Mehman abdullayev azerbaycan tarixi 2019
Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində qeyd olunur ki, Bərdə hökmdarı Nüşabə böyük fateh makedoniyalı İsgəndərlə görüşüb, öz müdrikliyi və dərin ağlı ilə onu sülhə çağırıb, dünya malı üçün qan tökməkdən çəkindirib.
Azərbaycanın qəhrəman qadınları döyüş meydanlarında
Azərbaycan tarixi təkcə oğullarımızın deyil, qəhrəman qadınlarımızın da şücaəti ilə zəngindir. Onların arasında diplomatlar, hökmdarlar, hətta sərkərdələr, döyüşçülər də olub. Qədim yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud”da Burla xatun, Banu Çiçək, Selcan xatun kimi kişilərlə qoşa yay çəkən, qurşaq tutub güləşən, cıdırda öndə gedən qəhrəman qadınlarımız haqqında məlumat verilib.
Massaget hökmdarı Tomris İran şahı Kirin Azərbaycana hücumunun qarşısını almış, böyük hünər, ağıl və mətanət göstərmişdi. Tarixin atası adlandırılan Herodot yazırdı: “Massagetlər, deyilənə görə, çoxsaylı və cəsur bir tayfa olublar. Onlar issedonlarla qarşı-qarşıya, Günəşin doğuşu istiqamətində Şərqdə, Araz çayının arxasında yaşayırdılar”. Bəzi mənbələrdə onları skif tayfalarından sayırlar və bunların törəmələrinin massagetlər olduğunu hesab edirlər. Massagetlərin hökmdarı ölür, tayfanın başına onun dul qadını Tomris keçir. Tomrisin igidliyi yarımhəqiqət və bəzən də əfsanələşdirilmiş şəkildə yazılmaqda və deyilməkdədir.
Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində qeyd olunur ki, Bərdə hökmdarı Nüşabə böyük fateh makedoniyalı İsgəndərlə görüşüb, öz müdrikliyi və dərin ağlı ilə onu sülhə çağırıb, dünya malı üçün qan tökməkdən çəkindirib.
XIII əsrin əvvəllərində Xarəzmşah Cəlaləddinin Azərbaycana təcavüzü zamanı Atabəylər dövlətinin sonuncu hökmdarı Müzəffərəddin Özbək Əlincə qalasına qaçıb. Onun Təbrizdə qalan arvadı Mehrican xatun 1225-ci ildə təbrizli Şəmsəddinlə birlikdə Təbriz, Xoy, Naxçıvanın işğaldan azad olunmasında igidliklə vuruşub, böyük hünər göstərib.
Atabəy Şəmsəddin Eldəgizin xanımı, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın anası Möminə xatun ərinin və oğlanlarının hakimiyyətləri dövründə böyük siyasi nüfuza malik olub və vəfatından sonra onun şərəfinə türbə ucaldılıb.
Türk dünyasının igidi Koroğlunun Nigarı onun həm xanımı, həm silahdaşı olub.
1776-cı ildə Dərbənd şəhərini idarə etmək Quba xanı Fətəli xanın arvadı Tuti Bikəyə tapşırılıb. O, ərinin döyüşdə öldürülməsi barədə şayiələrə inanmayaraq şəhəri sonadək müdafiə edib, 9 ay düşməni Dərbəndə yaxın buraxmayıb.
Qaçaq Nəbinin ömür-gün yoldaşı Həcər əlində silah 25 ildən artıq at belində zalımlara qarşı döyüşüb.
Artıq bizi on beş illik zaman məsafəsi ayıran XX yüzillik həm dünya, həm də Azərbaycan tarixində qanlı müharibələr əsri kimi iz buraxıb.
1941-ci il iyunun 22-də dünyanın az qala yarıdan çoxunu öz ağuşuna alan II Dünya müharibəsinin yeni mərhələsi başlanıb. Keçmiş SSRİ dövründə bu, Böyük Vətən müharibəsi adlandırılırdı. Bu müharibədə 700 min azərbaycanlı iştirak edib. 1941-ci ildən 1945-ci ilədək davam etmiş müharibədə təkcə Azərbaycandan 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Həmin qanlı müharibədə kişilərlə bərabər, qadınlarımız da böyük rəşadətlər göstərib, qələbənin təmin olunmasında canlarından keçiblər.
İkinci Dünya müharibəsində Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi olan azərbaycanlı Leyla Məmmədbəyova aviasiya mayoru rütbəsinə yüksəlib. L.Məmmədbəyovanın 6 uşağından 4-ü yetkinlik yaşına çatmadığına görə onun Böyük Vətən müharibəsində iştirakına icazə verilmir, lakin o, müharibə illərində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollayır. Onun tələbələri arasında 2 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.
Dürrə Məmmədova-Kosmodemyanskaya II Dünya müharibəsinin iştirakçısı, baş leytenant, “SSRİ tibb xidməti əlaçısı” olub. 1981-ci ildə müharibə iştirakçısı kimi “Azərbaycan SSR-in əməkdar səhiyyə işçisi” adına layiq görülüb.
Digər həmyerlimiz – Sona Nuriyeva da ilk təyyarəçi qadınlardan biri olub. Bakı təyyarəçilər klubunun yetirməsi olan S.Nuriyeva 1945-ci ildən beynəlxalq hava xəttində (Almaniya, Bolqarıstan, Yuqoslaviya, Polşa və s.) qulluq edib, 1949-1968-ci illərdə Zabrat aeroportunda işləyib. Keçmiş SSRİ Ali Sovetinin deputatı seçilib, orden və medallarla təltif edilib.
Aliyə Rüstəmbəyova II Dünya müharibəsinin gedişində partizan hərəkatının iştirakçısı olub. O, müharibənin ilk günlərindən Moskva, sonra Smolensk yaxınlığında tibb-sanitar batalyonunda xidmət edib. 1941-ci ildə əsir düşüb, 1942-ci ilin əvvəllərində əsirlikdən qaçıb, Smolensk meşələrində fəaliyyət göstərən “Deduşka” partizan dəstəsinə qoşulub. Tibb-sanitar batalyonunun rəisi kimi döyüşlərin birində həlak olub.
Kapitan rütbəli təyyarəçimiz Züleyxa Seyidməmmədova II Dünya müharibəsində qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini olub. O, 500-dən artıq döyüş uçuşu keçirib. 1952-1975-ci illərdə Azərbaycan SSR ictimai təminat naziri, Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Dövlət tərəfində bir neçə dəfə təltif edilib.
Müharibə illərində digər bir qadın qəhrəmanımız gəmi kapitanı Şövkət Səlimova 1940-cı ildə Bakı Dənizçilik Məktəbini bitirib. O, Xəzər Dəniz Gəmiçiliyində kapitan müavini və kapitan işləyib. Müharibə dövründə dünyada iki qadın gəmi kapitanından biri olub.
Böyük Vətən müharibəsində alman faşizmi üzərində Qələbəyə qəhrəman Azərbaycan qızları da öz töhfələrini veriblər. Çünki onlar qədim qəhrəmanlıq ənənəsinə malik bir xalqın qızları idilər.
Bu qəhrəmanlıq salnaməmizə bu gün də yeni-yeni səhifələr yazılır. Erməni qəsbkarları 1988-ci ildən torpaqlarımıza təcavüz etməyə başladıqları andan bu günədək Azərbaycanın qəhrəman qızları igid oğullarımızla çiyin-çiyinə torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparırlar.
Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulub. 1979-cu ildə M.Müşfiq adına 18 nömrəli orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərib. 1991-ci il yanvarın 9-da Laçın-Şuşa yolunun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında azğınlaşmış erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, oturduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə istedadlı jurnalist, “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı və ən nəhayət Azərbaycanın qeyrətli qızı Salatın Əsgərova amansızcasına qətlə yetirilib. O, Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Paytaxtda bir küçə, Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu kənd Salatınkənd adını daşıyır.
Gültəkin Əsgərova 1960–cı il noyabrın 20-də Bakıda anadan olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Əmək fəaliyyətinə 8 nömrəli təcili tibbi yardım stansiyasında başlayıb, 1991-ci ildən Uroloji Kliniki Xəstəxanada işləyib. 1992-ci ilin aprelindən könüllü olaraq cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. 1992-ci il iyulun 19-da Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ölümündən sonra, 1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Həlak olduğu yüksəkliyə, Xəzərin sularında üzən bir gəmiyə, ailəsində isə bir körpəyə onun adı verilib.
Qaratel Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. Bakı Ticarət Texnikumunu və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışıb. 1991-ci ildə doğma yurdu Qazaxa qayıdıb, könüllü olaraq ana torpağın müdafiəsinə qalxıb. 1993-cü ildə Aşağı Əskipara kəndində mühasirəyə düşüb, güclü atışmada əsgərlərimizə kömək edib, “Kalaşnikov” markalı avtomatla çoxlu erməni quldurlarını öldürdükdən sonra düşmən əlinə keçməmək üçün axırıncı gülləni özünə vurub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Vəfa Mansurova 1966-cı il iyulun 23-də Qazax rayonunun Daş Salahlı kəndində qulluqçu ailəsində anadan olub. Kənddəki 2 nömrəli orta məktəbi bitirib. Arzusu tarixçi olmaq idi. Sənədlərini Bakı Dövlət Universitetinin tarix fakültəsinə təqdim edib, lakin Vəfa qəbul imtahanlarına deyil, həyat imtahanı vermək məqsədilə könüllü cəbhəyə yollanıb. Özünün və silahdaşlarının gərgin əməyi ilə qərargah yaradıb, kəndin ətrafında səngərlər qazdırıb, ermənilərlə sərhəddə gecələr gözətçi növbələri yaradıb. Kənd ziyalılarının, ağsaqqallarının köməyi ilə kənddən ianə toplatdırıb, könüllü hərbi birləşmələr üçün tank, top, qrad tipli silahlar, avtomatlar, xeyli sursat aldırıb. Onun və silahdaşlarının sayəsində düşmən sərhəddə yerləşən Daş Salahlı kəndinə yaxın düşə bilməyib, hər dəfə də ağır itki verərək geri oturdulub. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra qanuni çağırışçıların hesabına sərhədlərdə möhkəm nəzarət yaradılıb, Vəfa “daha qorxu yoxdur!” deyərək doğma ocağına qayıdıb. Lakin amansız ölüm bu igid el qızını sıralarımızdan tez aparıb. O, 1998-ci il aprelin 30-da vəfat edib, kənd qəbiristanlığında ailəsinin mənsub olduğu qədim Qayalı nəslinin dəfn edildiyi məkanda torpağa tapşırılıb.
Bu gün biz inanırıq ki, bu mənfur düşməni mütləq yenəcək, işğal olunmuş torpaqlarımızı azad edəcək və qələbə marşları yazacağıq! O zaman bütün şəhidlərimizin, eləcə də canını Vətən yolunda fəda etmiş zəriflərimizin ruhları ağ göyərçinə dönüb Vətən göylərində qələbə nəğməsi oxuyacaq. O gün mütləq gələcək!
Zərəngiz Mansurova
Mehman abdullayev azerbaycan tarixi 2019
I fəsil. Azərbaycan XIX əsrin 30 – 50-ci illərində
- 1. Müstəmləkə rejiminin yaranması
- 2. Təsərrüfat və əhalinin həyatı
- 3. Xalq hərəkatı
- 4. Müstəmləkə rejiminin möhkəmləndirilməsi
II fəsil. Azərbaycan XIX əsrin 60 – 90-cı illərində
- 5. Burjua islahatları
- 6. Kənd təsərrüfatında yeniliklər
- 7. Bakının dünyanın neft mərkəzinə çevrilməsi
- 8. Sənayenin digər sahələri. Nəqliyyat, rabitə və ticarət
- 9. Millətin formalaşması
- 10. Xalq hərəkatı
- 11. Cənubi Azərbaycan Qacarlar dövlətinin tərkibində
- 12. XIX əsrdə təhsil və elm
- 13. Milli mətbuatın, teatrın yaranması. Ədəbiyyat və incəsənət
III fəsil. Azərbaycan XX əsrin əvvəlində
- 14. Sənayenin vəziyyəti
- 15. Kənd təsərrüfatı. Yeni aqrar qanunlar
- 16. Azadlıq hərəkatının yeni mərhələsi
- 17. Azərbaycanlı əhaliyə qarşı ermənilərin törətdikləri kütləvi qırğınlar. Milli-demokratik hərəkat
- 18. Milli partiya və təşkilatların yaranması
- 19. Azərbaycan Birinci Dünya müharibəsi illərində
- 20. Azərbaycan 1917-ci il Fevral inqilabından sonrakı dövrdə
- 21. Mədəniyyət
IV fəsil. Azərbaycan Xalq Cümhuriyyəti
- 22. Şimali Azərbaycanda türk-müsəlman əhaliyə qarşı soyqırımları
- 23. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
- 24. Dövlət quruculuğu sahəsində tədbirlər
- 25. Erməni işğalçılarına qarşı mübarizə
- 26. İqtisadi, sosial və mədəni tədbirlər
- 27. Xarici siyasət
- 28. Cənubi Azərbaycanda milli azadlıq mübarizəsi
V fəsil. Azərbaycan 1920 – 30-cu illərdə
- 29. Sovet rejiminin qurulması
- 30. Sovet rejiminə qarşı xalq hərəkatı
- 31. Formal müstəqilliyin ləğvi
- 32. Azərbaycanın ərazi bütövlüyünə yeni qəsdlər
- 33. Azərbaycanda sovet hökumətinin iqtisadi tədbirləri
- 34. Zorakı kollektivləşdirmə
- 35. Totalitar rejimin qurulması. Kütləvi repressiyalar
- 36. Mədəni quruculuq tədbirləri
VI fəsil. Azərbaycan ikinci Dünya müharibəsi və sonrakı dövrdə
- 37. Azərbaycan SSR İkinci Dünya müharibəsi illərində
- 38. Cənubi Azərbaycanda milli azadlıq mübarizəsi
- 39. Azərbaycan SSR müharibədən sonrakı onillikdə
- 40. Milli oyanış cəhdləri
- 41. 1940 – 60-cı illərdə mədəniyyət sahəsində uğurlar
- 42. 1970 – 80-ci illərdə sosial-iqtisadi yüksəliş
- 43. Yenidənqurma siyasətinin iflası
- 44. Ərazi bütövlüyü və milli hüquqların qorunması uğrunda mübarizə
- 45. Cənubi Azərbaycan müharibədən sonrakı dövrdə
- 46. 1970 – 80-ci illərdə mədəniyyətin inkişafı
VII fəsil. Azərbaycan Respublikası müstəqillik dövründə (1991 – 2000-ci illər)
- 47. Dövlət müstəqilliyinin bərpası
- 48. Qurtuluş hərəkatı
- 49. Qarabağ müharibəsi
- 50. Azərbaycan Respublikasının beynəlxalq və regional təşkilatlara üzv olması
- 51. Dövlət müstəqilliyini möhkəmləndirmək tədbirləri
VIII fəsil. Azərbaycan yeni minilliyin başlanğıcında
- 52. Azərbaycan Respublikasının inkişafında yeni mərhələ
- 53. Xarici siyasət
- 54. Mədəniyyətin inkişafında böyük uğurlar
Əhməd Cavad – Azərbaycan, Azərbaycan
Dağlarının başı qarlı,
Sinəsi yaşıl ormanlı!
Dərələrin şirin barlı,
Azərbaycan! Azərbaycan!
Səhraların sünbüllüdür,
İl müdam üstü güllüdür!
Bağçaların bülbüllüdür,
Azərbaycan! Azərbaycan!
Durna gözlü bulaqların,
Cənnət kimi yaylaqların!
Geniş-geniş oymaqların,
Azərbaycan! Azərbaycan!
Ormanında maral gəzər,
Çöllərində ceyran süzər!
Göllərində qazlar üzər!
Azərbaycan! Azərbaycan!
İlxında ayğır kişnəşir!
Naxrında buğan güləşir!
Süründə əmlik mələşir!
Azərbaycan! Azərbaycan!
Qayaların əlvan mərmər!
Belində var qızıl kəmər!
Bir yanında Bəhri-Xəzər!
Azərbaycan! Azərbaycan!
Sinən odu şölə salır!
Dünya səndən işıq alır!
Verməyəndə, zülmət qalır!
Azərbaycan! Azərbaycan!
İpək, pambıq, yunun çoxdur!
Arpa, buğda, dügün çoxdur!
Hər şeyin var, nəyin yoxdur?!
Azərbaycan! Azərbaycan!
Yer üzündə yoxdur tayın!
Gur-gur axar neçə çayın!
Bol veribdir, fələk payın!
Azərbaycan! Azərbaycan!
Laçının var, tərlanın var!
Çoxlu şirin dastanın var!
Qorxun yoxdur, düşmanın var!
Azərbaycan! Azərbaycan!
Gəncə, 1919
Comments are closed, but trackbacks and pingbacks are open.