Press "Enter" to skip to content

TEHRAN FƏRMANLI media

3. Novbəti, üçüncu mərhələ yüzilliyin əvvəlindən 1930-cu illərə kimi davam etmişdir. İstehsalçılar bazarı sıxlaşmağa başlamış, və müvəffəqiyyətin həlledici amili minimal xərclərlə maksimal mal istehsalını təmin etmək imkanından ibarət idi. Menecer hər şeydən əvvəl texnologiyanı əla bilməli idi və ona müvafiq istehsal təşkil etməli idi. Şirkətlərdə hakimiyyət mərkəzləri texniki və texnoloji xidmətlərdə cəmləşmişdi. Bazar isə istehsal olunan hər şeyi fəal surətdə qəbul edirdi. G.Fordun dediyi məhşurlaşmış ifadə məhz bu dövrə aiddir: “Siz hər rəngdə maşın secə bilərsiniz – bircə ancaq o qara olsun” (You can have any color as long it’s black). (You can have any color as long as it’s black). Və hər kəs Fordun məşhur “T” modeli kimi maksimal qara rəngdə avtomobil istehsalını minimal xərclərlə təmin edirdisə, Bəxt təkəri onun əlində idi. Bu dövr – istehsalı təşkil edən menecer-texnokratların zamanı idi. Əməyin normalaşdırılması, konveyer, əməyin elmi təşkili (ƏET) –menecmentin bu komponentləri məhz o vaxtin uğurlu təcrübəsinin nəticələridir. Marketinqin nəəriyyəsi və təcrübəsi bu mərhələdə hələ formalaşmamışdı. Birinci marketinq xidmətləri ancaq Birinci dünya muharibəsin ərəfəsində yaranmağa başlamışdı, o da yaxud məhsulun yığılıb qalmasının qarşısını almaq üçün, yaxud xarici iqtisadi fəaliyyət xidməti kimi yaranmışdı.

Menecmentin təkamülü

İşgüzar fəallıq, sahibkarlıq, idarəetmə fəaliyyəti insan cəmiyyəti ilə eyni vaxtda yaranmışdır. Tarixdə hər zaman idarəetmə fəaliyyətlərində müvəffəqiyyətli nümənələr tapmaq mümkün olan gorkəmli siyasi xadimlər, muəssisə sahibləri, tacirlər, sahibkarlar olub.

Ona görə də, biznesin də, menecmentin də tarixini Qədim Misirdən və antik Yunanıstan başlamaq olar. Lakin menecmentin muasir anlamından danışdıqda, terminalogiya aydınlığı nöqteyi nəzərindən irəli gələrək, analizi konkret və muşahidə olunan etmək üçün məlum şərtiliklə olsa da, hesablama nöqtəsi qəbul etməliyik. Muasir peşəkar biznes üçün XİX əsrin ikinci rübü qəbul olunub.

İlk şirkətlər – fəaliyyətləri peşəkarların – menecerlərin rəhbərliyi altında öz işguzar fəallığının realizasiyasına yonəldilmiş sosial təşkilatlar (sosial insitutlar) məhz o zaman yaranmışdır. Axırıncılar əslində muzdla işləyən rəhbər mutəxəssislərdir. Menecerlər də, sahibkarlar da əslində eyni iş ilə – bizneslə məşğuldurlar, onların işlərinin mahiyyəti və forması eynidir. Fərq məsuliyyətdədir: sahibkar oz puluna və əmlakına cavabdehdir, menecer isə muzdlu mutəxəssisdir. Menecer sahibkar ola bilər, sahibkar isə menecer ola bilər, lakin bu, vacib deyil.

Peşəkar biznes azad işgüzar fəallıq kimi nisbətən qısa tarixi dövrə baxmayaraq intensiv və köklü təkamül keçmiş, XİX əsrin ikinci rübündən azad bazar mübadiləsi aparır. Bu inkişafda bir neçə mərhələni qeyd etmək olar. Bu mərhələlərin fərqləndirilməsi üçün əsas – sadə, lakin aydın və effektiv meyardan – işin nəticəsinin asılı olduğu həlledici amillərdən ibarətdir. Müvəffəqiyyət amilləri dəyişdiyi halda effektiv biznesin texnologiyası da dəyişir, deməli bununla menecerlərin və sahibkarların peşəkarlığına olan tələblər də dəyişir.

1. XİX yüzilliyin ikinci yarısına kimi biznesdə müvəffəqiyyətin həlledici amili faktiki olaraq təbii ehtiyyatlara – faydalı qazıntılara, meşə, pambiq və s. çıxış idi. Xammalın əldə olunması inhisarçı üstünlük yaradırdı. Bəzən, hətta birinci plana müvafiq istehsalın olduğu yer çıxırdı. Bu ancaq Rokfellerlərin, Gettilərin tarixi deyil, belə planda nümunə kimi ilk Rusiya sahibkarlarının Uralda, Dondasda, Sibirdə və sair yerlərdə təcrubələrini göstərmək olar.

2. Lakin müstəmləkə siyasəti dövrü başa çatdıqdan sonra, praktiki olaraq bütün təbii ehtiyatlar bu və ya başqa cür bölüşdürülmüşdür. Birinci plana işin digər müvəffəqiyyət amili – malın istehsal xərclərini artırmadan onun faydalılığının artırılması amili çıxmışdır. Bu mərhələ təxmini olaraq XX əsrin əvvəllərinə qədər davam etmişdir. Bu mərhələdə, bazarın tam təmin olmadığı, bəzən isə hətta yaradılmadığı bir halda, həlledici məqam malın yaxud xidmətin bazar ideyası olması və ideyanın reallaşması üçün maddi-texniki imkanın olması idi. Əsassız deyildi ki, həmin dövrün ən bacarıqlı biznesmenləri – müvafiq istehsal acmağa nail olmuş tənha ixtiraçılar idi (bəzi muasir aparıcı şirkət və korporasiyaların tarixi belə şirkətlərdən başlamışdır). Faktiki olaraq marketinqə və intensiv reklama ehtiyac yox idi.

3. Novbəti, üçüncu mərhələ yüzilliyin əvvəlindən 1930-cu illərə kimi davam etmişdir. İstehsalçılar bazarı sıxlaşmağa başlamış, və müvəffəqiyyətin həlledici amili minimal xərclərlə maksimal mal istehsalını təmin etmək imkanından ibarət idi. Menecer hər şeydən əvvəl texnologiyanı əla bilməli idi və ona müvafiq istehsal təşkil etməli idi. Şirkətlərdə hakimiyyət mərkəzləri texniki və texnoloji xidmətlərdə cəmləşmişdi. Bazar isə istehsal olunan hər şeyi fəal surətdə qəbul edirdi. G.Fordun dediyi məhşurlaşmış ifadə məhz bu dövrə aiddir: “Siz hər rəngdə maşın secə bilərsiniz – bircə ancaq o qara olsun” (You can have any color as long it’s black). (You can have any color as long as it’s black). Və hər kəs Fordun məşhur “T” modeli kimi maksimal qara rəngdə avtomobil istehsalını minimal xərclərlə təmin edirdisə, Bəxt təkəri onun əlində idi. Bu dövr – istehsalı təşkil edən menecer-texnokratların zamanı idi. Əməyin normalaşdırılması, konveyer, əməyin elmi təşkili (ƏET) –menecmentin bu komponentləri məhz o vaxtin uğurlu təcrübəsinin nəticələridir. Marketinqin nəəriyyəsi və təcrübəsi bu mərhələdə hələ formalaşmamışdı. Birinci marketinq xidmətləri ancaq Birinci dünya muharibəsin ərəfəsində yaranmağa başlamışdı, o da yaxud məhsulun yığılıb qalmasının qarşısını almaq üçün, yaxud xarici iqtisadi fəaliyyət xidməti kimi yaranmışdı.

4. Göy 1930-cu illərdə guruldadı. Birja böhranı, Böyük depressiya və həmin illərin başqa hadisələri bütün dünyada yaxşı məlum olan iqtisadi, sosial və siyasi nəticələrə gətirmişdi. Menecmentin texnologiyası nöqteyi-nəzərindən 1930-cu illərdə radikal dönüş baş vermişdir: dünya biznesi artıq sıxlaşmış bazara “toqquşmuşdu”. Aydındır ki, hətta sizdə əla ideya, yetərincə vəsait olduğu halda siz istehsalatı yaxşı təşkil etmisinizsə, əgər siz istehsal etdiyiniz mal bazarda tələb olunmayacaqsa və siz bu tələbi stimullaşdırmasanız, siz müvəffəqiyyətsizliyə uğrayacaqsınız. Menecment təfəkkürünün və təcrubəsinin istiqaməti aşağıdakı qaydada ifadə olunaraq, köklü olaraq dəyişmişdir: “İstehsal etdiyini satmaq yox, satmaq mümkün olanı istehsal etmək”. Bu, dövrlərin bir-birini əvəz etməsi idi. Tələbatın oyrənilməsi, müvafiq fəaliyyət proqramları təklif edən, satışı təşkil edən, satışı stimullaşdıran və bu kimi marketinq xidmətləri əmələ gəlməyə başladılar. Tez bir zamanda bu xidmətlərə şirkətlərin hakimiyyət mərkəzləri keçdi. Texnokratik menecment marketinq menecmenti ilə əvəz olundu. Effektiv marketinq təcrübəsini başa duşən marketinq nəzəriyyəsi meydana gəldi. Hətta texnologiyanı əla bilən menecer də bir qədər marketoloq olmalı idi. Marketinq istehlakçını öyrənməkdən, onun həyat tərzini, istehlakının həcmini, intensivliyini və qaydalarını öyrənməkdən, yəni konkret mədəniyyətin konkret məzmunundan başlanır.. Marketinq texnologiyasının cıxışında isə – həcmin və istehlakın xaraketinin, istehlakçının həyat tərzinin faktiki olaraq proqramlaşdırılması, yəni sosial-mədəni xarakterin cəmi öyrənilir.

5. Dördüncü mərhələ 1950-ci illərin sonu 1960-cı illərin əvvəlinə kimi davam etmişdir və bazar iqtisadiyyatına böyük inkişaf vermiş, sənayesi inkişaf etmiş dövlətlərin ciddi irəliləməsinə, bəzilərinin isə çiçəklənməsinə gətirmişdir. Bu illərə, menecmentin texnologiyasında dövrlərin radikal dəyişməsi ilə əlamətdar olan beşinci mərhələnin başlanması aiddir. Bu mərhələdə əvvəllər təsir edən meyillər daha da guclənmişlər. Ona həddindən artıq sıx istehsal və istehlak bazarı xarakterikdir. İstehlakçı tələbkar olmuş, müəyyən markalara, ənənələrə öyrəşmişdir. Ona görə də müvəffəqiyyət qazanmaq mümkün olması üçün ancaq ya tamamilə yeni mal (indiyə kimi tələb olunmayan), yaxud rəqiblərin istehsal edə bilmədiyi yüksək keyfiyyətli ənənəvi mal, yaxud analoqu olmayan satışdan sonrakı cavabdehliyi ya əlaqədar xidmətlə, ənənəvi keyfiyyətli ənənəvi mal təklif etməklə mümkündür. Aydındır ki, bu vəziyyət əhəmiyyətli dərəcədə marketinqi və biznesi dəyishir: tələbatı öyrənməkdən çox onu yaratmaq. Bu, reklama, satışın stimullaşdırılmasına, yeni malın yaradılmasına, ən yaxşı mutəxəssislərin cəlb olunmasına, onların maraqlandırılmasına çoxlu xərc tələb edir. Aqressiv bazar hərəkətini bacaran həmfikirlər komandası olmaqdan cox shey asılı olmağa başlamışdır.

1960-cı illərin sonundan marketinqin konsepsiyası qeyri-kommersiya sferasına: təhsilə, elmə, mədəniyyətə, incəsənətə, siyasətə daha çox yayılmağa başlamışdır. Menecment ardıkəsilməyən (permanent) yenilik, hətta yelpikvari yeniliklər şəkli aldı. Kim ki, öz sıyığını bişirmir, məcara axtarmır və risk etmir, o kəs müvəffəqiyyətsizliyə uğrayacaq. Yeniliklərin həyata kecirilməsi – biznesin riskli halıdır. Rəqiblərin məlumatlandırılması bir necə dəfə artdıqda informasiya texnologiyalarında və rabitə vasitələrində baş vermiş inqilabı unutmaq olmaz. Personaldan və mutəxəssislərdən, onların ixtisasından və motivasiyasından çox şey asılı olmağa başladı. Zamanın cağırışına daha cox adekvat cabab vermiş və kəskin mümkün olan şirkət daxili yeniliklərə muqavimət riskini azaltma texnologiyasını yaratmış yapon menecmentinin müvəffəqiyyəti məhz bu səbəblə izah olunur. Təsadufi deyil ki, amerikan korporasiyalarının müvəffəqiyyətli təcrübəsinin tədqiqatı gostərdi ki, onların menecment texnologiyası yapon texnologiyasına yaxındır. Məsələ milli-etnik xususiyyətlərdə yox, personalla işləmək ilkin plansnda olan menecment texnologiyalarındadır. Bundan başqa, onlar öz fəaliyyətlərinə məqsədlərin, şirkətin fəaliyyət tapşırıqlarının, işcilərin qərar qəbul edilməsinə cəlb olunmalarını, ictimai rəyin formalaşdırılmasını və ənənələrin sosial-mədəni xarakterinin izah edilməsini daxil etmişlər.

Menecmentin inkişafının dinamikası ən əvvəl aksentlərin görüntüsü və başa düşülməsi, istiqamətləndirilmənin dəyişilməsi ilə bağlı olması aşkar olmuşdur. Bu dövrlərin dəyişilməsini cədvəl şəkilində aydın təqdim etmək olar (cəd. 1).

Cədvəl 1. İstiqamətləndirilmələrin dəyişilməsi

İntizam Şəxsi intizam
Tabelik Etibar
İyerarxiya Partnyorluq
Nailiyyət Tələbata istiqamətlənmə
Karyera Şəxsiyyətin potensialının açılması
İcracılıq Yaradıcılıq
Hakimiyyət Maraqlar balansı
Mərkəzləşmə Desentralizasiya

Muasir biznesə qarşı uğurunun zəruri şərti kimi diversifikasiya tələbi irəli surulur. Mono-biznes – qısa nəfəsli biznesdir. Şirkətin fəaliyyəti nə qədər çox diversifikasiya olunursa, şirkət bəxtinə duşən zərbələrə o qədər dözümlü olur, bazarın dinamikasına operativ və plastik reaksiya verir. Birinci plana şirkətin məhz nə etdiyi deyil, muxtəlif işgüzar aktiv zonalarda necə fəaliyyət gostərməsi, hansı dəyərlərə o riayət etməsi çıxır. Bu vəziyyətdə personalla iş texnologiyası radikal olaraq dəyişilir. Nail olunmuş nəticələrə görə həvəsləndirmə sistemi olan mukafatlandırma və cəzalandırma önəmli olmur.

Beşinci mərhələ bizim günlərdə, növbəti mərhələnin cizgiləri görünməyə başlandığı vaxtda başa çatır. Bu mərhələdə əvvəlki mərhələnin cizgiləri, xususiyyətləri və problemləri güclənir və yayılır. Onların üzərinə ekologiya, xammal defisiti, ixtisaslı kadrlar, istehlakçıların və personalın hüquqlarının qorunması problemləri əlavə olunmuşdur.

Coxlu sayda yaxşı ideya və layihələr, onların həyata keçirilməsinə xarici müqavimət gücünün olduğuna görə realizasiya oluna bilməmişlər. Aydın oldu ki, muasir menecer ancaq texnokrat, maliyyəçi və marketoloq, və hətta kulturoloq olmamalıdır, o həmçinin siyasətci, ictimai xadim olmalıdır, cəmiyyətlə geniş və açıq dialoqa hazır olmalıdır. Məhz bu dövr on plana public relations-i (PR) irəli cəkmişdir. menecerlərin əməyinin tərkibində partnyorlarla maraqların ümumiliyinin formalaşdırılması, dövlət strukturları ilə, kütləvi informasiya vasitələri ilə, ictimai təşkilatlarla, daxildə və xaricdə, həmin yerdə, öz personalının gözü önundə şirkətin şöhrətinin formalaşdırılması aparıcı funksiyalara çevrilmişdir. Eləcə də, 1930-cu illərdə dünyaya menecmentə marketinq yaxınlaşması gəldiyi kimi, son illər PR şəklinə salınmış menecment doğmuşdur.

Müasir biznesdə “istehlakçı olmayanlar” – sosial qruplar, hakimiyyət orqanları, mütəşəkkil və qeyri mütəşəkkil ictimayyət önəmli rol oynamağa başlamışdır. Məhz onlar daha vacib və perspektiv yeniliklərin təşəbbüskarıdır.

Müasir bazar gündən-günə daha aydın qloballaşır. Hamının hamı ilə total rəqabəti başlayır. Qlobal bazar əlaqələri şəbəkəsində öz unikal yerini tutmaq qabiliyyəti birinci plana çıxır. Bu isə ancaq öz biznesinə diqqəti cəlb etmək şəraitində mümkündür. Bu planda müasir biznes öz texnologiyasına görə daha çox şou-biznes və bütövlükdə sosial-mədəni fəaliyyətə yaxınlaşır. Müasir menecment öz texnoloji tərkibində, tamamilə sosial-mədəni fəaliyyət texnologiyasının cizgilərini və formalarını qəbul etmişdir.

Biznesin sosial mühitə münasibətində dörd əsas model müvcuddur:

1. Manipulyativ model – ictimai fikirlə manipulyasiya etmək, onun şirkətin kommersiya məqsədlərinə çatmağı üçün, bir istiqamətdə hazırlanması. Bazar iqtisadiyyatının formalaşmasının başlanması dövründə PR-ın belə izahı faktiki olaraq qaçılmazdır, və bunu müasir Rusiya biznesinin təcrübəsi kompromatları və başqa xüsusi əməliyyatları ilə əsaslı surətdə təsdiq edir. Lakin bazar münasibətləri yetişdikcə, iqtisadiyyat və sosial-siyasi həyat stabilləşdikcə, daha çox bu yaxınlaşmanın nəinki uzaqgörmə qabiliyyətinin olmamasını, hətta onun şirkətin uzunmüddətli maraqlarına və məqsədlərinə bilavasitə təhlükəli olmasını dəqiq göstərir.

2. Məlumat vermə modeli. Bu modedlə təbliğat-reklam təsirindən ictimaiyyətin məlumatlandırılmasına keçid xarakterikdir, məqsəd şirkətin sosial mühiti şirkətin fəaliyyətini düz başa düşməsi və adekvat reaksiya verməsi üçün və tərəfdar olması üçün şirkətin nailiyyətləri və imkanları barədə izahat verməkdir.

3. Qarşılıqlı anlaşma modeli. Bu halda söhbət artıq ancaq düz başa düşülməkdən deyil, həmçinin başqalarını və onların maraqlarını başa düşməkdən gedir.

4. Sosial partnyorluq modeli. Daha çox yetişmiş modeldir, ictimai rəyin və sosial mühitün ümumiyyətlə öyrənilməsinə, analizinə və başa düşülməsinə, şirkətin bazar, eləcə də sosial mühit ilə qarşılıqlı cavabdehlik olan hakimiyyət orqanları ilə, KİV, ictimai təşkilatlarla, təşkilatlanmayan ictimaiyyətlə, öz personalı ilə patrnyor münasibətlərinin qurulmasına yönəlmişdir.

“Maraqların ümumiliyi dostluq barədə danışıqlardan vacibdir”- bu qayda bütün müasir biznesə yayıla bilər. Sosial mühitə yüksək diqqət, şirkətin nüfuzuna diqqət – son onilliklərin kəşfidir. Permanent yeniliklərlə gözlənilən müasir menecmentin innovasion xarakteri ardı kəsilmədən davam edən yeniliklərə olan müqavimətləri idarə etmək ehtiyacına səbəb olur. Aydındır ki, şirkətin menecerlərinin imkanları bu müqaviməti idarə etmədə məhduddur. Onu inzibati yerinə yetirmək mümkün deyil (sosial mühit şirkət rəhbərliyinin səlahiyyətində deyil), eləcə də iqtisadi vasitələr məhduddur. Lakin şirkət öz layihələrinin, proqramlarının və başqa yeniliklərinin realizasiyasına, inkişafına və irəliləməsinə sosial investisiya və sosial partnyorluğun köməyi ilə əlverişli şərait yaratmağa səy göstərə bilər.

İctimai fikirin biznesə olan düşmənçiliyinin əsas səbəblərindən biri – acizliyin və nəyə isə təsir etmə imkanının olmaması, nümayişcəsinə nəzarətsizlik və cəzasızlıqdır. Çox sayda şirkət nəyin bahasına olursa olsun gəlirin artmasına çalışır, istehlakçıya partnyor kimi yox, məqsədlərə çatmaq üçün vasitə, açıq aşkar istismar obyekti kimi baxırlar. Ona görə də ictimai rəyin Rusiya biznesinə və biznesmenlərinə olan cavab reaksiyası təəccüblü deyil. Biznesə inam olması üçün, o sosial məsul olmağa çalışmalıdır və bunu işlə sübut etməlidir. Bundan əlavə, daha aşıq və səmimi olanlar, hərəkətləri qabaqcadan bəlli olanlar və ətrafındakıların fikirləri ilə hesablaşanlar daha çox etibar qazanır.

Aparılan baxış göstərdi ki, müasir menecmentin bütün bu xüsusiyyətləri müəyyən qanuna uyğun olaraq, menecmentin öz inkişafının daxili meyillərini göstərir, onu mədəniyyət dairəsi və sosial-mədəniyyət dairələri ilə bütövlükdə, gözə çarpacaq dərəcədə yaxınlaşdırır.

Menecment- Mühazirə mətnləri (2-ci hissə)

Metod yunan sözü olub üsul deməkdir. Bütün elmlərdə olduğu kimi idarəetmə elminin də metodları vardır. Bu metodlar idarəetmə elminin öyrənilməsinin, bu elmdən irəli gələn funksiyaların və prinsiplərin həyata keçirilməsinin üsuludur. İdarəetmə metodu idarəetmə subyektinin idarəetmə obyektinə təsir mexanizmidir. İdarəetmə metodunun başlıca məqsədi idaretmə prosesinin düzgün təşkilinə şərait yaratmaq, qarşıya qoyulan məqsədə tam çatmaq üçün müasir texnikadan, əməyin və istehsalın təşkilinin mütərəqqi formalarından səmərəli istifadə etməkdən ibarətdir. İdarəetmə metodu idarə edilən sistemə necə, hansı üsul və vasitələrlə təsir etmək lazım olduğunu bildirir.

İdarəetmə metodları təsərrüfatçılığın həyata keçirilməsinə xidmət edir və kompleks idarəçilik funksiyalarının icrası ilə əlaqədardır. Ona görə də idarəetmə metodu idarəçilik fəaliyyətinin icra edilməsi vasitəsidir. İdarəetmə metodları strateji inkişaf vəzifələrinin, iqtisadi qanunların tələblərinin həyata keçirilməsi metodudur. İdarəetmə metodları həmçinin qanun və prinsiplərdən istifadə olunma formasıdır. Metodların seçilməsi və tətbiqi idarə olunan obyekt və proseslərin, hadisələrin xarakteri və məzmunundan asılıdır.

İdarəetmənin üç əsas metodu vardır:

1) İqtisadi metod.

2) Inzibati-sərəncam metodu.

3) Sosial-psixoloji metod.

1) İdarəetmə məqsədlərinə nail olmaq üçün cəmiyyətin iqtisadi qanunlarından istifadə edilməsi və obyektiv iqtisadi mənafelərin nəzərə alınması əsasında təsərrüfatçılığın həyata keçirilməsi metodlarına idarəetmənin iqtisadi metodları deyilir. İqtisadi metod idarəetmə obyektinin müəyyən tərəflərinə − istehsalın təşkilinə və onun nizama salınmasına, idarəetmə fəaliyyətinin həyata keçirilməsinə, kollektivin və onun üzvlərinin maddi-mənəvi marığına təsir edir, istehsalın ahəngdar olmasına xidmət edir. İqtisadi metod ilə planlaşdırma, təsərrüfat hesabı, əmək haqqı, qiymət, maddi həvəsləndirmə, maya dəyəri, mənfəət, gəlir və başqa mexanizmlər məqsədyönlü təsirə çevrilir. İqtisadi metodlar ehtiyatların qənaətinə, maya dəyərinin aşağı salınmasına, mal və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına, gəlirin və mənfəətin həcminin artırılmasına, əmək qabiliyyətinin yüksəldilməsinə yönəldilir. Buna görə də bəzi ədəbiyyatlarda iqtisadi metodlar təhriketmə metodları kimi adlandırılır.

İqtisadi metodlar bazar sistemində aparıcı mövqeyə malikdir. Bu metodlar vasitəsilə firmaların fəaliyyətinə təsir göstərilir və onlar üçün əlverişli şərait yaradılır.

İqtisadi metodlar aşağıdakı kimi təsnif olunur.

1) Kommersiya hesabı;

2) Təsərrüfat daxili hesablaşmalar;

Kommersiya hesabı müəssisə və təşkilatın digər müəssisə və təşkilatlarla iqtisadi əlaqələrini, münasibətlərini, hesablaşmalarını əhatə edir.

Təsərrüfat daxili hesablaşmalar isə müəssisənin daxili struktur bölmələri arasında (məsələn, istehsal, satış, marketinq, təchizat şöbələri, sexlər, anbarlar və s. arasında) olan münasibətləri və hesablaşmaları əhatə edir.

İdarəetmənin iqtisadi metodları iqtisadi qanunların, prinsiplərin və müddəaların praktikada istifadə edilməsi mexanizmidir. Bütövlükdə bu metodların resursların bölüşdürülməsi, firmanının iqtisadi inkişaf istiqamətlərinin düzgün seçilməsi, planlaşdırma və iqtisadi təhlilin elmi səviyyəsinin yüksəldilməsi üçün böyük əhəmiyyəti vardır.

2) İdarəetmə fəaliyyətində inzibati-sərəncam metodunun həyata keçirilməsi olduqca vacib və əhəmiyyətli məsələlərdən biridir.

İnzibati-sərəncam metodlarından dövlətin, cəmiyyətin qanunlarına, əmək qanunvericiliyinə, habelə sahibkara verilən səlahiyyətlərə əsasən istifadə edilməlidir. Öz növbəsində bu qanunları, qaydaları və aktları pozan sahibkarlar və mütəxəssislər məsuliyyət daşıyırlar.

İnzibati-sərəncam metodu hakimiyyətçilik səlahiyyətinə malik olduğuna görə normativ-sərəncam xarakteri daşıyır və onun yerinə yetirilməsi məcburidir. İnzibati-sərəncam metodlarının obyekti geniş və çoxcəhətlidir. Lakin bunu müəyyən istiqamət üzrə təsnifata ayırmaq olar. Normativ-sərəncam metodu iki təsir metoduna ayrılır:

1) İnzibati-təsir metodu;

2) Sərəncam-təsir metodu;

İnzibati-təsir metodunun köməyi ilə istehsal sahələrinin təşkili sistemi, onların idarəetmə orqanları, əməyin təşkili formaları, işçi-rəhbər münasibətləri formalaşdırılır və təkmilləşdirilir.

İnzibatçılıq dedikdə, yüksək idarəetmə bacarığı və qabiliyyəti başa düşülür. İnzibatçılıq həm nəzəri biliklə, həm də praktik vərdişlərə sahib olmaqla formalaşır. Beləliklə, inzibati-təsir metodunun başlıca xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

a) idarə olunan obyektə birbaşa və bilavasitə təsiretmə qaydası;

b) qərar və sərəncamların operativ qaydada işlənməsi və həyata keçirilməsi;

c) müvafiq qanunların və normativ sənədlərin lazımı səviyyədə, qaydada yerlərə tətbiq edilməsi;

d) bu və ya digər situasiyaların eyni qaydalı həlli;

e) rəhbər işçilərin, menecerlərin, sahibkarların tabeçilikdə olan işçilərin, icraçıların iradəsinə müstəqim təsir edə bilməsi;

İnzibatçı rəhbər rəhbərlik etikasına ciddi riayət etməlidir. Yəni işçilərlə davranışında ədalətli və nəzakətli olmalıdır, işçini dinləməyi bacarmalıdır, ciddi olmalıdır, işçilərin tənqidi çıxışlarına qulaq asmalıdır, qanunvericiliyə dürüst riayət etməlidir.

İnzibati metodun reqlamentləşdirmə, təlimatlandırma və nizamlan-dırma xüsusiyyətlərini fərqləndirmək lazımdır. Reqlamentləşdirmə funksiyası dedikdə təşkilati struktur bölmələrinin və ya şöbələrinin yaradılması, əmək bölgüsünün həyata keçirilməsi, şöbələrin əsasnamələrinin hazırlanması, müəssisənin konsepsiyasının tərtib olunması, iş vaxtı normalarının, material normativlərinin, daxili nizam-intizam qaydalarının müəyyən edilməsi başa düşülür.

Təlimatlandırma xüsüsiyyəti ayrı-ayrı şöbələrin, strukturların, vəzifələrin icrasının təlimatlarının hazırlanması, işçilərin nizam-intizam qaydaları ilə, qanun və normativ sənədlərlə təlimatlandırılması və s. ilə əlaqədardır.

Nizamlandırma funksiyası isə qanunlara, qaydalara əməl edilməsinə nəzarət olunması ilə əlaqədardır.

Sərəncam metodu qanunlara, əsasnaməyə, təlimatlara, normativ sənədlərə və s. əsaslanaraq həyata keçirilir. Bu metodun təsir vasitələri əmrlər, sərancamlar, göstərişlər, tapşırıqlar və s. hesab edilir. Bu metod idarə edən və idarə olunan sistemlərin qarşılıqlı əlaqələrini, onların tənzimlənməsi qaydalarını müəyyən edir.

Sərəncam metodu müəssisə aparatı və istehsalda çalışan bütün işçilərin səmərəli, intizamlı fəaliyyəti, əmək, istehsal və dövlət intizamına əməl edilməsini, təşkilatçılıq fəaliyyətini yerinə yetirir. Sərəncamvermə metodu idarəetmənin bütün fəaliyyətinə aiddir. İdarəetmənin funksiyaları bu metodun tətbiqi olmadan yerinə yetirilə bilməz.

3) Sosial-psixoloji metod.

Müasir şəraitdə sosial-psixoloji metoda idarəetmə prosesində daha çox əhəmiyyət verilir. Sosial-psixoloji metod işçi heyətinin və onun üzvlərinin sosial və psixoloji maraqlarına təsir göstərmək vasitəsidir.

Sosial-psixoloji metod 2 cür təsnifləşdirilir:

2) Psixoloji metod.

Psixoloji metod özü aşağıdakı kimi təsnifləşdirilir:

1) Kollektivin siyasi, ideoloji və mənəvi tərbiyələndirilməsi;

2) Kollektiv ənənələrinin və adətlərinin qorunması və inkişaf etdirilməsi;

3) Kollektiv üzvlərinin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınması;

4) Kollektiv üçün mədəni, kütləvi tədbirlərin keçirilməsi;

5) Fərdi qabiliyyət və peşəkarlığın qiymətləndirilməsi;

Sosial metod isə aşağıdakı kimi təsnifləşdirilir:

1) Kollektiv sosial inkişafının planlaşdırılması;

2) Maddi yardımların göstərilməsi;

3) Maddi həvəsləndirmənin həyata keçirilməsi;

Sosial metod müəssisədə sosial inkişafı nəzərdə tutmaqla idarəetmənin həyata keçirilməsini tələb edir. Sosial inkişaf işçinin təmin olunması, onun sosial qayğısına qalmaq, həyat səviyyəsini yüksəltmək prosesini əhatə edir

Psixiloji üsul fərdlərin, qrupun və kollektivin psixologiyasına təsir etməklə idarəetmə fəaliyyətinin həyata keçirilməsidir. İdarəetmənin bu metodu kollektiv arasında psixoloji əhval ruhiyyə yaratmaqla istehsalın inkişafına, keyfiyyətin yaxşılaşdırılmasına və insanlar arasında birgə fəaliyyətin və digər münasibətlərin tənzimlənməsinə yönəldilir. Psixoloji metod aşağıdakı tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Psixoloji metod kadrların seçilməsinə, yerləşdirilməsinə, əməyin elmi təşkilinə yönəldilməklə, onların savadını, qabiliyyətini, davranışını, intellektual səviyyəsini, intizamını, mədəniyyətini, qətiyyətini və digər xüsusiyyətlərini nəzərə alır və fərqləndirir.

Müşfiq Ramazanov – İnformasiya sistemləri menecmenti

İqtisad elmləri namizədi, dosent Müşfiq Köçəri oğlu Ramazanovun “İnformasiya sistemləri menecmenti” dərsliyi fənnin əsas nəzəri və praktiki istiqamətlərinin öyrənilməsinə həsr edilmişdir. Dərslikdə informasiya sistemləri menecmenti elminin öyrəndiyi və hazırda ölkəmizdə informasiya cəmiyyətinin, texnologiyalarının inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən sahələr geniş əhatə olunmuşdur. Dərsliyə daxil edilmiş mövzular müasir dövrün tələbləri, praktiki əhəmiyyəti nəzərə alınmaqla şərh edilmişdir. Dərslik Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kursant və dinləyiciləri üçün nəzərdə tutulmuşdur. Dərslikdən respublikanın digər ali təhsil müəssisələrinin tələbə və müəllimləri, eləcə də bu sahədə çalışan elmi işçilər və mütəxəssislər istifadə edə bilərlər.

Liberal iqtisadi sistemdə müəssisələrin qarşısında duran ən mühüm vəzifələrdən biri menecmentin düzgün və məqsədəuyğun həyata keçirilməsidir. Müasir iqtisadi inkişaf tendensiyası və sağlam rəqabət mühitində müəssisədə menecmentin mütərəqqi forma və metodlarının tətbiq edilmə- si onun dünya bazarına çıxması və daha səmərəli inteqrasiyası üçün daha geniş imkanlar yaradır. Bunun üçün menecment elminin dərindən mənimsənilməsi və öz təyinatı üzrə düzgün tətbiq edilməsi günümüzün tələbidir. Qeyd edilən münasibətlər iqtisadi inkişafın hərəkətverici amili olmaqla bərabər, eyni zamanda təsərrüfat subyektlərində yüksək texnologiyaların reallaşdırılmasında vacib amil kimi çıxış edir. Ona görə də müasir dövrdə informasiya sistemləri menecmentinin mahiyyəti və məzmunu ilə yanaşı, bu sahənin biznes subyektlərinə təsir xüsusiyyətlərini, onların tənzimləyici və stimullaşdırıcı xarakterini, eyni zamanda bu münasibətlərin informasiya texnologiyalarının inkişafına təsirini öyrənmək zəruridir. İnformasiya cəmiyyətinə və dünya iqtisadiyyatına surətli inteqrasiya dövründə təhsil alanların informasiya sistemləri menecmenti sahəsində yüksək nəzəri biliklərə yiyələnməsi ölkənin sosial-iqtisadi və informasiya kommunikasiya texnologiyaları sahəsində mövcud olan obyektiv prosesləri, qanunauyğunluqları, menecment sahəsində yeni istiqamətlərin mahiyyətini dərindən öyrənməyə və zəruri tədbirlərin görülməsinə real kömək edir. Eyni zamanda azad rəqabət şəraitində biznes subyektlərinin səmərəli idarə edilməsi, yüksək texnologiyaların tətbiqi istiqamətində düzgün investisiya və innovasiya siyasətinin reallaşdırılması, qloballaşan dünyada informasiya təhlükəsizliyinin təmin olunması, bank, rabitə və maliyyə şirkətlərinin yüksək texnologiyalarla təmin olunması, informasiya sistemində idarəetmə və təşkilati strukturun formalaşdırılması, informasiya resurslarının səmərəliliyinin qiymətləndirilməsi olduqca vacibdir və bunun həyata keçirilməsi kifayət qədər yüksək idarəetmə bacarığına malik mütə- xəssislərin hazırlanmasını zəruri edir.

Comments are closed, but trackbacks and pingbacks are open.