Press "Enter" to skip to content

Uşanın tarixi və memarlıq abidələri – TARİXƏ BAXIŞ

96. Cəlal bəyin evi

Memarlıq şəhərsalma tarixi və bərpası

Bəşər svilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülaim və münasib təbii şərait olmuşdur. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır.

Memarlıq tarixdir – insanlıq tarixi. Bu tarixin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində belə mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvanda, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar.

Azərbaycan ərazisində Manna dövlətinin təşəkkülü (e.ə. IX-VII yüzillər), daha sonralar güneydə Atropatena dövlətinin yaranması ilə bağlı şəhərlər əmələ gəlmiş, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilmişdi. Həsənli rayonundakı abidələr kompleksi, eləcə də Urmiya gölü sahilindəki qayalarda çapılmış sərdabələrın tədqiqi göstərir ki, VII yüzildən eyvanlı mənzil tipi təşəkkül tapmışdı. Həmin dövrün digər memarlıq qurğularından yeganə dini tikili olan od mehrabları (müqəddəs odun saxlandığı yer) dövrümüzədək gəlib çatmışdır.

Qafqaz Albaniyası dövründə (e.ə. IV yüzil – eramızın VII yüzili) şəhərsalma sahəsində mühüm addımlar atılmışdır. Qəbələ şəhəhərinin möhkəm qala divarları, saxsı borularından çəkilmiş su kəməri, Dəmirqapı (Dərbənd) keçidində daşdan tikilmiş müdafiə sistemi (“uzun divarlar”), Çıraqqala (VI yüzil), Ləkit kəndindəki dairəvi xristian məbədi (V-VI yüzillər), Qum kəndindəki bazilika (təqribən VI yüzil), Mingəçevirdəki məbədlər kompleksi (VII yüzil) və s. bu şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir. Sasanilər dövrü memarlıq abidələrindən müdafiə tikililəri özəllikcə diqqəti cəlb edir. Xəzər dənizinin sahilindən başlayaraq, Babadağın ətəyində qurtaran Gilgilçay səddi və indiki Dəvəçi rayonu ərazisində yerləşən Beşbarmaq dağından başlayıb, Xəzərin sahillərinə qədər uzanan Beşbarmaq səddi Azərbaycanda istehkam tikililərinin inkişafı haqqında geniş təsəvvür yaradır.

Ərəb istilasından (VII yüzil) sonra Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişdi. Memarlıqda yeni tipli binaların – məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt oldu. Bərdə, Ərdəbil, Marağa, Urmiya, Şamaxı, Şəmkur (Şəmkir), Şabran, Beyləqan, Gəncə və Naxçıvan bu dövrdə Azərbaycanın ən önəmli şəhərləri idi. Şamaxı, Gəncə və Beyləqanın böyük şəhərlərə çevrilməsi də məhz bu dövrə aiddir.

Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişaf mərkəzi Bərdə şəhəri idi. Mənbələrdə “bu yerlərin Bağdadı” adlandırılan Bərdədə geniş tikinti işləri aparılmış, çoxlu məscid və başqa dini binalar, karvansara, bazar, hamam və s. tikilmişdi. IX-X yüzillərdə Xilafətin zəifləməsi nəticəsində Azərbaycanda kiçik feodal dövlətlərin yaranması ilə bağlı X-XII yüzillərdə müxtəlif memarlıq məktəbləri yarandı (Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron). Azərbaycan memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi. Aran memarlıq məktəbinə (Gəncə, Bərdə, Beyləqan) mənsub sənətkarların yaratdığı binaların əksəriyyəti Gəncə zəlzələsi (1139) və monqol hücumları (XIII yüzil) zamanı dağılmışdır. Gəncə və Beyləqanda aparılan arxeoloji tədqiqatlar bir sıra qurğu və bina qalıqlarını aşkara çıxarmışdır. Gəncə çayı üzərindəki 3 körpü (XII yüzil), Beyləqandakı yaşayış binaları, hamam və s. qalıqları Aran memarlıq məktəbinin üslub özəllikləri haqqında aydın təsəvvür yaradır.

XIII yüzilin oratlarında Elxanilər dövlətinin yaranması memarlıq sahəsində müəyyən canlanmaya səbəb oldu. Elxanilər sülaləsinin banisi Hülakü xanın (1256-65) hakimiyyəti illərində Marağa rəsədxanası tikildi. Dövlətin paytaxtının Təbrizə köçürülməsi ilə bağlı Təbriz şəhəri önəmli memarlıq-sənətkarlıq mərkəzinə çevrildi. Təbrizin ətrafında Arquniyyə, Qazaniyyə, Rəşidiyyə kimi şəhərciklər salındı.

XV yüzilin sonu – XVI yüzilin əvvəllərində Səfəvilər dövlətinin yaranması və Təbrizin paytaxt elan edilməsi, eləcə də Şirvanın inzibati mərkəz kimi əhəmiyyətini itirməsi ilə bağlı Azərbaycanın siyasi və iqtisadi həyatı ölkənin güneyində mərkəzləşdi. Bu dövrdə şəhərlərin böyüməsi ilə bağlı bədii ənənələr yeni inkişaf mərhələsinə çatdı. Azərbaycan memarlığında Təbrizin mövqeyi xüsusilə gücləndi.

XV-XVI yüzillərdə Azərbaycan memar və nəqqaşları başqa ölkələrdə də fəaliyyət göstərmiş, müxtəlif şəhərlərdə maraqlı sənətkarlıq örnəkləri yaratmışlar. Bursa, Qahirə, Bağdad, Dəmirqapı (Dərbənd), Herat, Səmərqənd və s. şəhərlərdəki bir sıra memarlıq abidələrində Azərbaycan memarların “imzaları” qalmışdır. Bursa şəhərindəki ünlü Yaşıl türbənin (1420-21) nəfis naxışlarla bəzədilmiş qapılarını azərbaycanlı usta Əhməd Təbrizli hazırlamışdır. Türbənin yaxınlığındakı Yaşıl Camenin (1424) mehrabını Təbriz ustaları özlərinin hazırladıqları müxtəlif boyalı çinilərlə bəzəmişlər. Çaldıran vuruşmalarından (1514) sonra I Sultan Səlim tərəfindən İstanbula aparılmış Azərbaycan memar Əli Təbrizli (Əsir Əli, Əcəm Əli təxəllüsləri il də tanınmışdır) İstanbuldakı Topqapı sarayının baştağını və Sultan Səlim məscidini (1522) tikmişdir.

XVII-XVIII yüzillərdə ticarətin inkişafı ilə bağlı, müxtəlif aidiyyətli binaların tikintisi genişləndi. Şamaxı, Gəncə və Bakıda karvansaralar, Ərdəbil (Qeysəriyyə bazarı) və Təbrizdə örtülü bazarlar, eləcə də dini binalar və yaşayış evləri inşa edildi. Karvansaralar Şərqdə, o cümlədən Azərbaycanda özgün ictimai tikili olmuşdur. Həmin çağda Azərbaycan şəhərlərinin strukturunda yaşayış evləri və məscidləridən sonra karvansaralar və onlarla bilavasitə bağlı olan ticarət tikililəri önəmli yer tuturdu.
XVIII yüzildə Azərbaycanın ayrı-ayrı xanlıqlara parçalanması, ölkənin iqtisadi cəhətdən dağınıqlığı memarlıq və inşaatın inkişafında durğunluğa səbəb oldu. Ayrı-ayrı hallarda keçmiş ənənələr əsasında tikilmiş binaların memarlıq həllində inşaat sənətinin geriləməsi özünü göstərir. Bununla yanaşı, şəhərsalma sənəti sahəsində müəyyən dönüş yarandı. İri şəhərlər və yaşayış məskənləri xanlıqların inzibati və sənətkarlıq mərkəzinə çevrildi.

XIX yüzil Azərbaycan memarlığı rus şəhərsalma sənəti əsasında şəhərlərin böyüməsi və inkişafı, Gəncə, Şamaxı, Bakı kimi şəhərlərin baş planlarının işlənib hazırlanması ilə səciyyələnir. Bu prosesə uyğun olaraq, şəhər tipli yaşayış evləri inkişaf edir.

Quzey Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra yeni tipli tikililərin meydana gəlməsi memarlığın inkişafında mühüm əhəmiyyət kəsb elədi. XIX yüzilin ortalarında teatr, məktəb, xəstəxana kimi yeni binalar, yaşayış evləri tikildi. Kapitalist istehsal münasibətlərinin yaranması və yayılması Azərbaycan memarlığının sonrakı inkişafına önəmli təsir göstərdi. Azərbaycan memarlığında müşahidə olunan yeni təzahürlər Bakının tikintisində özünü daha aydın göstərdi. Artıq XIX-XX yüzillərin ayrıcında neft sənayesinin sürətli inkişafı dövründə Bakı-Rusiya imperyasının iri şəhərlərindən birinə çevrilmişdi.

Sovet dövrü Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin (Binəqədi, indiki Rəsulzadə, Bakıxanov, Montin, Məmmədyarov) salınması ilə bağlıdır. Abşeronda fəhlə qəsəbələrinin tikilməsi həmin dövrdə gənc sovet memarlığının ilk nümunələri idi.

20-ci illərin başlanğıcından Bakıda yaşıllaşdırma və bağ-park memarlığı sahəsində mühüm işlər görülməyə başlandı.

Dünyada ilk dəfə açıq dənizdə, polad dirəklər üzərində salınmış şəhərcik olan Neft Daşlarının layihələndirilməsi və tikintisi müharibədən sonrakı dövr memarlığın da özəl yer tutur.

Bakının mərkəzi hissəsinin yenidən qurulması 1950-ci illərdə Azərbaycan memarlarının mühüm yaradıcılıq fəaliyyəti kimi davam edirdi. Şəhərin mərkəzində xeyli ərazidə yenidənqurma işəlri aparıldı və yeni binalar tikildi.

50-ci illərdə binaların layihələndirilməsi və tikintisində israfçılığın aradan qaldırılması, tikintində sənaye bazasının genişləndirilməsi ilə bağlı tədbirlər Azərbaycan sovet memarlığında yeni mərhələnin başlanğıcını qoydu. Həmin tədbirlər boş sahələrdə kütləvi mənzil tikintisini nəzərdə tuturdu. Bu isə layihə üsullarının kökündən dəyişdirilməsini tələb edirdi. Fərdi layihələrin yerini ayrı-ayrı hissələri yeni yaradılmış evtikmə kombinatlarında hazırlanan sənaye əsaslı eyni tipli evlərin tikintisi tutdu.

Məhz bu üsulun sayəsində qısa müddət ərzində iri yaşayış massivləri salındı.

1960-cı illərdə Azərbaycan şəhərsalma və memarlığın inkişafında keyfiyyətcə yeni dövr başlayır. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri məhz bu illərdə paytaxt tipli böyük şəhərə çevrilmişdir.

Bakının ən görkəmli yerlərində gözəl memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən müasir binalar ucadılmışdır. Bunların tam əksəriyyəti ümummilli liderimiz o zaman Azərbaycanın rəhbərliyinə gəlmiş Heydər Əliyevin şəxsi təşəbbüsü ilə və fəal nəzarəti altında layihələndirilib tikilmişdir.
Təkcə onu qeyd edək ki, nəzərdən keçirdiyimiz dövrdə Bakının təsdiq edilmiş baş planının hazırlanmasında Heydər Əliyevin xidməti əvəzsizdir. O, həqiqətən, paytaxtımızın çağdaş şəhərsalma tələblərinə cavab vermək baxımından gələcək taleyini böyük üzaqgörənliklə həll etmişdir. Bakıda və onun yaxınlığında tikilmiş bir sıra sənaye müəssisələri, bu dövrdə yaradılmış infrastruktur və nəqliyyat sistemi Azərbaycanın bu günkü müstəqilliyi və iqtisadi yüksəlişi üçün əsaslı zəmin yaratmışdır.

60-cı illərin sonu – 80-ci illərdə Bakıda bir sıra iri ictimai bina və qurğular tikilmişdir. Bunlardan Dövlət Sirki (Ə.İsmayılov, F.Leontyeva), Respublika Sarayı (V.S. Şulgin, B.İ.Ginzburq, E.R.Melxisedekov, mühəndis K.Kərimov), “Bakı” (H.Məcidov), “Qarabağ” (E.R.Mixisedekov), “Azərbaycan”, “Moskva”, “Abşeron” mehmanxanaları, Baş poçtamtın yeni binası (son 4 binanın layihəsi M.Hüseynovdur; N.Axundova və A.N.Oltetsianın iştirakı ilə), Respublika Statistika İdarəsinin binası (T.Xanlarov və b.), Bakı Dəmir Yolu Vağzalı (Ş.Zeynalova, Y.N.Kozlov, X.Rəhimova), Nərimanov rayon İcra Hakimiyyətinin binası (T.Xanlarov), Dövlət siyasi partiyalar və ictimai hərəkatlar arxivinin binası (Ş.Zeynalova, Y.Qədimov), “Nigah sarayı” (İ.Əliyev) “Gülüstan” şadlıq sarayı kompleksi (H.Əmirxanov, N.Hacıbəyov, T.Şarinski, F.Rüstəmbəyova, N.İsmayılov, K.Kərimov; Azərbaycan SSR Dövlət mükafatı, 1982), “Şərq bazarı” ticarət mərkəzinin 1-ci növbəsi (U.V.Revazov, P.İ.Yarinovski), Yüngül atletika maneji (Z.Quliyeva), Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin binası (T.Xanlarov, H.Muxtarov), Azərbaycan Respublikası Prezident Aparatının binası (T. Abdullayev) və s. binalar şəhərin memarlıq görkəmini daha da gözəlləşdirmişdir. Bakıda iri ictimai tikililərdən İdman Sarayı (T.Abdullayev, O.İsayev, Y.Qədimov, T.Xanlarov), “Şərq bazarı” kompleksinin 2-ci növbəsi (U. Revazov, P. Yarinovski), 18 mərtəbəli Hesablama Mərkəzi (T. Xanlarov, H. Muxtarov) və s. tutum-məkanquruluşu və şəhərsalma həlli baxımından diqqəti cəlb edir.

Bakının sürətlə genişlənməsi nəticəsində şəhərin ayrı-ayrı rayonları arasında nəqiliyyat əlaqəsi çətinləşdiyindən metropoliten tikintisi zərurətə çevrildi. Maraqlıdır ki, hələ Bakının baş planının 1932-ci il variantında metro tikntisi nəzərdə tutulurdu. 1967-ci il noyabrın 6-da Bakı metropoliteninin 1 növbəsinin 1-ci sahəsi (5 st.) açıldı. Həmin dövrdə Bakı keçmiş SSRİ-də metro nəqliyyatına malik olan 5-ci şəhər idi.

Bununla belə, son yüz ildə Azərbaycanın memarlıq irsi böyük itkilərə uğramışdır.

Bu azmış kimi 1990-cı ildən Ermənistanın Azərbaycana qarşı başladığı Qarabağ müharibəsi nəticəsində ümumi Qarabağ və ətraf rayonlar (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Ağdam) işğal olundu. Bu ərazilərdə qalan çoxsaylı Azərbaycan abidələri məhv edildi.

Tarixən formalaşan Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması problemləri ilə bağlı müxtəlif qərar və tədbirlər həyata keçirilmişdir. Şəki (196 8), Bakının İçərişəhər hissəsi, Şuşa və Ordubad (hər üçü 1977 ildə) şəhərləri, Lahıc qəs. (1980) Nardaran kəndi (1992), Qədim Şabran şəhəri (2002), Qax r. İlisu kəndi (2002), Ordubad r. Arpaçay vadisi (2002), Şabran rayonu Çıraqqala (2002), Şəki rayon Kiş kəndi (2003), Hacıqabul rayon Pir Hüseyn xanəgahı (2004) Azərbaycan memarlığı tarixi qoruğu elan edilmişdir.

Şuşanın tarixi və memarlıq abidələri – TARİXƏ BAXIŞ

Şuşa şəhərinin ərazisi qədim abidələrlə zəngin idi. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu.

SİA-nın topladığı məlumata görə, bu abidələrin çoxu XIX əsrdə yaşamış memar Kərbəlayı Səfixan Qarabağı tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilmişdir.

Ötən əsrin yetmişinci illərində Azərbaycan hökuməti iki tarixi qərar qəbul etmişdi. Həmin qərarların yerinə yetirilməsi Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb etmişdir. Şəhərdə yeni sənət ocaqları yaradılmış, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılmışdır. Bir sözlə, hər ötən il şəhərdə dərin iz qoymuşdu. Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi.

1. Qala divarı (uzunluğu8 km)

2. Qala Divarları üzərində tikilmiş bürclər (17 ədəd)

3. 17 qədim üslübda salınmış məhəllə

7. Meydan bulağı

10. Turşsu Qalereyası

11. Karvansaray (4 ədəd)

12. Şahlıq körpüsü

13. Gəncə qapısı

14. Mirzə Həsən qəbiristanlığı

16. Mirfəseh qəbiristanlığı

18. Torpaq meydan

19. Zarıslıda Korun karvansarayı

20. Təzə məhəllədə körpü

21. Ü.Hacıbəyovun heykəli

22. Bülbülün büstü

23. H.Hacıbəyovun büstü

25. Topxana meşəsi

26. Ağaböyük Xanımın bürcü

27. Malıbəylidə Qızlar məktəbi

28. Un dəyirmanı

29. Kəlba Şəhriyarın bağı

30. Mirfəseh bağı

31. “Həzrət Əli” kahası

33. Səkili bulağı

34. Qotur bulağı

35. Şəmilin bağı

36. Hacıyevlərin armud bağı

37. Ağabəyim Ağanın qəsri

38. Bəhmən Mirzə Qacarın saray kompleksi

39. Bəhmən Mirzənin hərəmxanası

40. Bəhmən Mirzə Qacarın tikdirdiyi “Bab” hamamı

41. Qacarların məqbərə kompleksi

42. Qulam Şahın malikanəsi

43. Əsəd bəyin malikanəsi

44. Mamay bəyin malikanəsi

45. Şeytana bazar

46. Əfsanəvi Leyli qalası

47. Çuxur məhəllədə 2 minarəli “Şəfa ocağı”

48. Məhəmməd Həsən Ağanın imarəti

49. Qarabağ xanlığının Divan kompleksi

50. “Həzrət Abbas Şəfa ocağı”

51. Dəlik-daş pilləkan kompleksi

52. Qarabaş Qazisinin mülkü

54. Vaqif poeziya evi

55. M.P.Vaqifin məqbərəsi

56. M.P.Vaqifin müəllimlik etdiyi bina

57. M.P.Vaqifin büstü

58. M.P.Vaqifin evi

59. Xan qızı Xurşud Banu Natəvanın sarayı

60. Xan qızı Xurşud Banu Natəvanın bulaq kompleksi

61. X.B.Natəvanın büstü

62. X.B.Natəvanın tikdirdiyi “Qarama”

63. X.B.Natəvanın tikdirdiyi həbsxana

64. Aşağı Gövhər Ağa Məscidi

65. Yuxarı Gövhər Ağa Məscidi

66. Malıbəyli Məscidi

67. Qaybalı Məscidi

68. Şırlan məscidi

69. Alban kilsəsi

71. Hacı Qulamın mülkü

72. M.M.Nəvvabın mülkü

73. M.M.Nəvvabın abidə kompleksi

74. Nəcəfqulu Ağanın mülkü

75. Ağa-Əbdürrəhim Ağanın evi

76. Hacı Bəşirin mülkü

77. Cabbar Qaryağdı oğlunun mülkü

78. Mirzə Hüseynin mülkü

79. Mirəlibəyin mülkü

80. Seyid Məcidin mülkü

81. Kəlba Şirinin mülkü

82. Öpənnik Qara Zeynalın mülkü

83. Fərzalı bəyin mülkü

84. Allahverənli Kəlba Şirinin mülkü

85. Çuxur məhəllədə Kal Həsənin evi

86. Təzə məhəllədə Xayatlılar Mehdinin evi

87. Çuxur məhəllədə Kürd uşağının evi

88. Məşədi Qəhrəmanın mülkü

89. Quyruq məhəlləsində Məşədi Teymurun evi

90. Mehmandarovun ev kompleksi

91. Zöhrabbəyovların evi

92. İbrahim xanın mülkü

93. Sadıqcanın qəsri

94.Uluq bəyin evi

95. Quyruq məhəlləsində Sadıq bəyin mülkü

96. Cəlal bəyin evi

97. Nəcəf bəy Vəzirovun mülkü

98. Virudin bəy Köçərlinin mülkü

99. Süleyman Sani Axundovun mülkü

100. İsmayıl bəyin evi

101. Məşədi Şirinin mülkü

102. Gəraf Əsgərovun mülkü

103. Ağamirovların mülkü

104. Hüsü Hacıyevin mülkü

105. Hüsü Hacıyevin büstü

106. Kəlba Hüseynin evi

107. Yusif Vəzir Çəmənzəmənlinin mülkü

108. Mir Həsən Vəzirovun mülkü

109. Qaraşovların mülkü

110. Hüseyn Qayıbovun mülkü

111. Q.B.Zakirin yaşadığı ev

112. Q.B.Zakirin qəbirüstü abidəsi

113. Hacı Dadaşın mülkü

114. Əbdülrəhim bəy Haqverdiyevin evi

115. Hacı Şükürün imarəti

116. Qədimovların mülkü

117. Ü.Hacıbəyovun ev muzeyi

118. Bülbülün ev muzeyi

119. Xalça muzeyi

120. Rəsm Qalereyası

121. Tarix Diyarşünaslıq muzeyi

122. Qarabağ Dövlət tarixi muzeyi

123. Azərbaycanda ilk “realnı uçiliş”in binası

124. Yaşıl aptek

125. Mədəniyyət evi

126. Külli miqdarda gümüş və mis qablar

127. İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi (Gövhər Ağanın məscdinin həyətində)

128. Qarabağ xanlığının vəziri Mirzə Cəmal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi

129. Tarixin yaddaşı olan Daş Kitabələr

MƏHƏLLƏLƏRİN ADLARI:

Memarlıq, şəhərsalma tarixi və bərpası (Online)

Title proper: Memarlıq, şəhərsalma tarixi və bərpası.

Parallel title: The Hıstory of archıtecture, town-plannıng and the reconstructıon of monuments

Parallel title: Istoriâ arhitektury, gradostroitelʹstva i restavracii

Parallel title: История архитектуры, градостроительства и реставрации

Other variant title: ŞÖBMA. Memarlıq, şəhərsalma tarixi və bərpası

Original alphabet of title: Extended roman

Subject: UDC : 72

Corporate contributor: ECIAA

Corporate contributor: Meždunarodnaâ akademiâ arhitektury stran Vostoka

Corporate contributor: Международная академия архитектуры стран Востока

Corporate contributor: MAASV

Corporate contributor: Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyası

Corporate contributor: Eastern Countries International Academy of Architecture

Corporate contributor: ŞÖBMA

Corporate contributor: МААСВ

Publisher: Bakı: Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyası

Dates of publication: 2012- 9999

Type of resource: Periodical

Language: Multiple languages

Language (other): Azerbaijani Russian

Comments are closed, but trackbacks and pingbacks are open.