Jurnalistika Elmi Tədqiqat Laboratoriyası
“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu
TestləŞDİRMƏNİn təŞKİLİ ŞÖBƏSİ
Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları.
İnternet haqqında ümumi məlumatlar;
Yeni medianın tərifi;
Onlayn jurnalistika anlayışı;
Sosial media platformaları;
Yeni media etikası: netiket;
Jurnalistin peşə xarakteristikası;
“Facebook”da sorğusəsvermə funksiyasının yaradılma üsulları;
“Facebook”da dublikat səhifələrin birləşdirilmə prosesi;
“Facebook”da reklam-təbliğat kampaniyalarının aparılması;
“Facebook”da biznes səhifələrinin yaradılması;
Azərbaycan dilinin qrammatikası, Azərbaycan ədəbi dilinin mətbuat üslubu;
Jurnalist üçün əsas informasiya mənbəyi;
Sosial şəbəkələrdə rəsmilik-əsllik ifadə edən işarənin alınması;
“Twitter” sosial şəbəkəsi: paylaşım strategiyası;
Trollar haqqında ümumi məlumat və onlarla mübarizə;
Sosial şəbəkələrdə işin təşkili.
İNSAN RESURSLARI DEPARTAMENTİ
TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ
“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK”
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2000
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında ”
Azərbaycan Respublikasının Qanunu
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu
“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu
“Azərbaycan Respublikasında dövlət dili haqqında”Azərbaycan Respublikasının
Beynəlxalq Jurnalist Federasiyasının (BJF) Jurnalist Davranışının Prinsipləri
Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları
Əliyeva S. Müasir Azərbaycan ədəbi dilinin mətbuat üslubu. Bakı, 2012
Mehdi F. Mətbuat janrları. Bakı, 1995
Məmmədli C. Müasir jurnalistika. Bakı, 2003
Məmmədli C. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Bakı, 2012
Məmmədli Z., Hacılı R., Əliyev İ. Media Hüququ. Bakı, 2006
Məhərrəmli Q. Jurnalistikanın əsasları. Bakı, 2012
Rüstəmov A. Jurnalistika 2. Bakı, 2013
Rəhimova S. Jurnalist etikası və kommunikasiya mədəniyyəti. Bakı, 2018
Jurnalistika terminləri lüğəti / Tərtibçi Məhərrəmli Q. Bakı, 2016
Qənbərli R. Jurnalistin əl kitabı. Bakı, 2005
Bəşirli A., Kərimova A. Vəkilova D. Xəbərçilik. Bakı, 2007
Bəşirli A., Cavadova X., İzzətli S. Yeni media. Bakı, 2017
Ворошилов В.В. Журналистика и бизнес: реклама и «паблик рилейшнз» в
структуре массовой информации. СПБ.,1993
Gündüz O. İnternet. Azərbaycan İnternet Resursları. Bakı, 2010
Bəşirli A., Cavadova X., İzzətli S. Yeni Media Jurnalistikası. Bakı, 2017
Hüseynzadə E. Yeni media. Bakı, 2010
İNSAN RESURSLARI DEPARTAMENTİ
TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ
“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK”
Способы создания опроса в Facebook
Создание рекламы в Фейсбук
İNSAN RESURSLARI DEPARTAMENTİ
TESTLƏŞDİRMƏNİN TƏŞKİLİ ŞÖBƏSİ
“BİZ BİLİYİ QİYMƏTLƏNDİRİRİK”
1. Sosial şəbəkələrdə marketinq işinin təşkil edilməsi prosesi necə adlanır?
2. Sosial media vasitəsilə məlumat axınının təşkil olunması proqramlanmasını
ağıllı bir şəkildə və asan yolla edən alətlər paneli:
3. “Facebook” sosial şəbəkəsində “Verification Badge” funksiyasının izahı:
A) Reklamların təsdiqi
B) “Facebook”-da marketinq strategiyası
C) “Facebook” doğrultması nişanı
E) Profilin digər şəxslər üçün gizli olması funksiyası
4. Remediasiya termininin izahı:
A) Vətəndaş jurnalistikasıdır
B) Jurnalistin yeni xəbər yazmasıdır
C) Medianın yenidən şəkillənməsidir
D) Jurnalistikada yeni yazı formasıdır
E) Sosial şəbəkədə informasiyanın yayım prosesidir
5. Haştağı “Twitter” sosial şəbəkəsində belə yazmaq olmur:
A) Kiçik hərflə və sözlər arasında ara buraxmadan
B) Əvvəlində “#” işarəsini qoyaraq
C) Sözlər arasında ara qoymadan
6. Şirkətlərin böyük xərclər istifadə etməyinə ehtiyac olmadan insanların bir
mesajı digər insanlarla öz istəkləri olaraq paylaşması, marketinqin hansı
A) Viral marketinq
B) Garilla marketinq
C) Brend marketinq
D) Sosial marketinq
E) Şəbəkə marketinqi
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Jurnalistika Elmi Tədqiqat Laboratoriyası
Qədim dövrlərdən bu günümüzədək minillər boyu insanlar biri-birinə məlumatın-informasiyanın ötürülməsi istiqamətində maraqlı yol qət ediblər. Bunun üçün müxtəlif üsullardan istifadə edilib, tonqallardan, rəmzlərdən, işarələrdən, danışıqdan kiçik yazı üsullarından, daha sonra təkmilləşdirilmiş dildən və nəhayət kompüter texnalogiyasına qədər yol keçmiş jurnalistikanı formalaşdırıb. Bu gün jurnalistika yerindən, məkanından asılı olmayaraq bütün dünyada cəmiyyətlər daxili məlumatlar alış-verişinə çevrilib.
Jurnalistikanın ən mübahisəli məsələlərindən biri janrdır. ”Janrın siması sənətin əsrlər boyu inkişaf tarixində formalaşır. Nəzəriyyədə janrın, necə deyərlər, qədəri yoxdur” (8, s.248).
Janr dövrün ehtiyaclarına, tələblərinə uyğun dəyişir və formalaşır. Məsələn, sovet dövründə qəzetləri bəziyən felyetona müasir mətbuat orqanlarında rast gəlmək, demək olar ki, mümkün deyil.
Prof F. Mehdi mətbuat janrlarının ümumi mənzərəsini belə təqdim edir: “xəbər, hesabat, müsahibə, reportaj, korrespondensiya, məqalə, icmal, resenziya, məktub, mətbuat xülasəsi, zarisovka, oçerk, felyeton, pamflet və təmsil, şarj, parodiya. Bu siyahiya esse, gündəlik, səfərnamə, bədii-publisistik, tərcümeyi-hal, xatirə, bədii nitq, nekroloq”.
В. В. Ворошилов isə «Журналистика» kitabında aşağıdakı janrları qeyd edir- xəbər, hesabat, müsahibə, reportaj, korrespondensiya, məqalə, resenziya, icmal, zarisovka, oçerk, felyeton, pamflet, yumor, ironiya.
İnsanların tələbləri dövrə uyğun dəyişdikcə jurnalistikanın ifadə üsulları da dəyişir. Bəzi janrlar sıradan çıxır, yeni janrlar əmələ gəlir. Bu gün istər mətbuatımızda, istərsə də radio və televiziyada qeyd etdiyimiz janrların bir çoxuna rast gəlmək olmur. Hazırda Avropa və Amerikanın jurnalistika nəzəriyyəsindəki janr bölgüsü reallığı daha çox əks etdirir- xəbər, rəy və araşdırma jurnalistikası. Bu gün müasir mediamızda araşdırma azdır, rəy həddindən artıq çox. Mətbuatda daha çox xəbərə rast gəlinir. Ümumiyyətlə demək olar ki, xəbər jurnalistikanın ən çox yayılmış janrıdır və hər zaman aktual janr olmuşdur.
Qeyd etmək lazımdır ki, qəzetdə janr rəngarəngliyinin gözlənilməsi həmin mətbuatı daha maraqlı edir. Yazının həcminin uzadılması nəinki oxucunu sıxır, hətta həmin yazıya olan diqqəti də azaldır. Az sözlə, fikri dəqiq və aydın çatdırmaq peşəkar jurnalistə xas olan cəhətdir. Jurnalistika darıxdırıcı və sıxıcı olmamalıdır.
Uzun müddət jurnalistika məhz sosioloji, tarixi aspektdən öyrənildiyinə görə onun öz kateqoriyaları gec yaranmış və jurnalistika bir elm sahəsi kimi qəbul edilməmişdir.
Müasir dövrümüzdə jurnalistikada çoxlu sayda janr mövcud olsa da, onların dördü beynəlxalq jurnalistika üçün daha səciyyəvidir:
Bakı 2012
Qəzetin meydana gəlməsi. Mətbuat anlayışının elmi təhlili. Kütləvi informasiya və təbliğat vasitələri anlayışının mahiyyəti. KİTV-dən KİV-ə keçid mərhə-ləsinin ictimai əsasları. “Kütləvi kommunikasiya vasitə-ləri” anlayışının elmi–nəzəri təhlili. Mass-media: xarak-teri, mahiyyəti. Mediologiya media sistemini ehtiva edən elmi anlayış kimi. Mediologiyanın ifadə etdiyi elmi-praktik mahiyyət. Media, mediologiyaya dair elmi-nəzəri ədəbiyyat.
2. Jurnalistika elmi kateqoriya kimi
Jurnalistikanın nəzəri konsepsiyaları. Avtoritar, libertarian, sosial məsuliyyət, kommunist mətbuat modelləri. Onların fərqli cəhətləri. Müasir dövrdə bey-nəlxalq miqyasda jurnalistikanın işlək modelləri. Jurna-listikanın sosial məsuliyyət modelinin nəzəri əsasları. Ən yeni nəzəri konsepsiyalar. Yeni informasiya texno-logiyasının doğurduğu jurnalistika modelləri. Jurnalis-tikanın milli inkişaf xüsusiyyətləri.
3. Jurnalistika sosial institut kimi
Sosial institut anlayışının elmi-nəzəri mahiyyəti və jurnalistika. Jurnalistikanın sosiologiyası. KİV-in elmi-nəzəri əsaslarında sosioloji jurnalistikanın yeri. Jurnalistin sosioloji təfəkkürü. Jurnalist yaradıcılığında ictimai maraq prinsipi. Bu sosial institutun cəmiyyətə təsir mexanizmləri. KİV sistemi anlayışı. KİV sistemi-nin tərkib hissələri. Azərbaycanın KİV sisteminin formalaşma mərhələləri. Mətbuat ictimai rəyi formalaş-dıran institut kimi.
4. Mətbuat azadlığı uğrunda mübarizə tarixi
Mətbuat azadlığı jurnalist yaradıcılığının əsası kimi. Con Miltonun “Areopogitika” və M.Ə.Rəsulzadə-nin “Mətbuat azadlığı” əsərlərində mətbuat azadlığı problemi. Senzura, onun ictimai-hüquqi fəsadları. Müasir jurnalistika aləmində mətbuat azadlığının yeri. Azərbaycanda mətbuat azadlığı sosial sifariş və dövlətin iradəsi kimi.
5. Yeni jurnalistika
Sovet jurnalistikası anlayışından yeni jurnalisti-kaya keçid dönəmi. Yeni jurnalistikanın mahiyyəti. Azərbaycanda yeni jurnalistikanın nəzəri və praktik yaradıcıları. Müasir mətbuat azadlığını təmin edən hüquqi sənədlər toplusu. Yeni jurnalistikaya dair nəzəri əsərlər. Jurnalistikanın beynəlxalq yaradıcılıq prinsip-ləri: dəqiqlik, qərəzsizlik, tərəfsizlik, vicdanlılıq.
6. Mətbuat janrları
Janr anlayışının elmi-nəzəri izahı. Bədii janrlarla mətbuat janrlarının ümumi və fərqli cəhətləri. Mətbuat janrlarının yaranması və inkişafının tarixi mərhələləri. Janrların zamana və ictimai şəraitə görə transformasiya prosesi. Mətbuat janrları haqqında ən yeni ədəbiyyat. Dünyanın müxtəlif regionlarında (Rusiya, Türkiyə, Qərbi Avropa, ABŞ) janrın nəzəri aspektlərinə fərqli münasibətlər sistemi. Janrların elmi-nəzəri bölgüsü: Operativ-informasiya, analitik, bədii-publisistik janrlar. Bu janrların hər birinin özünəməxsus imkanları
7. Operativ – informasiya janrları
Operativ–informasiya janrlarının əsas mahiyyəti. Bu janrların işləklik səbəbləri. Operativ–informasiya janrlarının elmi təsnifatı. Xəbər. Xəbər yaradıcılığında janrın imkanları. Xəbərin növləri. Xəbər janrından istifadə məqamları. Xəbərin operativlik mahiyyəti. Xəbərdə şərhin faktdan ayrılması. Xəbərdə şərhin yolverilməzliyi. Xəbərdə tərəfsizlik və qərəzsiz-liyin təmin olunması üsulları. Hesabatın xüsusiyyətləri. Jurnalistin hesabata müraciət məqamları. Müsahibə. Müsahibənin mahiyyəti. Müsahibəyə hazırlıq və müsa-hiblə ünsiyyət problemi. Reportaj. Reportaj ən operativ informasiya janrı kimi. Reportajda əyanilik prinsipi. Reportyor və reportaj anlayışlarının jurnalistikada yeri.
8. Analitik janrlar
Müasir jurnalistikada analitik janrların yeri. Elekton jurnalistika çağında analitik janrlar qəzetin rəqabətdə yerini qoruyan amil kimi. Analitik janrların əsas xüsusiyyətləri. Məqalə. Məqalənin elmi-nəzəri xarakteristikası. Korrespondensiya, resenziya, icmal, şərh, açıq məktub, mətbuat xülasəsi. Bu qrupa daxil olan janrların ümumi və fərqli cəhətləri. Analitik təhlilin aparılması üsulları. Analitik janrların dili və üslubu. Analitik janrlar jurnalistin fərdi yaradıcılıq kontekstində.
9. Bədii-publisistik janrlar
Bədii-publisistik janrlarla bədii janrların oxşar və fərqli cəhətləri. Bədii-publisistik janrları xüsusiləşdirən faktorlar. Oçerk bədii-publisistik janr kimi. Oçerkin klassik və müasir işləklik dərəcəsi. Müasir Azərbaycan mətbuatında oçerkin yeri. Oçerk janrı haqqında nəzəri ədəbiyyatın xülasəsi. Zarisovka. Zarisovkanı oçerkdən fərqləndirən başlıca cəhətlər. Bədii-publisistik janrların digər faktları: bədii-publisistik nitq, xatirə, gündəlik. Bədii publisistikanın satirik janrları. Felyeton. Felyetonun bədii xüsusiy-yətləri. Müasir Azərbaycan mətbuatında felyetona etinasızlığı doğuran səbəblər. Pamflet. Pamfletin janr xüsusiyyətləri. Klassik və müasir pamflet nümunələri. Müasir mətbuatda pamfletə intensiv müraciəti doğuran səbəblər. Bədii-publisist janrlarda obraz və obrazlılıq. Tipikləşdirmə üsulları.
10. KİV-in hüquqi tənzimlənməsi
Azərbaycan mətbuatında senzuranın yolveril-məzliyi. KİV-in hüquqi bazasının formalaşma prosesi. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu. Qanunda jurnalistin hüquq və məsuliyyəti. KİV haqqında qanunun mənbələri. Elek-tron informasiya vasitələrinin qanunvericilik bazası. “Televiziya və Radio Yayımı haqqında” AR Qanunu. “İctimai Televiziya və Radio Yayımları haqqında” AR Qanunu. Mətbu orqanların təsis olunmasının hüquqi əsasları. Elektron-informasiya vasitələrinin təsis olun-masının hüquqi əsasları. Milli Teleradio Şurası. Lisen-ziyalaşdırma. Müəllif hüququ.
11. KİV sahəsində dövlət siyasəti
Ölkədə mətbuatın müstəqil fəaliyyəti sahəsində dövlətin iradəsini ifadə edən sənədlər: AR Konstitusi-yası. Mətbuat sahəsində qanunlar. Azərbaycan Respub-likası Prezidentinin fərman və sərəncamları. Azərbay-can Respublikası Prezidenti yanında Mətbuatın İnki-şafına Dövlət Dəstəyi Fondu. Fondun əsas vəzifələri. Dövlət, ictimai və özəl mətbuat.
12. Jurnalistin peşə etikası
Peşə etikası anlayışı. Peşə etikasının nəzəri əsas-ları. Jurnalistin peşə etikasının formalaşma mərhələləri. Jurnalistin peşə etikasının əsas funksiya və prinsipləri. Peşə etikası və hüquqi tənzimlənmənin qarşılıqlı əlaqəsi. Jurnalistin əməl etdiyi etik normalar. Azərbay-can jurnalistinin peşə kodeksi. Peşə etikasının beynəl-xalq təcrübəsi. Etik normalar peşəkarlığın göstəricisi kimi. Nəşrin informasiya siyasəti kontekstində jurnalis-tin etik normalara münasibəti. İqtidaryönlü, müxalif, müstəqil istiqamətli nəşrlərdə peşə etikasına münasibət faktları.
13. Jurnalist və informasiya
İnformasiya resurslarının ümumi tipologiyası. İnformasiya mənbələri. İnformasiya almağın metodo-logiyası. İnformasiya toplamağın kommunikativ meto-du: Müsahibə, söhbət, sorğu, telefon sorğusu, ekspert sorğusu, mətbuat konfransları və brifinqlərdə iştirak etmək. İnformasiya almağın qeyri-kommunikativ üsul-ları: şəxsi təcrübə və müşahidə, nəzəri aspektlər, prob-lemi müəyyən etmə, informasiyanı dəqiqləşdirmə, sənədlərlə işləmək metodikası, informasiya agentlikləri, internet və mətbuat, mətbuat xidmətləri.
14. Kütləvi informasiya vasitələrinin tipologiyası
Tipologiya anlayışının elmi-nəzəri mahiyyəti. Mətbuatın tipoloji inkişaf meylləri. Tipologiya nəşrin xarakteri kimi. Qəzetin informasiya siyasəti onun tipo-logiyasını müəyyən edən faktordur. Nəşrin tipoloji xarakterinin jurnalist yaradıcılığına təsiri. İqtidaryönlü nəşrlər. Müxalifyönlü nəşrlər. Müstəqil nəşrlər. Müstə-qil qəzetin iş prinsipləri.
15. Qəzet redaksiyası
Jurnalist əməyinin komponentləri. Jurnalist reportyor, publisist, redaktor, təşkilatçı kimi. Qəzet redaksiyasının strukturu. Redaksiya kollektivinin tərki-bi. Redaksiyanın şöbələri və onların ayrı-ayrılıqda funksiyaları. Redaksiyanın yaradıcı hissəsi. İdarə qru-pu. İcra qrupu. Redaksiyanın texniki və kommersiya hissələri. Redaksiyanın texniki xidmət sahələri. Redak-siyanın kommersiya xidmət sahələri.
Redaksiyanı idarə etmənin metodları. Modelləş-dirmə. Planlaşdırma. Redaksiya kollektivini stimullaş-dırma üsulları. Redaksiyanın oxucularla işi.
Ə D Ə B İ Y Y A T
- Atilla Girgin. Qazeteçiligin temel ilkeleri. İstanbul, «Der» yayınları, 2008
- Erik Fishtelius. Jurnalistikanın on qızıl qaydası. Bakı, 2002
- KİV sahəsində qanunvericilik. Bakı, 2001
- Mahmudov M. Ədəbi redaktə: nəzəriyyə və təcrübə. Bakı, 2008
- Mehdi F. Bədii publisistika. Bakı, 1984
- Mehdi F. Mətbuat janrları. Bakı, 1995
- Məmmədli C. Müasir jurnalistika. Bakı, 2003
- Məmmədli C. Jurnalistikanın müasir inkişaf meylləri. Bakı, 2006
- Məmmədli Z., Hacılı R., Əliyev İ. Media hüququ. Bakı, 2006
10. Oya Tokgöz. Temel qazeteçilik. İmqe kitabevi. Ankara. 1994
11. Rəsulzadə M.Ə. «Mətbuat azadlığı». Əsərləri, II cild. 2001
12. Rüstəmov A. Jurnalistika. Bakı, 2005
13. Ахмадулина Е.В. Краткий курс теории журналистики. М., 2009
- 14. Гуревич С.М. Газета: вчера, сегодня, завтра. М., изд-во «Аспект- ПРЕСС», 2004
15. Прохоров Е. П. Введение в теорию журналистики. М., 2000.
16. Сиберт Ф., Питерсон Т., Шрамм У. Четыре теории печати. М., 1997
17. Тертычный А.А. Жанры периодической печати. Москва, 2002
18. Теплюк В.М. Этика журналистского творчества. Москва,1980
II BÖLMƏ
AZƏRBAYCAN MƏTBUATI TARİXİ
1. Azərbaycan jurnalistikası tarixinin elmi-nəzəri əsasları.
Azərbaycanda jurnalistikaya dair elmi düşün-cənin və təcrübi fəaliyyətin öyrənilməsi tarixindən. Jurnalistika elm və sənət növü kimi. Azərbaycan jurnalistikasında tarixi təcrübə ilə elmi-nəzəri düşün-cənin sintezi.
2. XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycan jurnalistikası
“Tiflisskie vedmosti” qəzetinin Zaqafqaziyada ilk rəsmi mətbuat orqanı kimi fəaliyyətə başlaması (1828). Qəzetin gürcü (1829), fars (1930) variantları haqqında. “Tiflis əxbarı” (1832) “Tiflisskie vedmosti” qəzetinin Azərbaycan variantı kimi. A. A. Bakıxanovun qəzetin nəşr fəaliyyətində iştirakı barədə tədqiqatlar.
H. Zərdabi Azərbaycan milli mətbuatının yaradıcısı kimi. “Əkinçi”nin nəşri və fəaliyyəti. Qəzetin rolu barədə H. Zərdabinin fikir və mülahizələri. “Əkinçi”nin şöbələri haqqında ümumi məlumat. Daxi-liyyə, əkin və ziraət xəbərləri, elmi xəbərlər, tazə xəbərlər və məktubat şöbələrində gedən materialların xarakteristikası.
“Əkinçi”dən sonra qəzet çıxarmaq cəhdləri.
Səid, Calal və Kamal Ünsizadə qardaşları. S. Ünsizadənin redaktoru olduğu “Ziya” qəzetinin nəşrə başlaması (1879). 1880-ci ildə qəzetin “Ziyayi-Qafqaziyyə” adı altında çıxmasının səbəbləri.
C. Ünsizadənin mətbuat orqanı nəşr etmək üçün Senzura komitəsinə müraciəti. “Kəşkül” jurnalının nəşrə başlaması (1883). Jurnalın eyni adlı qəzetə çev-rilməsi səbəbləri.
Rusdilli qəzetlər arasında “Kaspi” qəzetinin (1881-1919) xüsusi çəkisi. Qəzetin redaktorları. Azər-baycanın görkəmli publisistləri –M.Şaxtaxtinski, N. Nərimanov, Ə.Ağayev, Ə.Hüseynzadə, H.Zərdabi, S. Qənizadə, M. Mahmudbəyov və başqalarının qəzetdə iştirakı.
M.A.Şaxtaxtinskinin “Şərqi-Rus” qəzetini çıxar-maq üçün gördüyü işlər. Qəzetin 1-ci nömrəsinin çap-dan çıxması. Qəzetin şöbələri, əsas mövzu dairəsi. Əməkdaşları və müəllifləri.
«Həyat» qəzetinin nəşr tarixi (1905-1906). Qəzetin ideya-siyasi istiqaməti. Müxtəlif dünyagörüşlü ziyalıların qəzetlə əməkdaşlığı. Ə.Hüseynzadə, Ə.Ağayev qəzetin baş redaktorları kimi.
Çar hökumətinin 17 Oktyabr manifesti (1905). Söz, yığıncaq, təşkilat azadlığına verilən vədlər və mövcud imkanlar çərçivəsində ziyalıların fəaliyyəti. Ə. Ağayevin «İrşad» qəzeti (1905-1908). Qəzetin ideya istiqaməti, mövzu dairəsi və əsas müəllifləri. Milli jurnalistikaya yeni gənc qüvvələrin gəlməsi. Ü. Hacıbəyov, M.Ə.Rəsulzadə, A. Səhhət, H. Minasazov, S. Musəvi və b. Onların yaradıcılığının əsas xüsusiyyətləri.
Azərbaycanda ilk sosial-demokrat nəşrləri: «Hümmət», «Dəvət-Qoç», «Prizıv», «Təkamül», «Bakinski proletari», «Bakinski raboçi», «Qudok».
«Füyuzat» jurnalı (1906-1907). Füyuzat ədəbi məktəbi. Azərbaycan ictimai fikrinin inkişafında onun yeri.
«Molla Nəsrəddin» jurnalının 1-ci nömrəsinin çapdan çıxması. (7 aprel 1906). Jurnalın Azərbaycan mətbuat tarixində yeri və mövqeyi. C. Məmməd-quluzadə və onun məsləkdaşları.
Yaxın və Orta Şərq ölkələrində nəşrə başlayan mətbuat orqanlarına «Molla Nəsrəddin» jurnalının təsiri.
Uşaq mətbuatının yaranması. «Dəbistan», «Rəh-bər» jurnallarının nəşr tarixi, istiqaməti və müəllifləri.
I Dünya müharibəsi dövründə Azərbaycan mətbuatı.
3. Müstəqil Azərbaycan uğrunda mübarizə dövrünün jurnalistikası (1918-1920)
Müstəqil Azərbaycan uğrunda mübarizə dövrü-nün jurnalistikası. Rusiyada 1917-ci il fevral-burjua demokratik inqilabı. İnqilabın əks-sədası. Senzuranın ləğv olunması. Sèyasi partiyaların açıq fəaliyyətə baş-laması. Onların mətbu orqanları.
Sosial-demokratların Azərbaycan, rus, erməni dillərində nəşrləri. «Hümmət» (1917-1918), «Bakinskiy raboçiy» (1917-1918), «Sosial-demokrat» (1917,erməni dilində) qəzetləri.
Azərbaycanda müsavatçılar, daşnaklar və bolşe-viklər arasında gedən ideya-siyasi mübarizənin jurnalis-tikada əksi.
«Molla Nəsrəddin» jurnalının yenidən nəşrə başlaması (9 fevral 1917). Müvəqqəti hökumətin daxili və xarici siyasətinə, Rusiyada 1917-ci il oktyabr hadisə-lərinə siyasi partiyaların və onların mətbuat orqanla-rının münasibəti.
Bakı kommunası dövrü. Bolşevik-daşnak dikta-turasının mətbuat orqanları və onların mövzu dairəsi.
Ayrı-ayrı partiyalara və tələbə-gənclərə məxsus nəşrlərin meydana gəlməsi. Qəzet və jurnallarda peşə-karlıqdan çox sinif, qrup, peşə mənafelərinin ön plana çəkilməsi.
Jurnalistika aləminə yeni qüvvələrin gəlməsi. T. Şahbazi, M. İsrafilbəyov (Qədirli), Ə. Qarayev, M. B. Məmmədzadə və başqalarının redaktor və publisist kimi fəaliyyətlərinin xarakterik xüsusiyyətləri.
Tanınmış jurnalist və publisistlərin Ü.Hacıbəylinin, M.Ə.Rəsulzadənin bu dövr çıxışlarının tematikası və sənətkarlıq xüsusiyyətləri.
4. Sovet dövrü Azərbaycan jurnalistikası
1920-ci illər Azərbaycan mətbuatının yeni ideologiyaya uyğun qurulması, mətbuatın sovet döv-lətinin və kommunist partiyasının monopoliyasına keçməsini şərtləndirən faktorlar.
1920-ci illərdə partiyanın və sovet hökumətinin mətbuatla bağlı qərar və qətnamələri. Yeni yaradılan mətbəələrin, qəzet sisteminin ideoloji mahiyyəti. Azərbaycan jurnalistikasının aparıcı mövzuları. «Kommunist», «Baknskiy raboçiy», «Kommunist» (rus dilində), «Gənc işçi», «Molodoy raboçiy», «Kəndfü-qərası» və s. qəzetlərdə dərc olunmuş yazıların təhlili.
1926-cı il 6 noyabr. Azərbaycanda radio jurna-listikasının yaranması. Sovet təbliğat sistemində radio-nun yeri.
1920-1930-cu illərdə xarici ölkələrdə Azərbay-can mühacir mətbuatının yaranması. Xüsusilə, Türkiyə-də Azərbaycan mühacirlərinin geniş mətbu fəaliyyəti. Sovet mətbuatı ilə mühacir mətbuat arasındakı siyasi polemika.
1930-cu illərdə ölkədəki ictimai-siyasi vəziyyət. Söz və fikir azadlığına qarşı rep-ressiyanın güclənməsi. Sovet repressiya maşınının ictimai-siyasi xarakteri.
- II Dünya müharibəsi dövründə mətbuat. Cəbhə qəzetləri. Döyüşən ordunun və arxa cəbhə əməkçi-lərinin fədakarlığının mətbuatda əksi. Görkəmli sənət adamlarının çıxışları.
1950-ci illərdə yeni mətbuat orqanlarının yara-dılması istiqamətində atılan addımlar. Gənclər və uşaq mətbuatının inkişafı problemləri.
Yeni tipli qəzetlərin yaranması. Axşam qəzet-lərinin – ”Bakı” və ”Baku” qəzetlərinin nəşri.
Volyuntarizm siyasəti nəticəsində ölkədə ictimai-siyasi durumun kəskinləşməsi. Azərbaycan jurnalistikasında yeni ab-havanı və demokratik meylləri əks etdirən məqamlar. ”Ulduz” jurnalının, ”Qobustan” toplusunun yaranması. Ədəbi-bədii jurnalistikanın, bədii publisistikanın yeni təkanla inkişafını şərtlən-dirən səbəblər.
5. Мüasir Azərbaycan jurnalistikası
«Azadlıq», «Aydınlıq», «Millət» kimi ictimai-siyasi təşkilatların orqanları olan qəzetlərin sayının artması. «Yeni müsavat», «Ədalət», «Press-fakt», «Azad söz», «Müxalifət», «Olaylar», «Şərq», «Xəzər» və s. qəzet və jurnalların fəaliyyəti.
1992-ci ildə Azərbaycan Respublikasının «Kütləvi informasiya vasitələri haqqında» qanununun qəbul edilməsi.
Azərbaycan Respublikasının KİV haqqında qanunvericilik bazasının formalaşması, mətbuat, tele-viziya və radio fəaliyyətinə dair qanunlarının, qərar-larının mahiyyəti.
Azərbaycan Respublikası Konstitusiya layihə-sinin müzakirəsində KİV-in fəaliyyəti.
Azərbaycan dövlətinin xarici siyasəti və mətbuat. Xarici ölkələrlə iqtisadi, elmi və mədəni əlaqələrin mətbuatda işıqlandırılması.
Ə D Ə B İ Y Y A T
- Axundov N. Azərbaycan satira jurnalları (1906-1920-ci illər). Bakı, 1968
- Azərbaycan mətbuat tarixi antologiyası. I hissə, Bakı, 2010
- Azərbaycan mətbuat tarixi antologiyası. II hissə, Bakı, 2011
- Hüseynov Ş. Mətbu irsimizdən səhifələr. Bakı, «Çənlibel» nəşriyyatı, 2007. 30 ç.v.
- Quliyeva Q. Azərbaycan Xalq Cümhuriyyətinin jurnalistikası (1918-1920-ci illər). Bakı, 2005
- Мовлаева С.А. Пропаганда русской и азербайджанской культуры на страницах газеты “Каспий” (1881-1917). Баку, 1983
- Məmmədov X. «Əkinçi»dən «Molla Nəsrəddin»ə qədər. Bakı, 1987
- Современники о Г.Б.Зардаби. Бакы, 1985.
- Vəliyev Ş. (Körpülü). Füyuzat ədəbi məktəbi. Bakı, 2007
10. Зардаби Г.Б. Избранные статьи и письма. Баку,1962
11. Zeynalov N. Azərbaycan mətbuatı tarixi. I hissə. Bakı, 1973
12. Zeynalov N. Azərbaycan mətbuatı tarixi. II hissə. Bakı, 1974
III BÖLMƏ
RADİO VƏ TELEVİZİYA JURNALİSTİKASININ ƏSASLARI
1. Kütləvi informasiya vasitələri sistemində radionun və televiziyanın yeri
İnformasiya vasitələri sisteminin səviyyəsi bütöv-lükdə cəmiyyət həyatı inkişafının göstəricilərindən biri kimi. Mətbuatm, radionun, televiziyanın sistemli şəkildə öyrənilməsinin əhəmiyyəti.
Radio elmi-texniki tərəqqi və texnologiya ilə sıx bağlı olan informasiya vasitəsidir, KİV sistemində onun yerini müəyyənləşdirən amillər. Televiziya yarananadək kütləvi informasiya vasitələri strukturunda eşitmə-dinləmə amilinin xüsusi çəkisi.
Canlı nitq, səs lövhələri, müsiqi radionun ifadə vasitələri kimi. Maksimum operativlik, sənədlilik, əyani-lik, sinxronluq, geniş əhatəlilik efır jurnalistikasının spesifik xüsusiyyətləridir. Yayımın sintetik xarakteri. Radio və qəzet. Radio və televiziya. Radio və teatr. Radio və İnternet.
Yayımın proqramlılığı. Operativ informasiya, interaktivlik və müsiqi proqramları sahəsində radionun liderliyi. Radionun spesifik xüsusiyyətlərinə dair fıkir müxtəlifliyi.
Televiziyanın spesifikası. Kino və televiziya görüntüsünün xüsusiyyətləri, estetik-dramaturji yaxınlığı və funksional-struktur fərqləri. Televiziyanın radio, mətbuat, teatrla və internetlə müqayisəsi. Bu sahələr arasında genetik əlaqə, oxşar və fərqli cəhətlər.
2. Radio yayımın təşəkkülü və inkişaf mərhələləri
Radionun meydana gəlməsini şərtləndirən başlıca amillər.
Azərbaycanda radio quruculuğu yolunda ilk addımlar. Müntəzəm radio yayımının fəaliyyətə başla-ması (1926). İlk proqramların səciyyəsi. Radio veriliş-lərinin qəbulu texnikasında yeniliklər. Yayım formaları. Radionun təşkilat quruluşu.
Ü.Hacıbəyov. M.Maqomayev, M.Ordubadi, C.Cabbarlı və digər görkəmli sənətkaların radionun fəaliyyətində yaxından iştirakı.
Radio II Dünya müharibəsi illərində (1939-1945). Müharibə dövrü Azərbaycan radiosunun populyar verilişləri. Azərbaycan radiosunun xarici ölkələrə ilk verilişlərinin başlanması (1941).
Müharibədən sonra radionun maddi-texniki bazasının möhkəmləndirilməsi. Elektromaqnit səsyazma texnikasın-dan istifadə (1949). Məşhur sənət əsərlərinin radio variantı. Radioda struktur dəyişiklikləri.
«Araz» (oktyabr 1964) informasiya və musiqi proqramı radio təcrübəsində yenilik kimi. Stereofonik yayım.
Radio müstəqillik illərində Milli dövlətçilik ideyası, müstəqil Azərbaycan mövzusu verilişlərin əsas tematikası kimi. Radio və ordu quruculuğu. «Əsrin müqaviləsi» efirdə . Təşkilati-struktur dəyişiklikləri. Özəl radioların yaranması. Reklam kommersiya və yaradıcılıq sahəsi kimi. Azərbäycan Beynəlxalq Radiosu müasir dövrdə.
«Televiziya və radio yayımı haqqında» Azər-baycan Respublikasının Qanunu (2002), Milli Televiziya və Radio Şurasmın yaradılması (2003). Azərbaycan radiosunun 80 illik yubileyinin qeyd edilməsi.
Azərbaycan radio məkanının müasir mənzərəsi və əsas inkişaf meylləri. Radio kanallarının tipləri: Dövlət, özəl və ictimai radio.
3. Televiziya yayımının təşəkkülü və inkişaf mərhələləri.
Azərbaycanda televiziyanın yaranmasının ideo-loji, siyasi-iqtisadi və təşkilatı zəmini. Bakıda televiziya mərkəzinin inşası və müntəzəm yayımın başlanması (14 fevral 1956-cı il). İlk televiziya verilişlərinin səciyyəsi.
Azərbaycan televiziyasının inkişaf mərhələlə-rinin xüsusiyyətləri. XX əsrin 70-ci illəri və 80-ci illərin ortalarında teleyayımda baş verən keyfiyyət dəyişmələri. Yenidənqurma dövründə sosial problem-lərin ekranda əks etdirilməsi xüsusiyyətləri.
Azərbaycan televiziyasının müstəqillik illərin-dəki fəaliyyəti (1991-2011). Özəl kanalların yaranması və inkişaf problemləri. «Televiziya və radio yayımı haqqında» qanunun qəbulu (2002) və teleradio yayımının qanunvericilik bazasının möhkəmləndiril-məsi. Teleradio yayımının tənzimlənməsi sahəsində dövlət siyasəti və Milli Teleradio Şurasının yara-dılması (2003). Azərbaycanda ictimai TV yaradılması (2005) və onun yayıma başlanması. Azərbaycan tele-viziya məkanın müasir mənzərəsi və televiziyanın əsas inkişaf meylləri. Televiziya kanallarının tipləri: Dövlət, özəl və ictimai TV.
4. Radionun və televiziyanın ictimai funksiyaları
Cəmiyyət həyatmda demokratikləşmə prosesinin güclənməsi, siyasi plüralizmin real təşəkkülü və bunun radio yayımımn xarakterinə təsiri. Radio cəmiyyəti məlumatlan-dırmaq, maarifləndirmək, əyləndirmək vasi-təsi kimi. Onun sosial-pedaqoji, inteqrativ və təşkilatçıhq funksiyaları. İctimai rəyin formalaşmasmda radionun iştirakı.
İnformasiya cəmiyyəti anlayışı. Bu cəmiyyətin formalaşmasında radionun yeri və rolu. İctimai radionun yaranması. Onun fəaliyyət prinsipləri.
Radioda yeni layihələr cəmiyyətin sosial tələbatı kimi.
Müasir cəmiyyətin sosial strukturunda TV-nin yeri. Cəmiyyətlə qarşılıqlı əlaqə. Sosial və humanitar vəzifələrin yerinə yetirilməsində televiziyanın rolu. Televiziya cəmiyyəti məlumatlandırmaq, maarifləndir-mək və əylənditrmək vasitəsi kimi. İctimai rəyin for-malaşdırılmasmda və əks etdirilməsində televiziyanm rolu.
İctimai yayım. Bu yayım növünün mahiyyəti, məqsədi, fəaliyyət prinsipləri və proqramlarına verilən tələblər. Azərbaycanda ictimai yayımm təşəkkülünün zəruri şərtləri və ictimai televiziyanın (İTV) yayıma başlaması (2005).
Televiziyanın ictimai funksiyaları, ictimai sistemin xarakter və mahiyyətindən asılı olaraq bu funksiyaların dəyişməsi.
5. Radioda və televiziyada yaradıcı peşələrin ümumi səciyyəsi
Radioda yaradıcılığın kollektiv xarakteri. Əsas yaradıcı peşələr, onların funksiyaları və radio veriliş-lərinin hazırlanması prosesində qarşılıqlı fəaliyyəti. Müəllif (reportyor, ssenarist, şərhçi, icmalcı, dicey), redaktor, prodüser, rejissor, səs operatoru, aparıcı. Onlardan tələb olunan yaradıcılıq keyfiyyətləri.
Televiziya sintetik sənət sahəsi kimi. Ekran yara-dıcılığının kollektiv xarakteri. Əsas yaradıcı peşələr.
Jurnalistin televiziyada çoxşaxəli yaradıcı fəaliy-yəti. Onun müəllif, redaktor, reportyor, şərhçi, aparıcı, ssenarist rolunda çıxış etməsi. Prodüser, rejissor, operator, rəssam peşələrinin yaradıcı səciyyəsi. İnfor-mativ, analitik, bədii-publisistik verilişlərdə yaradıcı peşələrin harmonik fəaliy-yətinin vacibliyi.
6. Radio və televiziya yayımının növləri
İctimai-siyasi və bədii yayım. Bu yayım növləri radio və TV-nin təşkilat strukturunu formalaşdıran amil kimi. Onların səciyyəvi xüsusiyyətləri. İctimai-siyasi yayım növləri: ictimai-siyasi informasiya, uşaqlar və gənclər üçün verilişlər. Bədii yayımın növləri: ədəbi-dram və musiqi verilişləri.
7. Radio və TV janrları, yayımın formaları.
Radio və tele jurnalistikada janr anlayışı. Janrı müəyyənləşdirən əsas amillər. Janrların təsnifatma fərqli baxışlar. Radio və TV təcrübəsinin yaratdığı sabit-ləşmiş janrlar qruppu: informasiya janrları, analitik janrlar, bədii-sənədli janrlar.
İnformasiya janrlarına verilən konkret tələblər. Radiomüsahibə proqramlarda ən işlək janr kimi. Analitik janrlara verilən konkret tələblər. Radioda şərh və icmal. Oxşar və fərqli cəhətləri. İcmalın növləri. Bədii-sənədli janrlar aparıcı janr qruplarından biri kimi. Digər janr qruplarından fərqi.
8. Radio və televiziya verilişlərinin proqram-laşdırılması və auditoriyanın öyrənilməsi
Verilişlərin proqramlaşdırılması və ona verilən tələblər. Dinləyici və tamaşaçı marağı anlayışı və onun təmin edilməsi yolları. Proqramlaşdırmanın növləri. Həf-təlik və gündəlik proqramların tərtibi prinsipləri. Yayım cədvəli anlayışı. Təkproqramlı və çoxproqramlı yayımın əsas xüsusiyyətləri. Cari və operativ planlaşdırma. Həftə-nin və ğünün proqramm düzümü. Proqramlararası keçid-lər. Reklam, anons və tanıtma materiallarının təqdimat formaları.
Auditoriyanın öyrənilməsinin sosial əhəmiyyəti. Reytinq anlayışı. Sosioloji sorğular və auditoriyanı öyrənməyin digər metodları. Proqramların seçilməsinə, qavranılmasına, mənimsənilməsinə təsir edən amillərin öyrənilməsinin və proqramlaşdırma zamanı bu amillərin nəzərə alınmasının zəruriliyi.
Ə D Ə B İ Y Y A T
1. Bağırov Ə. Kütləvi informasiya və təbliğat vasitələri sistemində televiziyanın yeri. BDU-nun Elmi əsərləri, «Jurnalistika» seriyası, Bakı, 1978,
- Radiojurnalistikanın əsasları.Bakı, 1991
- Azərbaycan efiri: ta- rix və müasirlik. Bakı, 2006
- 4. İbrahimov T. Teleradio yayımının iqtisadi əsasları
və menecment. Bakı, 2008
- 5. Quliyev E. Televiziya: nəzəriyyə, inkişaf meylləri.
- 6. Məhərrəmli Q. İctimai televiziya. Bakı, 2003
- 7. Məhərrəmli Q. Radio dərsləri. Bakı, 2007
8. Məhərrəmli Q. Televiziya jurnalistikasının əsasları.
- 9. Багиров Э. Очерки теории телевидение. M.,1987
10. Телевизионная журналистика. M., 2004
ЫВ БЮЛМЯ
BEYNƏLXALQ JURNALISTIKA
1-ci mövzu: Yeni dünya jurnalistikası qloballaşma dövrünün jurnalistikasıdır
Müasir dünya: qlobal informasiya məkanı. Qlobal media bazarı və onun xüsusiyyətləri. Qlobal informasiya məkanında dil problemi.
İnformasiyanın qloballaşmasının üç əsas xüsusiyyəti: qlobal yayılma, qlobal texnologiya, qlobal iqtisadiyyat. İnformasiya məkanının qloballaşması dövründə dünya KİV-ində baş verən dəyişikliklər. Yeni dünya jurnalistikasının əsas xüsusiyyətləri. İnformasiyanın qlobal yayılması və qlobal texnologiya.
2-ci mövzu: ABŞ mətbuatının yaranması və inkişafı
Şimali Amerikada dövri mətbuatın meydana çıxması. Avropa nümunələrinin həmin mətbuatın məzmununa təsiri. Boston və Filadelfiyada ilk dövrü nəşrlər.
ABŞ konstitusiyasına birinci düzəliş. Mətbuat azadlığının Amerika konsepsiyası. ABŞ-ın baniləri B.Franklinin və T.Ceffersonun siyasi məqalələri. Tomas Peyn publisist kimi.
1830-1840-cı illərdə Amerikanın qəzet mətbuatında kommersiya “inqilabı”. B.Deyin və C.Bennetin fəaliyyəti.
Birinci dünya müharibəsi dövründə ABŞ mətbuatı: məzmunu, tirajları, tipologiyası.
İkinci dünya müharibəsindən sonra KİV-in məzmununun dəyişməsi. ABŞ jurnalistikasının informasiya səciyyəsi daşıması, yerli xəbərlərə xüsusi diqqət yetirilməsi.
Yeniliklər dərc edən jurnallar. Siyasi partiyaların və hərəkatların nəşrləri. XX əsrin ikinci yarısında mətbuatın əsas iinkişaf meylləri. Radio və televiziya sisteminin meydana çıxması və inkişafı.
ABŞ KİV-i müasir dövrdə
3-cü mövzu: Böyük Britaniyada dövri mətbuatın yaranması və inkişafı
İngiltərədə dövri mətbuatın yaranması. İngiltərə burjua inqilabının pamflet publisistikası. “Mətbuat azadlığı” şuarının meydana çıxması. C.Miltonun “Areopagitika” əsəri. Mətbuat azadlığının ingilis konsepsiyası. Siyasi partiyaların yaradılması və onların mətbuatın inkişafına təsiri. XX əsrdə İngiltərə jurnalistikası
Böyük Britaniyada siyasi jurnalistikanın formalaşması. Mətbuat radionun meydana çıxması dövründə. Britaniya radio verilişlərinin inkişaf xüsusiyyətləri. Televiziyanın yaranması. BBC şirkətinin fəaliyyəti. Böyük Britaniya KİV-nin fəaliyyətinin hüquqi əsasları.
Böyük Britaniya KİV-i müasir dövrdə
XXI əsrin əvvəllərində Böyük Britaniyanın qəzet bazarında vəziyyət. Keyfiyyətli milli qəzetlərin tirajlarının aşağı düşməməsinin əsas səbəbləri. İstehlak jurnalları inkişaf yolunda.
BBS radio və televiziyası bu gün. Ölkədə rəqəmsal televiziyanın inkişafı.
4-cü mövzu: Fransada dövri mətbuatın yaranması və inkişafı
Teofrast Renodonun “La Qazett”i ilk həftəlik fransız qəzeti kimi. Fransız jurnalistikasının inkişafında bu mətbu nəşrin rolu. XVI-XVII əsrlərdə fransa jurnalistikasının əsas prinsipləri.
Böyük Fransa inqilabı dövrünün mətbuatı. Mətbuat azadlığının fransız konsepsiyası.
Napoleon Bonapart və fransız mətbuatı. Emil de Jirarden və kütləvi mətbuat: ilk ucuz Paris qəzeti “Press”, həftəlik “Moda” qəzeti.
Havas informasiya agentliyi və onun yaradıcısı Şarl-Lui Havas. XX əsrin əvvəllərində Fransa mətbuatının vəziyyəti.
Birinci və ikinci dünya müharibələri dövründə fransız mətuatının xüsusiyyətləri.
Radio verilişlərinin inkişafı. Televiziyanın meydana çıxması.
İkinci dünya müharibəsindən sonrakı dövrdə KİV-in fəaliyyətini tənzimləyən qanunvericilik.
Fransa KİV-i XX əsrin axırları və XXI əsrin əvvəllərində.
Müasir dövrdə Fransanın gündəlik qəzetləri. Reklam bazarı və mətbuat. “Humanite” qəzetinin 100 illiyi və qəzetlərin maliyyə çətinlikləri problemi. Frans-Press informasiya agentliyinin müasir durumu.
Regional gündəlik qəzetlərin maliyyə vəziyyəti.
5-ci mövzu: XX əsrdə Almaniya kütləvi informasiya vasitələrinin inkişafı
XX yüzilliyin birinci yarısında Almaniya KİV-nin strukturu. KİV fəaliyyətinin iqtisadi və siyasi xüsusiyyətləri. Qəzet və jurnal səhifələrində xarici və daxili siyasət mübarizəsinin inikası. Nasist Almaniyasının KİV-i və təşviqat və təbliğat aparatı. ADR və AFR-in yaradılmasından sonra KİV-in strukturu. 70-80-ci illərdə Almaniya KİV-nin əsas inkişaf meylləri. Almaniyanın birləşdirilməsi prosesində KİV-in rolu.
Almaniya KİV-i müasir dövrdə
XXI əsrin əvvəllərində Almaniyanın media bazarında baş verən böhranın səbəbləri.
Qəzet bazarında innovasiyalar. KİV-in təmərküzləşdirilməsi.
Reklam bazarında vəziyyət.
Almaniyada KİV-in internetdən istifadə etməsinin vəziyyəti.
6-cı mövzu: Rusiyada mətbuatın yaranması və inkişafı
“Vedomosti” ilk rus çap qəzetidir. İlk rus jurnalı “Primeçaniya”. Elmlər Akademiyası yanında nəşrə başlayan “Sankt-Peterburqskiye vedomosti” qəzeti I Pyotrun “Vedomosti”sinin davamı kimi.
“Moskovskiye vedomosti” qəzetinin yaradılmasında M. Lomonosovun rolu.
XVIII əsrin ikinci yarısında rus jurnalistikası: ilk özəl jurnalların meydana çıxması; ilk özəl jurnal “Trudolyubivaya pçela” (“Zəhmətsevər arı”) və onun redaktoru A.P.Sumarokov; satirik jurnalların yaranması. Jurnalistikanın inkişafında II Yekaterinanın rolu. N.İ.Novikov naşir və jurnalist kimi. İ.A.Krılovun jurnalistlik fəaliyyəti. N.M.Karamzinin rus mədəniyyətinin inkişafında rolu.
XVIII əsr rus mətbuatının əsas xüsusiyyətləri
XIX əsrin birinci yarısında rus jurnalistikası.
XIX əsrin ikinci yarısında rus mətbuatı.
Rusiyada mətbuat haqqında ilk qanun-“Mətbuat haqqında müvəqqəti qaydalar” (1865-ci il). “Delo” jurnalı və “Nedelya” qəzeti demokratik nəşrlər kimi.
XX əsrdə rus jurnalistikası. “Russkoye slovo” qəzeti. 1905-ci il 17 oktyabr manifesti və mətbuatın inkişafında onun rolu. 1905-07-ci illərdə satirik jurnallar. Bolşevik qəzeti “Pravda”. “Qazeta-kopeyka” kütləvi mətbuat orqanı kimi.
Sovet mətbuatı kommunist ideologiyasının təbliğatçısı kimi.
7-ci mövzu: Türkiyədə çap işinin, mətbuatın yaranması və inkişafı
Türkiyədə çap sənətinin yaranması. İlk kitabın çap olunması. Xarici dildə nəşr edilən qəzetlər və onların əsas xüsusiyyətləri. Türkiyədə jurnalistikanın yaradılması və inkişafında fransız Aleksandr Blakın rolu.
Türk dilində ilk qəzet-“Təqvimi vəkayi”, onun xüsusiyyətləri. Türkcə ilk mətbuat orqanının yaradılmasında sultan II Mahmudun rolu. İkinci qəzet- “Cərideyi havadis”. Onun redaktoru Uilyam Çörçill. Həmin qəzetdə elanların yeri. “Cərideyi havadis” Türkiyədə matəm elanları dərc edən ilk qəzet kimi. Osmanlı imperiyasında ilk özəl qəzet-“Tərcümani əhval”. Onun redaktoru Agah əfəndinin həyat və fəaliyyəti. Bu qəzetlə “Cərideyi həvadis” arasında polemika türk jurnalistikası tarixində ilk polemikadır.
“Təsviri əfkar” qəzeti Türkiyə jurnalistikasında yeni hadisə, İbrahim Şinasinin əsəri kimi. İbrahim Şinasinin qəzet haqqında fikirləri.
XIX əsrin ikinci yarısında türk mühacir mətbuatı.
1960-cı ilin noyabrında Milli Birlik Komitəsinin mətbuat haqqında qanunun qəbul edilməsi. 1961-ci ilin iyununda qəbul edilmiş yeni konstitusiyanın elan etdiyi bir sıra hüquq və azadlıqlar, o cümlədən mətbuat azadlığı.
Türkiyənin informasiya agentlikləri və onların informasiya məkanında yeri.
Ötən əsrin ikinci yarısında Türkiyənin əsas mətbuat orqanları, radio və televiziya verilişləri.
8-ci mövzu: Misirdə mətbuatın yaranması və inkişafı
Misir dövri mətbuatın yarandığı ilk ərəb ölkəsi kimi. Fransız dilində ilk rəsmi mətbuat orqanı. Ərəb dilində ilk qəzet- “Qurnal əl-hediv” (1827), həmin qəzetin türk dilində də nəşr edilməsinin səbəbləri. XIX əsrin birinci yarısında nəşrə başlayan digər mətbuat orqanları.
Misir jurnalistikası 1919-1952-ci illərdə.
Misirin əsas qəzetləri-“Əl-Cümhuriyyə”, “Əl-Əxbar” və “Əl-Əhram” XX əsrin ikinci yarısında. Ölkədə radio və televiziyanın yaranması və inkişafı.
Müasir dövrdə Misir KİV-i.
9-cu mövzu: Müasir dövrdə jurnalistikanın hüquqi tənzimlənməsi
Yeni dünya jurnalistikasının fəaliyyətinin hüquqi tənzimlənməsinin zəruriliyi.
İnkişaf etmiş xarici ölkələrin qanunvericiliyində mətbuat və söz azadlığına verilən təminatlar. Almaniya və İspaniyada, Fransa və Avstriyada, Norveç və İsveçdə jurnalistikanın inkişafına, söz və mətbuat azadlığının reallaşdırılmasına yönəldilmiş qanunvericilik aktları.
İsveçin mətbuat azadlığı haqqında qanununun əsas müddəaları. İsveç dünyada ilk Mətbuat şurasının vətəni kimi.
Norveç konstitusiyası mətbuat azadlığı haqqında. Norveç və İsveçin mətbuat qanunvericiliyinin fərqli cəhətləri.
Norveç mətbuat şurası könüllü özünütənzimləmə orqanı kimi.
10-cu mövzu: Yeni dünya jurnalistikasının inkişafında beynəlxalq jurnalist hərəkatının rolu
Müasir dövrdə beynəlxalq jurnalist hərəkatının xüsusiyyətləri.
Bu hərəkatda pərakəndəliyin fərqləndirici cəhət kimi nəzərə çarpması.
Beynəlxalq jurnalist hərəkatında region təşkilatların yaradılması, qarışıq peşələrin nümayəndələri ilə birləşmə meyllərinin gücləndirilməsi. Beynəlxalq jurnalistlər Federasiyası, Beynəlxalq Mətbuat İnstitutu ən iri jurnalist təşkilatları kimi. Beynəlxalq jurnalist təşkilatlarının iri beynəlxalq qurumlarla, o cümlədən BMT, YUNESKO, Avropa Birliyi, Avropa Şurası və ATƏT-lə əlaqəsi.
Ümumdünya mətbuat azadlığı gününün təsis edilməsində beynəlxalq jurnalist təşkilatlarının rolu.
Ə D Ə B İ Y Y A T
- Vəliyev H. Dünya informasiya agentlikləri. Bakı, 2003.
- Vəliyev H. Beynəlxalq jurnalist təəşkilatları. Bakı, 2005.
- Vəliyev H. Xarici ölkələrin jurnalistikası tarixi. Bakı, 2012.
- Yaqublu N., Rüstəmov A. Xarici ölkələrin jurnalistikası. Bakı, 2007
- Mazanlı İ. Söz azadlığı və informasiya təhlükəsizliyi: milli və beynəlxalq təminat. Terminlər və anlayışlar. Bakı, 2005.
- История мировой журналистики. Учебное пособие.М.-РД.,2004.
- Михайлов С.А. Современная зарубежная журналистика. Учебник. СПб, 2005.
- От книги до Интернета. Журналистика и литература на рубеже нового тысячелетия. М.,2000.
- Прохоров Е.П. Журналистика и демократия. Учебное пособие, М., 2004.
10. Зарубежная журналистика накануне ХХI века. Часть I.М., 2002
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri: prof. C.Məmmədli
Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri: prof.Ş.Vəliyev
Televiziya və radio jurnalistikası kafedrasının müdiri: dos. A.Kərimova
Beynəlxalq jurnalistika kafedrasının müdiri: prof.H.Vəliyev
Metodiki Şuranın sədri: prof.C.Məmmədli
Dekan : prof. Ş.Vəliyev
Comments are closed, but trackbacks and pingbacks are open.