Press "Enter" to skip to content

Merwersteir-i necə geri ala bilərəm?

“Bina tam tikilib təhvil verilməlidir”

Merwersteir-i necə geri ala bilərəm?

Sual: Fəaliyyətim malların alqı – satqısı olan hüquqi şəxs kimi ƏDV ödəyicisiyəm. Müqavilə əsasında malları təqdim eləmək üçün mart ayında avans almışam və bu avans bəyan edilərək büdcəyə ödənilib. Lakin müqavilə əsasında malları vaxtında təqdim edə bilmədiyimdən may ayında sifarəşçi ödədiyi avansı geri almaq istəyir.
1. May ayın ƏDV bəyannaməsin də bu azalmanı necə göstərməliyəm, hansı sətirdə və ya əlavədə?
2. Bu halda mən büdcəyə ödədiyim ƏDV-ni necə geri ala bilərəm ki , sifarişçini ƏDV-sini qaytarım.
Natiq Kərimov, Bakı

1. Cavab: Bildiririk ki, vergi qanunvericiliyinə əsasən əməliyyatın ləğv edilməsi ƏDV tutulan dövriyyənin dəqiqləşdirilməsinə əsas verən hallara aiddir. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə, yəni əməliyyatın ləğv edildiyi hesabat dövründə aparılır.
Qeyd edilənlərə əsasən sorğunuzda göstərilən halda vergi tutulan dövriyyə may ayında dəqiqləşdirilir və dəqiqləşdirilən dövriyyə ƏDV bəyannaməsinin 319-cu “ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə azaldılan dövriyyə” sətrində əks etdirilir.
Bax: Vergi Məcəlləsinin 163-cü və 175.5-ci maddələri və Vergilər Nazirliyinin 13.01.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.

2. Cavab: Bildiririk ki, hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan ƏDV ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qayatrılır.
Digər ƏDV ödəyiciləri üçün isə əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti 3 aya keçirilir və bu ayların ödəmələrinə aid edilməklə, vergi orqanı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan qaydada artıq ödəmələrin dürüstlüyü araşdırılır. Həmin 3 ay müddət bitdikdən sonra dürüstləşmənin başa çatdırılmasından asılı olmayaraq, vergi tutulan əməliyyatlardan yaranan artıq ödəmənin hər hansı qalığı vergi ödəyicisinin ərizəsinə əsasən 20 gün ərzində büdcədən qaytarılır. Sözügedən ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir.
Tərəfinizdən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması və ya əvəzləşdirilməsi hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb edilə bilər.
Vergilərin, faizlərin və maliyyə sanksiyaları üzrə artıq ödəməniz olduqda qeyd edilənləri nəzərə alaraq İnternet vergi idarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Yeni müraciət” bölməsindən uçotda olduğunuz vergi orqanına “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılmasi barədə Ərizə” forması ilə elektron qaydada, poçt və ya uçotda olduğunuz vergi orqanının vergi ödəyicilərinə xidmət mərkəzləri vasitəsi ilə kağız daşıyıcısında müraciət edə bilərsiniz.
Əlavə məlumata zərurət yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 85.5-ci, 87-ci və 179-cu maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”.

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]

Merwersteir-i necə geri ala bilərəm?

Daşınmaz əmlakın alqı-satqısı zamanı ödənilmiş ƏDV-nin 30 %-nin fiziki şəxslərə geri qaytarılması qaydaları yalnız bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan mənzillərə şamil ediləcək.

FED.az xəbər verir ki, bu barədə vergi məsələləri üzrə ekspert Anar Bayramov məlumat verib.

ƏDV-nin qeri qaytarılması öhdəliyi Prezident İlham Əliyevin mayın 25-də təsdiq etdiyi “Fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda öz əksini tapıb.

Onun sözlərinə görə, yeni qayda ilə bağlı bəzi məsələlərin tənzimlənməsinə ehtiyac var.

“Mənzil MTK-dan alınmalıdır”

“Ümumi müddəa budur ki, yalnız bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin 30 %-i vətəndaşa geri qaytarılır. Hər hansı bir şəxsdən, agentlikdən alınan daşınmaz əmlaka bu qayda şamil olunmur. Mənzili satan şəxs mütləq bina tikintisi ilə məşğul olmalı və ƏDV ödəyicisi olmalıdır. Bu, MTK da ola bilər, hər hansı digər korporativ də”, – A. Bayramov bildirib.

Onun sözlərinə görə, 2021-ci ilə qədər ölkədə qüvvədə olan qanunvericiliyə əsasən bina tikintisi ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyiciləri idi: “Onların vergitutma mexanimzi başqa cür tənzimlənirdi. Yəni mənzilin kvadratı sabit məbləğə, zona əmsalına vurularaq ödəniləcək vergi hesablanırdı.

2021-ci ildən bu şəxslər də ƏDV ödəyicisi olub. Ola bilər ki, bina tikintisi ilə məşğul olan şirkət bu gün ƏDV ödəyicisidir, amma, məsələn, 2019-cu ildə bina tikib, həmin binadan bir neçə satılmayan mənzil qalıb və bu gün şirkət həmin mənzili satır. Bu zaman həmin mənzillərə görə ödənilən ƏDV-nin 30 %-i geri qaytarılmayacaq. Çünki həmin bina şirkətin sadələşmiş vergi ödəyicisi olduğu dövrdə tikilib. Amma bina tikintisi ilə məşğul olanların ƏDV ödəməyə cəlb edilməsi barədə qanun qəbul ediləndən sonra şirkət növbəti binanı tikibsə, bu binadan satılan mənzillərə görə ödənilən ƏDV-nin 30 %-i vətəndaşa geri qaytarılır”.

Məsələn, mənzil ƏDV daxil 236 min manata satılıbsa, 36 min manat ƏDV məbləğinin 30 %-i, yəni 10 min 800 manat vətəndaşa geri qaytarılacaq.

“Digər tərəfdən, vətədaş mənzili 2021-ci ildə bina tikintisi ilə məşğul olanlara ƏDV-nin şamil edilməsindən sonra alıbsa, ƏDV-nin geri qaytarılması ilə bağlı qaydaların bu günlərdə qüvvəyə minməsinə baxmayaraq, o ödədiyi ƏDV-nin 30 %-ni geri ala biləcək”, – ekspert əlavə edib.

“Ödəniş mütləq nağdsız olmalıdır”

Ekspert deyib ki, indiki qaydalarda vacib şərt odur ki, ödəniş mütləq nağdsız qaydada olmalı, yəni MTK-nın birbaşa bank hesabına yatırılmalıdır: “ƏDV isə ƏDV depozit hesabına ödənilməlidir. Lakin hazırda bununla bağlı qanunvericilikdə məsələ və texniki imkanlar yoxdur. Yəni, hansısa şirkətin bank hesabına ödəyə bilərsiniz, amma onun ƏDV-sini depozit hesabına ödəyə bilməzsiniz. ƏDV-ni ancaq köçürmə yolu ilə bankdan banka ödəmək mümkündür. Vətəndaşın bank hesabı olmadığı üçün hökumət burda yeni bir formul fikirləşəcək. Texniki imkanları aktivləşdirəcəklər ki, əsas məbləğ kimi ƏDV-ni MTK nın ƏDV depozit hesabına rahat ödənilsin və nəticədə həmin ƏDV-nin 30 %-ni vətəndaşa qaytarmaq mümkün olsun. Bu qaydaların qüvvəyə mindiyi günə qədər vətəndaşın ödənişi hansı formada etdiyinin fərqi yoxdur. Bu, nağd qaydada da ola bilər, şirkətin bank hesabına yatırmaqla da. Qaydalar qüvvəyə minəndən sonra isə ödənişlər mütləq şirkətin bank hesabına ƏDV depozit hesabına olunmalıdır. Artıq nağd ödəniş edilə bilməz. Yəni şirkətin rekvizitlərini alıb banka gedirsiniz və onun bank hesabına ödəniş edirsiniz. Qeyd edim ki, mənzil alqı-satqısı zamanı ödənişlər tam və ya hissə-hissə edilir. Yalnız bütün ödəniş bağlandıqdan sonra ƏDV-nin 30 %-i vətəndaşa geri qaytarılır. Tutaq ki, 236 min manat ödənişin 190 min manatını ƏDV daxil ödəmisizsə, 236 min manat tam ödənilib qurtarandan sonra 36 min manatın 30 %-i sizə geri qaytarılır”.

“Bina tam tikilib təhvil verilməlidir”

A.Bayramov bildirib ki, ƏDV-ni geri almaq üçün ödənişi əvvəlcədən etmək kifayət etmir: ”Bəzən ucuz başa gəlsin deyə vətəndaşlar əvvəlcədən ödənişin tam və ya yarı hissəsini ödəyirlər. Ödənişin hamısının əvvəlcədən edilməsi hələ o demək deyil ki, sizə ödədiyiniz ƏDV geri qaytarılacaq. ƏDV-nin 30 %-nin geri qaytarılması üçün həm ödəniş tam olmalı, həm də bina tam tikilib vətəndaşa təhvil verilməlidir. Yəni, tutalım, ödəniş tam edilib, amma binanın tikintisi hələ dördüncü mərtəbədədirsə, vətəndaş ƏDV-ni geri tələb edə bilməz”.

O, hesab edir ki, yeni qaydalarla bağlı sual doğuran məsələlərdən biri də bu qaydaların ipoteka ilə satılan mənzillərə aid olub-olmaması barədədir: “Yeni tikili binalardan ipoteka yolu ilə mənzil alan zaman ödənişi mənzil sahibinə bank edir və alıcı da borcunu banka ödəyir. Düşünürəm ki, bu qaydalar ipoteka ilə satılan mənzillərə şamil olunmayacaq. Çünki burda bəzi nüanslar uyğunsuzluq təşkil edir”. (Report)

Comments are closed, but trackbacks and pingbacks are open.