Gec qurtarmaq üçün dərmanlar
E. Hacı cavab verdi – Pdo mysql bağlanısı olmur (36 gün əvvəl)
Nömrəni necə deaktiv edə bilərəm
sual aydın deyil. sındırsaz nömrəni olacaq istifadəyə yararsız. tam bağlatdırmaq istəsəz mobil operatorunuza müraciət edin, kömək etsinlər.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Azercell nömrəsidirsə, bağlamağı özünüz edə bilərsiniz.Sadəcə Azercell saytında,sağ tərəfdə kilid işarəsinə vurub. Orada nömrəni qeydiyyat edəndən sonra, deaktiv etmək mümkündür.
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin
Cavab verin
Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.
Üzvlər üçün giriş
Elan qutusu
Son cavablar və şərhlər
gul56 cavab verdi – Vöen və bank hesabı (5 saat əvvəl)
E. Hacı cavab verdi – Vöen və bank hesabı (15 saat əvvəl)
Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (3 gün əvvəl)
Mammadli-Help cavab verdi – İxtisasla bağlı (3 gün əvvəl)
Cənab cavab verdi – TOEFL vs IELTS (11 gün əvvəl)
yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (22 gün əvvəl)
Только Бог cavab verdi – PC üçün tövsiyə (25 gün əvvəl)
E. Hacı cavab verdi – Pdo mysql bağlanısı olmur (36 gün əvvəl)
Gec qurtarmaq üçün dərmanlar
Erkən boşalma problemi cinsi disfunksiyalara aiddir. Müxtəlif farmakoloji laboratoriyarlar bu problemin həlli məqsədilə hər il bir sıra tədqiqatlar aparır. Mövcud nəticələrə əsasən gec qurtarmaq üçün dərmanlar tərtib edirlər. Bu vasitələr müxtəlif sınaqlardan keçdikdən sonra dərman bazarına buraxılır.
Gec qurtarmaq üçün dərman – Dapoksetin
Gec qurtarmaq üçün dərmanlar arasında yeganə lisenziyalı antidepressantdır. Serotoninin geriyə sorulmasının selektiv inhibitorudur. Kişinin cinsi aktivliyini bir neçə dəqiqə artırır. Satışına Almaniya, İtaliya, İspaniya, İsveçrə və bir sıra ölkələrdə icazə verilir.
Effektivliyinə şübhə yoxdur, çünki Dapoksetin klinik şəraitdə 6000 könüllü üzərində 5 fərqli sınaqdan keçmiş preparatdır. Qəbuldan 2 saat sonra orqanizmdə konsentrasiyası optimal səviyyəyə çatır. İntim əlaqədən 2-3 saat öncə qəbul edilir. Əlavə mənfi təsirlərinə ürəkbulanma, baş ağrıları, yuxusuzluq, qarında ağrılar aiddir.
Preparatın aşağıdakı əks-göstərişləri vardır:
- Epilepsiya;
- Ürək-damar xəstəlikləri;
- Penisin deformasiyası;
- Fərdi həssaslıq;
- Peyroni xəstəliyi (penisin anadangəlmə əyri olması);
- Böyrək və qaraciyər xəstəlikləri.
Dapoksetini atazanavir, ritonavir, ketokanazol və digər antidepressant dərmanlarla birgə qəbul etmək olmaz.
Gec qurtarmaq üçün dərmanlar – Lidokain
Bu preparatla bir çox insan tanışdır. Yerli anestetikdir. Anestetik – sinir hissiyatını itirən deməkdir. Lidokain cinsi orqanın başına sürtüldükdə stimulyasiyadan asılı olmayaraq, penis ereksiya (düzləşmiş) vəziyyətində qalacaqdır. Preparatın təsiri 40-50 dəqiqədir.
Lidokain erkən boşalmanın müalicəsində təmiz halda istifadə edilmir. Bu məhsul aerozol formasında STUD 5000 kommersiya adı ilə lazımi dozada buraxılır. Rahat və təhlükəsiz preparatdır. Əlavə mənfi təsirləri yoxdur. İstifadəsinə məhdudiyyət qoyulmur. Preparatın analoqlarına – Prikolain və Mepivakain aiddir. Mepivakainin effekti lidokainlə müqayisədə 2 dəfə çoxdur.
Gec qurtarmaq üçün qəbul edilən dərmanlar – Vistaqra
Tədqiqatçılar Viaqra, Levitra, Sialis, Dapoksetin kimi preparatları kombinə etməklə, Vistaqra, Kamaqra, Zhewitra preparatlarını icad etmişlər. Tableti qəbul edən şəxs bir neçə cinsi akta qadir olur. Preparatların müsbət cəhəti isə kişinin ereksiyanı kontrol edə bilməsidir. Onun əks-göstərişləri aşağıdakılardır:
- Ürək–damar problemləri;
- Mədə xorası;
- Priapizm (seksual stimulyasiya olmadan penisin davamlı ereksiyasıdır. Ereksiya 4 saatdan çox davam etdikdə priapizm diaqozu qoyulur)
- Cinsi orqanın əyriliyi (Peyroni xəstəliyi);
- Ağır formada böyrək və qaraciyər xəstəlikləri.
Preparatın yan təsirlərinə ürəkbulanma, başgicəllənmə, burun tutulması, üz dərisinin qızarmasını misal göstərmək olar.
Gec qurtarmaq üçün bitki tərkibli dərmanlar
Bitki əsaslı preparatlardan ən çox tövsiyə olunanı Sealeks-dir. Bioloji aktiv əlavədir. Sealeksin tərkibindəki aktiv komponentlər:
- Cinsi zəiflik üçün bitkilərin ən məşhuru – jenşen kökü;
- Gümrahlıq və enerji verən yaşıl çay ekstraktı;
- İmmuniteti yüksəldən sarımsaq ekstraktı.
Bundan əlavə Sealeksin tərkibində digər bitki əlavələri: cırtdan palma, şirinbiyan, uzunyarpaqlı evrikoma mövcuddur.
Gec qurtarmaq üçün dərmanlar – SS krem
Təsiri STUD 5000-ə bənzəyir. Tərkibində 9 bitki ekstraktı və vitaminlər vardır. Krem cinsi aktdan 1 saat öncə penisə sürtülür. Əlaqəyə girməzdən əvvəl kremi yumaq lazımdır. Onun mənfi təsirləri yoxdur. İstifadə edən kişilərin 80%-i nəticədən razı qaldıqlarını bildirmişlər.
Xülasə
Məqalədə gec qurtarmaq üçün dərmanlar arasında ən çox istifadə olunan, nisbətən təhlükəsiz və effektiv növləri təqdim etdik. Nəzərinizə çatdiraq ki, istənilən tərkibdə dərmanın hər nə qədər təhlükəsiz olduğu iddia edilsə də, komponentlərə qarşı fərdi həssaslıq halları istisna deyil. Bu səbəbdən aptekə yaxınlaşmazdan əvvəl uroloq-androloqla məsləhətləşmək lazımdır.
Aybaşı gecikməsi
Müasir dövrdə aktiv həyat ritmi, emosional və fiziki gərginlik, çirkli ekologiya, balanslaşdırılmamış qidalanma qadın orqanizmində hormonal pozğunluqlar yaradaraq, aybaşı pozğunluğu ilə nəticələnə bilər. Aybaşı gecikməsi qızlarda həmçinin tədris və təhsil həyatının çətinliyi səbəbindən formalaşan psixoloji gərginliklə də bağlı ola bilər.
Normal aybaşı sikli neçə gün davam edir?
Sağlam qadında normal menstrual sikl 21-35 gün arasında dəyişir. Əksər hallarda 2 aybaşıarası interval eyni olur. Bəzən isə 1-3 gün uzanma ilə gedən “üzən sikl” müşahidə edilir. Aybaşı gecikməsi qızlarda siklin yenicə formalaşdığı dövrlərdə, qadınlarda isə klimaks mərhələsi yaxınlaşarkən baş verə bilər. Bu da normal fizioloji proses olub, orqanizmin yeni vəziyyətə uyğunlaşması ilə izah edilir.
Menstrual siklin fazaları
Aybaşı sikli xüsusi hormonlar tərəfindən idarə olunur. O, 2 fazadan ibarətdir: follikulyar və lütein. Bu fazaların hər ikisində qadın orqanizmi fol turşusu, C və E vitaminləri, maqnezium, sink kimi minerallara ehtiyac duyur. Araşdırmalara əsasən bəzi hallarda aybaşı gecikməsi birbaşa olaraq lütein fazada vitamin defisiti ilə əlaqədar yaranır. Məsələn, orqanizmdə C vitamini çatışmadıqda qadın cinsi hormonu – estradiolun səviyyəsi azalır. Odur ki, aybaşı gecikməsi hallarında vitamin qəbulu çox faydalıdır.
Menstrual gecikmənin növləri
Aybaşı gecikməsi 2 formaya bölünür: fizioloji və patoloji.
Fizioloji aybaşı gecikməsi aşağıdakı faktorlarla bağlıdır:
– 13-14 yaş qızlarda yetkinlik dövrü;
Patoloji aybaşı gecikməsi müəyyən xəstəliklər, hormonal pozğunluqlar və sair amillərin təsirindən baş verir. Onun 2 tipi mövcuddur:
– oliqomenoreya: aybaşı 10 gündən -2 aya kimi gecikir;
– amenoreya: aybaşı gecikməsi 3 aydan çox davam edir.
Aybaşı gecikməsi nədən yaranır?
Menstrual sikl fərqli səbəblərdən pozula bilər. Onlara orqanizmin əlverişsiz şəraitə adaptasiyası, yəni uyğunlaşmasını misal göstərmək olar. Belə ki, insan orqanizmi şüurlu bir struktur olaraq əlverişsiz, keyfiyyətsiz həyat şəraitində hamiləliyin inkişafının qarşısını almaq üçün tədbirlər görür. Menstrual gecikmə də belə vəziyyətlərdə orqanizmin müdafiə reaksiyası sayılır.
Yeri gəlmişkən, əlverişsiz həyat şəraitinə aşağıdakıları aid etmək olar:
- ailədaxili problemlər;
- daimi emosional stress;
- vitamin, mineral, zülal defisitli qidalanma;
- gərgin iş rejimi, həddindən artıq fiziki aktivlik, peşəkar səviyyədə idmanla məşğul olma;
- ekoloji cəhətdən çirkli ərazidə yaşama, müxtəlif formalı zəhərlənmələr.
Əlavə olaraq, bəzi dərman preparatlarının qəbulu, genetik meyllik də menstrual gecikmənin səbəbləri sırasındadır.
Bir çox qadın arıqlamaq məqsədilə müxtəlif pəhrizlər saxlayır. Bu isə nəticə etibarilə orqanizmdə vitamin mineral və digər lazımi maddələrin defisitini yaradır. Lakin qeyd edək ki, təkcə arıqlama deyil, piylənmə də menstrual gecikməyə gətirib çıxara bilər.
Həmçinin spirtli içkilər və tütün istifadəsi, sənayə tullantıları ilə zəhərlənmə qadın orqanizmində hormonal və maddələr mübadiləsində disbalans yaradır.
Bəzi dərman vasitələri, məsələn oral kontraseptivlər, eləcə də endometriozun müalicəsi zamanı uzunmüddət qəbul edilən gestagenlər, prednizolon, qlikokortikoidlər aybaşı gecikməsi ilə sonlana bilər.
Yuxarıda qeyd etdiyimiz kimi aybaşı gecikməsi fərqli səbəblərdən baş verir. Ona görə də bu məsələyə laqeyd yanaşmaq, özbaşına, yəni həkim təyinatı olmadan hormonal preparatlar içmək olmaz. Belə yanaşma mövcud vəziyyəti kəskinləşdirərək, qeyri-qənaətbəxş hallarla nəticələnə bilər.
Aybaşı gecikməsi 9222
Aybaşı gecikməsi – hamiləlik
Aybaşı gecikməsi müxtəlif səbəblərdən baş verir. Onlardan biri də hamiləlikdir. Menstruasiya başlamadıqda ən doğru addım hansıdır? Məqaləni oxuyun və məlumatlardan faydalanın.
Aybaşı gecikməsi 88190
Aybaşı olmaq üçün dərman
Aybaşı olmaq üçün dərman axtarırsınız? Sizə 7 növ dərman təqdim edirik. Onların təsirləri və düzgün istifadə qaydası ilə tanış olmaq istəyirsinizsə, məqaləni diqqətlə oxuyun.
Aybaşı gecikməsi 18960
Aybaşı gecikməsi zamanı nə etməli?
Aybaşı gecikirsə nə etmək lazımdır? Belə hallarda mütəxəsislər hansı üsulları məsləhət görürlər. Gecikmənin qarşısını almaq üçün aparılan tədbirlər. Məqaləni sona qədər oxuyun və nəticə çıxarın.
Saytda dərc olunan məlumatlar sadəcə maarifləndirici xarakter daşıyır və ixtisaslaşmış tibbi yardımı əvəz etmir. Bu səbəbdən həkimlə məsləhətləşməyiniz vacibdir!
Sayt xəritəsi
- Əsas səhifə
- Hamiləlik
- Müəllif
- Əlaqə
- Hamiləlik hesablama
- Hamiləlik testi
- Aybaşı
- Aybaşı gecikməsi
- Aybaşı pozğunluğu
- Cinsi infeksiyalar
- Qadın xəstəlikləri
- Sonsuzluq
- Süni mayalanma
Sosial şəbəkələr
Bizi həmçinin yuxarıda qeyd olunan sosial şəbəkələrdən də izləyərək ən son paylaşımlarımızdan xəbərdar ola bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.