Press "Enter" to skip to content

Mehdi hüseyn yeraltı çaylar dənizə axır

1937-38-ci illərdə Moskvada Ali ssenari kurslarında oxuyub.

Xalq yazıçısı Mehdi Hüseynin doğum günü məzarı başında qeyd olunub

Müasir Azərbaycan ədəbiyyatının formalaşmasında, ideya saflığı və bədii kamillik uğrunda mübarizələrində, bugünkü yüksək zirvələrə çatmasında görkəmli Xalq yazıçısı, nəzəriyyəçi və tənqidçi Mehdi Hüseynin böyük rolu olmuşdur.
Yurdumuza baharın qədəm qoyduğu bir vaxtda dünyaya gələn Mehdi Hüseynin anadan olmasının 113 illiyi Fəxri xiyabanda məzarı başında qeyd olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim, professor İlham Pirməmmədov, Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, Xalq yazıçısı İsmayıl Şıxlının oğlu Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”, “Zerkalo” qəzetlərinin, ayna.az saytı və Ayna TV-nin təsisçisi və baş redaktoru Elçin Şıxlı, cəmiyyətin üzvləri, Mehdi Hüseyn sevərlər görkəmli ədibin məzarını ziyarət ediblər.
Tədbir iştirakçıları ədibin məzarı üstünə tər qərənfillər düzərək əziz xatirəsini dərin hörmətlə anıblar.
Çıxış edənlər Mehdi Hüseynin həyat və fəaliyyətindən söz açıblar. Qeyd olunub ki, qüdrətli söz ustası Mehdi Hüseyn sözün əsl mənasında ədəbiyyat fədaisi idi. Bu, şöhrətli sənətkarın, alovlu publisistin, görkəmli dövlət xadiminin keçdiyi şərəfli həyat yolu, yaradıcılıq yolu ictimai varlığın bədii ifadəsi olan ədəbiyyatımızın böyük bir qolu və ayrılmaz hissəsidir. Bu gün də Mehdi Hüseyn ədəbiyyat tariximizdə mübariz bir tənqidçi kimi yaşayır. Azərbaycan ədəbiyyatının inkişafında, yeni mövzularla zənginləşməsində, ədəbiyyatşünaslığın araşdırılmasında, ədəbi tənqidin yeni zirvələr fəth etməsində xüsusi yeri olan Xalq yazıçısı, dramaturq, ictimai xadim, tənqidçi Mehdi Hüseyn illər ötsə belə heç zaman unudulmayacaq.

Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax qəzasında anadan olmuşdur. O, öz fəaliyyətinə hekayə ilə başlamış, ilk hekayəsi 1927-ci ildə nəşr edilmişdir. İlk iri həcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı “Kin” povesti və siyasi motivli “Daşqın” romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən “Tərlan” romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə “Nişan üzüyü” hekayəsini, “Fəryad” və “Ürək”povestlərini yazmışdır.
1948-ci ildə Bakı neftçilərinin bədii obrazını “Abşeron” romanında əks etdirmişdir. Yazıçının tarixi mövzulu dram əsərlərində: “Cavanşir”, “Nizami”, “Şamil” görkəmli şəxsiyyətlərin obrazları hazırlanmışdır. M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini “Yeraltı çaylar dənizə axır” romanında bədii şəkildə, sənətkərlıqla əks etdirə bilmişdi. O, Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı (1964) və SSRİ Dövlət mükafatı laureatıdır (1950). Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu (1938) bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930–34), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–65) olmuşdur. Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsi (“Bizdə futurizm cərəyanı”) 1926 ildə, ilk hekayəsi (“Qoyun qırxımı”) isə 1927 ildə dərc edilmişdir. “Bahar suları” (1930), “Xavər” (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. “Tunel” (1927), “Qan intiqamı” (1928), “Kin” (1935), “Daşqın” (1933–36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaratmışdır. Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan “Komissar”da (1942–49) pəşəkar inqilabçı M.Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mühüm tarixi əsəri olan “Səhər” (1953), “Tərlan” (1940), “Vətən çiçəkləri” (1942), “Moskva” (1942), “Ürək” (1945), “Fəryad” (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən “Abşeron” (1949), müəyyən mənada onun davamı olan “Qara daşlar” (1957–59) və ölməz “Yeraltı çaylar dənizə axır” (1965–1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir. Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. O, dram yaradıcılığına “Şöhrət” (1939) pyesi ilə başlamışdır. “Nizami” (1942) və “Cavanşir” (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. “Alov” (1961), “İntizar” (1944, İ.Əfəndiyevlə birgə), “Şamil” (1940–41) və “Qardaşlar” (1948) pyesləri, habelə xatirələri, yol qeydləri “Bir ay və bir gün” (1963), gündəlikləri var. “Şair” (1939), “Fətəli xan” (1947, Ə.Məmmədxanlı ilə birgə), “Səhər” (1958), “Qara daşlar” (1958) kino ssenarilərinin müəllifidir. Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur.
Görkəmli ədib Mehdi Hüseyn 10 mart 1965-ci ildə Bakıda vəfat etmişdir. Adına Bakıda küçə, Qazax rayonunda məktəb-lisey var.

Mehdi hüseyn yeraltı çaylar dənizə axır

Mehdi Hüseyn qayğıkeşliyi

Qədim Çində keçmişlərdə ölənlərə “qayıdanlar” deyərmişlər. Bu qayıdanlardan biri də Azərbaycanın xalq yazıçısı Mehdi Hüseyndir.

Çünki o, həyatıyla, sənətiylə, şəxsiyyətiylə, ləyaqətiylə, qətiyyətiylə əbədiyyət yolçusu olmuşdur. Mehdi Hüseynin sənətindən, onun qələminin qüdrətindən danışanda öncə bircə fakta xüsusi diqqət yetirilməlidir. O yaşadığı dövrdə Azərbaycan ədəbiyyatının beşiyi başında dayanmış, bütöv bir ədəbi nəslin tərbiyəsində mühüm rol oynamışdır. Həmin ədəbi qüvvələr sırasında xalq yazıçıları İsmayıl Şıxlının və İsa Muğannanın adlarını xatırlatmaq kifayətdir ki, Mehdi Hüseynin kim olduğunu, hansı ustad qüdrətinə malik olduğunu dərk edəsən.

Hər iki sənətkar öz ustadının ümidini doğrultmuş, böyük ədəbi simaya çevrilmiş, Mehdi Hüseynin layiqli davamçıları olmuşlar.

Mehdi Hüseyn xalqımızın böyük, unudulmaz sənətkarıdır. O, həm böyük yazıçı, həm qüdrətli dramaturq və tənqidçidir. Öz prinsipiallığı, cəsarəti və qorxmazlığı ilə daima ədəbiyyatımızın keşiyini çəkmişdir. Özü də ilk gənclik illərindən.

Tərcümeyi-halına nəzər salanda bunu daha aydın görmək olur. Tərcümeyi-halına dair qısa arayış belədir:

Qazaxda doğulub – 1909-cu il martın 21-də, vəfat edib 1965-ci il martın 10-da.

Atası Əli Hüseynov görkəmli pedaqoq olub. Mehdi II Şıxlı məktəbində, Qazax seminariyasının Bakı Darülmüəllimində, nəhayət, APİ-nin tarix fakültəsində təhsil alıb.

21 yaşında 1930-cu ildə Azərbaycan Proletar Yazıçılar İttifaqının məsul katibi seçilib. Həmin il iki hekayələr kitabı çap edilib.

22 yaşında ədəbi tənqidi məqalələr toplusu – “Ədəbi döyüşlər” və “M.P.Vaqif” kitabı çapdan çıxıb.

İlk mətbu hekayəsi “Yun qırxımı”dır. 1927-ci ildə yazıb.

1937-38-ci illərdə Moskvada Ali ssenari kurslarında oxuyub.

Povestləri: “Daşqın”, “Kin”, “Fəryad”�

Romanları: “Tərlan”, “Abşeron”, “Qara daşlar”, “Səhər”, “Yeraltı çaylar dənizə axır�”

Dramları: “Nizami”, “Şöhrət”, “Şeyx Şamil”, “Cavanşir”, “Alov” və s.

Ssenariləri: “Şair”, “Fətəli xan”, “Səhər”�

1979-cu ildə İsmayıl Şıxlı və Zivər Hüseynovanın redaktorluğu ilə yazıçının on cildlik əsərləri çap olunub.

Müxtəlif vaxtlarda jurnal redaktoru, Yazıçılar Birliyinin I katibi işləyib. SSRİ Ali Sovetinin deputatı olmuşdur.

Xalq yazıçısı İsmayıl Şıxlı Mehdi Hüseynin həyat və yaradıcılığından dissertasiya müdafiə etmişdir. M.Hüseyn İ.Şıxlının yaradıcılığını, xüsusən, “Dəli Kür” romanını yüksək qiymətləndirmişdi.

İ.Şıxlı “Qranit kimi sərt” əsərində bunu belə xatırladır:

“Dəli Kür” jurnalda çap olunandan sonra Mehdi Hüseyn məni evinə çağırdı. Yazı stolunun arxasına keçdi, gözümə “Dəli Kür”ün çap olunduğu “Azərbaycan” jurnalı dəydi. Jurnalın arasından bozumtul bir zərf çıxartdı. Mənə verdi. Üstündə üçcə söz yazılmışdı. “İsmayıl Şıxlıya Mehdidən”. Evdə oxuyarsan, – dedi.

Evə çatan kimi zərfi açdım. Vərəqin bircə üzündə aşağıdakı sözlər yazılmışdı: “Əzizim İsmayıl, “Dəli Kür” əsərini dünən gecə oxuyub qurtardım.

Əhsən! Bərəkallah! Son on ildə bizim ədəbiyyatımızda oxuduğum heç bir əsər məni bu cür sarsıtmamışdı”.

Bu adi məktub deyildi. Bu böyük sənətkarın nə qədər qüdrətli, qayğıkeş, sərraf olduğunu göstərən məhək daşıdır.

Bəli, Mehdi Hüseynin sözü sözdü. Qiyməti daimilikdi! Qayğısı tükənməzdi, ələ düşməzdi. İsmayıl müəllim düz yazır ki, hamı onu sayırdı, ondan çəkinirdi, ondan öyrənirdi. On gündə on ilin kitablarını oxuyub araşdırırmış.

�Bir gün Mirzə İbrahimov Səməd Vurğunla Sahil parkına dincəlməyə gedəndə Səməd deyib:

– Bir gəl əvvəlcə gedək görək dünyada nə var, nə yox.

Və ordan Mehdigilə yollanıblar.

Yazıçının 9-cu cildinə yazılmış qeydlər hissəsində oxuyuruq:

“Həyatını Azərbaycan ədəbiyyatının yaranması və inkişafına həsr edən Mehdi Hüseyn 40 il ərzində nəsr, dram əsərləri ilə yanaşı, ədəbi-tənqidi məqalələri ilə oxucuların dərin hörmətini qazanmışdır. Dərin savadı, geniş erudisiyası və zəngin həyat təcrübəsi olan Mehdi Hüseynin ədəbi-bədii tənqidi yaradıcılığı, özünün döyüşkənliyi, mübarizliyi, məzmunlu olması, kəskinliyi və səmimiyyəti ilə səciyyələnir. Qələmə aldığı məqalələrdə mövqe aydınlığı, tutarlı dəlillərə əsaslanan güclü məntiq hökmran olsa da, bəzi iradlar, mübahisəli cəhətlər də nəzəri cəlb edir ki, bu da tamamilə qanunauyğun bir haldır”.

Mehdi Hüseynin hər sözü, əsəri dərhal diqqəti cəlb edir, müzakirə olunur, mübahisə mövzusuna çevrilirdi.

“Abşeron” romanı çıxanda realist nəsrin qələbəsi kimi qiymətləndirildi.

O dövrün tənqidçiləri Mehdi Hüseynin baş qəhrəmanı Tahiri Balzakın qəhrəmanları ilə müqayisə edirdilər.

“Abşeron”u Venesuela yazıçısı Roman Şançesin “Neft” romanı ilə yanaşı tuturdular. Təsadüfi deyil ki, bu əsər dünyanın 30-dan çox dilinə tərcümə olunmuşdur. Səməd Vurğun əsəri oxuyub yazmışdı: “Abşeron” romanı öz həyatiliyi, həyatımızı düzgün əks etdirməsi ilə bizi sevindirir”.

F ransız yazıçısı Lui Araqon deyirdi:

“Mehdi Hüseyn bütün biliyini və yaradıcılığını ədəbiyyatın vəzifələrindən ayırmayan bir sənətkardır”.

Məhz bu cəhətlərinə görə xalqın sevgisini, etibarını qazanmışdı. Bu etibarın dayaq nöqtəsi yazıçı saflığı, insan amalı idi. İsa Muğanna xatırlayır ki, Mehdi Hüseyn əsl yazıçı xarakteri tərbiyələndirmişdi özündə. Əsl insan xarakteri tərbiyələndirmiş bir insan idi. Çalışırdı ki, yazıçılığı da bu uca məqsədə, insan yetirməyə tabe etsin.

” F ətəli xan” ssenarisindən misal gətirilən aşağıdakı parça M.Hüseyn amalının, ölməzliyinin, narahatlığının, müasirliyinin bariz nümunəsidir.

Qoca: – Xan sağ olsun, biz nə günah işlətdik ki, gözümüz mərhəmət savaşına dikilmişdi. Siz qəzəb eyvanına çıxdınız.

F ətəli xan: – Yox! Mən sizin qarşınıza qəzəb və mərhəmətlə çıxmamışam. Tələb və çağırışla çıxmışam. Bu hünər və fəaliyyət tələbidir. Düşmən yenə uzaqlarda qılınc itiləyir. Bizim qalxanlarımız isə hələ döyülməmişdir.

Yurdumuzu hədələyən fəlakətin ilk qurbanları – Təbriz qaçqınları Dərbənd hasarları dibində köç salıblar. Mən sizdən onlara mərhəmət tələb etmirəm. Mən sizə onlarla əl-ələ verib böyük işlərə şüru edin, deyirəm.

Və bu sözləri hamımız eşitməliyik. Ona görə bu sözlər, eləcə də bu tələb təkcə Mehdi Hüseynin, fətəli xanın deyil, Azərbaycanın, parça-parça olmuş vətənin tələbidir.

Mehdi Hüseyn məhz belə ağrılara vermişdi öz çiyinlərini. Onu Vətənin, xalqın, ədəbiyyatın böyük problemləri düşündürürdü. Yazıçı haqlı olaraq yazırdı:

“Kiçik fikir, xırda arzu, zəif ehtiras böyük şeri qanadlandıra bilməz.

Böyük ədəbi əsərlər yaradan sənətkarın ilk növbədə böyük fikirləri, hissləri və ehtirasları olmalıdır.”

Xalq yazıçısı İsmayıl Şıxlının daha bir fikri Mehdi Hüseynin ədəbiyyatımızda tutduğu mövqeyi düzgün əks etdirir:

“Mehdi Hüseyn dərin nəzəri biliyə malik, həmişə ədəbi mübarizələrin mərkəzində dayanan, ədəbiyyatın məfkurə saflığı uğrunda vuruşan bir sənətkardır.”

Belə bir sənətkar olduğu üçün də ümumxalq məhəbbəti qazanmışdır. Görkəmli yazıçı, dramaturq, tənqidçi, ən nəhayət, ictimai xadim kimi.

Mehdi Hüseyn ədəbi keçmişi dərindən və ciddi öyrənməyi tövsiyə edirdi. Saf vicdanla. Deyir ki, dünyada ən böyük cinayət vicdana ləkə salmaqdır. Çalışın ədəbi vicdanlara ləkə düşməsin.

Bəli, Mehdi Hüseyn ədəbiyyatın, sənətin, sözün bu günü, gələcəyi uğrunda səngərə atılırdı. Vuruşurdu, çarpışırdı, yorulurdu, geri çəkilmirdi. Nə edirdisə xalqından ötrü edirdi, bilirdi ki, xalq bu zəhməti, bu döyüşü qiymətləndirəcək.

“Şeyx Şamil” əsərində belə bir epizod var: Şamilin ən ağır məqamıdır. Oğlu Məhəmməd ağır yaralanır, çar qoşunu hücuma keçib. Xalq onu müdafiə edir. Şamil bunu görüb deyir:

– Sağ olsunlar! İndiyə kimi düz 20 il mən onlar üçün vuruşurdum, indi onlar mənim üçün vuruşurlar.

Vaxtilə Mehdi Hüseyn bu xalq üçün az əziyyət çəkməyib. İndi bu xalq, bu dövlət onun yubileyini böyük qədirbilənliklə keçirir. Uzaq səfərdən qayıtmış oğlunu qarşılayır, alqışlayır.

Bəli, Mehdi Hüseyn öləndən sonra dəfələrlə qayıtdı. 60-da, 70-də, 80-də, 90-da.

Qayıtdı xalqına, ədəbiyyatımıza, mənəviyyatımıza baş çəkdi, göz oldu, yol göstərdi.

Dediyi hər söz elə-belə söz olmadı. Dünənin� bu günün� sabahın sözü oldu.

İsmayıl Şıxlı düz deyib: “Onsuz bu ədəbiyyatı təsəvvür etmək qeyri-mümkündür”.

Ədəbiyyat qəzeti.-2009.-3 aprel.-S.3.

Seçilmiş əsərləri (Anar) Haqqinda Melumat – Vikipedia

Bu vikidə “Seçilmiş əsərləri (Anar)” səhifəsini yaradın! Həmçinin, axtarışınız əsasında çıxan nəticələrə baxın.

Onun yaradıcılığı Azərbaycan alimləri tərəfindən də öyrənilmiş və ” Seçilmiş əsərləri ” Azərbaycan dilində nəşr olunmuşdur. “Rübabi-şikəstə” (1900), Tarixi-qədim”.

4 KB (315 söz) – 08:01, 24 fevral 2023

Bakı: Azərnəşr, 1950, 87 səh. Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: Azərnəşr, 1954, 406 səh. Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: Azərnəşr.

21 KB (1.817 söz) – 07:15, 13 mart 2023

Əhmədli ilə birlikdə). Türk xalqları ədəbiyyatı, 4 cilddə. Bakı, 2007. Seçilmiş əsərləri 5 cilddə. Bakı, 2007. Tarixin müasirliyi və müasirliyin tarixi. Bakı.

15 KB (1.360 söz) – 15:02, 7 mart 2023
image layout frameless

illərdə tanınımış rep ustası Anar Nağılbazın rəhbərlik etdiyi “Canlı Klip” şou-teatrının aktyoru olub. Aktyor kimi Anar Nağılbazın bir neçə klipində narkoman.

10 KB (1.034 söz) – 10:26, 17 yanvar 2023

“Ədəbi-tənqidi məqalələr” (1958), üç cilddə ” Seçilmiş əsərləri ” (1967–1970), rus dilində iki cilddə ” Seçilmiş əsərləri ” (1972–1973), “Sənətkar qocalmır” (1980).

29 KB (3.144 söz) – 09:15, 9 noyabr 2022

yenilikləri gətirmişdir. Əsərləri . Bakı: 1936. Seçilmiş əsərləri (tərtib edəni Abbas Zamanov). Bakı: 1951. Seçilmiş əsərləri (tərtib edəni Nadir Vəlixanov).

7 KB (653 söz) – 16:47, 6 mart 2023

yeri. Bakı: Gənclik, 1973, 260 səh. Seçilmiş əsərləri (2 cilddə). I c. Bakı: Azərnəşr, 1974, 283 səh. Seçilmiş əsərləri (2 cilddə). II c. Bakı: Azərnəşr.

19 KB (1.661 söz) – 14:21, 25 fevral 2023

Seçilmiş əsərləri (dörd cilddə), I c. Bakı: Azərnəşr, 1967, 519 səh. Seçilmiş əsərləri (dörd cilddə), II c. Bakı: Azərnəşr, 1967, 499 səh. Seçilmiş əsərləri.

35 KB (3.569 söz) – 19:15, 13 mart 2023

məktəb-lisey var. Mehdi Hüseyn. Seçilmiş əsərləri : I cild – Hekayələri “Yeraltı çaylar dənizə axır” romanı Mehdi Hüseyn. Seçilmiş əsərləri : II cild – “Abşeron” romanı.

7 KB (662 söz) – 14:28, 25 fevral 2023
image layout frameless

Frans Kafka (Avstriya) Seçilmiş əsərləri . Bakı, “Şərq” nəşriyyatı”, 1995. Qabriel Qarsia Markes (Kolumbiya) Seçilmiş əsərləri . Bakı, “Şərq” nəşriyyatı”.

11 KB (1.091 söz) – 15:02, 27 yanvar 2023

nəşriyyatı, 2003, 98 səh. Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: “Ozan” nəşriyyatı, 2003, 337 səh. Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı.

10 KB (786 söz) – 14:29, 25 fevral 2023

Səməd Vurğun. Seçilmiş əsərləri : I cild – Şeirləri; Səməd Vurğun. Seçilmiş əsərləri : II cild – Şeirləri; Səməd Vurğun. Seçilmiş əsərləri : III cild – Poemaları;.

31 KB (2.871 söz) – 17:52, 2 mart 2023

tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2017. Rəsul Rza. Seçilmiş əsərləri . Beş cilddə. I cild. Bakı: “Öndər nəşriyyat. 2005. 304. ISBN 9952-416-66-X.

31 KB (2.556 söz) – 14:24, 25 fevral 2023

Rüstəm. Seçilmiş əsərləri : I cild – Şeirləri; Süleyman Rüstəm. Seçilmiş əsərləri : II cild – Şeirləri, poemaları, xatirələri; Süleyman Rüstəm. Seçilmiş əsərləri.

13 KB (1.169 söz) – 14:23, 25 fevral 2023

185 səh. Seçilmiş əsərləri . Bakı: Azərnəşr, 1960, 489 səh. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Yazıçı, 1985, 232 səh. Seçilmiş əsərləri (iki cilddə).

8 KB (724 söz) – 18:13, 6 mart 2023

“Dərələr”, “Ulduz karvanı”, “Heykəlsiz abidə”, “İnam”, dördcildlik seçilmiş əsərləri və b. şeir kitablarında vətənin, onun təbii gözəlliklərinin, insanların.

87 KB (6.591 söz) – 10:15, 24 fevral 2023

çiçəyi” (1977), “Yasəmən fəsil”, ” Seçilmiş şeirlər” (1979) şeir kitabları və nəhayət, 3 cilddə ” Seçilmiş əsərləri ” (1982–84) çap olunmuş, ona Azərbaycanın.

10 KB (838 söz) – 12:01, 25 yanvar 2023

Cümhuriyyətinin Qərbi Avropa, Rusiya və Türkiyədə ali təhsil almaq üçün seçilmiş və böyük hissəsi xarici universitetlərdə təhsil almış bir qrup tələbə.

129 KB (5.646 söz) – 23:07, 26 fevral 2023

ensiklopediyası”, 1995 Seçilmiş əsərləri . Bakı: Şərq-Qərb, 2004 Poylu beşiyim mənim. Bakı: 2007 Nəriman. Bakı: 2009 Seçilmiş əsərləri . Bakı: 2010 Nuru Paşa.

11 KB (862 söz) – 14:31, 25 fevral 2023

1989.-489,[2] s.: 1 portr., 21 sm. Rəsul Rza. Seçilmiş əsərləri [Mətn]: 5 cilddə /Rəsul Rza; tərt.ed. Anar ; red. A.Əmrahoğlu IV cild.- B.: Öndər, 2005.-.

79 KB (7.215 söz) – 16:46, 17 mart 2023

2003, s.5-11. Abbas Zamanovun dünyası: sözardı // Abbas Zamanov. Seçilmiş əsərləri . Bakı: Çinar-Çap, 2003, s.305-311. Azərbaycan elmində Məmməd Cəfər

Comments are closed, but trackbacks and pingbacks are open.