Press "Enter" to skip to content

Cinsi zəiflik üçün dərman adları

İntim cəhətdən sağlamlıq kişi həyatının önəmli bir hissəsidir. Cinsi partnyorun stabilliyi və spesifik stimulyatorlar kişiyə hər zaman özünü gümrah hiss etməyə kömək edir. Erektil disfunksiya, yəni cinsi zəiflik həm psixoloji, həm də patoloji faktorlardan yaranır.

Qadını dəlicəsinə ehtirasa gətirmək

Qadını dəlicəsinə ehtirasa gətirmək üçün bunlar vacibdir.

Seksual davranış qadınları ehtirasa gətirir? Əslində qadınlar ən adi hallarda belə ehitraslana bilirlər.

Sən qadını ehtiraslandırmaq üçün seksual xarakterli hərəkətlər edirsən. Lakin bilmirsən ki, qadınları ehtirasa ən sadə hallar belə gətirə bilir. Beləliklə, qadınlar bunlardan ehitraslanırlar…

1. 70 faiz qadın kişinin səliqəsiz açıq yaxalı köynəyindən ehtiraslanırlar.

2. 50 faizdən çox qadınlar kişiləri dar cinsdə və yayda qısa şortlarda görəndə ehtiraslana bilirlər.

3. Hər 4-cü qadın gün eynəkli kişilərdən ehtiraslanır.

4. 1.5 faiz qadın hətta mağaza vitrinində olan kişi alt paltarından da ehtiraslana bilir.

5. Demək olar ki, qadınların 70 faizi dağınıq oturan, qarnı üstə uzanan və yatan kişilərin görümündən ehtiraslana bilirlər.

6. 50 faizdən çox qadınlar səhər yeməyi və ya nahar hazırlayan kişiləri görəndə ehtiraslanırlar.

7. Hər 3 qadından birini avtomobil təmir edən mazutlu kişilər ehtiraslandırır.

8. 85 faiz qadın düzgün qamətli, cəld və özünə inamlı yerişi olan kişilərdən ehtiraslana bilirlər.

9. 70 faiz qadınlar sirrini danışan və onların intim həyatına soxulmaq istəyən kişilərdən xoşlanmırlar.

10. 93 faiz qadınlar çox bilmiş və çox danışanları kişi saymırlar.

Ailə və Uşaq Baxılıb: 6560 Tarix: 02 yanvar 2015
f Paylaş

Digər yazılar

Evlilik “qorxu”su, yaxud 30 yaş sindromu

Maddi yetərsizlik qorxusu. Kişilərin gec evlənməsinə bir çox amillər təsir göstərir. Maddi durumu yaxşılaşdırmaq, karyera qurmaq istəyi gec evlənməyə səbəb olan amillərdəndir. Evlənmək fikrinə düşən gəncin ilk olaraq, ö

Nişan üzüyünün tarixi

Nişan üzükləri haqqında. Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur.Sual ola bilər ki, niye boyunbağı , ya sırqa yox, məhz üzük.Ona görə ki, üzük qapalı dairə formasındadır ki, bu da əbədi sabitliyi ifadə edir

Gəlinlik niyə ağ rəngdədir?

Qədim Romada gəlinliklərin rəngi sarı idi. Orta çağlarda isə gəlinliyin rəngi məsələsinə o qədər də fikir vermirdilər. Parçanın keyfiyyəti və göstərişli olması daha önəmli idi. Hər kəs ən yaxşı paltarını geyinirdi, reng d

Hamilə qalmağa kömək edən bitkilər

Uşaq istəyən xanımlar üçün soğanın faydası. Bir dənə orta böyüklökdə soğanı qabığını soyub dörd yerə bölürük.Əvvəlcədən qaynadılmış 2stəkan suyun içində 5dəqiqə qaynadırıq.İçinə başqa heç bir şey əlavə etmək olmaz.Hər günort

Ailədə mehriban olmaq üçün tövsiyələr

Həyat yoldaşınıza hörmət edin. Həyat yoşdaşlarınızı əziz tutun. Xanımların əziz olmağa həmişə ehtiyacları vardır. Bu, həyat yoldaşları üçün birinci vəzifə olmalıdır. Yəni, elə iş görməlidir ki, xanımı onu sevdiyini bilsin

Həyat yoldaşımsan, yoxsa məşuqum? (Test)

Əksər kişilər həyatındakı qadının həm həyat yoldaşı, həm də məşuqəsi olmağını istəyir. Bəs hər qadın bunu bacarırmı? Sevdiyiniz kişinin həyat yoldaşısınız, yoxsa məşuqəsi? Bunu bilmək istəyirsinizsə bu test əsl sizlikdir

Ana südünü artırmaq üçün 6 məsləhət

1.Dieta etməyin. Sürətli kilo verməyi vəd edən pəhriz və dərmanları qəbul etməyin. 2.Su için. Südünüzü artıran ən əhəmiyyətli qida, sudur. Gündə ən az 2,5 – 3 litr su içməlisiniz, çünki südün əhəmiyyətli bir qisimi suda

Müxtəlif ölkələrdə toy günü bəy və gəlinin başına belə oyun açırlar

Müxtəlif mədəniyyətlərin müxtəlif toy adətləri. Bir mədəniyyətdən başqa birinə doğru dəyişən adət-ənənələrin toy mərasimlərinə necə təsir göstərdiyi yəqin ki,hamıya maraqlıdır.Bizdə gəlinlə bəyin üstünə düyü səpirlər ki,ruzi-bərəkə

Xoşbəxt qadınlar haqqında alimlərin araşdırmaları

Xoşbəxt qadınlar haqqında alimlərin araşdırmaları. Alimlər eksperiment apararaq qadınların xoşbəxtliyi üçün nələri etməməli olduğunu müəyyənləşdiriblər. Xoşbəxt qadın olmaq istəyirsinizsə, bu məsləhətlərə qulaq asın. Hə

Cinsi zəiflik üçün dərman adları

İntim cəhətdən sağlamlıq kişi həyatının önəmli bir hissəsidir. Cinsi partnyorun stabilliyi və spesifik stimulyatorlar kişiyə hər zaman özünü gümrah hiss etməyə kömək edir. Erektil disfunksiya, yəni cinsi zəiflik həm psixoloji, həm də patoloji faktorlardan yaranır.

Bu problemlə mübarizə aparan cinsi zəiflik üçün dərman adları aşağıda qeyd edilmişdir. Potensiyanı stimulə edən və gec qurtarmaq üçün dərmanlar 2 qrupa bölünür: sintetik və təbii yolla alınmış vasitələr.

Cinsi zəiflik üçün dərman preparatları haqqında ümumi məlumat

  • potensiya üçün həblər libidonu (cinsi həvəsi) artırır, aktı uzadaraq əlaqənin keyfiyyətlini yüksəldir. Həmçinin dolayı yolla kişilərdə özünəgüvən hissi yaradır.
  • cinsi funksiyanın tənzimləyiciləri arzuolunan effekti uzunmüddətli edir. Preparatlar birdəfəlik və ya müntəzəm istifadə üşün nəzərdə tutulmuşdur. Onlar asılılıq yaratmır.
  • ən məşhur dünya brendləri – Viaqra, Levitra, Sialis FDE5 (fosfodiesteraza) inhibitorlarıdır. 18 yaşdan yuxarı kişilər üçündür.
  • bütün FDE5 inhibitorları oxşar təsir mexanizminə malikdir. Onlar cinsi orqana qan axınını artırır. Bu dərmanlar yalnız libido oyandıqdan sonra effektivdir.
  • əgər kişidə xroniki xəstəliklər varsa və yanaşı olaraq, digər preparatlardan istifadə edirsə, bu vasitələrin qəbulu, dozalanması barədə yalnız mütəxəssislə məsləhətləşməlidir. Tərkibində istənilən doza və formada üzvi nitratlar (nitroqliserin, mononitrat, dinitrat və.s) olan dərman vasitələrindən istifadə zamanı bu preparatların qəbulu qəti qadağandır.

Cinsi zəiflik üçün dərman adları: 7 preparat

  • Viaqra. Aktiv maddəsi sildenafildir. Cinsi zəiflik və impotensiyanın müalicəsində yararlıdır. Daxilə qəbul edilir. Tövsiyə olunan doza 100 mq-dır (1 tablet). Minimal doza 50mq-dır. Cinsi aktdan 1 saat öncə qəbul edilir. Nəticə 40-50 dəqiqə sonra əldə edilir və 4 saata qədər qüvvədə qalır. Preparatı alkoqol və yağlı qidalarla birlikdə içmək olmaz. Aptekdə sildenafil Jenaqra, Siaqra, Suxaqra, Koneqra, Penimeks adları ilə də satılır.
  • Levitra tabletləri. Təsir maddəsi vardenafildir. Klinik təcrübələrdə preparat öz effektivliyini sübut etmişdir. Təhlükəsiz vasitədir. Sutkalıq dozalanma kişinin bədən kütlə indeksindən və yaşından asılıdır. Standart doza -10mq, maksimal isə 20 mq-dır. 65 yaşdan yuxarı kişilərdə ilkin doza sutkada 5 mq təşkil edir. Tabletlər intim yaxınlıqdan 15-30 dəqiqə əvvəl içilir. Alkoqol və yağlı qida qidaların effektivliyə təsiri yoxdur.

Cinsi zəiflik üçün növbəti qrup dərman adları

  • Sialis tabletləri. Aktiv maddəsi tadalafildir. Kliniki araşdırmalara görə əlavə mənfi təsirləri çox azdır. Ağır dərəcəli cinsi zəiflik hallarında da effektivdir. Hətta şəkərli diabetdən əziyyət çəkən xəstələr bu dərmanı qəbul edə bilər. İntim yaxınlıqdan 15-20 dəqiqə əvvəl içilir. Tövsiyə olunan gündəlik doza 1 tabletdir (20mq). Təsiri digər preparatlarla müqayisədə daha uzunmüddətlidir. Qida qəbulu dərmanın sorulmasını zəiflətmir. Analoqlar Tadalafil, Apkalis, Tadasip adları ilə apteklərdə satılır.
  • Zidena. Tərkib komponenti udenafildir. Cinsi zəiflik zamanı istifadə olunur. İntim əlqədən 30 dəqiqə əvvəl içilir. Tövsiyə olunan sutkalıq doza 100 mq-dır. Preparatı gündə maksimum 1 dəfə içmək olar. Alkoqol və yağlı qidalar dərmanın təsirini zəiflətmir.

Cinsi zəiflik üçün bitkilərdən hazırlanmış dərman adları

  • Lavetron. Cinsi zəiflik üçün bitki tərkibli kombinəolunmuş preparatdır. Effekti libido yüksəldikdən sonra bilinir. Reproduktiv funksiyaya təsiri yoxdur. Toksiki deyil və asılılıq yaratmır. Əlaqədən 40-60 dəqiqə əvvəl 1 tablet qəbul edilir. Təsiri maksimum 6 saat davam edir.
  • Orqazeks. Kapsul formasında bitki mənşəli kombinəolunmuş preparatdır. Ereksiyanı stimulə edir, libidonu artırır. Təhlükəsizdir. Qəbuldan 1 saat sonra öz təsirini göstərir. Asılılıq törətmir.
  • Oqopleks. Təbii bitki formulasıdır. Kurs şəklində içilir. Prostatit və prostat adenomasından əziyyət çəkən kişilər də ondan istifadə edə bilər. Potensiyanı artırır, spermatogenezi normallaşdırır. Asılılıq yaratmır. 1 kapsul olmaqla gündə 2 dəfə içilir. Müalicə müddəti 1 aydır.

Cinsi zəiflik üçün preparatlar hər nə qədər təhlükəsiz və yoxlanılmış vasitələr olsa da, istifadədən öncə androloqdan soruşmağınız tövsiyə edilir.

Aybaşı

Aybaşı, yəni menstruasiya cinsi yetişkənlik dövrünə çatmış qızlar və qadınlarda hamiləlik baş vermədiyi halda davamlı olaraq hər ay baş verən qanaxmadır. Menstruasiya zamanı uşaqlığın daxili qişası – endometrium soyulmağa başlayır. Bu da qanaxma ilə müşayiət olunur. Aybaşı dövrü orta hesabla 3-5 gün davam edir.

Aybaşı tsikli nə zaman başlayır?

İlkin menstruasiya adətən 11-14 yaşlara təsadüf edir. Əksər qızlarda bu proses 12 yaşda meydana çıxır. Buna baxmayaraq, həkimlər menstrual tsiklin başlanması üçün 9 -15 yaş arasını optimal hesab edirlər. Tsiklin formalaşdığı müddətdən qadın orqanizmi mayalanmaya hazır sayılır. 45-55 yaşlarda aybaşı qanaxması kəsilir – menopauza (klimaks) dövrü başlanır.

Aybaşı tsikli nədir?

Menstrual qanaxmalar hər ay müntəzəm şəkildə baş verirsə, buna aybaşı tsikli deyilir. Onun müddəti hər dəfə müəyyən qədər dəyişə bilər. Bu da normal hal kimi qiymətləndirilir. Ən uzun menstrual tsikl adətən yeniyetmələrdə müşahidə edilir. Yaş artdıqca aybaşı tsikli qısalır və dəqiq intervallarda gedir. Adətən menstrual tsikl 21-35 gün davam edir. Qadın orqanizmində stress və ya digər faktorlarla əlaqədar hormonal dəyişikliklərin nəticəsi kimi menstrual tsikldə dəyişikliklər yarana bilər.

Aybaşı zamanı qanın rəngi niyə normal qandan fərqli olur?

Menstruasiya zamanı qanın rəngi damarlarımızda axan qanın rəngindən bir qədər tünddür. Bu da onun laxtalanmaması və tərkibində seliyin olması ilə bağlıdır. Menstruasiya vaxtı uşaqlığın selikli qişasında qanın laxtalanmasını azaldan fermentlər sintez olunduğundan aybaşı qanı laxtalanmır.

Aybaşı zamanı qanın rəngi

Aybaşı zamanı qanın rəngi açıq-qırmızıdan tünd qırmızı və bəzən qəhvəyiyə qədər dəyişir. Bu, çox vaxt normal hesab edilir. Aybaşı qanının rəngi tünd qara olduqda, orqanizmdə hansısa patologiyanın inkişafından şübhələnmək lazımdır.

Menstruasiya dövründə qan laxtası

Bəzi qadınlarda menstruasiyanın sonuna yaxın az miqdarda laxta müşahidə oluna bilər. Ginekoloqların fikrincə bu, normadır. Bəzən belə laxtalara qanaxmanın gur olduğu vaxtlarda və ya stress zamanı rast gəlinir. Laxtaların iri ölçülü və çox miqdarda olması müəyyən xəstəliklərə dəlalət edə bilər. Bunlara uşaqlığın mioması, simptomatik anemiya, hipotireoz və s. misal göstərmək olar.

Aybaşı zamanı ürək bulanma

Bəzi qadınlarda aybaşı zamanı ürəkbulanma, baş ağrısı, başgicəllənmə meydana çıxır. Sadalanan əlamətlər əsasən menstruasiyadan 1 gün qabaq və aybaşının 1-2-ci günlərində müşahidə edilir. Bu hal tibbdə predmenstrual sindrom adlanır. Menstruasiya zamanı ürək bulanma çox vaxt uşaqlığı bir qədər arxaya meylli və bükülmüş vəziyyətdə olan qadınlarda yaranır. Bu tip uşaqlıq qarın sinirlərinə təzyiqi etməklə, onları qıcıqlandırır.

Ürək bulanmanın əsas səbəbi aybaşı öncəsi onurğa beyninin artıq miqdarda serotonin hormonu ifraz etməsi ilə əlaqədardır. Bu hormon ürək bulanma və qusma refleksinə səbəb olur.

Soruşmaqdan çəkinməyin

Təəssüf ki, cəmiyyətdə aybaşı gizlədilən və haqqında danışmaq belə ayıb sayılan bir mövzüdür. Əslində isə menstruasiya tamamilə normal, təbii, bioloji prosesdir. Və burada utanmalı, çəkinməli bir şey yoxdur. Əgər Sizi menstruasiya ilə bağlı hansısa məsələlər narahat edirsə, mütləq ginekoloqa müraciət edin və məsləhətlər alın.

Niyə bir çox insanlar bu mövzuda danışmağa çəkinir?

Bu vəziyyət bir çox geridə qalmış ölkələrdə, hətta indiki zamanda da mövcuddur. Çünki orta əsrlərdə qadın və kişi arasında sosial qeyri-bərabərlik, kişilərin daha üstün olmasını vurğulamaq məqsədilə aybaşı bir “fürsət” kimi istifadə edilirdi. Qadınlar menstruasiya olduqlarına görə bir çox mədəniyyətlərdə “çirkli, mundar, natəmiz” sayılırdı. Bu isə qədim dövrlərdə insanların cahilliyindən irəli gəlirdi. Menstruasiyanın necə və hansı səbəbdən baş verdiyini bilmədikləri üçün onlar bunu gizli, qeyri-adi bir məqam kimi qəbul edirdilər.

Xülasə

Sonda onu qeyd edək ki, menstrual tsiklin müntəzəmliyi daim nəzarətdə saxlanmalıdır. O üzdən təqvimdə hər ay 1-ci aybaşı gününü qeyd edin və tsikli izləyin. Bu yolla hər hansı bir kənaraçıxma baş verdikdə, vaxtında müalicə olunmaqla, ağırlaşmaların qarşısını ala bilərsiniz.

Aybaşı 19488

Menstruasiya hesablama

Menstruasiya gününü necə hesablamaq olar? Belə hallarda aybaşı təqvimi köməyə gəlir. Məqalədə Sizə çox sadə təqvim nümünəsi təqdim etmişik. Daxil olun və faydalı məlumatlar əldə edin.

Aybaşı 17843

Aybaşı neçə yaşda olur?

Yeniyetmə qızlarda ilk aybaşı neçə yaşlarda başlayır. Bu prosesə təsir edən faktorlar hansılardır? İlk aybaşı necə olur? Analar qızlarına nəyi izah etməlidir? Məqaləni oxuyun və məlumatlanın.

Aybaşı 24213

Oğlanlarda aybaşı

Kişilərdə aybaşı və ya klimaks olurmu? Güclü cinsin nümayəndələrində kritik günlərə rast gəlinirmi? Məqaləni diqqətlə oxuyun və bu mövzuda axtardığınız suallara cavab tapın.

Saytda dərc olunan məlumatlar sadəcə maarifləndirici xarakter daşıyır və ixtisaslaşmış tibbi yardımı əvəz etmir. Bu səbəbdən həkimlə məsləhətləşməyiniz vacibdir!

Sayt xəritəsi

  • Əsas səhifə
  • Hamiləlik
  • Müəllif
  • Əlaqə
  • Hamiləlik hesablama
  • Hamiləlik testi
  • Aybaşı
  • Aybaşı gecikməsi
  • Aybaşı pozğunluğu
  • Cinsi infeksiyalar
  • Qadın xəstəlikləri
  • Sonsuzluq
  • Süni mayalanma

Sosial şəbəkələr

Bizi həmçinin yuxarıda qeyd olunan sosial şəbəkələrdən də izləyərək ən son paylaşımlarımızdan xəbərdar ola bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.