Azərbaycanda kişilər atalıq məzuniyyətinə çıxa biləcək – ŞƏRH
Azərbaycanda kişilərə də ödənişli atalıq məzuniyyətinin verilməsi təklif edilir.
İtkin düşmüş alpinistlər “Whatsapp”dan necə çıxa bilərlər? – AÇIQLAMA – YENİLƏNİB
Dekabrda itkin düşən alpinistlər – Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin eyni gündə “Whatsapp” qrupundan çıxdığı görülüb.
Milli.Az metbuat.az-a istinadla bildirir ki, bunu itkin düşən alpinistlərdən olan Baburun yaxın dostu, tanınmış aparıcı Cəlalə Nəzəroğlu “Facebook” statusunda qeyd edib. Onun sözlərinə görə, itkin alpinistlərin hər üçünün aprelin 25-də “Whatsapp” qrupundan çıxdığı görülüb.
Məsələnin texniki izahını verən İKT Mərkəzinin direktoru Fərid Kazımov Metbuat.az-a açıqlamasında bildirib ki, bu sırf telefonla və nömrə ilə bağlı məsələdir:
“Telefonda nömrə dəyişsə belə, “Whatsapp” işləyə bilər. Bu nöqteyi nəzərdən, ola bilər ki, kimsə onların telefonlarını tapıb. Yaxud da, həmin nömrənin yenisi çıxarılıb istifadə edilə bilər. Elə xidmətlər var ki, ondan uzun müddət istifadə etməyəndə birbaşa həmin şəxs çıxarılır. Lakin “Whatsapp” uzun müddət ondan istifadə etməyən şəxsləri birbaşa qrupdan çıxarda bilməz. Ola bilər ki, baş verən hadisə proqramın nasazlığı ilə bağlı olsun. Texniki hər bir şey başa verə bilər. Hər halda, bu, qəliz məsələdir. Necə olduğunu heç cür dəqiq deyə bilmərik”.
Qeyd edək ki, “Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən məlumat almaq mümkün olmayıb.
İdmançıların yaxınları bildiriblər ki, Şahyaylaq – Mahmuddərə marşrutu üzrə hərəkət edərkən onlarla əlaqə kəsilib.
14:01
Dekabrda itkin düşən alpinistlər – Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin eyni gündə “Whatsapp” qrupundan çıxdığı görülüb.
Milli.Az bildirir ki, metbuat.az-ın məlumatına görə, bunu itkin düşən alpinistlərdən olan Baburun yaxın dostu, tanınmış aparıcı Cəlalə Nəzəroğlu “Facebook” statusunda qeyd edib. Onun sözlərinə görə, itkin alpinistlərin hər üçünün aprelin 25-də “Whatsapp” qrupundan çıxdığı görülüb.
Qeyd edək ki, “Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən məlumat almaq mümkün olmayıb.
İdmançıların yaxınları bildiriblər ki, Şahyaylaq – Mahmuddərə marşrutu üzrə hərəkət edərkən onlarla əlaqə kəsilib.
Milli.Az
Azərbaycanda kişilər atalıq məzuniyyətinə çıxa biləcək – ŞƏRH
Azərbaycanda kişilərə də ödənişli atalıq məzuniyyətinin verilməsi təklif edilir.
Bunu Oxu.Az-a açıqlmasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda adət-ənənələrlə bağlı kişilərin atalıq məzuniyyətinə çıxması birmənalı qarşılanmır:
“Biz gözümüzü açanda atalarımızı evə qazanc gətirən şəxs kimi görmüşük. Atalar mənzuniyyəti anlayışı son dövlərdə qərbdən gələn tendensiyadır. Xaricdə bir çox ölkələrin qanunvericiliyindən asılı olaraq 70 gün öncə və daha artıq verilən məzuniyyət günləri var.
Oxu: “Atalıq məzuniyyəti” yenidən gündəmdə: Mentalitetimiz buna icazə vermir
Sözügedən ölkələrdə məzuniyyət günləri ödənişlidir. Azərbaycanın Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə iki həftə (atalıq məzuniyyəti), ailədə hər hansı problem olarsa və ya xüsusi baxıma ehtiyacı olan başqa xəstə varsa, kişi bu məzuniyyəti götürə bilər. Beynəlxalq təşkilatların tələb və tövsiyələrinə əsasən, 14 gün olan atalar məzuniyyəti ödənişli əsaslarla həyata keçirilsin”.
Seymur Məmmədov qeyd edib ki, bu məsələdə insanlar düzgün istiqamətlənməlidir ki, cəmiyyətdə yanlış rəy formalaşmasın:
“Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün valideynlərin məzuniyyət müddətinin uzadılması labüddür. Təklif parlamentdə müzakirə olunur. Yekun fikrin söylənməsi gözlənir. Qanunvericilikdə bu məsələ qeyd edilib. Sadəcə olaraq işlək vəziyyətə gətirmək lazımdır. Bu da ondan irəli gəlir ki, son dövlət bu məsələ öz aktuallığı ilə seçilir. Ümid edirik ki, müsbət rəy veriləcək”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial siyasət şöbəsinin müdir müavini Əbülfət Məhərrəmovun sözlərinə görə, Əmək Məcəlləsində məzuniyyət “qismən ödənişli sosial məzuniyyət” adlanır:
“Bu hüquq valideynə uşağın 3 yaşı tamam olana qədər veriləcək. Məzuniyyətdən həm kişilər, həm də qadınlar istifadə edə biləcəklər. Yəni qarşılıqlı razılıq əsasında məzuniyyət valideynlərdən birinə veriləcək.
Layihədə artıq bu məzuniyyətə görə veriləcək məbləğlər də müəyyən edilib. Belə ki, 2018-ci ilin mart ayının birindən uşağın 1,5 yaşına qədər 44 manat, yaşyarımdan üç yaşa kimi 27 manat 50 qəpik dəyərində isə məzuniyyət pulu nəzərdə tutulub. Qanunvericilikdə nəzərdə tutulub ki, ailənin uşağa baxan digər üzvü də baxa bilər.
Əbülfət Məhərrəmov bildirib ki, istər qadın, istərsə də kişi qismən ödənişli sosial məzuniyyət hüququndan hissə-hissə və növbəlilik prinsipi əsasında istifadə edə biləcəklər:
“Əgər ailədə işləyən kişi məzuniyyətdən istifadə edərsə, işə götürənə müraciət etməlidir. Bu halda təbii ki, qanunvericilikdə bu məzuniyyət valideynlərdən birinə verildiyi üçün qadın iş yerindən arayış təqdim etməlidir ki, o məzuniyyətdən istifadə etməyəcək.
Vətəndaşlar uşaqların böyüməsində qadın və kişilərin məsuliyyəti bərabər olduğu üçün kişilərə də ödənişli atalıq məzuniyyəti verilməsini vacib hesab edirlər”.
Qeyd edək ki, bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətı cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı”nın layihə sənədində qeyd edilib.
Xatırladaq ki, hazırkı qanunvericilikdə atalara yalnız ödənişsiz əsaslarla atalıq məzuniyyətinin verilməsi nəzərdə tutulub.
Messenger çatından necə çıxa bilərəm?
“Facebook”un məşhur mesajlaşma platforması “Messenger”, “WhatsApp” ilə paralel olaraq inkişaf etməkdə davam edir. Ötən aylarda sizlərə “messenger”in Fransada olan istifadəçilər üzərindən gizli mesajlaşmaları yoxladığı haqqında xəbər vermişdik. Artıq bu xidmət bütün iOS və Android istifadəçiləri üçün təqdim olunub. Beləliklə siz “messenger” platformasından istifadə etməklə, eynilə “WhatsApp”da olduğu kimi, end-to-end şifrələmə texnologiyası ilə şifrələnmiş mesajlardan istifadə edə bilərsiniz. Bundan əlavə bizə “SnapChat“dan yaxşı tanış olan bir yenilik – “Mesajların müəyyən vaxt ərzində yox olması” funksiyasını artıq “Messenger”də də görə bilərik.
Bəs bu cür yazışmalar “Messenger”də necə aktivləşdirilir?
Addım 1: “Messenger”ə daxil olub, öz profiliniz olan hissəyə keçid edirsiniz.
Addım 2: Profil hissəsində yenilənmiş “secret conversations” seçimini görəcəksiniz. Həmin bölməyə daxil olun.
Addım 3: Bu bölmədən “secret conversation” xüsusiyyətini aktivləşdirin.
Addım 4: Bu əməliyyatı etdikdən sonra əsas mesaşlama səhifəsinə qayıdıb, yeni bir mesaj yaratmaq üçün “+” düyməsini klik edin.
Addım 5: İstədiyiniz adamı seçməzdən əvvəl yuxarı sağ küncdə “qıfıl” işarəsini aktivləşdirin. Mesajlaşma ekranın qara rəngə büründüyünü görəcəksiniz.
Özünü yox edən mesajlar
Bu mesajlaşma növündən istifadə etmək üçün yuxarıda göstərilən təhlükəsiz mesajlaşma servisini aktivləşdirməlisiniz. Əməliyyatları həyata keçirdikdən sonra, təhlükəsiz mesaj yazmaq istədiyiniz adama “özünü yox edən” mesaj da yaza biləcəksiniz. Bunun üçün sadəcə mesajlaşma hissəsində “saat” əlavəsinə toxunmaq kifayətdir. Qarşınıza çıxan pəncərədə isə, mesajınızın nə qədər müddət qalmasını seçib, qarşı tərəfə göndərə bilərsiniz.
Qeyd edək ki, qarşı tərəfin bu mesajları qəbul etməsi və mesaj göndərməsi üçün öz hesabında messengerdə secret conversationu aktiv etməlidir.
Ümid edirik, bu sizin üçün faydalı oldu. Məqalələrimizi bəyənirsinizsə, dostlarınızla paylaşmağı unutmayın.
Comments are closed, but trackbacks and pingbacks are open.