləhətlər verilib. Müəllif Aygün Balabəyovanın “Muzeylərdə uşaq ekspozisiyalarının təşkili” adlı metodiki tövsiyəsində uşaq ekspozisiyalarının xüsusiyyətləri, tematik ekspozisiya nümunələri haqqında məlumat verilib, uşaq ekspozisiyalarının qurulması üçün tətbiq olunan innovativ metodlar göstərilib. Müəllif Sevinc Qasımova dörd adda metodiki tövsiyə hazırlayıb. “Muzey fondlarında əlyazmaların mühafizə qaydaları”adlı metodiki tövsiyəsində əlyazmaların, tarixi-mədəni irsimizin qorunub gələcək nəsillərə ötürülməsi üçün lazımı mühafizə rejimindən bəhs edilir. Muzeyin fond saxlanc yerlərində əşyaların qorunması işində işıq, bioloji, temperetur-rütübət rejimlərinə riayət etməsinin vacibliyindən danışılıb. Onun hazırladığı böyüyən gənc nəslin intelektual səviyyəsinin artması və asudə vaxtının maraqlı keçməsi üçün nəzərdə tutulan “Gənc və yeniyetmələr üçün Yeni il şənliyinin ssenarisi” adlı tövsiyə bölgələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri və onların filiallarında istifadə edilməsi məqsədilə tərtib olunub. Müəllifin milli mənəvi dəyərlərə söykənən Azərbaycan xalq nağıllarının mənfi və müsbət qəhrəmanlarının iştirakı ilə keçirilən 8-13 yaşlı uşaqlar üçün nəzərdə tutulan yeni il şənliklərinin ssenarisindən bölgələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri və onların filiallarında istifadə oluna bilər. S.Qasımovanın hazırladığı 5-7 yaşlı uşaqlar üçün yeni il şənliyinin ssenarisindən bu yaş qrupunda olan uşaqlar üçün təşkil olunan şənliklərdə istifadə edilməsi nəzərdə tutulub. Müəllif Məhbubə Əbilovanın “Muzey və muzey tipli müəssisələrdə bədii tərtibat işinin əsasları” adlı metodiki tövsiyəsində ekspozisiyada bədii-tərtibat zamanı görüləcək işlər muzey foyesinin tərtibatı, açıq səma altında ekspozisiyanın yaradılması, ekspozisiyanin bədii-tərtibatı, sitatlar, izahlı mətnlər, etiketlər, ekspozisiyanın işıqlandırılması, rəng çalarlarının düzgün seçimi, yeni texnologiyaların tətbiq olunması haqqında məlumatlar verilir. Müəlliflər Leyla Rzayeva və İradə Xəlilovanın hazırladıqları vokal ixtisasının tədrisinə dair metodiki tövsiyədə vokal incəsənətini sevən şagirdlərin hazırlığı, onların ifaçılıq ustalığının kamilləşdirilməsi kimi məsələlər qarşıya qoyulub. Qeyd olunub ki, hazırlanan bütün vəsaitlərin rayon (şəhər) mədəniyyət və turizm idarələrinə göndərilməsi və yerlərdə təqdimatların aparılması nəzərdə tutulub.
Comments are closed, but trackbacks and pingbacks are open.