Press "Enter" to skip to content

Mündəricatlar siyahısı)

Moskvada yaşayan tanınmış tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Əziz Şərif martın 16-da Mirzə İbrahimova (həmin vaxt ona Azərbaycan Yazıçılar İttifaqına müvəqqəti rəhbərlik tapşırılmışdı) yazırdı: “Xasiyyətində olan bəzi nöqsanlara baxmayaraq (hansımız nöqsansızıq?), mən Mehdini ürəkdən istəyirdim və onun ölümü mənə ağır zərbə oldu… Mühitimizdəki çirkinliklər olmasaydı! aramızda gəzən və duru suyumuzu bulandıran alçaqlar meydan sulamağa imkan tapmasaydılar, nə yaxşı olardı, necə rahat yaşayardıq!…”

Mehdi Hüseynin ölümü

1934-cü ildə yaradılan Azərbaycan Yazıçılar İttifaqının (hazırda: Birliyinin) quruluş fəlsəfəsi (kağız üzərində nə yazılmasından asılı olmayaraq!) Leninin məşhur tezisinə əsaslanırdı: ədəbiyyatı partiya və hökumət işinin vintciyinə və təkərciyinə çevirmək!

Məhz bu anormal tezisin nəticəsidir ki, bu ittifaq yarandığı ilk gündən şər yuvasına çevrildi: karyerist və komformist maraqlardan irəli gələn danosbazlıq, intriqaçılıq elə günümüzdə də həmin təşkilatın ruhunu, mövcudluğunu təşkil edir.

İttifaq tarixinin ən amansız konfliktlərindən biri isə 1960-cı illərin əvvəlində daha da şiddətli hal alan Mehdi Hüseyn – Süleyman Rəhimov ixtilafı idi.

Ustad Sabir Əhmədlinin yazdığı kimi, o vaxtacan da Yazıçılar İttifaqında xeyli çəkişmə, intriqa yaşanmışdı. Hətta bu çəkişmələr, intriqalar səbəbilə təşkilatın adını ikiyə ayırır, “İt-tifaqı” deyə çağırırdılar.

Lakin Mehdi Hüseynlə Süleyman Rəhimovun qovğası bu intriqabazlığın kulminasiya nöqtəsi idi.

İş o yerə çatmışdı ki, Azərbaycan SSR-nin o vaxtkı rəhbəri Vəli Axundov tərəfləri Mərkəzi Komitəyə çağırtmalı olmuşdu. Mərkəzi Komitədəkilər münaqişənin səbəbini bilmək, daha doğrusu, iki qrupun öz ağzından eşitmək istəmişdilər. Cavablardan belə başa düşmək olardı ki, intriqanın kökündə ədəbiyyat məsələləri dayanır. Halbuki, Sabir Əhmədlinin yazdığı kimi, “bunlarınkı sənət, məslək, ideya davasından artıq, şöhrət və qazanc üstündə idi…”

Süleyman Rəhimov adətən başına çalpapaq qoyduğundan onun tərəfdarlarını “çalpapaqlılar” adlandırırdılar. Çalpapaqların başçısı Mərkəzi Komitədəki iclasda Vəli Axundova deyir: “Vəli Yusifoviç, təsəvvür edin ki, biz bir maşında gedirik. Bu maşının da sürücüsü Mehdi Hüseyndir. O, maşını yaxşı sürmür, çala-çökəyə salır, bizi də atıb-tutur, içimiz tökülür”. Vəli Axundov cavabında dillənir: “O, yaxşı sürə bilmir, Siz də bir yandan onun başını qatır, sürməyə qoymursunuz”.

Süleyman Rəhimovun İttifaqa rəhbərlik uğrunda Mehdi Hüseynlə amansız mübarizəsi 1965-ci il martın 10-da faciəli sonluğa gətirib çıxarır: qurumun Rəyasət Heyətinin gərgin keçən iclasında Mehdi Hüseynin ürəyində şiddətli ağrılar başlayır və elə oradaca dünyasını dəyişir.

Həmin vaxt SSRİ Yazıçılar İttifaqı yanında Sovet xalqları ədəbiyyatı komissiyasında Azərbaycan üzrə məsləhətçi işləyən görkəmli yazıçımız Çingiz Hüseynov xatirələrində yazır: “1965-ci il mart ayının 10-da günün axırında Markov məni təcili olaraq yanına çağırtdırdı. Onun kabinetinə daxil oluram. Markov qıpqırmızıdır, başdan-ayağa pörtmüş halda telefonla Bakı ilə danışır. Bir şey anlamadan “Necə öldürüblər?!” deyir və telefonun dəstəyini mənə uzadır. “Öyrən onlarda, Bakıda nə baş verib?” Dəstəyin digər ucundakı Yazıçılar İttifaqının katibi Nəbi Xəzridir. O, həyəcanla qışqırır: “Mehdi Hüseyni öldürdülər, birbaşa iclasda…”. Sonra isə qatillərin adını çəkir: “Süleyman Rəhimov!… Məmməd Rahim!…” Mən soruşuram: “Bu nə cəfəngiyyatdır?” Nəbi Xəzri isə təsdiq edir ki: “Öldürdülər!””

Moskvadakılar şokdadırlar. Yekun qənaət aydındır: “İntriqanın nəticəsidir!” Məsələ burasındadır ki, bir müddət əvvəl Bakıda yazıçılar üçün inşa edilmiş binanın bölgüsü olub. Lakin bölgü narazılıq yaradıb. Moskvaya göndərilən şikayətlərin ardı-arası kəsilmir.

(Tarixçi Cəmil Həsənli yazır ki, doğrudan da, 47 mənzildən ibarət olan binada ev almaq üçün 175 yazıçı müraciət eləmişdi. Mehdi Hüseyn yaranmış narazılığı azaltmaqdan ötrü Vəli Axundova məktub unvanlayır. Xahiş edir ki, yeni binada ev alan yazıçıların əvvəlki mənzilləri ehtiyacı olan digər yazıçılara verilsin. Axundov onun xahişini nəzərə alır və bununla bağlı Bakı şəhər icraiyyə komitəsinin o vaxtkı sədri Əliş Ləmbəranskiyə müvafiq göstəriş verir).

Təcili olaraq Moskvadan Bakıya Çingiz Hüseynovun da daxil olduğu briqada yollanır. Yazıçının xatirələrindən oxuyuruq ki, briqada üzvləri ertəsi gün artıq Mehdi Hüseynin evində imiş. Onun həyat yoldaşı Fatma xanım dayanmadan ağlayır və göz yaşları içində deyirmiş: “Onu Süleyman (Rəhimov – E.A) öldürdü. O mənə demişdi ki, qoy Mehdi mənimlə intriqa aparmağı qurtarsın, yoxsa ürəyini partladaram. Allah onun cəzasını verməyəcək?”

Hadisə baş verən gün isə iclas iştirakçılarının bir çoxunun imzası ilə akt hazırlanır. Aktda deyilirdi: “Bu gün, yəni mart ayının 10-da saat 3.40-da Rəyasət Heyətinin iclasında Süleyman Rüstəm, Süleyman Rəhimov və Məmməd Rahimlə Mehdi Hüseyn arasında mübahisə baş verdi. Süleyman Rəhimov və Məmməd Rahim Mehdi Hüseyni dəfələrlə təhqir etdilər. Bunun nəticəsində Azərbaycan Yazıçılar İttifaqının birinci katibi vəfat etdi…” Sənədi imzlayanlar arasında Nəbi Xəzri, İmran Qasımov, Mirzə İbrahimov, Məmməd Cəfər Cəfərov, İsmayıl Şıxlı, Əli Vəliyev, Əhməd Cəmil, Osman Sarıvəlli, Hüseyn Abbaszadə vardı.

Mehdi Hüseynin ölümü ilə nəticələnən hadisə barədə məlumat tezliklə SSRİ-nin hər tərəfinə yayılır və böyük müzakirələrə səbəb olur. Bir çoxları hadisənin araşdırılması üçün ittifaqın o zamankı Baş prokuroru Rudenkoya müraciət göndərməyi təklif edirlər: onların fikrincə, baş verən hadisəyə cinayət faktı kimi yanaşmaq lazımdır. Lakin Sovet rəhbərliyi məsələnin həllini Azərbaycan SSR KP MK-ya həvalə etməyi üstün tutur…

Moskvada yaşayan tanınmış tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Əziz Şərif martın 16-da Mirzə İbrahimova (həmin vaxt ona Azərbaycan Yazıçılar İttifaqına müvəqqəti rəhbərlik tapşırılmışdı) yazırdı: “Xasiyyətində olan bəzi nöqsanlara baxmayaraq (hansımız nöqsansızıq?), mən Mehdini ürəkdən istəyirdim və onun ölümü mənə ağır zərbə oldu… Mühitimizdəki çirkinliklər olmasaydı! aramızda gəzən və duru suyumuzu bulandıran alçaqlar meydan sulamağa imkan tapmasaydılar, nə yaxşı olardı, necə rahat yaşayardıq!…”

Əziz Şərifin hansı “duru su”dan danışdığını söyləməyə çətinlik çəkirik. Hər halda indi – aradan onillər keçdikdən sonra əsla şübhə qalmır ki, Azərbaycan ədəbi mühitində “sular” lap başından, 1930-cu illərin əvvəlindən bulanmışdı. İndi isə o ancaq üfunət qoxuya bilərdi…

Moskvada da daxil olmaqla SSRİ-nin dörd bir yanında Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin iclasındakı məşum hadisənin şoku yaşanarkən, Bakıda Mehdi Hüseynin ölümü ətrafında ajiotaj güclənir, hadisələr daha gərgin istiqamətdə inkişaf etməyə başlayırdı. Halbuki gözləmək olardı ki, bu ölüm faktından sonra ara nisbətən sakitləşəcək, “şər yuvasındakılar” ədəbiyyatla yaxından-uzaqdan əlaqəsi olmayan intriqalarına, ən azı, bir müddət ara verəcəklər.

Lakin, yuxarıda da dediyimiz kimi, növbəti günlərdə tərəflər arasında ixtilaf əndazəni tamam aşdı…

*23 nəfər gənc yazıçı Vəli Axundova ünvanladıqları məktubda ondan nə tələb etmişdilər?

*Vəli Axundova göndərilən başqa bir məktubda Mehdi Hüseyndən sonra kim özünü “növbəti qurban” elan eləmişdi?

*Mehdi Hüseynin “qatili” kimi göstərilən Süleyman Rüstəm, Süleyman Rəhimov və Məmməd Rahim özləri haqqında ittihamlara nə cavab vermişdilər?

Bu sualların cavabını növbəti yazıda öyrənəcəksiniz.

Ən yeni dövr Azərbaycan ədəbiyyatı
II mərhələ. XX əsrin ortalarından bu günə qədər

B.Vahabzadənin hansı pyesi “Dədə Qorqud” dastanının motivləri əsasında yazılmışdır?

” Vicdan”
“İkinci səs”
“Özümüzü kəsən qılınc”
“Yağışdan sonra”
“Yollara iz düşür”

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR
Paylaşın – Hamı bilsin

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.

Testin cavabını göstər

Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı “Testin izahını yazın” bölməsinə yazın.

“Ömür kitabı”:

publisistik əsərdir

İ.Əfəndiyevin “Söyüdlü arx” romanı neçənci ildə yazılıb və əsərin baş qəhrəmanı kimdir?

1958-ci ildə”Səriyyə
1960-cı ildə;Nuriyyə
1958-ci ildə;Adil
1958-ci ildə;Nuriyyə

B.Vahabzadənin hansı poeması süjetsiz poeamadır?

İ.Şıxlı neçənci ildə orduya çağırılır?

1935-ci ildə
1937-ci ildə
1938-ci ildə
1942-ci ildə
1945-ci ildə

Dramaturgiyamızda lirik-psixoloji dram janrının ilk nümunəsini kim yaradıb?

İlyas Əfəndiyev
İsmayıl Şıxlı

B.Vahabzadə “Əbədi heykəl” kitabını neçənci ildə yazıb?

1942-ci ildə
1947-ci ildə
1949-cu ildə
1953-cü ildə
1957-ci ildə

“Qaçaq Nəbi” mənzum pyesinin müəllifi kimdir?

Məmməd Rahim
Osman Sarıvəlli
Əhməd Cavad
Süleyman Rüstəm

Nəsr sahəsində rolu olanlara aid deyil?

Seyid Hüseyn
Əli Vəliyev
Mehdi Hüseyn
Nigar Rəfibəyli

Ədəbiyyatşünas-tənqidçi kimdir?

N.Həsənzadə

Bunlardan biri Əhməd Cavadın əsəridir?

“Çırpınırdı Qara dəniz”

Bunlardan birinin poeziya sənətində rolu yoxdur?

Mikayıl Müşfiq
Məmməd Rahim
Seyid Hüseyn
Əhməd Cavad

Azərbaycan ədəbiyyatı tarixinin bu dövrü neçə mərhələyə bölünür?

B.Vahabzadənin hansı pyesi “Dədə Qorqud” dastanının motivləri əsasında yazılmışdır?

“İkinci səs”
“Özümüzü kəsən qılınc”
“Yağışdan sonra”
“Yollara iz düşür”

C. Cabbarlı mədəni inqilab illərində hansı əsərlərini yazıb?

“Bakı müharibəsi”, “Araz çayı”
“Sevil”, “Od gəlini”
“Almaz”, “Dönüş”
“Ədirnə fəthi”, “Aydın”

S.Vurğunun müharibə illərində yazdığı şeirlərə aid deyil:

“ Şəfqət bacısı ”
“ Azərbaycan ”
“ Gözaydınlığı ”

Yaradıcılığının ilk dövrlərində şeirlərini “ Behçət ” təxəllüsü ilə yazmışdır:

Bəxtiyar Vahabzadə
Məhəmməd Hadi
Məhəmmədhüseyn Şəhriyar

Hüseyn Cavidin dramaturgiya yaradıcılığının son əsəri hansıdır?

“Iblisin intiqamı”

Sabirin ilk peşəsi nə olub?

sabun bişirən

C. Məmmədquluzadə hansı qəzetin redaktoru olmuşdur?

“Molla Nəsrəddin”

Biri realistdir:

Ə.Hüseynzadə

Ismayıl Şıxlı “Dəli Kür” romanını hansı illərdə yazıb?

Mənzum dramaturgiyanın banisi kimdir?

C.Məmmədquluzadə

Variantlardan hansı Mehdi Hüseyninin əsəridir?

Qan intiqamı
Yeraltı çaylar dənizə axar
46 bənövşə
Qara gözlər

Hüseyn Cavid filosof və şair obrazını hansı əsərində yaratmışdır?

Topal Teymur

Məhz bu azərbaycanlı realistin əsərlərinin birində Mənfi Pruşeviç obrazı vardır:

C. Məmmədquluzadə
Ə. Haqverdiyev

Molla Nəsrəddin jurnalının rəssamı kim olmuşdur

Oskar Şumerlinq
Bəhlul Kəngərli
Əzim Əzimzadə
Səttar Bəhlulzadə
Cəlil Məmmədquluzadə

Xuşidbanu Natəvan dramında hadisələr hansı şəhərlərdə baş verir

Tiflis Şuşa
Şamaxı Gəncə
Astara Ərdəbil
Tiflis Bakı

Bu şeirində şair insanın vətən qarşısında borcunu bəndənin Allah qarşısındakı borcuna bənzədir

“Təyyarələr”
“Şəhid məzarları”
“Latın dili”

Mirzə Ələkbər Sabirin “Fəxriyə” adlı şeirində hansı ideya əks olunur?

sənətkarın hökmdarlardan üstünlüyü
milli və dini birlik
xalq zəkasının dərinliyi
milli və mənəvi sərvətlərin tükənməzliyi

Cəlil Məmmədquluzadənin ilk mətbu əsəri hansıdır?

“Poçt qutusu”
“Usta Zeynal”
“Kişmiş oyunu”
“Çay dəzgahı”
“Danabaş kəndinin məktəbi”

Haqqımızda

Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.

Əlaqə

  • Azərbaycan, Bakı şəhəri
  • +994 50 686 86 44
  • sbabanli@yahoo.com

Abunə

Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)

© Bütün hüquqlar qorunur.

Mehdi Huseyn – Wikipedia

Mehdi Əli oğlu Hüseynov ( 4 (17) aprel 1909 , İkinci Şıxlı , Qazax qəzası – 10 mart 1965 [1] , Bakı [1] ) — Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri (1958–1965), nasir, dramaturq, tənqidçi, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1964), “Stalin” mükafatı laureatı (1950), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–1965), 1941-cı ildən Sov.İKP üzvü.

Mündəricat

Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax qəzasında anadan olmuşdur. O, öz fəaliyyətinə hekayə ilə başlamış, ilk hekayəsi 1927-ci ildə nəşr edilmişdir. İlk iri həcmli əsərlərinə məhəbbət mövzusunda yazdığı “Kin” povesti və siyasi motivli “Daşqın” romanı aiddir. 1930-cu illərin hadisələrini əks etdirən “Tərlan” romanı da onun qələminin məhsuludur. Müharibə mövzusunda isə “Nişan üzüyü” hekayəsini, “Fəryad” və “Ürək”povestlərini yazmışdır.

1948-ci ildə Bakı neftçilərinin bədii obrazını “Abşeron” romanında əks etdirmişdir. Yazıçının tarixi mövzulu dram əsərlərində: “Cavanşir”, “Nizami”, [2] “Şamil” görkəmli şəxsiyyətlərin obrazları hazırlanmışdır. M.Hüseyn şəxsiyyətə pərəstiş dövrünün acınacaqlı təsvirini “Yeraltı çaylar dənizə axır” romanında bədii şəkildə, sənətkərlıqla əks etdirə bilmişdi.O, Azərbaycan yazıçısı, dramaturq, tənqidçi, ictimai xadim, Azərbaycan xalq yazıçısı (1964) və SSRİ Dövlət mükafatı laureatıdır(1950).Azərbaycan Dövlət Universitetinin pedaqoji fakültəsinin tarix şöbəsini (1929) və Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenariçilər kursunu (1938) bitirmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi, Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin məsul katibi (1930–34), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–65) olmuşdur.Yaradıcılığa müxbir yazıları ilə başlamışdır. İlk tənqidi məqaləsi (“Bizdə futurizm cərəyanı”) 1926 ildə, ilk hekayəsi (“Qoyun qırxımı”) isə 1927 ildə dərc edilmişdir. “Bahar suları” (1930), “Xavər” (1930) kitablarındakı hekayələrdə Azərbaycan kəndində yeni həyat uğrunda mübarizənin səciyyəvi epizodları, dövrün koloriti əksini tapmışdır. “Tunel” (1927), “Qan intiqamı” (1928), “Kin” (1935), “Daşqın” (1933–36) romanında Mehdi Hüseyn fərdi xüsusiyyətləri ilə seçilən sujetlər yaratmışdır.Azərbaycan ədəbiyyatında ilk tarixi povest olan “Komissar”da (1942–49) pəşəkar inqilabçı M.Əzizbəyovun surəti ön plana çəkilmişdir. Ən mü¬hüm tarixi əsəri olan “Səhər” (1953), “Tərlan” (1940), “Vətən çiçəkləri” (1942), “Moskva” (1942), “Ürək” (1945), “Fəryad” (1945) əsərlərində vətənpərvərliyin qüdrəti, adamların mərdliyi və qəhrəmanlığı tərənnüm olunur. Neftçilərin həyatından bəhs edən “Abşeron” (1949), müəyyən mənada onun davamı olan “Qara daşlar” (1957–59) və ölməz “Yeraltı çaylar dənizə axır” (1965–1966) romanları ictimai, mənəvi əxlaqi problemlərə cəsarətli müdaxilə baxımından diqqətə layiqdir.Mehdi Hüseyn dramaturq kimi də tanınmışdır. O, dram yaradıcılığına “Şöhrət” (1939) pyesi ilə başlamışdır. “Nizami” (1942) və “Cavanşir” (1957) tarixi dramlarında Azərbaycan xalqının vətənpərvəliyi, qəhrəmanlıq ənənələri əks olunmuşdur. “Alov” (1961), “İntizar” (1944, İ.Əfəndiyevlə birgə), “Şamil” (1940–41) və “Qardaşlar” (1948) pyesləri, habelə xatirələri, yol qeydləri “Bir ay və bir gün” (1963), gündəlikləri var. “Şair” (1939), “Fətəli xan” (1947, Ə.Məmmədxanlı ilə birgə), “Səhər” (1958), “Qara daşlar” (1958) kino ssenarilərinin müəllifidir.Mehdi Hüseyn tənqid və publisistika sahələrində də fəaliyyət göstərmişdir. Onun əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. /* Həyatı */

Görkəmli ədib Mehdi Hüseyn 10 mart 1965-ci ildə Bakıda vəfat etmişdir. Adına Bakıda küçə, Qazax rayonunda məktəb-lisey var.

  • Mehdi Hüseyn. Seçilmiş əsərləri: I cild – Hekayələri “Yeraltı çaylar dənizə axır” romanı
  • Mehdi Hüseyn. Seçilmiş əsərləri: II cild – “Abşeron” romanı
  • Mehdi Hüseyn. Seçilmiş əsərləri: III cild – Pyesləri, ədəbi-tənqidi məqalələri

Comments are closed, but trackbacks and pingbacks are open.