Menecment- mühazir ə m ə tnl ə ri
Müəssisə və təşkilatlarda idarəetmə funksiyasını həyata keçirmək üçün idarəetmə aparatını
Menecment- mühazir ə mətnləri [ ]
Menecmentin metodları
Plan
Metod yunan sözü olub üsul deməkdir. Bütün elmlərdə olduğu kimi idarəetmə elminin də
metodları vardır. Bu metodlar idarəetmə elminin öyrənilməsinin, bu elmdən irəli gələn funksiyaların
və prinsiplərin həyata keçirilməsinin üsuludur. İdarəetmə metodu idarəetmə subyektinin idarəetmə
obyektinə təsir mexanizmidir. İdarəetmə metodunun başlıca məqsədi idaretmə prosesinin düzgün
təşkilinə şərait yaratmaq, qarşıya qoyulan məqsədə tam çatmaq üçün müasir texnikadan, əməyin və
istehsalın təşkilinin mütərəqqi formalarından səmərəli istifadə etməkdən ibarətdir. İdarəetmə metodu
idarə edilən sistemə necə, hansı üsul və vasitələrlə təsir etmək lazım olduğunu bildirir.
İdarəetmə metodları təsərrüfatçılığın həyata keçirilməsinə xidmət edir və kompleks idarəçilik
funksiyalarının icrası ilə əlaqədardır. Ona görə də idarəetmə metodu idarəçilik fəaliyyətinin icra
edilməsi vasitəsidir. İdarəetmə metodları strateji inkişaf vəzifələrinin, iqtisadi qanunların tələblərinin
həyata keçirilməsi metodudur. İdarəetmə metodları həmçinin qanun və prinsiplərdən istifadə olunma
formasıdır. Metodların seçilməsi və tətbiqi idarə olunan obyekt və proseslərin, hadisələrin xarakteri və
məzmunundan asılıdır.
İdarəetmənin üç əsas metodu vardır:
1) İqtisadi metod.
2) Inzibati-sərəncam metodu.
3) Sosial-psixoloji metod.
1) İdarəetmə məqsədlərinə nail olmaq üçün cəmiyyətin iqtisadi qanunlarından istifadə edilməsi
və obyektiv iqtisadi mənafelərin nəzərə alınması əsasında təsərrüfatçılığın həyata keçirilməsi
metodlarına idarəetmənin iqtisadi metodları deyilir. İqtisadi metod idarəetmə obyektinin müəyyən
tərəflərinə − istehsalın təşkilinə və onun
nizama salınmasına, idarəetmə fəaliyyətinin həyata
keçirilməsinə, kollektivin və onun üzvlərinin maddi-mənəvi marığına təsir edir, istehsalın ahəngdar
olmasına xidmət edir. İqtisadi metod ilə planlaşdırma, təsərrüfat hesabı, əmək haqqı, qiymət, maddi
həvəsləndirmə, maya dəyəri, mənfəət, gəlir və başqa mexanizmlər məqsədyönlü təsirə çevrilir. İqtisadi
metodlar ehtiyatların qənaətinə, maya dəyərinin aşağı salınmasına, mal və xidmətlərin keyfiyyətinin
yaxşılaşdırılmasına, gəlirin və mənfəətin həcminin artırılmasına, əmək qabiliyyətinin yüksəldilməsinə
yönəldilir. Buna görə də bəzi ədəbiyyatlarda iqtisadi metodlar təhriketmə metodları kimi adlandırılır.
İqtisadi metodlar bazar sistemində aparıcı mövqeyə malikdir. Bu metodlar vasitəsilə firmaların
fəaliyyətinə təsir göstərilir və onlar üçün əlverişli şərait yaradılır.
İqtisadi metodlar aşağıdakı kimi təsnif olunur.
1) Kommersiya hesabı;
2) Təsərrüfat daxili hesablaşmalar;
Kommersiya hesabı müəssisə və təşkilatın digər müəssisə və təşkilatlarla iqtisadi əlaqələrini,
münasibətlərini, hesablaşmalarını əhatə edir.
Təsərrüfat daxili hesablaşmalar isə müəssisənin daxili struktur bölmələri arasında (məsələn, istehsal,
satış, marketinq, təchizat şöbələri, sexlər, anbarlar və s. arasında) olan münasibətləri və hesablaşmaları
əhatə edir.
İdarəetmənin iqtisadi metodları iqtisadi qanunların, prinsiplərin və müddəaların praktikada istifadə
edilməsi mexanizmidir. Bütövlükdə bu metodların resursların bölüşdürülməsi, firmanının iqtisadi
inkişaf istiqamətlərinin düzgün
seçilməsi, planlaşdırma və iqtisadi təhlilin elmi səviyyəsinin
yüksəldilməsi üçün böyük əhəmiyyəti vardır.
2) İdarəetmə fəaliyyətində inzibati-sərəncam metodunun
həyata keçirilməsi olduqca vacib və
əhəmiyyətli məsələlərdən biridir.
İnzibati-sərəncam metodlarından dövlətin, cəmiyyətin qanunlarına, əmək qanunvericiliyinə, habelə
sahibkara verilən səlahiyyətlərə əsasən istifadə edilməlidir. Öz növbəsində bu qanunları, qaydaları və
aktları pozan sahibkarlar və mütəxəssislər məsuliyyət daşıyırlar.
İnzibati-sərəncam metodu hakimiyyətçilik səlahiyyətinə malik olduğuna görə normativ-sərəncam
xarakteri daşıyır və onun yerinə yetirilməsi məcburidir. İnzibati-sərəncam metodlarının obyekti geniş və
çoxcəhətlidir. Lakin bunu müəyyən istiqamət üzrə təsnifata ayırmaq olar. Normativ-sərəncam metodu
iki təsir metoduna ayrılır:
1) İnzibati-təsir metodu;
2) Sərəncam-təsir metodu;
İnzibati-təsir metodunun köməyi ilə istehsal sahələrinin təşkili sistemi, onların idarəetmə orqanları,
əməyin təşkili formaları, işçi-rəhbər münasibətləri formalaşdırılır və təkmilləşdirilir.
İnzibatçılıq dedikdə, yüksək idarəetmə bacarığı və qabiliyyəti başa düşülür. İnzibatçılıq həm nəzəri
biliklə, həm də praktik vərdişlərə sahib olmaqla formalaşır. Beləliklə, inzibati-təsir metodunun başlıca
xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
a)
idarə olunan obyektə birbaşa və bilavasitə təsiretmə qaydası;
b) qərar və sərəncamların operativ qaydada işlənməsi və həyata keçirilməsi;
c) müvafiq qanunların və normativ sənədlərin lazımı səviyyədə, qaydada yerlərə tətbiq edilməsi;
d) bu və ya digər situasiyaların eyni qaydalı həlli;
e) rəhbər işçilərin, menecerlərin, sahibkarların tabeçilikdə olan işçilərin, icraçıların iradəsinə
müstəqim təsir edə bilməsi;
İnzibatçı rəhbər rəhbərlik etikasına ciddi riayət etməlidir. Yəni işçilərlə davranışında ədalətli və
nəzakətli olmalıdır, işçini dinləməyi bacarmalıdır, ciddi olmalıdır, işçilərin tənqidi çıxışlarına qulaq
asmalıdır, qanunvericiliyə dürüst riayət etməlidir.
İnzibati metodun reqlamentləşdirmə, təlimatlandırma və nizamlan-dırma xüsusiyyətlərini
fərqləndirmək lazımdır. Reqlamentləşdirmə funksiyası dedikdə təşkilati struktur bölmələrinin və ya
şöbələrinin yaradılması, əmək bölgüsünün həyata keçirilməsi, şöbələrin əsasnamələrinin hazırlanması,
müəssisənin konsepsiyasının tərtib olunması, iş vaxtı normalarının, material normativlərinin, daxili
nizam-intizam qaydalarının müəyyən edilməsi başa düşülür.
Təlimatlandırma xüsüsiyyəti ayrı-ayrı şöbələrin, strukturların, vəzifələrin icrasının təlimatlarının
hazırlanması, işçilərin nizam-intizam qaydaları ilə, qanun və normativ sənədlərlə təlimatlandırılması və
s. ilə əlaqədardır.
Nizamlandırma funksiyası isə qanunlara, qaydalara əməl edilməsinə nəzarət olunması ilə
əlaqədardır.
Sərəncam metodu qanunlara, əsasnaməyə, təlimatlara, normativ sənədlərə və s. əsaslanaraq
həyata keçirilir. Bu metodun təsir vasitələri əmrlər, sərancamlar, göstərişlər, tapşırıqlar və s. hesab
edilir. Bu metod idarə edən və idarə olunan sistemlərin qarşılıqlı əlaqələrini, onların tənzimlənməsi
qaydalarını müəyyən edir.
Sərəncam metodu müəssisə aparatı və istehsalda çalışan bütün işçilərin səmərəli, intizamlı
fəaliyyəti, əmək, istehsal və dövlət intizamına əməl edilməsini, təşkilatçılıq fəaliyyətini yerinə yetirir.
Sərəncamvermə metodu idarəetmənin bütün fəaliyyətinə aiddir. İdarəetmənin funksiyaları bu metodun
tətbiqi olmadan yerinə yetirilə bilməz.
3) Sosial-psixoloji metod.
Müasir şəraitdə sosial-psixoloji metoda idarəetmə prosesində daha çox əhəmiyyət verilir.
Sosial-psixoloji metod işçi heyətinin və onun üzvlərinin sosial və psixoloji maraqlarına təsir göstərmək
vasitəsidir.
Sosial-psixoloji metod 2 cür təsnifləşdirilir:
1)
Sosial metod.
2)
Psixoloji metod.
Psixoloji metod özü aşağıdakı kimi təsnifləşdirilir:
1) Kollektivin siyasi, ideoloji və mənəvi tərbiyələndirilməsi;
2) Kollektiv ənənələrinin və adətlərinin qorunması və inkişaf etdirilməsi;
3) Kollektiv üzvlərinin fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınması;
4) Kollektiv üçün mədəni, kütləvi tədbirlərin keçirilməsi;
5) Fərdi qabiliyyət və peşəkarlığın qiymətləndirilməsi;
Sosial metod isə aşağıdakı kimi təsnifləşdirilir:
1) Kollektiv sosial inkişafının planlaşdırılması;
2) Maddi yardımların göstərilməsi;
3) Maddi həvəsləndirmənin həyata keçirilməsi;
Sosial metod müəssisədə sosial inkişafı nəzərdə tutmaqla idarəetmənin həyata keçirilməsini
tələb edir. Sosial inkişaf işçinin təmin olunması, onun sosial qayğısına qalmaq, həyat səviyyəsini
yüksəltmək prosesini əhatə edir
Psixiloji üsul
fərdlərin, qrupun və kollektivin psixologiyasına təsir etməklə idarəetmə
fəaliyyətinin həyata keçirilməsidir. İdarəetmənin bu metodu kollektiv arasında psixoloji əhval
ruhiyyə yaratmaqla istehsalın inkişafına, keyfiyyətin yaxşılaşdırılmasına və insanlar arasında
birgə fəaliyyətin və digər münasibətlərin tənzimlənməsinə yönəldilir. Psixoloji metod aşağıdakı
tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Psixoloji metod kadrların seçilməsinə, yerləşdirilməsinə, əməyin elmi təşkilinə
yönəldilməklə, onların savadını, qabiliyyətini, davranışını, intellektual səviyyəsini, intizamını,
mədəniyyətini, qətiyyətini və digər xüsusiyyətlərini nəzərə alır və fərqləndirir.
Menecment- mühazir ə m ə tnl ə ri
K.Xodkinqson, K.Devis, X.Pirson və başqalarını misal göstərmək olar.
Menecmentin predmetini idarəetmə münasibətləri təşkil edir. Menecmentin obyekti bazar
münasibətləri şəraitində istehsal, ticarət, xidmət, nəqliyyat, tikinti və s. fəaliyyət sahələri ilə məşğul
olan müəssisə və təşkilatlardır. Menecmentin subyektləri dedikdə isə, idarə edən və idarə olunan
sistemlər başa düşülür.
Menecment fənlərarası elmi bilik sahəsi kimi də başa düşülür. Çünki elə bir sahə yoxdur ki, orada
idarəetməyə ehtiyac olmasın. Məsələn, maliyyə özü ayrı bir elmdir və onun menecmenti də vardır.
Həmçinin marketinq, innovasiya, kommersiya və s.
Menecment bazar münasibətləri şəraitində idarəetmə nəzəriyyəsi hesab edilir. Menecment və
idarəetmə anlayışları bir-birinə tam olmayan sinonim kimi çıxış edir. İdarəetmə anlayışı insan
fəaliyyətinin bütün sahələrinə aid edilə bilər (məsələn, dövlətin idarə edilməsi, cəmiyyətin idarə
edilməsi). Menecment anlayışı isə yalnız bazar mühiti şəraitində fəaliyyət göstərən müəssisələrdə
sosial iqtisadi proseslərin idarə olunmasını əks etdirir. “İdarəetmə” məfhumunun məzmununu
araşdırarkən aydın olur ki, o sərbəst peşəkar fəaliyyət növü olub, təkcə sənaye firamlarının elmi-
tədqiqat, layihə-konstruktor işləri ilə deyil, həmçinin, istehsal, texnoloji, təşkilati, maliyyə, satış
sahələrini, həm də bank, sığorta təşkilatları, turizm agentliyi, mehmanxana, nəqliyyat
kompaniyaları və ümumiyyətlə, bazara sərbəst iqtisadi subyekt kimi daxil olan bütün təsərrüfat
vahidlərini əhatə edir.
Beləliklə, aydın olur ki, menecment bazar münasibətləri şəraitində müəssisənin maliyyə-təsərrüfat
fəaliyyətinin təşkil olunub, onun müstəqil həyata keçirilməsini əhatə edir.
Menecment daha az maddi, əmək və maliyyə ehtiyatlarından istifadə edərək səmərəliliyi
yüksəltmək və mənfəəti artırmaq məqsədi ilə həyata keçirilən idarəetmə fəaliyyəti ilə əlaqədar
peşədir. Bu peşə idarəetmə fəaliyyəti ilə bağlı bütün funksiyaların, metodların, prinsiplərin,
strategiyaların və formaların məcmusudur. Başqa sözlə, menecment bazar və bazar münasibətləri
şəraitində idarəetmə deməkdir ki, o;
– firmanı tələb və təklifə uyğunlaşan bazara və məhsul buraxılışına elə yönəltməlidir ki, nəticədə
yüksək mənfəət əldə etmiş olsun;
– azad qərar qəbul etməklə tam təsərrüfat sərbəstliyi şəraitində keyfiyyətli məhsul bolluğu yaratsın;
– bazarın vəziyyətindən asılı olaraq qarşıya qoyulan məqsədlərə nail olsun;
Əgər menecment idarəetmə haqqında elmdirsə, menecer idarəedən şəxs və ya menecment üzrə
mütəxəssisdir. Menecer (ingiliscə “manager” sözündən olub, müdir, idarə edən deməkdir.
İqtisadiyyatın idarə edilməsi sahəsində hüquqi və digər məsələlərdə səriştəsi olan mütəxəssisdir.
Aşağıdakı vəzifə sahibləri menecerlər hesab oluna bilərlər.
1. Müəssiənin rəhbərləri.
2. Təşkilati struktur vahidlərinin ( şöbələrin, bölmələrin) rəhbərləri.
3. Müəssisədə hər hansı fəaliyyət sahələrinin funksional icraçıları.
4. Nəzarətçilər və s.
Menecerlər hansı sahədə çalışmalarından asılı olmayaraq beş baza-vəzifələri həyata keçirirlər.
1. Onlar məqsədi müəyyənləşdirirlər. Hər hansı məqsəd nəticəyə yönəlir və onlara nail olunması
yolları aydınlaşdırılır. Bunun üçün qərarlar qəbul edilib, icraçılara çatdırılır.
2. Menecerlər təşkilatçıdırlar. Təşkilatçılıq dedikdə təşkiletmə funksiyasını həyata keçirmək
fəaliyyəti başa düşülür. Təşkiletməni idarəetmə fəaliyyətindən ayrılıqda təsəvvür etmək olmaz.
Təşkiletmə özü də idarəçilik funksiyasıdır. Çünki təşkilatçılığı həyata keçirmək üçün təşkilati
planlaşdırmanı yerinə yetirmək, sonra isə lazım olan bütün əmək və maddi-texniki resursları
səfərbər etmək lazımdır. Bu isə yüksək idarəetmə məharəti və nəzəri-təcrübi biliklər tələb edir.
3. Menecer motivasiya və kommunikasiyanı təmin edir. Müxtəlif işlərə cavabdeh adamlardan
ibarət komanda yaradır. O, bunları kadr məsələləri, əmək haqqı, mükafatlandırma sahəsində
qərarlar vasitəsi ilə həyata keçirir və bu zaman tabeliyində olanlar, icraçılar və həmkarları ilə daim
4. Menecerin işində ən əsas element ölçüdür. O, ölçü vahidini müəyyənləşdirir, nəticələri təhlil
edir, qiymətləndirir və izah edir. Bu barədə isə həmişə olduğu kimi rəhbərliyə, həmkarlarına və
tabeçiliyində olanlara xəbər verir.
5. Özü də daxil olmaqla, işçilərin maddi və mənəvi inkişafını təmin edir.
Menecerlər idarəetmədə öz funksiyalarını yerinə yetirmək üçün aşağıdakı rola malikdirlər.
1. Təşkilati rol;
2. İnformasiya rolu;
3. Qərar qəbul edilməsi;
Təşkilati rol yuxarıda deyildiyi kimi təşkilati məsələlərin həyata keçirilməsi ilə əlaqədardır.
Menecerlər idarəetmə fəaliyyətini həyata keçirmək üçün daim informasiyalar əldə etməlidirlər.
Çünki informasiyalara malik olmadan düzgün qərar qəbul etmək mümkün deyildir.
İdarəetmədə ən vacib ünsürlərdən biri də qərarların qəbul edilməsidir. İdarəetməni həyata
keçirmək üçün qərarlar qəbul etmək lazımdır. Düzgün qərarlar istər idarəetmə sahəsində, istərsə
də maliyyə-təsərrüfat sahəsində məqsədlərə çatmağa və müsbət nəticələr əldə etməyə yönəlir.
İdarəetmənin başlıca məqsədi iqtisadi sistemlərdə baş verən dəyişiklikləri əvvəlcədən görməkdən,
real vəziyyəti və uzunmüddətli iqtisadi qərarları düzgün qiymətləndirib təşkilatın fəaliyyətinə
töhfə verməkdən ibarətdir.
3.Menecmentin tarixi
Menecment bir elm kimi XX əsrin əvvəllərində yaranmışdır. 1911-ci ildə alim və sahibkar F.Teylor
“İdarəetmənin əsas prinsipləri” adlı əsərini yazmışdır. Bəzi iqtisadçılar idarəetmənin yaranmasını
həmin bu əsərin yazılması ilə əlaqələndirməyə çalışırdılar. Lakin bir sıra tarixi hadisələr göstərir ki,
idarəetmə qədim dövrlərdən mövcud olmuşdur. Məsələn, Misir ehramlarının tikintisi, Böyük Çin
Səddi idarəetməsiz inşa oluna bilməzdi. Deməli, idarəetmə bizim eradan əvvəl də mövcud olmuş,
lakin bir elm kimi XX əsrin əvvələrində nəzəri cəhətdən əsaslandırılmışdır.
İdarəetmənin bir elm kimi formalaşıb inkişaf etməsi aşağıdakı idarəetmə məktəblərinin yaranıb,
müəyyən tarixi dövrləri keçməsi ilə əlaqədar olmuşdur.
1. Elmi idarəetmə məktəbi ( 1885-1920.)
2. Klassik idarəetmə məktəbi ( 1920- 1950.)
3. İnsani münasibətlər məktəbi ( 1930- 1950.)
4. Müasir idarəetmə məktəbi ( 1950- indiyədək.)
Elmi idarəetmə məktəbi F.Teylor və onun ardıcıllarının fikirləri və elmi ideyalarına əsaslanmışdır.
Bu məktəbin nümayəndələri əl əməyinin idarəetmə əməyindən ayrılmasını təklif etmişlər. Həmin
məktəbin nümayəndələri sübüt etmişlər ki, idarəetmə ayrıca bir elmdir. Bundan başqa həmin
məktəbin nümayəndələri əl əməyinin yüngülləşdirilməsi və bu sahədə problemlərin aradan
qaldırılması sahəsində də bir sıra fikirlər irəli sürmüşlər. Məsələn, 8 saatlıq iş gününün təklif
olunması əmək prosesində vaxt normasının yaradılmasının əsasını təşkil edir. Daha sonra onlar
istehsalın mexanikiləşdirilməsi və avtomatlaşdırılması sahəsində həyata keçirilən tədbirləri əl
əməyinin yüngülləşdirilməsi üçün olduqca vacib hesab etmişlər. Bundan başqa elmi idarəetmə
məktəbi işdə həvəsləndirmə sisteminin yaradılması fikrini də irəli sürmüşdür ki, bu da istehsalın
inkişafına və artım tempinə təsir amili kimi dəyərləndirilməlidir.
Klassik idarəetmə məktəbinin nümayəndələri ilk dəfə olaraq idarəetmə elmini sistemləşdirmiş,
onun funksiyalarını, prinsip və metodlarını tədqiq etmişlər. Onlar sübut etmişlər ki, idarəetmə
fəaliyyəti idareəetmənin həyata keçirilməsindən irəli gələn funksiyaların məcmusundan ibarət
olub, müvafiq prinsiplərə əsaslanaraq müəyyən üsullar və mexanizmlər əsasında həyata keçirilir.
Klassik idarəetmə məktəbinin nümayəndələri idarəetmənin funksiyalarını aşağıdakı kimi
Onlar idarəetmənin 3 üsulunu təklif edirdilər.
1) İqtisadi üsul.
2) İnzibati üsul.
3) Sosial-psixoloji üsul.
Klassik idarəetmə məktəbinin təklif etdiyi rəhbərlik üslubları isə aşağıdakılardır:
1) Avtokrat üslub.
2) Liberal üslub.
3) Demokratik üslub.
İnsani münasibətlər məktəbi hər bir işçiyə fərdi qaydada yanaşmanı tələb edir. Buna görə də
onların fərdi xüsusiyyətləri nəzərə alınmalı, təlabatı, bacarığı, qabiliyyəti, səriştəsi, psixologiyası
ayrı-ayrılıqda müəyyən olunmalıdır.
Bu məktəb idarəetmənin və fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə maddi və mənəvi
həvəsləndirməni, idarəetmədə insan amilini, iş şəraitini, ictimai münasibətləri nəzərə almağı zəruri
Müasir idarəetmə məktəbi idarəetmə məktəbləri arasında ən mütərəqqi səciyyə daşıyır. Bu məktəb
kompüter texnologiyasını, avtomatlaşdırmanı, riyazi-iqtisadi modelləri, rabitə texnologiyasını
menecmentə gətirdi. Bu proseslər idarəetmənin inkişafı və bu sahədə səmərəliliyin yüksəldilməsi
üçün böyük əhəmiyyətə malik olmuşdur. Çünki informasiya sistemləri və kompüter texnologiyası
idarəetmə sahəsində də yeniliklərin həyata keçirilməsinə səbəb olur.
İdarəetmə məktəbləri idarəetmə elminin formalaşması və inkişafında həmişə böyük rola malik
olmuşdur. Çünki bu məktəblər idarəetmə elminin müxtəlif tərəflərini öyrənmiş, bu sahədə xeyli
tədqiqatlar aparmış və problemləri araşdırımışdır. Onu da qeyd edək ki, idarəetmə elminin hazırki
duruma gəlib çıxmasını idarəetmə məktəblərinin elmi fəaliyyətinin nəticəsi kimi qiymətləndirmək
4.İdarəetmə prosesi.
1. İdarəetmə prosesi və onun mahiyyəti.
2. İdarəetmənin əhatə dairəsinə görə təsnifatı.
3. İdarəetmənin səmərəliliyi.
Idarəetmə fəaliyyət olmaqla bərabər, həmçinin bir prosesdir. Bu proses müəssisə və təşkilatların
son məqsədə çatması üçün onun fəaliyyətinin həyata keçirilməsinə xidmət edir.
İdarəetmə fəaliyyətini təşkil etmək və həyata keçirmək üçün idarəetmə prosesini, onun
mexanizmini yaratmaq lazımdır. İdarəetmə prosesi bu sahədə bütün funksiyaların, prinsiplərin,
metodların bilavasitə həyata keçirilməsinin məcmusudur. Yəni biz idarəetmə dedikdə
planlaşdırma, təşkil etmə, marketing, motivasiya, nəzarət, bunların həyata keçirilməsinin prinsip
və metodlarını başa düşürük. Lakin idarəetmə prosesi isə sadalanan bu komponentlərin həyata
keçirilməsi ardıcıllığını, yerinə yetirilmənin müddətlərini, dövrlərini özündə əks etdirir. Deməli,
idarəetmə prosesi idarəetmə fəaliyyətinin həyata keçirilməsinin prosedur məcmusudur.
İdarəetmə prosesi müəssisənin fəaliyyətinin bütün tərəflərini (istehsal, təchizat, maliyyə,
marketinq, satış və s.) əhatə edir. Elə bir sahə yoxdur ki, o idarəetmədən kənarda qalsın. Əks
təqdirdə, həmin sahədə problemlər aşkar edilməz, təhlil edilməz, onların qarşısı alınmaz, aradan
qaldırılmaz və bu da müəssisənin uğursuzluğa düçar olmasına gətirib çıxarar.
Müəssisədə idarəetmə prosesinin təşkili və hansı prinsiplər əsasında həyata keçirilməsi rəhbərin və
ya menecerin idarəetmə bacarığından, qabiliyyətindən və metodikasından, bu sahədəki nəzəri-
təcrübi biliklərinin vəhdətindən irəli gəlir. Menecerlər idarəetmə prosesini elə qurmalıdırlar ki, bu
proses müəssisənin son məqsədə nail olmasına xidmət etsin. İdarəetmə prosesi müəssisədə bütün
işçi qüvvəsini və əmək vasitələrini hərəkətə gətirməlidir. Bundan başqa idarəetmə prosesi az
məsrəf sərf etməklə çox gəlir əldə edilməsini nəzərdə tutur.
İdarəetmə prosesi xammaldan hazır məhsul alınması ilə əlaqədar texnoloji və iqtisadi
əməliyyatların təşkili və icrası ardıcıllığını özündə əks etdirir.
İdarəetmə prosesi əhatə dairəsinə görə aşağıdakı kimi təsnif olunur.
1. Müəssisənin idarəedilməsi.
2. İstehsalın idarəedilməsi.
3. Ayrı-ayrı şöbə və ya bölmələrin idarə edilməsi (maliyyə, təchizat, plan, kadr və s. şöbələrin idarə
Müəssisənin idarəedilməsi aşağıdakı məsələləri əhatə edir:
1. Fəaliyyətin planlaşdırılması.
2. Təşkilati məsələlərin idarəedilməsi.
3. Təşkilati strukturun yaradılması.
4. İnformasiya menecmenti.
5. Marketinq və onun idarə edilməsi.
6. Müəssisənin strateji və cari fəaliyyətinin idarəedilməsi.
7. Müəssisənin bütün istehsal və maliyyə-təsərrüfat fəaliyyətinin idarə edilməsi və ona nəzarət
8. İnnovasiya menecmenti.
9. İnvestisiya menecmenti.
10. Ümumi nəzarətin həyata keçirilməsi və s.
Müəssisənin ümumi idarə etmə fəaliyyəti onun rəhbəri tərəfindən həyata keçirilir. Lakin o bu
prosesi təşkilati struktur vasitəsi ilə həyata keçirir. Yəni onlar müavinlərin, menecerlərin, şöbə və
ya bölmə müdirlərinin vasitəsilə müəssisənin fəaliyyətini idarə edirlər.
Şöbə və ya bölmə rəhbərləri, menecerlər idarəetmənin alt həlqələridirlər. Onlar öz struktur
vahidlərinin fəaliyyət planını və proqramını tutur, şöbənin fəaliyyətinə nəzarət edir, işçilərin
arasında koordinasiya yaradır, fəaliyyətin nəticələrinə dair müəssisə rəhbərliyinə hesabat verirlər.
İstehsalın idarə edilməsi idarəetmə prosesinin ana xəttini təşkil edir. Çünki istehsal müəssisənin
əsas fəaliyyət sferasıdır.
İstehsalın idarə edilməsi müəssisənin istehsal fəaliyyətini əhatə edir. İstehsal işçi qüvvəsi
tərəfindən əmək alətləri vasitəsi ilə xammaldan hazır məhsul alınması prosesidir. Deməli istehsalın
idarə edilməsi həmin bu prosesi əhatə edir. İstehsalın idarə edilməsini aşağıdakı kimi təsnif etmək
1. İstehsalın planlaşdırılması.
2. İstehsalın təşkili.
2. Texnoloji proseslərin idarə olunması.
3. İstehsal heyətinin idarə olunması.
4. İstehsal fəaliyyətinə nəzarət edilməsi.
Digər sahələr isə ona xidmət edir. Məsələn, maddi-texniki təchizat sahəsi istehsal sferasını texnika
və materiallarla təchiz edir. Satış sahəsi istehsal olunmuş məhsulların satışı ilə məşğul olur və s.
İdarəetmə prosesi müəssisənin fəaliyyətində xüsusi yer tutur. Buna görə də rəhbərlər, menecerlər
bu prosesi lazımi səviyyədə və elmi əsaslarla təşkil etməlidirlər.
İqtisadi inkişafın hazırki dövründə idarəetmə prosesinin də inkişafı və təkmilləşdirilməsi vacib
məsələlərdən biridir. Bunun üçün daim səmərəli və keyfiyyətli idarəetmə prosesinin təşkil
olunmasına nail olmaq lazımdır. Müəssisədə istehsalın təkmilləşdirilməsi, yeni texnikanın tətbiqi,
əsas vasitələrin yeniləşdirilməsi, əmtəələrin mükəmməlləşdirilməsi, əl əməyinin
yüngülləşdirilməsi sahəsində atılan addımlar səmərəli və keyfiyyətli idarəetmə prosesinin
təzahürüdür. Kollektiv arasında sağlam mühit, xoş münasibət, həvəslə çalışmaq, birgə fəaliyyət və
s. idarəetmənin keyfiyyətinə təsir edən müsbət amillərdir.
İdarəetmə prosesinin nə dərəcədə səmərəli və keyfiyyətli olub-olmamasını müəyyən edən meyar
fəaliyyətin nəticəsidir. Bunun üçün müəssisənin fəaliyyətinin nəticələri əvvəlki dövrlə müqayisə
olunur. Əgər inkişaf və irəliləyiş varsa, bu idarəetmənin səmərəliliyinin nəticəsi kimi
qiymətləndirilir. Əgər nəticə müsbətdirsə idarəetməni keyfiyyətli və səmərəli hesab etmək olar.
Əks təqdirdə idarəetmə keyfiyyətsiz və səmərəsiz hesab olunur. Bu halda müəssisə rəhbərləri
təşkilati struktura yenidən baxmalı, əmək bölgüsündə, vəzifə bölgüsündə ciddi dəyişikliklər
etməli, idarəetmənin funksiyaları, prinsipləri və metodlarının lazımi səviyyədə həyata keçirilməsi
5.Müəssisənin təşkilati strukturu.
İdarəetmənin təşkilati strukturu dedikdə, idarə edən və idarə olunan sistemlər arasında qarşılıqlı
əlaqəni ciddi tabeçilik əsasında təmin edən idarəetmə bölmələrinin məcmusu başa düşülür.
Müəssisə və təşkilatlarda idarəetmə funksiyasını həyata keçirmək üçün idarəetmə aparatını
yaratmaq lazımdır. Bunun üçün isə təşkilati strukturun olması vacibdir.
İdarəetmənin təşkilati strukruru özü bir sistemdir. Bu sistemin tərkibi təşkilatın ayrı-ayrı yarım
sistemləri, bölmələri, şöbələri, onların tərkibi, nisbəti, yerləşdirilməsi, asılılığı və qarşılıqlı
Təşkilati struktur 2 istiqamətdə həyata keçirilir.
Üfüqi istiqamət fəaliyyət sahələrinin idarəetmə funksiyalarını yerinə yetirən qürumların, filialların,
törəmə müəssisələrin, mərkəzlərin, şöbələrin, bölmələrin, hissələrin məcmusudur.
Şaquli istiqamət isə səlahiyyət və asılılıq dərəcələrini əks etdirir. Təşkilati strukturun şaquli
istiqaməti sahə-tabeçilik sxemini xarakterizə edir. Bu istiqamət həmçinin ayrı-ayrı struktur
vahidlərinin nə dərəcədə maliyyə-iqtisadi müstəqilliyini, idarəetmənin mərkəzləşdirilməsini əhatə
Təşkilati struktur əmək bölgüsü üçün əsasdır. Çünki əvvəlcə təşkilati struktur yaradılmalı, yeni iş
yerləri açılmalı, ştat vahidləri müəyyən olunmalı, sonra isə həmin vəzifələrə işçilər təyin
edilməlidir. Əmək bölgüsü də təşkilati struktura uyğun olaraq üfüqi və şaquli istiqamətdə həyata
İdarəetmənin təşkilati strukturunun aşağıdakı formaları vardır:
3. Xətti- funksional.
İdarəetmənin xətti təşkilati strukturu idarəetmənin ən sadə və səmərəli təşkilati struktur
formasıdır. Xətti sistemin mahiyyəti ondan ibarətdir ki, kollektivi aşağı idarəetmə səviyyəsində
aşağı rəhbərlər idarə edirlər. Onlar yuxarı rəhbərlərə tabedirlər. Bu sistemin müsbət cəhəti odur ki,
aşağı rəhbərlər kollektivin içərisində olur və kollektivin problemlərini, çətinliklərini daha yaxından
izləyirlər. Aşağı rəhbərlər kollektivi maraqlandıran məsələlərdən daha tez xəbər tutur və rəhbərlik
qarşısında məsələlər qaldırırlar. Deməli, aşağı rəhbərlər kollektivlə yuxarı rəhbərlər arasında
koordinasiya və əlaqə rolu oynayırlar. İdarəetmənin xətti strukturunda istər vahid rəhbərlik,
istərsə də kollegialılıq prinsipi tətbiq edilə bilər.
Təşkilatın idarə olunmasının funksional təşkilati strukturu da idarəetmədə tez-tez rast gəlinən
formadır. Xətti sistemdən fərqli olaraq, təşkilati struktur funksional icraçıların tabeçilik sxemini əks
etdirir. Yəni bu sistemdə rəhbərlər təşkilati strukturu yaradarkən şöbələr və bölmələrə deyil
funksional icraçılıq fəaliyyətinə üstünlük verir. Məsələn, satış sahəsinin təşkili və bu sahəyə
nəzərat satış meneceri tərəfindən həyata keçirilir. Reklam fəaliyyəti reklam menecerlərinə, maliyyə
fəaliyyəti maliyyə menecerlərinə həvalə edilir. Bu təşkilati struktur formasında bir sahədə bir neçə
menecer fəaliyyət göstərə bilər. Hər bir menecer öz üzərinə düşən işə görə məsuliyyət daşıyır. Bu
sistem işçilərin sayı çox olmayan müəssisələr üçün daha münasibdir. Çünki hər hansı bir sahənin
bir və ya bir neçə funksional icraçıya həvala edilməsi kifayət edir. Bu isə aşağı rəhbərlərin sayının
çox olmasına gətirib çıxarır və yuxarı rəhbərin işini çətinləşdirə bilər.
Funksional idarəetmədə məqsəd ondan ibarətdir ki, konkret məsələlər üzrə ayrı-ayrı funksiyaların
yerinə yetirilməsi mütəxəssislərə həvalə edilir.
Funksional idarəetmə xətti idarəetmə ilə yanaşı da mövcud olur ki, bu da icraçılar üçün ikili
tabeçilik yaradır. Təşkilatı-struktur formasının funksional sistemdən xətti-funksional sistemə
keçməsi əsasən idarə etmə işçilərinin sayının artması ilə əlaqədar olur. Rəhbərlər müəssisənin bəzi
sahələrində idarəetmənin xətti formasını, digər sahələrində isə funksional formasını tətbiq edirlər.
Xətti-funksional formada idarəetmə pillələri kimi həm şöbələr və bölmələr, həm də funksional
icraçılar fəaliyyət göstərə bilirlər.
Müəssisənin idarəolunması üçün formalaşmış təşkilati-strukturlar yaradılarkən onların
layihələndirilməsi olduqca vacib şərtdir. Təşkilati strukturun layihələndirilməsinə müəssisə yeni
yaradılarkən və ya fəaliyyətini genişləndirərkən daha çox ehtiyac duyulur. Bundan başqa mövcud
təşkilati-struktur səmərəsiz hesab edildiyi təqdirdə də onun yenidən layihələndirilməsi məsələsi ön
Təşkilati strukturunun layihələndirilməsi prosesi üç əsas mərhələdən ibarətdir.
1. Mövcud təşkilati-strukturun təhlili;
3. Səmərəliliyin qiymətləndirilməsi;
Birinci mərhələ-mövcud təşkilati strukturun təhlili ilə əlaqədardır. Bu, qüvvədə olan idarəetmə
strukturunun tələblərə nə dərəcədə cavab verdiyini aydınlaşdırmağa xidmət edir. Başqa sözlə,
idarəetmə strukturunun keyfiyyətinin qiymətləndirici meyarlar əsasında nə səviyyədə olduğunu
Qiymətləndirmənin obyektlərinə aşağıdakılar aiddir:
• Təsərrüfat fəaliyyətinin nəticələri;
İkinci mərhələ-təşkilati strukturun layihələndirilməsidir. Bu mərhələ təşkilati strukturun hansı
formasının seçilməsini, ştat vahidlərinin yaradılmasını, onların bir-birindən asılılıq dərəcələrini və
birgə fəaliyyətini, təşkilati strukturun gələcək perspektivlərini özündə əks etdirir.
İdarəetmə strukturunu layihələndirərkən təşkilati struktura olan tələbləri unutmaq olmaz. Təşkilati
struktura qoyulan tələblər aşağıdakılardan ibarətdir:
Üçüncü mərhələ-təşkilati strukturun səmərəliliyinin qiymətləndirilməsidir. Təşkilati strukturunun
vəziyyəti və səmərəliliyi idarə olunan obyektin fəaliyyətini xarakterizə edən göstəricilərlə
qiymətləndirilir. Bu göstəricilər mənfəət, gəlir, sosial inkişaf, əmək haqqı göstəricilərindən
ibarətdir. Təşkilati qruluşu formalaşdırarkən idarəetmənin təkmilləşdirilməsinə diqqət vermək
lazımdır. Çünki bazar münasibətlərinin inkişafı idərəetmənin təşkilində yeni tələblər irəli sürür. Bu
cür tələblərin təmin olunması, idarəetmə elminin inkişafı bu sahədə aparılan tədqiqatların,
araşdırmaların, yeniliklərin həyata keçirilməsi ilə əlaqədardır.
6.Müəssisə və təşkilatların idarə edilməsi
1) Dövlət müəssisələri.
2) Qeyri-dövlət müəssisələri.
3) Müəssisələrin formaları.
Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən müəssisə və təşkilatlar mülkiyyət formalarının
müxtəlifliyi ilə bir-birindən fərqlənirlər. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən
Azərbaycanda mülkiyyətin 3 forması mövcuddur. Bunlar aşağıdakılardır.
1. Dövlət mülkiyyəti;
2. Xüsusi(qeyri-dövlət) mülkiyyət;
3. Bələdiyyə mülkiyyyəti;
Dövlət mülkiyyəti bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da mövcuddur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən əmlak paylarının bölünmək hüququ
olmayan mülkiyyətçilərin yaratdığı təşkilatlar dövlət müəssisələri hesab olunur. Dövlət
müəssiələrinin nizamnamə fondu dövlətə məxsusdur. Dövlət müəssisəsi bütün öhdəliklərinə öz
əmlakı ilə cavabdehdir. Dövlət müəssisələrinin aşağıdakı növləri vardır.
1. Əmlakı tamamilə dövlətə məxsus olan müəssisələr.
2. Səhmlərin nəzarət paketi dövlətə məxsus olan müəssisələr.
Dövlət müəssisələri təsisçilərin onlara verdiyi hüquqlardan asılı olaraq 2 cür təsnifləşdirilirlər.
1. Təsərrüfatçılığı aparmaq hüququ olan müəssisələr;
2. Operativ idarəetmə hüququ olan müəssisələr;
Təsərrüfatçılığı aparmaq hüququ operativ idarəetmə hüququndan daha genişdir. Təsərrüfatçılığın
aparılması hüququna malik olan müəssisələr, mövcud qanunvericilik aktlarına, dövlət qərarlarına
uyğun olaraq müstəqil formada fəaliyyət göstərirlər. Bu tip müəssisələr öz fəaliyyətini,
perspektivlərini və startegiyasını müstəqil surətdə müəyyən edir, təsisçi və ya yuxarı təşkilat
qarşısında hesabat verirlər.
Lakin operativ idarəetmə hüququna malik olan müəssisələr asılılıq dərəcəsinin çox olmasına görə
fərqlənirlər. Bu tip müəssisələr yuxarı təşkilatların və ya təsisçilərin planları, göstərişləri,
tapşırıqları, təlimatları əsasında fəaliyyət göstərirlər.
Dövlət müəssisələrinin timsalında büdcədən maliyyələşən və təssərüfat hesablı dövlət
müəssisələri, səhmdar cəmiyyətlər, şirkətlər, konsernlər və s. fəaliyyət göstərə bilərlər.
Qeyri-dövlət müəssisələri qeyri-dövlət mülkiyyəti əsasında yaranır. Qeyri-dövlət müəssisələri bir
və ya bir neçə şəxs tərəfindən təşkil oluna bilərlər. Yeni qeyri-dövlət müəssisələrinin yaranmasında
fəaliyyətdə olan bir və ya bir neçə qeyri-dövlət müəssisələri də iştirak edə bilərlər.
Qeyri-dövlət müəssisələrinin mülkiyyəti xüsusi mülkiyyətdir və nizamnamə kapitalı dövlətə
məxsus deyil. Qeyri-dövlət müəssisələri dövlət müəssisələrinə nisbətdə daha çox müstəqildirlər.
Qeyri-dövlət müəssisələri fəaliyyətini özü planlaşdırır, daha müstəqil strategiya həyata keçirirlər.
Lakin bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycan Respublikasında da qeyri-dövlət
müəssisələrinin fəaliyyəti dövlət tərəfindən qanunvericilik əsasında tənzimlənir.
Təssərüfat hesablı dövlət müəssisələri və qeyri-dövlət müəssisələri vergi xidməti orqanlarına,
Dövlət Sosial Müdafiə Fonduna, yerli statistika şöbələrinə hesabatlar təqdim edirlər. Büdcədən
maliyyələşən dövlət müəssisələrinin xərcləri büdcə hesabına həyata keçirildiyi üçün onlar yerli
maliyyə orqanları qarşısında hesabat verirlər. Dövlət ölkənin sosial-iqtisadi inkişafının tələblərinə
uyğun olaraq istər dövlət, istərsə də qeyri-dövlət müəssisələrinin fəaliyyətini tənzimləyir və
nəzarət edir. Bu proseslər İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət
Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Respublika Prokurorluğu, Məhkəmə Orqanları
və s. bu kimi orqanlar tərəfindən həyata keçirilir.
Müəssisələrin təsnifat əlamətlərinə görə növləri .
№ Təsnifat əlamətləri Növləri
1. Əsas fəaliyyət sferasına görə
Menecment- mühazir ə mətnləri [ ]
Menecment- Mühazir
ə mətnləri
[ ]
11.10.2008, 09:46
Menecmentin mahiyyəti.
Menecmentin predmeti, məqsədi və əhəmiyyəti
Bazar münasibətlərinə keçid şəraitinin qarşısında duran ən mühüm vəzifələrdən biri də
müəssisələr (təşkilatlar, birliklər) səviyyəsində menecmentin nəzəri və metodoloji problemlərini
işləyib hazırlamaq və həyata keçirməkdir. Nəzəri menecmentin müasirliyi iki nöqteyi-nəzərdən
mühüm əhəmiyyət kəsb edir. Əvvəla, ölkənin bazar münasibətlərinə keçid şəraitində əsas
təsərrüfat sahələrində idarəetmənin mütərəqqi forma və metodlarının tətbiq edilməsi, ikincisi,
müəssisənin dünya bazarına çıxması və xarici iqtisadi əlaqələrin genişləndirilməsi üçün
menecment təcrübəsinin dərindən mənimsənilməsi tələb olunur. Əks təqdirdə müəssisə
səviyyəsində səmərəli işləmək mümkün olmaz. Həmin problemlərin öyrənilməsi həm keçid
dövrünün, həm də bazar münasibətlərinin tələbidir.
Menecment ingilis dilində “management” sözündən olub, idarəetmə, bacarmaq, öhdəsindən
gəlmək mənasındadır.
Menecmentin yaranması ilk dəfə ABŞ-da mühəndis Fredrix Teylorun adı ilə bağlıdır və bir elm
kimi XIX əsrin 50-70-ci illərində daha geniş inkişaf etmişdir. Menecment haqqında bu sahənin
nəzəriyyəçiləri bir sıra tədqiqatlar, araşdırmalar aparmış, menecment nəzəriyyəsinin formalaşıb
inkişaf etməsində mühüm rol oynamışlar. Bunlardan K.Emerson, A.Fayol, P.Drukker,
K.Xodkinqson, K.Devis, X.Pirson və başqalarını misal göstərmək olar.
Menecmentin predmetini idarəetmə münasibətləri təşkil edir. Menecmentin obyekti bazar
münasibətləri şəraitində istehsal, ticarət, xidmət, nəqliyyat, tikinti və s. fəaliyyət sahələri ilə məşğul
olan müəssisə və təşkilatlardır. Menecmentin subyektləri dedikdə isə, idarə edən və idarə olunan
sistemlər başa düşülür.
Menecment fənlərarası elmi bilik sahəsi kimi də başa düşülür. Çünki elə bir sahə yoxdur ki, orada
idarəetməyə ehtiyac olmasın. Məsələn, maliyyə özü ayrı bir elmdir və onun menecmenti də vardır.
Həmçinin marketinq, innovasiya, kommersiya və s.
Menecment bazar münasibətləri şəraitində idarəetmə nəzəriyyəsi hesab edilir. Menecment və
idarəetmə anlayışları bir-birinə tam olmayan sinonim kimi çıxış edir. İdarəetmə anlayışı insan
fəaliyyətinin bütün sahələrinə aid edilə bilər (məsələn, dövlətin idarə edilməsi, cəmiyyətin idarə
edilməsi). Menecment anlayışı isə yalnız bazar mühiti şəraitində fəaliyyət göstərən müəssisələrdə
sosial iqtisadi proseslərin idarə olunmasını əks etdirir. “İdarəetmə” məfhumunun məzmununu
araşdırarkən aydın olur ki, o sərbəst peşəkar fəaliyyət növü olub, təkcə sənaye firamlarının elmi-
tədqiqat, layihə-konstruktor işləri ilə deyil, həmçinin, istehsal, texnoloji, təşkilati, maliyyə, satış
sahələrini, həm də bank, sığorta təşkilatları, turizm agentliyi, mehmanxana, nəqliyyat
kompaniyaları və ümumiyyətlə, bazara sərbəst iqtisadi subyekt kimi daxil olan bütün təsərrüfat
vahidlərini əhatə edir.
Beləliklə, aydın olur ki, menecment bazar münasibətləri şəraitində müəssisənin maliyyə-təsərrüfat
fəaliyyətinin təşkil olunub, onun müstəqil həyata keçirilməsini əhatə edir.
Menecment daha az maddi, əmək və maliyyə ehtiyatlarından istifadə edərək səmərəliliyi
yüksəltmək və mənfəəti artırmaq məqsədi ilə həyata keçirilən idarəetmə fəaliyyəti ilə əlaqədar
peşədir. Bu peşə idarəetmə fəaliyyəti ilə bağlı bütün funksiyaların, metodların, prinsiplərin,
strategiyaların və formaların məcmusudur. Başqa sözlə, menecment bazar və bazar münasibətləri
şəraitində idarəetmə deməkdir ki, o;
– firmanı tələb və təklifə uyğunlaşan bazara və məhsul buraxılışına elə yönəltməlidir ki, nəticədə
yüksək mənfəət əldə etmiş olsun;
– azad qərar qəbul etməklə tam təsərrüfat sərbəstliyi şəraitində keyfiyyətli məhsul bolluğu yaratsın;
– bazarın vəziyyətindən asılı olaraq qarşıya qoyulan məqsədlərə nail olsun;
Əgər menecment idarəetmə haqqında elmdirsə, menecer idarəedən şəxs və ya menecment üzrə
mütəxəssisdir. Menecer (ingiliscə “manager” sözündən olub, müdir, idarə edən deməkdir.
İqtisadiyyatın idarə edilməsi sahəsində hüquqi və digər məsələlərdə səriştəsi olan mütəxəssisdir.
Aşağıdakı vəzifə sahibləri menecerlər hesab oluna bilərlər.
1. Müəssiənin rəhbərləri.
2. Təşkilati struktur vahidlərinin ( şöbələrin, bölmələrin) rəhbərləri.
3. Müəssisədə hər hansı fəaliyyət sahələrinin funksional icraçıları.
4. Nəzarətçilər və s.
Menecerlər hansı sahədə çalışmalarından asılı olmayaraq beş baza-vəzifələri həyata keçirirlər.
1. Onlar məqsədi müəyyənləşdirirlər. Hər hansı məqsəd nəticəyə yönəlir və onlara nail olunması
yolları aydınlaşdırılır. Bunun üçün qərarlar qəbul edilib, icraçılara çatdırılır.
2. Menecerlər təşkilatçıdırlar. Təşkilatçılıq dedikdə təşkiletmə funksiyasını həyata keçirmək
fəaliyyəti başa düşülür. Təşkiletməni idarəetmə fəaliyyətindən ayrılıqda təsəvvür etmək olmaz.
Təşkiletmə özü də idarəçilik funksiyasıdır. Çünki təşkilatçılığı həyata keçirmək üçün təşkilati
planlaşdırmanı yerinə yetirmək, sonra isə lazım olan bütün əmək və maddi-texniki resursları
səfərbər etmək lazımdır. Bu isə yüksək idarəetmə məharəti və nəzəri-təcrübi biliklər tələb edir.
3. Menecer motivasiya və kommunikasiyanı təmin edir. Müxtəlif işlərə cavabdeh adamlardan
ibarət komanda yaradır. O, bunları kadr məsələləri, əmək haqqı, mükafatlandırma sahəsində
qərarlar vasitəsi ilə həyata keçirir və bu zaman tabeliyində olanlar, icraçılar və həmkarları ilə daim
əlaqə saxlayır.
4. Menecerin işində ən əsas element ölçüdür. O, ölçü vahidini müəyyənləşdirir, nəticələri təhlil
edir, qiymətləndirir və izah edir. Bu barədə isə həmişə olduğu kimi rəhbərliyə, həmkarlarına və
tabeçiliyində olanlara xəbər verir.
5. Özü də daxil olmaqla, işçilərin maddi və mənəvi inkişafını təmin edir.
Menecerlər idarəetmədə öz funksiyalarını yerinə yetirmək üçün aşağıdakı rola malikdirlər.
1. Təşkilati rol;
2. İnformasiya rolu;
3. Qərar qəbul edilməsi;
Təşkilati rol yuxarıda deyildiyi kimi təşkilati məsələlərin həyata keçirilməsi ilə əlaqədardır.
Menecerlər idarəetmə fəaliyyətini həyata keçirmək üçün daim informasiyalar əldə etməlidirlər.
Çünki informasiyalara malik olmadan düzgün qərar qəbul etmək mümkün deyildir.
İdarəetmədə ən vacib ünsürlərdən biri də qərarların qəbul edilməsidir. İdarəetməni həyata
keçirmək üçün qərarlar qəbul etmək lazımdır. Düzgün qərarlar istər idarəetmə sahəsində, istərsə
də maliyyə-təsərrüfat sahəsində məqsədlərə çatmağa və müsbət nəticələr əldə etməyə yönəlir.
İdarəetmənin başlıca məqsədi iqtisadi sistemlərdə baş verən dəyişiklikləri əvvəlcədən görməkdən,
real vəziyyəti və uzunmüddətli iqtisadi qərarları düzgün qiymətləndirib təşkilatın fəaliyyətinə
töhfə verməkdən ibarətdir.
Comments are closed, but trackbacks and pingbacks are open.