Press "Enter" to skip to content

Azərbaycanın əksər bankları Rusiyadan pul köçürmələrini dayandırıb

AMB monetar sektorda həyata keçirilən işlərlə bağlı da məlumat yayıb. Belə ki, may ayı üzrə qeyri-neft ticarət çəkili nominal effektiv məzənnə (NEM) ilin əvvəlinə nəzərən 1.5%, real effektiv məzənnə (REM) isə 2.1% bahalaşıb. NEM-in bahalaşması əsas ticarət tərəfdaşı olan ölkələrin məzənnələrinin manata qarşı ucuzlaşması ilə əlaqədardır.

Mərkəzi Bankın pul-kredit siyasəti ilə bağlı göstəriciləri

Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bu ilin yanvar-may aylarında banklar 273.2 mln. manat xalis mənfəət, 411.2 mln. manat əməliyyat mənfəəti əldə ediblər. Mayda bank sektorunun cəmi aktivləri 3.1% və ya 1,014 mln. manat artıb. Cəmi aktivlərin 43.5%-i kredit portfelindən ibarətdir. Bankların kredit portfeli mayda 0.5% (79.6 mln. manat) artaraq 14,691.4 mln. manat təşkil edib.

Sektorun cəmi öhdəlikləri mayda 3.5% və ya 992.7 mln. manat artıb. Cəmi öhdəliklərin 76%-i depozit portfelindən (maliyyə institutlarının depozitləri çıxılmaqla) ibarətdir. Əhalinin bank sektoruna olan inamının əsas göstəricilərindən olan fiziki şəxslərin banklarda olan əmanətlərində artım müşahidə olunub. Belə ki, mayda fiziki şəxslərin əmanətləri (sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri çıxılmaqla) 3.1% (258.1 mln. manat) artaraq 8,478 mln. manat olub.

Son hesablamalara görə, müddətli əmanətlər 1.7% və ya 81.2 mln. manat artaraq 4,981.3 mln. manat təşkil edib. Müddətli əmanətlərin artımı əsasən milli valyutada olan əmanətlər hesabına baş verib (2.5% və ya 61.6 mln. manat). Hüquqi şəxslərin cəmi depozitləri mayda 3.4% (445.2 mln. manat) artaraq 13,587.5 mln. manat olub, artım əsasən tələbli depozitlər hesabına baş verib (2.9% və ya 320.9 mln. manat).

Hüquqi şəxslərin tələbli depozitləri cəmi hüquqi şəxslərin depozit portfelinin 83.5%-ni təşkil edib. İlin əvvəlinə nəzərən cəmi kredit portfelində (BOKT-lar daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 0.1 faiz bəndi azalaraq 6% təşkil edib. Qeyd olunan göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1.3 faiz bəndi, 2020-ci ilin orta illik göstəricisinə nisbətən 1.4 faiz bəndi azalıb.

Monetar sektor

AMB monetar sektorda həyata keçirilən işlərlə bağlı da məlumat yayıb. Belə ki, may ayı üzrə qeyri-neft ticarət çəkili nominal effektiv məzənnə (NEM) ilin əvvəlinə nəzərən 1.5%, real effektiv məzənnə (REM) isə 2.1% bahalaşıb. NEM-in bahalaşması əsas ticarət tərəfdaşı olan ölkələrin məzənnələrinin manata qarşı ucuzlaşması ilə əlaqədardır.

REM-in bahalaşmasını şərtləndirən əsas amil isə NEMin bahalaşması və inflyasiya göstəriciləri arasındakı fərqdir.

Dövr ərzində manatla geniş mənada pul kütləsi (M2) 723.1 mln. manat artaraq 21,612.5 mln. manat təşkil edib. Geniş mənada pul kütləsi (M3) isə 703.1 mln. manat artaraq 30,457 mln. manat olub.

Bank sektorunun xarici öhdəlikləri 85.6 mln. manat artaraq 1 165.1 mln. manat (685 mln. ABŞ dollar ekvivalenti) təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik qeyri-rezident hüquqi şəxslərin cari hesablarındakı artımla əlaqədardır.

Ödənişlər sektoru

Bank sistemi üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 74 min ədəd artaraq 9 milyon 972 min təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18% artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 16%, kredit kartları üzrə 30% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 272 min, sosial kartlar 73 min, kredit kartları 269 min, digər kartlar isə 887 min ədəd artıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 5 ayı ilə müqayisədə 55% artıb. 2021-ci ilin 5 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3489 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1846 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1437 mln. manatı POS-terminallar, 206 mln. manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. May ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 28%-ni təşkil edib.

Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin may ayının sonu ilə müqayisədə bankomatların sayı 9%, POS-terminalların sayı 8.4% artıb.

Azərbaycanın əksər bankları Rusiyadan pul köçürmələrini dayandırıb

Azərbaycanın əksər bankları Rusiyadan pul köçürmələrini dayandırıb Azərbaycanda fəaliyyət göstərən əksər banklar Rusiyaya məxsus “Contact” və “Zolotaya Korona” pulköçürmə sistemləri üzərindən əməliyyatlatı dayandırıblar.

1 Mart , 2022 15:50

https://static.report.az/photo/1d34153b-63ca-3965-981c-34f8c63570e2.jpg

Azərbaycanda fəaliyyət göstərən əksər banklar Rusiyaya məxsus “Contact” və “Zolotaya Korona” pulköçürmə sistemləri üzərindən əməliyyatları dayandırıblar. “Report”un əldə etdiyi məlumata görə, hazırda banklar rublla nağd və nağdsız əməliyyatlar həyata keçirmir. Son nəticədə Rusiyadan Azərbaycana və əks istiqamətdə pul köçürmələri digər xarici valyutalarda yerinə yetirilir. Bundan başqa, banklarda rublla olan hesablara mədaxilə və rublla olan hesablardan məxaricə də məhdudiyyət tətbiq olunub. Rublda olan bir hesabdan digər hesaba pul köçürmələri üçün isə maksimal hədd tətbiq edilib. Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bir sıra Qərb ölkələri 1-ciyə qarşı sanksiyalar tətbiq edib. Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin “ABŞ və onlara qoşulan ölkələrin qeyri-dost hərəkətləri ilə əlaqədar xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” fərman imzalayıb. Fərmana əsasən, bu gündən Rusiya rezidentlərinin xarici banklardakı hesablara pul köçürməsi qadağan olunub. Bununla belə, “Zolotaya Korona” pul köçürmələri xidmətinin direktoru İvan Sitnov “Report”a ekskluziv açıqlamasında deyib ki, transferlərdə hər hansı dəyişiklik yoxdur: “Zolotaya Korona” Azərbaycanda həmişəki kimi işləyir, biz oradakı tərəfdaşlarımızla daimi dialoqdayıq. Bütün ödənişlər müntəzəm olaraq istənilən valyuta üzrə həyata keçirilir”.

Merkezi bankın pul tedavülündə rolu

İqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bankın ötən gün pul siyasətini dəyişməsi ilə bağlı açıqlamasını şərh edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə feysbuk hesabında yazıb.

İqtisadçı qeyd edib ki, Mərkəzi Bankın açqılamasına görə, sentyabrın 1-dən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılıb. Məlumatda deyilir ki, daimi imkanlar (bankların təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) alətləri işə salınıb, açıq bazar əməliyyatlarının (Mərkəzi Bankın təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) çeşidi isə genişləndirilib:

“Söhbət nədən gedir? Mərkəzi Bank 1 günlük depozit və əks-repo əməliyyatlarının aparılmasına başlayır. 1 günlük depozit əməliyyatları üzrə faiz dərəcəsi faiz dəhlizinin aşağı həddinə (4%), 1 günlük əks-repo əməliyyatları üzrə faiz dərəcəsi isə faiz dəhlizinin yuxarı həddinə (9,25%) bərabərdir. 1 günlük əks-repo son dəfə 2007-ci ildə tətbiq edilib. Əməliyyat illik 16% olmaqla 11 milyon manat həcmində olub. 14 və 28 günlük verilən depozit əməliyyatları isə 2021-ci ildən dayandırılıb.

Bundan başqa sterilizasiya məqsədilə 7 günlük repo və əks-repo hərracları da keçiriləcək. Repo əməliyyatları üzrə faizlər faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (4%-7,75%), 7 günlük əks-repo əməliyyatları üzrə faizlər isə uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi (7,75%-9,25%) arasındakı intervalda müəyyənləşəcəkdir. Məlumat üçün bildirim ki, 7 günlük repo əməliyyatı son dəfə 2005-ci ildə aparılıb. Əməliyyatın illik faiz dərəcəsi 9,17% olmaq həcmi təxminən 1 milyon manat təşkil edib. 7 günlük əks-repo əməliyyatının aparılması barədə rəsmi məlumat yoxdur”.

S. Əliyev əlavə edib ki, Mərkəzi Bankın açıqlamasında 1, 3, 6 və 9 aylıq notların gəlirliliyinin bazarda tələb-təklif nisbətindən asılı olaraq formalaşacağı qeyd edilir: “Mərkəzi Bank bazarda daha çox 28 günlük və 1 illik notları buraxırdı və onların illik faiz dərəcəsi faiz dəhlizinin aşağı həddi əsasında müəyyənləşdirilirdi. Sonuncu notlar 28 günlük buraxılıb və faiz dərəcəsi 6.26%, həcmi isə 630 milyon manat olub. Mərkəzi Bankın bu addımının kökündə uçot dərəcəsinin pul-kredit siyasətinə təsirini artırmaq məqsədi güdür. Çünki dövri olaraq uçot dərəcəsinin dəyişdirilməsi kredit bazarında hiss edilmir. Mərkəzi Bank qısamüddətli pul bazarını aktivləşdirməklə bazardakı faiz dərəcələrini tədricən faiz dəhlizinə uyğunlaşdırmağa çalışır ki, sonra həmin faiz dəhlizi vasitəsilə bazara nüfuz edə bilsin”.

Ekspert vurğulayıb ki, REPO qiymətli kağızların satılması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra onlardan geri alınması əməliyyatıdır. Bu əməliyyat Mərkəzi Bank tərəfindən pul təklifinin həcminin qısamüddətli dövrdə azaldılması məqsədilə həyata keçirilir. Əks-REPO isə qiymətli kağızların alınması və əvvəlcədən razılaşdırılmış müddət bitdikdən sonra geri qaytarılmasını nəzərdə tutan əməliyyatdır. Mərkəzi Bank tərəfindən əks-REPO-nun tətbiq olunmasında məqsəd pul təklifinin qısamüddətli artırılmasıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.