Mehdi hüseyn seçilmiş əsərləri
46. Qonçarov
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2006. 344 səh., t. 25000
MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ
Seçilmiş əsərləri. Bakı, “AVRASİYA PRESS”, 2005, 480 səh.
Məhəmmədhüseyn Şəhriyar o taylı bu taylı Azərbaycanın XX əsrdə
yetirmiş olduğu ən görkəmli şairlərdən biri, Azərbaycan və İran ədəbiyyatlarının
fəxridir. Zamana sıgmayan, nəhəng bir ümmanı xatırladan müdrik və məğrur
təbiətli sənətkar füsünkar əsərləri ilə hələ öz sağlığında klassiklər səviyyəsinə
yüksəlmiş, Yaxın Şərq ədəbiyyatını bədii möcüzələrlə, təravətli obraz və ifadə
vasitələri ilə zənginləşdirmiş, xüsusən anadilli poeziyamıza “Heydərbabaya salam”
kimi son dərəcə xəlqi və sənətkarlıq baxımından nadir əsərlərdən birini töhfə
Şəhriyar yalnız həqiqətləri deyən, düşünüb-duyduqlarını sadə, anlaşıqlı və şirin
el dilində tərənnüm edən, “təpədən dırnağadək ürəkdən ibarət” olan əyilməz,
hünərli bir şairdir. Şəhriyar milli olduğu qədər bəşəri, bəşəri olduğu qədər də milli
“Seçilmiş əsərələri”nə bitməz-tükənməz aləmli qüdrətli sənətkarın ana dilində
şeirləri ilə yanaşı farsca yazdığı əsərələri daxil edilmişdir.
ISBN 9952-421-11-5
© “AVRASİYA PRESS”, 2005
_____________Milli Kitabxana______________
_____________Milli Kitabxana______________
KƏLAMIN VÜSƏTİ
Məhəmmədhüseyn Şəhriyar İranda XX əsrdə ərsəyə gəlmiş ən görkəmli
şairlərdən biri, Azərbaycan və İran ədəbiyyatlarının fəxridir. Ana dilində və
farsca yazılmış əsərləri ilə o, hələ öz sağlığında klassiklər səviyyəsinə
qalxmış, Yaxın Şərq ədəbiyyatını bədii möcüzələrlə, təravətli obraz və
zənginləşdirmiş, xüsusən dünya poeziyasına
“Heydərbabaya salam” kimi yüksək dərəcədə xəlqi və sənətkarlıq
baxımından nadir əsərlərdən birini töhfə vermişdir.
Haqqında yazılmış kitab və məqalələrdən məlum olur ki, Seyid
Məhəmmədhüseyn Şəhriyar 1907-ci ildə Təbriz şəhərinin Bağmeşə
bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa
Xoşginabininin ailəsində dünyaya gəlmişdir. Məhkəmədə vəkillik etməklə
ailəsini dolandıran atası şeri və musiqini çox sevən bir ziyalı idi. Oğlunun
təhsili ilə əvvəllər şəxsən özü məşğul olmuş, öz kitabxanasındakı qiymətli
əsərləri oxumağa balaca Şəhriyarı o həvəsləndirmişdir. Anası Kövkəb
xanımın da sinəsi dolu imiş. Onun Azərbaycan şifahi xalq yaradıcılığından
və klassik irsimizdən, xüsusən S.Ə.Şirvaninin qəzəllərindən oxuduğu bəzi
nümunələri Şəhriyar yetkin çağlarında belə xatırlamış, Seyid Əzimin
“Gəlim” rədifli qəzəlinə gözəl bir nəzirə də yazmışdır. Gələcək şair ilk
mədrəsə təhsilinə Təbrizdə başlamış, yay tətillərini Xoşginabda məşhur
Heydərbaba dağının ətəklərində keçirmiş, tanınmış müəllimlərdən Molla
İbrahimin yanında biliklərini təkmilləşdirmişdi. Sədinin “Gülüstan”ı,
Hafizin qəzəlləri, Qurani-Kərim, bəzi ərəb-fars lüğətləri Şəhriyarın hələ
uşaq yaşlarında öyrəndiyi
əsərlərdən olmuşdur. Düşdüyü ecazkar
Heydərbaba mühitinin, atasından eşitdiklərinin, nəhayət, böyük həvəslə
oxuduğu kitabların təsiri ilə Şəhriyar yeniyetməlik illərində ilk qələm
təcrübələri olan şeirlərini yazmağa başlayır. Əlinə düşən hər
_____________Milli Kitabxana______________
təzə kitabı acgözlüklə oxuyan ərəb və fransız dillərini mükəmməl
öyrənmək üçün əlavə məşğələlərini davam etdirən Şəhriyar Təbrizdə orta
təhsilini başa vurub 1922-ci ildə Tehran Universitetinin tibb fakültəsinə
qəbul olunmuşdur. 20-ci illərin ortalarından etibarən artıq istedadlı bir şair
kimi tanınmağa başlayan Şəhriyar Sürəyya adlı bir qıza aşiq olmuş və bu
məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkmişdir. Sürəyyanın
varlı-hallı qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq
göstərir, onun Tehrandan Nişabura sürgün edilməsinə müvəffəq olurlar.
Beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olur. O, bir müddət
İranın müxtəlif şəhərlərində o cümlədən də Məşhəddə yerli idarələrdə
məmurluq edir. 30-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə
işə düzəlir. Çox sevdiyi atası 1934-cü ildə vəfat etmiş, şair bu münasibətlə
xüsusi bir şeir yazmışdır. Sonralar anasının vəfatından doğan kədər
duyğularını isə Şəhriyar “Eyvay madərim!” şerində dərin səmimiyyət
duyğusu ilə əks etdirmişdir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair
1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənmişdir.
1954-cü ildə Şəhriyar Xoşginaba gedib Heydərbabanın ətəklərində öz
uşaqlıq təəssüratlarını yenidən yaşamış, doğma el-obasından aldığı təzə
intbahlar əsasında məşhur “Heydərbabaya salam” poemasını yazmışdır.
Şəhriyar yaxşı tar çalar, bu qədim musiqi alətində muğamları və xalq
mahnılarını ifa etməyi xoşlardı. Şairin çox gözəl xətti varmış. İmkan
düşəndə Quran ayələrini və sevdiyi şairlərin əsərlərindən kiçik parçaları
böyük məhəbbətlə və özünəməxsus bir incəliklə köçürüb dostlarına
Şəhriyar və ailəsi uzun illər boyu maddi sıxıntılar içində yaşamışdır.
monoqrafiyasında onun 1976-cı ildə
Tehran qəzetlərinin birinə
müsahibənin mətnini dərc etmişdir. Həmin müsahibə zamanı şair demişdir: “Mən
illərdir ki, yalnız çox vacib olduqda evdən çıxıram. Mənim hər şeyim bu bir otaqda
yerləşmişdir. Gördüyünüz kimi, onun bəzəyi ancaq sadəlikdir. Üç uşağımla
burada yaşayıram. Qazancım vaxtilə işlədiyim, Fəxri ustad adı aldığım yerdəndir.
16 aydır ki, maaşımın bir az artırlması üçün qərar çıxarıblar. Qərar var, ancaq pul
yoxdur. Bilmirəm qənaət falı niyə elə şairin bəxtinə düşmüşdür. 22 il
bundan əvvəl aldığım paltarı hələ də
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Mehdi hüseyn seçilmiş əsərləri
Həyatı və fəaliyyəti. Hüseynov Mehdi Əli oğlu Azərbaycan Yazıçılar İttifaqını yaradan və idarə edən bir neçə gənc fəhlə-kəndli yazıçı kadrlarındandır. O, digər həmkarlarına nisbətən yaxşı təhsil görmüşdü, çünki atası müəllim idi. Mehdi doğulduğu İkinci Şıxlı kəndində ilk təhsil aldıqdan sonra Qazax Müəllimlər Seminariyasında oxumuş, 1921-ci ildə komsomola üzv olaraq sonrakı taleyini bolşevik partiyası və onun hakimiyyəti ilə bağlamışdır.
Mehdi 1926-cı ildən ailəsi ilə birlikdə Bakıya köçür. O vaxt bolşeviklər mədəni inqilab illərində müəllim kadrlarına böyük ehtiyac hiss edirdilər. Mehdi Hüseynin atası da Sovet hökumətinə meylli ziyalı kimi Bakıya müəllimliyə dəvət edilmişdi. Buna qədər gənc fəhlə-kəndli ədibinin xırda məqalələri onun doğulub böyüdüyü Qazağa yaxın olan Tiflis mətbuatında çıxırdı.
1926-cı ildə gənc ədib BDU-nun tarix fakültəsinə daxil olur və 1931-ci ildə oranı bitirir. Mehdi Hüseyn çox gənc vaxtlarından proletkultçuların hərəkatında iştirak edir, rus dilini bildiyi üçün Moskva proletkultçularının ideyalarını Bakıda ana dilində yayan ideoloqlardan biri olur. O, 1930-34-cü illərdə Azərbaycan Yazıçılar İttifaqının Təşkilat komitəsinin məsul katibi idi. Bu komitənin əsas işi bolşevik məfkurə platformasında olan təşkilat yaratmaq, onun köməyi ilə bütün digər ədəbi təşkilat və mətbuatı darmadağın etmək idi. 1934-cü ildə SSRİ Yazıçılar İttifaqının Birinci qurultayında bu iş tamamlandı.
Mehdi Hüseynin ilk hekayəsi 1927-ci ildə çıxsa da, o həm də fəal tənqidçi və fəhlə-kəndli ədəbiyyatı ideoloqu olmuşdur. 1954-cü ildə N.Xruşşov hakimiyyətə gələn kimi nisbətən liberal və üzüyola ideoloq sayılan Mehdi Hüseyn Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1954-1958), sonra isə birinci katibi (1958-1965) təyin olundu. 1964-cü ildə isə o, Xalq yazıçısı fəxri adını aldı.
Yazıçı 1965-ci il martın 10-da radikal bolşevik meylli yazıçılarla intriqa prosesində öz iş kabinetində ürək tutmasından vəfat etdi. O zaman bu hadisə cəmiyyətdə böyük əks-səda verdi, müzakirələrə səbəb oldu. Bu intriqa yazıçılara verilmiş evlərin bölgüsü ilə bağlı idi. Bolşevik ədəbiyyat məmurları təkcə xalqa deyil, bir-birilərinə qarşı da qəddar idilər.
Mehdi Hüseyn Bakıda, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Yaradıcılığı. Ədibin fəaliyyəti həm bədii yaradıcılıq, həm də elmi-tənqidi istiqamətdə olmuşdur. 1932-ci ildən başlayaraq onun 10-dan çox elmi, ədəbi-tənqidi kitabı çıxmışdır. Məsələn, “Ədəbi döyüşlər” adlı iki dəfə çıxmış kitabı onun ədəbi mübarizəni necə anladığını göstərir, əslində onu döyüşlə bərabərləşdirir. Bu, siniflərin daimi mübarizəsi haqqında marksist tezisin süni olaraq ədəbi yaradıcılıq mühitinə aid edilməsi idi.
Yazıçının “Bahar suları” adlı ilk hekayə və oçerk kitabçası 1930-cu ildə Azərnəşrdə çıxmışdır. Buradakı yazılarda, əsasən yeni quruluşu himayə edən didaktik ruhlu yazılar toplanmışdı. Müəllifin isə cəmi 21 yaşı vardı.
Mehdi Hüseynin əsas bədii əsərləri 1930-cu illərdə yazdığı “Daşqın” və “Tərlan” romanlarıdır. Mehdi Hüseyn bir ideoloq kimi sosialist realizmi nəzəriyyəsinin bütün ehkamlarına əməl etməklə fərqlənirdi. Yazıçı proletar ədəbiyyatının əsas şüarı olan “fəhlə inqilabını təsvir etmək” tələbinə ciddiyyətlə əməl edirdi.
“Daşqın” romanında Bakıdakı sovetləşmədən sonra Qazax mahalında fəaliyyət göstərən inqilabçı partizan dəstəsi və onun Demokratik Cümhuriyyət vaxtı hakimiyyətdə olmuş qüvvələrə, o zamankı mətbuatın dili ilə desək, “bəy-xan qalıqlarına” qarşı ucqardakı mübarizəsi təsvir olunur. Bolşeviklər o zaman müsavat məfkurəsinə, Azərbaycan millətçiliyinə qarşı mübarizəyə xüsusi önəm verirdilər. Bu mövzu formal olaraq sovet hakimiyyəti uğrunda mübarizə və ya vətəndaş müharibəsinin təsviri adlanırdı. Amma əslində bu mövzuya həsr edilən əsərlər 11-ci Qızıl Ordu aprelin 27-də ölkəmizə təcavüz etdikdən sonrakı hadisələri təsvir edirdilər. Lakin əsl həqiqətdə Azərbaycanda vətəndaş müharibəsi olmamışdı, yalnız qanlı bolşevik terroru baş vermişdi. Yazıçı və tənqid 11-ci Qızıl Ordunun milli hökumət qurumlarını dağıdarkən apardığı məhkəməsiz güllələmələri belə qələmə verirdi. Bu, həyat həqiqətini və tarixi həqiqəti təhrif etmək idi.
11-ci Qızıl Ordu Demokratik Cümhuriyyəti zorakılıqla yıxmış, onun məmurlarını, fəallarını məhkəməsiz olaraq küçələrdə güllələmişdilər ki, əhali ruslardan qorxsun. Lakin 1930-cu illərdə bu hadisələr ayrı cür qələmə verilirdi. Guya Azərbaycanda kasıb siniflər Demokratik Cümhuriyyətə qarşı üsyan etmişdi. Süleyman Rəhimov, Əbülhəsən, Mir Cəlal kimi yazıçıların 1930-cü illərin əvvəllərində yazdıqları romanlar məhz əslində olmamış xalq üsyanını göstərməli idilər. Bu mövzudan – Demokratik Cümhuriyyət hökumətinə qarşı mübarizədən danışan istənilən əsər Azərnəşrdə rəğbətlə qarşılanır, təqdim olunan kimi çap edilirdi. Bu mövzuya Maarif Komissarlığının sifarişi vardı.
Cavan Mehdi Hüseynin bu mövzuya girişmək üçün həyat materialı ancaq uşaqlıq illərində qaçaqlar barədə eşitdikləri idi. “Daşqın” romanı bədii materialına görə qaçaqçılıq hərəkatını, fikir tendensiyasına görə isə varlı siniflərə qarşı xalq üsyanını təsvir edirdi.
Yaradıcılığının ilk dövrlərində əsasən tənqidçi və publisist kimi çıxış edən Mehdi Hüseyn “Daşqın” əsərini Azərnəşrə təqdim etdi. Əsər bədii cəhətdən zəif olsa da, 1933-cü ildə 115 balaca kitabça səhifəsi həcmində Azərnəşrdə çapdan çıxdı. Bu əsər həm nəşriyyatda, həm də cavan proletar yazıçıları dərnəklərində tərifləndi. Mehdi Hüseyn doğulduğu Qazax mahalında Demokratik Cümhuriyyətə qarşı qaçaq-quldurların münasibətini sinfi münasibət kimi qələmə verirdi. Bununla Mehdi Hüseyn də sovet quruluşuna, bolşevik rejiminə yarınmaq istəyən cavan mətbuat işçiləri sırasına qoşuldu, həmyaşıdlarından geri qalmadı.
Komsomolçu yazıçılar mühitində yaxşı qarşılanması, nəşriyyatdan aldığı qonorar onu daha da ruhlandırdı. O, “Daşqın” əsərini genişləndirmək qərarına gəldi. Bir-iki ay əsər üzərində işləyib döyüşdə ölən Sərxanın əvəzinə onun dostu Şirəlini ikinci hissənin əsas qəhrəmanına çevirdi. Üçüncü hissədə isə hadisələrə qaçaq Əmrahı da qoşdu. Yeni qəhrəmanların daxil edilməsi romanın həcmini yarıbayarı artırdı. 1934-cü ildə əsər 202 səhifə həcmində çapdan çıxdı. Cavan yazıçı mövzuya böyük maraq olduğunu, kitabın bolşevik Maarif Komissarlığının diqqətini cəlb etdiyini görüb həcmini artırmaq üçün yenə onun üzərində işlədi. 1936-cı ildə “Daşqın” povesti artıq roman adı ilə üçüncü dəfə 3000 tirajla çapdan çıxdı. Kitabın üç nəşrindən aldığı qonorar cavan yazıçının maddi vəziyyətini düzəltdi, o, hətta ailəsinə də yardım edə bildi.
Ucqarlarda sovet hakimiyyətinin silahla qurulması tarixi cəhətdən dəqiq idi. Amma Mehdi Hüseyn inqilaba qədər çoban olmuş Sərxanı partizan dəstəsinin başçısı kimi göstərəndə, tarixi təhrif edirdi. Çünki ucqarlarda sovet rejimi yaradan 11-ci Qızıl Ordu əsgərlərinin tam əksəriyyəti rus və ermənilər idi, azərbaycanlılardan isə onlara görüntü üçün silah belə tuta bilməyənləri qoşurdular. Mehdi Hüseyn bu əsərdə silahla sovet hökumətinin qurulmasını Sərxan kimi kasıbların inqilabi işi kimi təqdim edir. Axı Sərxan hələ Demokratik Cümhuriyyətdən əvvəl qaçaq olmuşdu. Tarixdən bəllidir ki, Çar hökuməti vaxtında tanınan qaçaqlar heç də inqilabçı deyildilər. Onların içində basqınçılar və quldurlar da vardı. Amma onların arasında namusa, qan düşmənçiliyinə, adam öldürməyə görə qaçaq olanlar da az deyildi. Mehdi Hüseyn uşaqlıqda şübhəsiz ki, onlar haqqında rəvayətləri eşitmişdi, elin namusa görə qaçaq olanlara rəğbətini də bilirdi. Ona görə qaçaqların partizan dəstəsi kimi təqdim edilməsi təbii idi. Amma onların bolşevik rejimi ilə əməkdaşlığı ağlabatan deyildi. El qaçaqları yadların qurduğu rejimin ədalətinə inanmırdılar, onların qaçaqlığı da bunun nəticəsində idi.
Ona görə qaçaq Sərxanın inqilabçıya çevrilməsi romanda inandırıcı göstərilmir. O, inqilab üçün əlində silahla döyüşməyi öz sevgilisi Mahirəyə məhəbbətdən üstün tutur və sovet hökuməti uğrunda atışmada qəhrəmanlıqla həlak olur. O zaman bu, proletar inqilabının təsviri adlanır və sosialist realizminin uğuru sayılırdı. Proletariatın inqilabını təsvir etdiyi üçün bolşevik tənqidçilər Mehdi Hüseynin əsərini tərifləyirdilər. O zaman bu əsəri vətəndaş müharibəsini əks etdirən nümunə kimi qələmə verirdilər.
Bu tərifdən ruhlanan yazıçı növbəti “Tərlan” romanını yazdı. Kənddə kolxoz qurulmasını göstərən bu əsər 1937-1938-ci illərdə Stalin terrorunun qızğın vaxtlarında yazılmışdı. Romanda sosialist realizmi nəzəriyyəsində yeni həyat quruculuğu adlanan kolxozların təşkili prosesi qələmə alınıb. Romanın qəhrəmanı Tərlan tipik bir “yeni insan” kimi inkişafda verilir. O da əsərin əvvəlində avam bir kəndlidən sonda mübariz bir bolşevikə, sovet rejiminə şüurlu olaraq cani-dildən xidmət edən müsbət qəhrəmana çevrilir.
Mehdi Hüseynin bu romanı sosializm quruculuğu zamanı sinfi mübarizənin kəskinləşməsi barədə Stalinin dəbdə olan tezisinin bədii illüstrasiyası kimi qurulub. Romandakı kənddə o vaxtkı mətbuatın ifşa etdiyi hər növ sinfi düşmənlər – komsomolçuları və kommunistləri öldürən qaçaqlar, özünü muzdur kimi qələmə verib partiyaya girən varlılar, dövlət vəzifələrinə soxulanlar, kolxoza mane olan sabotajçılar, hətta saman altdan su buraxan keçmiş müsavat zabitləri də vardır.
Beləliklə, Mehdi Hüseynin əsərində də bolşevik fəalları ilə onlara əks gedən sinfi düşmənləri və istismarçı sinif nümayəndələrini konfliktdə görürük. Əsərin ideyasına görə, düşmənlər sosialist realizmi nəzəriyyəsində ölümə məhkum olunmuş sinifdir və onlar qırılmalıdır. Əsərin sonunda bütün sinfi düşmənlər, kolxoz qurulmasına mane olanlar, doğrudan da ifşa olunur.
Əsərdə Tərlan digər müsbət qəhrəmanlardan fərqli olaraq əqidəli kommunistdir. O, Sərxandan fərqlidir: inqilaba düşmən istismarçı sinfə olan nifrət zəminində yox, əqidə əsasında gəlmişdir. O, özünə qarşı tələbkar, qısqanc bir kommunistdir, fəhlə sinfinin sosializm quracağına dərindən inanır. Sosialist realizminin müsbət qəhrəmana qarşı tələblərində belə şüurlu inam mühüm yer tuturdu. Belə inamın həyatiliyi, inandırıcılığı heç kəs üçün maraqlı deyildi. Hətta rus sovet ədəbiyyatında da atasına, qardaşına qarşı çıxan, hətta onları öldürən “müsbət” qəhrəmanlar yaradılmışdı.
Mehdi Hüseyn də bu yolla gedərək Tərlanın partiyaya əqidə sədaqətini inandırıcı göstərmək üçün əsərə onun qardaşı ilə bağlı epizodlar daxil etmişdir. İnqilab vaxtı xaricə qaçmış qardaşını görən kimi Tərlan tərəddüd etmədən onu ifşa və həbs edir və hökumət orqanlarına təslim edir. Belə qısqanc, fanatik, hissiz-duyğusuz kommunistlik sosialist realizmi cərəyanında müsbət qəhrəmanı ucaldan əlamət sayılırdı. Çünki kommunist əxlaqında insanın xidmət etdiyi ideya hər şeydir və onun öz canı da, qanı da, qohumlara münasibəti də bu ideyadan aşağı olmalı idi. Stalinçi rejim bu yolla insanı bilərəkdən dəyərsizləşdirir, onu kommunist ideyaları yolunda xidmət etməli olan alət səviyyəsinə endirirdi. Tərlan kimi adamları idarə etmək, onların əli ilə hər cinayətə yol açmaq asan idi.
Tarixi mövzu. Mehdi Hüseynin yazıçı və tənqidçi kimi ən yaxşı xüsusiyyətləri müharibə illərində, sosializm sözü vətən sözü ilə əvəz olunduqdan sonra meydana çıxmışdır. Müharibə illərində sosialist realizminin sxemləri lazımsız bir şeyə çevrildi. Moskvanın vətənpərvər əsərlər yazmaq çağırışına Mehdi Hüseyn “Şeyx Şamil”, “Nizami”, “Cavanşir”, “İntizar” kimi pyeslər yazmaqla cavab verdi.
Bu əsərlərin dəyəri sxemlərdən nisbətən uzaq olmasında, xalqımızın öz keçmişini və öz milli gerçəkliyini əks etdirməsində idi. Dava illərində xalqımızın yadelli işğalçılara və düşmənlərə qarşı çoxəsrlik mübarizə tarixi tədricən, əsər-əsər üzə çıxırdı. Bu prosesdə Mehdi Hüseynin əsərləri də müəyyən yer tuturdu. Bu əsərlərdə bolşeviklərin müsbət qəhrəman sxeminin əlamətləri, ritorikaçılıq olsa da, işlənən tarixi mövzular, Şeyx Şamil, Cavanşir, Nizami Gəncəvi kimi vətənpərvər insan və şəxsiyyət obrazlarının, tarixi şəxsiyyətlərimizin səhnəyə gəlməsi böyük hadisə idi. “Nizami”, “Cavanşir”, “Şeyx Şamil” kimi əsərlər milli ədəbiyyat cərəyanının ümumi istiqaməti ilə səsləşirdi.
Lakin Mehdi Hüseyn tarixi mövzularda belə, sosialist realizmi prinsiplərini qorumağa, yaratdığı qəhrəmanların sinfi simasını qabarıq göstərməyə çalışırdı. Yazıçı müharibə illərində altı bədii, publisistik, elmi kitab buraxdırmış və əhatəli elmi fəaliyyətlə də məşğul olmuşdu.
Müasir mövzuda əsərləri. Böyük Vətən Müharibəsindən sonra Mehdi Hüseynin yaradıcılığı məhsuldar olsa da, ziddiyyətli idi. Müharibədən sonra partiya ideoloqları müasir mövzulu – müharibədə dağılmış şəhərlərin bərpasını, yeni-yeni sənaye şəhərlərinin və müəssisələrinin tikintisini göstərən əsərlər tələb edirdilər. Həmişə olduğu kimi, yazıçı bu çağırışlara birinci cavab verməyə çalışdı. O, Mingəçevirdə, Sumqayıtda gedən tikintilər barədə oçerklər yazıb “Ölkəm”(1947) adlı kitabını buraxdırdı.
Müharibədən sonra Azərbaycanda neft sənayesinin inkişafına xüsusi diqqət yetirilirdi, çünki ölkənin sənayesi neftsiz inkişaf edə bilmirdi. Yazıçı məsələnin aktuallığını nəzərə alıb Bakı neftçilərinin həyatını öyrənməyə, tez-tez Neft Daşlarına getməyə başladı. Nəhayət, Mehdi Hüseynin məşhur “Abşeron” romanı 1949-cu ildə ayrıca kitab şəklində çapdan çıxdı. Yazıçı bu kitaba böyük ümidlər bəsləyirdi. Onu həm partiya ideoloqları, həm də sadə oxucular bəyənməli idilər. Bakıda inqilabi hərəkatın bütün tarixi Bakı neft sənayesinə bağlı idi. Bu səbəbdən ədəbiyyatda da neftçilərin həyatı ən qiymətli bir mövzu sayılırdı. Bu tələblərə cavab verdiyinə görə “Abşeron” romanı 1950-ci ildə Stalin mükafatı aldı. Bu, əsərin şöhrətini bir qədər də artırdı, onun SSRİ xalqlarının dillərinə tərcümə olunmasına imkanlar yaratdı. Sovet dövründə bu əsər uzun müddət orta məktəb proqramlarına daxil edildi.
“Abşeron” bizim sovet dövrü nəsri üçün ənənəvi olan bir mövzuda idi. Təzəlik isə onda idi ki, yazıçı müharibədən sonra kəndlərdən çox zaman məcburi olaraq neft sənayesinin peşə məktəblərinə oxumağa gətirilən gənclərin taleyini izləməyə və bədii şəkildə canlandırmağa çalışmışdır. Tahir belə gənclərdən birinin obrazı idi. Müharibədən sonrakı illər maddi çətinliklər, bir çox təbəqələr üçün aclığın davam etdiyi bir dövr olsa da, “Abşeron” romanında bu çətinliklərin təsviri yoxdur. Yazıçı Tahiri əməyi sevən, cəmiyyətə xeyirli olmağa can atan bir gənc kimi təsvir edir, onun ailə həyatı qurmasını bir qədər çəhrayı boyalarla qələmə alır, həyatdakı real çətinlikləri göstərməkdən isə çəkinirdi.
Neft mövzusunda yazılan əsərlərdə neftçiləri sülalə şəklində təsvir etmək bir ənənə idi. Burada da Tahirin neft daşlarındakı ustası Ramazan adlı bir kişidir. Usta Ramazan qocaman kommunistdir, az savadlı olsa da, həyatı bilir, əməyi sevir, Tahirə qayğı göstərir. Yazıçının “Abşeron” romanı konfliktsiz ədəbiyyat nəzəriyyəsi dövrünün nümunəvi bir əsəridir.
Konfliktsizlik dövründə yazıçının 1930-cu illər əsərlərinə bənzəyən, inqilabi mövzulu “Komissar” povesti, “Səhər” (1953) romanı ortaya gəldi.
Mehdi Hüseyn üçün tarixi mövzuda yazmaq daha rahat idi. Bundan əlavə, yazıçı “Səhər” romanında tarixə yanaşmada 1930-cu illərdə buraxdığı səhvləri düzəldir, bu işdə həm sovet ədəbiyyatının ümumi təcrübəsindən, həm də öz təcrübəsindən istifadə edirdi. “Səhər” romanı sosialist realizminin bütün şablonlarına uyğun olmaqla yanaşı, Azərbaycan xalqının tarixinə də daha düzgün münasibəti ilə seçilir, tarixi həqiqəti təhrif etməməyə çalışırdı.
1958-ci ildə Azərbaycan rəhbərliyi millətçilikdə günahlandırılıb dəyişdiriləndən sonra Mehdi Hüseyni Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi təyin etdilər. Mehdi Hüseynin millətçiliyə və milli meyllərə mənfi münasibəti yaxşı məlum idi. Yazıçı nəyə görə irəli çəkildiyini və etimadı doğrultmaq üçün nə etmək lazım olduğunu bilirdi. Stalin dövrünə tənqidi yanaşan siyasi xətti himayə etmək, bu yöndə əsərlər yazmaq və başqalarını da buna həvəsləndirmək lazım idi. Mehdi Hüseyn bütün qüvvəsi ilə bu işə girişdi.
1958-1965-ci illərdə Mehdi Hüseyn stalinizm dövrünü tənqid ruhunda “Qara daşlar” və “Yeraltı çaylar dənizə axır” adlı romanlar yazdı. Bu əsərlər də zamanın, yuxarıların sifarişi idi. Yazıçılar Stalin dövrünü üzdən tənqid etməli, N.Xruşşovun islahatlarına haqq qazandırmalı idilər. Bu romanlarda yazıçı stalinizmin müəyyən qədər tənqidinə tərəfdar olan, bu işdə səmimi olmayan bir şəxs kimi diqqəti cəlb etdi. Bu da təsadüfi deyildi. Yazıçı özü Stalin epoxasının nümunəvi yazıçısı və təbliğat işçisi olmuşdu. Stalinizmin tam inkarı onun inandığı və xidmət etdiyi hər şeyin inkarı olardı. Əlbəttə, yazıçı bunu istəmirdi.
Sovet vaxtı Azərbaycanın iqtisadi və mədəni-ədəbi sahədə böyük uğurları olmuşdu və Mehdi Hüseynin mənsub olduğu nəsil bu işlərdə öz zəhmətini, xidmətlərini də görür və onların üstündən xətt çəkilməsinə razı olmurdu. Ona görə yazıçının son iki romanı ikimənalı bir mövqeyi təmsil edirdi, onlarda stalinizmin səmimi tənqidi və ifşası yox idi, buna görə də bədii tələblər baxımından zəif idilər. Bu səbəbdən tənqid və oxucular bu əsərləri soyuq qarşıladılar.
Elmi-tənqidi fəaliyyəti. Yaradıcılığa təzə başladığı 1920-ci illərin sonlarında Mehdi Hüseyn ədəbiyyatşünaslıq və publisistik fəaliyyətlə daha artıq məşğul olurdu. Bu dövrdə o, özünü yazıçılıq üçün hazır saymır, mətbuatda fəal şəkildə çıxış edir, böyük səylə marksizmi, Leninin ədəbiyyat haqqında fikirlərini öyrənirdi. Onun bir marksist ideoloqu kimi yetişməyə və nüfuz qazanmağa böyük istəyi vardı. Yazıçı bu istəyinə sonralar xeyli dərəcədə nail olmuşdu. O, Yazıçılar İttifaqının əsas ideoloqlarından biri idi, ədəbi prosesi izləyir və marksist mövqedən icmallar yazırdı.
Hələ 1932-ci ildə gənc ədibin “Molla Pənah Vaqif” adlı 21 səhifəlik balaca kitabçası çıxmışdı. O illərdə Vaqifin yaradıcılığı yenicə üzə çıxır, latın qrafikası ilə çap edilir, haqqında yazılar yazılırdı. Mehdi Hüseyn bu kitabda Vaqifə marksist ədəbiyyatşünaslıq metodu əsasında qiymət verməyə çalışır, şairin lirikasının “sinfi” təbiətini aydınlatmağa can atırdı. Klassiklərdən birini marksist təhlil təşəbbüsünə görə Azərnəşr Mehdi Hüseynin balaca kitabçasını nümunəvi araşdırma kimi çap etmişdi. Lakin əslində, bu kitabçada klassikə vulqar sosioloji təhlil və yanaşma nümunəsi ilə üzləşirik.
Bu kitabdan sonra onun “Ədəbi döyüşlər” adlı 82 səhifəlik kitabı çap olunmuşdu. Bu kitabda gedən məqalələrin əsas fikri əski ədəbiyyatı və cığırdaş adı verilmiş yaşlı yazıçıları tənqid etməkdən ibarət idi. Belə məqalələr, kitablar proletar ədəbiyyatı yaradıcılığına və kadrlarına yol açmalı idi.
Mehdi Hüseynin Böyük Vətən Müharibəsinə qədər tənqidi fəaliyyəti partiya ideologiyasını, onun lazım bildiyi dəyərləri əsas tuturdu. Onun 1930-cu illərdə yazdığı məqalələrdəki vulqar sosiologizm meylləri də buradan irəli gəlirdi. Ədibin bir sıra yazılarında klassik irsə, Azərbaycan maarifçilərinə, C.Cabbarlıya vulqar sosioloji mövqedən tənqidi mülahizələri olmuşdur. Bunlar şübhəsiz ki, Mehdi Hüseynin cavanlığından, marksist və partiya ideologiyasının müəyyən tezislərinə qeyri-tənqidi, üzdən yanaşmasından irəli gəlirdi.
Lakin Böyük Vətən Müharibəsi SSRİ-də yaşayan xalqların, o cümlədən azərbaycanlıların ədəbiyyatında və tarixində olan milli dəyərlərin üzə çıxması və onların dərk olunması ilə nəticələndi. Müharibə vaxtı Azərbaycan tarixini və ədəbiyyatını bu baxımdan öyrənən S.Vurğun, M.İbrahimov, M.Arif, M.Cəfər, M.Təhmasib kimi ziyalılardan biri də Mehdi Hüseyn oldu. Bu illərdə o, 1930-cu illərdə ədəbiyyat klassiklərinə münasibətdə buraxdığı səhvləri anladı və düzəltməyə çalışdı.
Onun bu cəhətdən “Dədə Qorqud” dastanlarına həsr olunmuş “Mübarizə və qalibiyyət mahnıları” (1942), C.Cabbarlıya həsr olunmuş “Ölməz sənətkar” (1944) kitabçaları xüsusilə əhəmiyyətli idi. Birinci kitabça müharibənin qızğın çağında – 1942-ci ildə çapdan çıxmışdı və Dədə Qorqud dastanlarının qəhrəmanlıq ruhunu, oradakı vətən, torpaq təəssübünü konkret faktlarla izah edir, insanları faşizmə qarşı daha artıq səfərbər etməyə çalışırdı. Bir sıra yanlış marksist müddəaların təkrarına baxmayaraq, Mehdi Hüseynin bu kitabı yarıqadağalı halda olan xalq dastanlarını elmi dövriyyəyə qaytarır, gənc nəslə təqdim edirdi.
Mehdi Hüseyn 1930-cu illərin əvvəllərində Cəfər Cabbarlı haqqında bir sıra yanlış fikirlər söyləmişdi. 1944-cü ildə çıxan kitabça bu səhvləri düzəltməklə qalmır, C.Cabbarlı irsinin bütün ədəbi və milli əhəmiyyətini açıb ortaya qoyurdu. Bu dönüşün əsas səbəbi Mehdi Hüseynin tarixi mövzuları işlərkən Cabbarlının təcrübəsinə müraciət etməsi, onun misilsiz bir Azərbaycan vətənpərvəri olduğunu özü üçün aydınlaşdırması idi. Cəfər Cabbarlı ilk dəfə olaraq “Nəsrəddin şah”, “Od gəlini”, “1905-ci ildə” kimi əsərlərində Azərbaycan xalqının tarixini bədii şəkildə necə göstərmək gərək olduğunu nümayiş etdirmişdi. Mehdi Hüseyn bir yazıçı kimi Cəfər Cabbarlıdan öyrənəndə onun necə böyük yazıçı olduğunu dərk etmiş və 1944-cü ildə çıxan kitabçasında keçmiş səhvlərini düzəltməyə çalışmışdı. Ədib anlayır və gənclərə öyrədirdi ki, milli ənənədən, klassiklərdən öyrənmədən heç bir böyük əsər yaratmaq olmaz.
Mehdi Hüseyn ömrü boyu sosialist realizmi prinsiplərinin tərəfdarı və ideoloqu olmaq istəyən, bu yolda öz rəqibləri ilə qısqanc mübarizələr aparan bir şəxs idi. Onun tənqidi irsi öz sağlam tərəfləri ilə bu gün də aktuallığını qoruyub saxlayır.
“Avrasiya press” nəşriyyatında nəşr edilən kitablar haqqında məlumat
“Avrasiya press” nəşriyyatının Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası
ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”
12 Yanvar 2004-cü il tarixli sərəncamı ilə hazırlayıb nəşr etdiyi kitabların
S i y a h ı s ı
1. Abdulla Şaiq
Əsərləri. I cild. Bakı, «Avrasiya press», 2005, 496 səh., t. 25000
2. Abdulla Şaiq
Əsərləri. II cild. Bakı, «Avrasiya press», 2006, 568 səh., t. 25000
3. Abdulla Şaiq
Əsərləri. III cild. Bakı, «Avrasiya press», 2006, 536 səh., t. 25000
4. Antik ədəbiyyat antologiyası. I cild. Bakı, «Avrasiya press», 2007, 496 səh., t. 2500
5. Antik ədəbiyyat antologiyası. II cild. Bakı, «Avrasiya press», 2007, 272 səh., t. 2500
6. Aşıq Alı
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2007, 1925 səh., t. 2500
7. Aşıq Şəmşir
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», Bakı, 2007, 400 səh., t. 25000
8. Aşurbəyli Sara
Şirvanşahlar dövləti. Bakı, «Avrasiya press», 2006, 416 səh., t. 25000
9. Aşurbəyli Sara
10.Azərbaycan qadın şairləri antologiyası.
Bakı, «Avrasiya press», 2005, 256 səh., t.500
Bakı şəhərinin tarixi. Bakı, «Avrasiya press», 2006, 416 səh., t. 25000
11. Bakıxanov Abbasqulu Ağa
Əsərləri, Bakı, «Avrasiya press», 2005, 488 səh., t. 25000
12. Balasaqunlu Yusif
Qudatku bilik. Bakı, «Avrasiya press», 2007, 440 səh., t. 25000
13. Bunin
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2006, 320 səh., t. 25000
14. Cabbarzadə Zeynal
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2005, 224 səh., t. 25000
15. Çexov Anton
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2007, 312 səh., t. 25000
16. Çəmənzəminli Yusif Vəzir
Seçilmiş əsərləri. I cild, Bakı, «Avrasiya press», 2005, 360 səh., t. 25000
17. Çəmənzəminli Yusif Vəzir
Seçilmiş əsərləri. II cild. Bakı, «Avrasiya press», 2005, 664 səh., t. 25000
18. Çəmənzəminli Yusif Vəzir
Seçilmiş əsərləri. III cild, Bakı, «Avrasiya press», 2005, 440 səh., t. 25000
19. Dəhləvi
Şirin və Xosrov. Bakı. «Avrasiya press», 2006, 248 səh., t. 25000
20. Drayzer Teodor
Kerri bacı. Bakı, «Avrasiya press», 2007, 472 səh., t. 25000
21. Elçin
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2006, 432 səh., t. 25000
22. Esxil
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2005, 200 səh., t. 25000
23. Əfəndiyev İlyas
Seçilmiş əsərləri. I cild Bakı, «Avrasiya press», 2005, 280 səh., t. 25000
24. Əfəndiyev İlyas
Seçilmiş əsərləri. II cild, Bakı. «Avrasiya press», 2005, 336 səh., t. 25000
25. Əfəndiyev İlyas
Seçilmiş əsərləri. III cild. Bakı, «Avrasiya press», 2005, 448 səh., t. 25000
26. Əkinçi. Bakı, «Avrasiya press», 2005, 496 səh., t. 25000
27. Gülşəni Bərdəi
Divan. Bakı, «Avrasiya press», 2006, 416 səh., t. 25000
28. Heminquey
Əcəl zəngi. Bakı. «Avrasiya press», 2006, 472 səh., t. 25000
29. Həmid Nitqi
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press» , 2006, 152 səh., t. 25000
30. İbrahimbəyli Rüstəm
Seçilmiş əsərləri. I cild. Bakı, «Avrasiya press», 2006, 312 səh., t. 25000
31. İbrahimbəyli Rüstəm
Seçilmiş əsərləri. II cild. Bakı, «Avrasiya press», 2006, 288 səh., t. 25000
32. İbrahimbəyov Maqsud
Seçilmiş əsərləri. I cild, Bakı. «Avrasiya press», 2007, 392 səh., t. 25000
33. İbrahimbəyov Maqsud
Seçilmiş əsərləri. II cild, Bakı, «Avrasiya press», 2007, 240 səh., t.25000
34. İbrahimov Hüseyn
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2005, 384 səh., t. 25000
35. İrvinq Stoun
Yaşamaq yanğısı. Bakı, «Avrasiya press», 2006. 456 səh., t. 25000
36. Kalankatlı Musa
Alban tarixi. Bakı, «Avrasiya press», 2007, 296 səh,. t. 25000
37. Köçərli Firudin bəy
Azərbaycan ədəbiyyatı. I cild. Bakı, «Avrasiya press», 2005, 560 səh., t. 25000
38. Köçərli Firudin bəy
Azərbaycan ədəbiyyatı. II cild. Bakı. «Avrasiya press», 2005, 464 səh., t. 25000
39. Kuprin
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2006, 368 səh., t. 25000
40. Qasım bəy Zakir
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2007, 432 səh., t. 25000
41. Qasımzadə Qasım
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2005, 280 səh., t. 25000
42. Qənizadə Sultan Məcid
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2006. 200 səh., t. 10000
43. Qılman İlkin
Seçilmiş əsərləri. I cild. Bakı. «Avrasiya press», 2006, 230 səh., t. 25000
44. Qılman İlkin
Seçilmiş əsərləri. II cild. Bakı, «Avrasiya press», 2006, 408 səh., t. 25000
45. Qoqol
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2006. 320 səh., t. 25000
46. Qonçarov
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2006. 344 səh., t. 25000
47. Qorki Maksim
Seçilmiş əsərləri. I cild Bakı, «Avrasiya press», 2006. 264 səh., t. 25000
48. Qorki Maksim
Seçilmiş əsərləri. II cild, Bakı, «Avrasiya press», 2006, 360 səh., t. 25000
49. Qriboyedov
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2006, 160 səh., t. 25000
50. Marağayi
İbrahim bəyin səyahətnaməsi. Bakı, «Avrasiya press», 2006, 456 səh., t. 25000
51. Mehdi Hüseyn
Seçilmiş əsərləri. I cild. Bakı, «Avrasiya press», 2005, 320 səh., t. 25000
52. Mehdi Hüseyn
Seçilmiş əsərləri. II cild. Bakı, «Avrasiya press», 2005, 312 səh., t. 25000
53. Mehdi Hüseyn
Seçilmiş əsərləri. III cild. Bakı, «Avrasiya press», 2005, 312 səh., t. 25000
54. Məmməd Aslan
Seçilmiş əsərləri. Bakı, «Avrasiya pres», 2006, 320 səh., t. 25000
55. Məmməd Rahim
Seçilmiş əsərləri. I cild. Bakı, «Avrasiya press», 2006, 368 səh., t. 25000
56. Məmməd Rahim
Seçilmiş əsərləri. II cild. Bakı, «Avrasiya press», 2006, 272 səh., t. 25000
57. Məmmədxanlı Ənvər
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2005, 416 səh., t. 25000
58. Mirzəli Möcüz
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2006, 240 səh., t. 25000
59. Mümtaz Salman
Azərbaycan ədəbiyyatı qaynaqları. Bakı, «Avrasiya press» 2007, 440 səh., t. 25000
60. Oleşa Yuri
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2006, 200 səh., t. 25000
61. Paustovski
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2006, 320 səh., t. 25000
62. Puşkin Aleksandr
Seçilmiş əsərləri. I cild. Bakı, «Avrasiya press», 2006, 280 səh., t. 25000
63. Puşkin Aleksandr
Seçilmiş əsərləri. II cild. Bakı, «Avrasiya press», 2006, 320 səh. t. 25000
64. Radişşev A
Peterburqdan Moskvaya səyahət. Bakı, «Avrasiya press», 2006, 184 səh., t. 25000
65. Rus ədəbiyyatı antologiyası. I cild. Bakı, «Avrasiya press», 2007, 232 səh., t. 25000
66. Rus ədəbiyyatı antologiyası. II cild. Bakı, «Avrasiya press», 2007, 408 səh., t. 25000
67. Rustaveli Şota
Pələng dərisi geymiş pəhləvan. Bakı, «Avrasiya press», 2006, 232 səh., t. 25000
68. Sabit Rəhman
Seçilmiş əsərləri. I cild. Bakı «Avrasiya press», 2005, 312 səh., t. 25000
69. Sabit Rəhman
Seçilmiş əsərləri. II cild. Bakı. «Avrasiya press», 2005, 328., t. 25000
70. Seyidzadə Mir Mehdi
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2006, 320 səh., t. 25000
71. Şəhriyar Məhəmmədhüseyn
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2005. 480 səh., t. 25000
72. Şirvani Seyid Əzim
Əsərləri. I cild Bakı, «Avrasiya press», 2005, 400 səh., t. 25000
73. Şirvani Seyid Əzim
Əsərləri. II cild. Bakı «Avrasiya press», 2005. 384 səh., t. 25000
74. Şirvani Seyid Əzim
Əsərləri. III cild. Bakı, «Avrasiya press», 2005. 388 səh., t. 25000
75. Şoloxov Mixail
Sakit Don. I cild. Bakı. «Avrasiya press», 2007, 432 səh., t. 25000
76. Şoloxov Mixail
Sakit Don. II cild. Bakı. «Avrasiya press», 2007, 408 səh., t. 25000
77. Şoloxov Mixail
Sakit Don. III cild. Bakı, «Avrasiya press», 2007, 432 səh., t. 25000
78. Şoloxov Mixail
Sakit Don. IV cild. Bakı. «Avrasiya press», 2007, 496 səh., t. 25000
79. Vəliyev Əli
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2005, 320 səh., t. 25000
80. Yan Vasili
Çingiz xan. Bakı, «Avrasiya press», 2006, 344 səh., t. 25000
81. Yesenin Sergey
Seçilmiş əsərləri. Bakı, «Avrasiya press», 2006, 176 səh., t. 25000
“Avrasiya press” nəşriyyatının Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlayıb nəşr etdiyi kitabların
S i y a h ı s ı
1. Almas İldırım
Boğulmayan bir səs. Bakı, «Avrasiya press», 2007, 392 səh., t. 1000
2. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Qanunvericiliyi toplusu. I cild. Bakı, «Avrasiya press», 2012, 522 səh. t. 500
3. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Qanunvericiliyi toplusu. II cild. Bakı, «Avrasiya press», 2012, 504 səh. t. 500
4. Cavid Hüseyn
Dram əsərləri. Bakı, «Avrasiya press», 2007, 460 səh., t. 1000
5. Dünya Ədəbiyyatı antologiyası
I cild. Bakı, «Avrasiya press», 2010, 436 səh. t. 500
6. Dünya Ədəbiyyatı antologiyası
II cild. Bakı, «Avrasiya press», 2010, 420 səh. t. 500
7. Esmira Fuad
Söz sərrafı Şəhriyar. Bakı, «Avrasiya press», 2010, 304 səh. t. 500
8. Əlibəyli Xanımana
Əsərləri I cild. Bakı, «Avrasiya press», 2008, 240 səh., t. 1000
9. Əlibəyli Xanımana
Əsərləri. II cild. Bakı, «Avrasiya press», 2008, 240 səh., t. 1000
10. Hüseyn Abbaszadə.
Nurdan Yoğrulmuşlar. Bakı, «Avrasiya press», 2008, 552 səh., t. 500
11. İlqar Fəhmi
Bakı tarixindən kollaj. Bakı, «Avrasiya press», 2007, 200səh., t. 500
12. İnqilab Kərimov
Pyes. Teatr əhvalatları, Hekayələr, rəvayətlər. Bakı, «Avrasiya press», 2011, 376 səh. t. 500
Seçilmiş əsərləri. III cild. Bakı, «Avrasiya press», 2008, 256 səh., t. 1000
13. İsa Muğanna
Seçilmiş əsərləri. I cild. Bakı, «Avrasiya press», 2009, 424 səh. t. 1000
14. İsa Muğanna
Seçilmiş əsərləri. II cild. Bakı, «Avrasiya press», 2009, 432 səh. t. 1000
15. İsa Muğanna
Seçilmiş əsərləri. III cild. Bakı, «Avrasiya press», 2009, 304 səh. t. 1000
16. İsa Muğanna
Seçilmiş əsərləri. IV cild. Bakı, «Avrasiya press», 2009, 576 səh. t. 1000
17. İsa Muğanna
Seçilmiş əsərləri. V cild. Bakı, «Avrasiya press», 2009, 480 səh. t. 1000
18. İsa Muğanna
Seçilmiş əsərləri. VI cild. Bakı, «Avrasiya press», 2009, 384 səh. t. 1000
19. Müşfiq Mikayıl
Seçilmiş əsərləri I cild. Bakı, «Avrasiya press», 2008, 244 səh. t. 1000
20. Müşfiq Mikayıl
Seçilmiş əsərləri. II cild. Bakı, «Avrasiya pres», 2008, 248 səh., t. 1000
21. Müşfiq Mikayıl
22. Stanislavski K.S.
Seçilmiş əsərləri. I cild. Bakı, «Avrasiya press», 2011, 472 səh. t. 500
23. Stanislavski K.S.
Seçilmiş əsərləri.II cild. Bakı, «Avrasiya press», 2011, 384 səh. t. 500
24. Üzeyir Bəy Hacıbəyli
Bayrağımız sarsılmaz. Bakı, «Avrasiya press», 2011, 428 səh. t. 500
“Avrasiya Press” nəşriyyatının
nəşr etdiyi digər kitablar
1. Almaz Sahilə
Yazılmayan tale. Bakı, «Avrasiya press», 2006, 200 səh., t. 500
2. Baburnamə. Bakı, «Avrasiya press», 2011, 472 səh., t. 500
3. Bəhmənli Vaqif
Poeziya 1. Bakı, «Avrasiya press», 2006, 416 səh., t. 1000
4. Bəhmənli Vaqif
Poeziya 2. Bakı, «Avrasiya press», 2006, 424 səh., t. 1000
5. Bəhmənli Vaqif
Poeziya 3. Bakı, «Avrasiya press», 2006, 432 səh., t. 1000
6. Bəhmənli Vaqif
Sınıq güzgü. Bakı, «Avrasiya press», 2006, 632 səh., t. 1000
7. Bəhmənli Vaqif
Dombagözün sərgüzəştləri. Bakı, «Avrasiya press», 2005, 152 səh. t. 1000
8. Bu onların taleyidir. Bakı, «Avrasiya press», 2008, 136 səh. t. 500
9. Elşad Paşasoy
Bir bazar günü. Bakı, «Avrasiya press», 2010, 480 səh., t. 500
10. Etibar Muradxanlı
Siz mühasirədəsiniz, leytenant. Bakı, «Avrasiya press», 2009, 152 səh., t. 300
11. Əfəndi Hüseyn
Domino. Bakı, «Avrasiya press», 2004, 128 səh., t. 500
12. Füzuli şəhidləri. Bakı, Avrasiya press, 1995, 112 səh., t. 5000
13. Gülgün Rəhilə
Elmira… zərifliyin gücü. Bakı, «Avrasiya press», 2006, 152 səh., t. 500
14. Haynrix Hayne
Şeirlər (Tərcümə edəni Yusif Savalan). Bakı, «Avrasiya press», 2008, 128 səh., t. 300
15. Həqiqətlə üzbəüz. Bakı, «Avrasiya press», 2009, 88 səh., t. 300
16. İqlim dəyişmələri və ekoloji stabillik. Bakı, «Avrasiya press», 2011, 104 səh., t. 500
17. İlham Qaliboğolu.
Daş qəfəs. Bakı, «Avrasiya press», 2009, 120 səh., t. 500
18. Jurnalistlər üçün praktiki vəsait. Bakı, «Avrasiya press», 2002, 116 səh., t. 300
19. Kifayət İsmayılqızı
Uzaqlıq. Bakı, «Avrasiya press», 2009, 160 səh., t. 200
20. Qulu Ağsəs
Nabran Novellası. Bakı, «Avrasiya press», 2009, 336 səh., t. 250
21. Laura Cəbrayıllı
Yeddinci qat. Bakı, «Avrasiya press», 2010, 328 səh., t. 250
22. Media soraqça. Bakı, «Avrasiya press», 2004, 86 səh., t. 500
23. Media soraqça. Bakı, «Avrasiya press», 2008, 116 səh., t. 300
24. Nəzir Şaban
Bağışla məni vətən. Bakı, «Avrasiya press», 2006, 112 səh., t. 200
25. Ülkər Aslanlı
Слёзы неба. Bakı, «Avrasiya press», 2009, 192 səh., t. 200
26. Yalçın Qoca
Hələ ki təmizəm. Bakı, «Avrasiya press», 1998, 62 səh., t. 1000
Comments are closed, but trackbacks and pingbacks are open.