Press "Enter" to skip to content

Borc almaq və ya vermək

Mizan-da, “Maliki məzhəbində borc verilən malı, pulu ödəmə vaxtından əvvəl və ya sonra istəyə bilməz. Zamanı gəldikdə istəyə bilər” buyuruldu. Lakin başqa məzhəbi təqlid ancaq zəruri vəziyyətlərdə caizdir. Təqlid edilən məzhəbin təqlid etdiyi xüsusdakı bütün şərtlərini öyrənib, bu şərtlərə riayət etmək lazımdır.

MƏDƏ VƏ BAĞIRSAQ XƏSTƏLİKLƏRİ – hansı qidaları yeməlisiniz?!

Mədə narahatlığı. Bunun ilkin mərhələsi mədə şirəsi ifrazının pozulması və mədənin turşuluğunun artması ilə başlayır. Müntəzəm surətdə ağır yeməklər yemək (ət, yağlı xörəklər, balıq, yumurta, pendir, tünd ədviyyələr və s.) mədənin işini çətinləşdirir. Mədə turşuluğunu müalicə etmək üçün, müxtəlif vasitələrdən istifadə edirlər. Əsas şərtlərdən biri qida rejimini tənzimlənməsidir. Meyvə ən yaxşı təbii vasitədir. Xəstələrə portağal şirəsi, üzüm şirəsi içmək məsləhət görülür. Üzüm şirəsi ğəbul edən müddətdə süd, pendir, yumurta, yağlı xörək və ət yeməkdən çəkinmək məsləhətdir. Ağrılar sakitləşəndən sonra mədə nahiyyəsinə isti kompres qoyur, hamamlanır və masaj edirlər.

Mədə-bağırsağa zərərli mikroorqanizmlərin sirayət etməsinin qarşısını almaq üçün, sarımsaqdan istifadə etmək olar. Lakin onu çox işlətmək olmaz. Sarımsaq, ümumiyyətlə qan təzyiqini tənzimləyir, soyuqdəyməyə qarşı bədənin müqavimətini artırır.
Zirə və dəfnə infeksiyaya qarşı faydalı bitkidir, onun işlənməsi mədəni təmizləyir, ağrıları sakitləşdirir. Xörəkdə kərəviz toxumu işlətmək, mədəni qüvvətləndirmək baxımından faydalıdır. Quşüzümü həzm prosesinə müsbət təsir göstərir. Bədmüşkdən çəkilən araq mə”dəni qüvvətləndirir. Bu baxımdan suda bişirilmiş rozmarin də faydalı hesab edilir.

Mədənin sağlamlığını qorumaq üçün qəhvəni az işlətmək lazımdır. Çox ət yeyənlər səhərlər limon şirəsi içməklə, mədə qıçqırmasının qarşısını ala bilərlər. Bunun üçün 20-30 qram kəklikotunu 1 litr qaynanmış suda dəmləyib süzür, ona bir qədər bal qatıb, yeməkdən sonra 1 fincan içirlər. Mədə üçün münasib yeməklərdən biri də kahıdır. Xörək yeyərkən kahıdan istifadə etmək lazımdır. Xörəkdən qabaq balı su ilə qatıb şərbət kimi içmək mədə şirəsinin ifrazına kömək edər.

Mədə ağrısı, turşuluğun artması və gizilti zamanı bağayarpağını azca suda qaynadıb, 15 dəq dəmə qoyduqdan sonra süzür, bal ilə azaçıq şirin edib işlədilir. Şirinbiyan həzm ağırlığı zamanı faydalı bitkilərdən biri hesab edilir. Gülünbaharın dəmləməsi mədə ağrısı və həzm pozğunluğu zamanı işlədilir. Yerkökü mürəbbəsi mədə zəifliyinə qarşı yaxşı dərmandır. Çödükotunun dəmləməsi də mədə zəifliyi zamanı işlədilir. Bu baxımdan süsənbər də eyni təsirə malikdir. Gülxətmi kökünün dəmləməsi mədə xorası üçün tövsiyə edilir. Mədə üçün faydalı meyvələrdən biri də heyvadır. Onu suda bişirib yemək məsləhətdir. Soğan və tərxun mə”də üçün faydalıdır, həm də infeksiyaya qarşı təsirlidir.

Ürəkbulanması. Ürəkbulanmaya qarşı kahı və ya onun gövdəsindən alınan şirə, turşməzə alma və heyva, sitruslar və limon şirəsi, təzə nanə işlədilir. Hil ürəkbulanmanı yatırır. Onu turş nar şirəsi ilə işlətmək daha təsirlidir. Istidən olan ürəkbulanması zamanı razyananı soyuq su ilə yemək yaxşı nəticə verir. Tənək yarpağının suyunu həmiləlik zamanı baş verən ürəkbulanmaya qarşı işlədirlər. Püstə yemək mədəni qüvvətləndirməklə, ürəkbulanmasını yatırır.

Mədə qazı və köpmə. Yerkökünün toxumu mədəyə qaz toplanmasının qarşısını alır. Limon qabığının dəmləməsi də bu təsirə malikdir. Razyana toxumunu dəmləyib, yeməkdən sonra içmək bu baxımdan faydalıdır. Soğan özü gec həzm olsa da, həzmə kömək etməklə mədəyə qaz toplanmasının qarşısını alır. Köpmənin qarşısını almaq üçün təsirli bitkilərdən biri də zirədir. Onu həvəngdə əzir, az miqdarda suda dəmləyib işlədirlər. Tərxun cövhərini şəkərlə qatıb işlətmək mədə köpünü qarşı təsirli vasitədir. Süsənbər, şüyüd, dəfnə yarpağı köpməyə qarşı işlədilə bilər. Çox innab yemək köpmə yaradır. Mədə köpünün əsas səbəblərindən biri həzmin pozulması və qidanın mədədə yaxşı həll olmamasıdır. Köpü olanlar yemək zamanı soyuq su içməkdən çəkinməlidir. Susuzlayanda turş meyvələrdən və qatıqdan istifadə etmək olar. Bu baxımdan nanə və başqa ətirli göyərtilər doğranmış doğramac yemək məsləhət görülür. Mədə zəifliyi həzmin pozulmasına və tez-tez köpməyə səbəb olur. Mədə köpünün qarşısını almaqdan ötrü mədəni qüvvətləndirmək lazımdır. Nar adətən köpmə yaradan meyvə kimi qiymətləndirilir. Yeməkdən sonra şirin nar qidanın mədədən daha tez bağırsaqlara keçməsinə kömək edir, öd ayrılmasını tənzimləyir. Şirin nar daha az köp verir və bu çox çəkmir. Lakin turş nar mədədə çox qalır və köp yaradır. Odur ki, yaşlılar, mədə və qara ciyərində soyuqluq və iltihab olanlar turş nar işlətməkdən çəkinməlidirlər.
Mədəni möhkəmləndirmək üçün gül mürəbbələrindən istifadə etmək yaxşı nəticə verir. Bunların hazırlanma üsulu mürəbbələr bölməsində izah edilmişdir. Bal ilə hazırlanan mürəbbənin əhəmiyyəti daha çoxdur.

Mədəni qüvvətləndirmək üçün işlənən təbii vasitələrdən biri də əzvaydır. Bu baxımdan faydalı olan bitkilərdən çüğunduru (onun buxarda bişirilmişi ləbləbi adlanır və çox xeyirlidir), kərəviz, yerkökü və bataqlıq süsənini də göstərmək olar.
Mədə köpünün səbəblərindən biri də soyuqdəymədir. Belə hallarda istilik verən qidalarla yanaşı, mə”dəni isti saxlamalı, bədəni isti saxlayan paltar geymək lazımdır.

Mədə ağrısı. Xörəkdə darçın işlətmək faydalıdır. Bu, soyuqdan baş verən ağrı üçün münasibdir. Bu zaman, ənbəri yağla qataraq pambığa hopdurub, mədə nahiyəsinə məlhəm kimi qoymaq lazımdır. Şirin zeytun yağı da mədə ağrısını sakitləşdirir. Bal mədə üçün çox xeyirlidir. Mədə ağrısı soyuqdəymədən baş verərsə, zirəni bir gecə-gündüz sirkədə qaynadıb, sonra zəncəfil, sədəfotu qurusu, sirkə və təbii boraksın hərəsindən 24 q götürülüb, həmin məlhəmin 240 q-lı ilə qarışdırıb döyür, təmiz bala qatıb istifadə edirlər. Nanə suyunu turş nar şirəsinə qatıb içdiklə hıçqırmanı kəsir. Bunun üçün ən sadə vasitə soyuq sudur. Hıçqırma isti və kəskin yeməklərdən baş verərsə, badam yağını isti suda qarışdırıb içmək məsləhətdir.

Mədə pozulması və qəbizlik. Bu zaman tünd çay içmək, bərk bişirilmiş yumurta, qatıqla nanə yemək lazımdır.
Suda bişmiş düyü həlimi qəbizlik xassəsinə malik olduğundan, ishala tutulanlar düyü həlimində bişirilən şorba yeyə bilərlər. Ümumiyyətlə, düyü mətədil xassəyə malikdir. Bu zaman bir ovuc zoğal axtasını 0.5L suda bir az da şəkər qatmaqla qaynadır, alınan şərbəti mədə pozulması zamanı işlədirlər. Heyva da bu baxımdan faydalıdır, onun bişirilmiş şirəsindən istifadə edirlər. Belə olduqda quru nanəni çay ilə qatıb, dəmləyərək işlətmək olar. Başqa vasitələrdən limon şirəsi, darçın, turş nar şirəsi və ya nar qabığının dəmləməsi də təsirlidir. Mədə pozlunluğu olanların tez-tez qatıq yeməyi və bal işlətməyi, qatıq süzməsinə nanə qatıb, bəzən sarımsaq da doğrayıb, çörək ilə yeməyi məsləhətdir. Buna qaraqınığın dəmləməsi yaxşı kömək edir.

Qəbizlik, həzmin pozulması, orqanizmin bir sıra üzvlərinin fəaliyyətinin pisləşməsinə səbəb olur. Belə alamlar qida rejiminə diqqət yetirməli, tez-tez hamamda çimməli, yeməyi yaxşı çeynəməlidirlər. Bundan əlavə oturaq həyat tərzindən hərəkətə keçmək və işləmək lazımdır. İnək və keçi əti, şirniyyat, noxud, lobya, pendir, şabalıd qəbizlik yaradır. Belələrinə üzüm mövsümü zamanı üzüm yemək faydalı vasitələrdən biridir. Başqa vaxtlarda isə onun şirəsini işlətmək olar. Bununla yanaşı qara gavalıdan da istifadə edirlər. Həmçinin bu məqsədlə zeytun yağı işlətmək əlverişlidir. Xörəkdən sonra portağal yemək həm xörəyin həzminə kömək edir, həm də bağırsaqların işini asanlaşdırır, qəbizliyi aradan qaldırır. Portağalı uşaqlar üçün də tövsiyə etmişlər. Qəbizliyi olanlar ərik, yemiş, turşəng və turşəngdən bişirilmiş şorba yeyə bilərlər. Tərəvəzlərdən yerkökü və çuğundur mədənin yumşaqlığı üçün faydalı hesab edildiyindən, ət xörəkləri hazırlayarkən bunlardan istifadə etmək vacibdir. Hazırlayərkən bunlardan istifadə etmək vacibdir. Bəzən isə yerkökünün özündən şorba hazırlayırlar.

Yeralması mədə və bağırsaqların fəaliyyətini tənzimləməklə, qəbizlik yaranmasının qarşısını alır. Həmçinin kahı da olduqça faydalı qida məhsuludur. Mədə yumşaqlığını təmin etmək üçün xörəyə kahı, kərəviz, yerkökü, kələmin çiçəyini doğrayıb qataraq yeyirlər. Bu baxımdan faydalı meyvələrdən biri əncirdir. Onu süddə bişirib, səhərlər yemək məsləhətdir. Mədə bərkliyi olanlar müntəzəm olaraq, axşamlar və ya xörəkdən sonra sulu şirin alma yesələr, mədə və bağırsaqların fəaliyyəti qaydasına düşər. Bu zaman albuxaradan və quru alçadan da istifadə etmək yaxşıdır. Bəzən onları suda isladıb sonra qaynadır və şirəsini acqarına və ya yatmazdan qabaq işlədirlər.
Gənəgərçək yağı yaxşı yumşaldıcı kimi istifadə olunur. Onun istifadə miqdarı 45 q-dır. Səhərlər kərə yağı işlətmək də yumşaldıcı kimi təsir göstərir. Yumşaldıcı xassəyə malik olan bitkilərdən gəvən, güncüd, şirinbiyan və s.-ni göstərmək olar.

Mədə iltihabı. Bu zaman yetişmiş armud, şaftalı, ərik və sumaq yemək məsləhətdir. Hindqozunu suda qaynadaraq, onu şəkər ilə qatıb yeyirlər. Gərəkli dərmanlardan biri də zirinc və limon şərbətidir. Susuzluğa qarşı biyan cövhəri işlətmək lazımdır.
Mədə şişi və mədə xorası. Xiyar və təzə keşniş suyu mədə şişini sağaldır. Kitrə və kərəviz toxumunu bala qatıb yemək təsirli dərmanlardan sayılır. Mərcimək, nar qabığı və qızılgülü balda qaynadaraq təpitmə qoymaq bu baxımdan çox faydalıdır. Mədə şişi zamanı, çox gərəkli sayılan dərmanlardan biri bu qayda üzrə hazırlanır: mərsin yarpağı və heyvanın suyunu çıxarır, bunu alma, gülab, səndəl və gül yağından düzəlmiş mum ilə qarışdırır, sonra qoyun dərisini həmin məhlula batırıb mədə nahiyəsinə qoyurlar. Mədə şişi susuzluq, ürək bulanması və temperaturla olarsa, qarına heyva tumunun yağını sürtmək məsləhətdir. Mədəyə qan sızılıb laxtalanarsa, dovşan qursağı və ya üzüm sirkəsi işlətmək faydalıdır. Bu baxımdan nanə suyunu şəkərlə qatıb içmək də yaxşıdır. Həmçinin çəpiş qanını sirkə ilə qatıb bir qədər qaynadır və 3 gün nahar zamanı içirlər.

Mədə bəlğəmi. Yarpız suyu içmək mədəni bəlğəmdən yaxşı təmizləyir. İsti suyu qurtum-qurtum içmək, quluncan şərbəti limon şirəsi və darçın işlətmək də məsləhətdir. Bağırsaq üçün işlədilən vasitələr. Qırx yaşına çatdıqdan sonra mədə və bağırsağın həzmətmə qabiliyyəti azaldığından, onların qayğısını daha çox çəkmək lazımdır. Qaz yaradan və ağır həzm olunan yeməklərdən pəhriz saxlamaq, bunun əvəzində göyərti, tərəvəz və meyvəni daha çox işlətmək faydalıdır. Bunlar həzmə kömək edir. Həyatımızın qoruyucu olan bağırsaqlara diqqətlə qayğı göstərməyi yaddan çıxarmayın. Əgər xəstə özündə qəbizlik müşahidə edirsə, tərkibində nişasta olan yeməkləri, əsasən xəmir xörəkləri, dənli bitkilər və qağları az işlətməlidir. Bağırsaqlarda qaz yığılması və köpməyə qarşı 10 günlük üzüm rejimi yaxşı tədbirdir. Bağırsaq iltihabı və şişməsi zamanı üzüm suyu işlədirlər. Bunun üçün bir neçə gün ərzində bir neçə dəfə, 1 fincan üzüm şirəsini, ertəsi gün isə bütöv limonun və ya yarısının şirəsini bir neçə dəfə içirlər. Bu əməliyyatı bir müddət davam etdirirlər. Bu zaman həmçinin 2–3 qabıqlı almanı doğrayıb 15 dəq 1L suda qaynadır, bir qədər şirinbiyan əlavə edib işlədirlər. 3 çay qaşığı kətan toxumunu 1L qaynar suda dəmləyib, nazik bağırsağın işləməsi zamanı istifadə edirlər. Bağırsaq iltihabı və şişi olanlar ispanaq işlətməkdən pəhriz saxlamalıdırlar. Dəfnə yarpağı bağırsaq və mədənin gigilyenası baxımdan çox faydalıdır. Bağırsaqlara mikrobların nüfuz etməsinin qarşısını almaq üçün hələ qədimdən qatıq və ayrana kəklilotu və ya nanə qatışdırıb yeyərmişlər. Badyan və cirə, soğan və sarımsaq bağırsaqların gigiyenası üçün faydalıdır. Bağırsaq iltihabı zamanı sitruslardan da istifadə edirlər.

Bağırsaq ağrıları və xora olarsa, yerkökündən istifadə edirlər. Bağırsaqların fəaliyyəti zəifləyərsə, alça və qara gavalıdan istifadə etmək lazımdır. Axşamlar yeməkdən əvvəl, 10–12 quru alça və ya gavalını yarı bölüb suda isladır, 1 saatdan sonra onu həmin suda qaynadır, 3 dəfə suyunu isti su ilə dəyişir və hələ soyumamış, xörəkdən qabaq içirlər.

Borc almaq və ya vermək

Sual: Hansı hallarda borc istəmək caizdir?

CAVAB

Bu üç halda borc istəmək caizdir:

1- Nəfəqə almaq üçün. Lazımi qida kimi, lazımi paltar da nəfəqəyə daxildir.

2- Ev almaq, kirayədə qalmaq, soyuqdan qorunmaq məqsədilə paltar almaq və ya müalicə məsrəfi kimi ehtiyaclar üçün.

3- Vəzifə, qulluğu səbəbilə adətə uyğun geyinmək üçün.

Yalnız bu şəxslərə borc verilər. Zalımlara, fasiqlərə, ehtiyac olmayanlara, malını lüzumsuz yerə, harama xərcləyənlərə borc verilməz. Başqasına borc verərək özünü sıxıntıya salmaq doğru deyil. (S. Əbədiyyə)

Bu üç haldan savayı başqa məqsədlər üçün borc istəmək caiz olmaz. Məsələn, pulu olmayanın paxlava yeməsi, şirə içməsi və bahalı parçalardan paltar alması, qonşunun var deyə ehtiyac olmayan bir şey alması üçün borc istəməsi doğru deyildir. Qısaca vəzifə və qulluğu tələb etmirsə, lüks sayılan qida, içki və geyim üçün borc almaq olmaz.

Ehtiyacı olana borc verilər. Ehtiyacı olmayana, malını lazımsız yerlərə, harama xərcləyənə borc vermək olmaz. Başqasına borc verərək özünü çətinliyə salmaq da doğru deyildir. Nisaba malik olmayan şəxsin qurban kəsməsi üçün borc istəməsi caiz deyil.

Ödəmək niyyətilə borc alana Allahu təala yardım edər, borc verənə də çox savab verər.

Hədisi-şəriflərdə buyuruldu ki:

“Sədəqə üçün on savab, borc üçün isə on səkkiz savab vardır”. [Tabərani]

“Allah rizası üçün borc verənə hər gün üçün sədəqə savabı verilər. Kasıbdan alacağını tez istəməyənə hər gün üçün malın tamamını sədəqə vermiş kimi savab verilər” [Hakim]

Borca girməməyə çox diqqət edilməlidir! Həzrəti Loğman Hakim, “Borc yükü altında əzilməkdənsə, daş daşımağa üstünlük verirəm” buyurur. Çünki borca düşmək insanı küfrə qədər aparar. Peyğəmbər əfəndimiz buyurur ki:

“Ya Rəbb, küfrə düşməkdən və borca girməkdən sənə sığınıram” [Nəsai]

“Borcsuz olan hür yaşayar”. [Behyəqı]

“Hüzur içində ikən, borclanaraq qorxu içində yaşamayın!” [Hakim]

“Borcdan çəkinin! Borc gecə qəmə, gündüz zillətə səbəb olar”. [Beyhəqı]

Borc alınanları ilk fürsətdə ödəməyə çalışmalıyıq. Alış-veriş nəticəsində meydana gələn nisyə borcları da vaxtında ödəmək lazımdır. Ödəməni gecikdirmək günahdır. İbrahim Ədhəm həzrətləri, “Borcu olan yağlı və sirkəli yemək yeməsin” buyurur. Borcu olan borcunu ödəmədən sədəqə belə verməməlidir. Hədisi-şərifdə buyuruldu ki:

“Özü və ya ailəsi möhtac və ya borclu olanın verdiyi sədəqə qəbul olmaz” [Buxari]

Ehtiyacı olmayana, malını lüzumsuz yerlərə, harama xərcləyənə borc pul verilməməlidir. Borcunu vaxtında ödəyə bilməyən şəxsin gəlib möhlət istəməsi lazımdır. Ödəmə imkanı olduğu halda borcunu gecikdirmək zülümdür, günahdır. Bir şəxs malı olduğu halda borcunu ödəməyi bir saat gecikdirsə, zalım və asi olar. Namaz qılarkən, oruc tutarkən, yuxuda da, yəni hər an lənət aldında olar. Malı olması, pulu çox olması demək deyildir. Satılıq bir şeyi olub, satmazsa, günah isləmiş olar.

Hədisi-şəriflərdə buyuruldu ki:

“Ödəməmək niyyətilə borca girən Qiyamətə oğru olaraq gələr”. [İ. Macə]

“İmkanı var ikən borcunu ödəməyənə hər gün zülm etmə günahı yazılar” [Tabərani]

“Aldığı borcu ödəməyənə Allahu təala Qiyamətdə, “Bu şəxsin haqqını sizdə qoyacağımımı zənn etmişdiniz”, buyuraraq onun yaxşı əməllərini alıb digərinə verər. Əgər borclunun yaxşı əməli yoxdursa, alacaqlının günahları borcluya yüklənər”. [Tabərani]

Borcunu ödəyə bilməyənə möhlət vermək savabdır. Hədisi-şərifdə buyuruldu ki:

“Qiyamətin dəhşətindən qurtulmaq istəyən darda qalan borcluya möhlət versin” [Tabərani]

“Darda olanı fərəhləndirən və ya onun borcunu ödəyəni Allahu təala Qiyamətin dəhşət, qorxu və sıxıntılarından qurtarar” [Müslim]

“Bəladan qurtulmaq, istədiyinə qovuşmaq və Ərşə sığınmaq istəyən darda qalan borcluya möhlət versin və ya ona alacağını bağıslasın” [Abdurrəzzaq]

“Qiyamətdə günahı çox olan bir müsəlmanı hesaba çəkərlər. O şəxs də, “Mənim heç bir yaxşı əməlim yoxdur. Sadəcə köməkçimə, kasıb olan borcluları sıxışdırma, nə zaman imkanı olarlarsa, o zaman vermələrini de” deyərdim. Allahu təala da onu bağışlayaraq buyurar ki, “Bu gün sən möhtacsan. Sən dünyada qullarıma rəhm etdin, bu gün də sənə rəhm edirik” [Buxari]

Sual: Borc verərkən haram işləmədən gün təyin edə bilməyin bir yolu yoxdurmu?

CAVAB

“Bey və Şira” risaləsinin İsmayıl ibn Osman tərəfindən edilən şərhin 59-cu səhifəsində, “Borc verərkən vaxt təyin etmək, malı misli ilə nisyə satmaq deməkdir. Bu da faizdir, böyük günahdır” buyurulur.

Miqdarı az olan pul üçün gün təyin etmək mühüm deyilsə də, miqdarı çox olan pul üçün gün təyin etmək lazım ola bilər. Sənədə ödəmə tarixi qoya bilmək üçün Səadəti-Əbədiyyə kitabında bildirilən bir neçə üsul var:

1- Borc verəcəyi şəxsdən zamin istəyər. Zamindən ödəmə tarixi bəlli olan qəbz alar. Borclu da zaminin ödəməli olduğu vaxtda ödəyər.

2- Yaxud borclu borcunu ona borclu olan şəxsə həvalə edər. Həvalə olunan borcunun ödəmə zamanı bəllidirsə, alacaqlıya o zamanda ödəyər. Bəlli zamanı yoxdursa, alacaqlı həvaləni qəbul edənlə bəlli bir zamanda ödəməsi üçün sözləşər.

3- Yaxud borc istəyənə, ucuz bir şeyi borc verəcəyi məbləğ qədər qiymətə nisyə satar. Ondan bu satış üçün bəlli tarixli ödəniş sənədi alar. Sonra bu şeyi eyni qiymətə nəğd olaraq geri alar. “Hadiqa”da “Borc verəcəyi şəxsə bir kağız parçasını belə min qızıla satmaq caizdir” deyilir.

4- Əşbah-da, “Borc verərkən sənədə ödəniş tarixi qoya bilmək yollarından biri də Maliki məzhəbini təqlid etməkdir” deyilir.

Mizan-da, “Maliki məzhəbində borc verilən malı, pulu ödəmə vaxtından əvvəl və ya sonra istəyə bilməz. Zamanı gəldikdə istəyə bilər” buyuruldu. Lakin başqa məzhəbi təqlid ancaq zəruri vəziyyətlərdə caizdir. Təqlid edilən məzhəbin təqlid etdiyi xüsusdakı bütün şərtlərini öyrənib, bu şərtlərə riayət etmək lazımdır.

5- İbni Abidin-də “Filankəsə olan borcuma zamin ol desə, o da qəbul edib ödəsə, zamin borcluya bəlli zamanda mənə ödəyərsən deyə bilər. Lakin filankəsə olan borcumu ödə desə, o da qəbul edib ödəsə, borclunun bunu ona bəlli bir zamanda [yəni gün təyin edərək] ödəməsi caiz olmaz. Çünki borclu üçün ödəmiş, borclu hal-hazırda ona borclu olmuşdur. Borcun bəlli bir zamanda ödənməsi isə caiz deyildir” buyuruldu.

[Səmimi olan tanışlar arasında daha asan bir üsul var. Borc istəyənə, “Filan gün mənə eyni miqdar pul hədiyyə etsən, bu pulu sənə hədiyyə edərəm” deyər. O da qəbul edərsə, pul alınmış olar].

Sual: Yardım alarkən, borc verərkən qohumu üstün tutmaq lazımdırmı?

CAVAB

Hər kəsə yaxşılıq etmək, borc və ya sədəqə vermək çox savabdır. Qohuma edilən yaxşılıq daha savabdır. Bir qadın Rəsulullaha, “Malımı kasıb ərimə xərcləsəm, sədəqə yerinə keçərmi, deyə soruşduqda Peyğəmbər əfəndimiz buyurdu ki:

“İki savab vardır, biri sədəqə, digəri sılayı-rahim savabı”. [Buxari]

Bu mövzuda hədisi-şəriflərdən bir neçəsi belədir:

“Səndən üz çevirən qohumuna verilən sədəqə daha fəzilətlidir” [Tabərani]

“Yaxın qohuma və qonşuya verilən sədəqənin savabı iki misli çoxdur”. [Tabərani]

“Pulunuzu əvvəlcə öz ehtiyaclarınıza, artığını ailənizin ehtiyaclarına sərf edin! Yenə artıq qalarsa, qohumlarınıza yardım edin!” [Müslim]

“Bir şəxsdən əmisi oğlu yardım istəsə, o da imkanı olduğu halda verməzsə, qiyamət günü Allahu təalanın lütfündən məhrum qalar” [Tabərani]

“Bir müsəlmana borc verən iki qat sədəqə savabı qazanar”. [İbni Macə]

Sual: Borc olaraq qızıl ödəyərkən dəyərinə görə kağız pul, valyuta və ya başqa mal verilsə caizdirmi?

CAVAB

Borc verən razı olarsa, hər cür mal verilə bilər.

Sual: Borc alınan pulu başqasına borc vermək caizdirmi?

CAVAB

Bir zərəri olmaz

Sual: Məndən borc istəyən bir nəfərdən girov olaraq bir şey istəyə bilərəmmi?

CAVAB

Sual: Hədid surəsində, Allaha qarzı-hasən [gözəl borc] vermək, kəlməsi keçir. Gözəl borc nə deməkdir?

CAVAB

Qarzı-hasən dinə uyğun verilən borcdur. Könül xoşluğu ilə, ixlasla ən dəyərli maldan Allah yolunda verilən borcdur. Dinə uyğun olması üçün borc yalnız Allah rizası üçün verilməlidir. Hər hansı dünyəvi bir mənfəət, bir fayda ummamalıdır. Borc alandan hədiyyə qəbul etmək də bir fayda deməkdir ki, caiz deyildir. Hədisi-şərifdə, “Fayda gətirən hər borc fazidir” buyurulur. (İ. Süyuti)

Hər zaman verilən hədiyyələrdəndirsə caiz olur. Hər zaman yanına getdikdə çay, kofe verirsə, borc pul verdikdən sonra yenə getdikdə çay vermişsə caiz olur. Lakin çayın yanında piroq, tort kimi əlavə şeylər verirsə, gəl gedək yemək yemək yeyək də deyirsə, bu caiz olmaz.

Sual: Qazancı haram olandan borc pul istəmək olarmı?

CAVAB

Qazancının yarısından çoxu halaldırsa, istəmək caizdir.

Sual: Dollar olaraq borc vermişsək, devalivasiya və enflyasiyadan sonra da dollar alsaq caiz olarmı?

CAVAB

Sual: On yoldaş, əlimizə pul keçdikcə bir dostumuza əmanət olaraq veririk. O dostumuz da hər kəsin hesabına nə qədər pul vermişsə yazır. Bu pulları bir kassada saxlayır. Ona pulu verərkən də hər cür istifadə haqqı verdik. Bir növ yardımlaşma fondu oldu. Bu sandıqdan borc pul almağımız caizdirmi?

CAVAB

Sual: Borc verdikdən sonra vaxt keçdikcə pulun dəyəri düşür. Borc verən zərər edir. Deyək ki, verdiyim pul 100 evro etsə, borc verdiyim şəxsə 100 evroluq borc sənədi yazsam, əlinə nə zaman düşsə mənə 100 evro gətir desəm uyğun ola bilərmi?

CAVAB

Uyğundur. Hətta alacaqlı razı olsa, borclu borcunu ödədiyi andakı 100 evronun dəyəri qədər qızıl, kağız pul, zeytun yağı və ya başqa mal da verə bilər. Əsas olan alacaqlının razı olmasıdır. Alacaqlı qızıl verdim, qızıl istəyirəm desə, başqa bir şey vermək olmaz. (Bahr-ür-raiq)

Sual: Bir yoldaşa zərfə qoyduğum min manatı borc verdim. Saymadan götürdü və evdə saydığı zaman əksik çıxmışdır. Nə etməliyəm?

CAVAB

Pulu alıb verərkən saymaq sünnətdir. Hər ikiniz “Yalan deyirəmsə, Allah lənət eləsin” dedikdən sonra pul birlikdə sayılır. Nə çıxarsa qəbul edilir.

Sual: Qızılın qram dəyərində kağız pul borc verib, bir qram qızıl verərsən demək caizdirmi?

CAVAB

İmam Əbu Yusifə görə caizdir.

Sual: Borc verdiyim pulu öz-özümdə ona hədiyyə etdim. O da borcunu gətirdiyi zaman götürdüm. Caiz oldumu?

CAVAB

Bəli. Niyyət etməklə hədiyyə edilmiş sayılmır. Hədiyyə təslim etməklə alanın mülkü olur.

Sual: Güvəndiyimiz şəxsə və ya tanıdığımız bir yoldaşa nisyə mal satdıqda və ya ona borc pul verdikdə sənədləşdirmək lazımdırmı?

CAVAB

Bəli sənədləşdirmək və ya iki şahid yanında etmək sünnətdir. Vacib deyən alimlər də var. Çünki Qurani-kərimdə məalən buyurulur ki:

“Ey inananlar, müəyyən bir müddət üçün borc alıb-verdiyiniz zaman onu yazın. İki şahid iştirak etsin. Borc böyük və ya kiçik olsun, müddətini birlikdə yazmağa ərinməyin; bu, Allah yanında ən doğru, şahitlik üçün ən sağlam və şübhəyə düşməyinizdən ən uzaq olandır” [Bəqara 282]

Sənədləşdirmək hörmətsizlik demək deyil. Kimsə unuda bilər, biz də unuda bilərik. Dinimizin əmrinə riayət edib, sənəd və şahid olarsa, tədbirli olarıq.

Az miqdarda borc alındığı zaman bir kağıza, “filankəsdən bu qədər pul aldım” deyə yazıb, alacaqlıya vermək və ya şahidin olması yaxşı olar. (Rədd-ül Muxtar)

Sual: Bəqara surəsinin 282-ci ayətində, “Borc verərkən müddətini yazın” buyurulur. Hər nə qədər ödünc deyilmirsə də el arasında ödüncə borc deyilir. Ödünc verərkən sənədə tarix qoymaq caizdirmi?

CAVAB

Alış-veriş etdikdə, borc əmələ gəldikdə sənədə tarix qoyulur, ödünc verərkən ödəmə tarixi bildirilməz və sənədə tarix qoyulmaz. Qoymaq ehtiyac olarsa, Maliki məzhəbini təqlid etdim demək yetərlidir. Digər üç məzhəbdə borc verərkən müddəti təyin etməyin zərəri olmaz.

Borcu hissə-hissə ödəmək

Sual: Alınan borcu hissə-hissə ödəmək caizdirmi?

CAVAB

Xeyir caiz deyildir. Borc almaq alış-veriş kimi deyil. Alış-verişdə həm ödəmə tarixini, həm də varsa taksit sayını və tarixlərini təyin etmək lazımdır. Borc alanın isə borcunu mümkün olan kimi ödəməsi lazımdır. Tam ödəməyə gücü çatmazsa, əlinə keçdikcə ödəyər.

Borc verərkən və ya verdikdən sonra alacağını taksitlərə (hissələrə) bağlamaq Hənəfi məzhəbində caiz deyildir. Ehtiyac olarsa, Malikini təqlid edərək hissələrə bölünə bilər.

Borc verərkən

Sual: Borc alanın borcunu ödəyərkən ayrıca mal və pul kimi bir şey hədiyyə etməsi caizdirmi?

CAVAB

Bəli, hədiyyə olaraq bir şey vermək olar. 10 min manat borc alınmışdırsa, 15 min manat verib “5 mini hədiyyədir” deyilə bilər. Bunun zərəri olmaz.

Borc verərkən bir mənfəət şərt qoymaq faiz olar, haram olar. Şərt qoymadan ödəyərkən artıq bir şey vermək caizdir. (S. Əbədiyyə)

Borcu vermək

Sual: Borc alınan pul və ya hədiyyə edilən bir şey başqasına verilə bilərmi?

CAVAB

Bəli, verilə bilər. Hədiyyə olaraq verildiyi kimi, sədəqə olaraq verməkdə və ya satmaqda da problem yoxdur.

Borc verərkən məzhəb təqlidi

Sual: Qüsul, dəstəmaz və namazdan başqa şeylərdə məzhəb təqlid edilirmi?

CAVAB

Hənəfi məzhəbində bir şəxsə borc pul verildiyi zaman ödənilməsi üçün vaxt təyin etmək faizdir. Maliki məzhəbində isə caizdir. Əşbahda deyilir ki:

“Borc verərkən sənədə ödəmə tarixi qoya bilmək yollarından biri də Maliki məzhəbini təqlid etməkdir. Maliki məzhəbində borc verərkən ödəmə zamanını bildirmək lazımdır”.

“Maliki məzhəbində borc verilən malı və satış bədəlini ödəmə vaxtından əvvəl istənilə bilməz. Vaxtı gəldikdə istənilə bilər” deyilir.

Lakin başqa məzhəbi təqlid etmək ancaq zəruri vəziyyətlərdə caizdir. Təqlid edilən məzhəbin o mövzuda bütün şərtlərini də öyrənib, bu şərtlərə də riayət etmək lazımdır.

Hansı hallarda borc istəmək olar

Sual: Bir şəxs hər vəziyyətdə və ya hansı hallarda başqasından borc pul istəyə bilərmi?

CAVAB

Borc istəmək ancaq ehtiyac olduqda caizdir. Ehtiyac isə üç cürdür:

1- Lüzumi-icabı. Yəni nəfəqəsi olmayanın və ya qazancı şübhəli olanın halal nəfəqə almaq üçün borc istəməsidir. Övrət yerini örtmək üçün paltar pulu da buna daxildir.

2- Lüzumi-əqli. Evi olmayan şəxsin yaşadığı yerin adətinə görə kirayə və ya ev satın almaq üçün borc istəməsidir. Soyuqdan qorunmaq üçün paltar pulu da bura daxildir.

3- Lüzumi-istihsani. Qulluq və vəzifəsinə görə adətə uyğun geyinmək üçün borc istəməkdir.

Bu üç lazımi ehtiyac üçün başqasından faizsiz borc istəmək caiz olar. Yalnız bu şəxslərə borc verilə bilər. Başqalarına, zalımlara, fasiqlərə borc verilməz. Ehtiyacı olana borc verilər. Ehtiyacı olmayana, malını lüzumsuz yerlərə, harama xərcləyənə vermək olmaz. Başqasına borc verərək özünü sıxıntıya salmaq da doğru deyildir. Nisaba malik olmayan şəxsin qurban kəsməsi üçün borc istəməsi də caiz deyildir.

Sual: Anadoluda bəzi əşyalar ariyət olaraq alınır. Ariyətlə borc eyni şeydirmi, fərqləri varmı?

CAVAB

Borc vermək ariyət vermək deməkdir. Ancaq ariyət bir malı istifadə etmək üçün verilir. Daha sonra malın özü geri alınır. Borc verilən mal isə geri alınarkən, bənzəri satılmışdır, əvəzi, dəyəri alınmış olur. Məcəllədə deyilir ki, “Ariyət əvəzsiz olaraq istifadə etmək üçün verilən mala deyilir”.

Sual: Hər hansı bir şəxsə, al bu pulu istifadə et və ya al bu paltarı geyin, deyilsə, bunlar hədiyyə sayılır?

CAVAB

Hər hansı bir şəxsə, al, sərf et deyə verilib, hədiyyə olduğu söylənməyən pul o kişiyə təslim edildikdə borc verilimiş olur. Lakin al, geyin deyərək verilən paltar hədiyyə sayılır.

Sual: Çox miqdarda borc çörək istəyən şəxsə bu çörəkləri sayaraq yoxsa tərəzidə ölçərək verilməlidir?

CAVAB

Əti tərəzidə ölçərək, çörəyi isə həm tərəzidə ölçərək və ya sayaraq borc vermək caizdir.

Sual: Bir nəfər borc olaraq aldığı pulu hissə-hissə və ya başqasına həvalə etməklə ödəyə bilərmi?

CAVAB

Bir nəfərin borcunu başqası ödəyə bilər. Borc ödəyənin borc sənədi öz mülküdürsə, geri istəyə bilər. Borc bəlli miqdar və bəlli zamanlarda taksidə bağlana bilməz. Əlinə keçdiyi zaman keçdiyi qədər ödəyərək borcunu bitirər. Lakin borcunu başqasına həvalə edərsə, həvaləni qəbul edən şəxs bəlli taksidlərlə ödəyə bilər.

Sual: Borcunu və ya alacağını başqasına həvalə etdi deyilir. Buradakı həvalə nə deməkdir?

CAVAB

Borclunun alacaqlıya, “borcumu filan şəxsdən al” deyib, bu ikinci şəxsin, yəni alacaqlının bu təklifə söz kəsilən yerdə razı olmasına Həvalə etmək deyilir.

Borc verərkən vaxt təyin etmək

Sual: Birisinə borc pul verərkən filan vaxtda ödə deyərək, ödəmə zamanını müəyyən etməyin bir zərəri varmı?

CAVAB

Mövzu aid Hamza Əfəndi risaləsi şərhində deyilir ki:

“Borc verərkən vaxt təyin etmək olmaz. Çünki zaman təyin edilərsə, malı misli ilə nisyə satmış olur ki, bu da fazidir. Sənədə ödəmə tarixi qoymamaqla borc verən verdiyini geri almaq haqqına hər zaman malik olmaqla, bəlli bir zaman gözləmək məcburiyyətində qalmaz. Müddət təyin etmədən borc vermək lazımdır və istədiyi zaman geri tələb edə bilər. Cahillərin borc verilən şeyi geri istəməklə savab qalmaz, deməsi doğru deyil. Qəlb qırmadan, başa qaxmadan haqqını istəmək caizdir. Qəlb qırmaq ayrı bir günahdır.”

Comments are closed, but trackbacks and pingbacks are open.