Press "Enter" to skip to content

Zamiq Əliyev – Sən mənimsən mən sənin ( music: Tofiq Quliyev )

Billy Branch Same Thing

Menecmentin sasları tofiq quliyev

Gulshat Gurdowa Senin Bilen

Despre Tine Cant

Billy Branch Same Thing

Пусть Ты Меня Не Слышишь Пусть Голос Мой Всё Тише

Faces Refurb Polymath

Нарынбек Калыбаев Бугун Эртен Кулбогуло Уланбек Эгизбаевдин Жаркын Элесине

Lamborghini Aventador Trap Music Commercial

Radiorama Aliens No Hopes Remix 2022 Olegvlasov

Blaszany Bębenek Część

Efeito Dominó Feat Fachadaz Prg

Ахь Д1А Дехахь Д1А Лур Ду Кирар Дог

Учала Киз Чикди

Музыка Из Кинофильмов

Edelweiss Relax Α Wave

Зак Дауыл 2 13 Бөлім Қазақша

Божественная С Пояснением Литургия Первая Неделя Великого Поста Во Вторник

Санаторий Белая Вежа Галотерапия

Tehuda Amit Dolberg Meitar Ensemble

Марат Арни Катя Премьера Клипа

Суйгон Кызым Нарындан Скачать

Od404 Robot Jam

12 Contredanses Woo 14 No 12 Берлинский Филармонический Оркестр Лорин Маазель

Trouble Day Version Acr

Накрутка Uc Валюты В Pubg Mobile За 100 200Рублей

Virtua Fighter 5 Ultimate Showdown Ost Palace Stage Lion Rafale Theme

Бир Яхшига Бир Емон

Santino All Gas No Brakes

Zamiq Əliyev Sən mənimsən mən sənin ( music : Tofiq Quliyev )

Zamiq Əliyev Məzəli mahnı ( music : Tofiq Quliyev )

Zamiq Əliyev De hardasan ( music : Eldar Mansurov )

Zamiq Əliyev Yumul bənövşəm ( music : Aydın Ağasiyev )

Zamiq Əliyev Cavab gözləyirəm (music : Vaqif Suleymanov )

Zamiq Əliyev Bu gecə ( music : Emin Sabitoğlu )

Zamiq Əliyev Ayrılıq ( music : Əli Səlimi )

Zamiq Əliyev Qərənfil ( music : Vasif Adıgözəlov )

Zamiq Əliyev Segah Təranələri ( music : Tahir Əkbər )

Zamiq Əliyev Ay bəri bax ( Xalq Mahnısı )

Муз жанры

Песни

Исполнители

© 2011 – 2023 Get-Tune.cc
get-tune.net@yandex.ru
ООО «АдвМьюзик» заключил лицензионные соглашения с крупнейшими российскими правообладателями на использование музыкальных произведений. Полная информация

0:00 0:00

Get-Tune.cc Zamiq Əliyev – Sən mənimsən mən sənin ( music : Tofiq Quliyev ) №46098033

PROFESSOR TOFİQ QULİYEV VƏFAT ETDİ! – Azərbaycan elminə ağır itki üz verdi

Azərbaycanın elm ictimaiyyətinə ağır itki üz verib. “AzPolitika.info”nun məlumatına görə, Azərbaycan Dövlət İqtisad Universitetinin- UNEC-in “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Azərbaycanın Əməkdar Elm Xadimi, “Şöhrət” ordeni mükafatı ilə təltif edilmiş, “Qızıl qələm” mükafatçısı, iqtisad elmləri doktoru, professor Tofiq Əvəz oğlu Quliyev 84 yaşında vəfat edib. Mərhum professor sabah dəfn olunacaq. Onunla vida mərasimi də sabah “Təzə Pir” məscidində olacaq.

Professor Quliyev Tofiq Əvəz oğlu 1935-ci ildə Ağdam rayonunda anadan olub. 1953-cü ildə Ağdam rayonu Xındırıstan orta məktəbi bitirib, həmin ili K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1957-ci ildə həmin institutu Sənayenin iqtisadiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1957-ci ildə Azərbaycan Dövlət Sənaye Layihə İnstitutunda mühəndis-iqtisadçı, 1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində Sənaye-təmir idarəsində baş iqtisadçı, 1964-cü ildə Azərbaycan SSRİ ali və orta ixtisas Təhsil Komitəsi ali məktəblər idarəsinin baş inspektoru, 1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində baş müəllim və dosent, sonrakı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dosent, professor, kafedra müdiri (1970-ci ildən) vəzifələrində çalışıb.Xalq Təsərrüfatı İnstitutu Azərbaycan Dövlət İqtisad Universitetinəçevrildidən sonra da eyni vəzifəni tutub.

1960-1963-cü illərdə Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun “Əməyin iqtisadiyyatı” kafedrasının əyani aspirantı olan T. Quliyev Azərbaycanda ən gənc elmlər doktoru elmi dərəcəsini alan alimlərimizdəndir. O, 1963-cü ildə orada namizədlik dissertasiyasını, 1968-ci ildə- 33 yaşında doktorluq dissertasiyasını müdafiə edib .

1992-ci ildə Əməkdar Elm Xadimi adına layir görülüb. “Şöhrət” ordeni ilə təltif edilib. Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert şurasının üzvü kimi fəaliyyət göstərib. 1990-1998-ci illərdə Beynəlxalq iqtisadçılar ittifaqının rəyasət heyətinin üzvü olub. 2010-cu ildə “Qızıl qələm” mükafatına layiq görülüb.

Qeyd edək ki, professor Tofiq Quliyev dünya elmi ictimaiyyəti tərəfindən yaxşı tanınan azsaylı alimlərimizdən biridir. Bu da təsadüfi deyil. Məsələ ondadır ki, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru T.Ə. Quliyev dünyada əmək sahəsində ən güclü mütəxəssislərdən biri hesab olunur.

Professor Tofiq Quliyev 500-dən artıq elmi-metodiki əsərin, monoqrafiyanın, məqalənin müəllifidir. Onun Moskvanın ən nüfuzlu nəşriyyatlarında dərc edilən bu kitabları və monoqrafiyaları dünyanın məşhur kitabxanalarının rəflərini bəzəməkdədir. Dünyanın 30-dan çox ölkəsində, o cümlədən nüfuzlu Harvard Universitetinin kitabxanasında 5 kitabı oxuculara təqdim edilmişdir. Bu kitabların bəziləri dünyanın müxtəlif ölkələrinin dillərinə tərcümə edilmişdir.

Professorun hələ 1967-ci ildə Moskvanın “Mısl” nəşriyyatında nəşr olyunan və geniş müzakirələrə səbəb olan mənafelər probleminə həsr edilən monoqrafiyası bu gün də dünyanın müxtəlif ölkələrində elm adamları tərəfindən maraqla oxunan, istinad edilən kitab olaraq qalır. Eləcə də 1974-cü ildə həmin nəşriyyatda nəşr olunan əməyin reduksiyası probleminə həsr edilən monoqrafiyası bu sahədə tədqiqat aparan alimlərin ən çox müraciət etdiyi kitablardan biridir(Şəkillər aşağıda verilib-red.). Bunu Harvard Universitetinin kitabxanasınnın “İqtisadiyyat” bölməsinin direktoru Kristin Conson da bildirmişdir.

O, Azərbaycandan olan professor Kazım Əzimovla görüşündə qeyd etmişdir ki, Tofiq Quliyevin kitabları ən çox oxunan, sitat gətirilən mənbələr sırasına daxildir. Yuxarıda adları qeyd olunan kitablardan birinə 93, digərinə isə 97 istinad qeydə alınmışdır. Bundan əlavə, kitabxananın “Xəbərlər” bülletenində və elektron versiyada həmin kitabların ingilis dilində mükəmməl annotasiyası verilmişdir.

Qeyd edək ki, professor Tofiq Quliyevin yalnız sovet hakimiyyəti dövrü nəşr olunan əsərləri deyil, müstəqillik illərində yazdığı kitablar, monoqrafiyalar və elmi məqalələr də keçmiş ittifaq və dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib. Təsadüfi deyil ki, onun bir çox əsərləri bu gün də Moskvanın nüfuzlu nəşrləri tərəfindən cap edilir, xarici ölkələrin kitabxanalarında, elmi mərkəzlərində öyrənilir.

Mərhum professorun Bakıda və Moskvada elm ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilən çoxlu sayda kitabları nəşr olunub. O, bir sıra dərslik, monoqrafiya və kitabçanın, 500-ə qədər elmi-metodiki əsərin, monoqrafiyanın, məqalənin müəllifidir. T. Ə. Quliyevin “Əməyin iqtisadiyyatı”, “Əməyin elmi təşkili”, “İdarəetmənin əsasları”, “Əməyin sosiologiyası”, “Menecmentin əsasları”, “İnsan resurslarının idarə edilməsi” kimi dərslikləri, “Tənzimlənən bazar iqtisadiyyatı” “İnflyasiyanın anatomiyası”, “İqtisadi məntiq”, “Liberalizmin böhranı”, İqtisadi sistemlərin sabitliyi və etibarlılığı” adlı fundamental monoqrafiyaları yalnız Azərbaycanda deyil, bir çox xarici ölkələrdə alim və tələbələrin stolüstü kitabına çevrilmişdir. Bu kitabların bir hissəsi xarici ölkələrdə yenidən cap edilmişdir.

Belə ki, professor Tofiq Quliyevin rus dilində nəşr olunmuş “Tənzimlənən bazar iqtisadiyyatı” kitabı 2000-ci ildə Budapeştdə keçirilən beynəlxalq konfransda internetə daxil edilmişdir.

Həmin kitab 2001-ci ildə Moskvanın “Mısl” nəşriyyatı tərəfindən yenidən çap olunub. Harvard Universitetinin kitabxanasına da daxil olunan bu kitab tez-tez müraciət oilunan əsərlər sırasındadır.

Bu kitaba görə, pofessor T. Ə. Quliyev Çin Xalq Respublikasının Dövlət kitabxanasının və bu ölkənin Azərbaycandakı səfirliyinin fəxri fərmanına layiq görülmüşdür. Fəxri fərman T.Quliyevə kitabda yeni elmi ideyalarla çıxış etməsinə və Çin Xalq Respublikasının Dövlət kitabxanasını zənginləşdirdiyinə görə təqdim edilmişdir.

Bundan əlavə, 2013-cü idə Moskvanın nüfuzlu “Ekonomika” nəşriyyatında Azərbaycan aliminin “İqtisadi məntiq”, 2014-cü ildə isə “Liberalizmin böhranı” adlı fundamental tədqiqatlarının nəticələri monoqrafiyalar şəklində rus dilində çap edilərək yayılıb.

Bu kitabların hamısı beynəlxalq elmi ictimaiyyət tərəfindən də yüksək dəyərləndirilib.

Qeyd edək ki, professor Tofiq Quliyev iqtisadiyyat sahəsi üzrə dünyada tanınmış alimlərimizdən biri olsa da, onun yaradıcılığı çoxcəhətli və geniş diapazonlu olub.

Belə ki, hələ tələbəlik illərində silsilə elmi məqalələrlə yanaşı, hekayə və şeirlər də yazıb çap etdirən mərhum professor Tofiq Quliyev bədii-publisistik fəaliyyətilə də tanınıb. “Tofiq Fərid” imzası ilə şeirlər yazan professorun “Türkün türküsü”, “Dünyanı dəyişə bilsəydim”, “Mən kiməm?” (rus dilində), “Haqqın səsi”, “Qəzəllər”, “Satirik şeirlər”, “Yumoristik və satirik hekayələr” kitabları geniş maraqla qarşılanr. Bu kitablar haqqında maraqlı yazılar və mülahizələr söylənilmişdir.

Xalq şairi Nəriman Həsənzadə iqtisadçı alimin bədii- estetik düşüncələrini belə dəyərləndirir: “Tofiq Quliyevin şeirlərində etikalılıq prinsipi, insanların mənəvi kamilliyinə doğru təkmilləşməsinin tərbiyəvi meylləri, onların kreativliyi, harmoniya, insanların sivil davranışları dominantlıq təşkil edir.

O, ədəbiyyatda, o cümlədən poeziyada etik və estetik halların bir-birinə qarşı qoyulmasını, estetikanın fetişləşdirilməsini, bayağılaşdırılmasını, mütləqləşdirilməsini qeyri-normal bir hal hesab edir.”

Filologiya elmləri doktoru, professor Maarifə Haciyeva isə qeyd etmişdir ki, professor Tofiq Quliyevin iqtisadi təfəkkürü ilə bədii təxəyyülü arasında dərin bir vəhdət vardır: “Onun bədii mövzuları müasirliklə bərabər, klassik qaynaqlarla da səsləşir. Şeirlərindəki yaşantı onun həyatının bir parçası, özünün taleyi, mənəviyyatının tərkib hissəsi, məfkurə sahibi olan alimin xəlqilik manifesti, iqtisadi-fəlsəfi düşüncələrinin bədii məhsulu kimi əks-səda yaradır.Dərin vətəndaşlıq yanğısından qaynaqlanan “Kimsəsiz oldun, Qarabağ”, “Qarabağ marşı”, “Qarabağı qaytaraq” kimi şeirlər müasirlərimizin ağrı- acılarını, ümid və inamlarını ifadə edir.Tofiq müəllimin “Qəribə-qəribə işlər”, “Alçala-alçala ucalanlar”, “Lovğa insan”, “Qüsurunu bilə-bilə” kimi satirik şeirlərində isə içi xüdbinlər, başqalarında eyib axtaran bədxahlar incə yumorun hədəfinə çevrilir.

Alimin bədii aləminin məhsulu olan “Muğamlarda axtar məni”, “Yaxşılıq”, “Həya”, “Ölmək asan, yaşamaq çətin”, “Xatirələrlə tək qalmışam”, “Dostluğa zəhər qatmazlar”, “Taleyinə məni də yaz”, “Razı qalmıram özümdən” kimi şeirlər adlarından da göründüyü kimi, mənəvi- əxlaqi problemlərin estetik tədqiqi kimi qavranılır.Tofiq müəllimin milli-mənəvi dəyərlərimizə dərin bağlılığı ilə diqqəti cəlb edən şeirləri də az deyil.”

Professor Tofiq Quliyev estetik məsələlərə də tədqiqatlar həsr etmişdir. Onun “Ədəbiyyatda realizm və modernizm problemləri”, “Musiqili incəsənət və böhran” monoqrafiyaları ədəbi- mədəni mühitin ciddi marağına səbəb olmuşdur. Professorun bu sahədəki əsərləri də yalnlız Azərbaycanda deyil, ölkə sərhədlərindən kənarda da oxunur. Bir çox ölkələrin kitabxanalarında bu kitablara da rast gəlmək mümkündür. Onun “Ədəbiyyat və incəsənət haqqında fəlsəfi düşüncələr. Şeir və məqalələr” adlı kitabı Tehranda böyük tirajla dərc edilib.

Ümumiyyətlə, İranda professorun bir çox əsərləri Azərbaycan dilində ərəb əlifbası ilə nəşr olunub. Bu əsərlər vətəninə və millətinə hədsiz bağlı bir insan kimi tanınan professorun İrandakı soydaşlarımıza bir töhvəsi də sayıla bilər. Professor Tofiq Quliyevin 2015-ci ildə Tehranda “Seçilmiş əsərləri: şeirlər-hekayələr-qəzəllər” adlı kitabı nəşr olunub. Eyni zamanda Tehranda “Xudafərin” yurnalını nəşriyyatı tərəfindən professor Tofiq Quliyevin fars və Azərbaycan dilində hekayələri nəşr olunub. Həmçinin Tehranda Tofiq Quliyevin “Yetim uşaq” adlı hekayələr kitabı cap olunub. İranda professorun bir çox əsərləri Azərbaycan dilində ərəb əlifbası ilə nəşr olunub. Bu əsərlər vətəninə və millətinə hədsiz bağlı bir insan kimi tanınan professorun İrandakı soydaşlarımıza bir töhvəsi də sayıla bilər.

Professor Tofiq Quliyevin əsərləri eyni zamanda Türkiyədə də böyük tirajla nəşr edilib. Onun İstanbulda “Babasız Çocuq” adlı kiçik hekayələr toplusu və “Vatan aşqı” adlı şeirlər toplusu nəşr olunub.

Sonda onu da vurğulayaq ki, uzun illər Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və sosiologiyası” kafedrasına rəhbərlik edən, bu sahədə böyük bir məktəb yaradan professor Tofiq Quliyev bu sətirlərin müəllifi də daxil olmaqla onlarla şəxsin alim kimi yetişməsində müstəsna rol oynayıb.

Elmi rəhbəri olduğu şəxslərə sözün həqiqi mənasında atalıq qayğısı göstərən professor Tofiq Quliyev Azərbaycan elminin inkişafı, uğurları üçün bir insanın edə biləcəıyi hər şeyi edib. Həyatının son gününə qədər elmi fəaliyyətinə ara verməyib, yaradıcılıqla məşğul olub, yeni elmi əsərlər üzərində işləyib.

Professor Tofiq Quliyev böyük alim olmaqla yanaşı, həm də vətənpərvər, yüksək mənəvi dəyərlərə malik bir ziyalı idi. Hər zaman Azərbaycan dövlətinin və xalqının problemləri ilə yaşayırdı. Xüsusən Qarabağ problemi, torpaqlarımızın işğal altıında qalması mərhum professorun ən ağrılı yeri idi. Eyni zamanda Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasının milli təhlükəsızlik qədər önəmli olduğunu vurgulayırdı.

O, “AzPolitika.info”ya son müsahibələrində də bu məsələlərə toxunmuş, ziyalılarımızı milli problemlərimizin qabardılmasında, mənəvi dəyərlərimizin qorunmasında fəal olmağa çağırımışdı. Bu baxımdan Professor Tofiq Quliyevin vəfatı yalnız elm ictimaiyyəti üçün deyil, bütövlükdə Azərbaycan cəmiyyətii üçün böyük itkidir.

Allah rəhmət eləsin!

İ.İsmayılbəyli

AzPolitika.info

Şərhlər

Abbas Mehdiyev 2020-04-26 18:55:46

professora müəllimimə Allah rəhmət etsin

Yaşar 2019-02-24 18:56:45

1999 2002 ci illərdə müəllimim olub Allah rəhmət eləsin həqiyqətən gözü könlü tox bir qəpikdə gözü olmayan təmiz qəlpli ziyalı bir daha Allah rəhmət eləsin

Ilqar 2019-02-24 18:56:45

Allah rəhmət eləsin. Seçilən və yadda qalan bir insan oldu.

Rüstəm 2019-02-24 18:56:45

Allah qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun. Müəllimim olub.

Roma 2019-02-24 18:56:45

Allah rəhmət eləsin. Tofiq müəllim çox böyük sözün həqiqi mənasında şəxsiyyət Respublikamızda ən savadlı iqtisadçı alimlərdən biri nəfsi olmayan yəni tələbələrindən /mənə də institutda 70-ci illərin axırlarında dərs demişdir/ savaddan başqa heç nə ummayan yüksək ləyaqətə malik əsil Azərbaycanlı.

Comments are closed, but trackbacks and pingbacks are open.