Menecmentin əsasları mühazirə
Biliyin yeni nəslə ötürülməsi bir proses kimi tədqiqatçıları həmişə narahat etmişdir. Məlum olduğu kimi, keçən əsrin 80-ci illərinə qədər tədris prosesində biliklərin hazır şəkildə yeni nəslə ötürülməsinə üstünlük verilirdi. Bu texnologiya, müəyyən bir dövr ərzində müsbət rol oynamışdır. Lakin təcrübə göstərdi ki, hətta hər beş ildən bir ixtisasartırma kurslarında iştirak etmələrinə baxmayaraq, belə texnologiya ilə hazırlanan kadrların çox az hissəsi gələcək fəaliyyətində müstəqil olaraq öz elmi-pedaqoji və peşə səviyyələrini artıra bilir. Aparılan pedaqoji tədqiqatların nəticələrindən aydın olmuşdur ki, bunun əsas səbəbi onlarda bilikləri müstəqil mənimsəmə vərdişinin olmamasıdır. Müasir dövrdə nəzəri və praktik elm çox sürətlə inkişaf edir, yeniləşir, dəyişir. Hətta bir sıra hallarda dərsliyə düşmüş bəzi elmi nəticələr sürətlə yeniləri ilə əvəz olunur, dərslikdə dəyişiklik zərurəti yaranır və ya yenicə həyat vəsiqəsi almış mülahizələrin bir qismi dərsliklərə, mühazirə kurslarına düşməmiş köhnəlir.
antifenu
Ali təhsilin əsas vəzifəsi cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yaradıcılıq meyllərinə malik, öz təhsilini daima artırmağa, yeniliklər etməyə hazır olan, yüksəkixtisaslı mütəxəssislər və elmi-pedaqoji kadrlar yetişdirməkdən ibarətdir. İlk baxışdan bəlkə də sadə görünən bu vəzifənin həyata keçirilməsi reallıqda olduqca mürəkkəbdir. Bunun üçün, ilk növbədə, biliyin yeni nəslə verilməsi texnologiyasına diqqəti cəlb etmək lazımdır.
Biliyin yeni nəslə ötürülməsi bir proses kimi tədqiqatçıları həmişə narahat etmişdir. Məlum olduğu kimi, keçən əsrin 80-ci illərinə qədər tədris prosesində biliklərin hazır şəkildə yeni nəslə ötürülməsinə üstünlük verilirdi. Bu texnologiya, müəyyən bir dövr ərzində müsbət rol oynamışdır. Lakin təcrübə göstərdi ki, hətta hər beş ildən bir ixtisasartırma kurslarında iştirak etmələrinə baxmayaraq, belə texnologiya ilə hazırlanan kadrların çox az hissəsi gələcək fəaliyyətində müstəqil olaraq öz elmi-pedaqoji və peşə səviyyələrini artıra bilir. Aparılan pedaqoji tədqiqatların nəticələrindən aydın olmuşdur ki, bunun əsas səbəbi onlarda bilikləri müstəqil mənimsəmə vərdişinin olmamasıdır. Müasir dövrdə nəzəri və praktik elm çox sürətlə inkişaf edir, yeniləşir, dəyişir. Hətta bir sıra hallarda dərsliyə düşmüş bəzi elmi nəticələr sürətlə yeniləri ilə əvəz olunur, dərslikdə dəyişiklik zərurəti yaranır və ya yenicə həyat vəsiqəsi almış mülahizələrin bir qismi dərsliklərə, mühazirə kurslarına düşməmiş köhnəlir.
Deyilənlərdən aydın olur ki, təlim prosesində təkcə hazır biliklər verməklə «uzağa getmək olmaz», öyrənənlər üçün biliyin müstəqil yolla əldə edilməsinə şərait yaradılmalıdır. Bu fikrə tərəfdar olan B.Əhmədov bildirir ki, istər ümumtəhsil məktəblərində, istərsə də ali təhsil müəssisələrində öyrədənlərin, tərbiyə edənlərin vəzifəsi, təkcə hazır bilikləri verməkdən ibarət olmayıb, həm də biliyi müstəqil qazanmaq yollarını öyrətməkdən ibarətdir.
Müasir dövrdə yüksəkixtisaslı mütəxəssis və elmi-pedaqoji kadr hazırlığına bu istiqamətdən yanaşılır, onların hazırlanmasının qarşısına keyfiyyət baxımından yeni tələb – tələbəni təhsilin biliyi passiv mənimsəyən obyektindən, biliyin fəal yaradıcısı olan subyektinə çevirmək tələbi qoyulur. Belə ki, müasir tələbə müəyyən bir elmi problemi formalaşdırmağı, onun həlli yollarını araşdırıb tapmağı, nəticəni müəyyənləşdirməyi və onun düzgünlüyünü sübut etməyi bacarmalıdır. Deməli, biliyin hazır şəkildə yeni nəslə ötürülməsi (bilik öyrətmək) texnologiyası öyrənənlərin biliyi müstəqil yolla əldə edə bilməsinə şərait yaradılması (bilikləri öyrənməyi öyrətmək) texnologiyası ilə əvəz edilməlidir. Pedaqoqlar biliyin yeni nəslə verilməsi texnologiyasında baş verən belə dəyişikliyi təlim paradiqmasından təhsil paradiqmasına keçid kimi qiymətləndirirlər: müasir dövrün ali təhsil qarşısına qoyduğu tələb bundan ibarətdir. Məsələnin belə qoyuluşu ali məktəbdə tələbə müstəqil işinin tədris prosesinin əsas tərkib hissələrindən birinə çevrildiyini qəbul etməyi tələb edir.
Tədris prosesində tələbənin müstəqilliyinin artırılması biliklərin mənimsənilməsində interaktiv metodlardan daha geniş istifadə edilməsini, tələbənin yaradıcı qabiliyyətlərinin inkişafını, onun təlabat və imkanlarını nəzərə alaraq təlimdə fərdi işin imkanlarını artırır. Burada söhbət tələbə müstəqil işinin tədris prosesində artırılmasından gedir.
Tələbə müstəqil işi, onun planlaşdırılması, təşkili, forma və metodları, onun nəticəsinin izlənilməsi ali məktəb praktikasında ən zəif nöqtələrdən biridir. Halbuki bu problemlər nəzəri cəhətdən həmişə alimlərin diqqət mərkəzində olmuşdur. L.Q.Vyatkinin, M.Q.Qarunovun, B.P.Yesipovun, V.A.Kozakovun, İ.Y.Lernerin, M.İ.Maxmutovun, N.A.Polovnikovun, P.İ.Pidkasistinın tədqiqatlarında müstəqil iş problemi ümumdidaktik, psixoloji və metodik istiqamətdən tədqiq edilmişdir. Həmin tədqiqatlara əsaslanaraq, ilk növbədə, tələbə müstəqil işinin mahiyyətini açıqlayaq. Ümumiyyətlə, müstəqil işin mahiyyətinin açıqlanmasında alimlər arasında fikir müxtəlifliyi vardır. Məsələn, bəzi tədqiqatçılar tələbə müstəqil işini tələbələrin özlərinə məxsus fəaliyyəti kimi, bəziləri onların idarə edilən fəaliyyəti kimi başa düşürlər; bəziləri isə mühazirə, seminar və praktik məşğələləri, laborator işləri müstəqil işə daxil edir, bunların köməyilə müəllimlərin verdikləri məlumatları tələbələrin müstəqil düşüncədən keçirə bildiklərini və müəllimin köməyi olmadan müəyyən tapşırıqları, işləri sərbəst yerinə yetirə bildiklərini qeyd edirlər. Ümumiyyətlə, pedaqoji ədəbiyyatda «tələbələrin müstəqil işi» anlayışına dar və geniş mənada izah verilir. Tələbənin müstəqil işi dar mənada mənbələrin, dərsliklərin, əlavə ədəbiyyatın, mühazirə konspektlərinin, seminara, imtahana hazırlaşarkən istifadə edilən ədəbiyyatın oxunması və icmallaşdırılması, geniş mənada isə tədris proqramı üzrə keçilənlərin, məşğələlərdə verilən materialların qavranılması, ictimai işlərdə inamın, əqidənin formalaşması və möhkəmlənməsi, əhali arasında biliklərin təbliği və s. kimi başa düşülür. Araşdırma və müşahidələrimizə, o cümlədən bu istiqamətdə aparılan tədqiqatlara əsaslanaraq deyə bilərik ki, tələbələrin müstəqil işi müəllimlər tərəfindən təşkil edilərək tələbələri müstəqil öyrənməyə, işləməyə, fəaliyyət göstərməyə, müstəqil fikir və mülahizələr söyləməyə, yaradıcı işgüzarlığa və .-yə təhrik edən pedaqoji prosesdir.
Mahiyyət etibarilə ali məktəbdə müstəqil işin təşkili tələbələrdə sərbəst öyrənmə fəaliyyətini gücləndirməyə xidmət edir. Tədris planlarının təhlili göstərir ki, ali məktəblərdə tədricən auditoriya məşğələlərinin saatlarının miqdarı azalır və buna müvafiq olaraq verilən nəzəri biliklərin də həcmi azalır. Dünyanın qabaqcıl ali məktəblərində də auditoriya məşğələlərinin saatlarının miqdarı azdır. Burada məqsəd tələbələrin auditoriya məşğələlərində həddən artıq yüklənməsinin qarşısını almaq və tələbələrin müstəqil bilik əldə etmələrinə şərait yaratmaqdır.
Tələbə müstəqil işi növlərindən asılı olaraq həm auditoriyada, həm də auditoriyadan kənarda həyata keçirilə bilər. Ali məktəblərdə apardığımız tədqiqatlar zamanı tələbə müstəqil işinin təşkili baxımından çoxlu noqsanların mövcud olduğu müəyyənləşdi. Məsələn, mühazirə məşğələləri zamanı biliklərin mənimsənilməsi üçün ən azı tədris materialını anlamaq və yaradıcı şəkildə qavramaq zəruridir. Reallıqda isə, əksər hallarda, xüsusəndə aşağı kurs tələbələri mühazirəni yadda saxlamaqla kifayətlənirlər. Müəllimlər isə bu incə məqama diqqət yetirmir, tələbələrə verdikləri materialı həddən artıq yüksək qiymətləndirirlər. Halbuki təcrübə göstərir ki, proqramın olmasına baxmayaraq, müəllimlər fəndaxili və fənlərarası əlaqənin, ardıcıllıq və varislik prinsiplərinin tələblərini tez-tez pozurlar. Daxili məntiqi əlaqələr zəif olduqda isə tələbənin bu bilikləri yadda saxlamaq imkanları da az olur. Belə meyl xüsusilə fundamental hazırlıq tələb edən fənlərin öyrənilməsi zamanı daha təhlükəli xarakter daşıyır.
Həm auditoriyada, həm də auditoriyadan kənar tələbələrin müstəqil işi bir-biri ilə qarşılıqlı əlaqədədir. Bəzən auditoriyada yol verilən noqsan auditoriyadan kənar tələbə müstəqil işinin keyfiyyətinə mənfi təsir göstərir. Məsələn, təhsil standartlarında auditoriyadan kənar məşğələlərə auditoriya saatının yarısı qədər vaxt ayrılmasına baxmayaraq, bu normativə, demək olar ki, az hallarda əməl edilir. Auditoriyadan kənar məşğələlər üçün tapşırığın sayı, həcmi adətən kafedra və müəllimlər tərəfindən müəyyənləşdirilir. Müəllimlər həm auditoriya, həm də auditoriyadan kənar tələbə müstəqil işinin keyfiyyətini artırmaq üçün bu məqamlara xüsusi diqqət yetirməlidirlər.
Tələbə müstəqil işinin təşkili mühazirə məşğələsi ilə başlanır. Yəni ali məktəb tələbəsi ilk dəfə mühazirə məşğələsində müstəqil işə başlayır. Bu səbəbdən, burada mühazirə zamanı tələbə müstəqil işinin təşkilinin bəzi pedaqoji məsələlərinə diqqət yetiriləcəkdir.
Mühazirə ali məktəbdə təlimin əsas təşkili forması və eyni zamanda təlimin fəal metodu kimi qiymətləndirilir. Təcrübədə mühazirənin məqsədəuyğun olaraq informasiyaverici, inam və əqidə formalaşdırıcı, tələbələri müstəqil işə yönəldici formalarından, eləcə də problemli mühazirə, dialoq-mühazirə və s.-yə istifadə olunur. Təəssüf ki, ali məktəblərdə apardığımız tədqiqatlar zamanı mühazirəyə müstəqil yiyələnmə vasitəsi kimi yanaşanların sayının çox az olduğu müəyyən edilmişdir.
Belə ki, «mühazirənin rolu və əhəmiyyətini başlıca olaraq nədə görürsünüz?» sualına respondentlərin 75%-i «proqram materialının ardıcıl şərhində» və «proqrama uyğun olaraq informasiya verməkdə», yalnız 25%-i «tələbənin idrak fəaliyyətinin inkişafı və məntiqinin gücləndirilməsində» «elmin həyatı potensialının dərk edilməsində» «bilik lərə müstəqil yiyələnmə imkan və yollarının açıqlanmasında» cavablarını vermişlər. Halbuki mühazirə məşğələləri tələbənin müstəqil işinin təşkili baxımından geniş imkanlara malikdir. Fikrimizi sübut etmək üçün, qabaqcıl təcrübənin öyrənilməsi baxımından ali məktəblərdə təsadüf etdiyimiz mühazirə formalarına diqqət yetirək:
1. Əvvəlcədən icmallaşdırılmış mühazirə. Mühazirəçi dərslikdən və ya əlavə ədəbiyyatdan istifadə edərək, keçəcəyi mövzunu icmallaşdırır. Dərs zamanı heç bir improvizə etmədən, sadəcə, həmin icmalı oxuyur. Belə mühazirədə faktlar da, şərtlər də köhnə olur. Əlbəttə, belə mühazirə tələbəni müstəqil işə həvəsləndirmir.
2. Tezislər əsasında oxunan mühazirə. Mühazirəçi mühazirəyə hazırlaşarkən deyəcəyi fikirləri qruplaşdırır və mətnin tezislərini müəyyənləşdirir. Əlbəttə, bu da geniş mətnə yox, yaddaşa əsaslanır. Belə mühazirə əvvəlki formadan əhəmiyyətlidir, lakin əhatəliliyi, faktların elmi təhlili ilə diqqəti cəlb etmir. Harada problem situasiyası yaratmaq, harada diskussiyaya yer vermək, harada interaktiv metoddan istifadə etmək və s. kimi fəallıq yaradan məqamlar da yerində olmur, ya da tamam unudulur.
3. Tələbə ilə dialoqa üstünlük verilən mühazirə. Mühazirəçi mövzuya uyğun olan ədəbiyyatla ətraflı tanış olur, onları öyrənir, əhatəli mühazirə mətni hazırlayır vəya onu şərh üçün tezisləşdirir. Mühazirənin planını tərtib edir, istifadə edilən ədəbiyyatı göstərir, tələbəyə hazırlaşmaq üçün məsləhət görülən ədəbiyyatın siyahısını müəyyənləşdirir. Mühazirə mətnini müşayiət edən sxemləri, qrafikləri, slaydları hazırlayır. Düşündürücü sualları hazırlayır. Fənnin digər mövzuları ilə, eləcə də digər elmlərlə əlaqə üçün məqamları müəyyənləşdirir və məzmunu konkretləşdirir və s. Mühazirəçi hazırladığı mətni onun planı və tezisləri üzrə səlis, rəvan, aydın nitqlə, məntiqi əlaqəliliklə, faktların elmi təhlili ilə şərh edir, tələbələri mühazirənin fəal iştirakçılarına çevirir, onları düşündürür, tez-tez tələbələrlə dialoqa girir, qarşıya qoyulmuş problemi birlikdə həll edir, düşüncələri ümumiləşdirir və nəticə çıxarır. Beləliklə–təkcə rasional baxımdan deyil, emosional cəhətdən də yüksək səviyyəli məşğələ alınır.
4. Sual-cavab üzərində qurulan mühazirə. Müəllim mühazirə mətnini əvvəlcədən tələbələrə təqdim edir və mühazirənin keçiriləcəyi vaxt tələbələrə elan olunur.Mühazirə zamanı müəllim mühazirənin məzmununu səlis, rəvan, aydın nitqlə, məntiqi əlaqəliliklə, faktların elmi təhlilini qısa şəkildə tələbələrə çadırır. Sonra tələbələr müəllimə suallar verir. O, suallara birbaşa cavab vermir, tələbə ilə dialoqa girərək, problemin tələbə tərəfindən həll edilməsi üçün şərait yaradır, onları axtarıcılıq və ya qismən axtarıcılıq prosesinə cəlb edir, auditoriyada tələbələrin diskussiyaya girməsinə imkan yaradır. Nəticədə tələbələri mühazirənin fəal iştirakçılarına çevirir, onları düşündürür və qarşıya qoyulmuş problemi birlikdə həll edir. Belə mühazirələr tələbənin idraki fəallığı ilə fərqlənir.
Bütövlükdə götürdükdə tələbələri düşündürən, onların da iştirakilə problemləri həll edə-edə oxunan və duyğuları oyadan mühazirələr daha diqqətlə, daha maraqla dinlənilir. Təkcə material toplamaq və mətn hazırlamaq mühazirəçi üçün azdır. Mühazirəçi yüksək nitq mədəniyyətinə malik olaraq, dilin zənginliyindən, jest və mimikadan istifadə etdikdə, əyaniliyi yerli-yerində mövzu ilə sıx bağlayaraq nümayiş etdirdikdə, mühazirə tempini gözlədikdə, mühazirəni toplanmış materialların sadəcə, ötürücüsü kimi deyil, ideyalar, fikirlər müəllifi kimi inamla, sübutlu-dəlilli, ağıllı və orijinal həmsöhbət, əsl alim kimi çatdırdıqda tələbələrin böyük marağına və razılığına səbəb olur. Tələbələr elmin inkişafını proqnozlaşdıran, yenilikçi alim-müəllimin hər fikrinə diqqətli olmağa çalışır, ondan öyrənir və onun məsləhət və tapşırıqlarını böyük inamla yerinə yetirirlər – nəticədə müstəqil fikri fəallığa yiyələnir, müstəqil işlərin öhdəsindən lazımınca gələ bilirlər.
Hələ XIX əsrdən məşhur alman pedaqoqu və psixoloqu A.Disterveqin belə bir fikri məlumdur ki, pis müəllim həqiqəti təqdim edir, yaxşısı isə onu tapmağı öyrədir. Bu istiqamətdə mühazirə başlıca olaraq tələbələrin nəzəri hazırlığına, məntiqi nəticələrə gələ bilmək, ümumiləşdirmələr apara bilmək bacarığının formalaşmasına, müstəqil işin əhəmiyyətini başa düşməyə və onun icrasına meyllənməyə, ilkin mənbələrlə və ədəbiyyatla işləməyin məqsədini anlamağa və s. bu kimi xüsusiyyətlərə yiyələnmələrinə kömək etməlidir. Burada mühazirəçinin şəxsiyyət bütövlüyü, əxlaqimənəvi saflığı, yüksək elmi-ixtisas hazırlığı, humanizmi, xeyirxahlığı, ədaləti, obyektivliyi, prinsipiallığı, tələbələrlə işləmək həvəsi, alimlik dəyəri, natiqliyi mühüm təsiredici amil rolunu oynayır. Digər bir amil isə mühazirənin elmi-metodik təminatının yüksək olması, dil gözəlliyidir. Belə olmasa, mühazirəçi öz funksiyasını yerinə yetirə bilməz. Bir neçə onillik bundan əvvəl dərslik və digər tədris vəsaitlərinin az olduğu bir vaxtda mühazirə bilik, məlumat verən əsas vasitə idi. İndi isə belə deyil. Mühazirə oyadıcı, düşündürücü, istiramətverici, inkişafetdirici, müstəqil fəaliyyətə hazırlayıcı bir vasitəyə çerilməlidir. Biliyi, məlumatı hazırda dərsliklərdən, kitablardan, İnternetdən və s. almaq olar. Amma alim-müəllim baxışını, səsini, ifadə tərzini, şərh, tapşırıq tonunu, məqama, ehtiyaBca görə problemin izahını, ünsiyyətin görünən və simvolik təzahürünü yalnız insanın özü həyata keçirə bilər.
Ona görə də, hazırda mühazirə daha çox psixoloji təsirə malik, insanı ünsiyyəti yaşadan və insanilik yaradan bir funksiyanı daşımağa başlamışdır. Odur ki, mühazirəni elə qurmaq, elə aparmaq lazımdır ki, o, tələbələrin sosial, psixi, elmi-idraki, müstəqil fəaliyyət imkanlarını artırsın. Buradan da belə nəticə çıxır: mühazirənin müasir əhəmiyyəti bir də ondadır ki, tələbə müstəqil işi üçün geniş imkana malikdir.
Hər bir mühazirəçi bu imkandan daha səmərəli istifadə etməklə tələbə müstəqil işinin sonrakı mərhələlərinin və səviyyəsinin reallığını təmin edə bilər.
Alimlərin tədqiqatlarında da mühazirəyə sadəcə, mövzunun dərslik və ya hər hansı ədəbiyyat üzrə nəqli kimi baxılmır. İ.M.Feyqenberqin yazdığı kimi «…mühazirə sualları üzə çıxarmalı və onlara kitabda, səlahiyyətli adamlarla (xüsusən müəllimlərlə) söhbətdə, müşahidələrdə, düşüncələrində, eksperiment-lərdə cavab tapmağa həvəsləndirməli, nəhayət, cəhdgöstərmə qabiliyyətini inkişaf etdirməli, lazımi məlumatı tapmağı və onları təhlil etməyi öyrətməlidir».
XXI əsrdə meydana gələn dəyişikliklər, yeniliklər, Azərbaycan Respublikasının müstəqil dövlət olaraq fəaliyyəti, demokratik və humanist prinsiplərə üstünlük verilməsi, tədrisdə yeni didaktik tərzlər və metodlar, innovasiyalar və s. istər mühazirənin məzmununda, istər onun elmi, didaktik, metodik istiqamətində, istərsə də şərh və təqdimat üsullarında yeniliklərdən fəal istifadəni zəruri etmişdir. Ona görə də mühazirənin tələbə müstəqil işi üçün yaranmış imkanlarından istifadə etməmək mühazirənin əhəmiyyətini aşağı salmaq demək olar.
Müşahidələrimizə əsasən deyə bilərik ki, dəqiq və texniki elmlərə, təbiət elmlərinə nisbətən humanitar və ictimai elmlər, xüsusilə pedaqoji elmlər üzrə oxunan mühazirələrin böyük əksəriyyəti passiv informasiyaötürücü və məlumatverici xarakterə malik olur. Lakin son bir neçə ildə pedaqoji elmlər üzrə mühazirələrin didaktik-metodik səviyyəsi xeyli artmış, interaktiv metodlardan istifadəyə keçilmiş və mühazirələrin hazırlayıcı və inkişafetdirici səviyyəsi, tələbəni müstəqil işə, axtarıcılığa yönəltmə səviyyəsi yüksəlmişdir.
Bizim təqdim etdiyimiz sistemin əsas tələbləri bunlar oldu:
1. Mühazirələrin başlanğıcından problem yaradılsın, suallar qoyulsun.
2. Məlumat və informasiyalar əsas anlayışlar üzərində qurulsun. Çatmayan
hissələri, deyilməyən məlumatı əldə etmək tələbələrə həvalə edilsin.
3. Problemlər həll edilərkən faktlara, nümunələrə müraciət zamanı tələbələrin fəallığına diqqət yetirilsin. Onların fikir və mülahizələri şərhə daxil olunsun və hamı tərəfindən ona münasibət bildirilsin, müəllim özü həqiqəti ümumiləşdirsin.
4. Mühazirə zamanı sxemlərdən, qrafiklərdən, slaydlardan və s. texniki vasitələrdən istifadə edilsin.
5. Mövzunun şərhi zamanı tələbələrin idraki fəallığını artırmaq üçün debat, əqli hücum, qruplarla iş, işgüzar oyunlar və s. bu kimi metodlardan istifadə olunsun.
6. Tələbələrə referat hazırlamaq, ədəbiyyatla tanış olmaq üçün zəruri tapşırıqlar
Mühazirə tələbələri həm də seminar və laboratoriya məşğələlərində fəal olmağa hazırlaya bilir.
Ali məktəblərdə pedaqoji eksperiment apararkən müəyyən oldu ki, o müəllim tələbələrin istər müstəqil intellektual, yaxud ictimai və digər fəaliyyət sahələri üzrə fəallığına nail ola bilir ki, o, təlim-tərbiyə prosesində fəaliyyətini 5 əsas component üzrə ardıcıl qurur və onu inkişaf etdirir. Həmin komponentlər bunlardır: bilik, bacarıq, vərdiş, münasibət-ünsiyyət, fəaliyyətdə yaradıcılıq.
Bilik, bacarıq, vərdiş çoxdan qəbul edilmiş pedaqoji anlayışlardır. Lakin nə qədər qəribə olsa da, münasibət-ünsiyyət və fəaliyyətdə yaradıcılıq komponentləri tədqiqatçılar və alim pedaqoqlar tərəfindən birmənalı şəkildə rəğbətləndirilsə də, pedaqoji ədəbiyyatda fəal anlayışlar kimi diqqəti cəlb etməmişdir. Halbuki, pedaqoji proses insanlararası münasibət və ünsiyyətdə təzahür edir və bu subyektin subyektə təsiri, yaxud subyektlərarası əlaqələr fonunda təcəssüm olunur. Mühazirə oxuyan müəllimi onlarla tələbə dinləyir, onun təkcə sözləri deyil, səsinin tonu, təbəssümü, baxışı da dinləyənlərlə əlaqəni, ünsiyyəti formalaşdırır. Müəllim-tələbə arasında yaranan rəğbətli, ehtiramlı münasibət, qarşılıqlı anlaşma ünsiyyəti tələbədə mühazirəçinin məşğələlərinə, dediyi sözlərə, apardığı kursa məhəbbət yaradır. Hətta alim mühazirəçinin özünün şəxsi yaradıcılıq fəaliyyəti onu sevən, dəyərləndirən tələbələrə sirayət edir, onlarda müəllimləri kimi mühazirə söyləyə bilmək, əsərlər yazmaq həvəsi oyadır. Beləliklə, mühazirəçi metodik tapşırıq və tələbləri, həm də şəxsi nümunəsi ilə tələbəyə psixoloji təsir göstərir. Təcrübə və müşahidələrimizdən aldığımız bu effekt, təəssüf ki, tədqiqatlarda öz əksini tapmır. Başqa sözlə desək, tədqiqatçılar bu effektə diqqət yetirməmişlər. Bunun əsas səbəbi odur ki, uzun illər ərzində yaşadığımız ölkədə öyrədən-öyrənən münasibəti subyekt-obyekt münasibəti kimi qurulmuşdur.
Referatlar
Menecment anlayışı, menecmentin predmeti, təkamülü, əsas məqsədləri, metodları və səviyyələri.
Menecment məktəbləri və menecmentdə müxtəlif yanaşmalar: klassik idarəetmə; neoklassik idarəetmə; modern (müasir) menecment yanaşmaları.
Menecmentdə planlaşdırma funksiyası, strateji və taktiki planlar.
Menecmentdə təşkiletmə funksiyası, təşkilatlarda istifadə olunan əsas təşkilat (departament) strukturları, təşkilatlarda dəyişiklik prosesi və təşkilatın inkişaf etdirilməsi.
Menecmentdə qərarların qəbul edilməsi prosesi, səlahiyyət və məsuliyyətin bölüşdürülməsi.
Menecmentdə liderlik, güc, nüfuz, motivasiya və motivasiya nəzəriyyələri.
Menecmentdə qrup davranışları, təşkilatlarda qruplar və qrup dinamikası.
Təşkilat daxili münaqişələr, təşkilatlarda stres, stresin və münaqişələrin idarə olunması.
Menecmentdə kommunikasiya prosesi, təşkilatlarda koordinasiyanın təmin edilməsi və nəzarətin təşkili.
- Göndərən: CAVİD CƏBİYEV
- Əlavə edilib: 15.05.2018
- Son yüklənmə tarixi: 06.03.2023
- Cəmi yüklənib (PDF, Word): 130
- Word: 37 səhifə
- Word Ölçüsü: 176 KB
- PDF: 3 səhifə
- PDF Ölçüsü: 252 KB
- Referatın tipi: Referatlar
- Kateqoriya: İqtisadiyyat
MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu
Bu istiqamətlər nəticə e’tibarı ilə istehsal xərclərinin aşağı salınmasına yönəldilir və mənfəətin artmasına
səbəb olur.
Sadaladığımız metodlar əsasən müxtəlif formalarda canlı əməyə qənaət etmək hesabına, keçmiş əməkdən
daha yaxşı istifadə etmək, yəni son məhsula düşən istehsal xərclərini azaltmaq yolu ilə səmərəliliyi artırmağa imkan
verir. Bu, mənfəəti artırmağın çox mühüm yolu olsa da, bazar iqtisadiyyatına keçdiyimiz indiki dövrdə, daha çox
istehlakçıların fərdi tələbatına uyğun, bazar tələb-təklifini nəzərə alaraq, kiçik partiyalarla məhsul buraxan çevik
istehsalın təşkili yolu ilə səmərəliliyi artırmaq metodlarının öyrənilməsi də böyük əhəmiyyət kəsb edir.
Aydın olur ki, bazar iqtisadiyyatı şəraitində yüksək mənfəət əldə edib, bazar rəqabətinə tab gətirmək üçün
həm istehsal xərclərinin dinamikasına nəzarət etmək, həm də müasir marketinqdən hərtərəfli istifadə etmək
zəruridir.
Bütün yuxarıda deyilənləri nəzərə alaraq aşağıdakı ümumiləşdirmə və nəticələrə gələ bilərik:
– istehsal xərcləri məhsul buraxılışı ilə əlaqədar firmanın, müəssisənin çəkdiyi bütün xərclərin cəmindən
ibarətdir;
– müəssisənin kənardan aldığı iqtisadi ehtiyatlara verdiyi pulla (xarici xərclər) yanaşı, məhsul istehsalında
istifadə olunan müəssisənin özünə məxsus olan iqtisadi ehtiyatları onların, başqa şəkildə istifadə olunaraq, gətirə
biləcəyi gəlir həcmində (daxili xərclər) istehsal xərclərinə daxil edilir;
– istehsal xərclərinin daxili və xarici xərclərə bölünməsi ilə əlaqədar firmanın mənfəəti üç səviyyədə
fərqləndirilir. Mühasibat mənfəəti –satışdan əldə edilən pulla müəssisənin xərclədiyi nağd pul (xarici xərclər)
arasında fərq.
İqtisadi mənfəət–
satışdan əldə edilən pulla bütün istehsal xərcləri (xarici və daxili xərclərin cəmi) arasında fərq.
İqtisadi mənfəət müəssisənin xalis mənfəətidir. Mühasibat mənfəətinin xalis mənfəətdən artıq olan hissəsi isə daxili
xərclər kimi istehsal xərclərinə aiddir. Bu kəmiyyətə, sahibkar sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün «öz
əməyinə görə haqq» kimi normal mənfəəti də daxil edir;
– məhsul buraxılışının həcmi ilə istehsal xərclərinin qarşılıqlı asılılığının təhlili üçün, istehsal xərclərinin
məhsul buraxılışının həcmindən asılı olmayan – sabit xərclər və məhsul buraxılışının həcmindən asılı olan – dəyişən
xərclərə bölünməsi zəruridir;
– məhsulun satış qiyməti ilə son hədd xərclərinin (əlavə məhsul istehsalı ilə əlaqədar ümumi xərclərin
artımı) müqayisəsi məhsul buraxılışının optimal həcmini müəyyən etməyə imkan verir;
– müəssisənin mövcud iqtisadi ehtiyatlardan istifadəsinin səmərəliliyini müəyyənləşdirərkən alternativ
istehsal xərcləri də nəzərə alınmalıdır;
– mənfəət hər hansı sahibkarlıq fəaliyyətinin nəticəsinin göstəricisi olub, istehsalın son məqsədi kimi çıxış
edir. Mənfəətin kəmiyyəti satışdan əldə edilən pulla ümumi istehsal xərcləri arasındakı fərqlə müəyyən edilir. Bu
kəmiyyətin artırılması istehsal şərtlərinin səmərəli istifadəsi və bazar şəraitinin düzgün qiymətləndirilməsindən
asılıdır.
MÜHAZİRƏ MƏTNİ
MÖVZU 14. FİRMA (MÜƏSSİSƏ) VƏ ONUN
FƏALİYYƏT MEXANİZMİ. MENECMENTİN
NƏZƏRİ ƏSASLARI
§1. Firmanın (müəssisənin) iqtisadi məzmunu
§2. Firma haqqında konsepsiyalar
§3. Firmanın (müəssisənin) fəaliyyət mexanizmi və təşkilati-hüquqi
formaları
§4. Menecment və onun əsas prinsipləri
§5. Azərbaycanda firmanın (müəssisənin) fəaliyyət xüsusiyyətləri
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT
1. «İqtisadi nəzəriyyə», dərslik, T. S.Vəliyev,
Ə.P.Babayev,
M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001.
2. Экономическая теория (Политэкономия): Учебник / Под общей ред.
В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической
академии, 2000, –592 с.
3. Экономическая теория. Учебник для вузов. Под ред. Г.П.
Журавлевой, В.М. Юрьева. –Тамбов: Изд-во: Тамбовского
университета, 2000,–757с.
4. Международная экономика. Учебное пособие / Н.А. Волчина. –М.:
Эксмо, 2006, –736 с.
5. Экономическая теория. Учебник для вузов / Под ред. А.И.
Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480
с.
6. Курс экономической теории. /Под ред. А.В.Сидоровича; МГУ им.
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с.
7. Носова С.С. Экономическая теория. Учебник для вузов. –М.:
Гуманит. Изд-во: Центр ВААДОС, 2000, –520 с.
8. Курс общей экономической теории. Учебник / Под ред. М.Н.
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997.
9. Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992.
10. Портер М. Международная конкуренция. –М.: Международные
отношения, 1993.
11.
Экономика переходного периода / Под ред. В.В. Радаева, А.В.
Бузгалина. –М.: Изд-во МГУ, 1995.
12.
Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан, 1994, –736 с.
§1. Firmanın (müəssisənin) iqtisadi məzmunu
Hər bir ölkənin mövcud təsərrüfatı ictimailəşmə dərəcəsinə görə bir neçə
səviyyəyə ayrılır ki, onun da aşağı və ilk səviyyəsi mikroiqtisadiyyatdır. (Mikroiq-
tisadiyyat-yunan sözüdür, mikros – kiçik mənasını verir). Mikroiqtisadiyyat maddi
nemətlərin və xidmətlərin yaradılmasında mühüm rol oynayır. O, istehsal amilləri
üzərində əsasən xüsusi mülkiyyət bazasında fəaliyyət göstərən təsərrüfat sub-
yektləri kimi çıxış edir.
Buna uyğun olaraq, mikroiqtisadi təhlil bir tərəfdən sahə, firma və ev
təsərrüfatı kimi müstəqil iqtisadi vahidlərin fəaliyyətini, digər tərəfdən ayrı-ayrı
bazarların, əmtəə və xidmətlərin konkret qiymətlərini özündə ehtiva edir.
Qeyd etmək lazımdır ki, bəşər cəmiyyətinin müxtəlif inkişaf pillələrində
müəssisələrin rolu və səviyyəsi eyni olmamışdır. Hər bir inkişaf mərhələsində
istehsal vasitələri üzərində mülkiyyət formasına və iqtisadi inkişaf səviyyəsinə
uyğun olan müəssisələr yaranmış və fəaliyyət göstərmişlər.
Bazar münasibətlərinin uzunmüddətli inkişafı dövründə firma təsərrüfat
strukturu kimi əhəmiyyətli dərəcə almış və təkmilləşmişdir. Firma (italyanca-
»firma» sözündən götürülüb, hərfi mənası imza deməkdir) anlayışı ilkin dövrlərdə
Comments are closed, but trackbacks and pingbacks are open.