Press "Enter" to skip to content

Mərkəzi Asiya və türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsində Azərbaycanın artan rolu

Müxtəlif informasiya mənbələrinin verdiyi məlumatlara görə, doğrudan da, həmin ərazilərdə radikal dini qruplar həm say, həm də hazırlıq səviyyəsi baxımından inkişaf ediblər. Əfqanıstan təhlükəsizlik xidmətinin informasiyasına görə, 2015-ci ilin mart ayında ölkədə 6500 xarici terrorçu aktiv fəaliyyət göstərib (bax: Письмо Председателя Комитета Совета Безопасности, учрежденного резолюциями 1267 (1999) и 1989 (2011) по организации “Аль-Каида” и связанным с ней лицам и организациям, от 19 мая 2015 года на имя Председателя Совета Безопасности. S/2015/358, c.9 / www.un.org). Yalnız “Özbəkistan İslam Hərəkatı”nın 200 döyüşçüsünün Əfqanıstanın şimal əyalətlərində fəaliyyət göstərdiyi qeyd edilir.

Mərkəzi Asiya ölkələri

Mərkəzi Asiya dünyanın yeganə regionudur ki burada yerləşən ölkələrin heç birinin dünya okeanına birbaşa çıxışı yoxdur. Bakı- Türkmənbaşı, Bakı- Aktau, Bakı-Bektaş bərə gəmilərinin işə düşməsi, bu region ölkələrinin iqtisadi əlaqələrinin Qafqaz və Avropa ölkələri ilə yaxşılaşmasına kömək edir.
Mərkəzi Asiyada yerləşən Tyan-Şan, Pamir, Altay dağ sistemləri və Turan, Xəzəryanı ovalıqlar regionun özünəməxsus landşaftını yaradır. Burada – Qobi, Təklə – Məkan, Qaraqum, Qızılqum səhraları yerləşir. Regionun şimalında çöl zonası geniş yayılıb. Okeanlardan çox uzaq olduğundan buranın iqlimi kəskin kontinentaldır. Burada su, torpaq və meşə resursları çatışmır. Amudərya və Sırdərya regionun yeganə iri çaylarıdır. Həddən artıq suvarmada istifadə edildiyindən bu çayların suyu Aral dənizinə çatmır. Nəticədə bu göl quruyur və qurumuş ərazilərin üzərindəki duz, güclü küləklər vasitəsi ilə əhaliyə və əkin sahələrinə güclü ziyan vurur. Aral dənizinin quruması və Xəzərin isə səviyyəsinin qalxması regionun ən böyük ekoloji problemləridir. Region ölkələrinin 1/2 fəal seysmik qurşaqda yerləşir.
Əhalinin milli tərkibi müxtəlifdir. Burada türk dil qrupuna məxsus- türkmənlər, özbəklər, qazaxlar, qırğızlar, qaraqalpaqlar; Iran dil qrupuna aid- taciklər və həmçinin monqollar yaşayırlar. Monqollardan başqa digər xalqlar Islam dininə sitayiş edirlər. Əhalinin təbii artımı yüksəkdir. Ən yüksək təbii artım Tacikistan və Monqolustanda; ən az təbii artım isə Qazaxıstandadır.
Monqolustandan başqa qalan ölkələrdə təsərrüfat çoxsahəlidir. Bu inkişaf yerli xammal əsaslanır. Suvarma şəraitində yetişdirilən pambıqçılıq – regionun ən yaxşı ixtisaslaşmış sahəsi sayılır ( Monqolustandan başqa). Pambıq yığımına görə bu region dünyada 1-ci yerdə durur. Suvarma şəraitində həmçinin – çəltik, qarğıdalı, buğda və bostan bitkiləri yetişdirilir. Monqolustan və Qırğızıstanı çıxmaq şərti ilə region ölkələrinin k/t-da əkinçilik heyvandarlıqdan üstün inkişaf edib. Əkin sahələri içərisində isə Qazaxıstanı çıxmaq şərti ilə ( burada taxılçılıq hakim mövqe tutur), pambıqçılıq hakim yeri tutur. Monqolustan və Qırğızıstanda isə heyvandarlıq, xüsusi ilə qoyunçuluq güclü inkişaf edib.

Qırğızıstan. Dağlıq ölkə olub, türk dünyasının ən hündür nöqtəsi olan Qələbə piki Tyan-Şan dağlarında yerləşir. Ölkə polimetal, civə, sink, qurğuşun, qızıl, Daş kömür, mərmər, neft, qaz ehtiyatları ilə zəngindir. Iqlimi əsasən mülayim, qismən isə subtropikdir. Təbii artım yüksək olsa da, sıxlıq çox azdır. Əhali əsasən kəndlərdə yaşayır. Sənayenin aparıcı sahəsi maşınqayırmadır. Əlvan metallurgiya yaxşı inkişaf edib. Qırğızıstan Mərkəzi Asiyada ən az pambıq becərən ölkədir, səbəbi isə relyefin əsasən dağlıq və iqlimin soyuq olmasıdır. Ölkədə şəkər çuğunduru, tütün, buğda, üzüm, kartof, və dərman xaş-xaşı becərilir. Heyvandarlığın əsas sahələri qoyunçuluq, maldarlıq və atçılıqdır. Dağlıq relyeflə əlaqədar avtomobil nəqliyyatı nəqliyyatı daha yaxşı inkişaf edib. Dağlıq göllər içərisində dünyada 2-ci yer tutan Issık-kul gölünün böyük turizm əhəmiyyəti var. Göl qışda donur.

Türkmənistan. Ölkənin əsas hissəsi Turan cavan platformasına aid düzənlik hissədən, cənubdan isə cavan Kopetdağ silsiləsindən ibarətdir. Ölkənin əsas hissəsini Qaraqum sahəsi tutur. Neft, qaz, kalium duzu ölkənin əsas sərvətləridir. Qaraboğazqol körfəzində qlauber duzu çıxarılır. Ölkədə su, meşə və torpaq ehtiyatları çox azdır. Ölkə içməli suyu Amudərya çayından, ondan çəkilmiş Qaraqum kanalından və xüsusi qurğularda təmizlənərək şirinləşdirilən Xəzərdən əldə edir. Ölkədə quru səhra iqlimi hakimdir. Əhalinin təbii artımı yüksək olsa da sıxlıq çox aşağıdır v əsasən kəndlərdə yaşayır. Neft-qaz, kimya, balıqçılıq, yüngül və yeyinti sənayesi inkişaf edib. K/t-da bağçılıq, bostançılıq. Pambıq, çəltik, baramaçılıq, qaragül qoyunçuluğu inkişaf edib. Türkmənistan dünyada xalçaları və Axaltakə cinsli atları ilə məşhurdur. Nəqliyyatında Türkmənbaşı dəmir limanının mühüm əhəmiyyəti var. Bu liman bütün mərkəzi Asiya ölkələri üçün «dəniz darvazası» rolunu oynayır.

Özbəkistan. Ölkənin əsas hissəsi Turan cavan platformasından ibarət Qızılqum səhrası əhatə edir. Ölkə neft-qaz, qonur kömür (Anqren), qızı, və s əlvan metallarla zəngindir. Iqlimi mülayim və subtropikdir. Əhalisinin sayına və sıxlığına görə Özbəkistan Mərkəzi Asiyada 1-ci yeri tutur. Əhalinin təbi artımı çox yüksək olub əsasən kəndlərdə yaşayırlar.(59%). Əmək ehtiyatları ilə yaxşı təmin olunmuş ölkə əhalisinin pambıqçılıq sahəsində çalışırlar. Ölkədə özbəklərdən başqa qaraqalpaq adlı türk xalqı da yaşayır. Almalıq- Özbəkistanın ən iri əlvan metallurgiya mərkəzidir. Ölkədə maşınqayırma, kimya, yeyinti, toxuculuq sənayesi pambıqçılığın inkişafı ilə əlaqədardır. Ölkədə pambıqyığan kombaynları, minik maşınları, azot və fosfor külçələri hazırlanır. K/t-da pambıqçılıq əsas yer tutur. Pambıq toxumundan alınan yağ Özbəkistanın əsas qidasıdır.
Ölkədə həmçinin baramaçılıq, çəltikçilik, meyvəçilik, bostançılıq, üzümçülük, qaragül qoyunçuluğu da yaxşı inkişaf edib. Özbəkistanda Qarakalpak Muxtar Respublikası yerləşir.

Qazaxıstan. Ərazisinin böyüklüyünə görə Türk dünyasının ən böyük müstəqil dövlətdir. O 2 qitədə- Avropa və Asiyada yerləşir. Ölkədə Qazax xırda təpəliyi, Xəzəryanı və Turan ovalığı, Tyanşan və Altay dağlarının bir hissəsi yerləşir.Mangistau yarımadasında dərinliyi-132 m olan Qarğıya çökəkliyi yerləşir. Kustanayda dəmir filizi, Qazax xırda təpəliyi və Balxaş gölü ətrafında mis, Karaqanda və Ekibastusda daş kömürü, Mangistau, Üstyırt və Ural-Emba yataqlarında çıxarılır. Iqlim mülayim kontinental olduğundan çay şəbəkəsi seyrəkdir. Şimaldakı çaylar Şimal Buzlu okeanına (Irtış), ərazinin 80% isə qapalı hövzəyə – Xəzər, Aral, Balkaş göllərinə aiddir. (Sırdərya, Ili, Çu və s)
Əhalinin əsas hissəsi şəhərdə yaşayır və orta sıxlığı çox aşağıdır. Ümumi əhalinin 1/3 qazax, digərləri isə rus, ukrayn, alman və s-dir. Ən iri şəhəri Almata, paytaxtı isə Astanadır. Ölkədə neft, kömür, metallurgiya və kimya sənayesi güclü inkişaf edib. K/t-da əsas yeri taxılçılıq və heyvandarlıq tutur. Ölkədə həmçinin pambıq, şəkər çuğunduru, üzüm, çəltik, günəbaxan, tütün becərilir. Maralçılıq, atçılıq və dəvəçilik inkişaf edib. Ölkə özünü yerli xammal və yanacaqla tam təmin edir. Baykonur şəhərində məşhur kosmodrom yerləşir.

  • Teqlər:
  • Mərkəzi Asiya
  • , Qırğızıstan
  • , Türkmənistan
  • , Özbəkistan
  • , Qazaxıstan

Mərkəzi Asiya və türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsində Azərbaycanın artan rolu

Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərin intensivləşməsinin şahidi oluruq. Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Bu il Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, dövlətimizin başçısı İlham Əliyevin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri və əldə edilmiş razılaşmalar əlaqələrimizin gələcək konturlarını müəyyənləşdirir.

AZƏRTAC Azərbaycanın Mərkəzi Asiya və bu regionun türkdilli dövlətləri, o cümlədən Qırğız Respublikası ilə münasibətlərinə bir daha nəzər salır.

Son vaxtlar Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrində dinamizm müşahidə olunur. Bu prosesdə dünyada formalaşan yeni və daha fərqli tranzit, nəqliyyat-kommunikasiya şəbəkəsi mühüm rol oynayır. Ölkəmiz isə geostrateji mövqeyi və daha da genişlənən tranzit imkanları ilə bu prosesdə vacib həlqəyə, Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağına çevrilməkdədir.

Ümumiyyətlə, türkdilli ölkələrlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində daim mühüm yer tutub. Təsadüfi deyil ki, türkdilli dövlətlərin birliyinin təməli 1992-ci ildən başlayaraq keçirilən Zirvə görüşləri ilə qoyulub. Bu prosesdə fəal iştirak edən ölkələrdən biri Azərbaycan olub. Keçirilən görüşlərin və aparılan danışıqların nəticəsi olaraq 2009-cu ildə məhz Azərbaycanda, Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) yaradılıb. O vaxt Sazişi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalayıblar.

İllər keçdikcə, xüsusilə son zamanlar Azərbaycanın və Türkiyənin fəal səyləri nəticəsində Türk Şurasının tərkibi genişlənib. 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Şura Türk Dövlətləri Təşkilatına (TDT) çevrilib. Hazırda təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan yer alır. Macarıstan və Türkmənistan isə müşahidəçi dövlətlərdir. TDT-yə üzv ölkələrin yerləşdiyi coğrafiyaya nəzər yetirsək görərik ki, onların mövqeyi Şərqdən Qərbə tam bir marşrut təşkil edir. Azərbaycan isə bu marşrutda açar mövqeyə sahibdir.

Azərbaycanın türkdilli dövlətlərlə genişlənən əlaqələri Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imzaladığı “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”, Özbəkistanla imzaladığı “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə” və Qazaxıstanla imzalanan “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə”də öz əksini tapır. İkitərəfli kontekstdə möhkəmlənən bu əlaqələr sonda vahid mərkəzdə birləşərək vahid gücə çevrilir. Bütün bunların təməlində isə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi təşəbbüsləri, səyləri və qətiyyəti dayanır. Dövlətimizin başçısına Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi, həmçinin onun Mərkəzi Asiya ölkəsi olan Qazaxıstanın ali ordeni ilə təltif edilməsi Prezident İlham Əliyevə beynəlxalq platformada verilən yüksək dəyər, Azərbaycanın türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinin inkişafına göstərdiyi səylərə münasibətin ifadəsi kimi qiymətləndirilməlidir.

Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri vasitəsilə əlverişli regional tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Bu gün Orta Dəhlizə artan maraq heç də təsadüfi deyil. Çünki bu beynəlxalq nəqliyyat marşrutu Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək. Ən əsası isə Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzi olma mövqeyi möhkəmlənəcək”.

Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir.

Bu il Mərkəzi Asiya ölkələri ilə münasibətlərin intensivləşməsinin şahidi oluruq. Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Azərbaycan Prezidentinin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri və əldə edilmiş razılaşmalar əlaqələrimizin gələcək konturlarını müəyyən edir.

Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. 2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 74 sənəd imzalanıb.

Azərbaycan və Qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkə arasında möhkəm təməl üzərində qurulan münasibətlər yüksələn xətlə inkişaf edir.

Hələ Sovet İttifaqı dönəmində hər iki xalq arasında mədəni əlaqələr inkişaf edib. Qırğız Respublikasında 20 minə azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir. Həmvətənlərimiz Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda yığcam halda məskunlaşıblar. Diaspor üzvləri arasında 3 elmlər doktoru, 22 elmlər namizədi, 9 əməkdar xadim var. Daha 3 soydaşımız isə Qırğız Respublikasının “Şöhrət” medalı ilə təltif edilib. Tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstandakı azərbaycanlılar dil və adətlərini qoruyub saxlayıblar. Məşhur qırğız yazıçısı Çingiz Aytmatov bu gün də Azərbaycanda sevilən yazıçılardandır. Təsadüfi deyil ki, məşhur yazıçının 85 və 90 illik yubileyləri ilə bağlı Azərbaycanda tədbirlər keçirilib.

Müasir dövrdə Azərbaycan-Qırğızıstan münasibətlərinin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib.

Hazırda iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfər edib. Səfər zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb.

Qeyd edək ki, bugünkü səfər Azərbaycan Respublikası Prezidentinin Qırğızıstana ilk dövlət səfəridir. Səfər zamanı iki ölkə arasında bir sıra sənədlərin, o cümlədən Müştərək İnkişaf Fondunun yaradılması ilə bağlı Sazişin imzalanması nəzərdə tutulur. Dövlətimizin başçısı, həmçinin Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına 20 saylı “Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksi” ümumtəhsil müəssisəsinin, Nizami Gəncəvi adına 103 saylı orta təhsil məktəbinin açılış mərasimlərində iştirak edəcək.

Bundan əvvəl Prezident İlham Əliyev Qırğızıstana iki dəfə işgüzar səfər edib. 2016-cı ilin sentyabrında həyata keçirilmiş səfər zamanı Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında və 2018-ci ilin sentyabrında isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Çolpon-Ata şəhərində keçirilmiş VI Zirvə Görüşündə iştirak edib.

Bu gün Qırğızıstan Azərbaycanın da mühüm rola malik olduğu Orta Dəhlizdən faydalana bilər. Qırğızıstanın bu Avrasiyada reallaşdırılan layihələrdən faydalanması iki ölkə arasında ticarət münasibətlərinin daha da güclənməsinə töhfə verə bilər. Təəssüflə qeyd edək ki, Azərbaycanla Qırğızıstan arasında iqtisadi münasibətlər elə də yüksək səviyyədə deyil. Amma bu sahədə geniş potensial mövcuddur. Ölkəmizin maliyyə dəstəyi ilə Bişkek şəhərində 5,5 hektar ərazidə Azərbaycan-Qırğızıstan dostluq parkı salınıb və 2,24 hektar ərazidə 550 yerlik “Heydər Əliyev adına ümumtəhsil məktəbi” binası tikilib.

Həmçinin 2020-ci ildə COVID-19-la əlaqədar Azərbaycan tərəfindən Qırğızıstana humanitar yardım (7 yük maşını) göndərilib. Ötən il iyulun 17-də Azərbaycandan Qırğızıstana 40 min doza “AstraZeneca” (Vaxzevria) vaksini göndərilib.

Bu ilin avqustun 16-da Bakıda uzun fasilədən sonra Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası da keçirilib.

Ölkələrimiz arasında sıx münasibətlərin daha bir nümunəsi isə Milli Məclisdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Qırğızıstan Joqorku Keneşində (Parlament) isə Qırğızıstan-Azərbaycan əməkdaşlıq üzrə dostluq qrupu fəaliyyət göstərir.

Azərbaycanla Qırğızıstan arasında informasiya sahəsində də sıx əməkdaşlıq mövcuddur. Belə ki, 2009-cu il martın 30-da Bakıda AZƏRTAC ilə KABAR (Qırğızıstan) arasında İnformasiya mübadiləsi haqqında Saziş imzalanıb.

Saziş rus və ingilis dillərində operativ və səhih informasiya materiallarının müntəzəm mübadiləsini, iki ölkə rəsmilərinin səfərlərinin, habelə Qırğızıstan və ya Azərbaycanda keçirilən digər aksiyaların və tədbirlərin informasiya dəstəyinin təmin edilməsi sahəsində sıx əməkdaşlığı, qabaqcıl təcrübənin öyrənilməsi və jurnalistlərin, fotomüxbirlərin və kütləvi informasiya vasitələri sahəsində digər mütəxəssislərin ixtisasının artırılması məqsədilə onların mübadiləsinin təşviqini, həmçinin öz dövlətlərinin ərazisində akkreditə olunmuş jurnalistlər və fotomüxbirlər peşə fəaliyyətini həyata keçirərkən onlara təşkilati və texniki köməyin göstərilməsini nəzərdə tutur.

Agentliklərimiz, eyni zamanda, beynəlxalq informasiya qurumlarında – Müstəqil Dövlətlər Birliyi Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurası, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA), Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) çərçivəsində bir-birini daim dəstəkləyir və xəbər mübadiləsi həyata keçirirlər.

Bütün bunlar onu göstərir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstanla əməkdaşlığın geniş perspektivləri var və gələcək illərdə mövcud potensialdan tam istifadə üçün daha böyük addımlar atılacaq.

Merkezi asiya xalqlari

Ekspertlər hesab edirlər ki, Mərkəzi Asiya regionunda situasiya daha da gərginləşir. Bunun iki qrup səbəbləri göstərilir. Onların sırasında terror və böyük dövlətlərin nüfuz uğrunda mübarizəsi xüsusi yer tutur. İŞİD-in artıq həmin regionda fəaliyyətə başladığı bildirilir. Bu təşkilatın üzvlərinin saxlanmasına ayda təqribən 70 milyon dollar xərcləndiyi haqqında məlumatlar var. KİV-də də regionda mürəkkəb vəziyyətin yarandığı vurğulanır. Narkotik ticarətin inkişaf etdiyi bu regionda bu qanunsuz fəaliyyət uğrunda da müxtəlif radikal qruplar arasında savaş gedir. Ekspertlərin proqnozuna görə, bütün bunlar yekunda vəziyyəti çox həssaslaşdırır.

İki qrup təhlükə: köhnə ilə yeninin kəsişmə sahəsində

Dünyanın bir sıra regionları kimi, Mərkəzi Asiya da ciddi təhlükəsizlik problemləri ilə üz-üzə qalıb. Vəziyyət o qədər ciddi xarakter alıb ki, mütəxəssislər, ümumiyyətlə, dünyəvi dövlətçiliyin mövcudluğuna təhdidlərin meydana gəldiyindən bəhs edirlər. Hələlik aktiv qlobal geosiyasi proseslərin bir qədər kölgəsində qalmış kimi görünən Mərkəzi Asiya iki qrup təhlükəli faktorların təsiri altındadır. Onlardan birincini köhnə, ikincini isə yeni təhlükəsizlik faktorları təşkil edir (bax: Андрей Казанцев. Центральная Азия: светская государственность перед вызовом радикального ислама / “Россия в глобальной политике”, 1 fevral 2016).

Köhnə faktorlar dedikdə, ekspertlər, hər şeydən əvvəl, Əfqanıstanda yaranmış vəziyyəti nəzərdə tuturlar. Burada silahlı dəstələrin ölkənin şimal əyalətlərində toplanması getdikcə daha güclü şəkildə baş verir (bax: Боевики “Исламского государства” нацелены на Центральную Азию и Россию / “Коммерсантъ”, 8 oktyabr 2015). İndi onlar Tacikistan, Türkmənistan və Özbəkistan sərhədlərinə daha da yaxındırlar. Radikal qruplar həmin ölkələrin təhlükəsizliyi üçün problemlər yarada bilərlər.

KİV-in yaydığı informasiyalara görə, artıq Çin və Yaponiyadan Mərkəzi Asiya ölkələrinə gələn yük maşınlarının sayı kəskin azalıb. Bunun da əsas səbəbi İŞİD-in bölgədə fəallaşmasıdır. Terrorçular sərhədə yaxın yerlərdə nəqliyyatın keçidinə əngəl törədə bilirlər. Bir neçə gün əvvəl Türkmənistan sərhədi yaxınlığında olmuş yapon jurnalistlərdən biri yaramış bu vəziyyəti “ağır” adlandırıb.

Müxtəlif informasiya mənbələrinin verdiyi məlumatlara görə, doğrudan da, həmin ərazilərdə radikal dini qruplar həm say, həm də hazırlıq səviyyəsi baxımından inkişaf ediblər. Əfqanıstan təhlükəsizlik xidmətinin informasiyasına görə, 2015-ci ilin mart ayında ölkədə 6500 xarici terrorçu aktiv fəaliyyət göstərib (bax: Письмо Председателя Комитета Совета Безопасности, учрежденного резолюциями 1267 (1999) и 1989 (2011) по организации “Аль-Каида” и связанным с ней лицам и организациям, от 19 мая 2015 года на имя Председателя Совета Безопасности. S/2015/358, c.9 / www.un.org). Yalnız “Özbəkistan İslam Hərəkatı”nın 200 döyüşçüsünün Əfqanıstanın şimal əyalətlərində fəaliyyət göstərdiyi qeyd edilir.

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının verdiyi məlumata görə, bütövlükdə Əfqanıstanda 50 min (!) terrorçu var (bax: Боевики “Исламского государства” нацелены на Центральную Азию и Россию / “Коммерсантъ”, 8 oktyabr 2015). Bu, sözün həqiqi mənasında bir ordudur. İŞİD və “əl-Qaidə” təcrübəsi göstərir ki, terrorçular yaxşı hərbi hazırlıq keçirlər. Onları müxtəlif ölkələrin xüsusi xidmət orqanları hazırlayır.

Təəssüf ki, bu məsələdə bir növ yarış başlayıb – getdikcə daha çox sayda ölkənin peşəkar hərbçiləri öz rəqiblərinə ziyan vurmaq üçün məhz terrorçu faktorundan istifadə edirlər. Bu da müəyyən mənada terrora nəzarət mexanizmlərini həyata keçirməyə çətinliklər törədir. Belə demək mümkündürsə, böyük dövlətlər bir-biri ilə öz orduları ilə deyil, “terrorçuları” ilə savaşırlar. Bu mənada yaxın gələcəkdə geosiyasi lüğətə müharibənin yeni formasını ifadə edən terminin daxil olacağını proqnozlaşdırmaq olar.

“Yeni böyük oyun”: kartlar gizli saxlanılır

Bunlara görə, ekspertlər Mərkəzi Asiyaya Əfqanıstan tərəfdən olan təhlükənin yalnız ideoloji məzmun kəsb etmədiyini, eyni zamanda, ciddi hərbi aspektə malik olduğunu vurğulayırlar. Həmin kontekstdə region dövlətləri arasında sovet dönəmindən qalmış ərazi-inzibati bölgüdə özünü göstərən ziddiyyətləri və içməli su mənbələri uğrunda aparılan mübarizəni də vurğulamaq lazım gəlir.

Hələ SSRİ dövründə Mərkəzi Asiya ölkələrinin sərhədləri elə müəyyənləşmişdi ki, bir etnik qrup öz dövləti daxilində deyil, anklav şəklində qonşu dövlətdə yer almışdı. Misal olaraq, özbəklərlə qırğızları göstərmək olar. Sovetlər dağılandan sonra həmin qruplar arasında ixtilaf yarandı. Qırğızıstanın Oş əyalətində bu, daha kəskin xarakter aldı. Bundan başqa, Özbəkistanda məlum Fərqanə hadisələrini xatırlamaq olar. Ekspertlər hesab edirlər ki, bu məsələ ilə bağlı təhlükə hələ sovuşmayıb.

Onu qeyd etmək lazımdır ki, su məsələsi də bütün ciddiyyəti ilə region ölkələri arasındakı münasibətlərə mənfi təsir edir. Tacikistan, Qırğızıstan, Özbəkistan və Qazaxıstan bu və ya digər dərəcədə həmin problemə cəlb olunublar. Məsələn, Özbəkistanla Tacikistan arasında bununla bağlı silahlı toqquşma da olmuşdu. Ekspertlərin qənaətinə görə, su ilə bağlı vəziyyət hər an gərginləşə bilər. Xüsusilə dünya miqyasında həmin məsələnin aktuallaşması gözlənilir.

Yuxarıdakı təsvirdən görünür ki, köhnə faktorlar adlanan problemlər regionda geosiyasi vəziyyəti kifayət qədər mürəkkəbləşdirə bilər. Maraqlıdır ki, onlara yeniləri də əlavə olunur, lakin bölgə dövlətlərinin buna aktiv reaksiya verməsi müşahidə edilmir. Hətta beynəlxalq birlik də bir qədər passiv mövqedə dayanıb. Biz İŞİD-in Mərkəzi Asiyada artıq faktiki mövcudluğunu nəzərdə tuturuq. İndi onu regionda “ikinci cəbhə” adlandırırlar.

Bir sıra mənbələrin yaydığı informasiyalara görə, Mərkəzi Asiya ölkələrindən Suriyaya 200 minə yaxın adam terror qruplaşmalarına qatılmaq üçün gediblər (bax: Peter R. Neumann. Foreign fighter total in Syria/Iraq now exceeds 20,000; surpasses Afghanistan conflict in the 1980s / ICSR, 26 yanvar 2016). Buraya Rusiyadan gedən və sayı təqribən 2-3 min arası olduğu deyilən terrorçuları da əlavə etmək lazımdır. Onu vurğulayaq ki, 2015-ci ilin payız ayında Rusiya xüsusi xidmət orqanları Əfqanıstanda 2 min terrorçunun birbaşa İŞİD-lə bağlı olduğu haqqında informasiya yayıb (bax: Боевики “Исламского государства” нацелены на Центральную Азию и Россию / “Коммерсантъ”, 8 oktyabr 2015).

Nəhayət, bir məqamı da mütləq qeyd etmək gərəkdir. Məsələ ondan ibarətdir ki, böyük dövlətlərin Mərkəzi Asiya uğrunda apardığı amansız geosiyasi mübarizə də regionun təhlükəsizliyinə təhdidlər yaradır. O cümlədən ABŞ, Rusiya və Çin ciddi fəaliyyət göstərirlər. Bunlara böyük müsəlman ölkələrini də əlavə etmək gərəkdir. Nəticədə, kifayət qədər mürəkkəb bir vəziyyət yarandığını etiraf etməliyik. Mütəxəssislər bu rəqabəti ümumilikdə “Yeni böyük oyun” adlandırırlar (bax: məs., Андрей Казанцев. “Большая игра” с неизвестными правилами: Мировая политика и Центральная Азия. М.: Наследие Евразии, 2008).

Belə görünür ki, Mərkəzi Asiyada hazırda çoxparametrli və riskli bir vəziyyət meydana gəlib. Burada siyasi, ideoloji, hərbi və geosiyasi aspektlər sintez halında region dövlətləri üçün təhlükələr yaratmaqdadırlar. Hətta ekspertlər bölgə ölkələrinin dövlətçiliklərini itirə bilməsi proqnozunu verirlər.

Onlar dini radikalizmin, geosiyasi savaşın və terrorun həmin regionda qarışıqlıq yarada biləcəyindən bəhs edirlər. Buna imkan yaradan faktorlar sırasında korrupsiyanı, yerli hakimiyyət orqanlarının güclü olmamasını, sosial və demoqrafik vəziyyətin ağırlaşmasını və İŞİD kimi təşkilatların artıq bölgədə yuva saldığını ayrıca vurğulamaq gərəkdir.

Maraqlı və düşündürücüdür ki, hələlik bütün bu təhlükələrə qarşı dövlətlər səviyyəsində tutarlı tədbirlər görülmür. Ya konkret olaraq terror hadisələrinin meydana gəlməsini gözləyir, ya da məqsədli şəkildə yeni münaqişə ocağının alovlanmasına çalışırlar. Hər iki variantda Mərkəzi Asiya xalqları və dövlətləri uduzur. Daha pisi odur ki, oradakı gərginlik Qərb və Şərq istiqamətində həmin regiona yaxın bölgələrə də təsir edəcək. Problem bütövlükdə dünyanın qarşısında duran təhlükələrdən xəbər verir.

Newtimes.az

Comments are closed, but trackbacks and pingbacks are open.